Press "Enter" to skip to content

Onda Bakının əhalisi 300 min nəfər idi

1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında “Hacımirz” teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə Hacıağa Abbasov Akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib (1929-1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb.

Qılman İlkin – Bakı və Bakılılar

Respublikamızın paytaxtı Bakı keçmişlərdə necə olub? Sevdiyimiz, fəxr etdiyimiz bu gözəl şəhər əsrlər boyu nə kimi fırtınalardan, kəşməkəşlərdən keçib, bugünkü xoşbəxt günlərinə necə qovuşmuşdur? Mərd oğulları onu necə qorumuşlar, qədim abidələrini necə hifz edib saxlamışlar. Bu adamlar özləri necə olmuşlar? Özləri ilə necə mənəvi keyfiyyətlər yaşatmışlar? Bütün bu və başqa suallara xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin bu kitabında cavab tapa biləcəksiniz. Vətənimizin və onun paytaxtı Bakının keçmiş günlərinə maraq göstərən hər bir kəs üçün bu kitab çox maraqlı və qiymətlidir. Ensiklopedik səciyyəyə malik bu nəşrdə köhnə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır.

Kitab nadir və əsasən ilk dəfə çap üzü görən fotoşəkillərlə zəngindir.

Çağdaş və gələcək nəsillərə doğma Azərbaycanımızı tanıtmaq hamımızın borcudur. Hərə bildiyi qədər, bacardığı qədər. Bu müqəddəs bir işdir. Hər nəsil yaşadığı mühitə göz açır, onun ab-havası ilə böyüyür, necə deyərlər, hər şeyi bir növ hazır görür. Bilmir ki, onun tarixi var, keçmişi var. Bu gün dünəndən yaranıb, sabah da bu gündən yaranacaq. Zira tarix ardı-arası kəsilməz prosesdir. Həm fasiləlidir, həm də fasiləsiz. Həyatın dialektikası belədir. Hər bir şeydə, hər bir hadisədə keçmişin qalıqları, indinin əsasları, gələcəyin isə rüşeymləri olur. Tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır. Biri digərsiz ola da bilməz. Odur ki, tariximizi, keçmişimizi bilməliyik. Bu işdə bizə yazılı mənbələr, peşəkar tarixçilər, görüb-götürmüş müdriklər, el ağsaqqalları, yaddaşımız, xatirələr köməyə gəlir. Uzaq keçmişi arxivlərdən, tarixi qaynaqlardan, tarixçilərin əsərlərindən, tarixi mövzularda yazan ədiblərimizdən, elm və mədəniyyət tarixini izləyən müəlliflərimizdən öyrəniriksə, nisbətən yaxın keçmişimizi də yaddaşlardan, xatirələrdən, bu dövrü görmüş canlı şahidlərdən öyrənirik. Müxtəlif ölkələrin millət və xalqlarının tarixini yada salın. Görün bir Paris fransızlar, London ingilislər, Madrid ispanlar, Roma italyanlar, Berlin almanlar, Varşava polyaklar üçün nə qədər vacib əhəmiyyətə malik olmuşlar. Moskva ruslar üçün, İstanbul türklər üçün, Bağdad iraqlılar üçün əziz olduğu kimi Bakı da bizim üçün əziz və qiymətlidir. Baxınız, kitabına ön söz yazdığım Qılman İlkin də Bakının, Abşeronun tarixindən, ab-havasından, insanlarından bəhs edir. Özü də yazıçı qələmi ilə, publisist qələmilə. Fərəhli haldır ki, Bakı haqqında təkcə tarixçilərimiz deyil (bu sahədə Sara xanım Aşurbəylinin, Bakı sənayesi haqqında Əlisöhbət Sumbatzadənin və Mahmud İsmayılovun, Bakı ticarəti haqqında M. Musayevin yazıları böyük maraq doğurur), habelə onun arxitekturası barədə görkəmli memarlarımız (xüsusən Sadıq Dadaşov, Mikayıl Hüseynov və Ə. Salamzadə və b.) az yazmamışlar. Bu işdə sənətkarların, yazıçıların da əməyi böyükdür. Böyük müğənni Hüseynqulu Sarabskinin “Köhnə Bakı”, görkəmli səhnə ustası Hacıağa Abbasovun “Xatirələrim” kitabı təqdir olunmağa layiqdir. Bu nəcib işə söz sənətinin ustaları – yazıçılar da fəal surətdə qoşulmuşlar. Yazıçı Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim. ” kitabı böyük maraq doğurmuşdur. İndi də növbə Qılman İlkinindir. Ümumiyyətlə, böyük şəhərləri, o cümlədən paytaxtları onların ətrafında olan kəndlərsiz təsəvvür etmək mümkün deyil. Məsələn, Tiflisi onun əhatəsində olan kəndlərsiz, Moskvanı “Podmoskovye” adı ilə məşhur olan Moskva ətrafındakı qəsəbə və kəndlərsiz düşünmək olmaz. Bu baxımdan bizim Bakını da. Bakı və kəndləri qırılmaz vəhdət təşkil edir. Bakılılar dedikdə biz dədə-babadan, necə deyərlər, kökündən, soyundan, əsl bakılı olan şəhər əhalisinin və şəhərin ətrafındakı kəndlərin sakinlərini nəzərdə tuturuq, təkcə Bakı deyil, həm də Abşeronun sakinləri nəzərdə tutulur. Bakının həyatını, keçmişini və çağdaşlığını,

onun kəndləri ilə birlikdə götürmək lazımdır. Deyək ki, Bakını Mərdəkan, Buzovna, Maştağa, Nardaran, Novxana, Məhəmmədli, Balaxana, Əmircan, Fatmayı və digər kənd və qəsəbələrsiz təsəvvür etmək olmaz.

Bu baxımdan da hörmətli yazıçımız Qılman İlkin çox düzgün hərəkət edərək “Bakı və bakılılar” əsərində yazdıqlarını təkcə şəhərin özü ilə deyil, həm də onun kəndləri ilə bağlayır, həm Bakıdan, həm də onun kəndlərinin sakinlərindən danışır. Haqlıdır və belə də olmalı idi.

İstəyirsən şair ol, istəyirsən alim, istəyirsən tarixçi ol, istəyirsən yazıçı, publisist, bunu yaxşı dərk edənlər, qəlbən, ruhən dərindən duyanlar həmişə belə etmişlər. Məsələn, Səməd Vurğunun “Bakının dastanı” poemasını götürək. Lirikepik janrda yazılmış və hələ tamamlanmamış bu əsərdə şair Bakıya, onun tarixinə, İçərişəhərə, Bakının küçələrinə, Abşeron torpağına, buranın sakinlərinin adət və ənənələrinə, keçmişinə və çağdaş həyatına xüsusi fikir verir. Qılman İlkinin kitabında da məhz belə münasibətin ifadəsini görürük. Yazıçı publisist qələmilə Bakının və onun kəndlərinin keçmişindən, çağdaş həyatından, buradakı yerli xüsusiyyətlərdən geniş bəhs edir. Özü də tarixin aşkar etdiyi həqiqəti, bu sahədə elmin qazandığı nailiyyətləri bədii-publisist qələminin təsvirlərilə bağlamaqla.

O, tariximizin indi çoxuna məlum olmayan elə səhifələrini açıb göstərir ki, onları həyəcansız oxumaq olmur. Oxuduqca qəzəb və nifrət hissi coşur, başımıza gətirilən müsibətlərin əvvəlki faciələrin, qanlı-qadalı hadisələrin davamı olduğunu bütün dərinliyi ilə duyur, uzun müddət totalitar rejimin bizi “xalqlar dostluğu və qardaşlığı” pərdəsi altında aldatdığını yəqinliklə qət edirsən. Məlum olur ki, 1918- də erməni-müsəlman qırğını günlərində ermənilər ətraf evlərdə yaşayan azərbaycanlıları taxta sirk binasına yığıb yandırmaq istəyirlərmiş.

Onda Bakının əhalisi 300 min nəfər idi

Qeyd edək ki, Hacıağa Abbasov 1888-ci ilin, iyunun 16-sında Maştağa kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alan aktypr 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb.

Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda “Müsəlman artistləri cəmiyyəti”nin, “Nicat”, “Həmiyyət” teatr truppalarının fəal üzvü olub. Sonralar “Səfa” cəmiyyətinin teatr truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib.

1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında “Hacımirz” teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə Hacıağa Abbasov Akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib (1929-1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb.

Aktyor Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad”, “Arşın mal alan”, “Ər və arvad” operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb.

Sənətdə qazandığı nailiyyətlərə və teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Hacıağa Abbasova xalq artisti fəxri adı verilib

Hacıağa Abbasov 7 may 1975-ci ildə, 87 yaşında Bakıda dünyasını dəyişib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Senet.az Hacıağa Abbasovun “Xatirələrim” kitabından bir hissəni təqdim edir:

Keçmişdə Bakının əhalisi azərbaycanlı, erməni, rus və az miqdarda başqa millətlərdən ibarət idi. Mən Bakı əhalisinin cəmi 300 min olduğu vaxtı görmüşəm. Əhalinin əksəriyyətini xırda alverçi, zavod, fabrik, mədən və dəmiryol fəhlələri, dülgər, malakeş, qəssab və sairələri təşkil edirdi. Burada Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Hacı Hacağa Da-daşov, onun qardaşı Hacı Şirəli Dadaşov, Ambarsum Məlikov və qeyriləri kimi milyonçular yaşayırdı. Bunların böyük evləri, fabrikləri, neft quyuları və paroxodları var idi. Bundan başqa onlar şəhərdə 3-4 mərtəbəli binalar tikdirərək bir hissəsində özləri yaşayır, bir hissəsini isə baha qiymətə kirayəyə verirdilər. Fəhlələr və zəhmətkeşlər bir-mərtəbəli evlərdə və zirzəmilərdə yaşayıb, ağır günlər keçirirdilər. Varlılar xırda alverçilərə müamilə ilə pul buraxaraq İrandan mal gətirir və qazancına da şərik olaraq satdırırdılar. Bundan başqa İran tacirləri hər gün Bakıya bir neçə paroxod müxtəlif yeməli və geyməli şeylər gətirib satırdılar. Paroxod sahiblərinin kontur və dükanları dənizkənarı küçədə (indiki Neftçilər prospektində) yerləşirdi.

Böyük şəhərdə yalnız bir şəhər bağı və bir də indiki Xəqani küçəsi ilə Karqanov küçəsinin kəsişdiyi “Malakan bağı” deyilən bağ var idi. Şəhərdə ikiatlı konka işləyirdi, başqa nəqliyyat isə ancaq faytonlardan ibarət idi. İran hökumətinin zülmündən – Ərdəbil, Astara, Təbriz və Miyanadan qaçıb gələnlər hamballıq edirdilər. Varlılar və avaralar şəhər idarəsi tərəfindən açılmış klublarda qumar oynamaq və şərab içməklə əylənirdilər.

Oğul evləndirəndə və yaxud qız ərə verəndə varlı varlının oğluna qız verər və yaxud varlıdan qız alardı. Kasıbın qızı və yaxud oğlu nə qədər gözəl olsaydı, varlı özünün nəslini onun nəslinə calamazdı. Əgər varlı məscidə, toya və ya bir məclisə getsəydi, lazım idi ki, o, məclisin yuxarı başında özünə layiq yerdə otursun. O məclisdə başqa bir adam cürət edib danışa bilməzdi. Varlılar qoçu saxlayırdılar. Bu qoçular varlıların köməyi ilə qubernator və yaxud qradonaçalnikdən qismən icazə alıb tüfəng, tapança, xəncər gəzdirir, varlılar bir yana getdikdə silahlı sürətdə fəxrlə onun dalınca gedirdilər. Bunların ən güclüləri Kərbəlayı Abdulla Zərbəliyev, Hacıbala Babayev, Teymurbəy Aşurbəyov, Əlihüseyn Babayev və başqaları idi. O zaman Bakıdan Sabunçuya adi qatarla gedirdilər. Bu qoçular çox vaxt ədavət etdikləri adamlarla vaqonlarda tapança və tüfənglə atışardılar. Xülasə, nizam-intizam barəsində bunu demək kifayətdir ki, hərc-mərclik, hoqqabazlıq, dəllallıq və qoçuluq edənlərin işləri yaxşı gedirdi. Molla və axundların dostları ancaq varlılar idi ki, onlar da bir iş düşəndə öz ciblərinin xatirinə din və şəriəti istədikləri kimi təbir edir, Allahın və peyğəmbərin adından cürbəcür fırıldaqlar uydururdular. Əgər varlı oğul evləndirirdisə və yaxud qız ərə verirdisə, molla qızın yaşı düşüb-düşmədiyinə, onun könlü olub-olmadığına baxmaz, bir dəst xələtini və pulunu alıb kəbin kəsərdi.

İrandan bizə tez-tez “qonaq” gələn dərvişlər, falçılar, mollalar şəriət adı ilə əhalini soyur, varlanır və öz yerlərinə qayıdırdılar.

Şəhərdəki gimnaziya və realni məktəblərin şagirdləri ildə yüz əlli manat təhsil haqqı verirdilər. Odur ki, orada ancaq varlıların uşaqları oxuya bilirdi. Kasıbların uşaqları üçün isə üçillik “rus-tatar” və yaxud altı sinifli şəhər məktəbləri var idi. Realni məktəblərə və gimnaziyalara ancaq çox yalvar-yaxardan sonra bəzi varlıların hesabına beş-on nəfər kasıb balası daxil ola bilirdi. O da bu şərtlə ki, həmin kasıb oxuyub qurtardıqdan sonra qulluq edib varlının ona çəkdiyi xərci hissə-hissə özünə qaytarsın.

Bakıda cəmi üç qiraətxana var idi.

Neft mədənlərində işləyən fəhlələr alçaq birmərtəbəli evlərdə yaşayır və çox az maaş alırdılar. Abşeronun ən səfalı bağlı-bağatlı yerləri Bakı milyonçularının əlində idi. Onların bağlarında olan malikanələrinə tamaşa etməyə belə icazə verilməzdi.

Polis məmurları şəhər əhli ilə kefləri istəyən qaydada rəftar edərdilər. Bakıda olan inzibati idarələr səkkiz məntəqədən ibarət idi. Hər məntəqədə baş rəis olardı. Ona pristav deyərdilər. Qumarbazlıq, sərxoşluq, dəllallıq, rüşvətxorluq çox yayılmışdı. Çar hökuməti tərəfindən bir çox fahişəxanalar açılmışdı. Bunlar polis məmurları tərəfindən mühafizə olunurdu.

Hələ Bakıda su kəməri olmadığı vaxtlarda varlılar Şüvəlandan araba ilə su gətirdir, kasıblar isə sudan da korluq çəkirdilər.

Bakıda cəmi bir dənə Mixaylovski xəstəxanası və Qaraşəhərdə neftçilərin xərci ilə tikilmiş başqa bir xəstəxana var idi. Uşaq təbibi tapmaq çox çətin idi. Odur ki, şəhərdə uşaq ölümü çox olurdu.

Keçmişdə Nikolayev adına (indiki Kommunist) küçədə şəhər bələdiyyə idarəsi, dəniz kənarında – indiki təbiblər evində isə qubernatorun idarəsi yerləşirdi. Telefon xətti, telefon aparatları kontorlardan başqa tək-tək evlərdə qoyulmuşdu.

Şəhərdə ancaq “İslamiyyə”, “İskəndəriyyə”, “Köhnə Avropa” və milyonçu Musa Nağıyev tikdirən “Yeni Av-ropa” mehmanxanaları var idi.

Hər üç ildə bir dəfə Bakı şəhər bələdiyyə idarəsinə “qlasnı” seçkisi olardı. Evi və alveri olmayan “qlasnı” (de-putat) seçilməzdi. Ona görə Dumanın əksər “qlasnıları varlılardan ibarət idi. Cəmi “qlasnılar” həştad nəfər idi. Şəhər bələdiyyə idarəsi rəisinin üç müavini olardı. Bizim bələdiyyə idarəsi rəisi ildə iyirmi min, onun köməkçiləri isə ildə on min manat maaş alardılar.

Bakı bələdiyyə idarəsinə Kursk şəhərindən Nikolay Vasilyeviç Rayevski adlı bir nəfər rəis seçilmişdi. Ona ildə iyirmi min manat maaş təyin olunmuşdu. O, çalışırdı ki, həmvətənlərini də Bakı şəhərinə gətirsin.

Bir dəfə Dumanın iclaslarından birində o, Kurskdan Smirnov familiyalı bir hesabdarın Bakıya çağırılmasını, ona ikiotaqlı mənzil, telefon, fayton və şəhər ətrafında ayrıca yer verilməsini təklif edir. “Qlasnılar” bu təklifə razı olurlar. Smirnov gəlib işə başlayır. Bundan sonra Rayevski yuxarıdakı şərtlərlə Kurskdan Vasilyev familiyalı həkim gətirdir. Sonra şəhər üçün də bir bağban gətirilməsini təklif edəndə “qlasnılar”dan İsrafil Hacıyev Rayevskidən icazə istəyib deyir:

– Cənab Rayevski, sizdən acizanə xahiş etmək istəyirəm: budur üç ay olur ki, bizim Tiflisdə olan Şeyxəlislam vəfat edibdir. Əgər mümkün isə yazıb bizə Kurskdan bir Şeyxəlislam gətirdəsiniz. – Bu sözdən sonra böyük gülüşmə düşür, Rayevski özü də gülür.

Hacıağa abbasov xatirələrim kitabı

Корзина пуста

İstəklər siyahısı boşdur

  • Категории
  • Компьютеры и планшетыПланшетыНоутбукиНастольные компьютеры и моноблокиКлавиатуры и мышиАксессуары для iPad/TabletБольше
  • Телефоны и аксессуарыМобильные телефоныСмарт-часыЗапчасти для мобильных телефоновНаушникиАксессуары для телефоновБольше
  • TV, видео и аудиоПроигрыватели DVD и Blue-RayВнутренние аудио-панелиВнутренняя автоматизацияПортативные аудио устройства и аксессуарыТелевизоры и аксессуарыБольше
  • Фото и видеотехникаБинокли и телескопыЦифровые видеокамерыDSLR камерыЦифровые фотокамерыОбъективы и фильтрыБольше
  • Портативная электроника и системы безопасностиБезопасность и наблюдениеЭлектронные книгиРадио и видеоняни
  • Батарейки и аккумуляторы
  • Печатающие устройства и технологииПринтеры и сканерыКартриджиЛаминирующие устройства
  • Носители информации
  • DJ оборудование и аксессуарыDJ контроллерыCD/USB-проигрывательDJ-микшерDJ комплектыВиниловые проигрывателиБольше
  • Музыкальные инструментыГитарыГитарные аксессуары и оборудованиеКлавишные инструменты и синтезаторыDJ-оборудованиеУдарныеБольше
  • Товары для вейпингаVeypinq ehtiyyat hissələri və aksesuarlarıVeypinq mayeləri
  • Сеть и серверСетьСправочный центрPOS-системыСерверыСерверные стойкиБольше
  • ВидеоигрыВиртуальная реальностьГеймпады, джойстики, рули
  • Электронные компонентыМикроконтроллерыДатчикиКомпонентыЭкраныМонохромные компьютерыБольше
  • Большая бытовая техникаХолодильники и морозильные камерыСтиральные машиныПосудомоечные машиныВытяжкиВарочные панелиБольше
  • Для климатаОбогревателиУвлажнители воздухаОчистители воздухаВентиляторыКондиционирование и вентиляцияБольше
  • Для домаБытовые аксессуарыПылесосыШвейные машины и аксессуарыУтюги и отпаривателиВесыБольше
  • Для кухниЧайникиБлендеры и миксерыКофеваркиКухонные весыЭлектрические плитыБольше
  • Товары для личного уходаФеныВыпрямители и щипцы для волосЭлектробритвыТриммерыЭпиляторыБольше
  • Женская одеждаБлузкиБрюкиВерхняя одеждаДжемперы и кардиганыДжинсыБольше
  • Мужская одеждаБрюкиВерхняя одеждаДжемперы и кардиганыДжинсыКомплектыБольше
  • Детская одеждаБлузкиБоди/песочникБрюкиЮбкиШортыБольше
  • АксессуарыНаручные часыКарманные часыСумкиКошелькиГоловные уборыБольше
  • Спортивная одеждаЖенскаяМужскаяДетская спортивная одеждаОбувь
  • ToyGəlin üçünBəy üçün
  • ОбувьЖенская обувьМужская обувьДетская обувь
  • Печать на одежде и тканевых поверхностяхСвитшотыПарные футболкиПолоДетские бодиПодушкиБольше
  • Одежда для беременныхБлузкиБрюкиВерхняя одеждаКомбинезоныПлатья и сарафаныБольше
  • Эротическое бельеКорсетыБоди
  • Zoo MağazaAksessuarlarGeyimlər
  • ПарфюмерияЖенская парфюмерияМужская парфюмерия
  • Декоративная косметикаМакияж
  • Маникюр и педикюр
  • Уход за кожей
  • Личная гигиенаМылоГигиена полости ртаВата и ушные палочкиОдеколоныСредства для депиляцииБольше
  • Профессиональная косметика
  • Уход за волосамиСредства по уходу за волосамиСредства для стайлингаОкрашивание и химическая завивкаПарики и пряди
  • Наборы
  • Аппаратная косметология
  • Контактные линзы и очки
  • Массажная техника
  • Медицинская продукцияЛекарственные средстваГигиенические товарыВитамины и минералыМедицинская техникаТовары медицинского назначенияБольше
  • АксессуарыДля волосАксессуары для макияжаДля маникюра и педикюраДля ванны и душаПрочее
  • Бритье и депиляцияМужские средства для бритья и уход за бородойЖенские средства для депиляции и бритья
  • Zoo MağazaBaytarlıqGigiyena
  • ИгрушкиКуклыМягкие игрушкиПластилинКонструкторыИгрушечные пистолетыБольше
  • ОборудованиеДетские коляскиАвтокреслаШатры для детей
  • ОборудованиеКупаниеСлюнявчикиНаколенники
  • Детская комнатаДетская мебельТекстильПредметы интерьераКлимат в комнатеБезопасность ребенкаБольше
  • Средства по уходу за детьмиПодгузникиДетские салфеткиКаршок
  • Обучение и развитие
  • Хобби и творчество
  • Для младенцев
  • Uşaq bayramı
  • Декор и аксессуарыРучная работаСувенирыЧасыКартиныОбоиБольше
  • МебельСтолыСтульяДиваны и креслаКухонная мебельДетская мебельБольше
  • КухняПосуда для приготовленияКонтейнерыСтоловые приборыПосудаПосуда для чая и кофеБольше
  • Ванная и туалетАксессуары для туалетаСантехникаМебель для ваннойАксессуары для ванн и душаКоврикиБольше
  • Товары для домаСредства для очисткиХранение и организацияПриборы и оборудованиеДругие
  • Домашний текстильКомплекты бельяПокрывалаПодушкиОдеялоПледБольше
  • ОсвещениеЛюстрыСветильникиНастольные лампыТоршерыЛампыБольше
  • Дача и садТехника для дачиТовары для поливаСеменаСадовый декорМебель для отдыхаБольше
  • Ремонт и строительствоДвериПаркетЭлектрические приборыМебель и интерьерМеталлические строительные материалы и изделияБольше
  • ЗоомагазинЛежаки, домики для собакМиски, контейнерыДомашние животные
  • Вентиляционные установки
  • Школьные принадлежностиРанцы, рюкзаки и сумкиБутылки для напитковПеналыДневникиОбложкиБольше
  • Офисные принадлежностиКалькуляторыСкрепки, кнопки и зажимыСтеплеры и дыроколыСкобы для степлеров и антистеплерыНожи и ножницыБольше
  • Бумажная продукцияТетрадиБлокноты и записные книжкиЦветная бумага и картонБумага для черченияАльбомы для рисованияБольше
  • Письменная принадлежностьРучкиШтрих корректорыКарандашиГрифель для карандашаЛастикиБольше
  • Чертежные принадлежностиГеометрические принадлежностиЦиркулиТубусы и портфели
  • Оборудование для презентацийДоскиАксессуары для доскиПроекторы

Comments are closed, but trackbacks and pingbacks are open.