Hipertoniya xəstəliyi
Birincili (essensial) arterial hipertoniya (və ya hipertoniya xəstəliyi) və ikincili (simptomatik) arterial hipertenziya ayırd edilir. Simptomatik hipertenziya hipertoniyanın 5-10%-ni təşkil edir. İkincili hipertenziya əsas xəstəliyin: böyrək (qlomerulonefrit, pielonefrit, vərəm, hidronefroz, şiş, böyrək arteriyasının stenozu), qalxanabənzər vəzi (tireotoksikoz), böyrəküstü vəzilər (feoxromositoma, İtsenko-Kuşinq sindromu, birincili hiperaldosteronizm), aortanın koarktasiyası və ya aterosklerozu və s. əlaməti hesab olunur.
Hipertoniya xəstəliyi
Müalicəvi çay bir və yaxud bir neçə bitki qarışığından hazırlanır. Bir bitkinin xüsusiyyətini tərkib hissəsinə görə müəyyənləşdirmək çətin deyil. Çünki elmi ədəbiyyatlarda dərman bitkiləri və onların tərkibindəki maddələr haqqında kifayət qədər məlumatlar vardır. Əgər çayın tərkibinə bir neçə bitki növü daxildirsə o zaman tərkib hissəsini təşkil edən maddələrin sayı artır və mürəkkəb bir qarışıq alınır.
Mürəkkəb tərkibə malik çayların təsir mexanizmini bilmək üçün həmin bitkilərin fərdi xüsusiyyətlərini dərindən öyrənmək lazımdır ki, qarışdırılan bitkilərin həm təbiəti, həm də xüsusiyyətləri üst-üstə düşsün. Bitkilərin sayının çoxluğu adətən müalicə etmək istədiyiniz xəstəliyin xarakterinə görə təyin edilir, miqdarı müəyyənləşdirilir və qarışdırılır. Mürəkkəb tərkibli çaylar hər bir xəstənin fərdi təbiətinə uyğun hazırlanmalı və xəstə qəbulu zamanı narahatlıq hissləri yaşamamalıdır.
Hipertoniya xəstəliyi
Siz arterial təzyiq xəstəliyinin ciddi bir xəstəlik olduğunu artıq bilirsiniz. Onu da bilməlisiniz ki, yalnız mürəkkəb tərkibə malik çaylardan müntəzəm olaraq qəbul edəcəyiniz halda xəstəliyinizi ram edə bilərsiniz. Bu zaman paralel olaraq vacib dərman preparatlarından da istifadə etmək olar. Bilmək vacibdir ki, bəzi dərman bitkilərinin kimyəvi tərkibi bir çox dərman preparatlarının tərkib hissəsi ilə üst-üstə düşmür və eyni zamanda onların tətbiqi fəsadlar verə bilər. Ona görə də bu yazıda sizə təqdim olunan bitkilər xüsusiyyətlərinə görə seçilmişdir və paralel olaraq hər hansı bir dərman preparatından istifadəsinə yol verilir.
Dərman bitkilərinin üyüdülməsi və yaxud xırda doğranması bərabər qarışması üçün vacibdir. Bitkilər çəkiyə uyğun tədarük olunur, üst-üstə tökülərək qarışdırılır. Yığıntını hazırlayandan sonra quru və qaranlıq yerdə saxlanılır. Xatırladım ki, yığıntılara daxil olan dərman bitkilərini apteklərdən və yaxud dərman bitkilərin satışı ilə məşğul olan mərkəzlərdən əldə etmək imkanınız vardır. Bir çoxlarını özünüz də tədarük edə bilərsiniz.
Bədrənc (otu) – 60 qram;
Yemişan (çiçəyi) – 80 qram;
Qarğıdalı (saçağı) – 50 qram ;
Solmazçiçəyi (çiçəyi) – 50 qram;
Damotu (otu) – 90 qram;
Qaraqınıq (yarpaqları və çiçəyi) – 50 qram;
Mərsin (yarpağı) – 60 qram;
Qinko biloba (yarpağı) – 60 qram.
Dəmləmə və qəbul qaydaları. 1-1,5 çay qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edib çay kimi 20-25 dəqiqə dəmləyin. Dəm almış çayı süzüb bir dəfəyə qəbul edin. Gün ərzində 2-3 stəkan dəmləmə qəbul edilir. Hər dəfə təzə dəmləmədən istifadə edin.
Müalicəvi çayı qəbul etdikdən sonra ilk günlər səhhətinizdə dəyişikliklərin baş verdiyini hiss edəcəksiniz. Bu hisslər sizi qorxutmamalıdır. Həmçinin ola bilər ki, bağırsaq müvəqqəti yüngül formada pozulsun və sidiyin rəngi tündləşsin. Öd ifrazatının çoxalmasından ağızda acılıq hiss olsun. Bütün bu kimi əlamətlər adətən orqanizm şlaklardan və toksiki maddələrdən təmizlənən zaman baş verir. Bir neçə gündən sonra sərbəst olaraq keçir və xəstələr tezliklə vəziyyətin yaxşılığa doğru dəyişdiyinin şahidi olurlar. Ona görə də müalicəni yarımçıq dayandırmayın. Həmçinin ola bilər ki, qəbul etdiyiniz çayın dozası 1,5 çay qaşığı sizin üçün çox olsun, o zaman miqdarını 1 çay qaşığı götürün. Bu təbiidir, çünki insan təbiətinin müxtəlif dərəcədə həssaslığı vardır.
Hipertoniya xəstəliyi
Bu yığıntının müalicəvi əhəmiyyəti ondadır ki, qəbulu zamanı əsəb sistemi sakitləşir, daxili spazmalar götürülür, arterial təzyiq sabitləşir, aktiv funksiyalı orqanların fəaliyyəti yaxşılaşır, bütövlükdə orqanizm toksiki maddələrdən təmizlənir. Qəbulu zamanı həmçinin böyrəklərin və ürəyin fəaliyyəti yaxşılaşır, ayaqlarda əmələ gələn şişkinlik götürülür, orqanizmdən şlaklar xaric edilir və s. müsbət xüsusiyyətləri vardır. Buna baxmayaraq qəbulunda bir nizam olmalıdır. Məsləhət görülən dozadan artıq və yaxud çox az miqdarda qəbul edib istənilən nəticəni almaq çətin olacaq.
Hipertoniya xəstəliyi
Hipertoniya xəstəliyi – ürək-damar aparatının damar tənziminin ali mərkəzlərinin, neyrohumoral və böyrək mexanizmlərinin disfunksiyası nəticəsində inkişaf edən, arterial hipertenziya, ürək, MSS, böyrəklərin funksional və üzvi dəyişiklikləri ilə nəticələnən patologiyasıdır. Sübyektiv təzahürlərinə baş ağrıları, qulaqlarda küy, ürəkdöyünmə, təngnəfəslik, ürək nahiyəsində ağrı, göz önündə pərdənin əmələ gəlməsi və s. aiddir. Müayinə prosesinə AT monitorinq, EKQ, ExoKQ, böyrək və boyun arteriyalarının USDQ, qanın biokimyəvi göstəriciləri və sidik analizi daxildir. Diaqnoz təsdiqləndikdə bütün risk amilləri nəzərə alınmaqla medikamentoz terapiya təyin olunur.
- Hipertoniya xəstəliyinin inkişaf mexanizmləri
- Hipertoniya xəstəliyinin təsnifatı
- Hipertoniya xəstəliyinin risk amilləri
- Hipertoniya xəstəliyinin əlamətləri
- Hipertoniya xəstəliyinin ağırlaşmaları
- Hipertoniya xəstəliyinin diaqnostikası
- Hipertoniya xəstəliyinin müalicəsi
- Hipertoniya xəstəliyinin proqnozu
- Hipertoniya xəstəliyinin profilaktikası
Hipertoniya xəstəliyi barədə ümumi məlumat
Hipertoniya xəstəliyinin əsas əlaməti daimi yüksək arterial təzyiqdir. Bu zaman psixoemosional və ya fiziki yüklənmələr nəticəsində situativ yüksələn AT yalnız hipotenziv vasitələrin qəbulundan sonra azalır. ÜST-nin məlumatlarına əsasən 140/90 mm.cv.süt.-dan yüksək olmayan arterial təzyiq normal sayılır. İki ardıcıl müayinə prosesində sistolik göstəricinin 140-160 mm.cv.süt.-dan, diastolik təzyiqin isə 90-95 mm. cv.süt.-dan yuxarı olması hipertoniya kimi qiymətləndirilir.
Qadınlar və kişilər arasında hipertoniya xəstəliyinin yayılma tezliyi təxminən eynidir (10-20%), o, əsasən 40 yaşdan sonra inkişaf edir, lakin çox zaman yeniyetmələrdə də rast gəlinir. Hipertoniya xəstəliyi aterosklerozun inkişafını sürətləndirir, gedişini ağırlaşdırır, həyat üçün təhlükəli fəsadların yaranmasına gətirib çıxarır. Aterosklerozla yanaşı hipertoniya cavanlarda erkən ölüm hallarının geniş yayılan səbəblərindən biridir.
Birincili (essensial) arterial hipertoniya (və ya hipertoniya xəstəliyi) və ikincili (simptomatik) arterial hipertenziya ayırd edilir. Simptomatik hipertenziya hipertoniyanın 5-10%-ni təşkil edir. İkincili hipertenziya əsas xəstəliyin: böyrək (qlomerulonefrit, pielonefrit, vərəm, hidronefroz, şiş, böyrək arteriyasının stenozu), qalxanabənzər vəzi (tireotoksikoz), böyrəküstü vəzilər (feoxromositoma, İtsenko-Kuşinq sindromu, birincili hiperaldosteronizm), aortanın koarktasiyası və ya aterosklerozu və s. əlaməti hesab olunur.
Birincili arterial hipertoniya sərbəst xroniki xəstəlik kimi inkişaf edir. Arterial hipertenziyaların 90%-i onun payına düşür. Hipertoniya xəstəliyində təzyiqin yüksəlməsi orqanizmin tənzimləyici sistemində disbalansla əlaqədar baş verir.
Hipertoniya xəstəliyinin inkişaf mexanizmi
Hipertoniya xəstəliyinin patogenezinin əsasınında ürək atımı (qanın dəqiqəlik həcmi) və periferik damarların müqavimətinin artması dayanır. Stress amilinin təsirinə cavab olaraq, baş beynin ali mərkəzləri (hipotaalmus və uzunsov beyin) tərəfindən periferik damarların tonusunun tənzimi pozulur. Periferiyada arteriolların (o cümlədən böyrək damarlarının) spazmı yaranır, bu da diskinetik və dissirkulyator sindromların formalaşmasına gətirib çıxarır. Renin-angiotenzin-aldosteron sisteminin neyrohormonlarının sekresiyası güclənir. Mineral mübadiləsində iştirak edən aldosteron damar məcrasında su və natriumun ləngiməsinə səbəb olmaqla, damarlarda sirkulyasiya edən qanın həcmini daha da artırır və AT-ni yüksəldir.
Arterial hipertenziya zamanı qanın özlülüyünun artması nəticəsində qan cərəyanının sürəti və toxumalarda mübadilə prosesləri zəifləyir. İntert damar divarları qalınlaşır, mənfəzləri daralır, damarların ümumi periferik müqavimətinin yüksək səviyyəsi fiksə olunur və arterial hipertenziya geridönməyən xarakter alır. Sonralar damar divarlarının keçiriciliyinin artması və plazmanın hopması ilə əlaqədar elastofibroz və arterioloskleroz inkişaf edir, bu da orqan toxumalarında ikincili dəyişikliklər: miokardın sklerozu, hipertonik ensefalopatiya, birincili nefroangiosklerozla nəticələnir.
Hipertoniya xəstəliyində orqanların zədələnmə dərəcəsi müxtəlif olur, bu səbəbdən hipertoniyanın bir neçə klinik-anatomik variantları ayırd edilir.
Hipertoniya xəstəliyinin təsnifatı
Hipertoniya xəstəliyi bir sıra əlamətlərə: AT-nin qalxma səbəbləri, hədəf orqanların zədələnməsi, AT-nin səviyyəsi, gedişinə və s. əsasən təsnif edilir. Etioloji prinsipə görə arterial hipertenziya 2 qrupa bölünür: essensial (birincili) və ikincili (simptomatik). Gediş xüsusiyyətlərinə əsasən hipertoniya xəstəliyi xoşxassəli (ləng proqressivləşən) və ya bədxassəli (sürətlə proqressivləşən) gedişli olur.
AT-nin səviyyə və stabilliyi daha böyük praktik əhəmiyət kəsb edir. AT səviyyəsindən asılı olaraq aşağıdakı formalar ayırd olunur:
- Оptimal АT – < 120/80 mm.cv. süt.
- Normal АT – 120-129 /84 mm.cv. süt.
- Yüksək normal (keçid) AT – 130-139/85-89 mm.cv. süt.
- I dərəcəli arterial hipertenziya – 140—159/90—99 mm.cv. süt.
- II dərəcəli arterial hipertenziya – 160—179/100—109 mm.cv. süt.
- III dərəcəli arterial hipertenziya – 180/110 mm cv. süt.-dan yüksək
Diastolik AT səviyyəsinə görə hipertoniya xəstəliyinın 3 variantı qeydə alınır:
- Yüngül gedişli – diastolik AT < 100 mm.cv. süt.
- Mülayim gedişli – diastolik AT 100-115 mm.cv. süt.
- Ağır gedişli – diastolik AT > 115 mm.cv.süt.
Xoşxassəli, ləng proqressivləşən hipertoniya xəstəliyinin gedişi hədəf orqanların zədələnməsi və assosiasiyalı (yanaşı gedən) vəziyyətlərin inkişafından asılı olaraq, 3 mərhələyə bölünür:
I mərhələ (yumşaq və mülayim hipertoniya) – AT qeyri-stabildir, gün ərzində 140/90—160-179/95-114 mm.cv.süt.arasında dəyişir. Hipertonik krizlər nadir hallarda yaranır, yümgül gedir. MSS və daxili orqanların üzvi zədələnmələri müşahidə edilmir.
II mərhələ (ağır hipertoniya) – AT 180-209/115-124 mm.cv.süt., hipertonik krizlər xarakterikdir. Obyektiv müayinələrdə (fizikal, laborator, exokardioqrafiya, elektrokardioqrafiya, rentgenoqrafiya) torlu qişanın damarlarının daralması, mikroalbuminuriya, qan plazmasında kreatininin miqdarının artması, sol mədəciyin hipertrofiyası, baş beynin tranzitor işemiyası qeydə alınır.
III mərhələ (çox ağır hipertoniya) – АД 200-300/125-129 mm.cv.süt. və daha yüksəkdir. Ağır hipertonik krizlər tez-tez təkrarlanır. Hipertentenziyanın zədələyici təsiri hipertonik ensefalopatiya, sol mədəcik çatışmazlığı, beyin damarlarının trombozu, görmə sinirinin ödemi və hemorragiyası, damarların laylanan anevrizmaları, nefroangioskleroz, böyrək çatışmazlığı və s. səbəb olur.
Hipertoniya xəstəliyinin risk amilləri
Daxili orqanların, o cümlədən ürək-damar sisteminin işinə nəzarət edən MSS-nin ali şöbələrinin tənizmləyici fəaliyyətinin pozulması hipertoniya xəstəliyinin inkişafında aparıcı rol oynayır. Bu səbəbdən hipertoniya xəstəliyi tez-tez təkrarlanan emosional gərginlik, uzunmüddətli və güclü həyəcan, stresslər, zehni fəaliyyətlə bağlı izafi yüklənmə, vibrasiya və səslərlərin təsirindən inkişaf edə bilir.
Hipertoniya xəstəliyinin risk amillərinə həmçinin arteriyaların spazmı və mayenin ləngiməsində iştirak edən duzun həddindən artıq istifadəsi aiddir. Sübut olunmuşdur ki, irsi meylliyin olduğu hallarda gün ərzində 5 qramdan artıq duzun qəbulu hipertoniyanın inkişaf ehtimalını yüksəldir.
Hipertoniya xəstəliyi üzrə ağırlaşmış irsiyyət onun yaxın qohumlarda (bacı, qardaşlar) inkişafında əhəmiyyətli rol oynayır. 2 və daha artıq yaxın qohumda hipertenziyanın olması hipertoniya xəstəliyinin inkişaf riskini artırır.
Böyrəküstü və qalxanabənzər vəzilər, böyrəklərin xəstəlikləri, şəkərli diabet, ateroskleroz, piylənmə, xroniki infeksiyalar (tonzillit) hipertoniya xəstəliyinə səbəb olur.
Qadınlarda klimakterik dövrdə hormonal disbalans, emosional və nevrotik reaksiyalarının kəskinləşməsi ilə əlaqədar hipertoniya xəstəliyinin yaranma ehtimalı artır. 60% qadınlar hipertoniya xəstəliyinə məhz klimaks dövründə tutulur.
Yaş amili və cinsi mənsubiyyət kişilərdə hipertoniyanın kişilərdə hipertoniyanın yüksək inkişaf riskinə şərait yaradır. 20-30 yaşlarda hipertoniya 9,4%, 40 yaşdan sonra–35%, 60-65 yaşdan sonra – artıq 50% kişilərdə rast gəlinir. 40 yaşa qədər yaş qrupunda hipertoniya xəstəliyi kişilərdə daha çox qeydə alınır, yaş artdıqca nisbət qadınların əleyhinə dəyişir, bu da kişilərin orta yaş dövründə hipertoniya xəstəliyinin ağırlaşmaları səbəbindən erkən ölümün daha yüksək göstəriciləri, eləcə də qadın orqanizmində gedən menopauzal dəyişikliklərlə izah olunur. Hazırda hipertoniya xəstəliyi cavan və yetkin yaşlarda tez-tez müşahidə edilir.
Hipertoniya xəstəliyinin əlavə risk amillərinə alkoqolizm, siqaretdən istifadə, qeyri-rasional qidalanma, artıq çəki, hipodinamiya, qeyri-qənaətbəxş ekologiya aid edilir.
Hipertoniya xəstəliyinin əlamətləri
Hipertoniya xəstəliyinin gedişi AT-nin yüksəlmə səviyyəsindən və hədəf orqanların zədələnməsindən asılıdır. Erkən mərhələlərdə hipertoniya xəstəliyi nevrotik dəyişikliklərlə: başgicəllənmə, tranzitor baş ağrıları (əsasən ənsə nahiyəsində), başda ağırlıq və pulsasiya, qulaqlarda küy, yuxu pozğunluğu, yorğunluq, əzginlik, ürəkdöyünmə, ürəkbulanma ilə xarakterizə olunur.
Sonralar yuxarıda sadalanan əlamətlərə tez yerimə, qaçış, fiziki gərginlik, pilləkənlə qalxma zamanı təngnəfəslik qoşulur. Arterial təzyiq 140-160/90-95 mm.cv.süt-dan (və ya 19—21/ 12 hPa) yüksəkdir. Tərləmə, üzün qızarması, titrəməyəbənzər tremor izlənilir, ürək nahiyəsində küt uzunmüddətli ağrılar xarakterikdir. Mayenin ləngiməsi zamanı əllərin («üzük simptomu» – barmaqdan üzük çətinliklə çıxarılır), üzün, göz qapaqlarının şişkinliyi müşahidə edilir.
Arterial hipertenziyalı xəstələrdə göz önündə qara nöqtələr, dumanlanma, qığılcımlar yaranır, bu da torlu qişanın damarlarının spazmı ilə bağlıdır; görmənin proqressiv şəkildə azalır, torlu qişaya qansızma korluğa səbəb ola bilər.
Hipertoniya xəstəliyinin ağırlaşmaları
Uzunmüddətli və ya bədxassəli gedişə malik hipertoniya xəstəliyində hədəf orqanların: beyin, böyrəklər, ürək, gözlərin xroniki zədələnməsi qeydə alınır. AT-nin dayanıqlı yüksəlməsi fonunda bu orqanların qan dövranının qeyri-stabilliyi stenokardiya, miokard infarktı, hemorragik və ya işemik insult, ürək astması, ağciyərlərin ödemi, aortanın laylanan anevrizması, torlu qişanın qopması, uremiyaya gətirib çıxara bilər. Kəskin təxirəsalınmaz vəziyyətlər xəstənin ölümü ilə nəticələnə bilər, belə sonluqların qarşısını almaq üçün AT ilk dəqiqə və saatlarda azaldılmalıdır.
Hipertoniya xəstəliyinin gedişi əksər hallarda hipertonik krizlərlə – AT-nin periodik qısamüddətli yüksəlməsi ilə ağırlaşır. Krizlərin inkişafına emosional və ya fiziki gərginlik, stress, hava şəraitinin dəyişməsi və s. səbəb ola bilər. Bu zaman AT-nin qəfil yüksəlməsi müşahidə edilir. Hipertonik kriz bir neçə saat və ya gün davam edir, başgicəllənmə, kəskin baş ağrıları, istilik hissi, ürəkdöyünmə, qusma, kardialgiya, görmə pozğunluğu ilə müşayiət edilir.
Hipertonik kriz zamanı xəstələrdə qorxu, oyanıqlıq və ya tormozlanma, yuxululuq izlənilir; ağır gedişli krizlərdə huş tamamilə itə bilər. Hipertonik kriz və damarların üzvi dəyişiklikləri fonunda çox zaman miokard infarktı, beyin qan dövranının kəskin pozulmaları, sol mədəciyin kəskin çatışmazlığı yarana bilər.
Hipertoniya xəstəliyinin diaqnostikası
Hipertoniya xəstəliyinə şübhə yarandıqda pasiyentlərin müayinəsi aşağıdakı məqsədləri daşıyır: AT-nin stabil yüksəlməsinin təsdiqi, ikincili arterial hipertenziyanın inkarı, hədəf orqanların zədələnmə dərəcəsinin təyini, arterial hipertoniyanın mərhələsi və ağırlaşmaların inkişaf riskinin qiymətləndirilməsi. Anamnezin toplanması zamanı pasiyentin hipertoniya üzrə risk amillərinin təsirinə məruz qalması, şikayətlər, AT-nin yüksəlmə səviyyəsi, hipertonik krizlərin ya yanaşı gedən xəstəliklərin olmasına diqqət yetirilir.
Hipertoniya xəstəliyinin olmasını və onun dərəcəsini müəyyən etmək üçün AT-nin dinamik ölçüləməsi informativ üsul sayılır. AT səviyyəsinin dəqiq göstəricilərini əldə etmək üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:
- AT rahat sakit şəraitdə, pasiyentin 5-10 dəqiqəlik adaptasiyasından sonra ölçülməlidir. Prosesdən 1 saat qabaq siqaret çəkmə, yüklənmə, qida, çay və kofe qəbulu, nazal və göz damcılarının (simpatomimetiklərin) istifadəsinindən imtina etmək məsləhət görülür.
- Pasiyentin vəziyyəti – oturaq, ayaq üstə və ya uzanıqlı; əl ürək səviyyəsində yerləşdirilir. Manjet bazuya dirsək büküşündən 2.5sm yuxarıda bağlanılır.
- Pasiyentin ilkin müraciətində AT 1-2 dəqiqəlik intervalla hər 2 əldə təkrar ölçülür. АT-nin 5 mm. cv.süt.-dan yuxarı asimmetriyalarında növbəti ölçülmə göstəricinin daha yüksək olduğu əldə aparılmalıdır. Qalan hallarda AT bir qayda olaraq, «işləməyən» əldə ölçülür.
Təkrari ölçülmələrdə AT göstəriciləri fərqli olduqda minimal və maksimal göstəricilər istisna edilməklə orta riyazi göstərici əsas götürülür. Hipertoniya xəstəliyində AT-nin ev şəraitində nəzarətdə saxlanılması çox vacibdir.
Laborator müayinələrə qan və sidiyin klinik analizləri, qanda ümumi xolesterin, kalium, kreatinin, qlükoza, triqliseridlərin səviyyəsinin biokimyəvi təyini, sidiyin Zimnitski və Neçiporenko üsulu ilə müayinəsi, Reberq sınağı daxildir.
Elektrokardioqrafiyada sol mədəciyin hipertrofiyası müəyyən edilir. EKQ məlumatları exokardioqrafiya üsulu ilə dəqiqləşdirilir. Oftalmoskopiya – göz dibinin müayinəsi hipertonik angioretinopatiyanın dərəcəsini təyin edir. Ürəyin ultrasəs müayinəsində onun sol kameralarının böyüməsi müəyyən olunur. Hədəf orqanların zədələnməsini aşkar etmək üçün qarın boşluğu orqanlarının USM, EEQ, uroqrafiya, aortoqrafiya, böyrəklər və böyrəküstü vəzilərin KT icra olunur.
Hipertoniya xəstəliyinin müalicəsi
Hipertoniya xəstəliyinin müalicəsi AT-nin korreksiyası ilə yanaşı, həm də ağırlaşmaların yaranma riskinin maksimal dərəcədə azaldılması məqsədi daşıyır. Hipertoniya xəstəliyini tam sağaltmaq real olmasa da onun inkişafını və krizlərin yaranma tezliyini zəiflətmək mümkündür.
Müalicə zamanı müsbət nəticələr əldə etmək üçün həkimlə bərabər pasiyent səy göstərməlidir. Hipertoniyanın istənilən mərhələsində aşağıdakı tələblərə riayət olunmalıdır:
- Xörək duzunun istifadəsinin məhdudlaşdırılması, kalium və maqneziumun qəbulunun artırılması ilə pəhriz tutmaq;
- Spirtli içkilər və siqaretdən imtina və ya kəskin azaldılması;
- Artıq çəkidən azad olmaq;
- Fiziki aktivliyi artırmaq: piyada gəzintiləri, üzgüçülük, MBT ilə məşğul olmaq;
- Arterial təzyiqə nəzarət və kardioloqun dinamik müşahidəsi altında təyin edilmiş preparatların uzunmüddətli və sistematik qəbulu.
Hipertoniya xəstəliyində vazomator aktivliyi zəiflədən və noradrenalinin sintezini tormozlayan hipotenziv vasitələr, diuretiklər, β-adrenoblokatorlar, dezaqreqantlar, hipolipidemik və hipoqlikemik, sedativ preparatlar təyin olunur. Müalicə sxemi risk amillərinin bütün spektri, AT səviyyəsi, yanaşı gedən xəstəliklər və hədəf orqanların zədələnməsi nəzərə alınmaqla individual qaydada seçilir.
Hieprtoniya xəstəliyinin müalicəsinin effektivlik kriteriyalarına aşağıdakı məqsədlərin əldə olunması aiddir:
- qisamüddətli məqsədlər: AT-nin maksimal azaldılması;
- ortamüddətli məqsədlər: hədəf orqanlarının zədlənmələrinin inkişafı və ya proqressivləşməsinin qarşısının alınması;
- uzunmüddətli məqsədlər: ürək-damar və s. ağırlaşmaların profilaktikası, pasiyentin yaşama müddətinin uzadılması.
Hipertoniya xəstəliyinin proqnozu
Hipertoniya xəstəliyinin uzaq nəticələri xəstəliyin mərhələsi və gediş xüsusiyyətlərinə (xoş- və ya bədxassəli) əsasən müəyyən edilir. Ağır gediş, sürətlə proqressivləşən hipertoniya xəstəliyi, hipertoniyanın damarların ağır dərəcəli zədələnmələri ilə müşahidə olunan III mərhələsi damar ağırlaşmalarının tezliyini əhəmiyyətli dərəcədə artırır, proqnozu pisləşdirir.
Hipertoniya xəstəliyində miokard infarktı, insult, ürək çatışmazlığı və erkən ölüm riski çox yüksəkdir. Cavan yaşlarda hipertoniyaya tutulan şəxslərdə bu xəstəliyin gedişi qeyri-qənaətbəxş olur. Рerkən və sistematik terapiya, arterial təzyiqə nəzarət hipertoniya xəstəliyinin proqressivləşməsini ləngidir.
Hipertoniya xəstəliyinin profilaktikası
Hipertoniya xəstəliyinin birincili profilaktikası mövcud risk amillərinin aradan qaldılırmasına yönəldilir. Mülayim fiziki yüklənmələr, az duzlu və hipoxolesterinli pəhriz, psixoloji sakitlik, zərərli vərdişlərdən imtina məsləhət görülür. Arterial təzyiqə nəzarət etməklə hipertoniya xəstəliyinin erkən mərhələlərdə aşkarlanması, pasiyentlərin dispanserizasiyası, individual hipotenziv terapiyaya riayət və AT-nin normal səviyyədə saxlanılması vacibdir.
Yüksək Qan Təzyiqi (Hipertoniya) Nədir? Əlamətləri və Müalicə Üsulları
Damardakı qanın damar divarına vurduğu yüksək təzyiqə hipertoniya deyilir. Hipertoniyada diastolik və ya diastolik qan təzyiqi normadan yüksəkdir. Yüksək qan təzyiqi bəzi insanlarda heç bir əlamətə səbəb olmaya və insanın gündəlik həyatına təsir etməyə bilər. Xəstə uzun illər hipertoniya problemi olduğunu bilmədən həyatına davam edə bilər. Xəstəlik böyrək, beyin, ürək və damar sisteminə uzun müddət heç bir əlamət göstərmədən vura biləcəyi zərərə görə “səssiz qatil düşmən” olaraq da tanınır. Hipertoniya səbəbiylə orqanları qidalandıran damarların tıxanıqlığı, genişlənməsi və ya yırtılması baş verə bilər. Yüksək qan təzyiqi orqanlara qan axını pozaraq orqan çatışmazlığına da səbəb ola bilər. Yüksək təzyiq xəstəliyi həkim nəzarəti altında izlənilməlidir.
Hipertoniya Əlamətləri Nələrdir?
Qan təzyiqi 180/110 mmHg-dən yuxarı qalxmasa, heç bir əlamət göstərməyə bilər. Amma daim yüksək olanda orqanizmə ciddi zərər verir. Yüksək qan təzyiqinin ən çox müşahidə edilən simptomları bunlardır:
- Tez-tez sidiyə getmə
- Bulanıq və ya ikiqat görmə
- Ayaqlarda şişlik
- Nəfəs darlığı və halsızlıq
- Zəiflik, yorğunluq və narahatlıq
- Burun qanamaları
- Ürək döyüntüsü və ürək ağrısı
- Başgicəllənmə və baş ağrısı
- Qulaqlarda cingilti
Hipertoniyanın Səbəbləri Nələrdir?
Yüksək qan təzyiqi xəstəliyinin yaranmasının ən əhəmiyyətli iki səbəbi vardır. Genetik və ətraf mühit faktorları xəstəliyin inkişafında və yaranmasında mühüm rola malikdir. Hipertoniya keçmişi olan birinci dərəcəli qohumu olan insanların xəstəliyə tutulma riski daha yüksəkdir. Ümumi olaraq isə hipertoniya xəstəliyinin ən çox görülən səbəbləri aşağıdakılardır:
- Həddindən artıq duzlu qidalar istehlak etmək
- Yüksək kəllədaxili təzyiq
- Böyrək şişləri
- Kəskin və ya xroniki böyrək xəstəlikləri
- Tiroid bezi xəstəlikləri
- Diabet
- Yüksək xolesterol
- Hamiləlik
- Çəki artıqlığı
- Alkoqol və siqaret
Hipertoniyanın Müalicəsi Necə Olmalıdır?
Xəstəliyin müalicəsi üçün ilk növbədə xəstələrdən həyat tərzində dəyişiklik etmələri xahiş olunur. Əgər təzyiq xəstəsi ideal çəkidən yuxarıdırsa, ideal çəkiyə qayıtmaq üçün adekvat və balanslı bir pəhriz proqramı tətbiq edilməsi tövsiyə olunur. Xəstənin qidalanmasında duz istehlakı məhdudlaşdırılmalı, meyvə və tərəvəz istehlakı artırılmalıdır. Marqarin, yağ və piy kimi doymuş yağları yüksək olan qidalar pəhrizdən xaric edilir. Alkoqol və siqaret istifadəsi mütləq dayandırılmalıdır. Arterial təzyiq xəstələrinin müntəzəm fiziki fəaliyyəti onların təzyiqini tənzimləməyə kömək edir. Həyat tərzində dəyişikliklərə uyğunlaşa bilməyən və ya dəyişikliklərə baxmayaraq, qan təzyiqi aşağı salına bilməyən hallarda həkim nəzarəti tələb edilir. Həkimin tövsiyə etdiyi dərmanlar mütəmadi olaraq, qəbul edilməli və həkimlə məsləhətləşmədən doza dəyişdirməməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.