Heydər əliyevin həyatı
Demokratiyanın daha bir göstəricisi kimi 1999-cu ilin dekabrında Azərbaycanda ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarına – bələdiyyə seçkiləri keçirildi. Heydər Əliyevin rəhbərliyi ilə bələdiyyə institutu yaradıldı, bələdiyyələrin iş mexanizmi, statusu vəzifə və səlahiyyətləri, inkişaf istiqamətləri müəyyən edildi. Bələdiyyələrin yaradılması və fəaliyyəti Azərbaycanın demokratiya yolunda addımlamasının ən bariz göstəricilərindən biri idi.
Vətənim
Azərbaycan Sovet Ensiklopediyasında (ASE) yazılmışdır ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində doğulmuşdur. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Sənaye Institutunda oxumuşdur. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili Işlər Komisarlığında işləmişdir. 1944-cü ilin may ayından dövlət təhlükəsizliyi orqanlarında işə düzəlmiş və burada 1969-cu ilə qədər müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir.
1964-cü ildə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) 14 iyul 1969-cu il tarixli plenumunda o, AKP MK-nın 1-ci katibi və MK-nın Büro üzvü seçilmişdir. Məlumdur ki, sonra 1982-ci ildə Sov.IKP MK-nın Büro üzvü olmaqla yanaşı, SSRI Nazirlər Soveti sədrinin 1-ci müavini olmuş, 1987-ci ildə isə təqaüdə göndərilmişdir. 1993-cü ildə təkrarən Azərbaycan Respublikasının rəhbərliyinə gəlmişdir. ASE-də Heydər Əliyevin milliyəti göstərilməmişdir. Lakin Moskvada çıxan «Profil» jurnalında Aleksandr Troşin «Sem partiynıx qrexov tovarişa Aliyeva» adlı məqaləsində («Profil», 1997-ci il, № 39, səh.58-62) yazır: Əliyev əsrin əvvəlində Ermənistan ərazisində kürd ailəsində doğulub və sonradan Naxçıvana köçmüşdür. Onun qardaşı Həsən Əliyev kürd millətinə mənsub olan ilk alim olmuşdur. Həmçinin, müəllif qeyd edir ki, Heydər Əliyev Moskvada işlədiyi vaxtlarda onun yaramaz əməlləri barədə Azərbaycandan Sov.IKP MK-ya çoxlu şikayətlər gedir. Bununla əlaqədar olaraq Sov.IKP Nəzarət Komitəsinin sədri Boris Puqo tərəfindən Azərbaycana xüsusi komissiya göndərilir. Heydər Əliyev isə öz yaramaz əməllərini çox yaxşı bildiyindən, hər ehtimala qarşı, arxivlərdən özünə aid olan sənədləri qabaqcadan çıxartdırdığı üçün komissiya onun nə doğumu və nə də fəaliyyəti barədə heç bir arayış ala bilmir. Komissiya tərəfindən çağrılan Azərbaycan Sənaye Institutunun rektoru isə qorxa-qorxa deyir ki, sizdən əvvəl bir neçə adam gəlib Heydər Əliyevin sənədləri olan qovluğu tələb etdi və sonra da onu geri qaytarmadılar.
Naxçıvanda isə doğulan uşaqların adları qeyd olunan kitabda onun nə adı və nə də doğum haqqında şəhadətnaməsi ümumiyyətlə olmur. Nəhayət, Naxçıvan Pedtexnikumunun arxivində onun öz əli ilə yazılmış tərcümeyi-halı tapılır. Orada o doğulduğu ili 1922-ci il göstərmişdir. 1920-cı və 1922-ci ildə doğulanların hamısı Vətənin müdafiəsi üçün müharibəyə göndərilirdi. Heydər Əliyev isə Vətəni müdafiə etməkdən yayınıb, saxtakarlıq edərək, yaşını bir il azaltmışdır. O, bununla da kifayətlənməyib, Vətənin müdafiəsindən birdəfəlik yayınmaq üçün hər ehtimala qarşı saxta xəstəlik arayışları da düzəltmişdir.
«Müxalifət» qəzetində (18 oktyabr 2003-cü il), öz dediyinə görə Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevlə ata-bala kimi olan, 50 illik pedaqoji fəaliyyəti dövründə Heydər Əliyevə və respublikanın tanınmış bir neçə siyasi xadimlərə dərs demiş, 1929-cu ildə anadan olmuş və hal-hazırda da sağ-salamat olan professor Duman Cəfərovun çox maraqlı müsahibəsi dərc olunmuşdur. O, müsahibəsində bildirir ki, Həsən Əliyev özü ona deyib ki, o kürd millətinə mənsub olan ilk elmlər namizədidir. «1934-cü ildə dərc olunmuş ensiklopediyada, həqiqətən Həsən Əliyev kürd kimi təqdim olunub.» Həmçinin o, Həsən Əliyevə istinadən bildirir ki, Heydər Əliyev 1919-cu ildə doğulmuşdur.
Arkadi Vaksberq «Literaturnaya qazeta»da (21 sentyabr 1988-ci il) dərc etdiyi «Gurultulu alqışlarla» adlı oçerkində yazır: «Komissiya müəyyənləşdirdi ki, müharibə başlayanda Heydər Əliyev Bakıda Əzizbəyov adına Sənaye Institutunda təhsilini yarımçıq qoymuş və orduya çağırışdan yayınmaq üçün Vətəni Naxçıvana getmişdir. Orada belə bir sənəd düzəltmişdir ki, guya ağır formalı ağ ciyər vərəminə tutulmuşdur və çağırışdan azaddır».
Bayram Tahirbəyov isə 24 iyun 2001-ci ildə «Qorets» qəzetində (Bütöv Qafqaz ümumxalq aypara qəzeti) «Bayki «Bakinskoqo Bulvara» pro Qeydara, kotorıy Dоavid» adlı məqaləsində yazır: «Ordudan tam azad olunma möhləti zöhrəvi və ruhi xəstələrə (9a və 9b) düçar olmuş adamlara verilirdi. Heydər Əliyev bütün müharibə dövrünü «4 xaçlı» (++++) zöhrəvi xəstə arayışı ilə keçirmişdir. Şəxsi işi hərbi komissarlığın arxivində saxlanılır».
Qeyd edirəm ki, 1970-ci ilə kimi Azərbaycan SSR Ali Sovetinin sədri olmuş Məmməd Əbdül oğlu Isgəndərovun bacanağı professor Əhəd Ibrahimov 2009-cu ildə M.Ə.Isgəndərovun həyat fəaliyyəti ilə bağlı «Görkəmli insanların həyatı. Məmməd Əbdül oğlu Isgəndərov» adlı kitab çap etdirmişdir. Müəllif kitabda tək M.Ə.Isgəndərovun həyat fəaliyyətini yazmaqla kifayətlənməyib, 1918-ci ildən bəri Azərbaycanda baş verən siyasi-ictimai hadisələri, Azərbaycanın kimlər tərəfindən necə idarə olunduğunu qələmə almışdır. O cümlədən Heydər Əliyevin həyat-fəaliyyətinə də geniş yer vermişdir. Professor Ə.Ibrahimov yazır: «DTK-nın əmrində və onun partiya təşkilatının qərarında göstərilir ki, H.Əliyev Böyük Vətən Müharibəsi başlayanda Azərbaycan Sənaye Institutunun 3-cü kursunda təhsilini başa çatdırmadan, axırıncı imtahanını vermədən, Ali Baş komandan I.Stalinin fərmanına riayət etmədən təhsilini yarımçıq qoyaraq Naxçıvana icazəsiz gedibdir. Dövlət başçısının fərmanında göstərilirdi ki, aşağı kurslarda oxuyan, 3-cü kurs da daxil olmaqla tələbələr ordu sıralarına-cəbhəyə getməlidirlər. Azərbaycan Sənaye Institutunda H.Əliyevlə birlikdə oxuyan tələbə yoldaşlarının dediyinə görə: «Biz qərara gəldik ki, axırıncı imtahanımızı verib 3-cü kursu bitirdikdən sonra, gedib ailələrimizlə görüşüb, əvvəlcə «voenkomat»a, sonra isə cəbhəyə gedək.» Axırıncı imtahanı verdikdən sonra biri-birimizlə xudafizləşib ayrıldıq. Onlardan fərqli olaraq, H.Əliyev müharibə başlayan kimi 3-cü kursu bitirmədən Naxçıvana qaçıbdır. Döyüşən ordu sıralarından yayınmağının əsasını təmin etmək üçün, saxta həkim arayışı düzəldibdir. Arayışda onun sümük-vərəmi xəstəsi olduğuna görə ordu sıralarında xidmət etməyə yararsız olduğu göstərilibdir.
Bunlardan xəbər tutan NKVD-nin kaşfiyyatçı çekist dəstələri H.Əliyevi həbs etdilər. Istintaqın nəticəsində onun atasının yezdi kürdü olduğunu və anasının – Satanikin erməni millətindən olan qadın olduğunu aşkarlayırlar. Böyük Vətən Müharibəsi dövründə fərarilik edən şəxslərin ittihamı hərbi tribunal tərəfindən güllələnməklə nəticələnirdi. Ancaq onun erməni mənşəli yezdi kürdünün oğlu oldugunu və erməni dilini bilməsi Sovet Ittifaqının Irandakı əks-kəşfiyyatında xidmət etməsində zəmin yaradır. NKVD-də onu güllələmək əvəzində agentlik (casusluq) etmək təklifini verirlər. O, da təklifi ikiəlli qəbul edir. Iranda müdafiə mövqeyində dayanan Sovet Ittifaqı ordusundakı əks-kəşfiyyatın orqanlarına da xidmətə göndərirlər.
Bildiyimiz kimi, Iranda məskunlaşan ordumuzun partiya təşkilatının rəhbərliyinə, Mircəfər Bağırovun təklifi-sərəncamı ilə, professor Əziz Əliyev təyin olunmuşdur. Bundan xəbər tutan H.Əliyev professorun cangüdəni vəzifəsində xidmət etməyə səy göstərməklə nail olur. Əziz Əliyevin qızı Zərifə xanımla tanışlıq da oradan başlayıbdır. Sonra bu minvalla da o xanım qızla ailə qurubdur. 1941-1945-ci illərdə fərariliyə-dezertiliyə xidmət etdiyi halda, müharibədən sonrakı illərdə DTK orqanlarında işə düzəlibdir. Əvvəlcə Naxçıvan MR, sonra isə Bakıda DT Komitəsində işləyibdir. Tədricən inkişaf edərək DTK-da 5-ci şöbənin müdiri vəzifəsinə yüksəlibdir Vəzifəsindən sui-istifadə edərək tabeliyində işləyən rus qızını zorlayıbdır. Qız da ailəsinə və Moskvadakı qohumlarına, siyasi-ictimai təşkilatlara ərizə vasitəsilə müraciət edibdir.
Sovet Ittifqının Dövlət Təhlükəsizlik Komitəsinə və digər siyasi-ictimai təşkilatlara daxil olan ərizə-müraciətlərin nəticəsində Azərbaycan DTK partiya təşkilatı H.Əliyevi partiya sıralarından xaric edir. Komitənin sədri general T.Yaqubov da partiya təşkilatının rəhbəri Arif Nəzər oğlu Heydərovun imzaladığı protokolun əsasında H.Əliyevi şöbə müdiri vəzifəsindən azad olunması əmrini vermişdir. Göstərilən sənədləri təsdiq olunmaq üçün MK bürosuna müraciətlə göndərmişdilər. Demək olar ki, H.Əliyevin diri-diri dəfn olunması sərəncamı çox yüksək səviyyədən olmuşdur.» (Səh.89-90)
A.Vaksberq «Literaturnaya qazeta»da göstərilən oçerkində yazır: «Heydər Əliyev müharibədən sonra əvvəlkinin məzmununa tamamilə zidd olan, yəni orduda xidmət etdiyini, müharibə iştirakçısı olduğunu bildirən sənədlər təqdim etmiş və ona görə də asanlıqla instituta bərpa olunmuş, lakin orada oxumamış, universitetin tarix fakultəsinin üçüncü kursuna keçmişdir. Həmin fakultəni qiyabi bitirmişdir, gərək ki, 1957-ci ildə».
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Univetrsitetinin) arxivində də Heydər Əliyevə aid olan heç bir sənəd yoxdur(?!)
Lakin müəllifləri Sadıq Şükürov və Mübariz Səfərov olan «Millət Atası» kitabında (Bakı, «Təhsil» nəşriyyatı, 2000-ci il, səh.16) yazılmışdır: «1944-cü ildə Heydər Əliyev Bakıda Dövlət təhlükəsizlik orqanına işə göndərildi. Bu idarədə o, pillə-pillə yüksəldi, xalqının tarixini öyrənmək fikrinə düşdü, 1951-ci ildə Bakı Dövlət Universitetinin tarix şöbəsinə aşağıdakı fənnlərdən qəbul imtahanları verdi:
1. 10.08. – «Alman dili» – yaxşı
2. 13.08 – «Azərbaycan ədəbiyyatı (yazılı)» – əla
3. 14.08 – «Azərbaycan ədəbiyyatı (şifahi)» – əla
4. 14.08 – «SSRI tarixi (şifahi)» – əla
5. 14.08 – «Rus dili (yazılı)» – əla
6. 14.08. – «Rus dili (şifahi)» – əla
7. 15.08 – «Coğrafiya (şifahi)» – əla.»
Qəribə deyilmi? Bu kitabın müəllifləri, şübhə yaranmamaq üçün, heç olmazsa Heydər Əliyevin bir gündə dörd fəndən deyil, bir fəndən imtahan verdiyini göstərsəydilər, daha inandırıcı olardı. Axı, o vaxt imtahanlar testlə verilmirdi. Bir gündə ancaq bir, yaxud da, çox təsadüf halda bir gündə iki fəndən imtahan götürülürdü.
Professor D.Cəfərov isə «Müxalifət» qəzetinə verdiyi müsahibəsində bildirir ki, «Heydər Əliyev indiki BDU-nun tarix fakultəsinin rus bölməsinə, özü də birbaşa 3-cü kursa qəbul edilib. Qiyabi təhsil alan sabiq dövlət başçısı dərslərə gəlməz, imtahanlarda isə müəllimlərə rüşvət təklif edərdi. Onun müəllimlərindən biri Məlik Orucov idi. Əliyev ona imtahan üçün yüz manat pul vermişdi. Sonradan Əliyev 1-ci katib olanda Məlik Orucov bütün tanışlarına deyirdi ki, əgər Heydər Əliyeviç soruşsa ki, Məlik Orucov sağdır, deyin o çoxdan ölüb. Halbuki sağ idi və heç də qorxaq kişi deyildi. Amma Heydər Əliyev nə istəsə, onu da edərdi. Kimi istəsə öldürər, kimi istəsə tutdurardı».
Göründüyü kimi, müəllifləri S.Şükürov və M.Səfərov olan «Millət Atası» kitabında Heydər Əliyevin əla qiymətlər almaqla qəbul imtahanları verib Bakı Dövlət Universitetinə qəbul olunması barədə məlumat tamamilə yalandır. Şübhəsiz ki, bu kitab dövlət sifarişi ilə məqsədyönlü yazılmışdır. Yeganə məqsəd də Heydər Əliyevin cinayəet əməllərinin üstündən pərdə çəkmək üçün onu «millət atası» kimi reklam etdirməkdir.
Həmçinin, professor D.Cəfərov BDU-nun şərqşünaslıq fakultəsində təhsil alan Heydər Əliyevin qızı Sevilə də dərs deyib. O da atası kimi dərsə gəlmirmiş. Elə buna görə də o, imtahanlarda Sevilə qiymət yazmayıb. O vaxtı rektor Faiq Bağırzadə D.Cəfərovun əvəzində Sevilə beş yazıb. Bu isə müəllimlə rektor arasında münaqişəyə səbəb olub.
A.Troşin «Profil» jurnalındakı məqaləsində göstərir ki, Heydər Əliyev qardaşı Həsənin köməyilə 1944-cü ildə təhlükəsizlik komitəsinə işə düzəlir və sürətlə irəliləyir. Artıq 4 ildən sonra, 1948-ci ildə əks-kəşfiyyatla məşğul olan 5-ci idarənin rəisi olur. Elə bu ildə də Dağıstan MSSR Vilayət Komitəsinin birinci katibi Əziz Əliyevin qızı Zərifə xanımla ailə qurmasından heç altı ay keçməmiş əxlaqsızlıqla məşğul olmağa başlayır. O vaxt Bakıda Heydər Əliyevin əlində bir neçə gizli mənzil vardı. Bu mənzillərdə də o əxlaqsızlıqla məşğul olurdu.
1953-cü ildə isə Heydər Əliyevin əxlaqsızlıq əməlləri böyük biabırçılıqla nəticələnir və həyatı təhlükə altında olur. O, öz tabeçiliyində olan bir rus qızını zorlayır. Qız da Moskvaya şikayət yazır. Bununla bağlı Moskvadan Heydər Əliyevin fəaliyyətinin yoxlanılması və cəzalandırılması barədə göstəriş gəlir. Bu vaxt Heydər Əliyevin qaynatası professor Əziz Əliyev də Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun etimadının öhdəsindən gələ bilmədiyi üçün onun da həyatı təhlükə altında qalır. Beləki, M.C.Bağırov Dağıstan MR-nı Azərbaycana birləşdirmək üçün Lavrenti Beriyanın təqdimatı əsasında, Əziz Əliyevi Muxtar Respublikanın KP MK-in birinci katibi seçilməsini təmin etmişdir. Ancaq Əziz Əliyev M.C.Bağırovun etimadını doğrultmur. Bununla bağlı əlindən partiya bileti alınmaqla, özü də Sabunçu qəsəbəsindəki xəstəxananın baş həkiminin müavini vəzifəsinə göndərilir. Bu barədə professor Ə.Ibrahimov yuxarıda adı hallanan kitabında yazır: «Azərbaycanın geoloq-geofizikləri Dağıstan Muxtar Respublikasının dəniz şelfində neft-qaz yatağı aşkar etmişdilər. Həmin yatağın istismarını təmin etmək üçün Mircəfər Bağırov Dağıstan Muxtar Respublikasının Azərbaycana birləşdirilməsi barədə Moskvadan razılıq almışdır. Problemin həllini təmin etmək üçün professor Əziz Əliyevi Dağıstan Muxtar Respublikasının KP MK-nın birinci katibi seçilməsinə nail olmuşdur. Çox əfsuslar ki, Muxtar Respublikanın Azərbaycana birləşdirilməsinə Sovet Ittifaqı KP MK-nın bürosunda baxılanda Əziz Əliyev məsələnin həllini təmin edə bilmədi. Muxtar Respublikanın Ali Sovetinin sədri Daniyalov etirazını bildirdi. Xidməti işlərinə görə Daniyalovu Dağıstan MR MK-nın birinci katibi vəzifəsinə təyin etdilər. Görünür pərdə arxasında Əziz Əliyevin yüksək vəzifə postunu itirməsini Rusiya Federasiyası təmin etmişdir. Mircəfər Bağırov onu səhlənkarlığına görə partiyadan xaric etdirdi. Amma peşə ixtisası üzrə «Caparidze» adına xəstəxananın (Sabunçu qəsəbəsindəki xəstəxananın) baş həkiminin birinci müavini vəzifəsinə təyin olunmasına Mircəfər Bağırov razılığını verir. Əziz Əliyev özü demişkən: ona da çox şükür.
Görünür Rusiya Federasiyasının rəhbərliyi Dağıstan MR Ali Sovetinin sədri Daniyalovu şirnikləndirərək məsələnin həllinə maneçilik törədiblər. Axırıncı da M.Bağırovun qəzəbinə səbəb olmuşdur. Növbəti seçkidə Əziz Əliyev Muxtar Respublikanın KP MK birinci katibi vəzifəsinə təkrarən seçilmədi. O vəzifəyə Daniyalov seçildi. Azərbaycan KP MK bürosu Əziz Əliyevi neqativ səhvə yol verdiyinə görə, partiya sıralarından azad olunması barədə qərarını verdi və onun «Caparidze» adına xəstəxanaya baş həkimin birinci müavini təyin olunması barədə səhiyyə nazirliyinə sərəncam verildi. Qeyd olunan məsələni professor özü mənə söylədi. Demək olar ki, Əziz Əliyevin siyasi səhvi nəticəsində, Dağıstan MR Ali Sovetində özünə sədaqətli şəxslə kadr dəyişikliyi vaxtında etmədiyinin nəticəsində Dağıstan MR-i itirdik.» (səh. 87)
Bu vaxt SSRI və respublika rəhbərliyində köklü dəyişiklər baş verir. Mir Cəfər Bağırov Azərbaycan KP MK birinci katibi vəzifəsindən uzaqlaşdırılır. Bu vəzifəni qısa müddətə DTK-nın sabiq sədri Teymur Yaqubov icra edir. Sonra Azərbaycan KP MK-nın birinci katibi I.Mustafayev, ikinci katib Vitali Səmədov, MK-nın katibi və eyni zamanda MK-nın Reablitasiya Komissiyasının sədri Məmməd Isgəndərov olur.
Yuxarıda professor Ə.Ibrahimovun «Görkəmli insanların həyatı. Məmməd Əbdül oğlu Isgəndərov» kitabında M.Ə.Isgəndərovun baldızı Kamilə xanımın Əzizbəyovanın «Yaxşılığa-yamanlıq» başlığı altında yazdığı xatirəsi Heydər Əliyevlə bağlıdır. O yazır: «Həmin zamanda mənim kiçik bacım Nəzimə göstərilən xəstəxanada (Sabunçu xəstəxanasında) hamiləlikdən müalicə olunurdu. Biz də onu yoxlamaq üçün xəstəxanaya gedib-gəlirdik. Eyni zamanda xəstəxananın aptekinə mənim dayım Bəhmən Ağazadə rəhbərlik edirdi. O bizi Əziz Əliyevlə tanış etdi. Növbəti dəfə xəstəxanaya gedəndə dayım B.Ağazadə Əziz Əliyevlə birlikdə məndən və Nəzimə bacımın həyat toldaşı Əhəd Ibrahimovdan xahiş etdilər ki, MK Reabilitasia Komissiyasının sədri M.Isgəndərov, professor Əziz Əliyevi qəbul etsin. Biz də onların xahişlərini Tahirə bacımın nəzərinə çatdırmağı söz verdik. Tahirə xanım da bizə bildirdi ki, Məmməd onun işinə qarışmağımıza qətiyyən yol vermir … Xoşbəxtlikdən bacım Tahirə Tibb Institutunda oxuyan vaxt Əziz Əliyevin qızı Zərifə ilə bir qrupda təhsil almaqla, rəfiqəlik edirdilər. Bundan istifadə edən Zərifə də ikinci tərəfdən atasına kömək etmək üçün Təhirəyə müraciət edirdi. Növbəti dəfə birlikdə Məmməd müəllimdən xahiş etməli olduq, o da çox xəsisliklə professoru qəbul etməyə razılıq verdi. Beləliklə, M.Isgəndərov professor Ə.Əliyevin ərzizəsini qəbul etməklə onu qəbul etməyə razılıq verdi. Qəbulun nəticəsində də o, professoru reabilitasiya etməklə yanaşı, əziz Əliyevi Həkimləri Təkmilləşdirmə Institutunun direktoru vəzifəsinə təyin olunmasına təqdimat verdi. Təqdimata Büro üzvləri etiraz etmədilər. Çünki, M.C.Bağırov vəzifəsini itirmişdi. Hal-hazırda həmin institut Əziz Əliyevin adını daşıyır.» (Səh. 132-133) Göründüyü kimi bütün bunlar M.Ə.Isgəndərovun və onun həyat yoldaşı Tahirə xanımın insanpərvərlik, humanistlik mövqelərinin əyani göstəricisidir.
Sonra Kamilə xanım yazır: «Azərbaycan DTK sabiq sədri və Azərbaycan KP MK sabiq birinci katibi Teymur Yaqubovun verdiyi informasiyada göstərilir ki, 1953-cü ilin əvvəlində Moskvadan komitəyə daxil olan sərəncamda komitənin 5-ci şöbəsinin rəisi H.Əliyev vəzifəsindən sui-istifadə edərək təbeliyində xidmət edən rus qızını zorlamışdır. Qız da ərizə ilə Moskvaya müraciət etmişdir. Bununla bağlı aparılan yoxlama işləri nəticəsində H.Əliyevin fəaliyyətində əlavə neqativ faktlar aşkar edilmişdi. Böyük Vətən Müharibəsi illərində o döyüşən ordu sıralarında xidmət etməkdən yayınmışdır, saxta sənədlərin əsasında yaşını 4 ildən artıq azaltmışdı və s. Onun buraxğı cinayət xarakterli neqativ faktların sayı həddindən artıq olduğundan bu cür göstəricilərə malik olan şəxs DTK sistemində çekist işləyə bilməz. Təcili surətdə onu vəzifəsindən azad etməklə, poqonlarını söküb partiya sıralarından azad etməlisiniz! Demək olar ki, H.Əliyevi diri-diri tabuta uzandırıb dəfn olunmasına sərəncam verilmişdi. Məsələyə Partiya Təşkilatının iclasında baxmaqla H.Əliyevi Kommunist Partiyası sırasından və şöbə müdiri vəzifəsindən xaric etmək qərarını vermişdir. Yuxarıda sadalanan sənədləri təsdiq etmək üçün Azərbaycan KP MK müraciət göndərdik.» (Səh. 133)
Azərbaycan KP MK-nın hüquq şöbəsinin müdiri DTK-nın MK göndərdiyi, H.Əliyevin tərcümeyi halını əks etdirən müraciət barədə M.Ə.Isgəndərova məlumat verir. O da müraciətin mahiyyətini birinci katibə – Imam Mustafayevə çatdırır. I.D.Mustafayev soruşur: «Siz Heydər Əliyevi tanıyırsınız? Deyir xeyir. Əvəzində I.Mustafayev M.Isgəndərovun nəzərinə çatdırır ki, «H.Əliyev gürzə ilandır əldən buraxsan, sənin özünü çalacaq.»
Müraciətin MK-nın bürosunda baxılmasına hazırlıq zamanında M.Isgəndərova Heydər Əliyevə kömək etmək barədə xeyli mötəbər şəxslər tərəfindən müraciətlər, xahişlər olundu, o cümlədən böyük qardaşı Kərimdən də. Kamilə xanım yazır: «Zərifə tez-tez Tahirə və ailənin digər üzvləri ilə görüşməklə həyat yoldaşı H.Əliyevə kömək etməyi istəyirdi, göz yaşları tökürdü.» (Səh. 124) Zərifə xanımın göz yaşlarını nəzərə alaraq M.Isgəndərovun arvadı Tahirə xanım, baldızı Nəzimə xanım və bacanağı professor Əhəd Ibrahimov birlikdə ona H.Əliyevi qəbul etməyi və kömək etməyi xahiş edirlər və ona da nail olurlar.
M.Isgəndərov da təkrarən Imam Mustafayevə Heydər Əliyevə köməklik etməyin lazım olması barədə öz fikrini bildirir. Digər tərəfdən də Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev akademik Imam Mustafayevə yalvarıb-yaxarır ki, Heydərin damğalanmaması üçün ona köməklik etsin.
Nəhayət, M.Isgəndərov Heydər Əliyevin xahişini təmin edib, onu da qəbul edir. Kamilə xanım yazır: «Qəbulda H.Əliev yalvara-yalvara, ağlamaqla böyük səhvə yol verdiyini, indi başa düşmüşəm günahım həddən artıqdır. Sizdən onu bağışlamağı xahiş edirəm.» (Səh. 134) deyir.
I.Mustafayevə və M.Isgəndərova Heydər Əliyevə kömək etmək barədə xahişlər nəzərə alınaraq, yuxarıda göstərdiyimiz DTK-nın müraciəti respublikanın köhnə DTK rəhbərliyi tərəfindən hazırlandığından ona yeni partiya rəhbərliyinin mövqeyində baxılır. Heydər Əliyevə partiya cəzası verməklə, DTK-da əks-kəşfiyyata xidmət edən milli kadr olduğundan qorunub saxlanması barədə qərar çıxarılır.
Bu barədə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, məşhur jurnalist və publisist, Azərbaycanın Milli Qəhrəmanı Osman Mirzəyev də «Aydınlıq» qəzetində (6 iyul 1989-cu il) dərc etdirdiyi «Imam Mustafayev» adlı məqaləsində məlumat vermişdir. O yazır: «Bir dəfə DTK-nın cavan bir zabitinin etikaya və xidmət borcuna uyğun gəlməyən kobud bir hərəkətini müzakirə edirdilər. Onu partiyadan çıxarmaq məsələsi qoyulmuşdu. Mustafayev təklifə tərəfdar çıxmır. Məsələni ilk partiya təşkilatına göndərirlər. Uzun illərdən sonra həmin cavan zabit özü MK-nın birinci katibi, Siyasi Büro üzvlüyünə namizəd seçildi. Hətta Siyasi Büronun üzvü oldu. Respublikada çox işlər gördü, çoxlarının başına oyun da açdı.»
Heydər Əliyevin amoral həyat tərzi sürməsi aşağıdakı faktlarla da təsdiqlənir. Moskvada çıxan«Kommersant vlast» jurnalının 22-28 dekabr 2003-cü il tarixli sayında «Kim bilirdi ki, o, sonradan Siyasi Büro üzvü olacaq?» başlıqlı məqalə dərc olunmuşdur. Bu məqalənin tərcüməsi «Yeni Musavat» gəzetində (2 fevral 2004-cü il) dərc edilmişdir. Məqalənin müəllifi Yevgeni Jirnov vaxtilə Heydər Əliyevlə birlikdə işləmiş insanların xatirələrini oxuculara çatdırır:«Heydər Əliyevin hakimiyyətə yüksəlişi heç nə ilə seçilməyən adi bir hadisədən başlayıb. Moskvadan Bakıdakı həmkarlarını yoxlamağa gəlmiş DTK /KGB/ generalları çox vacib əməliyyatların iştirakçıları ilə görüşəndən sonra öz təəssüratlarını bölüşürlər.
SSRI DTK-nın 2-ci idarəsinin keçmiş rəisi Yevgeni Ritevranovun dediklərindən: «Əməliyyatların mahiyyətindən danışmaq, əlbəttə ki, olmazdı. Ancaq Eytinqon mənə dedi ki, iranlılara qarşı yaxşı işləyən gənc əməliyyatçı Əliyevə diqqət yetir.
Əliyevin hansı keyfiyyəti ilə seçildiyi məlum deyil. Ancaq Meksikada Lev Trotskinin aradan götürülməsinə rəhbərlik etmiş general Eytinqonun sözləri böyük əhəmiyyət daşıyırdı. Pitevranova gəldikdə, o, tezliklə H.Əliyevlə yaxından tanış olmaq imkanı qazanır: «Kadrlar idarəsindən yanıma 7-8 nəfər göndərdilər ki, mən onların irəli çəkilməsi barədə rəy verim. Bu adamların hamısı müsəlman respublikalarını təmsil edirdi. Onlardan biri olan H.Əliyev mənə hazırlıqlı kadr təsiri bağışladı.»
H.Əliyevin çekist üçün lazım olan bütün keyfiyyətlərə, o cümlədən adı insan üçün mənfi sayılan xüsusiyyətlərə malik olduğunu görən Pitevranov onun Azərbaycanda əks-kəşfiyyata rəhbərlik edə biləcəyi barədə rəy verir və o, bu vəzifəni alır. Sonradan hər dəfə Moskvaya gələndə Əliyev cənublulara xas tərzdə bu adama hörmət-izzət göstərir. Ancaq bu tanışlıq Əliyevə az müddətə kömək edə bilir. 1951-ci ildə Lubyankadakı növbəti təmizləmə zamanı Pitevranovu həbs edirlər. Bir müddət sonra Əliyev də xoşagəlməz halla qarşılaşır, belə ki, onu amoral həyat tərzi keçirməkdə günahlandırırlar.»
Moskvada nəşr olunan Rusiyanın ən nüfuzlu «Nezavisimaya qazerta»da Yekatirina Şvartsın dərc etdirdiyi, tərcüməsi isə «Hürriyyət» qəzetində verilmiş (23 oktyabr 2002-ci il) «Heydər Əliyev kürd xanları nəslindəndir» başlıqlı yazıda da Heydər Əliyevin milliyyətinin türk deyil, kürd olmasını bildirməklə bərabər, onun əxlaqsız həyat sürdüyünü, qanundankənar uşaqlarının olması da göstərilir. O cümlədən, indi dünyasını dəyişmiş, Azərbaycan Respublikası Ali Soveti sədrinin sabiq müavini Afiyyəddin Cəlilovun da onun qanundankənar oğlu olduğunu qeyd edir.
Bütün bu yuxarıdakılara baxmayaraq, Heydər Əliyev öz amoral və əxlaqsız əməllərindən nəinki əl çəkmir, əksinə, davam etdirir. Belə ki, 1959-cu ilə qədər Sov.IKP MK-nın ittifaq respublikalarının partiya orqanları üzrə şöbənin müdiri olmuş, 1959-cu ilin avqust ayından Bakıya gəlib 2 il 4 ay Azərbaycan SSR KP MK-nın 2-ci katibi vəzifəsində işləmiş və bu vəzifədən sonra SSRI DTK-nın sədri vəzifəsinə irəli çəkilmiş V.E.Semiçastnıy 2002-ci ildə Moskvanın «Vaqrius» nəşriyyatında dərc etdirdiyi «Narahat ürək» adlı kitabında, bir çox dövlət xadimlərilə yanaşı, Heydər Əliyev barədə də məlumatlar verməklə yanaşı, onun amoral, əxlaqsız və pozğun həyat tərzi sürməsinə də toxunur. O yazır: «Heydər Əliyevlə tanışlığım 1960-cı ilə təsadüf edir. Azərbaycan DTK-nın Əks-kəşfiyyat idarəsinin şöbə rəisi vəzifəsi mənim kurasiyamda idi. Bu vəzifəyə ən real namizəd kimi Heydər Əliyevin sənədləri stolumun üstünə gələndə onun özünü də qəbul etdim. Zahirən pis oğlana oxşamırdı. Ancaq həmin vaxt bir anonim məktub aldıq ki, Heydər Əliyev bir qadınla kəbinsiz yaşayıb və hətta ondan bir uşağı da var. Onu uşaqla atıb, heç bir köməklik də göstərmir. O, mənəvi cəhətdən pozğun adamdır. Məsələni araşdırmalı olduq. Heydər Əliyev o qadınla əlaqədə olduğunu etiraf etdi. Lakin uşağın ona məxsusluğunu inkar etdi. Qadın isə onun uşağın atası olmasını da israrla təkid edirdi. Mən seçim qarşısında idim. Ya yeni qurulmuş ailənin /Heydər Əliyevin ailəsi nəzərdə tutulur./ dağılmasına səbəb olmalı, ya da fakta göz yummalı idim. Mən ikinci yolla getdim.» /səh.153/.
Heydər Əliyevin Azərbaycan DTK-nın sədr müavini vəzifəsinə irəli çəkilməsində isə Vladimir Andropovun rolu olmuşdur. 1956-cı ildə V.Andropov SSRI-nin Macarıstanda səfiri olduğu vaxtda dövlət çevrilişinə cəhd baş verməsilə yanaşı dəhşətli qanlı faciələr də olur. Və eyni zamanda da V.Andropovun oğlu əsir götürülür. SSRI Təhlükəsizlik Komitəsi tərəfindən bu qiyamın yatırılmasına Heydər Əliyev komandir təyin olunur. O, macar xalqına qarşı xüsusi amansızlıq, qəddarlıq göstərərək, bu qiyamın qarşısının alınmasına və B.Andropovun oğlunun əsirlikdən azad olunmasına nail olur. Həmin vaxtdan o, V.Andropovla xoş münasibətdə olur. 1963-cü ildə L.I.Breоnevin bacanağı Semyon Kuzmiç Sviqun Azərbaycan DTK-na sədr təyin olunur. S.Sviqun bir müddət sonra V.Andropovun məsləhətinə əsasən Heydər Əliyevi özünə müavin götürür.
B.Tahirbəyov yuxarıda göstərilən «Qorest» qəzetində dərc etdirdiyi məqaləsində yazır: «Irəvan quberniyasının Sisian qəzasının Urut kəndindən olan, erməni Sataniklə evlənmiş kürd-yezidi Əli (o, onu Sato çağırırdı) Sisian rayonunun Comərd kəndindən dörd azyaşlı uşağı ilə – iki oğlu, bir qızı və qucağnda olan körpə ilə – gələcək generalla Naxçıvana köçür».
Iki ayrı-ayrı mənbədən mənə məlumat çatdı ki, 1976-cı ildə Yerevanda və Xankəndində Stepan Şaumyanın anadan olmasının 100 illiyi ilə keçirilən təntənəli yığıncaqlarda Heydər Əliyev öz çıxışında böyük fəxrlə deyib ki, Stepan Şaumyanın əmdiyi ananın südündən mən də əmmişəm. Bunu dəqiqləşdirmək üçün həmin dövrün qəzetlərini nəzərdən keçirdim. Qəzetlərdə azərbaycan və rus dillərində dərc olunmuş «AzərTAcın materialında qeyd olunmuşdur ki, Heydər Əliyevin çıxışı ixtisarla çap olunur. Orada Heydər Əliyevin belə söz deməsinə rast gəlmədim. Lakin professor D.Cəfərov yuxarıda göstərilən «Müxalifət» qəzetinə verdiyi müsahibəsində bu məsələyə aydınlıq gətirib demişdir: «Stepan Şaumyanın 100 illiyində Heydər Əliyev özü dedi, mən fəxr edirəm ki, erməni südü əmmişəm.»
Rusiyanın «Komsomolskaya pravda» (KP) qəzeti 2003-cü ilin yanvarında Heydər Əliyev haqqında diqqətçəkən bir xəbər dərc edib. Bu xəbəri «Yeni Müsavat» qəzeti 10 oktyabr 2003-cü il sayında dərc etmişdir. Qəzetdə yazılanı olduğu kimi aşağıda verirəm:
«MDB dövlət başçılarının Soçi sammitində baş verən bu hadisəni «KP»nin müxbirinə Rusiyanın məşhur yumor ustası Gennadi Xazanov danışıb. Xazanovun sözlərinə görə, şam yeməyindən əvvəl prezidentlər üçün konsert verilib. Konsertdə Xazanovla yanaşı Rusiyanın tanınmış incəsənət ustaları Puqaçova, Rotaru, Vaykule də çıxış ediblər. Gənc müğənni Vitasın növbəsi çatanda, o, üzünü Heydər Əliyevə tutaraq deyib: «Mən xüsusi olaraq erməni qonaqlar üçün oxumaq istəyirəm». Vitasın bu sözlərinə Qazaxıstan prezidenti Nursultan Nazarbayev gülərək «o (yəni Vitas) hədəfə vurdu» deyib. Azərbaycanın dövlət başçısının həmin vaxt hansı vəziyyətə düşdüyünü təsəvvür etmək çətin olsa da, Xazanov gərginliyi aradan qaldırıb. O, yenidən səhnəyə qayıdaraq, «Vaxtilə biz «Politbüro» üzvlərini üzdən tanıyırdıq, amma Vitas gəncdir. Yəqin bundan sonra onları kürəklərindən də tanımağı öyrənəcək» deyib».
Bu məlumata əlavə şərh vermədən, yalnız bir məqama diqqət yetirmək istərdik. Qazaxıstan prezidenti keçmiş «Politbüro» üzvlərindəndir və şübhəsiz ki, Heydər Əliyevi yaxşı tanıyır. Belə olmasaydı, Nazarbayev müğənninin «hədəfə vurduğunu» niyə deyərdi?
1941-ci ildə Heydər Əliyevin haradan olması barədə müxtəlif versiyalar göstərilir. ASE-də tələbə, Sov.IKP Nəzarət Komitəsinin arayışında – xəstə, «Soverşenno Sekretno qəzetində (1989-cu il, №4) – Naxçıvanda kuryer, «Zaqovorşiki v Kremle» kitabında (Moskva, 1991-ci il, səh. 208) –Iranda agent, Azərbaycan televiziyasının 9 may 2001-ci il tarixli «Axşam» verilişində – Böyük Vətən Müharibəsində siyasi komandir. Bunların hansı düzdür?
Göründüyü kimi, Heydər Əliyevin nəinki 1922-ci ildə, hətta 1923-cü ildə doğulması da şübhə doğurur. Sov.IKP Nəzarət Komitəsi tərəfindən aparılan yoxlamanın nəticəsindən göründüyü kimi, Naxçıvanda doğulan uşaqların siyahısında onun adı yoxdur. A.Troşin «Profil» jurnalında yazır ki, Heydər Əliyev əsrin əvvəlində Ermənistan ərazisində kürd ailəsində doğulub, sonradan Naxçıvana köçüblər. Azərbaycan DTK sədri Teymur Yaqubovun 1953-cü ildə MK-ya göndərdiyi arayışdan görünür ki, Heydər Əliyev Böyük Vətən Müharibəsi illərində ordu sıralarında xidmət etməkdən yayınmaq məqsədilə, saxta sənədlərin əsasında yaşını 4 ildən artıq azaltmışdır. Həmçinin B.Tahirbəyov «Qorets» qəzetində yazır ki, Əliyevlər ailəsi Erməniatandan Naxçıvana köçən vaxt Heydər Əliyev anasının qucağında imiş. Adının hallanmasını istəməyən, hal-hazırda yaşayan, Heydər Əliyevin qardaşı Həsən Əliyevlə yaxşı münasibətdə olmuş qocaman partiya işçilərindən biri deyir ki, Həsən Əliyevlə onların ailəsi barədə söhbət zamanı o bildiridi ki, ailələri imkansız olub. 1917-ci ildə atası Bakıya neft mədənlərində işləməyə gəlib. Uzun müddət Bakıda qalmasına baxmayaraq, atasının bu səfəri uğursuz olub. Sonra onlar 1920-ci ilin sentyabr ayında Ermənistandan Naxçıvana köçüblər. Və o vaxt Heydər Əliyev balaca uşaq idi.
Heydər Əliyev repressiyasının qurbanlarından biri olan respublikanın sabiq baş prokuroru Qambay Məmmədov Ermənistanın Sisian rayonunda olub, oranın arxivində saxlanılan yeni doğulan uşaqların adları qeyd olunan kitabdan dəqiqləşdirmişdir ki, Heydər Əliyev nə 1922-ci ildə, nə də 1923-cü ildə deyil, 1919-cu il martın 18 də doğulmuşdur. Bu da DTK sədri T.Yaqubovun MK-ya ünvanlanan arayışı ilə tam üst-üstə düşür. Bununla da sübut olunur ki, Heydər Əliyev ordu sıralarından yayınmaq məqsədilə yaşını nə az və nə də çox, düz dörd il bir ay 22 gün azaltmışdır.
Naxçıvanın yaşlı adamlarının hamısı yaxşı bilir ki, Heydər Əliyevin atası Əlirza Naxçıvana gələndən ömrünün sonuna kimi uzun müddət hamamda camadar – kisə çəkən işləyib. Indi isə Heydər Əliyev atasının camadar işləməsini özünə təhqir sayaraq, o, atası dünyasını dəyişəndən sonra onun peşəsini dəyişib, dəmiryolçu etmişdir.
Heydər Əliyev də uşaqlıqda özünə «Sato» ləqəbi götürüb, qonşu həyətlərin hasarlarını aşıb, meyvə oğurlamaqla, it və xoruz döyüşdürmək kimi azart oyunlardan zövq almaqla keçirib.
Budaq Budaqov «Akademik Həsən Əliyev» adlı kitabında (Bakı, 1995-ci il, səh. 40) yazır ki, Əliyevlər ailəsinin əsli Qaradağdandır. Sonradan Ermənistana köçüblər.
Əbülfəz Haşiminin Həsən Əliyev haqqında yazdığı «Işıqlı bir ömrün səhifələrindən» adlı kitabının (Bakı, 1977-ci il) 34-cü səhifəsində isə müəlliflə Həsən Əliyev arasında belə bir dialoq verilmişdir:«Həsən müəllim, nə üçün Qaradağın adını xüsusi qeyd edirsiniz? – Əbülfəz, rəhmətlik atam danışardı ki, bizim babalarımız dörd qardaş olublar. Onların əsli Arazın o tayından, Cənubi Azərbaycanın Qaradağ mahalından imiş».
Sonra Həsən Əliyev söhbətində bildirir ki, Ibrahim xanın dövründə Cənubi Azərbasycandan Qarabağa gəlib, Qarabağdan da Ermənistanın Sisian rayonuna, nəhayət, oradan da Naxçıvana köçüblər.
Bütün bunlar da tam sübut edir ki, Heydər Əliyevin atası Əlirzanın əsli Cənubi Azərbaycanın Qaradağ mahalındandır.
Dissident Nadir Ağayev yazır: 1999-cu ildə mən Bakının Səbasil Rayon Məhkəməsində Heydər Əliyevə qarşı keçmiş Sovet quruluşu dövründə siyasi baxışlarımla bağlı vurduğu ziyanın ödənilməsi barədə iddia qaldırdım. Işə baxmaq hakim Ələddin Cəfərova (Hazırda Bakının Nəsimi Rayon Məhkəməsinin sədridir.) həvalə olundu. Məndən asılı olan bütün sənədləri məhkəməyə təqdim etdim. Hakim dedi ki, cavabdeh Heydər Əliyev üçün iddia ərizəsini və çağırış vərəqini Prezident Aparatına deyil, qeydiyyatda olduğu ünvana göndərmək istəyirəm. Bu barədə «Yeni Müsavat», «Hürriyyət», «Üç nöqtə», «Zerkalo», «Novoye vremya» və s qəzetlərdə materiallar dərc edilmişdir. Hakim Ə.Cəfərov Heydər Əliyevin Azərbaycandakı qeydiyyat ünvanını nə qədər axtardısa da, tapa bilmədi. Ona görə ki, Heydər Əliyev Azərbaycanda pasport qeydiyyatında deyildir. O, bu günə kimi Moskvada onun adına olan, Aleksey Tolstoy küçəsindəki beş otaqlı mənzilində pasport qeydiyyatındadır. Oğlu Ilham Əliyev isə ailəsi ilə birlikdə Moskvanın mərkəzində öz adına olan başqa bir mənzildə pasport qeydiyyatındadır.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev «memarı» olduğu Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində öz əliylə yazmışdır: «Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının prezidenti seçilə bilər». Bu da onu sübut edir ki, Heydər Əliyev Azərbaycan Respublikasının vətəndaşı olmaya-olmaya, qeyri-qanuni olaraq iki dəfə Azqərbaycan Respublikasının prezidenti seçilmişdir.
1998-ci ildə Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əşrəf Mehdiyev Televiziya ilə çıxışında dedi ki, respublika prezidentinin tərcümeyi-halı şəffaf olmalıdır. O, A.Troşinin «Profil» jurnalında dərc olunmuş məqaləsinə istinad edərək bildirdi ki, Heydər Əliyev milliyyətcə türk yox, kürddür. Ə.Mehdiyevin televiziya vasitəsilə ictimaiyyətə Heydər Əliyevin milliyyətcə kürd olduğunu deməsini Heydər Əliyevin özü, qardaşı Cəlal və Aqil Əliyevlər və böyük qardaşı Həsənin oğlu Rasim Əliyev özlərinə qarşı təhqir sayıb, bununla əlaqədar Bakı şəhər prokurorluğu vasitəsilə Ə.Mehdiyevə qarşı Səbail Rayon Məhkəməsində «Şərəf və ləyaqətlərinin təhqir olunması barədə» iddia qaldırdılar. Ə.Mehdiyevin 20 dəfədən artıq Səbail Rayon Məhkəməsinə və Ağır Cinayətlər üzrə Respublika Məhkəməsinə çağırılmasına baxmayaraq, o vaxtdan bu günə kimi məhkəmə prosesi axıra çətdırılmamışdır. Əvəzində ədliyyə polisləri 1998-ci ilin oktyabr ayında Ə.Mehdiyevin iş yerinə gəlib, onu məcburi surətdə ANS televiziyasına apardılar ki, o, Heydər Əliyevə kürd dediyinə görə canlı efir vasitəsilə ondan üzr istəsin. Aparıcının təkidlərinə baxmayaraq, Ə.Mehdiyev üzr istəmək əvəzinə, respublika ictimaiyyətinə bəyan etdi ki, «Mən Heydər Əliyevə şərəf gətirib, ona millətini tanıtdırdığıma görə üzr istəyirəm.»
Çox təəssüf ki, Ə.Mehdiyevin Heydər Əliyevə şərəf gətirib, ona millətini tanıtdırmasını bəzi iqtidar nüməyəndələri bu gün də bunu Heydər Əliyevə ləkə sayırlar. Məsələn, «Naxçıvan» qəzeti 19 iyul 2002-ci il tarixli 16-cı sayında yazır: «Hətta Qeyrət Partiyasının idraksız sədri Əşrəf Mehdiyev də ölkə prezidentinə ləkə yaxmaq üçün onu kürd əsilli eləmişdi.»
Avropa Şurasının Azərbaycan üzrə təmsilçilərinin arayışında göstərilir: «Əgər Ə.Mehdiyev Heydər Əliyevə kürd deyil, ingilis və yaxud fransız desəydi, görəsən onda nə baş verərdi?!»
Sual olunur nə üçün Heydər Əliyev kürd millətinə mənsub olmasını ictimaiyyətdən gizlədir? Bunun bir cavabı var: ona görə ki, Heydər Əliyev türkləri məhv etmək üçün onların içərisinə atılmış kürddür.
Şamil Saleh «Qızılbaş» qəzetində (14 aprel 1993-cü il, № 14) Heydər Əliyevin fəaliyyəti ilə bağlı «Xainin mənşəyi olmaz, xainin əsli sorulmaz» adlı oçerkində yazır: «bir şeyə qəti əminəm və sizi də buna inandırmaq istəyirəm ki, Heydər Əliyev Azərbaycana öz xoşuna və öz arzusu ilə, öz doğma xalqına xidmət məqsədilə gəlməyib. Onu Azərbaycana xüsusi gizli tapşırıqla, azərbaycan xalqının fiziki qətlini başa çatdırmaq üçün qatılə kömək məqsədilə göndəriblər… O, özünü «türk» yox, «kürd» bilir. Elə kürd-türk ədavətinin qızışdırılmasında onun da barmağı var. Kürd-türk ədavətini alovlandırmaq da Moskva tərəfindən onun qarşısında qoyulmuş əsas «gizli vəzifələrdən» biridir və «Azərbaycanın şanlı oğlu» Heydər Əliyev də naxçıvanizm kampaniyası arxasında qatil Moskvanın, DTK-nın bu gizli qərarını «çox mühüm vəzifə», «ümumdövlət əhəmiyyətli» bir tapşırıq kimi yerinə yetirmək əzmindədir.»
Türkiyədə və Azərbaycanda tanınmış politoloq Fərman Dəmirkol 2002-ci ildə Istanbulda nəşr etdirdiyi «Diktatorları yuxu tutmaz» adlı kitabında Heydər Əliyevin PKK-nın yaradıcısı olması barədə məlumat verməklə bərabər, bildirir ki, Imralada PKK lideri Abdullah Öcalanın məhkəməsi zamanı mənim xahişimlə şəhid analarının vəkili ona belə bir sual verdi: « PKK-nın Azərbaycanda ən böyük dəstəyi kimlər olmuşdur, Əliyev ilə ilişkiniz nasıl idi?» – Abdullah Öcalan belə cavab vermişdir: « PKK olaraq ən güclü təşkilatımız – Azərbaycandadır.» Bunun anlamı budur: Türkiyədə tökülən hər şəhid qanında Əliyev iqtidarının barmağı var. – PKK kimi bir təşkilata dəstək verən hər iqtidar eyni götürülməlidir. Bu konuda Iran, Suriya, Yunanıstan və ya bir başqası ilə Azərbaycandakı Əliyev iqtidarı da eyni götürülməlidir.» Eyni zamanda Fərman Dəmirkol bildirir ki, Heydər Əliyev ana tərəfdən erməni, ata tərəfdən isə kürddür. (səh.255)
V.Solovyov və Y.Klepnikova 1991-ci ildə «Moskovskiy sentr iskusstv» nəşriyatında çap etdirdikləri «Zaqovorşiki v Kremle» kitabında Heydər Əliyevi kosmopolit adlandırırlar (səh.207). Kosmopolit sözünün mənası «Rusca-Azərbaycanca lüğət»də belə şərh edilmişdir:«Vətənpərvərlik hissini itirərək öz vətəninin mənafeyi ilə maraqlanmayan, öz xalqına yad olan adam.»
Azərbaycan Respublikası Prokurorluğunun dövlət təhlükəsizlik orqanları istintaqı üzrərində nəzarət şöbəsinin rəisi, böyük ədliyyə müşaviri Aleksandr Çudin 1990-cı ildə Heydər Əliyevin cinayət əməlləri ilə bağl Azərbaycan KP MK-nın ikinci katibi V.P.Polyaniçkonun adına yazdığı arayışda (27.01.1990-cı il, № 13/8186. 43-cü səhifədə bu arayışın başlanğıcı və sonu verilmişdir.) göstərir: «20 yanvar 1990-cı il tarixli dövrdə, istintaq briqadasının qısa müddətli gərgin əməyi nəticəsində Heydər Əliyevin 70-80-ci illərdə, Azərbaycan KP birinci katibi və Sov.IKP MK Büro üzvlüyünə namizəd olduğu dövrdə vəzifəsindən sui-istifadə etməklə əlaqədar 116 fakt üzrə cinayət işi qaldırılmışdır… Habelə, Heydər Əliyevin öz anket göstəricilərini saxtalaşdırması subut edir: onun (Heydər Əliyevin) anası milliyyətcə ermənidir».
Əlirza Əliyevin ailəsinin türk millətinə mənsub olmaması yuxarıda verdiyim tarixi şəkildən də açıq aydın görünür. Şəkildə ortada Əlirza Əliyevdir. Onun dizinin üstündə oturan Aqil Əliyevdir. Yanında oturan Əlirzanın üçüncü arvadı Izzətdir, qucağındakı körpə isə Cəlal Əliyev. Soldan sağa ayaq üstə Izzətin qızı Surədir (onu Izzət xanım Əlizra ilə evlənərkən özü ilə gətirib). Surənin yanında dayanan qonşuları Xurşud xanımdır. Onun yanındakı Izzət xanımın qardaşı qızı Məsmədir. Ön cərgədə ayaq üstə dayanan uşaq Heydər Əliyevdir. Heydər Əliyev Əlirzanın ikinci – erməni arvadından olan uşaqdır. Şəkildə sonuncu şəxs isə Əlirzanın birinci arvadından olan Əliyevlər ailəsinin böyük oğlu Hüseyn Əliyevdir. Fotodan açıq-aydın görünür ki, bir qonşu Xurşud xanımdan başqa, digər qadınların baş örtükləri türk adət-ənələrinə uyğun bağlanmayıb. Səbəb isə aydındır – qeyri- türk millətinə mənsub olmaları.
«Virtualnıy monitor» jurnalının internet saytında 02.06.2002-ci ildə I.Şeyxzadə «Heydər Əliyev. Diktatorun psixoloоi portreti» adlı məqaləsində yazır: «Heydər Əliyev doğulanda vicdanı öldü. Həm də o, nəinki ancaq uşaqda, hətta sonralar onunla ilgisi olan hər kəsdə öldü.»
Moskvada ingilis dilində çıxan «Moskva Tayms» qəzetinin müxbiri Klo Arnold qəzetin 26 fevral 2002-ci il tarixli sayında «Əliyevin sağlığına erməni konyakı» başlıqlı yazısında, Qarabağa səfər təəssüratlarını qələmə almışdır. Bu yazının tərcüməsi «Yeni Müsavat» qəzetində (6 mart 2002-ci il, № 61) dərc olunmuşdur. K.Arnold yazır: «Şuşada analıq yaşında olan Regina adlı bir qadın mənə müharibə zamanı bir azərbaycanlı öldırdüyünü və «bu torpağın heç zaman Azərbayucana qaytarılmayacağını» dedi: Əgər belə etməsək, onda niyə mən qardaşımı və oğlumu müharibədə itirmişəm»» Sonra K.Arnold yazır: «Heydər Əliyevin yaşının 80-ə yaxınlaşması ilə bağlı xüsuisilə də Ermənistanda belə bir narahatlıq var ki, siyasi səhnəyə ondan daha güzəştsiz şəxs gələ bilər. Odur ki, Iosif «elə bilirəm biz Azərbaycan prezidentini azərbaycanlılardan da çox istəyirik» – deyəndən sonra biz qədəhlərimizi onun sağlığına toqquşdurduq.»
Mərhum akademik I.Mustafayev Heydər Əliyevin təkrarən respublika rəhbərliyinə gələndən sonra yaramaz kadr siyasətini və qisasçılıq əməllərini yenidən təkrar etdiyini, o biri tərəfdən də şəxsiyyəti haqqında yeni məlumatların üzə çıxdığını, üstəlik, Heydər Əliyevin qardaşı Cəlal Əliyevin ona qarşı ədalətsizliklərini görüb vaxtında Heydər Əliyevə arxa olub, onun işdən qovulmasının qarşısını aldığına, vəzifə pillərinə qalxmasına lazımi köməklik etdiyinə görə peşiman olduğunu söyləmiş, həm də Azərbaycan xalqı qarşısında özünü günahkar sayıb, buna görə mənəvi əziyyətlər çəkdiyini bildirmişdir.
Yuxarıda göstərilən rəsmi sənədlər tam sübut edir ki, biz Rusiya parlamentinin üzvü V.Jirinovskidən heç də narazı olmamalıyıq. O, bizi yuxudan ayıltmaq üçün demişdir ki,«Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dünyanın ən xoşbəxt ölkə başçısıdır ki, onun yeddi milyon qoyunu var.» biz azərbaycanlılar da Heydər Əliyevin kimliyi ilə maraqlanaq. Heydər Əliyev haqda olan rəsmi sənədlərdən göründüyü kimi, o, yetgin yaşlarından saxtakarlıqla, dələduzluqla və əxlaqsızlıqla məşğul olmaqla bərabər, hətta milliyətini də danır. Gözəl atalar sözü var: «Əslini danan haramzadədir.» Azərbaycan xalqının Heydər Əliyevə göstərdiyi etibardan və sədaqətdən sui-istifadə edərək, o, Azərbaycan xalqını sözün əsl mənasında qoyun yerinə qoyub, vəzifə səlahiyyətindən sui-istifadə edərək, istintaq və məhkəmə orqanlarından şəxsi mənafei üçün istifadə etməklə Azərbaycan xalqına qarşı kefi istədiyi dözülməz və repressiv əməlləri edib və üstəlik də Azərbaycvan xalqını ələ salaraq deyib ki,«Azərbaycan xalqı dözümlü xalqdır.» Halbuki, Heydər Əliyevin damarlarından türk qanı deyil, kürd və erməni qanları axıb. O, «Ömrümün qalan hissəsini öz xalqıma borcluyam» – deyəndə, kürd və erməni millətlərini nəzərdə tutub.
Rasim Əlizadə
farizkhalilli
Bu günlər xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Azərbaycanın, demək olar ki, hər yerində – ayrı-ayrı müəssisələrdə, əmək kollektivlərində, elm və təhsil ocaqlarında təntənəli yubiley tədbirləri keçirilmişdir. Bizim üçün çox xoşdur ki, bu cür yubiley tədbirləri dünyanın bir sıra ölkələrində, xüsusən də, azərbaycanlıların kompakt yaşadığı yerlərdə də keçirildi.Biz fəxr edə bilərik ki, Heydər Əliyevin adı və xidmətləri təkcə onun doğum, yaxud da anım günlərində deyil, hər yerdə və həmişə hörmət və ehtiramla yad edilir. Heydər Əliyevin adı və xidmətləri azərbaycanlılarla yanaşı, dünyanın bir çox digər xalqları, ulu öndəri özunə müəllim bilən,dost hesab edən, onun iş təcrübəsindən, məsləhət və tövsiyələrindən faydalanan bütün insanlar tərəfindən də hörmət və ehtiramla yad edilir.
Heydər Əliyevin həyatı , fəaliyyəti və onun xidmətləri haqqında çox deyilib, çox yazılıb. Müasir dünyanın ən mötəbər siyasətçiləri, nüfuzlu dövlət xadimləri, onu yaxından tanıyan çox məşhur elm və sənət adamları Heydər Əliyev fenomenini ən müxtəlif rakuslardan səciyələndirərək bu dahi şəxsiyyətin örnək ola biləcək keyfiyyətləti barədə mülahizə və fikirlərini bildirmişlər. Bu mülahizə və fikirlər elə indinin özündə xalq arasında ulu öndərlə bağlı müdrik kəlamlar kimi yayılaraq məşhurlaşmışdır.
Heydər Əliyevin əməli fəaliyyətinin ayrı-ayrı aspektləri, o cümlədən onun konkret elm sahələri ilə bağlı fəaliyyəti, düşüncə və tövsiyələri, bütövlükdə ulu öndərin elmə və elm adamlarına münasibəti xüsusi araşdırma tələb edən kifayət qədər geniş bir tədqiqat mövzusudur. Son vaxtlar ayrı-ayrı elm sahələrini təmsil edən çox görkəmli alimlərin bu istiqamətdə aparmış olduğu elmi araşdırmaların nəticəsi olaraq neçə-neçə sanballı tədqiqat əsəri, monoqrafiya və məqalələr işıq üzü görüb.
Heydər Əliyev əksər elm sahələrini kifayət qədər yaxşı bilirdi. Məruzə və çıxışlarından, ayrı-ayrı elm adamları ilə görüş və söhbətlərindən onun hümanitar elmləri xüsusilə yaxşı bildiyi dərhal nəzəri cəlb edirdi. Bu, əlbəttə, hər şeydən öncə, ulu öndərin iti təfəkkürə, möhkəm məntiqə , fenomenal yaddaşa, geniş və zəngin dünyagörüşünə malik olduğundan, ən nəhayət, onun yorulmaq bilmədən mütaliə etdiyindən xəbər verirdi. O, ixtisasca tarixçi olduğundan, şübhəsiz, tarix elmini və onun problemlərini digər elmlərdən daha yaxşı və daha dərindən bilirdi.
Ulu öndərin tərcümeyi-halından bəlli olduğu kimi, onun əmək fəaliyyətinə başladığı ilk iş yeri Milli Azərbaycan Tarixi Müzeyi olub. O, 1940-cı ildə, 17 yaşında ikən Tarix Müzeyində təşkil olunmuş “Sovet Azərbaycanının 20 illiyi” sərgisində bələdçi vəzifəsində çalışıb.
Müharibə dövrünün çətinlikləri ucbatından Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsilini yarımçıq dayandırmalı olub. Müharibə başa çatandan sonra isə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1957-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub. O, Dövlət Təhlükəsizliyi orqanlarında çalışarkən, daha sonra isə respublika partiya təşkilatına rəhbərlik edərkən Azərbaycan tarixinin problemlərinə və Azərbaycanda tarix elminin durumuna daha dərindən bələd olub. Fikrimi əsaslandırmaq üçün ulu öndərin tarix və memarlıq abidələrinə, onların mühafizəsinə, tədqiqinə, konservasiyyasına və təbliğinə diqqət və qayğısından xəbər verən bir neçə konkret fakt üzərində dayanmaq istərdim. Məsələn, Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gələrkən ilkin olaraq gördüyü tədbirlərdən biri Azərbaycan ərazisindəki tarix və memarlıq abidələrinin uçotunun dəqiqləşdirilməsi və onların yenidən qeydiyyata alınması işi oldu. Bu məqsədlə bölgələrə akademiyanın alimləri və Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupları göndərildi. Nəticədə əvvəllər dövlət qeydiyyatında olmayan bir çox yeni abidə aşkar edilərək qeydiyyata alındı. O da müəyən olundu ki, əvvəllər dövlət qeydiyyatına alınmış bəzi abidələr ötən əsrin 50-60-cı illərində müəmmalı şəkildə yoxa çıxıb. Bəzi abidələrin üzərindəki kitabələrin qoparıldığı , yazılarının məhv olunduğu, yaxud da onlara məqsədli şəkildə bu və ya digər saxta əlavələr edildiyi üzə çıxdı. Sən demə biz erməniləri özümüzə dost və qardaş bilərək süfrəmizin başında oturdanda onlar da bizim sadəlövhlüyümüzdən sui-istifadə edərək Azərbaycana məxsus tarixi-mədəni dəyərləri oğurlayıb Ermənistana aparmış, yaxud da onları sındırıb məhv etmək, beləliklə də özlərinə saxta tarix yaratmaqla məşğul olublar.
Təbiidir ki, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində, bir tərəfdən, ermənilərin iç üzü açıldı, digər tərəfdən isə, xalqımıza məxsus tarix və memarlıq abidələrinin mühafizəsinə və təbliğinə münasibət dəyişdi. Ulu öndərin tarixi-mədəni irsə münasibəti ilə bağlı daha bir prinsipial və ibrətamiz məqamı da yada salmaq istərdim. Uzun illər Tarix İnstitutunun direktoru işləmiş mərhum akademik İqrar Əliyevin “Elm” qəzetinin 10 may 2002-ci il tarixli sayında dərc olunmuş xatirələrində oxuyuruq: “1977-ci ilin sonları idi. Eşitdik ki, hərbçilər RLS-ə işıq çəkmək bəhanəsi ilə Qəbələni dağıdırlar. Mən dərhal Ali Sovetin Rəyasət Heyyətinin sədri Qurban Xəlilovla telefon əlaqəsi yaradaraq vəziyyəti ona izah etdim. O da öz növbəsində bu barədə təcili olaraq Heydər Əliyevə məruzə edəcəyini bildirdi.
Ertəsi gün məni Mərkəzi Komitəyə çağırdılar və Heydər Əliyevin qəbulunda oldum. O, sona qədər məni çox diqqətlə dinlədi. Sözümü qurtaranda o, Moskvaya, keçmiş SSRİ Müdafiə Nazirliyinin yüksək rütbəli marşallarından birinə zəng etdi. O, marşala olduqca sərt və acı sözlər dedi və mən Heydər Əliyevin öz Vətəninə, tarix və mədəniyyətimizə nə qədər dərindən bağlı olan mərd bir şəxsiyyət olduğunu gördüm.
Bir gün sonra Q.Xəlilovun sədrliyi ilə Dövlət Komissiyası Qəbələyə yola düşdü. Vəziyyət doğrudan da çox acınacaqlı idi. Orada bizə məlum oldu ki, sən demə, Qəbələ RLS layihə institutlarının birində işləyən milliyətcə erməni qadın tərəfindən layihələşdirilibmiş və Azərbaycanın qədim paytaxt şəhəri olan Qəbələnin üzərində tikilməli imiş.
Bir neçə gündən sonra Qəbələ məsələsi MK-nin büro iclasının müzakirəsinə çıxarıldı. Heydər Əliyevin təklifi ilə tarixi-mədəni irsi dağıtmaq cəhdlərinə görə çox yüksək çinli hərbiçilərdən bir neçəsinə ağır partiya cəzası verildi. Olaya münasibətdə seyrici mövqe tutduqlqrına və prinsipsizlik etdiklərinə görə Akademiyanın və Qəbələ rayonunun bir neçə məsul işçisi də MK bürosu tərəfindən cəzalandırıldı. Aradan bir neçə gün keçəndən sonra isə məhz Heydər Əliyevin tapşırığı ilə Qəbələ şəhərinin ərazisi tarix və mədəniyyət qoruğu elan edildi. Orada çox genişmiqyaslı tədqiqat və bəndsalma işlərinə başlanıldı.”
Gəlin etiraf edək ki, bu və ya digər rəhbər vəzifədə çalışan məmurlarımız zaman-zaman buna bənzər vandal hərəkətlərin yanından çox soyuqqanlıqla ötüb keçiblər. Belələiklə, elə özümüzün biganəliyimiz ucbatından tariximizə, mədəniyyətimizə sağalmaz yaralar vurulub.
Ulu öndərin keçmişimizin yadigarı olan tarix və mədəniyyət abidələrinə olan diqqət və qayğısını əks etdirən çoxsaylı misallar çəkə bilərəm. Onun İçəri- şəhərdə abidələrin konservasiyası və qorunması, Şirvanşahlar sarayı, Atəşgah, Möminəxatun türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Şabran şəhərinin arxeoloji tədqiqi ilə bağlı tarixi əhəmiyyətli sərəncam və göstərişləri, sözün tam mənasında, hər bir dövlət xadimi və hökumət rəsmisi üçün tarixi-mədəni irsə qayğıkeş münasibət nümunəsidir.
Ulu öndərlə təmasda olan tarixçi alimlərin də etiraf etdikləri kimi, Heydər Əliyev Azərbaycan tarixinin bütün dövrləri ilə maraqlanırdı və bu problemləri kifayət qədər yaxşı bilirdi. Təsadüfü deyildir ki, o, hər dəfə alimlərlə görüşündə çoxcildlik ” Azərbaycan tarixi “, “Azərbaycan şəhərlərinin tarixi “, “Azərbaycan xalqının hərb tarixi”, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən fundamental əsərlərin yazılması zərurətini dönə-dönə xatırladırdı.
Məlum olduğu kimi, 1991-ci ilə qədər Azərbaycanda tarixi tədqiqatlar, SSRİ-nin digər respublikalarında olduğu kimi, marksist-leninçi metodologiya əsasında aparılmış və əsasən sosializm- kommunizm quruculuğu problemlərinin tədqiqinə istiqamətləndirilmışdir. Bu səbəbdən də tarixi tədqiqatlarda birtərəflilik hökm sürmüş, represiyalar və təzyiqlər ört-basdır edilmişdir. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra isə tarix elmimizdə nihilizim, diletantçılıq meyilləri baş qaldırıb. 1920-ci il ildən 1991-ci ilə qədər olan dövr bir çoxları tərəfindən, demək olar ki, inkar edilib. Heydər Əliyev hər iki meylin əleyhinə idi. Ulu öndərin 1994-ci ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyindəki nitqi bu cəhətdən mövqelərə aydınlıq gətirdi: “Bəzi yeni siyasətçilər deyəndə ki, Nəriman Nərimanovdan başlanan və indiyə qədər, bizə qədər olan dövr tarix deyildir, mən dəhşətə gəldim. Belə ədalətsizliyə yol vermək olmaz. Bunu etmək istəyənlər tarixinə xor baxan, tarixinə düşmən çıxan adamlardır.”
Heydər Əliyev tariximizin yazılmasında populizmə, diletantçılığa, nihilizmə yol verənlərə qarşı qəti mübarizə aparırdı. Onun Azərbaycan Respublikası gənclərinin birinci forumundakı nitqi bu cəhətdən bir növ proqram sənədidir. Görün, ulu öndər nəyi tövsiyə edirdi: “Tariximizin hər mərhələsi bizim üçün qiymətlidir: ən qədim dövr də, orta əsrlər də, sonrakı dövr də”.
Ulu öndər XX əsrin Azərbaycan tarixində tutduğu yeri ümumi şəkildə belə qiymətləndirirdi: “XX əsrdə Azərbaycan xalqı bir sıçrayış dövrü keçib. Ən böyük nailiyyətlərimizdən biri odur ki, XX əsrdə ilk dəfə Azərbaycanda demokratik respublika yarandı. O, süqut etsə də, Azərbaycan xalqı öz inkişafında davam edib. Azərbaycanın Sovetlər İttifaqı tərkibində olduğu 70 illik dövr onun inkişaf dövrüdür. Bu dövrə qara yaxmaq olmaz, bu dövrü qiymətləndirmək lazımdır. Bu dövrdə Azərbaycan xalqının elmi, təhsili, mədəniyyəti sürətlə inkişaf edibdir. Müstəqil Azərbaycanın təməli, özəyi, əsası həmin dövrdə yaranmış iqtisadiyyat, o dövrdə yaranmış elmi potensial, o dövrdə yaranmış mədəni potensialdır. Bunu biz qiymətləndirməliyik”.
Ulu öndər uzun illər təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığından ayrı-ayrı tarixi dövrlərdə günahsız insanlara qarşı törədilmiş repressiyalarla bağlı tarixçilərdən daha artıq məlumatlı idi. Repressiya illərində xalqımızın başına gətirilən fəlakətlərlə bağlı bir neçə faktı diqqətinizə çatdırmaq istərdim. Məsələn, 1937-ci ildə Azərbaycanda 29 min nəfər “xalq düşməni” adı altında güllələnib, ya da Sibirə sürgün edilib. 1937-ci il dekabrın sonunadək yalnız Xəzər Dənizçiliyi İdarəsindən 200 nəfər rəhbər partiya işçisi, 19 gəmi kapitanı repressiyaya məruz qalmış, İsmayıllı rayonunun Kürdmaşı kəndinin bütün kolxozçuları, demək olar ki, kütləvi şəkildə həbs edilmiş və onlardan 63 nəfəri yeni ilə kimi güllələnmişdir.
Ulu öndərin təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaqdakı nitqi repressiyalarla bağlı tariximızı doğru-dürüst öyrənmək baxımından çox gərəkli mənbə kimi dəyərləndirilməlidir: ” Təhlükəsizlik orqanlarında işlədiyim vaxtlar mən bir işçi kimi arxiv materialları ilə, xüsusən, 37-38-ci illərin, ondan sonrakı dövrün materiallrı ilə tanış olarkən daim öz-özümə sual vermişəm: bu antisovet qruplar, Sovet hakimiyyətini devirmək istəyən qruplar, filanlar kimlərdir,hansılardır? Onların bir qismi həbs edilmiş, öldürülmüş, yaxud da uzaq Sibirdə həlak olmuşdur. Bir qismi isə həbs olunmamışdı… Bu faktlar nə qədər ədalətsizliklər, uydurmalar, quraşdırmalar, əsassız materiallar toplandığını sübut edir və bunlar tarixçilər tərəfindən dərindən öyrənilməlidir”.
Ulu öndər Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında söylədiyi nitqində bir daha represiyalara toxunaraq demişdir: “1920-30-cı illərdə nə qədər repressiyalar olunub, insanlar öz yer-yurdundan sürgün ediliblər… Heç yerdə Azərbaycanda olduğu qədər adam sürgün edilməyibdir”.
Sovet hakimiyyətinin ilk illərində, lap elə 30-40-cı illərdə Azərbaycanda milli tarixçi kadrlar, demək olar ki, yox dərəcəsində idi. Yalnız 50-60-cı illərdən başlayaraq milli tarixçi kadrların sıraları bir qədər genişləndi. Bütün bunlara görə də Heydər Əliyev Azərbaycan tarixinin yeni dövrün tələbləri səviyyəsində yazılmasına çox ciddi önəm verirdi. 21 sentyabr 1993-cü ildə Elmlər Akademiyasında ziyalılarla keçirdiyi görüşdə o, bu məsələ üzərinə bir daha qayıdaraq demişdir: “Tarixçilərimizin xatirində olmalıdır ki, mən Azərbaycanda işləyən dövrdə -70-ci illərdə və 80-ci illərin əvvələrində dəfələrlə onlara müraciət etmişdim ki, bizim tariximiz – həm qədim tariximiz, həm orta əsrlər tariximiz , həm də son dövrlərin, yəni XVIII, XIX, XX əsrlərin tarixi istənilən səviyyədə yazılmayıb”.
Tariximizin ayrı-ayrı dövrlərinin yazılmasında birtərəfliliyə yol verilməsi, bir sıra hadisə və faktların məqsədli şəkildə təhrif olunması və bu kimi neqativ hallar Heydər Əliyevi daim düşündürür, narahat edirdi. Odur ki, ziyalılarla görüşündə ulu öndər bu məsələ üzərində xüsusi olaraq dayandı, özünün irad və tövsiyələrini bildirdi: “Ötən 70 illik dövrdə tariximiz təhrif edilmişdir. Həm XX əsrin, həm XIX əsrin, həm də ondan əvvəlki dövrlərin tarixi təhrif olunmuşdur. Demirəm ki, tamam təhrif edilmişdir, amma tarixə dair əsərlərimizdə təhrif ünsürləri var. İndi isə bir qütbdən o biri qütbə keçmək meyli görünür. O nədən ibarətdir? Ondan ibarətdir ki, deyirlər bütün bu 70 ildə olanların hamısı yaramazdır, pisdir, Azərbaycan xalqı üçün bəladır.” Bu cür düşüncələrin əleyhinə olan dahi rəhbər tarixçilərə tövsiyə edərək bildirirdi ki, tariximizin bütün dövrləri bizim üçün əzizdir: ” Ona görə də heç bir dövrü, heç bir şəxsi ideallaşdırmaq lazım deyildir. Təssüf ki, bu ideallaşdırma xəstəliyi 70 ildir beynimizə girmişdir. Bundan xilas olmaq lazımdır. Əgər 70 il müddətində bütün ideoloji sistemimiz marksizm-leninizm elmini, onun prinsiplərini , Marksı, Lenini ideallaşdırmışdırsa, indi də ancaq Məmmədəmin Rəsulzadəni ideallaşdırırlar. Mən yenə də deyirəm: Məmmədəmin Rəsulzadə və onunla bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri XX əsrin əvvələrində və xüsusən, 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş görmüşlər. Bu şəksiz-şübhəsizdir. Ancaq gəlin, açıq danışaq : belə çıxır ki, tariximizdə Məmmədəmin Rəsulzadədən başqa heç kim yoxdur. Bəs Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov, Hacinski, Əlimərdanbəy Topçubaşov, Behbudbəy Şahtaxtinski və başqaları?! ”
Heydər Əliyev zaman-zaman Azərbaycan xalqı içərisindən yetişən görkəmli şəxsiyyətləri, onların Vətən və xalq qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirirdi. Hakimiyyətdə olduğu illərdə ulu öndərin təqdimatı əsasında xalqımızın ən layiqli elm və sənət adamları yüksək adlara layiq görülüb, orden və medallarla təltif olunub. Elə bir klassikimiz , elə bir canlı korifeyimiz olmayıb ki, onların yubileyləri və ya ad günləri rəsmi səviyyədə, həm də böyük təntənə ilə qeyd olunmasın: “Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmmədəmin Rəsulzadə də böyük şəxsiyyətlərdir.Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adamların Nəriman Nərimanov səviyyəsinə qalxmaları üçün bəlkə də on illərlə siyasi fəaliyyət göstərmələri lazımdır… Bütün bunlarla mən öz fikrimi açıq demək istəyirəm: tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir, onu çaşdırırlar. Buna son goymaq lazımdır”.
Ümummilli liderin 31 yanvar 1997-ci il tarixdə Azərbaycan Elmlər Akademiyyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə səsləndirdiyi fikirlər, tarixçi alimlərə verdiyi tövsiyə və məsləhətlər Azərbaycan tarixi və tarixşünaslığının milli konsepsiyyasının formalaşmasında çox mühüm və həlledici məqam kimi dəyədləndirilməlidir. Çünki ulu öndərin həmin çıxışında tarix elminin digər elmlər sırasında yeri, rolu və əhəmiyyəti, onun problemləri və inkişaf perspektivləri ilə bağlı konkret fikir və istiqamətlər öz əksini tapmışdır.
Heydər Əliyev tarixçi alimlərə heç vaxt göstəriş vermirdi. O, daha çox öz təkliflərini, məsləhət və tövsiyələrini bölüşürdü: ” Mən bir məsələ barəsində konkret təklifimi bildirmək istəyirəm. Bu da Azərbaycanın tarixi ilə bağlıdır. Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi hümanitar elmlərdir və xüsusən millətin, xalqın… tarixidir. Bu indi bizim üçün xüsusi ilə lazımdır. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. Ona görə də biz indi xalqımızın tarixinin yazılması işini gərək diqqət mərkəzinə alaq. 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyyası qarşısında vəzifə qoymuşdum ki, Azərbaycan tarixi yazılmalıdır. Amma… tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər.”
Ulu öndər bir çox tarixi məsələlərin yenidən, həm də yeni dövrün tələbləri səviyyəsində yazılmasını tövsiyə edirdi: “Azərbaycan tarixi yazılmalıdır… Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud da ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz.”
Heydər Əliyev müstəqillik dövrünün tələblərinə uyğun dərsliklər yazılması işinə də xüsusi önəm verirdi: ” Məktəbə gedən gənc gərək Azərbaycan tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz. Dərsliyi də hərə öz istədiyi kimi yazmamalıdır. Gərək bizim xalqımızın tarixi yazılsın. Orta və ali təhsil məktəbləri üçün tarix dərslikləri yazılsın.”
Azərbaycan tarixininin yazılması işinin bəzi subyektiv səbəblər ucbatından ləngidilməsi Heydər Əliyevi çox narahat edirdi və akademiyadakı görüşdə o, bu narahatçılığını bir daha tam ciddiliyi ilə bəyan etdi: ” İndi vəzifə ondan ibarətdir ki, Azərbaycanın tarixi yazılmalıdır. Mən bunu bir neçə dəfə demişəm. Ancaq təəssüflər olsun ki, mənim bu təkliflərim müqabilində Elmlər Akademiyası tərəfindən konkret bir təklif almamışam”.
Ulu öndər XX əsrin tarixinin yazılmasına da xüsusi önəm verirdi: “XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur. Ona görə də mən çox çalışdım ki, biz XX əsrin tarixini yazaq. Çünki, tariximiz, bir tərəfdən, təhrif olunub, digər tərəfdən isə, bəziləri keçmişdə nə varsa, götürüb qəzetlərdə, kitablarda qaralamağa, pisləməyə başlayıblar. Vaxtilə hamımız gənc idik, o vaxtki, ideologiya bizə nə verirdisə, onu da qəbul edirdik. Biz Kommunist Partiyasının, Oktyabr İnqilabının tarixini, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının, 26 Bakı komissarının tarixini öyrənirdik. Bunun üçün indi günahkar axtarmaq düzgün deyil”.
Heydər Əliyev böyük siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də son dərəcə obyektiv və ədalətli bir insan idi. O, Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin yazılmasında yol verilən təhriflərə və birtərəfliliyə görə heç zaman tarixçi alimləri ittiham etməyib.
Akademiyadakı nitqində dahi rəhbər bir daha bu məqama toxunmuşdur: ” Mən sizi günahlandırmıram. Çünki bizə qalmış miras o idi. Siz də, bizim o, yaşlı tarixçilərimiz də, 1970-ci illərdən fəallıq göstərən tarixçilərimiz də onlardan istifadə edirdilər. Ona görə də biz onların hamısını ideologiyanın konsepsiyasında bizə verilən kimi əks etdirirdik.”
Heydər Əliyevi narahat edən o idi ki, tariximizin yazılmasında kommunist üsul-idarəsi dövründə yol verilən səhvlər bir qədər başqa formada müstəqilliyimizin ilk illərində də təkrar olunmaqda idi: “Kommunist ideologiyası vaxtında buraxılan səhvlər indi də təkrar erilir. Həmin səhvlər o vaxtlar bir istiqamətdə, indi başqa istiqamətdə buraxılır.”
Problemin mahiyyətinə və anatomiyyasına dərindən bələd olan ulu öndər akademiyadakı çıxışında onun aradan qaldırılması yolları ilə bağlı təklifini də bildirdi: “Mən bilirəm ki, indi tariximizin hamısını yazmaq çətindir. Bunun üçün illərlə vaxt lazımdır… Belə hesab edirəm ki, indi akademiyanın qarşısında duran vəzifələrdən biri Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yazılmasıdır. Bunun üçün mən bu gün konkret bir təklif vermək istəyirəm. Siz bir müəllif kollektivi yaradın və onun tərkibini mənə təqdim edin. XIX-XX əsrlər tarixinin yazılması üçün mən xüsusi vəsait ayıracağam. Bəli, mən Azərbaycanın XIX-XX əsrlər tarixinin yaranmasına qrant verirəm. Mən bunu dövlətin büdcəsindən ayırıram. Çünki bu, dövlət üçün ən vacib bir məsələdir.”
Bütün bunlar onu deməyə əsas verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan tarix elminin inkişafı naminə ömrünü-gününü bütünlüklə bu elmə həsr etmiş hər hansı bir peşəkar tarixçi alimdən qat-qat artıq işlər görüb. Bu gün məmnunluq hissi ilə onu da qeyd eləmək istərdim ki, ulu öndərin Azərbaycan tarix elminin gələcəyi ilə bağlı narahatlığı, qayğı və düşüncələri, məsləhət və tövsiyələri nəticəsiz qalmadı. Son illər Azərbaycanın tarixçi alimləri tərəfindən tariximizin həm qədim, həm orta əsrlər, həm də XIX-XX əsrlər dövrünə aid yüksək peşəkarlıqla hazırlanaraq nəfis şəkildə çap olunan və bir sıra xarici dillərə tərcümə edilən çoxsaylı sanballı əsərlər Heydər Əliyev ideallarına sədaqətlə xidmət nümunəsi kimi dəyərləndirilə bilər. Ulu öndər Azərbaycan tarixçilərindən məhz belə əsərlər gözləyirdi.
Bir neçə gün bundan öncə Milli Elmlər Akademiyasında keçirdiyi görüş zamanı Prezident İlham Əliyev də Azərbaycan tarixçilərinin bu sahədəki işini çox yüksək dəyərləndirdi. Mən fürsətdən istifadə edərək tarixçi alimlərin işini belə yüksək dəyərləndirdiyinə görə möhtərəm Prezidentə öz dərin təşəkkürümü və minnətdarlığımı yetirmək istərdim.
Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə tarixinin tədqiq olunmasında Heydər Əliyevin məruzə və çıxışları, bəyanat və məktubları çox qiymətli ilk mənbə kimi olduqca mühüm elmi əhəmiyyət kəsb edir. Ulu öndər tərəfindən, bir qayda olaraq, tarixi hadisələrin müfəssəl izahı və təhlili verilməklə səbəb və nəticələri ətraflı şəkildə təqdim olunur, hadisə və faktlara kifayət qədər obyektiv, həm də ədalətli elmi-tarixi və siyasi qiymət verilir. Bütün bunlar isə həm müasir, həm də gələcək tarixçilər nəsli üçün son dərəcə qiymətli hesab oluna biləcək elmi- metodoloji və siyasi əsasdır.
Heydər Əliyev Azərbaycan xalqının dünyaya bəxş etmiş olduğu ən böyük siyasətçi, ən nüfuzlu dövlət xadimi olmaqla yanaşı, həm də sözün əsl mənasında, qurucu və yaradıcı bir insan idi. O, Müstəqil Azərbaycanın həm memarı, həm də qurucusudur. Təsadüfi deyildir ki, tanınmış Amerika senatorlarından biri Heydər Əliyevi “Asiyanın Corc Vaşinqtonu” adlandırmışdır. Yəni, Corc Vaşinqton ABŞ dövlətini qurduğu kimi, Heydər Əliyev də müstəqil Azərbaycanı bizə ərməğan etmişdir.
Ulu öndərin söhbətlərində, məruzə və çıxışlarında tez-tez eşitdiyimiz belə bir kəlam var: “Dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix də, insanlar da həmişə quranları, yaradanları qiymətləndirir”. Heydər Əliyev də dünyanın tanıdığı, qəbul etdiyi quran, yaradan dövlət xadimlərinin ön cərgələrində duran böyük tarixi şəxsiyyət idi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dünyanın ən tanınan siyasətçiləri və dövlət xadimləri sırasında xüsusi yeri olan rəhbəri, milli lideri olub. Azərbaycan xalqı bir də ona görə xoşbəxt xalqdır ki, Prezident İlham Əliyevin şəxsində dövlətimizin Heydər Əliyev tərəfindən müəyyən olunmuş daxili və xarici siyasət strategiyasını bu gün də uğurla davam etdirən, özünün qətiyyəti, intellekti, qabiliyyəti, enerjisi və ən nəhayət, peşəkar siyasətdəki yüksək səriştəsi ilə hamını və hər kəsi heyran edən yeni və gənc bir lideri var.
Heydər əliyevin həyatı
Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədilik özünə yer eləmiş Heydər Əlirza oğlu Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firavan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr edib.
Heydər Əliyev ilk azərbaycanlıdır ki, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilib. İlk azərbaycanlıdır ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib.
1969-cu ilin 14 iyul günü Azərbaycan xalqının həyatında önəmli günlərdəndir. Həmin gün Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilib. İşgüzarlığı, məqsədyönlülüyü, prinsipiallığı ilə seçilən rəhbərin qarşısında respublika iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye ölkəsinə çevirmək, Bakını daha da gözəlləşdirib abadlaşdırmaq, Azərbaycan kəndini dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq kimi məsələlər əsas vəzifələr kimi dururdu.
Heydər Əliyevin Az. KP MK – nin birinci katibi olduğu dövrdə təşkilatçılıq bacarığı sayəsində 1969 – 1982-ci illərdə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan keçmiş SSRİ-də inkişaf etmiş respublikalardan birinə çevrildi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər və rayonlarda yeni sənaye müəssisələri, ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Qısa müddətdə mövcud neft maşınqayırması və neft emalı, həmçinin kimya müəssisələrinin yenidən qurulması prosesi başladı. 70-ci illərdə tamamilə müasirləşmiş və yenidən qurulmuş müəssisələr fəaliyyətə başladı. Bunlara misal olaraq Bakı elektrik maşınqayırma, Bakı məişət kondisionerləri zavodu, Bakı şampan şərabları zavodu, Bakı məişət soyuducuları zavodu, Elektron hesablayıcı maşınlar zavodu, Sumqayıt kompressor zavodu, Gəncə “Büllur” zavodu və digərləri belə müəssisələrdəndir.
Heydər Əliyev sənayenin inkişafına böyük əhəmiyyət verməklə yanaşı, kənd təsərrüfatının da çiçəklənməsinə xüsusi diqqətlə yanaşıb. 1969 – 1982-ci illərdə Heydər Əliyevin yeritdiyi məqsədyönlü kənd təsərrüfatı siyasəti nəticəsində Azərbaycanda bu sahədə yüksək göstəricilər əldə edilib, məhsuldarlığın səviyyəsi xeyli yüksəlib. Üzümçülük, pambıqçılıq özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdı. 1970 – 1982-ci illərdə orta illik məhsuldarlıq əvvəlki 13 ilin məhsuldarlığından taxıl üzrə 1,9 dəfə, tərəvəz üzrə 1,6 dəfə, meyvəçilik üzrə 2 dəfə, çay yarpağı üzrə 2,3 dəfə çox olub. Bu dünyanın heç bir yerində görünməmiş inkişaf tempi olub.
Azərbaycanın inkişafı yolunda Heydər Əliyevin xüsusi fikir verdiyi məsələlərdən biri Azərbaycan ədəbiyyatının, dramaturgiyasının, incəsənətinin, bütövlükdə mədəniyyətinin inkişafı və dünyada tanıdılması idi. Azərbaycanın məşhur ədəbiyyat incəsənət nümayəndələrinin ölkədən kənarda keçirilən yubileyləri, dahi Azərbaycan şair və mütəfəkkirləri Nizami Gəncəvi və Nəsiminin yubileyləri, 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyinin keçirilməsi, çoxlarının müqavimətinə baxmayaraq Azərbaycan dilinə dövlət statusunun verilməsi, repressiya qurbanı olaraq Sibir çöllərində vəfat edən Hüseyn Cavidin cənazəsinin qalıqlarının Bakıya gətirilməsi kimi mühüm hadisələr o dövr Azərbaycan mədəniyyətinin əlamətdar hadisələrindən idi. Ümumiyyətlə, 1969 -1982-ci illərdə Azərbaycan mədəniyyəti özünün əsl intibah dövrünü yaşayıb.
Həmin dövrün ən mühüm hadisələrindən biri də Bakıda milli hərbi kadrlar hazırlayan C. Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması oldu. Bu məktəbin fəaliyyətə başlaması nəticəsində yüzlərlə gələcək zabit hərb elminin sirlərinə yiyələndi. Heydər Əliyevin sovet Azərbaycanının rəhbəri olduğu müddətdə minlərlə azərbaycanlı gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə -Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə göndərildi və ölkəyə lazımlı ixtisaslar üzrə təhsil aldılar. SSRİ-də ilk dəfə məhz Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya, rüşvətxorluğa, tayfabazlığa qarşı genişmiqyaslı müharibə elan edildi. 70 -80-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik dövrü kimi xarakterizə olunur.
Heydər Əliyev 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib və faktiki olaraq SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev səhiyyə, elm, maşınqayırma, yüngül sənaye, nəqliyyat, rabitə, mədəniyyət, təhsil kimi bir çox vacib sahələrə rəhbərlik edirdi. Sovet rəhbərliyi ötən əsrin ən nəhəng tikililərindən olan Baykal – Amur Magistralının (BAM) çəkilişlərinə rəhbərlik etməyi Heydər Əliyevə tapşırmışdı. Heydər Əliyev prinsipial mövqeyi, dönməzliyi, işgüzarlığı nəticəsində ona verilən bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdi. Heydər Əliyev rəhbərlik etdiyi və yuxarıda adları çəkilən bu sahələrin demək olar ki, hamısında dövlət proqramı qəbul olunub.
80-ci illərin sonunda sovet rəhbərliyinin apardığı yarıtmaz siyasət bir çox sahələrdə xaosa gətirib çıxarmışdı. Məhz bu səbəblərə görə 1987 – ci ildə Heydər Əliyev sovet rəhbərliyinin yeritdiyi siyasətə etiraz edərək tutduğu vəzifələrdən istefa verdi.
Heydər Əliyev 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq Moskvadakı Azərbaycan nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqıma qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Bir çox analitiklər Heydər Əliyevin bu bəyanatını cəsarətli addım saymaqla yanaşı, onun böyük siyasətə qayıdışı adlandırırlar. 1991-ci ilin iyulunda Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin vəziyyətlə əlaqədar SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarını tərk etdi. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, həmçinin, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib.
Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların naşılığı, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparırdı. Digər tərəfdən də Azərbaycanın Ermənistanla cəbhə xəttində baş verən məğlubiyyətlər, uğursuzluq ölkədə dərin böhranın yaranmasına gətirib çıxarırdı. Sözün həqiqi mənasında əsl hərc-mərclik var idi. Belə bir anda – 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə o vaxtkı hakimiyyət Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı dünyada tanıda bildi.
Heydər Əliyev Azərbaycanda hüquqi – demokratik dövlət quruculuğu yolunu seçdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Aparılan islahatlar nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklərə səbəb olan yeni mütərəqqi qanunlar qəbul edildi. 1998-ci il iyulun 14-də yaranan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya məhkəməsi olmaqla, Azərbaycan konstitusiyasının aliliyini, hər kəsin əsas hüquq və azadlıqlarmı təmin edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz fəaliyyətində insan hüquqları haqqında beynəlxalq hüquqi sənədlərin müddəalarına əsaslanır. Bu da öz növbəsində ona, konstitusiya əsasında işlərə baxarkən Avropa və dünya birliyi tərəfindən qəbul edilmiş demokratik norma və standartlara riayət etmək imkanı verir.
Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hərbi hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.
Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalatda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarının təcəssümü idi.
1996-cı ildən başlayaraq, ölkə iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə şərait yaratdı. Heydər Əliyevin hakimiyyəti dövründə əmək haqlarının, aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilərək vətəndaşların təqaüd təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Demokratiyanın daha bir göstəricisi kimi 1999-cu ilin dekabrında Azərbaycanda ilk dəfə olaraq yerli özünüidarəetmə orqanlarına – bələdiyyə seçkiləri keçirildi. Heydər Əliyevin rəhbərliyi ilə bələdiyyə institutu yaradıldı, bələdiyyələrin iş mexanizmi, statusu vəzifə və səlahiyyətləri, inkişaf istiqamətləri müəyyən edildi. Bələdiyyələrin yaradılması və fəaliyyəti Azərbaycanın demokratiya yolunda addımlamasının ən bariz göstəricilərindən biri idi.
Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək Heydər Əliyev iki halı xüsusi qeyd etmişdi: “Respublika iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial – siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”. 1993-cü ildə Heydər Əliyev prezident seçilərkən respublikada ümumi daxili məhsul istehsalında orta hesabla 20-23 faiz geriləmə baş verirdi. Lakin Heydər Əliyevin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994 – 1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən – ilə artmasını təmin etdi.
Heydər Əliyevin həyata keçirdiyi islahatlar sistemində özəlləşdirmə siyasətinə də mühüm əhəmiyyət verilib. O, 1994 – 1995-ci illərdə özəlləşdirmə proqramının hazırlanması ilə əlaqədar gərgin və səmərəli iş rejiminə rəhbərlik edib. Onun bilavasitə təşəbbüsü ilə “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” hazırlanıb.
Heydər Əliyevin diqqət yetirdiyi vacib sahələrdən biri də torpaq və onunla bağlı münasibətlər sistemi oldu. 1996 -cı ildə onun rəhbərliyi və qayğısı sayəsində ölkədə aqrar islahatlar və onun tərkib hissəsi olan torpaq islahatları aparıldı. Bununla əlaqədar olaraq torpaqlar pulsuz olaraq kəndliyə verildi və yeni torpaq -əkinçi münasibətlərinin yaradılması üçün real zəmin yaradıldı. Bu islahatlar nəticəsində həmçinin, torpaqlar vətəndaşlara ömürlük verildi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi, respublika ərazisində yaşayan vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi.
1993 – cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qoşulması oldu.
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin xarici siyasətində əsas yerlərdən birini tutub. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyəti, ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin, Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Heydər Əliyevin siyasətinin mühüm hissəsini təşkil edib.
Heydər Əliyev siyasi və iqtisadi problemlərin həlli ilə yanaşı, mədəniyyət sahəsinə də xüsusi diqqət yetirib. Ölkənin maddi rifahı artdıqca mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısı yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan mədəniyyəti Heydər Əliyevin qayğı və diqqəti sayəsində möhtəşəm bir dövr yaşayıb. Müstəqillik dövründə tarixi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin görkəmli nümayəndələrimizin, habelə ayrı – ayrı milli bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı tədbirlər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla keçirilib. Buna misal olaraq Azərbaycanın ən qədim yazılı abidəsi olan “Kitabi -Dədə Qorqud” dastanının 1300 illik yubileyinin, həmçinin böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin təntənəli şəkildə keçirilməsi haqqında imzaladığı sərəncamları göstərmək olar.
Bütün dünyada tanınan dahi siyasətçi haqqında nüfuzlu siyasətçilər, dövlət və hökumət nümayəndələri, elm və mədəniyyət xadimləri öz ürək sözlərini deyiblər. Onların hər biri Heydər Əliyevi nüfuzlu siyasətçi, güclü dövlət xadimi kimi xarakterizə ediblər. Onlardan bəzilərinə diqqət yetirək:
Corc Buş (Amerika Birləşmiş Ştatlarının prezidenti): ” Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə ABŞ və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır “.
Jak Şirak ( 1995- 2007-ci illərdə Fransa Respublikasının prezidenti): ” Bu qeyri -adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim ” .
Rəcəb Tayyib Ərdoğan (Türkiyə Respublikasının Baş naziri): ” Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.
İslam Kərimov (Özbəkistan Respublikasının prezidenti): ” Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir”
II İohan Pavel ( 1978 – 2005-ci illərdə Roma papası): “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm”.
Çingiz Aytmatov (Məşhur qırğız yazıçısı): “Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasyanın yeni tarixinin bugünkü qurucularındandır”.
Comments are closed, but trackbacks and pingbacks are open.