Press "Enter" to skip to content

Gözmuncuğu

Bu barədə müxtəlif fərziyyələr vardır. Bəzi alimlər demişlər ki, gözdəymə zamanı bir insanın gözündəki mənfi şüa digər insanın bədəninə təsir edir. Bu həsəddən də ola bilər. Həsəd olmadan da kiminsə bir nemətə sahib olduğunu görüb bundan xoşu gələn insanın o nemətin bərəkətli olması üçün dua etməməsi də buna səbəb ola bilər. Daha düzünü Allah bilir.

Gözmuncuğu

Gözmuncuğu İslamdan əvvəl də var idi. Cahiliyyə dövründə uşaqların çiyninə, yaxasına çoxlu gözmuncuğu asılırdı və elə düşünürdülər ki, həmin muncuqlar uşağı xata-baladan qoruyur. Halbuki gözmuncuğu adlanan rəngli daşlar, şüşələr adi maddədən başqa bir şey deyil. Həmin maddələr isə nə bir ziyanın qarşısını almaq, nə də bir xeyir gətirmək xassəsinə malikdir. Onlar cansız əşyalardır və onlardan yardım istəmək dinimizə görə şirkdir. Bu niyyətlə uşaqlara gözmuncuğu asmaq bidət sayılır. Bidət dinimizə sonradan əlavə edilmiş işlərə deyilir. Bəzi bidətlər bəyənilsə də, bir çoxu, o cümlədən uşaqların üst-başına gözmuncuğu asmaq xoş olmayan iş kimi qəbul edilməkdədir.


Bəzi alimlər gözmuncuğundakı mavi rəngin gözdən və ya beyindən şüalanan dalğaları udduğunu iddia edirlər. Ancaq təəssüf ki, bu iddianın heç bir elmi əsası yoxdur və sadəcə olaraq, bir iddia kimi qalır.


Bəzən insanlar gözmuncuqlarını hər hansı bir yardım ummadan uşaqlarının üstünə asırlar. Yəni yardımı, mərhəməti Allahdan umduqları halda, uşaqlarının üstünə muncuq asmaqda davam edirlər. Bu halda uşaqlara gözmuncuğunu asmaq şirk sayılmır, ancaq məkruh, yəni xoşa gəlməyən bir iş kimi qəbul edilir.


Bir çox İslam alimləri bu mövzuda bir fikir üzərində həmrəydirlər. Onlara görə muncuq əvəzinə, oğlan uşaqlarına gümüşdən, qız uşaqlarına isə qızıldan “Maşallah” yazılmış kiçik lövhə asmaq daha faydalıdır. Çünki “Maşallah” (Allah istəsə, bundan daha gözəlini, daha yaxşısını yaradar) sözü ilə Allahın sonsuz qüdrətini təsdiq etmiş olursunuz. Eyni zamanda həmin uşaqda göz dəyəcək fövqəladə bir şeyin olmadığını da xatırladırsınız. Üstəlik, uşaqlarda İslami təfəkkürün formalaşmasında da bu sözün müsbət rolu var.

gözmuncuğu

Izafet II compound of göz ( “ evil eye ” ) +‎ muncuq ( “ bead ” ) .

Pronunciation [ edit ]

Noun [ edit ]

gözmuncuğu (definite accusative gözmuncuğunı, plural gözmuncuğları)

Declension [ edit ]

Declension of gözmuncuğu

singular plural
nominative gözmuncuğu gözmuncuğları
definite accusative gözmuncuğunu gözmuncuğlarını
dative gözmuncuğuna gözmuncuğlarına
locative gözmuncuğunda gözmuncuğlarında
ablative gözmuncuğundan gözmuncuğlarından
definite genitive gözmuncuğunun gözmuncuğlarının

Further reading [ edit ]

  • “gözmuncuğu” in Obastan.com .

Gözmuncuğu niyə haramdır? Əslində gözdən necə qorunmalıyıq?

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Dəyərli oxucu! Bu məqalədə gözmuncuğu və onun mislində gözdəymədən qorunmaq üçün asılan şeylərin hökmündən danışacağıq.

Gözdəymə həqiqətən də varmı?

Bəli. Gözdəymə haqq olsa da, ondan gözmuncuğu ilə deyil, Peyğəmbərimizin öyrətdiyi metodla qorunmalıyıq. Bu barədə danışacağıq Allahın izniylə. Amma, gözdəymə haqdır və gözdəymə haqqında Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

Cabirdən rəvayət olunur ki, Allah Elçisi belə buyurdu: «Gözdəymə (nəzər) insanı qəbirə, dəvəni isə qazana salar.» (İbn Hibban, 2/107)

Yəni, nəzər dəyən insan (müalicə olunmasa) bu insanın ölüb qəbirə qoyulmasına qədər gedib çıxa bilər, nəzər dəyən dəvəni isə ölmədən tez kəsərlər.

Gözdəymədən qorxmaq doğrudurmu?

Xeyr. Gözdəymədən qorxmaq lazım deyil. Sadəcə gözdəymədən qorunmaq metodunu bilmək lazımdır.

Hər kəsin başqa birinə gözdəymə təsiri ola bilərmi? Hətta, mömin insanın belə?

Bəli, bu ola bilər. Bir insanın başqa bir insana gözü dəyə bilər.

Gözdəymə necə baş verir?

Bu barədə müxtəlif fərziyyələr vardır. Bəzi alimlər demişlər ki, gözdəymə zamanı bir insanın gözündəki mənfi şüa digər insanın bədəninə təsir edir. Bu həsəddən də ola bilər. Həsəd olmadan da kiminsə bir nemətə sahib olduğunu görüb bundan xoşu gələn insanın o nemətin bərəkətli olması üçün dua etməməsi də buna səbəb ola bilər. Daha düzünü Allah bilir.

Kiməsə gözümüz dəyməsin deyə nə etməliyik?

Allah Elçisi (salləllahu aleyhi va səlləm) bu məsələyə hədislərindən birində aydınlıq gətirmiş və bir insanda xoşuna gələn bir şeyi gördükdə ona bərəkətli olması üçün dua etməyi ümmətinə öyrətmişdir. Məsələn; «MəşəAllah, təbərakAllah» və ya sadəcə «təbərakAllah» və ya «mə şə Allah, lə quvvətə illə billəh» və s. deyə bilər.

Az öncə işarət etdiyimiz hədis budur; Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Sizdən biri qardaşında, özündə yaxud malında xoşuna gələn bir şey gördükdə onun üçün bərəkət diləsin – (yəni: təbərakəllah desin), çünki, gözdəymə həqiqətdir!» (Səhih əl-Cəmi, 1/212)

Bu barədə başqa hədislər də vardır.

Çox gözü dəyən insanlar vardırm ı?

Bəli, bəzi insanlar xeyir, dua etməyi xoşlamırlar. Başqalarına da dua etməzlər. Xeyirli və xoş söz də danışmazlar. Başqalarına daha çox həsəd və paxıllıq edərlər ki, belələrinin nəfsində bir xəbislik olur və daha çox gözü dəyən insanlardan sayılırlar. Amma, bunu tamamilə bu amillə bağlamaq doğru deyil.

Hətta, bəzi əsərlərdə gəlib ki, Allah Rəsulundan sonrakı xilafətlərin dövründə dövlət insanlara gözdəyməsi çox olan, bununla da insanlara əziyyət verənləri, insanların yaşayış yerlərindən uzaq yerdə yaşamağa sövq edir, beləcə o insanların əziyyətinin qarşısını alırdı.

Belə insanları adətən insanlar özləri tanıyırdılar..

Bir yerdən gözmuncuğu, at nalı, buynuz asmaq və ya üzərlik yandırmaq, yazılı duanı və ya Quran ayəsini boyundan asmaq, başa duz fırlamaqla və s. yollarla gözdəymənin qarşısını almaq İslama görə doğrudurmu?

Bu yollarla gözdəymənin qarşısını almaq İslama görə haramdır və şirkdir. Niyyətdən asılı olaraq bunun hökmü kiçik və böyük şirk arasında dəyişir. Əgər insan bu kimi asılan şeylərin sadəcə gözdəymənin qarşısını aldığına bir “səbəb” olduğuna etiqad edərsə, bu kiçik şirkdir. Yox əgər insan bu vasitələrin Allahdan başqa özü özlüyündə xeyiri cəlb edib, şəri uzaqlaşdırdığına etiqad edərsə, bu böyük şirk olur, çünki, o Allahın nə dində, nə də dünyada səbəb etmədiyi bir şeyi səbəb hesab etmişdir. Lakin, insan bilməməzliyinə görə üzürlüdür. Kim bilmədən bu kimi şeylərdən istifadə edibsə, qoy tövbə etsin və bilsin ki, hər şey Allahın izniylə olur. Xeyir vermək və şərdən qorumaq da Allaha məxsusdur.

Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz.» (Hud, 107)

Ona görə də insan bilməlidir ki, xeyir və şər Allahın əlindədir, hansısa daş parçası və ya öz əlimizlə düzəltdiyimiz bir şey bizə nə bir xeyir, nə də zərər verə bilər, nə də bu kimi şeylər gözdəymənin qarşısını ala bilməz.

Gözmuncuğu və ya nəzər muncuğu kimi bədnəzərdən qorunmaq üçün istifadə edilən “asılan şeylər” İslamdan əvvəlki bütpərəstlərin, müşriklərin batil adətlərindən olmuşdur. Maraqlısı budur ki, bu gün də İslama zidd olan bu batil “gözmuncuğundan” istifadə edən insanlar var ki, savadsızlıqdan və cahillikdən “kitay”da (çində) düzəldilən, “kitay”lıların heç özlərinə fayda verməyən bu “gözmuncuğu”larına inanırlar. Amma, düşünsələr ki, “kitaylılar” (çinlilər) da müasir bütpərəstlərdir, onlar daşa, bütə ibadət edirlər, onda bəlkə bunun xurafat, mövhumat və şirk olduğunu anlayarlar.

«Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər.» (Furqan, 55)

İbn Məsud (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin belə dediyini eşitdim: «Ruqyə (ovsun), təmimə (gözdəymədən qorunmaq üçün asılan hər şey) və tivalə (sevdirmək üçün edilən tilsim) şirkdir.» (Əhməd, 1/381; Əbu Davud, 3883)

Hədisdə keçən «təmimə» sözü: bu, bəd nəzərdən qorunmaq, xeyir cəlb edib zərəri uzaqlaşdırmaq və s. məqsədilə asılan hər şeyi əhatə edir.

Abdullah ibn Ukeym (Allah ondan razı olsun) Allah Elçisinin belə dediyini söyləmişdir: «Kim bir şey asarsa, ona həvalə olunar.» (Tirmizi, 2072)

Bu hədisdə keçən «bir şey» qeyri müəyyənlikdə olub şərt üslubunda gəldiyi üçün asılan hər şeyi əhatə edir. Kim asılan şeylərin hər hansı növünü bu ümumilikdən çıxararsa, dəlil ona qarşıdır. Çünki, bu dəlil ümumi olduğu üçün onu xüsusiləşdirən başqa bir dəlil yoxdur. Əgər qul hədisdə keçdiyi kimi Allahdan qeyrisinə həvalə olunarsa, onu xəsarət hər yandan bürüyər.

Əbu Bəşirdən rəvayət olunan hədisdə deyilir ki: «Peyğəmbər adamlara bir Elçi göndərərək xəbərdarlıq etdi ki, «bəd nəzərdən qorunmaq məqsədi ilə dəvənin boynuna bağlanmış hər bir ip qırılıb atılmalı, buna bənzər heç bir şey qalmamalıdır.» (Buxari, 3005; Muslim, 2115)

Başqa bir hədisdə isə Uqbə ibn Amirdən rəvayət olunur ki, Allah Elçisi buyurmuşdur: «Kim gözmuncuğu taxarsa, Allah onun işini tamamlamasın.» (Əhməd, 4/154 )

Bir başqa hədisdə isə deyilir: «Kim gözmuncuğu asarsa, artıq şirk etmişdir.» (Əhməd, 4/156)

O kəs ki, gözmuncuğu və buna bənzər şeyləri üzərinə asır, bilsin ki, hədisdə Peyğəmbər belələrinə bəddua etmişdir ki, bunu edən kimsə istədiyi xeyirə çatmasın və ya şər ondan uzaqlaşmasın.

Belə asılan vasitələri insanın gözdəymədən və ya hansısa şərdən qorunmaq üçün taxması icazəli deyildir. Hətta, bu Quran ayəsi olsa belə. Çünki, bunu nə Peyğəmbərimiz edib, nə də səhabələr ediblər. Lakin, onlar ayələri oxumaqla şəfaya səbəb etmişlər. Quran ayələri oxunduqda şəfa olur, amma, üzərində gəzdirdikdə bunun bir faydası olmaz. Necə ki, bir insana həkim dərman verir ki, bunu iç, o da içmir ki, üzərində daşımaqla da şəfa tapa bilər. İnsanın dərmanı içmədən şəfa tapacağını demək necə qəribədirsə, eləcə də Quran ayəsini oxumadan üzərində gəzdirərək xeyir əldə edıcəyinə inanması da qəribədir və insanın özünü aldatmasıdır. Üstəlik də qəlbini Allaha deyil, o yazıya bağlaması isə daha böyük təhlükədir.

Bir insanın evi üzərindən at nalı, buynuz asması, üzərlik yandırması, başa duz fırlamaq kimi adətlər xurafatdır və şirk mahiyyətini daşıyır. Belə şeylərdən uzaq olmaq və qəlbi yalnız Allaha bağlanaq lazımdır. İnsan əşyalara, yaradılmışlara deyil, yaradılmışların Rəbbi olan Allaha sığnmalı, ondan kömək istəməlidir. Ona görə namaz qılanlar gündə on yeddi dəfə namazlarında fatihə surəsində bu ayəni təkrarlayırlar. «Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.» (əl-Fatihə, 4) Bu kimi ayələr Qurani-Kərimdə çoxdur. Müsəlmanın bu sözləri dərk etmədən deyib sonra da gedib öz əli ilə düzəltdiyi şeylərdən xeyir istəməsi, şərri uzaqlaşdırmasını istəməsi əsil qafillikdir.

Əgər gözmuncuğu və bənzəri şeylər taxmaq olmazsa, onda İslama görə əslində gözdəymədən necə qorunmalıyıq?

Həqiqətən də insan Allaha yaxın olduqca, quran oxumaqda və zikr etməkdə davamlı olduqca gözdəymənin təsirindən, başqa bəlalardan, insan və cinlərdən olan şeytanların şərrindən daha da uzaq olar. Amma, qurandan ən başda«ixlas», «fələq», «nəs» surələri və «ayət əl-kursi» ayəsini oxumaqla insan gözdəymədən Allahın izni ilə uzaq olar. Gözdəymədən qorunmaq üçün Peyğəmbərin ümmətə öyrətdiyi dualar da vardır. Bəzilərini qeyd edək;

«Əuzu bi-kəliməətilləhit-təəmməti min şərri mə xaləq»

«Əuzu bikəliməətilləhit-təəmməti min kulli şeytanin və həəmmətin və min kulli aynin ləəmmətin»

(Buxari, 3120) və s. duaları etmək olar.

Gördüyünüz kimi dinimiz çətinlik deyil, asanlıqdır. İslam dinini düzgün yaşamaq insanı şirkdən, ən böyük günahdan uzaq edir. Biz çalışıb Rəbbimizin əmrlərini yerinə yetirməli, qadağanlarından isə uzaq olmalıyıq. Gəlin Allahın dinini düzgün yaşayaq və xurafat, şirk kimi əməllərlə özümüzü xəsarətə düçar etməyək! Allah bizi oxuyub faydalananlardan etsin!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Comments are closed, but trackbacks and pingbacks are open.