Press "Enter" to skip to content

Heykəltaraşlıq sənətimizin canlı klassiki

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta ( 11 illik) təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər. Müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanın nəticələrinə əsasən iştirak edirlər.

Heykəltaraşlıq sənəti

. Yalnız Azərbaycanın deyil, bütün Şərqin ilk qadın heykəltaraşı Zivər Məmmədova emalatxanasında əsər üzərində işləyirdi. Balaca oğlu da yanındaydı. Uşaq öz aləmindəydi. Rəngli plastilindən müxtəlif fiqurlar düzəldirdi. Hələ ki öz oyuncaqlarını hazırlayırdı.

İllər keçəcək, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1962), Azərbaycan SSR Xalq rəssamı (1973), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ Dövlət Mükafatı laureatı (1978), Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri (1970-1972), Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü olacaq. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1977), Azərbaycan SSR Dövlət Mükafatına (1982) layiq görüləcək, “Şərəf nişanı” (1959), “Xalqlar dostluğu” və “Şöhrət” (2002) ordenləri, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2017) ilə təltif ediləcəkdi.

Gələcəkdə gözəl sənətkar olacağına inam oyadan uşaq

Tokay Məmmədov 1927-ci il iyulun 18-də Bakıda dünyaya gəldi. Atası Həbib Məmmədov N.E.Bauman adına Moskva Texniki Universitetini bitirmişdi, texniki elmlər namizədi idi. Ancaq anası Zivər Məmmədovanın heykəltaraş olması onun sənət seçimini müəyyənləşdirdi. Kiçik yaşlarından Zivər xanımla emalatxanaya gedən Tokay Məmmədov heykəltaraşlıqda ilk dərslərini də anasından aldı. Tokay Məmmədovu hər zaman doğru istiqamətləndirənlərdən biri də anasının həmkarı Pyotr Sabsay oldu. Sonralar Sabsay bildirirdi: “Tokay uşaqlıqdan heykəltaraşlıq sənəti ilə maraqlanırdı, bu uşağın gələcəkdə gözəl sənətkar olacağına şübhəm belə qalmamışdı”.

Böyük Vətən müharibəsi illərində Tokay Məmmədov yeniyetmə idi. Müharibənin ağır illərində o, arzularını gerçəkləşdirmək yolunda ilk addımlarını atdı. 1942-ci ildə yeddinci sinfi bitirib sənədlərini Bakı Rəssamlıq Məktəbinə verdi. Həmin təhsil ocağında tanınmış heykəltaraşlar Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Pyotr Sabsay fəaliyyət göstərirdilər. Tokay Məmmədov Bakı Rəssamlıq Məktəbi nəzdində yeni yaradılmış heykəltaraşlıq sinfində Fuad Əbdürrəhmanovdan dərs almağa başladı. Müəllimindən dünya klassik incəsənətinin mütərəqqi ənənələrini öyrəndi.

Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu 1945-ci ildə bitirən Tokay Məmmədov Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yollandı. İ.E.Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun Heykəltaraşlıq fakültəsinə daxil oldu. İnstitutda görkəmli sənətkarlar V.Senayski, A.Matveyev və M.Kerezindən aldığı dərslər onun heykəltaraşlıqda biliklərini daha da dərinləşdirdi. 1947-ci ildə tələbə Tokay Məmmədov uşaqlıq illərindən tanıdığı Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırladı. Bu əsər gənc heykəltaraşın ilk uğuru sayıldı.

İstedadlı heykəltaraş, bacarıqlı pedaqoq

Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda diplom işi “26 Bakı Komissarları”na həsr edilmiş əsər oldu. Diplom işinin müdafiəsində ona dərs demiş pedaqoqlarla yanaşı, Azərbaycan sənətşünası Mürsəl Nəcəfov da iştirak etdi. Tokay Məmmədov 1951-ci ildə ali təhsilini başa vurdu. Leninqradda qalıb, heykəltaraş kimi fəaliyyət göstərdi. Leninqrad Rəssamlar İttifaqına üzv qəbul olundu.

Bakıya döndükdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətə başlayan Tokay Məmmədov həm rəsm, həm də heykəltaraşlıqdan dərs dedi. Tələbələrinə heykəltaraşlıq sənətinin incəliklərini öyrətdi. Heykəltaraşlıq fəaliyyətini də uğurla davam etdirdi. Bir sıra şair, alim, dövlət xadimi və sadə əmək adamları, eləcə də öz sənət dostlarının büst portretlərini ustalıqla hazırladı.

Müəllimi Fuad Əbdürrəhmanov “Nizami” heykəlini yaratmışdı. Tokay Məmmədov da hələ Rəssamlıq Məktəbində oxuduğu illərdən dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəviyə əsər həsr etmək arzusundaydı. O, ilk dəfə 1953-cü ildə ağacdan şairin təsvirini yondu. Heykəltaraşın uğurlu əsərlərindən biri olan “Nizami Gəncəvi” portreti 1955-ci ildə Varşavada Gənclərin Beynəlxalq Ümumdünya Sərgisində nümayiş olundu. Əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanılır və nümayiş etdirilir.

Azərbaycan heykəltaraşlığında ilk dəfə ağac materialdan istifadə edən Tokay Məmmədov bu istiqamətdə də yaradıcılığını uğurla davam etdirdi. O, ayrı-ayrı illərdə ağac materialdan şair, dövlət xadimi və sadə əmək adamlarının portretlərini hazırladı. “Səməd Vurğun”, “Xalq rəssamı Qəzənfər Xalıqov”, dövlət xadimi, həkim və yazıçı “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa portretləri bu qəbildəndir.

Tokay Məmmədov mərmər, tunc, gips materiallardan da yüzlərlə portret yaratdı. Heykəltaraşın portretlər qalereyasında dahi bəstəkar “Üzeyir Hacıbəyov”, Xalq rəssamı “Rüstəm Mustafayev”, qadın rəssam “Vəcihə Səmədova”, yazıçı “Süleyman Rəhimov”, polyak bəstəkarı “Frederik Şopen” və Avstriya bəstəkarı “V.A.Motsart” büst portretləri də var. Tokay Məmmədov dahi şair Məhəmməd Füzulinin abidəsini heykəltaraş Ömər Eldarovla bərabər işləyib.

Heykəltaraşın yaratdığı heykəllər müxtəlif ünvanlarda ucaldı. Onun müəllifi olduğu Üzeyir bəy Hacıbəylinin heykəli 1960-cı ildə konservatoriya binası qarşısında qoyuldu. Bakı şəhərində 1976-cı ildə ucaldılan sovet dövrünün ən məşhur qəhrəmanlarından biri olan Məşədi Əzizbəyovun monumental heykəlinin müəllifi də Tokay Məmmədov idi. Müəllif “Məşədi Əzizbəyov” abidəsinə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatına layiq görüldü.

Tokay Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-cı ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini hazırladı. Azərbaycanın ilk peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün qəbirüstü abidəsinin müəllifi də Tokay Məmmədovdur.

O, hələ gənclik illərindən istedadı hər kəs tərəfindən etiraf olunan, dövlət səviyyəsində təqdir edilən, dəyərləndirilən heykəltaraş idi. Bütün əsərləri uğur qazanmış, tanınmış sənətkarlar onlar haqqında heyranlıqla danışmışdılar.

“Xalq qəhrəmanı Koroğlu” abidəsi qocaman heykəltaraşın son işi oldu. Yaratdığı saysız-hesabsız heykəltaraşlıq nümunələri ilə Azərbaycan incəsənətinə böyük töhfələr vermiş Tokay Məmmədov 2018-ci il mayın 2-də vəfat etdi. Heykəltaraşlıq sənətinin inkişafında misilsiz xidmətləri ilə yaddaşlarda əbədi qaldı.

Heykəltaraşlıq sənətimizin canlı klassiki

Bakının küçə və prospektlərində, park və meydanlarında çoxlu heykəllər ucalır. Paytaxtın hüsnünə gözəllik və yaraşıq gətirən həmin heykəllərin sırasında onun yaratdıqları xüsusilə seçilir. Harada ucalmağından asılı olmayaraq, Ömər Eldarov barmaqlarının məhsulu olan həmin heykəllər öz baxımlılığı ilə diqqət çəkir, zamana meydan oxuyur.

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik Azərbaycan heykəltaraşlığının son iki qərinəlik səhifəsinin yeni-yeni bədii-estetik keyfiyyətlərlə zənginləşməsində Xalq rəssamı, akademik Ömər Eldarovun yaradıcı xidmətləri danılmazdır. Yaradıcılığı boyu ən yüksək mükafatlara layiq görülməsi də onun sənətkarlığının rəsmi təsdiqi sayıla bilər.

AZƏRTAC xəbər verir ki, dekabrın 21-də Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 yaşı tamam olur.

Adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən, “İstiqlal”, “Şərəf” və “Heydər Əliyev” ordenli akademik Ömər Eldarov Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 20-də Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Milli heykəltaraşlığımızın görkəmli siması

O, həyatının 60 ildən çoxunu heykəltaraşlıq sənətinə həsr edib, ötən müddət ərzində bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-necə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltaraşlığımızın lideri kimi səciyyələndirirlər.

Bu yerdə deməliyik ki, Ulu Öndərin obrazı heykəltaraşın yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Ömər Eldarov çox yaxından tanıdığı və uzun illər ərzində dostluq etdiyi görkəmli siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətləri müxtəlif materiallarda böyük sənətkarlıqla əbədiləşdirməyə nail olub. Ulu Öndərin Fəxri xiyabandakı və Ali Məhkəmə binasındakı abidəsi özündə yüksək bədii-estetik məziyyətləri yaşadan sənət nümunələridir. Ö.Eldarovun Ümummilli Liderin vaxtilə yaşadığı binanı bəzəyən xatirə lövhəsi də özünəməxsus forma-biçim və plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı məşhur oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirə lövhəsi də böyük sənətkarlıqla işlənilmiş plastika nümunəsidir. Əlavə edək ki, Ö.Eldarov Zərifə xanımın Fəxri xiyabandakı məzarüstü abidəsinin də müəllifidir. Bu əsərin mərmər variantı (“Elegiya”) hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilməkdə, çağdaş milli heykəltaraşlığımızın uğuru kimi qəbul olunmaqdadır.

Yeri gəlmişkən qeyd edək ki, Ömər Eldarov məşhur şəxsiyyətlərlə bağlı digər memorial abidələrin də müəllifidir. Etiraf etmək lazımdır ki, görkəmli heykəltaraşın davamlı səyləri nəticəsində milli incəsənətimizin bu sahəsi son illər çox maraqlı və təsirli nümunələrlə zənginləşmişdir. Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Fikrət Əmirov, Hüseyn Ərəblinski, Süleyman Rəhimov, Şıxəli Qurbanov, Rəşid Behbudov, Ziya Bünyadov, Həsən Əliyev, Süleyman Rüstəm, Yusif Səmədoğlu, Tofiq Quliyev, Tamerlan Əliyev, Aida İmanquliyevanın məzarüstü abidələri bu qəbildəndir.

Tacik sənət xiridarlarının azərbaycanlı heykəltəraşın sənətinə böyük inamının ifadəsi

Düşənbədə ucaldılmış Sədrəddin Ayninin abidəsinin (1978) məhz Ömər Eldarovun tişəsindən çıxması da tacik sənət xiridarlarının azərbaycanlı heykəltaraşın sənətinə böyük inamının ifadəsidir. Görkəmli tişə ustası bu əsərinə xas olan monumental duyumunu sonrakı illərdə Əbu Əli ibn Sinanın (Düşənbə, 1980), məşhur dramaturq Hüseyn Cavidin (Bakı, 1993), rəssam Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), Ümummilli Liderimiz Heydər Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələrində də nümayiş etdirə bilmişdir.

Ömər Eldarovun əsərlərini seyr etdikcə yaratdığı obrazların auralarını duymamaq mümkün deyil. Əslində isə belə “canlılıq” zəngin yaradıcılıq təxəyyülünün məhsulu olan və tişəsinin nəhayətsiz fantaziyası ilə “ikinci həyat” verdiyi hər bir qəhrəmanının yaşadığı dövrü və mühiti hərtərəfli öyrənmiş ustad sənətkarın öz tükənməz yaradıcılıq enerjisini daşlara köçürməsindən qaynaqlanır.

Akademik Ömər Eldarovun yaradıcılığında obrazların psixoloji aləminin, fərdi keyfiyyətlərinin təcəssümü, kompozisiyanın tamlığı diqqəti xüsusilə cəlb edir. Müəllifin dünyaya romantik münasibətinin və yüksək sənətkarlığının ifadəsi olan Natəvanın heykəlində müsəlman qadınının, eyni zamanda, lirik şairin, müvafiq dövrün və mühitin vəhdəti böyük məharətlə əks etdirilmişdir. Obrazın zahiri görkəmi, geyimi, barmaqlarının vəziyyəti, bir sözlə sənətkarın gözə çarpdırdığı hər bir şey Natəvanın romantik qəlbini və milli keyfiyyətlərini canlandırmaqdadır.

Görkəmli heykəltaraşın yaradıcılığında xalqımızın fəlsəfi fikri, yaradıcı təfəkkürü ən yüksək səviyyədə ifadə edilib. Onun görkəmli sənətkar Tokay Məmmədov ilə birgə yaratdığı Məhəmməd Füzulinin abidəsində dərd çəkən, düşünən insan və poetik ruhun vəhdəti öz monumental ifadəsini tapıb. Sağ əlini çənəsinə söykəmiş, sol əlində kitab tutan Füzulinin surəti tamaşaçını hər dəfə “sehrləyir”.

Akademik Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltaraşlıq məktəbinin ən mükəmməl elementləri əksini tapır. Onun əsərlərinin ölkəmizin hüdudlarından kənarlarda uğur qazanması Ömər Eldarov sənətinin milliliklə yanaşı, bəşəriliyini, geniş məkanda və bütün zamanlarda qəbul olunduğunu bir daha təsdiqləyir.

Ağacdan hazırlanmış ecazkar və heyrətamiz heykəllər

Heykəltaraşın bütün yaradıcılığı boyu müxtəlif materiallarda yaratdığı portretləri obrazı dərindən duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq istedadı xüsusilə yaddaqalandır. Onun oğlu Müslümə həsr etdiyi portretdə də (1972) düşündürücülüyə bələnmiş gənclik ehtirasının ifadəsi qabarıqdır. Qızı Lalənin (1970), Maestro Niyazinin (1984), Sevinc Rzaquliyevanın (1987), Aysel və Aytənin (1988) portretlərində də zərifliyin və yaradıcılıq ehtirasının bədiiləşmiş təsirli görüntüsü ilə qarşılaşırıq.

Görkəmli tişə ustası bütün materialları özünə doğma saysa da, deməliyik ki, onun ağacdan hazırladığı heykəllər ecazkar və heyrətamizdir. Bu mənada onun rəssam S.Bəhlulzadəyə həsr etdiyi iki portretlə yanaşı, dirijor Niyazi ilə bağlı “Elegiya” əsərini, Mahatma Qandi və Rabindranat Toqorun portretlərini, o cümlədən “Zamanın dörd rəngi” kompozisiyasını xüsusi qeyd etmək lazımdır. Son əsərində ağacın özünəməxsus ifadə məziyyətini ustalıqla duyan heykəltaraş bunu insan ömrünün müxtəlif illərini əyaniləşdirən obrazların fərdi və fərqli keyfiyyətlərini aşkarlamağa yönəldə bildiyindən əsərlər kifayət qədər duyğulandırıcıdır.

Heykəltaraşlıqda psixoloji məqamları ifadə etmək çətin olsa da, Ömər Eldarov obrazların ömürlərinin ən mühüm məqamlarını tamaşaçıya böyük müvəffəqiyyətlə təqdim etməyi bacaran nadir sənətkarlardandır.

Yetişdirdiyi heykəltaraşlar şərəfli sənət yollarında

Ömər Eldarovun bütün ömrü boyu qazandığı sənət vərdişlərini gənc həmkarları ilə bölüşməyə vaxt ayırması bu gün respublikamızda onun özünəməxsus dəyərlərə malik heykəltaraşlıq məktəbinin yaranmasını şərtləndirib. Hələ sovet dönəmində Bakı şəhərində açılan SSRİ Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə yaradıcılıq emalatxanasının rəhbəri kimi bu işi görməyə başlayan Ömər müəllim hazırda bu işi 2000-ci ildə təsis olunmuş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru kimi davam etdirməkdədir. Hər gün bu ali təhsil ocağına üz tutan 95 yaşlı ustad sənətkar gündən-günə püxtələşən xələflərindən böyük ehtiram nidaları ilə eşitdiyi “Salam, Ömər müəllim!” sözlərini də həyatına qatılan yeni mənəvi enerji kimi qəbul edir.

Ümumiyyətlə, 65 ilə yaxın bir dövrü əhatə edən yaradıcılıq fəaliyyəti ərzində onun xeyir-duası ilə bir neçə nəsil istedadlı heykəltaraş bu çətin, eyni zamanda, şərəfli sənətin yollarında irəliləyib və bu gün də irəliləməkdədir.

Ömrünün müdriklik çağını yaşayan ustad sənətkar bu gün də tükənməz enerji ilə yeni-yeni əsərlər yaratmaqdadır. Ustad sənətkarımızı anadan olmasının 95-ci ildönümü münasibətilə ürəkdən təbrik edir və ona həyatda ən şirin nemət olan cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

5 ci qrup ixtisaslar

5 ci qrup son illər yeni yaradılan bir ixtisas qrupudur. 5 ci qrupa əsasən qabiliyyət imtahanı tələb edən ixtisaslar aiddir.

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta ( 11 illik) təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər. Müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanın nəticələrinə əsasən iştirak edirlər.

5 – ci qrup ixtisaslar aşağıdakılardır

  1. Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq ( qızlar üçün fiziki tərbiyə müəllimliyi) müəllimliyi
  2. Dizayn (tədris Azərbaycan və ingilis dilində)
  3. Musiqi müəllimliyi (fortepiano, qarmon, tar,saz, kamança, qanun, violin, klarnet, balaban, nağara, vokal)
  4. Təsviri İncəsənət müəllimliyi
  5. İnstrumental ifaçılıq ( fortepiano, orqan, klavesin, violin, viola, violençel, kontrabas, arfa, fleyta, klarnet, saksafon, truba, trombon, faqot, tuba, qoboy, valtorna, zərb alətləri, caz sənəti (fortepiano, kontrabas, saksafon, truba, zərb alətləri)).
  6. Solo oxuma
  7. Dirijorluq ( xor dirijorluğu, opera-simfonik orkestr dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu)
  8. Bəstəkarlıq
  9. Musiqişünaslıq
  10. Estrada sənəti
  11. Xalq çalğı alətləri ifaçılığı ( tar, kamança, qanun, nağara, qarmon saz, balaban, tütək, zurna, ney)
  12. Aktyor sənəti
  13. Dekorativ sənət
  14. Rejissorluq
  15. Operator sənəti
  16. Rəngarlıq
  17. Qrafika
  18. Heykəltaraşlıq
  19. Rəqs müəllimliyi
  20. Xoreoqrafiya sənəti ( klassik rəqs)
  21. Xoreoqrafiya sənəti ( baletmeyster)
  22. Xoreoqrafiya sənəti ( modern rəqs)
  23. Bədən tərbiyəsi və idman
  24. Məşqçi ( idman növü üzrə)

5 ci qrupa daxil edilən yeni ixtisaslar aşağıdakılardır :

  • Populyar musiqi və caz ifaçılığı ( sahələr üzrə)
  • Vokal sənəti ( sahələr üzrə)

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağıdakı 5 istiqamətə daxildir.

  • Təsviri sənət
  • Musiqi sənəti
  • Memarlıq və dizayn
  • Teatr, kino və xoreoqrafiya sənətləri
  • Bədən tərbiyəsi və idman

Comments are closed, but trackbacks and pingbacks are open.