Press "Enter" to skip to content

Heydər əliyev və gəncə

150 351 просмотр

Heydər Əliyev müasir gənclər siyasətinin banisidir

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

HEYDƏR ƏLİYEV

Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da Heydər Əliyev idi.

Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.

Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.

Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Qeyd etdiyimiz kimi, hələ Sovet hakimiyyəti illərində ümummilli liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmml təhsil almalarına hər cür şərait yaradılırdı. Buna görə də Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.

Düzdür, 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmışdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Həmin dövürdə qeyri-sağlam ictimai-siyasi vəziyyət təhsil sisteminin iflic hala düşməsinə gətirib çıxarmış gəncliyin başlı-başına buraxılması onlarda sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsi ilə nəticələnmişdi. Lakin, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu vəziyyət kökündən dəyişdi. Belə bir məqamda hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünün məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini ifadə etdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi.

Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.

Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.

Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu öndərimizin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formu keçirildi. Formda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı. Həmin dövürdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən ehtimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir. Əlbətdə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında göstərdiyi əvəzolunmaz xidmətlərinin tərkib hissəsidir. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət idmana göstərilən dövlət qayğısı ilə də öz əksini tapır. Təbii ki, bu yönümlü siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlmişdir.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur.

Hələ 1997-ci ildə MOK-nin prezidenti seçilən cənab İlham Əliyev Azərbaycanı dünya idman arenasında tanıtmaq məqsədilə ölkədə olimpiya hərəkatının genişlənməsinə xidmət edən siyasətin əsasını qoydu. Qısa müddət ərzində regionlarda 13 olimpiya idman kompleksinin tikilərək istifadəyə verilməsi bu siyasətin uğrundan xəbər verir. Dövlət başçısı İlham Əliyev ölkənin mənafeyi, xalqımızın rifahı naminə gənclərin potensialından tam və düzgün istifadə edilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi ilə 30 avqust 2005-ci il tarixdə “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncamda Azərbaycanda gənclərlə bağlı dölət siyasətinin başlıca istiqamətləri açıqlanmış, habelə bu təbəqəyə diqqətin artırılması üçün konkrekt tədbirlər hazırlanması və maliyyələşdirilməsi Nazirlər Kobnetinə həvalə olunmuşdur. Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssalıqla yanaşır.

Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14–29 yaşlarında hesab edilir. Gənclər bu gün ölkə əhalisinin 28,1 %-ə qədərini təşkil edir. Bu təbəqənin sosial-iqtisadi inkişafı güclü ölkə, parlaq gələcək deməkdir. Ölkənin sosial-iqtisadi inkişafında gənclərin potensialından istifadə etməklə həm gəncləri inkişaf etdirmiş olarıq, həm də ümumi problemlərimiz öz həllini tapar. Bu gün gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sosial təminatı sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyytının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirlər həyata keçirilməsi durmadan genişləndirilməlidir. Məlumdur ki, ölkədə fəaliyyət göstərən bazar sturukturları iş təcübəsi olan və bazar iqtisadiyyatı prinsiplərini bilən mütəxəssislər axtarışındadır. İlk növbədə, gənclərin təhsilinə, peşə hazırlığı məsələlərinə böyük diqqət yetirilməlidir. Xüsusilə texniki-peşə təhsili müəssisələrinin kadr hazırlığında mövcud əmək bazarını və ya sahibkarların tələbatları nəzərə alınmalıdır. Son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar öz müsbət nəticəsini versə də, işsizlik problemi aktual olaraq qalır. Çünki, keçid dövrü ilə əlaqədar olaraq əmək bazarının tələbləri də dəyişir. Artıq dünyada belə bir fikir formalaşıb ki, hər il bilik və bacarıqların 20-30 %-i, hər 5-8 ildə isə peşələr tamamilə köhnəlir. Artıq gənclərimiz işsizlik problemlərini mükəmməl təhsilə yiyələnmədən həll edə bilməyəcəklərini daha yaxşı başa düşürlər. Digər tərəfdən neft sektorunun inkişafı nəticəsində ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər müasir texnologiyalarla işləməyi bilən gənclərə daha çox üstünlük verirlər. Nəticədə gənclərimizin təhsil səviyyəsi ilbəil artır.

Hələ 2003-cü ildə cənab Prezident İlham Əliyevin seçkiqabağı platformasında prezident seçiləcəyi təqdirdə ölkədə 600 min yeni iş yerlərinin açılacağı bildirilirdi. Seçkilərdə xalqın etimadını qazandıqdan sonra möhtərəm prezident öz vədinə sadiq qalaraq ölkənin, xüsusən də regionların inkişafına diqqət yetirməyə başladı. Bununla bağlı xüsusi dövlət proqramı təsdiq edildi. Qəbul olunmuş proqram nəticəsində regionlarda yeni istehsal və xidmət müəssisələri istifadəyə verildi. Dövlətin maliyyə dəstəyi ilə iri infrastruktur layihələrin həyata keçirilməsinə başlandı. Əlbəttə, görülən işlər ixtisaslı mütəxəsislər olmasaydı mümkün olmazdı.

Savadlı gənc mütəxəsislərin hazırlanması orta məktəbdən başlayır. Dövlətimiz bu məsələyə də xüsusi diqqət yetirir. Azərbaycanda büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəldilibdir. Son illər həm dövlət vəsaiti hesabına, həm də Heydər Əliyev fondunun hesabına yüzlərlə məktəb tikilib. Məktəb tikintisi bu gün də sürətlə davam etdirilir. Azərbaycanda bütövlükdə təhsil infrasturukturu yeniləşir. Böyük əhəmiyyət kəsb edən kompüterləşmə proqramı həyata keçirilir. Hər bir məktəbdə kompüter sinifi yaradılır və intrnetə çıxış təmin olunur. Nəticədə gənclərimiz, şagirdlərimiz, tələbələrimiz dünyada baş verən bütün hadisələri yaxından izləyir, yeni müasir informasiya texnologiyalarına yiyələnirlər. Onlar dünyada gedən prosesləri təhlil etmək üçün imkanlar əldə edirlər. Bu gün Azərbaycan gəncləri xarici ölkələrə təhsil almağa, biznes qurmağa, təcrübə qazanmağa, işləməyə və s. faydalı işlər görməyə gedir. Xaricdə çalışan gənclərimizin böyük hissəsi bir neçə ildən sonra vətənə dönərək əldə etdikləri təcrübəni, işgüzarlığı və iqtisadi sistemin xüsusiyyətlərini ölkəmizdə tətbiq edirlər.

Azərbaycan hökuməti müsir gənclərimizlə bərabər gələcəkdə yetişəcək gəncləri də düşünüb. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz təbii sərvətlərindən istifadə edilməsi məsələsi ön plana çəkildi. Çünki, respublikamıza neft sərvətlərinin sahibi kimi tarixi şans verilmişdi və bundan da dövlət başçısı Heydər Əliyev böyük uzaqgörənliklə istifadə etdi. İri həcmli neft müqavilələri bağlandı, Azərbaycan neftini dünya bazarına daşıyacaq neft kəmərləri tikildi. Ən əsası neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra Neft Fondu təsis edilmişdir. Azərbaycanda fəaliyyət göstərən Dövlət Neft Fondu iqtisadi inkişaf üçün artıq çox güclü bir amildir. Bildiyimiz kimi, Neft Fondunun əsas gəlirləri və vəsaiti gələcək nəsillər üçün əmanət kimi saxlanılacaqdır. Gələcək nəsillər, gənclər Neft Fondunun imkanlarından səmərəli istifadə edəcəklər.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri özünü əhalinin rifah halının yüksəlməsində və iqtisadi inkişaf sahəsində göstərməkdədir.

Dövlət başçısının 2007-ci ili gənclər ili kimi qeyd etməsi çox mühüm tarixi hadisə idi. Bu sərəncam Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyani şəkildə sübut edir. İndi iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir. Cəmiyyətin hər bir sahəsində gənclərin rolu böyük əhəmiyyət kəsb edir. Bu hər şeydən əvvəl dövlətimizin gənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir. Azərbaycan gəncliyinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası sahəsində böyük uğurlar qaznılmışdır. Respublikanın gənclər təşkilatları BMT-nin, YUNESKO-nun, Avropa Şurasının, Avropa Birliyinin və s. beynəlxalq qurumların gənclər proqramlarına qoşulur, birgə layihələrdə iştirak edir, MDB və digər ölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər.

2001-ci il fevralın 2-də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gəncləri ilə görüşü olmuşdur. Ulu öndər görüşdə geniş nitq söyləmiş və gənclərin qarşısında duran vacib məsələlərdən danışmışdır. O, dövlət idarəetmə orqanlarında gənclərin məsul işlərə cəlb olunmasını təmin etməklə bağlı verdiyi tapşırığı yerinə yetirmək məqsədilə bacarıqlı, intelektli və fəal gənclər seçilib icra hakimiyyəti sistemində, müəssisə, komitə və təşkilatlarda məsul vəzifələrə irəli çəkirlər.

Bu gün milli vətənpərvərlik Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyatının əsas prinsipidir. Baxmayaraq ki, 1994-cü ilin mayından Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə olunmuşdur, amma bununla yanaşı ordumuz gücləndirilir və xalqımız torpaqlarımızın azad edilməsi üçün daim döyüşə hazırdır. O cümlədən, bu gün hər bir gənc Azərbaycanın Milli Ordusunda xidmət etməyi özü üçün ən şərəfli vəzifə hesab edir.

İstedadlı gənclərə diqqət və qayğını artırmaq üçün H. Əiyevin “ Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına dövlət qayğısının artırılması haqqında” 6 dekabr 1999-cu il tarixli və ”Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” 22 iyun 1996-cı il tarixli fərmanları bu qayğının təcəssümüdür.

Beləliklə, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.

Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Heydər əliyev və gəncə

Сервисы VK

Поиск видео Найти

Топ недели

Мы больше не будем рекомендовать вам подобный контент.

331 358 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

708 982 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

821 861 просмотр

Мы больше не будем рекомендовать вам подобный контент.

880 465 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

699 346 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

395 966 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

34 206 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

463 278 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

168 794 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

157 395 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

158 029 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

293 077 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

141 584 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

216 742 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

150 351 просмотр

Мы больше не будем рекомендовать вам подобный контент.

35 405 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

144 256 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

160 590 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

335 734 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

228 534 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

179 696 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

175 364 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

358 077 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

290 026 просмотров

Левая колонка

Следующее видео

VA-Baby_Time.BridgeTV.2009.DVD5

1 265 172 просмотра

барбоскины

Похожие видео

Va multumim http://goo.gl/EAIbk1

474 489 просмотров

Publika TV

ВА “Паруса Приморья”-концерт в с.Новицкое

231 614 просмотров

Ольга Плотникова

O’zbekiston va Eron o’rtasida parvozlar tiklandi���� ali e.

7 428 просмотров

Али Банат (наставление на его похоронах)_HIGH.mp4

14 572 просмотра

SυвհαηAʆʆαհ

Ҳали бу ойнинг бу кунларини яна бир йил соғинамиз. �� Рўза.

5 192 просмотра

Бир кам дуне – Уткинчи дуне!Между мной и тобой

Heydər Əliyev İranda NİYƏ ƏSƏBİLƏŞDİ_ – İllər sonra ÜZƏ ÇIXD.

1 299 просмотров

Misa Mixaylo

Президент проводит коллегию Генпрокуратуры

880 465 просмотров

Под Херсоном пьяный мужик хотел сжечь российский триколор, н.

699 346 просмотров

Телеканал 360 и Онуфриенко

Идеи Дизайна Ногтей Маникюр

821 861 просмотр

Людмила Миронова

Полный контакт | Соловьёв LIVE | 15 марта 2023 года

463 278 просмотров

СОЛОВЬЁВ LIVE

Гоблин — о новом поколении

395 966 просмотров

Президент отвечает на вопросы рабочих вертолётного завода

1 124 343 просмотра

Спасибо вам, учителя!

752 483 просмотра

Национальные проекты России

Вывели на прогулку опасную банду!)��

293 077 просмотров

Музыка Клипы и Хорошее Настроение

Топ 5 артистов

335 734 просмотра

Знаете ли Вы?

Электротранспорт в России стал доступным

331 358 просмотров

Наша страна Россия

По крышам Петербурга

1 405 653 просмотра

Национальные проекты России

Стрим Народного фронта // 15 марта 2023

228 534 просмотра

Народный Фронт

Эта ворона определённо в курсе законов физики! ��

31 656 просмотров

Музыка Клипы и Хорошее Настроение

День рождения поэта и патриота

358 077 просмотров

Рождённые в СССР

Александр Панайотов – Миллионы #ОКсКараоке

150 351 просмотр

Одноклассники. Всё ОК!

HEYDƏR ƏLİYEV VƏ GƏNCƏ

14 апр 2021 21 просмотр

Добавить в закладки

Пожаловаться

“Biz hamımız – harda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı – Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik.“! Heydər Əliyev Heydər Əliyevin Gəncəyə işgüzar səfərlərini iki mərhələyə ayırmaq olar: Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu 1969-1982-ci və Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illər. 1970-ci il: Heydər Əliyev Gəncəyə ilk işgüzar səfərini edir. Məqsəd strateji baxımdan əhəmiyyətli mövqeyə sahib olan şəhərin sənaye və tikinti potensialının gücləndirilməsi olur. Bu səfərin nəticələri isə növbəti illərdə daha aydın görünməyə başlayır. 977-ci il: Gəncədə artıq sənaye yönümlü bir sıra layihələr reallaşdırılır, iri sənaye obyektləri istifadəyə verilir. Həmin il, Heydər Əliyev Xalça mahud-kombinatının ikinci növbəsinin açılışını edir, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutuna “Qırmızı Əmək bayrağı” ordenini təqdim edir. 1980-ci il: 80-ci ildə Heydər Əliyev Gəncəyə iki səfər reallaşdırıb. İyul ayında baş tutan səfər – onun Nizami yurduna 3-cü işgüzar səfəri hesab edilir. Həmin il şəhərdə irihəcmli sərnişin təyyarələrini qəbul etmək imkanı yaradan Gəncə Hava Limanın genişləndirilməsi məsələsi öz həllini tapır. Yeni uçuş xəttləri açılır və Gəncənin SSRİ-nin şəhərləri ilə əlaqə şəbəkəsi daha da genişləndirilir. Növbəti səfər dekabr ayında reallaşır. Həmişə olduğu kimi, bu dəfə də Heydər Əliyev şəhərin sənaye müəssisələrinə baş çəkir, kollektivlərlə görüşür. Özünün təşəbbüsü ilə inşa edilərək istifadəyə verilən “Büllür” zavodunda olur, Quru Qobu ərazisində salınmaqda olan “Xatirə” parkına gəlir. Həmin vaxtdan 38 il keçib. İndi bu park elə umummilli liderin adını daşıyır. Burada iki çinar ağacı diqqət çəkir. O çinarlar ki, Heydər Əliyevin Gəncəyə 4-cü səfərinin yadigarlarıdır. Bu səfər zamanı ulu öndər Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, yəni indiki ADAU-da da olur və ali təhsil müəssisəsinə “Şərəf nişanı” ordenini təqdim edir. Bu, Heydər Əliyevin Gəncəyə Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq etdiyi son səfər olur. Yaşanan tarixi hadisələr Heydər Əliyevi Gəncəyə bir də 13 ildən sonra gətirir. 1993-cü il 10 iyun: Həmin vaxt Heydər Əliyev Respublikanın siyasi rəhbərliyində təmsil olunmurdu. Ölkədə vəziyyət gərginləşmiş, Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya idi. Bu vaxt Heydər Əliyev Gəncəyə müdrik el ağsaqqalı kimi səfər edir. Bu səfər bir növ qurtuluş missiyası daşımaqla, ölkədə yaranmış anlaşılmazlığın həlli olur. Vətəndaş müharibəsinin qarşısı alınır. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da ilk işgüzar səfərini Gəncəyə edir. 1993-cü il, 13 dekabr: Həmin gün ulu öndər şəhər sakinləri və fəallarla görüşür. Həmin görüşdə müstəqil Azərbaycan dövlətinin inkişafı, şəhər iqtisadiyyatının dirçəldilməsi, bazar iqtisadiyyatına keçid, ölkə daxilində sabitliyin qorunması yolunda təxirəsalınmaz tədbirlər müzakirə edilir. 1998-ci il, 7 oktyabr: Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti və 1998-ci il prezident seçkilərində namizəd kimi Gəncə seçiciləri ilə görüşmək məqsədilə şəhərə növbəti səfərini edir. Bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev Gəncə qarnizonunun əsgər və zabitləri ilə görüşür. Xan Bağında xalq şairi Nigar Rəfibəylinin abidəsinin açılış mərasimində iştirak edir. Şəhərin mərkəzi meydanında Gəncə və ətraf rayonların seçiciləri ilə görüş keçirir. 2000-ci il, 23-24 may: Gəncənin inkişafı, iqtisadi islahatların genişləndirilməsi məqsədi daşıyan növbəti səfər baş tutur. 2002-ci il, 12-13 sentyabr: İki ildən sonra isə Heydər Əliyev Gəncədə Olimpiya İdman Kompleksinin açılışında iştirak edir. Şəhər ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi müşavirədə şəhərin sosial- iqtisadi inkişafının vəziyyətini təhlil edir. Şəhərin həyatında yeni inkişafın başlanğıcını qoyan bu səfər Heydər Əliyevin Gəncəyə son səfəri olur. Heydər Əliyevin hakimiyyəti illərində şəhərdə 70-dən artıq təhsil.

Heydər əliyev və gəncə

Gəncə şəhəri haqqında qısa
MƏLUMAT

  • Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Vəliyev Elmar Rüstəm oğlu 18 fevral 2011-ci il tarixdə bu vəzifəyə təyin edilmişdir. Şəhərin ərazisi 110 kv. km, əhalisinin sayı 1 yanvar 2013-cü il tarixə 323,5 min nəfərdir. Gəncə Şəhəri 2 rayon və 6 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. “Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır.
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 iyun 2004-cü il, 19 may və 11 oktyabr 2005-ci il, 31 oktyabr 2006-cı il, 30 may 2007-ci il, 03 mart və 24 sentyabr 2008 ci il, 25 may 2009-cu il, 11 fevral 2010-cu il, 09 fevral 2011-ci il, 21 yanvar 2012-ci il tarixlərdə Gəncə şəhərinə səfər etmişdir.

Sosial-iqtisadi göstəricilər

  • Ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2011-ci ildə 4,8 dəfə artaraq 474,5 milyon manat, sənaye məhsulunun həcmi 2,1 dəfə artaraq 115,0 milyon manata çatmış, tikinti-quraşdırma işlərinin həcmi 19,2 dəfə artaraq 111,4 milyon manat, nəqliyyat və rabitə xidmətləri müvafiq olaraq 7,9 dəfə artaraq 79,8 milyon manat və 1,9 dəfə artaraq 4,4 milyon manat təşkil etmişdir.
  • 2012-ci ilin 1-ci yarımilliyində ümumi məhsul buraxılışının həcmi 342,1 mln manat olmaqla, 2011-ci ilin müvafiq dövrünə nisbətən 44.0 faiz çox olmuş, sənaye məhsulunun həcmi isə 2.8 dəfə artaraq 150,0 milyon manat təşkil etmişdir.
  • 2012-ci il yanvarın 21-də Prezident cənab İlham Əliyevin növbəti səfəri zamanı Ulu öndər Heydər Əliyev Mərkəzinin və Gəncə Dövlət Filarmoniyasının təməli qoyulmuş, “Det-Al” Alüminium MMC-nin Gəncə Alüminium zavodu Kompleksinin, N.Nərimanov parkının, “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etmiş, Bayraq Meydanında, Cavad xan küçəsində, “İmamzadə” dini kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişatı ilə tanış olmuşdur.
  • Füzuli və N.Nərimanov parkları əsaslı təmir edilərək istifadəyə verilmiş, Fikrət Əmirov parkının ikinci hissəsinin, Z.Tağıyev parkının, “İstiqlaliyyət” parkının təmiri davam etdirilir, Əziz Əliyev və Mirzə Şəfi Vazeh adına yeni parklar salınır.
  • Oktyabr 2003 -2011-ci illər ərzində 21447 -i daimi olmaqla 24627 yeni iş yeri açılmışdır.
  • 2012-ci ilin 1-ci yarısında 1312 yeni iş yeri açılmış, ondan 1136-sı daimi iş yerləridir.

İctimai-siyasi vəziyyət

  • Şəhərdə 6 məscid, 1 rus kilsəsi, 4 ziyarətgah, 5 pir, 5 islam və 3 xristian yönümlü dini icma, 51 QHT fəaliyyət göstərir.
  • 2 qəzet nəşr edilir (“Gəncənin səsi” və “Novosti Qyandji”). Yerli “Kəpəz” və “Alternativ” TV kanalları yayımlanır.

YERLİ ƏDLİYYƏ QURUMLARI

1 SAYLI NOTARİAT KONTORU

Böyük dövlət notariusu: Əliyev Elşən Şubay oğlu;
Telefon: 02225-6-13-50;
Ünvan: Cavadxan küç. 53;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VI-VII

2 SAYLI NOTARİAT KONTORU

Xüsusi notarius: İmanov Nəsib Hüseynqulu oğlu;
Telefon: 02225-3-12-67;
Ünvan: B. Əliyev küçəsi ilə Nəzmi küçəsinin kəsişməsində;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VII-I

3 SAYLI NOTARİAT KONTORU

Xüsusi notarius: Nağıyev Sahib Səyyad oğlu;
Telefon: 02225-7-80-84;
Ünvan: D. Qorqud küç. 19a;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VII-I

4 SAYLI DÖVLƏT NOTARİAT KONTORU

Ünvan: 3-cü mikrorayon bina 7;
İş günləri: III-IV-V-VI-VII;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: I-II

5 SAYLI NOTARİAT KONTORU

Xüsusi notariusu : Ələkbərov Aris Elman oğlu;
Telefon: 02225-5-02-80;
Ünvan: Atatürk prospekti 13;
İş günləri: I-II-III-IV-VII;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: V-VI

6 SAYLI NOTARİAT KONTORU

Xüsusi notarius: Həsənova Gövhərşah İzzət qızı;
Telefon: 02225-4-25-58;
Ünvan: Yeni Gəncə qəsəbəsi, H.Məmmədquluzadə küç.;
İş günləri: I-IV-V-VI-VII;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: II-III

7 SAYLI DÖVLƏT NOTARİAT KONTORU

Ünvan: Ş.İ. Xətai küç. 87;
İş günləri: I-II-III-IV-VII;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: V-VI

1 SAYLI GƏNCƏ “ASAN XİDMƏT” MƏRKƏZİNDƏ NOTARİAT KONTORU

Xüsusi notarius: Talıbov Məhərrəm Məmməd oğlu;
Xüsusi notarius: Ağcayev Zülfüqar Möhübbət oğlu;
Telefon: (+99412) 108;
Ünvan: Gəncə şəhəri, Ş.İ. Xətai prospekti 87a;
İş günləri: Həftənin bütün günləri;
İş vaxtı: I-II-III-IV-V-VI – 10:00-20:00 (Fasiləsiz),
VII – 11:00-17:00 (Fasiləsiz);

Gəncə nikah evi

Müdir: —;
İş telefonu: 02225-6-59-32;
Məsləhətçi: Rüstəmova Məhəbbət Rüstəm qızı;
İş telefonu: 02225-6-59-32;
Ünvan: H.Əliyev prospekti 95/2;
İş günləri: II-III-IV-V-VI;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VII-I

Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi

Rəis: Cəfərova Şəlalə Əjdər qızı;
İş telefonu: 02225-6-61-11;
Ünvan: Zərrabi küçəsi 58;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII

Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi

Rəis: Kazımova Samirə Səməd qızı;
İş telefonu: 022-55-36-53;
Ünvan: M.Xələfov küçəsi 18;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 09:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII

GƏNCƏ “ASAN XİDMƏT” mərkəzində qeydiyyat şöbəsi

Rəis: Hüseynova Sevinc Çingiz qızı;
İş telefonu: (+99412) 108;
Ünvan: Gəncə şəhəri, Ş.İ. Xətai prospekti 87a;
İş vaxtı: I-II-III-IV-V-VI – 10:00-20:00 (Fasiləsiz),
VII – 11:00-17:00 (Fasiləsiz);

Gəncə şəhəri üzrə icra idarəsi

Rəis : Qocayev Nizami Mehralı oğlu;
İş telefonu: 0222 264 – 00- 45;
Ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII

Gəncə şəhəri bələdiyyələrinin siyahısı

Bələdiyyənin adı

Bələdiyyə sədrinin adı,
soyadı atasının adı

Ünvanı

Telefon nömrəsi

Comments are closed, but trackbacks and pingbacks are open.