Heydər əliyev və mdb ölkkə mədəni əlaqələri
Hələ sovet dövründə Heydər Əliyevin bir sıra azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması üçün yardım edib onların göndərilməsi bir daha onun uzaqgörənliyini təsdiq edir. Müstəqillik əldə olunandan sonra həmin gənclər müstəqil Azərbaycana öz töhfələrini verdilər. Iqtisadiyyatın inkişafına diqqəti Heydər Əliyev hələ sovet dövründə vermişdi. O zaman belə fikirləşirdilər bu uğurların səbəbi nədir?
Heydər əliyev və mdb ölkkə mədəni əlaqələri
Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.
Heydər Əliyev
Qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.
Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşülür? Milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. Bir sözlə, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz milli-mənəvi dəyərlər sisteminə aiddir.
Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Xalqımız 70 il Sovet rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan öz dini-mənəvi dəyərlərini unutmamış, onları gizli də olsa, yaşatmışdır. Lakin bununla belə, o dövrdə dini dəyərlərin sərbəst şəkildə yaşadılması və inkişafı mümkün deyildi. Həmin dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdi. Dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası da Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz bu dövrdə yüzlərcə ibadətgah inşa və ya bərpa edilmiş, dini dəyərlərimiz yenidən canlanmışdır. Xalqımızın əsrlərcə ziyarət yeri olan, lakin Sovet rejimi tərəfindən dağıdılan Bibi Heybət məscidi və ziyarətgahının Heydər Əliyevin göstərişi ilə dövlət hesabına yenidən inşa edilməsi onun bu sahədəki xidmətlərinin bir göstəricisidir. Belə misalların sayı olduqca çoxdur. Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz tərkib hissəsi kimi qəbul edirdi. “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən insanlara özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır” sözləri onun dinə baxışını çox aydın şəkildə xülasə edir. Ulu Öndər dinimizin əxlaqi dəyərlər sistemi kimi mənimsənilməsinin gənclərin formalaşmasında müsbət bir funksiya icra edəcəyini düşünürdü.
Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur. Heydər Əliyev öz çıxışlarının birində deyirdi: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur”. Məhz bu fikirlər dahi şəxsiyyətin uzaqgörən siyasətini ifadə etməyə kifayət edir. Ulu Öndər Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə torelantlığın bariz təzahürünə çevrildi.
Təbii ki, Ulu Öndərin milli-mənəvi sahədə həyata keçirdiyi mütərəqqi islahatlar bununla məhdudlaşmır. Milli-mənəvi, xüsusilə dini dəyərlər sisteminin sağlam müstəvidə inkişaf etdirilməsi və qorunması üçün güclü siyasi iradə, habelə dövlətçilik təcrübəsi tələb olunurdu. Heydər Əliyev bu xüsusiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyət kimi bu işin öhdəsindən də məharətlə gəldi. Dini təhlükəsizliyin təmin edilməsi üçün hüquqi-inzibati sferada lazımi addımlar atılmaqla yanaşı, məzhəbçilik, dini-nifrət və ayrı-seçkiliyin ölkəmizə ayaq açmasının da qarşısı qətiyyətlə alındı. O dövrdə Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxmasını istəməyən daxili və xarici qüvvələr Heydər Əliyevə hər vəchlə mane olmağa çalışsalar da, xalqın Ulu Öndərə verdiyi böyük dəstək nəticəsində bu çirkin təxribatların sonu uğursuzluqla bitdi. Azərbaycanın ən böyük ziyalısı Ulu Öndər Heydər Əliyev çox çətin bir vaxtda məsuliyyəti öz üzərinə götürüb xalqımızın dəyərlər sistemini məhv olma təhlükəsindən xilas etdi.
Ulu Öndərin bilavasitə rəhbərliyi ilə həmin dövrdə ictimai və milli təhlükəsizliyə yönəlmiş son dərəcə təhlükəli təhdidlərdən biri kimi dini ekstremizm və radikalizmə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətə çevrildi. “Totalitar rejimlərin və ideologiyaların süquta uğradığı indiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir. Pozitiv proseslərlə yanaşı, bəzi qüvvələrin dinlərdən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək halları da artır. Bax, belə halların baş verməsinin qarşısının qətiyyətlə alınması üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir” deyən Ümummilli Lider bu səfərbərliyi uğurla həyata keçirərək dini təhlükəsizliyi təmin etməyi bacardı.
Azərbaycan günümüzdə müasir, dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesi bizim ölkədən də yan keçməyib. Buna baxmayaraq, biz qloballaşma adı altında öz milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalı, gənc nəsli vətənpərvərlik ruhunda yetişdirməliyik. Hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir. Qloballaşma heç də digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrinin, milli mentalitetimizə xas olmayan dəyərlərinin ölkəmizə idxalı deyildir. Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı və səmimi dostluğu nəzərdə tutmaqla yanaşı, milli dövlətçiliyimizə, mənəvi dəyərlərimizə, Ulu Öndərin bizə əmanət etdiyi Azərbaycançılıq məfkurəsinə sahib çıxmağı, milli mənliyimizi qorumağı nəzərdə tuturuq. Bu gün Heydər Əliyevin yaratdığı müasir Azərbaycan Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün regional layihələrin təşəbbüskarı və ya iştirakçısı olan Azərbaycan hər bir vətəndaşımızın gerçək mənada fəxrinə çevrilibdir. Bu uğurlu siyasət mənəvi sahəni də əhatə edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Qafqazın ən möhtəşəm məscidi olan Heydər məscidi dindarların istifadəsinə verilmişdir. Bununla yanaşı, Təzə Pir məscidi, Hacı Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi dövlət hesabına təmir-bərpa edilmişdir. Milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə ictimaiyyətimizin rəğbətini qazanan Heydər Əliyev Fondu da böyük uğurlara imza atmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Onu da qeyd edək ki, mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun məxsusi xidmətləri vardır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, həmçinin Azərbaycandan kənarda olan digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır ki, bu da xalqımızın tolerantığının və sülhpərvərliyinin əyani sübutudur.
Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilmişdir. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük hissəsi bugünədək qorunub saxlanılmışdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Ulu Öndər Heydər Əliyev məktəbinin gənc nəslə aşılanması ən vacib məsələlərdən biridir.
Heydər əliyev və mdb ölkkə mədəni əlaqələri
Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri – B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan “Belovejsk sazişi” əsasında qurulub. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarus ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlib. Alma-Ata deklarasiyası ilə keçmiş sovet ittifaqı dövlətləri daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək və siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər. MDB üzvü olan ölkələrin hər biri ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləridir. MDB – bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir.
MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.
Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyətilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar çıxarır.
1992-ci ilin mayında hakimiyyətə gəlmiş Xalq Cəbhəsinin nümayəndələri Rusiya-Azərbaycan əlaqələrinə münasibətdə mənfi mövqe idilər. Onlar hətta Azərbaycanın MDB-yə, keçmiş Sovetlər İttifaqı respublikalarının yaratdığı Birliyə daxil olmasının əleyhdarı idilər. Bu fikirlərini də onunla əsaslandırırdılar ki, guya MDB-yə daxil olmaqla, Azərbaycan öz müstəqilliyini itirəcəkdir.
Azərbaycanın MDB-yə daxil olması parlamentin prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi barədə qərarından sonra baş vermişdir. Azərbaycanın 21 dekabr 1991-ci il tarixli MDB-yə qoşulmaq haqqında qərarı 1993-cü ilin sentyabrında ratifikasiya etmiş və MDB-nin tam hüquqlu üzvü olmuşdur.
Heydər Əliyev10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimində çıxış edərkən MDB-nin əhəmiyyətindən də bəhs etmişdir. “Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın MDB-yə daxil olmasını təhlükəli bir hal kimi qələmə verməyə çalışırlar. Bu, səhv fikirdir. Azərbaycan MDB-də öz müstəqilliyini daim qoruyacaq və MDB-də iştirak etmək Azərbaycanın müstəqilliyinə qətiyyən xələl gətirməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi demokratik yolla gedəcək, beynəlxalq demokratiya normalarına riayət edəcəkdir. Azərbaycanda kommunist ideologiyası, kommunist rejimi bir daha bərpa olmayacaqdır. Güman edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyətinin də fikri belədir. Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır.”
Azərbaycan 1993-cü ilin sentyabrında MDB-nin tamhüquqlu üzvü olduqdan və Kollektiv Təhlükəsizlik haqqında müqaviləyə qoşulduqdan sonra da Ermənistan Respublikası Azərbaycana qarşı öz təcavüzünü davam etdirmişdir. Əvvəllər işğal olunmuş Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarına və Qazax rayonunun bir hissəsinə həmin ilin oktyabr-noyabrında Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən zəbt edilmiş Zəngilan rayonu da əlavə edilmişdir. Bununla da Ermənistan Respublikası Azərbaycanın İran İslam Respublikası ilə dövlət sərhədinə çıxaraq MDB-nin cənub hüdudlarında təhlükəli gərginlik ocağı yaratmış, münaqişənin beynəlmiləl xarakter alması qorxusu törətmişdir. 24 dekabr 1993-cü ildə Heydər Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən bildirib: “. Ermənistan Respublikası təkcə Azərbaycan Respublikasına qarşı təcavüz etmir, həm də indi bizim birliyimizi birləşdirən prinsiplərə tam saymazlıq nümayiş etdirir. MDB-nin üzvü və Kollektiv Təhlükəsizlik haqqında müqavilənin iştirakçısı olan Ermənistan Respublikasının başqa dövlətə, birliyin onun kimi tam hüquqlu üzvü olan dövlətə – Azərbaycan Respublikasına qarşı təcavüz etməsi yolverilməzdir”. Heydər Əliyev “Kollektiv təhlükəsizlik haqqında” müqavilə imzalamış MDB ölkələrindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərinə və onun nəticələrinə ciddi yanaşmağa dəvət edib. Heydər Əliyev dövlət başçılarına müraciət edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə siyasi qiymət verməyə çağırmışdır.
6 yanvar 1994-cü il Heydər Əliyev Zaqafqaziyadakı Rusiya qoşunlarının komandanı general-polkovnik Fyodor Reutla görüş keçirib. Bu görüşün əhəmiyyəti ondan ibarət idi ki, Fyodor Reut Rusiyanın Gürcüstandakı və Ermənistandakı qoşunlarını təmsil edirdi. Heydər Əliyev Fyodor Reutun nəzərinə çatdırıb ki, daxili təhlükəsizlik təmin edilməsə, MDB ölkələrinin kollektiv təhlükəsizliyi və birgə əməkdaşlığı ola bilməz. Heydər Əliyev Fyodor Reutdan nüfuzundan, Ermənistanda tutduğu mövqeyindən istifadə edərək vəziyyəti dəyişməsini xahiş etmişdir. Prezident Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu çatdırmışdır.
Heydər Əliyev MDB Dövlət Başçıları Şurasının 15 aprel 1994-cü il tarixli iclasında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində genişmiqyaslı hücumları ilə əlaqədar bəyanat vermişdir. Bəyanatda Rusiyanın vasitəçilik təşəbbüsü çərçivəsində gərgin danışıqlar getdiyi dövrdə erməni silahlı qüvvələrinin hücumlarının səngimədiyi bildirilirdi. Heydər Əliyev Azərbaycanın münaqişənin sülh yolu ilə həll etməkdə maraqlı olduğunu bildirmiş və birliyin üzvlərini bu münaqişəyə laqeyd yanaşmamağa çağırmışdır.
Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci ilin martında Dövlət Başçıları Şurasının iclasında iştirak etmiş və bir milyard ABŞ dolları məbləğində silah-sursatın Rusiya tərəfindən əvəzsiz olaraq Ermənistana verilməsini iştirakçıların diqqətinə çatdırmışdır.
Heydər Əliyev Yaltada 1998-ci il 9 avqust tarixində MDB-nin icraçı katibi Boris Berezovski ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məqsədilə göstərdiyi səylər üçün ona təşəkkür etmişdir. Prezident Heydər Əliyev Qədim İpək Yolunun bərpası ilə əlaqədar Avropa Birliyinin himayəsi ilə TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafının MDB üzvü olan ölkələrə də çox böyük fayda gətirəcəyinə əminliyini bəyan etmişdir.
Heydər Əliyev MDB iştirakçısı olan ölkələrin Dövlət Başçıları Şurasının 2 aprel 1999-cu il tarixli Moskva iclasında yenidən bəyanatla çıxış etmişdir. O, 1994-cü ilin may ayında atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, indiyədək münaqişəyə son qoyulmadığını bildirmişdir. Heydər Əliyev 1997-ci ilin əvvəlində Rusiyadan Ermənistana qanunsuz, gizli surətdə dəyəri bir milyard ABŞ dolları məbləğində silah, tank, operativ-taktiki və zenit-raket kompleksləri və digər texnika göndərilməsi faktlarından narahatlığını yenidən ifadə etmişdir. Rusiya silahının və hərbi texnikasının Ermənistana göndərilməsini, bu ölkə ərazisində hərbi bazaların yerləşdirilməsini MDB ölkələrinin kollektiv təhlükəsizliyi haqqında müqavilənin kobud şəkildə pozulmasına səbəb olduğunu bildirmişdir.
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünə MDB-nin bir təşkilat olaraq siyasi qiymət vermədiyini əsas gətirən Azərbaycan Respublikası 1999-cu ildə kollektiv təhlükəsizlik haqqında müqavilədən çıxmışdır.
MDB çərçivəsində fəaliyyət İlham Əliyevin də xarici siyasətinin prioritet istiqaməti olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 12-də Prezident sarayında MDB-nin icraçı katibi Vladimir Ruşaylonu qəbul etmişdir. Görüşdə MDB çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. MDB-nin icraçı katibi iqtisadi inteqrasiyanı əməkdaşlığın çox mühüm istiqaməti olaraq qaldığını və bu inteqrasiyanın inkişaf etdirilməsi üçün var qüvvəsi ilə səy göstərəcəyini bildirmişdir. Vladimir Ruşaylo humanitar sahəni, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla mübarizəni əməkdaşlığın əsas istiqamətləri adlandırmışdır.
İlham Əliyev 16 sentyabr 2004-cü il tarixdə MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının 38-ci zirvə görüşündə iştirak etmişdir. Bu görüşdə MDB-nin üzvü olan dövlətlərin dövlət başçılarının beynəlxalq terrorizmlə mübarizə haqqında bəyanatı, MDB, ATƏT və BMT çərçivəsində qəbul olunmuş sənədlər baxımından müasir mərhələdə beynəlxalq terrorizmə, habelə təhlükəsizlik və sabitliyə olan digər təhdidlərə qarşı dayanmaqda Birlik ölkələrinin əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə, Müstəqil Dövlətlər Birliyinin təkmilləşdirilməsi və islahatlar aparılması barədə sənədlər imzalanmışdır.
6 oktyabr 2006-cı il tarixdə İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etmişdir. İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. İlham Əliyev dünyada beynəlxalq terrorizmin, narkotiklərin qeyri-qanuni dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın vüsət aldığı indiki dövrdə tərəfdaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin, operativ məlumat mübadiləsinin, məsləhətləşmələrin vacibliyini bildirmişdir. Bu baxımdan Azərbaycanın MDB çərçivəsində də fəal mövqe tutduğunu bildirən Prezident, ölkəmizin erməni terrorizmindən böyük ziyan çəkməsindən də danışmışdır. O, MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının növbəti iclasının Bakıda keçirilməsini Azərbaycanın bu sahədə tutduğu prinsipial mövqeyə verilən konkret qiymət kimi dəyərləndirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev 9 oktyabr 2009-cu ildə Kişinyovda MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmişdir. Tədbir çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilmişdir. İlham Əliyev görüşün nəticələri barədə məlumat verərkən bildirmişdir: “. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Erməni silahlı qüvvələri bizim işğal olunmuş bütün torpaqlardan çıxarılmalıdır. Bizim məcburi köçkün soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim mövqeyimiz, eyni zamanda, bütün beynəlxalq hüquq normalarına əsaslanır”. Prezident Ermənistanın qeyri-konstruktiv mövqeyini münaqişənin nizamlanmasına mane olan səbəb kimi göstərmişdir.
MDB-nin perspektivi onun bugünkü vəziyyəti ilə bilavasitə bağlıdır. Bu gün MDB mahiyyət etibarilə dövri olaraq dövlət başçılarının görüşlərinin keçirildiyi və onlara öz mövqelərini bir-birinə çatdırmağa imkan verən siyasi klubdur.
Təşkilat daxilində bir sıra dövlətlər arasında davam edən, yaxud zaman-zaman meydana çıxan problemlər (Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan, Rusiya-Moldova, Rusiya-Ukrayna) MDB üzvü olan ölkələrin hərtərəfli inkişafına və inteqrasiyasına böyük maneçiliklər törədir.
Ümumi tarixi arayış 14 noyabr 2009-cu il tarixdə tərtib olunub.
siyasielmler
Heydər Əliyev: Müasir dövlətçilik və idarəçilik məharəti
Posted on Yanvar 7, 2011 by siyasielmler
Dünya şöhrətli müdrik və uzaqgörən siyasətçi ötən əsrin və yaşadığımız XXI əsrin nadir şəxsiyyətlərindən olan ümummilli liderimiz Heydər Əliyev çoxcəhətli titanik, bəşəri, beynəlxalq aləmdə əks-səda doğuran siyasi- ictimai fəaliyyətini təhlil etmək, açıqlamaq bir məqaləyə sığmazdır. Həqiqətən biz tarixə nəzər salarkən məhz Heydər Əliyev kimi unversal siyasətçilərin nə qədər az olduğunu anlayırıq.
Ulu öndərimiz öz həyatı boyu gərgin çalışaraq mükəmməl siyasi və ictimai təcrübə qazanmışdır. Həmin təcrübə bugünkü Azərbaycan Respublikasının istər yaranmasında, istərsədə onun dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında və s. özünü göstərmişdir. Biz Heydər Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu onun ideyası olan və düzgün işlənib hazırlanmış “Dövlət Neft Strategiyası” adlı siyasətində bir daha şahidi oluruq.
Məhz bu gün Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin düzgün olaraq həyata keçirdiyi siyasətin bəhrəsidir. Bu gün Azərbaycan istər siyasi, istər hərbi, istər iqtisadi gücünə görə, region ölkələri arasında liderdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin taleyi elə gətirmişdir ki, bir-birindən ciddi surətdə fərqlənən iki sistemin: Sosializm və demokratik cəmiyyət şəraitində ölkənin idarəçiliyinə başçılıq etmişdir. Bu gün isə Azərbaycanın dövlət idarəçiliyi xeyli inkişaf etmişdir. Ümummilli liderimiz Heydər Əliyev hər iki cəmiyyətdə Azərbaycanı müflisləşmiş halda, böhrana düşdüyü vəziyyətdə qəbul etmişdi.
Bir-birindən köklü surətdə fərqlənən hər iki sistemdə ümummilli lider Heydər Əliyev böyük zəka və idarəçilik məharəti ilə Azərbaycanı qurtarmış və irəliyə doğru aparmışdır. Məhz Heydər Əliyev demokratik, müstəqil, dünyəvi və unitar Azərbaycanda böyük siyasi və sosial-iqtisadi uğurlara nail olmuşdur. Həqiqətən Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən keçirdiyi bir sıra islahatlar və tədbirlər özünü bu gün də biruzə verir. Onun idarəçilik məharəti bu islahatların düzgün aparıldığına bir dəlildir.
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və müdrikliklə bağlı apardığı islahatların həyatiliyi və faydalılığı indi təkcə respublikamızda deyil, bütün dünyada geniş əks-səda doğurur və yüksək qiymətləndirilir. Heydər Əliyev fəaliyyətə başladığı ilk gündən köhnəliyə, ədalətə qarşı ciddi mübarizə aparmışdır. İdarəetmə strukturlarında ciddi keyfiyyət dəyişiklikləri edirdi. Təsərrüfatçılığın elmi əsaslarda təşkil edilməsinə böyük səy göstərirdi. Sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, tikintidə, rabitədə, mədəni-məişətdə tərəqqiyə doğru yeni və ciddi addımlar atılması üçün kompleks tədbirlər işləyib-hazırlamış və həyata keçirmişdir. Sovet İttifaqının dağılması ilə Azərbaycan həm siyasi, həm də iqtisadi böhrana yuvarlandı.
Erməni millətçiləri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar. 1988-1990-cu illərin əvvəllərində gedən ictimai-siyasi proseslərin təhlili göstərir ki, bu dövrdə Azərvbaycanda eləcə də Naxçıvanda xalq hərakatı yüksələn xətlə inkişaf edirdi. Azərbaycan xalqı erməni millətçilərinin iddialarına qarşı ayağa qalxmışdı. Sovet rəhbərliyi erməniləri silahlandırır və təlimatlandırırdılar. Xalq hərəkatını boğmaq istəyən sovet imperiyası 1990-cı ildə Azərbaycan xalqına qarşı silah işlədərək 20 Yanvar faciəsini törətdi. Həmin vaxt Moskvada Heydər Əliyev Azərbaycanda baş verən qırğını pislədi və şəxsən M.Qorbaçovu ittiham etdi. Bu həqiqətən bir şücaət idi. Həmin dövrdə baş verən siyasi proseslər 19 yanvar 1990-cı ildə Naxçıvanın SSRİ-nin tərkibindən çıxıb özünü müstəqil elan etməsi əsl inqilab idi.
Azərbaycanın müstəqillik yoluna çıxması Heydər Əliyevin Naxçıvan MR-nın Ali Məclisinə rəhbərlik etdiyi dövrdən başladı. Məhz böyük siyasətçi Heydər Əliyevin 1990-cı ildən sonra Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, apardığı müdrik siyasət Muxtar Respublikanı erməni təcavüzündən qorumuşdur. 1991-1993-cü illərdə respublikada baş verən iqtisadi, siyasi, mənəvi, hərbi böhrana, hərc-mərclik və torpaqlarımızın işğalı xalqı ayağa qaldırdı.
Xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdi. Çünki, belə ağır vəziyyətdə ancaq müdrik bir siyasətçi ölkəni xilas edə bilərdi. Heydər Əliyev bu cür ağır vəziyyətdə 1993-cü ildə hakimiyyətə qayıtdı. Hakimiyyətə qayıdan andan gərgin işləməyə başladı. Müdrik siyasətçi idarəçilik qabiliyyətindən istifadə edərək respublikada anarxiyaya son qoydu. 1994-cü ildə mayın 12-də Bişkekdə Ermənistanla Azərbaycan arasında atəşkəs imzalandı. Bu təbii ki, siyasi manevr idi. Uzaqgörən siyasətçi gediş edərək vaxt qazanırıd ki, ordunu yenidən qursun və lazımi döyüş qabiliyyətinə yiyələndirsin. Məhz bundan sonra nizami, güclü ordu ilə torpaqlarımızı azad etsin.
Həqiqətən həmin dövrdə Azərbaycanda vahid komandanlıq yox idi. Ordu demək olar ki, yaradılmamışdı. Ayrı-ayrı silahlı birləşmələr ölkədə qanunsuz fəaliyyət göstərirdi. Bələ bir şəraitdə dəstəyi yalnız xalqdan olan dahi öndər Heydər Əliyev bir daha Azərbaycanın dövlətçiliyinin qorunması üçün şücaətli addımlar ataraq tək silahlı birləşmələri ləğv etdi. Dövlət çevrilişi etmək istəyən bir daha Heydər Əliyev böyüklüyünü anladılar. Idarəçilik təcrübəsi öz sözünü dedi. Qiyamçılar Heydər Əliyev- xalq birliyinin qarşısında məğlub oldular.
Ümummilli lider Heydər Əliyev ölkədə anarxiyaya, özbaşınalığa, qanunsuzluğa son qoydu. Dövlətçiliyimizin təməl sütunlarını möhkəmləndirdi. Ölkədə ordu quruculuğuna diqqət artırıldı. Dövlətimizin iqtisadi inkişafına nail olmaq üçün bir sıra mütərəqqi addımlar atıldı. Belə addımlardan biri 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması oldu. Heydər Əliyevin işləyib hazırladığı “Dövlət Neft Strategiyası” Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etdi. Heydər Əliyev Azərbaycanın dünya birliyində tanınması və layiqli yerini tutması üçün çoxlu səfərlər həyata keçirib. Buradan şahid oluruq ki, Heydər Əliyev güclü bir diplomat idi. O, xarici rəhbərləri ilə daimi əlaqə saxlayırdı. Öz diplomatik bacarığı sahəsində dərin biliyə malik idi. Heydər Əliyevin beynəlxalq konfranslardakı çıxışı daim Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün istifadə etdiyi nümunədir.
Hakimiyyətə gəldikdən sonra, Heydər Əliyev Azərbaycanda hüquqi dövlət yaratmaq üçün fəaliyyətə başladı. Demokratiyanın möhkəmlənməsi və inkişafı üçün dövlət səviyyəsində yardım ayrıldı. Ümummilli lider Heydər Əliyev “22 fevral 1998-ci ildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında xüsusi fərman” imzaladı.
Heydər Əliyev Azərbaycanda sivil, normal, demokratik cəmiyyət yaradılması sahəsində məqsədyönlü strategiyasını işləyib hazırladı. Respublidaka elmə, təhsilə yüksək yer verilməyə başladı.
Hələ sovet dövründə Heydər Əliyevin bir sıra azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması üçün yardım edib onların göndərilməsi bir daha onun uzaqgörənliyini təsdiq edir. Müstəqillik əldə olunandan sonra həmin gənclər müstəqil Azərbaycana öz töhfələrini verdilər. Iqtisadiyyatın inkişafına diqqəti Heydər Əliyev hələ sovet dövründə vermişdi. O zaman belə fikirləşirdilər bu uğurların səbəbi nədir?
Birincisi budur ki, respublikanın rəhbəri olan Heydər Əliyev geniş xalq kütlələri ilə sıx əlaqəyə girməyə, onların arzu və təkliflərini dinləməyə böyük üstünlük verirdi. Doğurdan da Heydər Əliyev hər bir rayon, təsərrüfat və müəssisə başçısını, mühəndisi, taxılçını, pambıqçını diqqətlə dinləyir, lazımi məsləhətlər verir onları səfərbər edirdi.
İqtisadiyyatımızın hər bir sahəsində inkişafa, xalqın sosial vəziyyətinin yaxşılaşmasına tükənməz səy göstərirdi.
İkincisi, respublika rəhbəri, sosial-iqtisadi həyatımızda baş verən hadisələri dərin təhsil edərək müfaviq qərarlar qəbul edirdi. Geniş mənada sabahı görməyi bacarırdı. Vaxtı ilə Azərbaycanda üzümçülük şərabşılığın yəni aqrar-sənaye iqtisadiyyatının bu mühüm sahəsinin respublikanın sosial-iqtisadi inkişafına nə verə biləcəyini Heydər Əliyev qədər bilən ikinci şəxs yox idi.
Müstəqil Azərbaycanda Heydər Əliyevin siyasətinin uzaqgörənliyi hamı tərəfindən qəbul edilir. Heydər Əliyev tarixin acılı səhifələrinin qiymətləndirilməsi üçün çoxlu sayda sərəncam vermişdi. Onun 1918, 1948-1953-cü illərdə Azərbaycan xalqına qarşı olan düşmənçilik faktlarını işıqlandırılması haqqında verilən fərmanlar təqdirəlayiq addımlardır. Dövlətimizin möhkəmlənməsi birbaşa ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün onun uzaqgörən siyasətini onun layiqli davamçısı cənab İlham Əliyev uğurla davam etdirir. Biz gənclər gərək Heydər Əliyev məktəbindən layiqli bəhrələnək.
Qaynaqlar:
1.Dirçəliş, iyul-avqust 2000. 7-8 (29-30)
2.Respublika qəzeti, 30 mart 2003-cü il, Bazar № 7(1707)
Qeyd: Respublika qəzeti,3 may 2009-cu il səh3.dərc edilmişdir.
Rüfət Əhmədzadə, politologiya fakültəsinin 118A saylı qrupunun II kurs tələbəsi
Comments are closed, but trackbacks and pingbacks are open.