Geosiyasi nizamın yeni konfiqurasiyasının meqatrendləri
Belə ki, dördüncü reallıq-fakt ondan ibarətdir ki, “Avropa hazırda qlobal güc deyil və çətin ki, gələcəkdə də olsun” (bax: əvvəlki mənbəyə). Lakin o, beynəlxalq aləm üçün olan təhlükələrə qarşı durmaqda təşəbbüsü öz üzərinə götürə bilər. Bununla yanaşı, Avropa ABŞ-ın yaxın müttəfiqi kimi gələcəkdə Rusiya-Ukrayna böhranının konstruktiv həlli üçün fəaliyyət göstərə bilər.
Qlobal geosiyasi nizamın yenilənməsi: Bjezinski modelinin fərqlilikləri
Görkəmli Amerika politoloqu Zbiqnev Bjezinskinin yeni məqaləsi dərc olunub. Məqalədə müasir dünya siyasətində baş verən proseslər təhlil edilir və bunun əsasında proqnozlar verilir.
Milli.Az newtimes.az-a istinadən bildirir ki, politoloq hazırda qlobal siyasətin müxtəlif sahələri əhatə edən 5 vacib probleminin olduğunu vurğulayır. Əsas məsələ isə dünyanın yeni nizamının formalaşdırılmasından ibarətdir. Z.Bjezinskinin fikrinə görə, bu prosesə Birləşmiş Ştatlar rəhbərlik etməlidir. Yeniləşmə təşəbbüsü də məhz Vaşinqtondan gəlməlidir. Bu aspektdə Amerika Rusiya və Çin istiqamətində xüsusi siyasət yeritməlidir. Ancaq bütün hallarda ABŞ-ın liderliyi təmin edilməlidir. Bu, əvvəlki modellərə bənzəməməlidir. Belə ki, artıq təkbaşına dünyanı heç bir dövlət idarə edə bilməz. Bu səbəbdən Amerika yeni qüvvələr balansını yaratmalıdır. Bunun üçün də politoloq bir neçə təklif irəli sürür. Onların sırasında müsəlmanlara qarşı tarixi haqsızlıqların nəzərə alınması diqqəti çəkir. Z.Bjezinski hesab edir ki, müsəlman cəmiyyətlərinin etirazları ilk növbədə həmin ədalətsizliklərlə əlaqəlidir. Lakin tanınmış siyasətşünas müsəlmanlara qarşı edilən haqsızlıqlarda bir sıra məqamları unudub. Məsələn, ermənilərin azərbaycanlıları qətlə yetirməsi faktı yazıda öz əksini tapmayıb.
Geosiyasi arxitektura: necə yenilənə bilər?
Dünyanın tanınmış analitik və strateqləri qlobal miqyasda geosiyasi nizamın yenidən formalaşdırılması zərurətini tez-tez vurğulayırlar. Bunun müxtəlif səbəbləri göstərilir. Tarixin keçmiş dönəmlərindən də bir-birinə bənzəməyən nümunələr gətirilir. Müasir dövrdə geosiyasi dinamikanın özəllikləri ilə bağlı müxtəlif müddəalar irəli sürülür və proqnozlar verilir. Lakin bütün hallarda fərqli baxışlar bir nöqtədə birləşir – dünya mövcud nizamlı strukturla artıq irəliləyə bilmir və yeni “geosiyasi arxitektura yaradılmalıdır” (Z.Bjezinski).
Bəli, məşhur Zbiqnev Bjezinski bu məsələ ilə bağlı olduqca aktual və maraqlı bir analitik yazı dərc etdirib. Məqalə “The American Interest” jurnalında işıq üzü görüb (bax: Zbigniew Brzezinski. Toward a Global Realignment / “The American Interest”, aprel, 2016). Müəllif müasir mərhələdə qlobal siyasətin aktual problemlərinə geniş mövqedən yanaşır. Yazıda əsas məqsəd hazırda müşahidə olunan geosiyasi qeyri-müəyyənliklər kontekstində dünyada yeni balansın yaradılması yollarının təhlilindən ibarətdir.
İlk öncə Z.Bjezinski ABŞ-ın dünya liderliyi məsələsinin səmərəli həlli üsullarını göstərir. Əsas məqam ondan ibarətdir ki, artıq Vaşinqton təkbaşına dünyanı idarə edə bilmir. Müəllif yazır: “. ABŞ-ın dünya ağalığı erası başa çatır” (bax: əvvəlki mənbəyə). Bu səbəbdən dünya supergüclərinin qüvvələr nisbəti dəyişməlidir. Bunun təşəbbüskarı isə Amerika olmalıdır. Z.Bjezinski bu tezisi hazırda müşahidə edilən 5 real faktla izah edir (hər halda, analitik onları real fakt hesab edir).
Birincisi, ABŞ siyasi, iqtisadi və hərbi sahələrdə dünyanın ən güclü dövləti olaraq qalır. Lakin “regional qüvvələr nisbətinin mürəkkəb geosiyasi dəyişiklikləri nəzərə alındıqda, Birləşmiş Ştatlar artıq dünya miqyasında ali güc deyil” (bax: əvvəlki mənbəyə). Bununla yanaşı, başqa dövlətin də belə bir keyfiyyəti yoxdur. Deməli, Z.Bjezinskiyə görə, birinci reallıq ondan ibarətdir ki, indi heç bir böyük dövlət dünyanı təkbaşına idarə etmək iqtidarında deyil. Buradan belə nəticə çıxır ki, qlobal geosiyasi nizam iki və ya daha çox superdövlətin qüvvələrinin tarazlaşdırılması prinsipi üzrə tənzimləmə mexanizmi əsasında yenidən qurulmalıdır. Yerdə qalan 4 real fakt məhz bu tezisi sübut etmək üçündür.
Onlardan ikincisi belədir: “Rusiya hazırda imperiya tənəzzülünün və mərkəzdənqaçmanın axırıncı epileptik mərhələsini yaşayır” (bax: əvvəlki mənbəyə). Bunun ağrılı proses olmasına baxmayaraq, bu, Rusiyanın perspektivli dövlət olmadığı anlamına gəlmir. Çünki Rusiya birləşmiş Avropa tərkibində güclü milli dövlət ola bilər. Görünür, Moskva bunu ya dərk etmir, ya da qəbul etmək fikrində deyil. Çünki o, özündən qonşularını kənara itələyir, müsəlmanlarla dil tapa bilmir.
Z.Bjezinskinin bu fikirlərindən belə çıxır ki, Rusiya əsas diqqətini Avropa standartlarına uyğun güclü milli dövlət quruculuğuna yönəltməlidir. Bunun əvəzində, Kreml dünya lideri olmaq həvəsi ilə hərəkət edir və nəticədə, ətrafda yerləşən dövlətlərlə münasibətlərini daha da korlayır. Məsələn, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrlə Moskvanın problemləri azalmır.
ABŞ-Rusiya-Çin “üçbucağı”: ziddiyyətli konfiqurasiyanın əlamətləri
Bizcə, bu qiymətləndirmədə bir ziddiyyət vardır. Z.Bjezinskinin özü etiraf edir ki, Avropa artıq qlobal güc deyil. Bu, onun aşağıda təhlil edəcəyimiz dördüncü real faktıdır. Ancaq Moskva kontekstində ziddiyyətli məqam analitikin Rusiyanı bir tərəfdən dünyada geosiyasi balansı təmin edən tərəflərdən biri kimi təqdim etməsi, digər tərəfdən isə onu “qlobal güc olmayan Avropanın siyasi və iqtisadi çərçivəsinə” yerləşdirməsidir (bax: əvvəlki mənbəyə). Bu bağlılıqda Bjezinskinin üçüncü reallığı maraqlıdır.
Üçüncü reallıq dedikdə, analitik Çinin “dönmədən inkişaf etməsini” nəzərdə tutur (bax: əvvəlki mənbəyə). Pekin Vaşinqtonun ciddi rəqibi ola bilər. Hazırda Çin rəhbərliyi bunu büruzə verməməyə çalışır. Bu ölkə yeni nəsil silahlar istehsal etməklə yaxın gələcəkdə Amerikanı geridə qoya bilər. Belə çıxır ki, Çinin inkişafından narahat olan ABŞ onu özünə bərabər ola bilən yeganə rəqib hesab edir. Rusiya faktorundan da ilk növbədə Çinin qabağını almaq məqsədilə istifadə etməyə cəhd edilir.
ABŞ Çinin Rusiyaya təhlükə törədə biləcək səviyyədə inkişaf edəcəyi haqqında danışır və Rusiyanı inandırmaq istəyir ki, həmin təhlükədən onu ancaq Birləşmiş Ştatlar xilas edə bilər. Kütləvi informasiya vasitələrində Çinin Rusiyanın Uzaq Şərq regionlarını zəbt edə biləcəyi barədə tez-tez məlumatlar yayılır. Z.Bjezinskinin Rusiya və Çini yuxarıda təqdim edilən formada qiymətləndirməsi vurğuladığımız strategiyaya uyğundur. Çünki Rusiya Avropa tərkibində güclü və aparıcı milli dövlət olaraq təsəvvür edilirsə, Çin müstəqil, siyasi, iqtisadi, hərbi və mədəni imkanları ABŞ-a bərabər ola biləcək supergüc kimi təqdim olunur. Burada sətiraltı Çinin Rusiya üçün də təhlükə kəsb etməsi məqamı yer alıb. Z.Bjezinski keçmiş sovet respublikalarının dövlətçiliklərini getdikcə möhkəmlətməsi fonunda Rusiya-Çin-Qərb münasibətlərinin məzmunu haqqında vurğulayır: “İndi bu dövlətlər (keçmiş sovet respublikaları – müəllif) öz müstəqilliklərini möhkəmləndirirlər, Çin və Qərb isə bu yeni reallığı müxtəlif regionlarda və hər biri özünəməxsus formada Rusiyanın ziyanına istifadə edirlər” (bax: əvvəlki mənbəyə). Görünür, analitik 4-cü reallıqda bu məqamı nəzərə alaraq Avropaya geosiyasi proseslərdə yer ayırır.
Belə ki, dördüncü reallıq-fakt ondan ibarətdir ki, “Avropa hazırda qlobal güc deyil və çətin ki, gələcəkdə də olsun” (bax: əvvəlki mənbəyə). Lakin o, beynəlxalq aləm üçün olan təhlükələrə qarşı durmaqda təşəbbüsü öz üzərinə götürə bilər. Bununla yanaşı, Avropa ABŞ-ın yaxın müttəfiqi kimi gələcəkdə Rusiya-Ukrayna böhranının konstruktiv həlli üçün fəaliyyət göstərə bilər.
Z.Bjezinskinin bu fikirlərində maraqlı bir məqam vardır. Avropa qlobal güc deyil və olacağı gözlənilmir, lakin dünya miqyasında olan təhlükələrə qarşı mübarizədə fədakar davranmalıdır. Bu, məhz Vaşinqtonun Avropaya ayırdığı roldur. Aydındır ki, burada Avropadan Amerikanın geosiyasi liderliyinin təmini üçün addımlar atılması istənilir. Əsas məqsəd də geosiyasi qüvvələrin elə balansına nail olmaqdır ki, yekunda Amerikanın maraqları təmin edilsin. Görünür, Vaşinqton hələ də ən yaxın müttəfiqlərindən belə öz məqsədlərinə çatmaq yolunda istifadə etmək kursundan imtina etməyib.
Özlüyündə belə bir sual yaranır: ABŞ, Rusiya və Çin münasibətlərinin mürəkkəb sxemini qurmaq nəyə lazımdır? Bu sualın cavabını Z.Bjezinski 5-ci reallıq-faktda verir. Analitik vurğulayır: “Beşinci reallıq postmüstəmləkə müsəlman ölkələrində siyasi oyanmanın onların, əsasən, Avropa ölkələri tərəfindən edilən sərt təsirlərə müəyyən qədər gecikmiş reaksiyasıdır” (bax: əvvəlki mənbəyə). Doğrusu, başqa bir Qərb analitikindən bu cür etirafı duymamışdıq. Z.Bjezinski, faktiki olaraq, nəinki dərin düşünən analitik, həm də ədalətli olmağa çalışan insan olduğunu bir daha sübut edir. Şərqdə bu fikir çoxdan səsləndirilir.
O cümlədən Azərbaycan və Türkiyə prezidentləri islamofobiyadan, müsəlman dövlətlərinə olan haqsız təsir və təzyiqlərdən, onların uydurma faktorlar əsasında suçlandırılmalarından, ikili standartlar siyasətindən dəfələrlə danışıblar. Müsəlman dövlətinin sürətlə inkişaf etməsini qəbul etməyənlərdən söz açıblar. Qərb dövlətlərinin və onların nəzarətində olan beynəlxalq təşkilatların müsəlman ölkələrində problemlər axtarması, əsassız olaraq müxtəlif məsələlərdə ittiham etməsi, siyasi oyanışı terror formasına salmaq cəhdləri – bütün bunlar günümüzün reallıqlarıdır.
İndi Z.Bjezinski kimi analitiklər etiraf edirlər ki, bu proses dünyanın geosiyasi nizamına ciddi təhlükələr yaradır. Hətta vəziyyət o səviyyəyə çatıb ki, yaranmış situasiyada dünyanı xilas etmək üçün ABŞ-Rusiya-Çin əməkdaşlığının səmərəli formasını axtarıb tapmaqla, qlobal miqyasda qüvvələrin geosiyasi balansını yaratmağa nail olmağı təklif edirlər.
Çünki dərk olunur ki, müsəlman ölkələrin reaksiyası ədalətsizliyə qarşı güclü etirazdan qaynaqlanır və onun nəticələri uzaqlara gedə bilər. Amerikalı analitik konkret olaraq bir fikri ifadə edir: “. bu reaksiya. çoxlu sayda müsəlmanı ətraf dünyaya qarşı birləşdirir” (bax: əvvəlki mənbəyə).
Burada Z.Bjezinski bir qeyri-dəqiqliyə yol verir. Məsələ burasındadır ki, müsəlman ölkələri, ümumiyyətlə, “ətraf dünyaya qarşı” birləşmirlər, onlar zülmkarlara, istismarçılara, onların yurd-yuvalarını dağıdanlara, torpaqlarını bombalayıb xarabalığa çevirənlərə və təcavüzkar dövlətlərə havadarlıq edənlərə qarşı birləşirlər! Hesab edirik ki, bu, kiməsə qarşı olan süni davranış deyil, özünümüdafiə aktıdır.
Belə görünür ki, son zamanlar müsəlman ölkələrin gücü bir yerə qoyub, İslamı, müsəlman mədəniyyətini, dövlətçiliyi, ölkələrin ərazilərini qorumaq qərarı alması bir sıra dairələri çox narahat edir. Onlar səmimiyyətlə bəd əməllərdən çəkinib, ədalətli siyasət yeritmək əvəzinə, müsəlman olmayan böyük dövlətlərin müttəfiq olub, dünyaya yenə ağalıq etməsi haqqında düşünürlər. Z.Bjezinskinin təklifləri də məhz bu düşüncəyə əsaslanır.
Budur, o yazır: “Vahid əsasa malik bu beş reallıq bizə onu deyir ki, qüvvələrin qlobal balansını dəyişmək üzrə təşəbbüsü ABŞ öz üzərinə götürməlidir ki, müsəlman aləmində yaranmış və bəzən onun sərhədlərindən kənara çıxan zorakılığın dünya nizamını pozmadan qarşısını almaq mümkün olsun. Biz bu yeni arxitekturanı yuxarıda sadalanan bütün beş reallığı nəzərə alaraq ümumi cizgilərdə təsvir edə bilərik” (bax: əvvəlki mənbəyə). Deməli, ABŞ-ın liderliyi ilə dünyanın supergücləri müsəlman ölkələrindəki zorakılığın (bunu kimlərin yaratdığı deyilmir) digər regionlara yayılmaması üçün birləşməlidirlər. Kimlərə qarşı? Əlbəttə, müsəlmanlara qarşı. Onlar elə qüvvələr balansını əmələ gətirməyi təklif edirlər ki, müsəlman ölkələrinə siyasi, iqtisadi, hərbi və mədəni nəzarəti sərt çərçivələrə salsınlar və yekunda onları idarə etsinlər. Tanınmış analitik bu məqsədə çatmaq üçün konkret tezislərini ifadə edir.
Beş tezis: müsəlmanların oyanışı, yoxsa ədalətin bərpası?
Birincisi, əgər Amerika bu və ya digər dərəcədə Rusiya və Çinin də iştirak etdiyi koalisiya yarada bilsə, Yaxın Şərqdəki zorakılığa qarşı səmərəli dayana bilər. Ancaq belə bir koalisiyanın yaranması üçün Rusiyanı “öz qonşularına qarşı güc tətbiq etməkdən çəkindirmək” gərəkdir. Çini isə inandırmaq lazımdır ki, Yaxın Şərqdə baş verən zorakılıqlara münasibətdə passiv mövqedə qalmaq eqoist davranışdır və sonu hamı üçün problemlər yarada bilər. O cümlədən Pekinin siyasi və iqtisadi maraqlarına ciddi zərbələr dəyə bilər.
Nəzəri baxımdan müsbət təsir bağışlayan şərtdir. Lakin nə Rusiya, nə də Çin Z.Bjezinskinin təsvir etdiyi mənada öz siyasətlərindən əl çəkməzlər. Məsələn, Rusiyaya qonşularına qarşı hərbi güc tətbiq etməyi qadağan etmək nə deməkdir? Moskva bu sualın qarşılığında soruşur: bəs ABŞ və Avropa ölkələrinin Rusiyanın qonşuluğunda olan ölkələrə siyasi və hərbi təzyiq etməsi nə deməkdir?
Kreml öz təhlükəsizliyini qorumaq və dünyadakı mövqeyini saxlamaq naminə bu addımları atdığını ifadə edir. Müəyyən məqamlarda Moskva haqlıdır. Nədənsə imtina qarşılıqlı olmalıdır. Yəni heç bir böyük dövlət müstəqil ölkələrə təsir etməməlidir. Bu səbəbdən liderlik iddiasında olan və bunu hər kəsin bildiyi şəraitdə Vaşinqtonun Rusiyanı sakitləşdirmək cəhdi səmərəsiz olacaq. Suriya məsələsində bu, bir daha sübut olundu.
Çinə gəldikdə isə, Pekin heç bir halda ABŞ-ın siyasi məqsədlərinə xidmət edən hansısa birliyə daxil olmaz. Üstəlik, Cənubi Çin dənizində kifayət qədər gərgin vəziyyət yaranıb. Bunu nəzərə alaraq, Pekin Yaxın Şərqdə mübarizə aparan Rusiya, İran və Qərb ölkələrinin heç birinin yanında dayanmaz. Əksinə, Çin iqtisadi və enerji layihələri ilə həmin regionda kifayət qədər fəaldır. Hətta Afrika və Cənubi Amerika istiqamətində belə Pekinin ciddi addımlar atdığı məlumdur.
Bu səbəblərdən Z.Bjezinskinin Rusiya və Çin qarşısında yuxarıda qeyd olunan şərtləri qoyması düşündürücüdür. İkinci şərt də bu kontekstdə maraqlı təsir bağışlayır və birinci ilə əlaqəli görünür. Amerikalı analitikə görə, Rusiya tarixində ilk dəfə olaraq həqiqi mənada milli dövlət qurmaq şansı əldə edib. Lakin bu, ciddiyə alınmır. Buna baxmayaraq, Rusiya Avropa tərkibində aparıcı və güclü milli dövlət olmağa çalışmalıdır. Əks halda, Çinin ərazi-demoqrafik təzyiqlərinə qarşı durmaq Kreml üçün çox çətin ola bilər. Pekin keçmişdə “qeyri-bərabər” şərtlər daxilində imzalanmış müqavilələri birtərəfli qaydada ləğv edə bilər (bax: əvvəlki mənbəyə).
Biz yuxarıda məsələnin bu tərəfini müəyyən qədər təhlil etmişik. Burada onu vurğulayaq ki, Rusiyanı birləşən Avropanın tərkibində görmək reallığı əks etdirmir. Bu ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, vahid Avropa ideyası iflasa uğrayıb. Bundan başqa, Kremlin özünün Avropa ilə bağlı geosiyasi strategiyası mövcuddur. Burada Avropa İttifaqının Rusiyanın maraqlarına xidmət edən bir hala gətirilməsi, konkret desək, “arxa bağça” rolunu oynaması istənilir. “Arxa bağça” dedikdə, Moskva Avropa ölkələrinin yeni texnologiyalarının və mütəxəssislərinin siyasətdən kənar Rusiyaya gətirilməsini nəzərdə tutur. Üstəlik, Avropa innovasiya xarakterli təhsil üsullarını ruslara təmənnasız verməlidirlər.
Bu məqamlarla yanaşı, Rusiya çətin ki, Amerikanın Çin siyasətinə ortaq olmağa razı olsun. Təsadüfi deyil ki, bir sıra ekspertlər Kremlin üzünü Asiyaya çevirdiyindən bəhs edirlər (bax: Александр Лукин. Поворот России к Азии: миф или реальность? // “Международная жизнь”, 2016, №4, c.90-107).
Bu zaman Moskva və Pekin müttəfiq olmağa deyil, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığa üstünlük verirlər. Yəni hər hansı blok yaratmırlar, hansısa güclərə qarşı durmaq fikirləri yoxdur. Bu mənada Rusiya ilə Çin rəqib deyillər, lakin müttəfiq də deyillər.
Təbii ki, bu format Z.Bjezinskinin yuxarıda təsvir etdiyimiz geosiyasi modelinə sığmır. Onda onun reallığından danışmaq riskli görünür. Amerikan analitik nəzəri model kimi nələrisə təklif edə bilər. Həmin fikirlərin reallaşması kifayət qədər qeyri-real görünür. Üçüncü şərtə də eyni məntiqlə yanaşmaq lazım gəlir. Belə ki, Z.Bjezinski Çinin inkişaf dinamikasının siyasi tələskənliyə aparıb çıxarmasının təhlükəli olduğunu vurğulayır. Analitik yazır: “Çin üçün yaxın gələcəkdə ən perspektivli siyasət ABŞ-ın başlıca tərəfdaşı olmaqdır. ” (bax: əvvəlki mənbəyə).
Məqsəd aydındır – Çinin Amerika ilə tərəfdaş olmasından kənar istənilən siyasi kursu “tələskənlik” sayılacaq və əks zərbələr endiriləcək. Yeganə düzgün çıxış yolu, qısa desək, Vaşinqtonun yanında durmaqdır.
Dördüncü şərt müsəlman ölkələri ilə bağlıdır. ABŞ, Rusiya və Çin Yaxın Şərqdəki silahlı qruplara təzyiq etməlidirlər və onlara anlatmalıdırlar ki, zəbt etdikləri ərazidə heç bir imtiyaz sahibi deyillər. Yəni bu cür məsələləri supergüclər həll etməlidirlər. Müsəlmanların silahlı qrupları isə onların əmrlərini yerinə yetirməlidirlər. Z.Bjezinski onu da vurğulayır ki, ABŞ, Rusiya və Çin İran, Türkiyə, İsrail və Misir kimi dövlətçilik ənənəsi olan ölkələrlə əməkdaşlıq etməlidirlər.
Nəhayət, beşinci məqam daha maraqlıdır. Z.Bjezinski vurğulayır ki, uzun müddətdir ayrı-ayrı ölkələrə qarşı törədilən fitnə-fəsadlar yaddaşlarda dərin iz buraxıb. XIX əsrdə müxtəlif müharibələr və məcburi köçürmələr nəticəsində 100 mindən çox insan həlak olub. 1857-1867-ci illərdə Hindistanda ingilislər 12 milyona yaxın dinc insanı qətlə yetiriblər. Konqoda 1890-1910-cu illər arasında belçikalı istismarçılar 10-15 milyon adam öldürüblər. Vyetnamda isə 1955-1975-ci illər arasında 3 milyona yaxın insan qətlə yetirilib (bax: əvvəlki mənbəyə).
Z.Bjezinski bu məlumatlardan sonra konkret olaraq müsəlmanlara qarşı olan haqsızlıqlardan bəhs edir. Belə ki, 1864-1867-ci illər arasında Rusiya çərkəzlərin 90%-ni sürgün edib, 300 mindən 1,5 milyona qədər insan isə ya aclıqdan ölüb, ya da qətlə yetirilib. 1916-1918-ci illərdə çar Rusiyası Mərkəzi Asiya müsəlmanlarını Çinə sürgün edərkən 300 min insan həlak olub. İndoneziyada 1835-1845-ci illər arası hollandlar 300 min müsəlmanı öldürüblər. 1830-1845-ci illərdə fransızların vəhşilikləri nəticəsində Əlcəzairdə 1,5 milyon insan həyatla vidalaşıb. Liviyadan italyanlar müsəlmanları hərbi düşərgələrə göndəriblər ki, onların 500 minə qədəri həlak olub. Əfqanıstanda sovet qoşunları 1979-1989-cu illərdə 1 milyona yaxın adamı məhv edib, amerikanlar isə 26 min əfqanı qətlə yetirib. İraqda ABŞ və onun müttəfiqləri 165 min dinc vətəndaşı məhv ediblər (bax: əvvəlki mənbəyə).
Əlbəttə, bunlar dəhşətli rəqəmlərdir. Lakin, nədənsə, tanınmış analitik erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində törətdiyi vəhşiliklərdən bəhs etməyib. Ermənilərin Xocalıda həyata keçirdikləri vəhşilikləri dünyanın heç bir yerində, heç bir xalq, heç bir din mənsubu etməyib. Onlar insanları sadəcə öldürməyib, onların meyitlərini təhqir edib, bədən əzalarını kəsiblər. Minlərlə azərbaycanlı-müsəlmanı xüsusi amansızlıqla qətlə yetiriblər. Ermənilər qoca, qadın, uşaq demədən hər bir canlı müsəlmana qarşı olduqca qəddar davranıblar. Ancaq böyük dövlətlər bu haqsızlığa göz yummaqda davam edirlər. Onlar bu barədə danışmaq belə istəmirlər.
Beləliklə, yuxarıda təqdim edilən rəqəmlər göstərir ki, müsəlman cəmiyyətlərinin ədalətsizliyə qarşı etirazlarının tam əsası vardır. Belə bir şəraitdə dünyanın supergüclərinin ilk işi müsəlmanları qətlə yetirənləri cəzalandırmaq olmalıdır. Tarixi ədalət bərpa edilməlidir. Yalnız bundan sonra hansısa geosiyasi konfiqurasiyadan danışmaq mümkündür. Ədalət təmin edilməyincə, ən yaxşı nəzəri ideya belə masa üzərində qalacaq. O cümlədən Z.Bjezinskinin yuxarıda təhlil etməyə çalışdığımız geosiyasi modeli, yeni dünya arxitekturası yalnız ideya olaraq maraq doğuracaq. Ancaq təəssüf ki, belədir!
Milli.Az
Geosiyasi nizamın yeni konfiqurasiyasının meqatrendləri
Dövlətimizin başçısı İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələr uğurla icra edilir
Bu gün ümumbəşəri bəlaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, ölkəmizdə bütün sahələrdə uğurlu islahatlar prosesi davam etdirilir. Ötən ildən başlanan bu təkmilləşmə hakimiyyətin hər üç qolunu-icra, qanunvericilik və məhkəmə-hüquq sistemini əhatə edir. Atılan addımlar ölkənin hərtərəfli inkişafını daha da sürətləndirir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələbə çevirir.
Cari ilin fevralında keçirilən parlament seçkilərindən sonra yeni formalaşmış Milli Məclisin ilk iclası bütün sahələrdə əldə olunan uğurların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, qanunvericilik bazasının təkmilləşdirilməsinin zəruriliyinə də işıq saldı. «İslahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, kadr islahatları aparılır. Prezident Administrasiyası, Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə, yerli icra orqanlarında islahatlar aparılır və aparılacaq: «Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın.»
Ölkə Prezidenti İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində islahatların dərinləşməsinin parlamentdən yan keçə bilməzliyini də xüsusi qeyd edərək bu inamı ifadə etmişdir ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək. Deputatların qarşısında ilk növbədə qanunvericilik sahəsində böyük vəzifələr durur: «Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil… Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar.» Dövlətimizin başçısı qanunvericilik bazasını qarşıda duran hədəflərlə uzlaşdırmağın vacibliyini şərtləndirən amilləri diqqətə çatdıraraq bildirmişdir ki, həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri olmalı, iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.
Təbii ki, hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi, siyasi, sosial islahatları həyata keçirmək məsələləri dayanır. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı daha da sürətləndirir. Konstitusiyanın qəbulundan ötən 24 ildən artıq dövr ərzində ali sənədə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də deyilənlərin bariz nümunəsidir. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, vətəndaş hüquqlarının qorunmasına yönələn təsisatların formalaşması, eyni zamanda, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması prosesi uğurla həyata keçirilir. Ötən bu illər ərzində Milli Məclisdə qəbul olunan minlərlə qanun və qərarlar ölkəmizin ayrı-ayrı sahələrinin inkişafına xidmət etməklə, ümumilikdə, hədəflərin gerçəkləşməsində stimulverici amil rolunu oynayır.
Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən amillərdən biri təbii ki, çoxpartiyalı sistemin yaradılmasıdır. Ölkəmizdə 40-dan artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün lazımi şəraitin yaradılması göz önündədir. 1992-ci ildə qəbul olunan «Siyasi partiyalar haqqında» qanunun dövrün, zamanın tələblərinə cavab vermədiyini nəzərə alaraq yeni «Siyasi partiyalar haqqında» Qanunun qəbul olunması da deyilənlərin bariz nümünəsidir. Ölkəmizdə keçirilən seçki proseslərində müxtəlif siyasi partiyaların iştirakı, həmçinin onları təmsil edən namizədlərin qatılması, heç bir ayrı-seçkiliyə yol vermədən seçkilərin bütün mərhələrində eyni şəraitin yaradılması da günümüzün reallıqları sırasındadır. Məlum olduğu kimi, 9 fevral növbədənkənar parlament seçkilərində 20-yə yaxın siyasi partiya iştirak etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, alıtıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Bu, demokratiyanın inkişafında önəmli addımdır.
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkədə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı inkişafın əsasıdır. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmiz qarşısında böyük perspektivlər açır. Ölkə Prezidenti İlham Əliyev keyfiyyətcə yeni mərhələdə vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmləndirilməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt kimi dəyərləndirərək bildirmişdir ki, siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik: «Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq.»
Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi, ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədilə yeni qanunların qəbulu daim öz aktuallığını qoruyur. Milli Məclis üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarını qətiyyətlə müdafiə etməyə, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfəsini verməyə səy göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasında da məqsəd siyasi partiyalarla hakimiyyət arasında arasında əlaqələrin daha da möhkmləndirilməsinə dəstək olmaqdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ayrı-ayrı siyasi partiyaların rəhbərləri, həmçinin qeydiyyata alınan yeni partiya sədrləri ilə görüşü də deyilənlərin təsdiqidir. Hər bir görüş siyasi dialoqun möhkəmləndirilməsinə dəstəkdir. Görüşlərdə ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması istiqamətində fikir mübadiləsi aparılır, hakimiyyət və siyasi partiya təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyi bildirilir.
Ölkə iqtidarı daim siyasi dialoq tərəfdarı olduğunu nümayiş etdirir və bu istiqamətdə lazımi addımları atır. Bu addımlar Azərbaycanda vətəndaş həmrəyliyi və birliyinin daha da möhkəmləndirlməsinə, ölkəmizin davamlı inkişafına xidmət edir.
Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün videokonfrans formatında görüşün keçirilməsini də xüsusi qeyd etməliyik. “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşdə pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri olan siyasi partiyaların fəaliyyətinə diqqət yönəldən Milli Məclisin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaratdığını, bu mühitin başlıca komponentlərinin isə dövlət başçısının VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində aydın şəkildə göstərildiyini diqqətə çatdırıb. Ölkə Prezidentinin qeyd edilən dərin məzmunlu, kifayət qədər konseptual tarixi nitqi siyasi sistemin də komponentlərini və perspektivlərini əhatə etməklə siyasi konfiqurasiyada və ictimai münasibətlər sistemində yeni tarixi mərhələ kimi qiymətləndirilə bilər.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu mühüm məqamı diqqətə çatdırmışdır ki, ölkə Prezidenti tərəfindən dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən çoxşaxəli islahatlar aparılır, ölkənin daha da qüdrətlənməsi və dünya birliyində yüksək mövqe tutması, xalqın rifah halının daha da yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər görülür.
Ə.Vəliyev Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasının ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və iradəsi ilə görülən işlərin bu qənaətə əsas verdiyi xüsusi qeyd edilib. Ölkəmiz artıq siyasi islahatların yeni mərhələsini yaşayır. Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə əsaslanır.
Daim bu məqam da önə çəkilir ki, ümummilli məsələlərin həllində iqtidar-müxalifət münasibətləri bir kənara qoyulub, ümumi mövqe nümayiş etdirilməlidir. Hər bir demokratik cəmiyyətdə müxalifətin olması vacibdir. Təbii ki, burada söhbət sağlam düşüncəli, konstruktiv müxalifətdən gedir.
Qeyd olunan tədbirdə səsləndirilən Bəyanatda da bu vacib məqama xüsusi diqqət yönəldilir. Bildirilir ki, siyasi sistemi möhkəmləndirmək məqsədilə ölkənin yeni siyasi konfiqurasiyasının formalaşdırılmasına, həmçinin ölkədə çoxpartiyalı sistemin inkişaf etdirilməsinə, partiyalararası sağlam əməkdaşlıq mühitinin yaradılmasına yönəlmiş addımların davamlılığının təmin edilməsi günümüzün əsas çağırışları sırasındandır.
Yeganə Əliyeva, “İki sahil”
Geosiyasi nizamın yeni konfiqurasiyasının meqatrendləri
Giriş
SSRİ-nin dağılması nəticəsində dünyanın geosiyasi və hərbi geostrateji vəziyyətinin dəyişməsi, müstəqillik əldə etmiş dövlətlərin bir siyasi sistemdən digərinə keçidi və başqa trasmilli proseslər bütün potsovet ölkələrində olduğu kimi Azərbaycan dövləti qarşısında da milli inkişaf və təhlükəsizlik siyasətinin formalaşması və vahid təhlükəsizlik siyasətinin yaradılması vəzifələrini irəli sürdü. Bununla bağlı 90-cı illərin əvvəlində Azərbaycanın milli inkişaf, təhlükəszlik siyasətinin, onun nəzəri və praktiki tərəflərinin formalaşması, müstəqil dövlətin həyati maraqlarının müəyyənləşməsi və təmin olunması, milli təhlükəsizliyin və mexanizmlərinin, onun ehtiyyatlarının yaradılması, düzgün geosiyasi hədəflərin müəyyən olunması, cəmiyyətin sosial-iqtisadi, siyasi və mənəvi təməlinin yeni dəyərlər və prinsplər əsasında qurulması və başqa vəzifələr dövlət siyasətinin xüsusi istiqamətinə çevrilərək,ümumi dövlət quruculuğu prosesinin təxirəsalınmaz və vacib məsələlərindən birini təşkil etdi.
Hər bir ölkənin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı milli inkişaf xəttindən, həyata keçirdiyi geosiyasətin çevikliyindən, səmərəliliyindən və ətraf aləmlə yaratdığı effektiv geosiyasi strategiyadan və münasibətlərdən asılı olur. Azərbaycanın region və dünya ölkələri ilə geosiyasi münasibətlərinin, milli inkişaf və təhlükəsizlik sahəsində yürütdüyü xarici siyasət strategiyasının əsas vəzifələrindən biri Prezident İlham Əliyevin söylədiyi kimi, ölkənin müstəqilliyini möhkəmlətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin etmək, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşılıqlı faydalı münasibətlərini yaratmaq və milli maraqlarını maksimum qorumaqdan ibarətdir.( https://president.az/articles/11725)
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra dövlətçilik ənənələrinə uyğun olaraq yeni daxili və xarici siyasət kursunun formalaşdırılması və tətbiqi başlıca məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlayan hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək,dünyaya siyasi və iqtisadi inteqrasiya zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət, eləcədə düşünülmüş geosiyasi inkişaf xətti tələb edirdi.
1. Azərbaycan Respublikasının geosiyasi
inkişaf perspektivləri
Hər bir müstəqil dövlətin əsas geosiyasi vəzifəsi öz milli ərazisi çərçivəsində vahid milli-dövlət strukturunu, mərkəzləşmiş dövlət idarəçilik sistemini və suveren dövlət hakimiyyətini yaratmaq, möhkəmlətmək və daimiliyini təmin etməkdən ibarətdir. Bundan başqa, dövlətin geosiyasi vəzifələri sırasına həm də cəmiyyətin artan sosial-iqtisadi, mənəvi və s. tələbatının, ölkənin xarici və daxili təhlükəsizliyinin dolğun şəkildə təmin edilməsi, əhalinin təbii fəlakətlərdən qorunması, ölkədə milli-vətəndaş həmrəyliyinin yaradılması, tolerantlığın qorunması və s. daxildir. Bütün bu vəzifələri həyata keçirmək üçün dövlət onunla həmsərhəd olan qonşu ölkələrlə, qarşılıqlı münasibətlərdə fərqli mövqeyi ilə seçilən ayrı-ayrı beynəlxalq və regional aktorlarla təmasa girməli olur. Dövlətin geosiyasi maraqları həmin aktorlarla toqquşa, kəsişə, yaxud üst-üstə düşə bilər. Lakin heç nədən asılı olmayaraq dövlətin rəsmi və qeyri-rəsmi strukturları tarixən formalaşmış beynəlxalq normalara, regional ənənələrə və praktikaya, dərk olunmuş milli və ümumi maraqların qarşılıqlı tarazlığına əsaslanaraq xarici aktorlarla bu və ya digər geosiyasi münasibətlər qurmağa borcludur. Belə münasibətlər sistemi səviyyəsinə görə beynəlxalq, regional və yerli (lokal) olmaqla dövlətin müəyyən geosiyasi kodunu müəyyənləşdirir və müvafiq fəaliyyət kodeksinin yaradılmasını tələb edir.
Xəzər hövzəsi və Cənubi Qafqaz regionunda mövcud olan irili-xırdalı bütün milli dövlətlərlə və dünyanın qarşılıqlı maraq kəsb edən digər ölkələri ilə tarazlaşdırılmış, xüsusi ölçülüb- biçilmiş geosiyasi, geoiqtisadi və geostrateji əlaqələrin qurulması, kəsişən və üst-üstə düşən regional və beynəlxalq maraqlar sisteminin təhlil olunaraq gündəlik xarici siyasət fəaliyyətində nəzərə alınması ehtiyacı müstəqil Azərbaycan Respublikasının da məxsusi geosiyasi kodunun müəyyənləşdirilməsi və müvafiq olaraq ölkənin ətraf aləmlə geosiyasi münasibətlərinin, fəaliyyət proqramının hazırlanması vəzifəsini ortaya qoymuşdur. (Geostrategiya, 2011:10-20) Azərbaycanın geosiyasi ərazisi Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi, islam sivilizasiyasının sərhədlərinin bitdiyi və xristianlığın sərhədlərinin başlandığı mədəni-mənəvi təmas məkanıdır. Bundan başqa, onun ərazisi dünyanın ən əhəmiyyətli geoməkanlarından biri hesab olunur, mühüm nəqliyyatkommunikasiya dəhlizlərinin kəsişmə nöqtəsində yerləşir və zəngin karbohidrogen ehtiyatlarına malikdir. Əsasən müsəlman əhalisinə malik olan, Şərq və Qərb dəyərlərini özündə birləşdirən ölkə dünyəvi həyat tərzinə malikdir. Hər bir digər ölkə kimi, geosiyasi statusuna müvafiq olaraq yerli, regional, beynəlxalq maraq çərçivəsini və dairələrini, geosiyasətinin məqsəd və vəzifələrini müəyyənləşdirmək, qonşu həmsərhəd ölkələrlə münasibətlərinin xarakterinə uyğun olaraq taktikasını, məxsusi geosiyasi fəaliyyət kodeksini hazırlamaq Azərbaycanın da xarici siyasət, milli təhlükəsizlik və müdafiə qurumlarının vacib vəzifələri sırasına daxildir.
Azərbaycanın ətraf aləmlə mövcud geosiyasi əlaqələrinin, məkan təmaslarının taktikasının müəyyən olunması, bölgədəki və dünyadakı potensial tərəfdaşlar və rəqiblərin düzgün qiymətləndirilməsi, onların təsir və müdaxilə imkanlarının, bu işdə istifadə edə biləcəyi geosiyasi ehtiyatların və mexanizmlərin obyektiv dəyərləndirilməsi, bu fonda ölkənin geosiyasi fəaliyyət konsepsiyasının və proqramının yaradılması təhlükəsizlik və xarici siyasət fəaliyyəti ilə məşğul olan müvafiq dövlət qurumları qarşısında mühüm vəzifələr qoyur.
Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə hazırda Azərbaycanın beynəlxalq aləm üçün müasir geosiyasi dəyər ölçülərini artıran, milli inkişafını dönməz edən, regional və beynəlxalq perspektivini yüksəldən, xarici aləmlə tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərən əsas amillər daha çox ölkənin təbii-mineral ehtiyyatları, Qərblə-Şərq arasındakı mövcud siyasi, hərbi, ticarət və s. əlaqələrdə tutduğu mövqe, malik olduğu nəqliyyat- kommunikasiya və tranzit imkanları, yürütdüyü geoiqtisadi siyasət və s. ilə bağlıdır. Odur ki, hazırkı onillikdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kurs aşağıdakı kimi görünür:
Azərbaycan regionda və dünyada geosiyasi mövqeyini möhkəmləndirən əsas amillərdən biri Xəzərin ona məxsus sektorundakı zəngin karbohidrogen ehtiyatları və və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına daşınması sahəsində həyata keçirdyi müstəqil və qərbyönümlü enerji siyasəti olmuşdur. Ardıcıl şəkildə həyata keçirdiyi yeni neft strategiyası ilə Azərbaycan qısa müddətdə Avrasiynın alternativ enerji daşıyıcılarının tranzit qovşağına və əsas təminatçılarından birinə çevrilmişdir. Avropa Birliyinin enerji təhlükəsizliyində həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi dəyərini artırması üçün geniş perspektivlər yaradır. http://www.xalqqazeti.com/az/news/education/44264).
2.Azərbaycan Respublikasının geosiyasi layihələri geosiyasi strategiyanın
tərkib hissəsi kimi
Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunikasiya dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində yerləşir. Ölkənin dünyada önəmli rol oynayan dövlətlərlə geoiqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdirilməsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmərəli istifadəsinin təşkili, xarici aləmlə mövcud nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi, dünyada yeni-yeni satış bazar larının axtarılması və mənimsənilməsi onun 2010-2020-ci illərdə reallaşdıracağı əsas geosiyasi və geoiqtisadivəzifələrsırasınadaxildir (http://www.anl.az/down/meqale/azerbaycan/2011/may/173982.htm). Bu məqsədlə xarici aləmlə Azərbaycanı birləşdirən transmilli və ölkədaxili strateji tranzit-nəqliyyat infrastrukturlarının,neft-qaz kəmərlərinin yenidən qurulması, buraxılış və daşıma gücünün bir neçə dəfə artırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və təhlükəsizlik siyasəti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi. Hazırda, Bakı- Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən üç neft kəməri, Bakı-Tbilisi- Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxminən 30-40 milyard kub metr olan maye qaz kəmərlərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini, demək olar ki, sıfıra endirmişdir. Xəzər qazının Qara dənizin Gürcüstan limanlarına qədər kəmərlərlə, sonra isə sıxılaraq tankerlərlə Rumıniyaya, oradan da Avropa Birliyi ölkələrinə ixrac olunması haqqında dövlətlərarası sazişin imzalanması təkcə Azərbaycanın deyil, bütöv Xəzər hövzəsi ölkələrinin qaz ixracı ilə bağlı risklərini ciddi şəkildə azaltmış və geoiqtisadi etibarlılığını artırmışdır. Buna əlavə olaraq, “Şahdəniz-2” layihəsinin reallaşdırılması ilə yeni kəmərlər-TANAP və TAP vasitəsilə böyük Azərbaycan qazının Avropa bazarına çıxarılması perspektivi bu etibarlılığı daha da möhkəmləndirmişdir.
2010-cu ildən başlayaraq Azərbaycan “Cənub dəhlizi” layihəsi ilə bağlı müzakirələrin perspektivsizliyini görərək təşəbbüsü öz əlinə aldı və növbəti dəfə liderlik keyfiyyətlərini ortaya qoydu. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu layihəsi üzrə sazişin imzalanması, 2013-cü ildə isə Trans-Adriatik layihənin əsas ixrac marşrutu kimi seçilməsi “Cənub dəhlizi”nə yeni nəfəs gətirdi. Nəticə etibarilə 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edildi (AzərTAc,2013). Azərbaycan öz təşəbbüsü və praktiki addımları ilə yeni transmilli enerji layihələrinin əsasını qoydu, “Cənub dəhlizi” layihəsini xilas etdi, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında daha fəal iştirak etmək imkanı qazandı. [2, səh.87-88]
Beləliklə, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçılarından biri hesab edir, həm də onun əsas tranzit ölkə mövqelərinin güclənməsində maraqlı olduqlarını nümayiş etdirir və bu işə ciddi səy göstərirlər. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən digər əsas amil hesab olunur(http://az.strategiya.az/index.php?do=xeber&id=78794).
Azərbaycan Respublikasının bugünkü əsas strateji mənafeləri və geosiyasi maraqları ilk növbədə onun dövlət suverenliyinin qorunub saxlanılmasını, ərazi bütövlüyünün bərpa edilməsini, əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin olunmasını, ölkə daxilində dayanıqlı siyasi və liberal iqtisadi sistemin formalaşdırılması və inkişafını, sosialiqtisadi tərəqqinin davam etdirilməsini, xarici aləmlə ortaq maraqların tapılması və uzlaşdırılmasını, ölkənin milli maraqlarının təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin getdikcə artırılması və s. vəzifələrin reallaşmasını tələb edir. Bu məsələlər Azərbaycanın bir dövlət kimi mövcudluğunu, Xəzər – Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı mövqelərinin güclənməsini şərtləndirən əsas strateji vəzifələr hesab olunur.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan diplomatiyasının bütün səyləri planetin mürəkkəb siyasi münasibətlər sistemində ölkənin müharibədən çıxarılmasına, pozulmuş ərazi bütövlüyünün bərpa olunmasına, milli, regional və beynəlxalq maraqlarının təmin edilməsinə, xarici aləmlə dinc əməkdaşlıq mühitinin yaradılmasına yönəlmişdir. Prezident Heydər Əliyevin diplomatik məharəti, Azərbaycanın mühüm coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, dünya üçün kəsb etdiyi geosiyasi önəm və s. həmin vəzifələri həll etməyə şərait yaratmışdır.
Azərbaycanın Avrasiyadakı əhəmiyyətli strateji mövqeyi və geosiyasi dəyəri məşhur dünya politoloqları, aparıcı tədqiqat mərkəzləri tərəfindən də etiraf olunmuşdur. Politoloq Z.Bjezinski bildirmişdir ki, “Müstəqil Azərbaycan Qərbin Xəzər hövzəsinin və Orta Asiyanın zəngin enerji resurslarına çıxışı üçün dəhliz ola bilər. Və əksinə, asılı Azərbaycan Orta Asiyanın dünyadan təcrid edilməsi deməkdir” ( Бжезинский,1998:232-234).
Azərbaycanın mövcud geosiyasi maraqları və bugünkü rəsmi siyasəti ölkə ərazisinin və Cənubi Qafqazın kimlərinsə “geosiyasi və hərbi-geostrateji münaqişə obyektinə” deyil, bütün sivil dünyanın “tərəfdaşlıq, qarşılıqlı-faydalı əməkdaşlıq və ədalətli iqtisadi yarış meydanına” çevrilməsini tələb edir. Rəsmi Bakı indiyə qədər Rusiya, Qərb, Türkiyə, İran və b. güclər arasında- Avrasiya, Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi və geosiyasi hədəfləri uğrunda gedən mübarizədən “tam müstəqil mövqe tutmaqla” və öz milli maraqlarına uyğun hərəkət etməklə, müəyyən məsafə saxlamağa nail olmuşdur ki, bu da onun regiondakı geosiyasi mövqelərini daha da gücləndirmişdir (http://modern.az/articles/75161/1/).
Avroatlantik təhlükəsizlik strukturlarına inteqrasiya xətti götürməsi Azərbaycanı dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi bir aktora çevirmiş və transmilli hərbi-strateji maraqların mərkəzinə çıxarmışdır. 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqrama qoşulmaqla Azərbaycan özünün regional və milli təhlükəsizlik maraqlarını təmin edəcəyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacağına çox ümid bəsləyirdi. Mütəxəssislər hesab edir ki, bu sahədə Azərbaycanın həyata keçirdiyi siyasət Cənubi Qafqazın mövcud reallığına tam adekvat idi. Çünki “Rusiya Bakını hərbi cəhətdən birbaşa nəzarətdə saxlaya bilməsə də, Ermənistanla müvafiq əməkdaşlığı gücləndirmək və rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsindəki davranışını Ermənistanın xeyrinə dəyişməklə Azərbaycanın milli təhlükəsizliyinə və hərbi-strateji maraqlarına ciddi təhlükə yarada bilərdi”(Azerbaijan Focus, 2009:107). Eyni zamanda, bu proqrama qoşulmaqda Azərbaycanın əsas məqsədi həm də öz müstəqilliyinə və sərhədlərinin təhlükəsizliyinə əlavə zəmanət almaq, Xəzər dənizinin ona məxsus sektorunda həyata keçirdiyi neft-qaz layihələrinin və dünya bazarlarına çəkilən transmilli kəmərlərin təhlükəsizliyini təmin etməkdən ibarət idi.
Azərbaycan keçən illərdə öz strateji tərəfdaşları ilə nəhəng transmilli enerji və nəqliyyat layihələri reallaşdırmaqla Avrasiyanın geosiyasi xarakteristikasını ciddi şəkildə dəyişmişdir. Yeni enerji-ixrac marşrutları və yeni geoiqtisadi şərtlər çərçivəsində Xəzər hövzəsinin və Orta Asiyanın zəngin karbohidrogen resurslarının dünya bazarlarına çıxarılması təmin edilmiş və faktiki olaraq bölgənin ənənəvi enerji ixracının şaxələndirilməsinə nail olunmuşdur (Həsənov,2015:134). Azərbaycanın təşəbbüsü və dünyanın ən aparıcı ölkə və şirkətlərinin iştirakı ilə yaradılan transmilli enerji konsorsiumu, yeni istehsal, ixrac marşrutları və s. infrastrukturlar Cənubi Qafqaz və Xəzər regionunun inkişafına ciddi təsir göstərmiş, bölgəni Avropa və dünya ölkələrinin güclü maliyyə və qabaqcıl texnologiyalarının üzünə açmışdır.
3. Müasir Azərbaycan Respublikasının
geoiqtisadi inkişaf dinamikası
Professor Əli Həsənov qeyd edir ki, geoiqtisadi anlamda Azərbaycanın milli inkişafı və iqtisadi maraqlarının təhlükəsiz təminatı müstəqilliyimizin ilk dövrü üçün bir neçə əsas vəzifəsi var idi (Həsənov,2015:935). Onları aşagıdakı kimi təsnif etmək olar:
– İlk növbədə, günü-gündən dərinləşən iqtisadi böhranı dayandırmaq, respublika səviyyəsində əqsədyönlü yaxud kortəbii şəkildə həyata keçirilən iqtisadi dağıntıların qarşısını almaq, ölkənin milli iqtisadiyyatı və vətəndaşların həyati tələbatı üçün yaranmış təhlükələri aradan qaldırmaqdan ibarət idi.
– İkincisi, müstəqilliyə qovuşduqdan sonra Azərbaycanın bəyan etdiyi “açıq ölkə” siyasəti, bazar iqtisadiyyatına keçid, xarici aləmlə iqtisadi inteqrasiya, biznes mühitinin liberallaşdırılması, azad mülkiyyətçilik xəttinin qəbul olunması və s. kimi addımlar bütövlükdə müsbət hal olsa da, bu xətt öz-özlüyündə Azərbaycanın müstəqil iqtisadi inkişafını, iqtisadi və sosial təhlükəsizliyini təmin etmirdi. Bunun üçün, Azərbaycan ilk növbədə ərazisindəki mövcud iqtisadi və əmək ehtiyatlarının düzgün qiymətləndirilməsi, qorunması, səmərəli istifadəsi və faydalı idarə edilməsi strategiyasını müəyyən etməli idi.
– Üçüncüsü, o dövrdə ölkənin iqtisadi maraqları SSRİ tərkibindən ayrılmış region ölkələri ilə əvvəlki iqtisadi-təsərrüfat əlaqələrinin pozulmasını deyil, əksinə, bu əlaqələri saxlamaqla tədricən və düşünülmüş formada dünyanın qabaqcıl iqtisadi sistemlərinə, xüsusən, Avropa Birliyi sisteminə səmərəli inteqrasiya siyasəti yürütmək tələb olunurdu. Azərbaycanın belə bir sistemə inteqrasiyası onun arzuolunmaz regional geoiqtisadi təsirlərdən xilas olmasına və geoiqtisadi müstəqilliyinə zəmin yarada bilərdi. Bu, həm də Azərbaycanın o dövr üçün böyük ehtiyac duyduğu qabaqcıl dünya texnologiyalarının, xarici investisiya və kapitalın ölkə iqtisadiyyatına cəlb olunmasına və bunun nəticəsində yanacaq-energetika, neft və qeyri-neft sektorunun inkişafının təmin edilməsinə, ölkənin zəngin təbii sərvətlərindən, mövcud iqtisadi ehtiyatlarından onun inkişafı naminə daha səmərəli, təhlükəsiz və itkisiz istifadə edilməsinə imkan yarada bilərdi. Azərbaycanın iqtisadi müstəqilliyi və geoiqtisadi maraqlarının təhlükəsizliyinin bəhs olunan dövr üçün ən uğurlu, səmərəli və faydalı yolu, əlbəttə, ABŞ və Avropa Birliyi ölkələri, Yaponiya, Çin və s. kimi beynəlxalq güclərlə transmilli əməkdaşlıqdan keçirdi. Uğurlu xarici iqtisadi siyasət yürütməklə bu ölkələrin iqtisadi, maliyyə-texnoloji imkanlarından istifadə etmək, milli iqtisadi inkişafa, geoiqtisadi müstəqilliyə və təhlükəsizliyə nail olmaq mümkün idi. Ölkənin ciddi böhrana düçar edilmiş və dağılmaqda olan iqtisadiyyatını da o dövrdə yalnız xarici iqtisadi strukturların maliyyə-texniki imkanlarından istifadə etməklə qaydaya salmaq olardı.
Nəticə
Azərbaycanın Avropa-Asiya kommunikasiya xətlərinin kəsişməsində, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən, enerji qaynaqları ilə zəngin məkanda – Avrasiyada yerləşməsi onun beynəlxalq, regional və millik təhlükəsizlik siyasətinin əsas vəzifələri, istiqamətləri və mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir. Xəzər hövzəsi və Cənubi Qafqazın hərbi strateji və təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın yürütdüyü milli, regional və beynəlxalq təhlükəsizlik siyasəti xüsusi rol oynayır. Bu siyasətin əsas istiqamətlərindən biri ölkənin regionda gedən əksər geosiyasi və geoiqtisadi proseslərdə fəal iştirakının təmil edilməsi və bütün sahələr üzrə milli maraqların qorunmasıdır. Azərbaycan xarici siyasətinin prioritetlərini qətiyyət və inamla reallaşdırır. Təcrübə göstərir ki, ölkəmizin xarici siyasət kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri həvəsləndirir. Azərbaycan Cənub Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Dövlətimiz yeni beynəlxalq enerji layihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər həyata keçirdikcə, bəzi qüvvələrin təxribatçı hərəkətləri artır. Cəbhə xəttində atəşkəsi pozur, bəzi media orqanlarında ölkəmizə qarşı şər-böhtanla dolu yazılar dərc edir, müxtəlif beynəlxalq dairələrdən təzyiqlər etməyə çalışırlar. Bütün bunlar mahiy yətcə sürətlə inkişaf edən Azərbaycanın əl-ayağına dolaşmaq xarakteri daşıyır. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq keçən əsrin 90-cı illərinin ölkəsi deyil – o, güclü, sülhsevər və zəngindir! Azərbaycan Cənub Qafqazın aparıcı dövləti olaraq, bundan sonra da üzərinə düşən missiyanı yerinə yetirəcəkdir. Belə nəticəyə gəlmək olar ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş və hal hazırda ölkə başçımız – İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən balanslaşdırılmış düzgün siyasət, düşünülmüş geostrateji inkişaf xətti Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Bununla yanaşı dünyanın aparıcı dövlətlərini ölkəmizlə əməkdaşlığa sövq etmişdir.
Ədəbiyyat siyahısı
Həsənov Əli(2011) Azərbaycanın müasir geosiyasi inkişafı: mövcud vəziyyət və perspektivlər // “Geostrategiya” jurnalı, Bakı, mart 2011, N1, s.10-20.
Həsənov Əli (2015) Azərbaycanın geosiyasəti. Dərslik. – Bakı, 2015.səh.1056
AzərTAc. Bülleten, 29 dekabr 2013.
Бжезинский K (1998). Великая шахматная доска. Господства Америки и его геостратегические императивы. М., 1998.s. 232-234.
Rayner Fraytaq-Virminqhaus (2009). Azərbaycanın xarici və təhlükəsizlik siyasəti // “Azerbaijan Focus” jurnalı, №1, 2009, s. 107.
Aleksandros Petersen (2010). Azərbaycanın Avroatlantik baxışları //“Azerbaijan focus”, №2, yanvar-mart 2010, s.197.
http://www.xalqqazeti.com/az/news/education/44264 http://www.anl.az/down/meqale/azerbaycan/2011/may/173982.html
http://az.strategiya.az/index.php?do=xeber&id=78794
http://modern.az/articles/75161/1/
https://president.az/articles/11725
GEOPOLİTİCAL DEVELOPMENT STRATEGY OF THE REPUBLIC OF AZERBAIJAN
SUMMARY
The article general analyzes the geopolitical development of the Republic of Azerbaijan, the importance of geopolitical strategies and development for our country . First, the geopolitical position of the Republic of Azerbaijan, geopolitical, geo-economic relations with the neighboring states, successful geopolitical projects and prospects of geopolitical development were noted.
Keywords: geopolitical development; geo-economic factors; Caspian- Sea basin
ГЕОПОЛИТИЧЕСКАЯ СТРАТЕГИЯ РАЗВИТИЯ РЕСПУБЛИКИ АЗЕРБАЙДЖАН
Резюме
В статье в целом анализируется геополитическое развитие Азербайджанской Республики, важность значения геополитических стратегий и развитие для нашей страны. В первую очередь упоминались геополитическое положение Азербайджанской Республики, геополитические, геоэкономические отношения с соседними странами, успешные геополитические проекты и перспективы геополитического развития.
Ключевые слова: геополитическое развитие; геоэкономические факторы; бассейн Каспийского моря
Comments are closed, but trackbacks and pingbacks are open.