Press "Enter" to skip to content

Фарман Керимзаде Təbriz namusu

Onda başçıları onunla lap sərt danışacaqlar.

Fərman kərimzadə təbriz namusu

Məhsul kodu: 1111

6 AZN
4.8 AZN
  • Sifariş et
  • 1-dən 5-ə qədər dəyərləndirin:
    • 1
    • 2
    • 3
    • 4
    • 5
    • 2.95
    Qısa məzmun

    “Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin Tarixlər toplusu ( Came ət-təvarix ) əsəridir. Fəzlullah Rəşidəd-dinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarla-rının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir.
    Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.

    Çatdırılma şərtləri

    Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

    Фарман Керимзаде
    Təbriz namusu

    “Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin “”Tarixlər toplusu”” (“”Came ət-təvarix””) əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir.

    Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.

    Təbriz namusu (roman)

    Kitab Fərman Kərimzadənin əziz ruhuna ithaf olunur

    Alaçığın ortasındakı mis manqalın közü çoxdan sönmüşdü. Yalnız canavar gözü qaralmış kömürün üstündəki külün kəpənək qanadının tozu kimi yumşaq olduğunu seçə bilərdi. Adi bir hənirti külü qarışdırar, alt-üst edərdi.

    Daha heç nə görünmürdü. Alaçıqda insan hənirtisi hiss olunsa da, bu o qədər zəif və sezilməz idi ki, məxmər külün mürgüsünü pozmağa gücü çatmazdı. Aydın idi ki, hənirti kişiyə məxsus deyildi. Kişi yatmış olsaydı, xorultusu aləmi başına götürərdi.

    Alaçığın tavanında tüstü çıxmaq üçün baca vardı, həmin bacadan da ulduzlar görünməliydi. Hava qaranlıq olduğundan baca ilə göy bir-birinə qarışmışdı.

    Birdən hardansa, Günəşdən, Aydan xəbərsiz şığıyan bir şüa bacanı aydınlaşdırdı. Şüa mis manqalın üstündə gəzdi, paxır atmış misin şüası dil çıxarıb, alaçığın divarlarında dolaşdı və orada alaçığı saxlayan çubuqları, çubuqların arxasındakı əcaib heyvanlara oxşayan naxışları işıqlandırdı. Şüa gəzir, nəyi isə axtarırdı. Nəhayət, ipək üzlü yorğanın altından bir baş göründü. Qabarıq almacıq sümükləri olan qadının qara qaşları, süd kimi ağ sifəti vardı. Sonra şüa onun böyründə yatmış körpənin yumru, qırmızıya çalan sifətinə sancıldı, diksinmiş uşaq bir an gözlərini açıb, tez yumdu və balaca yumruqlarını gözlərinin üstünə sıxıb ağladı. Ana uşağın səsini yuxuda eşitsə də, ayılmadı. Yuxulu-yuxulu öz üstündəki yorğanı körpənin üstünə atdı və hələ ölüşkəməmiş ağappaq döşləri göründü. Onlar yelin kimi ləngər vurdu. İki barmağını bu kündənin başındakı çiyələyə oxşar düyməyə atan ana onu körpənin dodaqlarına uzatdı. Amma körpə səsini kəsdiyindən ana döşünü geri çəkdi. İşıq döşün aşağısına enib, tən ortada dayandı.

    Bu zaman qadın yuxu görürdü. Vaqiəsində alaçığın bacasından qırmızısaqqal, ağsifət, mavi göz bir igid tullanıb içəri düşmüşdü və onun lüt bədəninə tərəf gəlirdi. Qadın yuxuda onunla çarpışır, özündən uzaqlaşdırmaq istəyir, bu isə mümkün olmurdu. İgid sifətcə heç vəchlə seyrəksaqqal Dobun

    Bəyana oxşamırdı. Saqqalı qırmızı, gözləri göy idi. Yanaqları qaysaq bağlayıb, tubulğa ağacı kimi soyulmuşdu. Lakin necə də hərarətli, necə də şirin, necə də unudulmaz bir görüş idi. Heyhat! Şirinlik birdən-birə yoxa çıxdı, qadın sustaldı, möhkəmcə tərlədi. Gözlərini geniş açıb, qaranlığa baxdı. Nə qırmızı saqqallı kişidən, nə də alaçıqda gəzən şüadan əsər-əlamət gördü. Ətli qolunu qaldırıb, qaşlarının üstünə qoydu və hiss etdi ki, qolu üşüyür. Demək, alnındakı isti təri soyuq tər əvəz etmişdi. Qadın xəcalət çəkdi. Ərindən sonra yuxuda olarkən başına gəlmiş bu əhvalatdan heç kəs xəbərdar olmasa da, özü utanırdı, ət tökürdü. “Bu nə olan işdi, tanrı?”

    Çin ipəyindən üz çəkilmiş yorğana büründü, günahkar gözlərini bacaya zillədi. Mavigözlü, qırmızısaqqal kişi elə bil o hündür tavandakı bacadan görünən göylərdən asılmış bir vəziyyətdə ona baxırdı. Amma bu baxışı qadının gözləri yox, zərif ürəyi, şirin xəyalı, bütün varlığı duyurdu.

    Bəlkə alaçıqda doğrudan da yad kişi vardı?!

    Səsini çıxarmadı. Amma heç bir hənirti də eşitmədi. Bəlkə istəyinə çatandan sonra sürünüb çıxıb, yaxud səsini içinə atıb? Hər şey ola bilərdi. Həm də ola bilməzdi. Çünki alaçığın ətrafındakı çadırlarda onun qardaşları, qayınları yaşayırlar. Bütün ətraf çöllərdəki tayfaların heç birində misli-bərabəri olmayan bu gözəlliyi göz bəbəkləri kimi qoruyurlar. Bəlkə də onun həsrətindən yanan elə bir igid tapılıb ki, ölümünü gözünə alıb, hələ niyyətinə çatmamış doğranmağa, itlərə yem olmağa razı olub? Bəs onda itlər niyə hürməyib?

    Fikrinə gəldi ki, alaçığın keşiyini çəkən nökəri çağırsın. Bu nökər neçə ildir onlara sədaqətlə qulluq edir. Onun atası qonşuluqdakı Bayat elindən olan Bəyəlik adlı bir kişidir. Bir dəfə Tomaq xanın oğlu Tulunsaqqal bir dağ kəli vurub gətirmişdi. Bu heyvan müqəddəs hesab olunurdu və onun ətindən dadmaq müqəddəsliyə qovuşmaq hesab edilirdi. Odur ki, Bəyəlik oğlunu dağ kəlinin əti əvəzinə Tomaq xanın oğlu Tulunsaqqala ötürmüşdü və o da həmin oğlanı qohumu olan bu qadına hədiyyə vermişdi.

    Qadın yorğanı qurşağına çəkib dikəldi. Alaçığın qapısına tərəf boylandı, amma nökəri çağırmadı. Bunun özü də şübhə doğura bilərdi. Qorxuya düşdü. Olmaya gecə onun yatağına girən nökər özüymüş?

    Bu tayfanın çox sərt qanunları vardı. Əri Dobun-Bəyan tayfa başçısı idi. İgidlikdə, cəngavərlikdə tayı-bərabəri olmayan bir cavandı.

    Onlardan quzeydə Çin ölkəsi yerləşirdi və qocaların dediyinə görə onların tayfaları yaşadığı yerdən hər tərəfə o qədər boş düzənlər uzanırdı ki, aylarla at sürsən də, axırına çata bilməzsən. Vaxtilə bu yerlərdə çox qüdrətli dövlətlər olub və arı kimi işlək çinlilər düzənləri üfüqlərindəki dağların zirvələri ilə Günbatandan Gündoğana neçə aylıq at mənzili olan qala divarları tikib, özlərini düşməndən qorumaq istəyiblər. İndi o qüdrətli dövlətlər yoxdu və onların yerində biri-biri ilə düşmənçilik edən ayrı-ayrı tayfalar çadır qurmuşlar.

    Amma hər dəfə Dobun-Bəyan öz balacaboy, uzun tüklü atının yəhərinə qalxanda igidlərinin də bir qismini götürüb səfərə çıxar, aylardan sonra dəvə karvanları gətirər, yükləri boşaldardı. Bu səhranın ortasında ticarət gedərdi. Qonşu tayfalara da ipək, xara, zərxara, gümüş qablar, nəfis çini dolçalar satılardı. Heç kəs bu işdə onunla bəhsə girə bilməzdi.

    Bir il bundan əvvəl Dobun-Bəyan dünyadan köçdü. Arvadı gözəl Alan-Qoanı da yandıran bu oldu ki, o, döyüşdə aldığı yaradan yox, bir gecənin içində hamilə qadının sancısı kimi dəhşətli olan bir sancıdan öldü. Rəngi də zəhərlənmiş adamın rəngi kimi göyərdi. Od rənginə düşdü.

    Ərinin ölümünü zəhərlə əlaqələndirmək istəyənlər olsa da, buna onun qardaşları da inanmadılar. Çünki onunla birlikdə həmin xörəkdən yemişdilər və onların heç birinə ziyan dəyməmişdi.

    Dobun-Bəyanı ata-baba adəti ilə dəfn eləmək istəyirdilər. Amma özü canını tapşırmamışdan əvvəl belə vəsiyyət etmişdi: “Bu dünyada nəhayətsiz çölləri, doğma qardaşlarımı, döyüş atımı və bir də xatunumu sevmişəm. Ata-baba qaydası ilə xatunumu da özümlə aparmalıyam. O dünyada darıxmamaq üçün. Ancaq çölləri də, atımı da, qardaşlarımı da, elimi də elə onun kimi sevirəm. Bir cüt oğlum Bulquntayla Buquntayı da o cümlədən. Onda gərək hamısını özümlə aparım. Yox, hamısı qoy qalsın. Bircə atımı mənim yanıma göndərin. Bir də qılıncımla ox-kamanımı. Mənim üçün qaxac ət, atım üçün quru ot qoyun. Siz görməsəniz də, xəyal kimi o atın belində tayfamın içində olacaq, onun igidlərinin zəfərli yürüşlərində iştirak edəcəyəm. Xatunum isə qoy cüt körpəni atalarına layiq böyütsün. Onun özünü qorumağı isə qardaşlarıma, xüsusilə Yekə Niduna tapşırıram. Bu cür dedi və öldü.

    O öləndən sonra Alan-Qoa ölümünü gözləyirdi. Əgər bu dünyada biri-birilərini tapıblarsa, əbədiyyətə də birlikdə köçməliydilər. Bütün gecəni yatmamış, Yekə Nidunun hökmünü gözləmişdi. Ərin vəsiyyətinə baxmayaraq, böyüklər bu vəsiyyəti dəyişə də bilərdilər. Əvvəla, qardaşının arvadı ona qardaşından əziz deyildi və ərsiz gənc qadın qaldıqca onların başına bir yox, min oyun, min fəlakət gətirə bilərdi. Həm də adəti pozmaq onlaramı qalmışdı? Qonşu tayfaların arasında bədnam olardılar. Ata-baba adətindən döndüklərinə görə onlardan üz döndərənlərin də sayı artardı. Böyük qardaş səhər öz hökmünü verməli idi.

    Həmin gecəni gəlin səhərə qədər yatmadı. O, halal əri ilə o dünyaya getmək üçün hazırdı. Tayfanın dul gəlinləri taleyin hökmünə qarşı çıxmazdılar. Bilirdilər ki, ərləri ilə bir yerdə olacaqlar. Onlar üçün bir anlıq ölüm ağrısı nə idi ki? Ölümdən o da qorxmurdu. Uç yaşına girən körpələrindən ayrılmaqdan qorxurdu. Səhərə qədər lap balaca körpəni döşünə salıb əmizdirirdi. Çağa yuxulayanda da onu oyadır, təzədən əmizdirirdi. Kəsilənə kimi əməcəyi ana südünün hamısını bir gecəyə verərək onu doyuzdurmaq istəyirdi. Alan-Qoadan sonra ona kim süd verəcəkdi ki? Xalasının, bibisinin yazığı gəlsə, bir cam madyan südü içirəcəkdilər. Madyan südü hara, ana südü hara?

    Həmin gecə Yekə Nidun da yatmayıb, fikirləşirdi.

    “Qardaşımın vəsiyyətlərinə əməl etmək borcumuzdu. Amma Alan-Qoa ölməlidir. O birisi dünyada tayfamızın yüz illər əvvəl ölən başçıları qardaşımı görəndə soruşacaqlar:

    –Hörmətli Dobun, sən məgər subaysan? Arvadı olmayan bir adam da tayfanı idarə eləyə bilərmi? Bizim heç vaxt pozulmamış qanunlarımız var. Sən onu niyə pozmusan, pozmusansa, bizim yanımıza nə üzlə gəlmisən? Biz ağsaqqallar sənə bu dünyada o birisi dünyaya görə qarğış eləyirik!

    Dobunsa deyəcək: – Yox, mənim arvadım vardı. Amma onu özümlə götürmək istəmədim.

    –Burda da müqəddəs qanunları pozmusan. De görək, arvadın gözəl idimi?

    –Bəli! – deyəcək, – tayfada indiyə qədər elə gözəl olmayıb.

    Baş ağsaqqal isə söyləyəcək:

    –Onda onun ayrı tayfalarla qarışığı var.

    –Bəli, sizdən sonra bir çox tayfalar biri-birilərinə qız verib, qız alıblar. Qanlarını qarışdırıblar ki, əmin-amanlıq olsun, birlik olsun.

    Onda başçıları onunla lap sərt danışacaqlar.

    –Demək, tayfamızı kor qoymusan?! Səni kor olasan!

    Dobun dözməyib, qılıncına əl atacaq. Qocalar isə gülüb, onu ələ salacaqlar:

    –Burda qılınc kəsməz, söz kəsər, ay yazıq! Bizdən sonra onsuz da bizim adətlərimizə qılınc çəkmisən. İndi biz sözlə səni doğrayacağıq. Cavan, gözəl arvadını orda tək qoymusan ki, bizim namus ənənələrimiz pozulsun. Ərindən sonra əsilsiz bir adamla yastığa baş qoysun və tayfa başçısının hansı qandan törədiyi məlum olmasın. Tayfanın namusuna gülsünlər!

    –Mənim xatunum elə iş tutmaz. O, büsbütün namusdan yoğrulub!

    –Arvadını namusuna görə öymək kişiyə yaraşmaz. Sənin kişilikdən danışmağa haqqın yoxdur!

    Qardaşım o dünyada xəcalətli qalıb, ömür boyu cəhənnəmdə olacaq. Amma o da deməyə sözünü tapacaq. Deyəcək:

    –Ey ağsaqqallar, siz heç Utkuxu[1 – Utkux-Qədim türk və monqolların Çin səddinə verdiyi addır.] görmüsünüzmü?

    Ən qocamanı əlavə edəcək:

    –Mənim atam deyərdi ki, oranı uzaqdan görüb!

    –Bəs siz? Siz görmürsünüzmü?

    Bütün ağsaqqallar bir ağızdan söyləyəcəklər:

    –Yox, görməmişik, eşitmişik. Gərək düzünü deyək.

    –Amma mən Utkuxu aşıb, Çindən tayfaya ipək, qumaş gətirib geyindirmişəm. Sizin vaxtınızda onların əynindəki qoyun dərilərini mən çıxartmışam. Sizin vaxtınızda da alaçıqlardan arxac, peyin iyi gəlirdi. Mənim vaxtımda xatunlarımız Çin gülabı ilə saçlarını yuyurlar. Körpələrimizdən süd, qızlarımızdan qızılgül ətri gəlir.

    • Последние новинки библиотеки
    • Совет недели

    Fərman Kərimzadə Təbriz namusu (tarixi roman) (6 azn)

    “Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin “Tarixlər toplusu” (“Came ət-təvarix”) əsəridir. Fəzlullah Rəşidəd-dinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarla-rının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir.
    Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.

    Dostlarınla paylaş

    • Facebook’ta paylaşmak için tıklayın (Yeni pencerede açılır)
    • Twitter üzerinde paylaşmak için tıklayın (Yeni pencerede açılır)
    • WhatsApp’ta paylaşmak için tıklayın (Yeni pencerede açılır)
    • Arkadaşınıza e-posta ile bağlantı göndermek için tıklayın (Yeni pencerede açılır)
    • Linkedln üzerinden paylaşmak için tıklayın (Yeni pencerede açılır)
    • Telegram’da paylaşmak için tıklayın (Yeni pencerede açılır)
    • Pinterest’te paylaşmak için tıklayın (Yeni pencerede açılır)
    • Reddit üzerinde paylaşmak için tıklayın (Yeni pencerede açılır)
    • Daha fazla
    • Yazdırmak için tıklayın (Yeni pencerede açılır)
    • Tumblr’da paylaşmak için tıklayın (Yeni pencerede açılır)
    • Pocket’ta paylaşmak için tıklayın (Yeni pencerede açılır)
    • Skype’da paylaşmak için tıklayın (Yeni pencerede açılır)

Comments are closed, but trackbacks and pingbacks are open.