Gəncə mdb ölkələrinin mədəniyyət paytaxtı haqqında
Azərbaycanın ilk qadın Xalq şairi Nigar Rəfibəyli isə milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkar olub. Şairin Ana vətənə bağlılığı, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib.
Azərbaycan Milli Elmlər Akademiyası
Gəncədə gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçirilir
Oktyabrın 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin dörd günlük beynəlxalq forumu işə başlayıb.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə AMEA-nın gənc alimləri, mütəxəssislər, bir sıra institutların və ali məktəblərin doktorantları, dissertantlar, həmçinin 14 ölkədən alim və tədqiqatçılar iştirak edir.
Əvvəlcə beynəlxalq forumun iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra Dövlət Himni səsləndirilib, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva bildirib ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə diqqət və qayğısı sayəsində şəhər son illərdə qədimliyini saxlamaqla gündən-günə müasirləşir, inkişaf edir. 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilən Gəncə gələn il üçün MDB Ölkələrinin Mədəniyyət Paytaxtı tituluna layiq görülüb. Qeyd olunub ki, 2016-cı ildə olduğu kimi, gələn ildə də Gəncədə bir sıra yerli və beynəlxalq əhəmiyyətli layihələr reallaşdırılacaq, şəhərin həyatı bu cür elmi, sosial-mədəni tədbirlərlə zəngin olacaq.
Sevda Qurbanəliyeva qloballaşan dünyada elm sahəsində çalışan insanların birgə əməkdaşlığının vacibliyindən danışıb. Bu cür əməkdaşlığın bir çox problemlərin vaxtında aşkarlanaraq həll edilməsində, xalqlar arasında dostluq münasibətlərinin qurulmasında, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verə biləcəyini deyib.
Belə bir beynəlxalq əhəmiyyətli tədbirin Gəncədə keçirilməsinin şəhərin elmi-mədəni həyatı üçün müsbət əhəmiyyət daşıdığını qeyd edən Sevda Qurbanəliyeva, forumun həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından önəmli olduğunu deyib.
Sonra tədbirdə çıxış edən AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov Akademiyanın prezidenti, akademik Akif Əlizadənin forum iştirakçılarına müraciətini oxuyub.
AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev çıxışında bildirib ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub. Akademiyanın bır sıra institutlarında yenidənqurma aparılıb. Elmi müəssisələrdə aparılan tədqiqatlar günün tələblərinə uyğun qurulub. Respublikada son illərdə çoxlu sayda müasir ali təhsil məktəbləri fəaliyyətə başlayıb. İnstitutların dünyanın qocaman elm və təhsil mərkəzləri ilə əməkdaşlığı güclənib.
Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən elmi-təhsil müəssisələrində çalışanların böyük əksəriyyətini gənclər təşkil edir. Hazırda həmin müəssisələrdə 650 fəlsəfə doktoru, 80-ə yaxın elmlər doktoru fəaliyyət göstərir və onlar həm elmin müxtəlif sahələrində tədqiqat, elmi araşdırma işləri aparır, həm də tədris prosesində fəal iştirak edirlər.
Son illərdə həmin gənclərin elmi araşdırmalarının və məqalələrinin dünyanın bir sıra nüfuzlu elmi jurnallarında çap olunduğunu deyən Fuad Əliyev bildirib ki, forum yaxın gələcəkdə həm də həmin müəssisələrdə aparılacaq elmi-tədqiqat işlərinin nəticələrinə müsbət təsir göstərəcək.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxış edərək deyib ki, beynəlxalq foruma dünyanın 40 ölkəsindən 530 tezislə müraciət olunub. Forumun elmi ekspertləri tərəfindən 14 ölkədən 350-yə yaxın tezis yoxlanılıb və elmi tələblərə cavab verdiyi üçün qəbul edilərək toplu şəklində nəşr olunub.
Famin Salmanov bildirib ki, forumun keçirilməsində iki məqsəd var. Birincisi dünya elminə inteqrasiya ilə bağlı gənclər arasında elmi mühit yaratmaq, ikincisi isə klassik mədəni tarixi və multikultural dəyərləri olan Azərbaycanı və qədim Gəncə şəhərini təbliğ etmək.
Qeyd olunub ki, forum çərçivəsində dünya elminə inteqrasiya prosesində Azərbaycan gənclərinin rolu və Azərbaycanda multikulturalizm ənənələri müzakirə ediləcək, həmçinin Nizami Gəncəvi irsinin dünyaya tanıdılması ilə bağlı iştirakçılara ətraflı məlumat veriləcək.
AMEA-nın Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər şurasının sədri Elnur Həsənov, Türkiyənin Doqquz Eylül Universitetinin doktorantı Çağlar Özər, Polşanın Yaqielloniya Universitetinin doktorantı Voyçex Vroblevski çıxış edərək forumun işinə uğurlar arzulayıblar.
Konfrans işini bölmə iclaslarında davam etdirib.
Gəncə mdb ölkələrinin mədəniyyət paytaxtı haqqında
Qırğızıstanın İssık-Kul vilayətindəki Karakol şəhəri 2022-ci il yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtıdır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar ötən ilin sonunda “Düşənbə-MDB-nin mədəniyyət paytaxtı-2021” ilinin bağlanış mərasimində elan edilib.
Bildirilir ki, 2022-ci il ərzində Karakol şəhərində MDB-nin mədəni həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Son xəbərlər
- 10:30 | “Suriya Rusiyanın yeni sərhədlərini tanıyır”
- 10:19 | Rəqqasə Fatimənin köməkçisini maşın vurdu – Vəziyyəti ağırdır
- 10:18 | Naxçıvanda nazir işdən çıxarıldı, yerinə təyinat var
- 10:08 | “CasaMia” Almaniyada “Villeroy & Boch”un 275 illik təntənəli tədbirində – Fotolar
- 10:05 | Rüfət Səfərova küçədə hücum oldu – Saxlanılan var
- 10:03 | Lirə yenə ucuzlaşdı
- 09:56 | Unanyanın yeni vəzifəsi məlum oldu
- 09:55 | “Neftçi” “Kəpəz”ə qarşı
- 09:49 | “Fənərbaxça” “Sevilya”ya qarşı
- 09:39 | Bakı metrosunun iş qrafiki dəyişir
- 09:33 | Evində yanaraq öldü
- 09:24 | Məşhur restoran sahibləri cərimələndi
- 09:19 | Fransalı senator Bakı və Paris küçələrini müqayisə edib – Foto
- 08:01 | Maştağada 30 yaşlı kişi evinin qarşısında öldürüldü
- 07:50 | Bakıda restoranda dava düşdü, ölən və yaralanan var – Yenilənib
- 06:30 | Ürəkdən gedənlər. – Qəfil ölümlərin səbəbi nədir?
- 05:03 | Şimali Koreya yenə bura raket buraxdı
- 04:32 | Dilan Çiçək Dənizə 500 minlik reklam təklifi
- 04:01 | FHN-in ikinci mobil səhra hospitalı Türkiyədən Bakıya qaytarıldı – Video
- 03:33 | Zəlzələləri “yuyan” selin dəhşətli görüntüləri – Video
- 02:39 | Türkiyədə zəlzələ oldu
- 01:54 | “Real” və “Napoli” 1/4 finalda – Video
- 01:31 | Ukrayna Rusiya PUA-sını vurdu
- 01:03 | Rusiya və ABŞ SQ Baş Qərargah rəisləri danışdı
- 00:51 | İsrail İranla bağlı Ukraynaya kömək edəcək
- 00:27 | Ana və övladı seldən belə xilas oldu – Video
- 00:16 | Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb – Yenilənib
- 00:07 | Merkel ekonomla uçdu
- 15.03.2023 23:52 | Dünyada günün xronikası – Fotolarda
- 15.03.2023 23:44 | ÇL matçından öncə Neapol müharibə meydanına döndü – Fotolar
- 15.03.2023 23:31 | Fərda oğluna canlı yayımda kiçik toy edib pul yığdı – Video
- 15.03.2023 22:52 | “ABŞ Ukraynadakı münaqişədə bütün vasitələrdən istifadə edir”
- 15.03.2023 22:38 | “Zirə” “Sabah”a məğlub oldu
- 15.03.2023 22:28 | Naxçıvanla bağlı daha bir dəyişiklik
- 15.03.2023 22:14 | Şoyqu ABŞ-li həmkarı ilə danışdı
- 15.03.2023 22:13 | Putin və Bəşər Əsəd bu məsələləri müzakirə etdi
- 15.03.2023 21:58 | Ukrayna Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür etdi
- 15.03.2023 21:42 | “Məndən bilet istəsələr, “yox” deyəcəyəm” – Qurban Qurbanov
- 15.03.2023 21:22 | İlham Əliyev Ərdoğanla görüşdü – Fotolar+Yenilənib
- 15.03.2023 21:20 | AK Partiya Ərdoğan üçün imza toplamağa başladı
- 15.03.2023 20:51 | Samir Nuriyevin sədrliyi ilə iclas keçirildi – Foto
- 15.03.2023 20:41 | Gəncədə bıçaqlanan şəxs xəstəxanadan qaçdı
- 15.03.2023 20:34 | Zelenski onları vəzifədən azad etdi
- 15.03.2023 20:24 | Vaksin vurduranların sayı açıqlandı
- 15.03.2023 20:23 | Yoluxanların sayı açıqlandı
- 15.03.2023 20:20 | Danimarka Ukraynaya 1 milyard dollar ayıracaq
- 15.03.2023 20:19 | İlham Əliyev Türkiyəyə getdi – Fotolar
- 15.03.2023 20:08 | Finlandiya Prezidenti Türkiyəyə səfər edəcək
- 15.03.2023 20:07 | “Qarabağ” “Sumqayıt”ın 6-nı üstünə “çevirdi” – Video
- 15.03.2023 20:02 | Azərbaycandan Həcc ziyarətinin qiyməti bahalaşdı – Rəsmi
MDB-nin Mədəniyyət Paytaxtı seçilən Gəncə bu titulu şərəflə daşıyacaq
Gəncə bu gün yalnız ölkəmizin ikinci böyük şəhəri deyil, o həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə Azərbaycanda gedən sürətli inkişafa öz töhfələrini verən ən önəmli mədəni mərkəzlərdən biridir. Əsrlərlə fərqli sivilizasiyaların bir-birinə qovuşduğu məkanda yerləşən Gəncənin mədəni dəyərləri də elə bu cür qarşılıqlı mühitdə formalaşaraq inkişaf edib.
Gəncəçay vadisində aparılan arxeoloji qazıntılar bu ərazidə insanların hələ Tunc dövründə məskunlaşdığını sübut edir. Tarixdən də məlumdur ki, 427-ci və 1139-cu illərdə baş vermiş dəhşətli zəlzələlər nəticəsində, həm də sonrakı illərdə çoxsaylı yadelli hücumları və talanları ilə əlaqədar olaraq Gəncə şəhəri öz yerini bir neçə dəfə dəyişib. Müasir Gəncə şəhərinin əsası isə 1606-cı ildə Səfəvi hökmdarı şah Abbas tərəfindən qoyulub. Hazırda Gəncənin mərkəzində qorunan və şəhərə xüsusi yaraşıq verən ən yaşlı abidələr – Cümə məscidi, Çökək hamam və Karvansara də vaxtilə bu şahın əmri ilə inşa olunan tarixin yadigarlarıdır. İndi Gəncədə müxtəlif əsrlərdə ayrı-ayrı memarlar tərəfindən tikilən qala divarlarının qalıqlarını, onların bürclərini, gözətçi qüllələrini, çoxlu sayda məscid, ziyarətgah, türbə, ocaq, pir, karvansara, hamam, dəyirman, körpü, xanlara məxsus tarixi tikililər, mülkədar imarətləri və bir çox tarixi əhəmiyyətli abidələr görmək mümkündür.
Bəlkə də bu cür əzəmətli tikililərə qoca Şərqin, eləcə də dünyanın bir çox qədim şəhərlərində rast gəlmək olar. Lakin Gəncəni bütün dünyada məşhur edən və onu şöhrətləndirən bu şəhərin dahi şəxsiyyətləridir. Məhz, Gəncədə doğulan yaxud bu şəhərdə yaşayıb yaradan böyük ədiblər – Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbül üla Gəncəvi, Ömər Gəncəvi, Qivami Mütərrizi Gəncəvi, Rəziyə Gəncəvi, Mirzə Şəfi Vazeh, Nigar Rəfibəyli, bəstəkarlar – Fikrət Əmirov, Qəmbər Hüseynli, eləcə də daha neçə-neçə alimin, memarın, rəssamın və sənətkarın yaradıcılığı ilə nəinki onların mənsub olduğu xalq, eyni dərəcədə bütün bəşəriyyət fəxr edir.
Bu gün dünya mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan Homer, Dante, Şekspir, Firdovsi, Ömər Xəyyam, Sədi, Hafiz kimi sənətkarların adları yad ediləndə Nizami Gəncəvinin adı misilsiz hörmət və ehtiramla xatırlanır. XII əsrdə Azərbaycan ədəbi-mədəni mühitinin yetirdiyi bu böyük şəxsiyyət , dahi mütəfəkkir və şair beş poemadan ibarət, nadir sənət incisi “Xəmsə” yaratmaqla, dünya mədəniyyətinə və onun sonrakı inkişafına müstəsna xidmətlər göstərmiş olub. Nizami ədəbi irsi, yaradıcılığı şairin zamanından bugünkü dövrümüzə qədər dünya ədəbiyyatsevərləri tərəfindən sonsuz məhəbbətlə oxunub, rəğbətlə qarşılanıb və dərindən tədqiq edilib.
Bədii yaradıcılığında əsərlərindəki qəhrəmanların dili ilə insanları humanizmə, azadlığa, ədalətə, müdrikliyə, sevgiyə dəvət edən, hər kəsi maddi nemətlərin zövqündən uzaqlaşaraq mənəvi kamilliyə səsləyən Nizami Gəncəvi bədii-estetik zövq və əxlaqi-didaktik xarakter daşıyan əsərləri ilə insanlarda özünə əbədiyaşarlıq, doğulduğu şəhərə isə sonsuz məhəbbətin əsasını qoyub.
Məhsəti Gəncəvi isə özünün bədii-fəlsəfi rübailəri ilə bütün yaradıcılığı boyu sadə peşə, sənət adamlarını tərənnüm edib, qəhrəmanlarını mənəvi yüksəlişə səsləyib. Şairənin həyatı isə istər sağlığında, istərsə də özündən sonrakı dövrlərdə mühafizəkar Şərq mühitində bir çox məhdudiyyətləri aradan qaldıran, qadın azadlığının rəmzinə çevrilib.
XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazeh yaradıcılığı ilə Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşadıb və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub gedib. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutub.
Azərbaycanın ilk qadın Xalq şairi Nigar Rəfibəyli isə milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkar olub. Şairin Ana vətənə bağlılığı, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib.
Sevindirici haldır ki, son dövrlərdə Gəncə tarixi simasını qoruyub saxlamaqla, sürətlə inkişaf edən müasir şəhərə çevrilir. Şəhərdə yeni infrastruktur qurulur, yollar genişləndirilir, hündür və yaraşıqlı binalar tikilir, parklar salınır, həmçinin Gəncənin bütün tarixi abidələri bərpa olunaraq əvvəlki görkəminə qaytarılır, parklarda, xiyabanlarda dahi şəxsiyyətlərin heykəlləri, büstləri qoyulur, onların adlarına küçələr, qəsəbələr salınır, muzeylər, mədəni mərkəzlər istifadəyə verilir.
Gəncənin sosial-iqtisadi və mədəni inkişafı gücləndikcə bu şəhərlə dostlaşmaq istəyən və onunla bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olan şəhərlərin sayı da artır. Son illərdə sıx əməkdaşlıq etdiyi və qardaşlaşdığı şəhərlərin sayını sürətlə artıran Gəncə həm də əhəmiyyətli çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də tanınmağa başlayıb.
Belə ki, ulu öndər Heydər Əliyevin anadan olmasına həsr olunan beynəlxalq elmi-praktik konfranslar, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin Gəncə görüşü, Böyük Britaniya, ABŞ, İsrail, BMT, Avropa Gənclər Forumu nümayəndələrinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərinin Gəncə şəhərinə səfərləri, Beynəlxalq şərab festivalları və digər tədbirlər Nizami yurdunun dünyada nüfuzunun artmasında mühüm rol oynayıb.
Qeyd etmək yerinə düşər ki, “Avropa Gənclər Paytaxtı-2016” tituluna layiq görülən Gəncə ötən il bir çox beynəlxalq layihələrə uğurla ev sahibliyi edib. Layihənin Gəncə üçün əhəmiyyəti ondan ibarət idi ki, bu vaxta qədər həmin titulu daşıyan şəhərlərdən fərqli olaraq Nizami yurdu coğrafi baxımdan Avropada yerləşmirdi.
Prezident İlham Əliyevin 2016-cı il fevralın 24-də imzaladığı “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı isə bu titula yiyələnən qədim Nizami yurduna göstərilən diqqət və qayğını bir daha əks etdirmiş oldu. Bir sıra müvafiq nazirlik və fondların “Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” layihəsinə lazımi dəstəyi, eləcə də titulun şəhər gəncləri arasında doğurduğu sevinc və fərəh hissi tezliklə böyük könüllü ordusunun yaranmasına və layihə çərçivəsində görülən işlərin uğurlu icrasına şərait yaratdı. Əlbəttə, həmin layihələrin uğurlu icrasının digər səbəbi həm də Gəncə şəhərində son 5 ildə həyata keçirilən geniş tikinti-quruculuq işləri və yaradılan yeni infrastrukturla bağlı idi.
İlk aylarda layihənin icrası üçün 43 tədbirin keçirilməsi nəzərdə tutulurdu. Lakin sonrakı aylarda həmin tədbirlərin sayı artırılaraq il ərzində 192-i yerli, 15-i beynəlxalq olmaqla ümumilikdə 207 tədbir icra edildi. İdmanın müxtəlif növləri üzrə 64 şəhər birinciliyi və kütləvi idman tədbirləri təşkil olundu. Həmin tədbirlərdə 60 mindən çox gənc iştirak etdi. “Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Türk Şurasının Gənclər Festivalı”, “Avropa Gənclər Festivalı”, “Tarixin canlı səhifələri IV Festivalı”, “Avropa Şəhərciyi 2016-Gəncə”, “Wonderland Azərbaycan” beynəlxalq yay düşərgəsi, Ümumrespublika “Gənclər Debat Forumu – Payız 2016” layihəsinin final mərhələsi, beynəlxalq forumlar, festivallar, konfranslar, seminarlar, sərgilər, fləşmoblar, kitab təqdimatları, musiqi yarışları, eləcə də digər mədəni-kütləvi tədbirlər bütün şəhər əhalisinə və minlərlə gəncə unudulmaz anlar bəxş etdi.
Bu il də Gəncənin ictimai-siyasi və mədəni həyatının keçirilən bir sıra yerli və beynəlxalq tədbirlərlə əvvəlki illərdə olduğu kimi, yenə də zəngin olacağını söyləmək mümkündür. Çünki Gəncə 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) Mədəniyyət Paytaxtı seçilib. MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev hələ ötən ilin sentyabrında bu barədə məlumat vermişdi.
Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yeni layihə çərçivəsində tədbirlərin icrasına mart ayından başlanılacaq. Əminliklə demək olar ki, bu vaxta qədər bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Gəncə MDB-nin Mədəniyyət Paytaxtı titulunu da şərəflə daşıyacaq və layihə çərçivəsində böyük tədbirlər keçiriləcək. Həmin tədbirlərin yüksək səviyyədə icra olunacağı isə heç kimdə şübhə doğurmur. Bu istiqamətdə dövlət səviyyəsində atılan addımlar, Gəncə şəhərinin maddi-mədəni mühitinin zənginliyi, müasir infrastrukturu bunu indidən deməyə əsas verir.
Sonda belə bir nəticəyə gəlmək olar ki, Gəncə şəhəri ötən il olduğu kimi, bu il də çoxsaylı yerli və beynəlxalq tədbirlərin uğurla icra edildiyi, xarici qonaqların sevərək gəldiyi məkan olacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.