Press "Enter" to skip to content

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək

Daha sonra səhnəyə Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin münsiflər heyəti və qaliblər dəvət olunublar.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar qurumun Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyalarına başlanıb. Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ilk ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun zeytun və şam ağacları əkilib. Ağacəkmə aksiyasında Səhmdar Cəmiyyətin rəhbərliyi və kollektivi fəal iştirak edib. Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Yubiley tədbirləri çərçivəsində digər idarə və müəssisələr, hidrotexniki qurğuların ərazilərində də ağacəkmə aksiyaları keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsidir.

Müsabiqənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil ediləcək.

İlk mərhələ fevral-mart ayında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçiriləcək.

Bakı şəhərindən 12, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan 2, digər şəhər və rayonların hər birindən 1, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə 10 nəfərin iştirakı planlaşdırılır.

Müsabiqənin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Heydər əliyev yubileyi

İyunun 8-də Heydər Əliyev Sarayında Azərbaycan professional vokal məktəbinin banisi, Xalq Artisti, Dövlət mükafatı laureatı Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi və Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir dirijor Murtuza Bülbülün bədii rəhbərliyi ilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyasının səsləndirilməsi ilə başlanıb.

Yubiley gecəsində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölməz sənətkarın keçdiyi ömür yoluna nəzər salıb və geniş səs diapazonuna malik, ifaçılığında milli vokal üslubu ilə italyan vokal məktəbi ənənələrini üzvi şəkildə birləşdirmiş Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, ecazkar səsi ilə könül oxşayan bu böyük opera müğənnisi Azərbaycanın dilbər guşəsi Şuşada dünyaya göz açıb. Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operalarında əsas partiyaları ifa edib. 1927-ci ildə Konservatoriyanı bitirərək təhsilini dövlət xətti ilə İtaliyanın Milan şəhərində davam etdirib. 1931-ci ildə Vətənə qayıdıb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. Azərbaycan professional vokal məktəbinin banisi olan Bülbül gənc ifaçıların yetişməsinə böyük əmək sərf edib. Hələ sağlığında ən yüksək fəxri adlar, orden və medallara layiq görülüb.

Qeyd olunub ki, hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında nəzdində musiqi məktəbi fəaliyyət göstərir. Anadan olmasının 115 illiyi münasibətilə isə Bakıda abidəsi ucaldılıb. Azərbaycan xalq mahnılarının, təsniflərinin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün ölməz xatirəsi xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacaq.

Nazir Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə isə görkəmli müğənninin 110 və 120 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra səhnəyə Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin münsiflər heyəti və qaliblər dəvət olunublar.

Beynəlxalq münsiflər heyətinin sədri, professor Sergey Leyferkus tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, dahi sənətkar Bülbülün 120 illik yubileyi münasibətilə keçirilən müsabiqəni nadir mədəniyyət hadisəsi kimi dəyərləndirib: “Demək istərdim ki, insan nə qədər ki yaddaşlarda yaşayır, deməli, sağdır. Bugünkü müsabiqə də göstərdi ki, dahi Azərbaycan tenoru Bülbül bizimlədir. Düşünürəm ki, bu günü əziz laureatlarımız heç vaxt unutmayacaqlar. Çünki bu gün Bülbül onlara xeyir-dua verir”.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqənin Qran-Pri mükafatına Minə Kurtoğlu (Türkiyə), birinci yerə Anastasiya Barun (Rusiya), Georgi Çelidze (Gürcüstan), ikinci yerə Mariya Buynosova (Rusiya), Stanislav Li (Qazaxıstan), üçüncü yerə Yuliya Zasimova (Ukrayna), Umid İsrailov (Özbəkistan), Elnarə Məmmədova (Azərbaycan) layiq görülüblər. Müsabiqə iştirakçılarından Yuliya Tkaçenko (Ukrayna), Anna Şapovalova (Rusiya) və Ketevan Sixarulidzeyə (Gürcüstan) xüsusi diplom təqdim edilib. Ümid İsrailov (Özbəkistan) ən yaxşı tenor, Elza İslamova (Rusiya) Bülbül romanslarının ən yaxşı ifaçısı, Yuliya Kərimova (Azərbaycan), Sergey Semyonov (Rusiya) və Sergey Çeçetko (Rusiya) ən yaxşı konsertmeyster seçilib. Azərbaycandan olan gənc vokalçı Mahir Tağızadə isə “Ümid” diplomu ilə təltif olunub.

Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq Artisti, professor Polad Bülbüloğlu Azərbaycan xalqının və dövlətinin dahi sənətkarın xatirəsinə göstərdiyi hörmətə görə təşəkkürünü bildirərək deyib: “Bülbül adına birinci beynəlxalq müsabiqə görkəmli müğənninin 100 illiyi ərəfəsində, 1997-ci ildə mədəniyyətimizin böyük təəssübkeşi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq Sərəncamı ilə keçirilib və o vaxtdan müsabiqə ənənə halını alıb. Mən möhtərəm Prezidentimiz İlham Əliyevə ailəmiz adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Mədəniyyət Nazirliyi də öz növbəsində böyük işlər görüb. Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”.

Tədbirdə Bülbülün sənət aləmindən videolentlər nümayiş olunub, sənətkarın repertuarından mahnılar səsləndirilib və ona həsr olunmuş şeirlər oxunub. Müsabiqə qaliblərinin ifaları gecəyə xüsusi rəng qatıb.

Comments are closed, but trackbacks and pingbacks are open.