İqtisadi islahatlar və sürətli inkişaf
Heydər Əliyevin ən böyük uğurlarından biri Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşurutlarla çıxarılması məsələsi idi. Ulu Öndər Azərbaycanın enerji resurslarının 2 istiqamətdə dünya bazarına çıxarılmasına nail oldu. 1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən keçirməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalandı. Azərbaycanın enerji resurslarının şimal marşurutu bilinəndən sonra, 1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verirdi. Bu marşurutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılması oldu. Heydər Əliyevin neft sahəsində ən böyük uğuru BTC lahiyəsi oldu.
Özbəkistan Azərbaycanın iqtisadi islahatlar təcrübəsini öyrənəcək – FOTO
“İqtisadi artım” kitabı Özbəkistan Prezident Administrasiyasının beyin mərkəzi olan – İqtisadi Təhlil və İslahatlar Mərkəzində təqdim olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, kitabın müəllifi, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı iqtisadi artım konsepsiyasını təqdim edib. O qeyd edib ki, iqtisadi artımın təmin olunmasında müxtəlif amillər rol oynasa da, hər bir ölkənin özünəməxsus çağırışları və inkişaf strategiyaları olmalıdır. Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi islahatların idarəedilməsi modeli böyük maraq doğurub. Xüsusilə də, islahatların generasiyası və qiymətləndirilməsi arasında əlaqənin yaradılması, prosesin tam rəqəmsallaşdırılması, böyük verilənlər bazası əsasında qərarların qəbul edilməsi, Azərbaycanın dünyada ən islahatçı ölkələr qrupunda təmsil olunması vurğulanıb. Qərara gəlinib ki, Azərbaycanın iqtisadi islahatların idarəedilməsi modelinin daha dərindən öyrənilməsi üçün Özbəkistanın nümayəndə heyətinin ölkəmizə səfəri təşkil olunsun. Özbəkistan Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimov Azərbaycan və Özbəkistan kimi dost ölkələrin beyin mərkəzləri arasında əməkdaşlığın və bilik mübadiləsinin vacib olduğunu qeyd edib.
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
İqtisadi islahatlar və sürətli inkişaf
Azərbaycan XXI əsrin əvvəllərindən başlayaraq yerləşdiyi bölgənin və postsovet məkanının iqtisadi baxımdan ən sürətli, dinamik inkişaf edən ölkəsinə çevrilib. Bir tərəfdən ölkənin zəngin neft-qaz resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşması, bunun nəticəsində Azərbaycanın gəlirlərinin sürətlə artması, digər tərəfdən isə bu gəlirlərin effektiv şəkildə idarə edilməsinə və iqtisadiyyatın diversifikasiyana yönəlmiş ardıcıl islahatların həyata keçirilməsi çox keçmədən öz nəticələrini verib. Ölkənin valyuta ehtiyatlarının həcmi 2012-ci ilin əvvəllərinə olan məlumatlara əsasən 40 milyard dolları keçib. Eyni zamanda iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi də davamlı şəkildə artıb və Azərbaycan iqtisadiyyatının neftdən asılılığı riski ortadan qalxıb. Bir çox yerli və xarici ekspertlər tərəfindən Azərbaycana böyük neft gəlirlərinin daxil olmağa başlamasından sonra iqtisadiyyatda “Holland sindromu”nun yaşana biləcəyinə dair irəli sürülən proqnozlar boşa çıxıb. Hazırda Azərbaycan xarici investisiyalara ehtiyacı olan ölkədən yerləşdiyi regionda və ondan kənarda irihəcmli investisiyalar yatıran ölkəyə çevrilib.
Ümumi Daxili Məhsulun (ÜDM) yüksək artım tempi
1995-ci ildən etibarən Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) davamlı olaraq artması tendensiyası başlayıb. Dövlət Statistika Komitəsinin makroiqtisadi göstəricilərə dair məlumatlarına əsasən1995-2003-cü illər ərzində ÜDM-in orta illik artımı 9 faiz, adambaşına düşən ÜDM 3 dəfə, orta aylıq əməkhaqqı isə 5,3 dəfə artıb. Xarici investisiya qoyuluşları 10 dəfə, daxili investisiyalar 5 dəfə, büdcə gəlirləri 3 dəfə artıb, büdcənin defisiti minimum həddə enib. Özəl sektorun ÜDM-dəki payı da 2003-cü ilə qədər 73 faizə qədər artıb.
Rəsmi statistik göstəricilərə görə, 2004-2011-ci illərdə Azərbaycanda ÜDM bir qədər də yüksələrək orta hesabla 14 faiz, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM 9 faiz artıb. Bu müddət ərzində ölkədə adambaşına düşən ÜDM 5 dəfə, ÜDM-də özəl sektorun payı isə 81,7 faizədək artıb. Xarici borcun ÜDM-ə olan nisbəti 2003-cü ildəki 18 faizdən mövcud 7 faizə kimi aşağı düşüb. Strateji valyuta ehtiyatları 40 milyard dolları ötüb ki, bu da xarici borc həcmindən 8 dəfə çoxdur. Bu dövrdə Azərbaycana qoyulan investisiyalar 2,4 dəfə artıb, bunların 1,5 faizi xarici, 5,5 faizi daxili qoyulan investisiyadır. Həmin dövrdə büdcənin gəlirləri hər il orta hesabla 24 faiz artıb, büdcənin defisiti hazırda 1 faizdən aşağı səviyyədədir. Həmçinin son iki ildə Azərbaycanda qeyri-neft sektoru üzrə ÜDM-in neft sektoru üzrə ÜDM-ə nisbətdə artım tendensiyası müşahidə olunur. Ölkə prezidenti öz çıxışlarında bu tendensiyasının qorunmasını dəfələrlə vurğulamış və bunu hökumətin qarşısında strateji vəzifə kimi qoymuşdur.
Məhz ölkəyə böyük neft gəlirlərinin daxil olması ilə paralel həyata keçirilən iqtisadi islahatlar, neft pullarının effektiv idarə edilməsi və yönləndirilməsi sayəsində Azərbaycanı 2005-2007-ci illərdə ÜDM-in illik artım templərinə görə dünya liderləri sırasına çıxarmışdı: ölkədə 2005-ci ildə 26,4 faizlik, 2006-cı ildə rekord 34,5 faizlik, 2007-ci ildə isə 25 faizlik ÜDM artımı qeydə alındı. 2008-ci ildə dünyanı bürümüş olan maliyyə-iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı geriləməyən çox azsaylı ölkələrdən biri idi. Həmin il ÜDM-in 10,8 faiz artımı baş vermişdi.
İslahatlar və iqtisadiyyatın diversifikasiyası
Azərbaycan iqtisadiyyatında davamlı artım tendensiyası Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin 2006-cı ilin iyul ayında tam olaraq işə düşəndən sonra ölkəyə daxil olan böyük neft gəlirləri ilə sürətli inkişafa çevrilib. O zaman gündə 1 milyon barrel nefti dünya bazarlarına çıxaran bu kəmərin işə düşməsindən sonra Azərbaycana daxil olan böyük həcmdə gəlirlərin nə dərəcədə effektiv idarə edilməsi ölkə qarşısında kifayət qədər vacib məsələ kimi dayanmışdı. Azərbaycan prezidenti İlham Əliyevin hələ böyük neft gəlirlərinin ölkəyə daxil olmasından əvvəl qeyri neft sektorunun, orta və kiçik sahibkarlığın, regionların və kənd təsərrüfatının inkişafı ilə bağlı başlatdığı iqtisadi islahatlar (müvafiq sahələrlə bağlı dövlət proqramları, prezidentin əmr və sərəncamları), iqtisadiyyatın diversifikasiyasına yönələn proqramlar imkan verdi ki, bu məsələ uğurla həll edilsin. Azərbaycan çox qısa müddət ərzində-cəmi bir neçə il içərisində iqtisadiyyatın neft gəlirlərindən asılığını minimuma endirə bildi, bir tərəfdən ölkə iqtisadiyyatının sürətli artımı baş verdi, o biri tərəfdən qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın liberallaşmasına, kiçik və orta sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, regionların inkişafına yönələn proqramlar həyata keçirildi. Bu məqsədlə ölkə başçısı tərəfindən ardıcıl olaraq qeyri-neft sektorunun inkişafına yönələn fərman və sərəncamlar verildi, qanun və qərarlar qəbul edildi.
Ölkə beynəlxalq iqtisadi hesabatlarda
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafına yönələn uğurlu iqtisadi siyasət nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də qeyd edilib. Azərbaycan 2009-cu ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il hazırlanan «Doing Business» reytinqinə görə dünya dövlətləri arasında biznesin aparılması sahəsində ən uğurlu nəticələrə nail olmuş ölkələrdən biri kimi tanınıb. Hesabatın hazırlandığı 10 əsas qiymətləndirmə istiqamətlərindən 7-si üzrə Azərbaycan əhəmiyyətli artıma nail olub və «Doing Business-2008» hesabatı ilə müqayisədə «Doing Business-2009»da mövqelərini digər dövlətlərə nisbətən görünməmiş templərlə yaxşılaşdırıb. Hesabata əsasən Azərbaycan iqtisadi islahatlar həyata keçirən ölkələr arasında lider olub.
Dünyanın nüfuzlu qurumlarından olan Dünya İqtisadi Forumunun (WEF – World Economic Forum) 2011-2012-ci illər üçün dünyanın 142 ölkəsini əhatə edən iqtisadi rəqabətlilik reytinqində də Azərbaycan keçmiş sovet respublikaları arasında ən öndə gedən ölkələrdən biridir. Bu reytinqdə Azərbaycan 2010-cu illə müqayisədə 2 pillə irəliləyərək, 55-ci sırada qərarlaşıb, keçmiş Sovet respublikaları arasında Estoniya və Litvadan sonra 3-cü, MDB və region ölkələri arasında isə ilk sırada yer alıb. Dünya İqtisadi Forumu ölkələrinin iqtisadi rəqabətlilik reytinqini bazar institutlarının yetkinliyi, infrastrukturun inkişafı, makroiqtisadi sabitlik, texnoloji inkişaf, təhsil və səhiyyənin səviyyəsi və digər meyarlar üzrə araşdırır.
Azərbaycan iqtisadiyyati Cənubi Qafqaz iqtisadiyyatinin 75-80 faizini təşkil edir
Ölkə rəhbərliyi iqtisadiyyatın inkişafının qeyri-neft sektoru üzərində qurulmasına yönələn düşünülmüş strategiya həyata keçirərək neft hasilatının bilərəkdən sabit tepmdə saxlanılmasına, bununla da ehtiyatların gələcək nəsillər üçün qorunmasına, əvəzində qeyri-neft sektorunda inkişaf tempini daha da sürətləndirməyə yönələn siyasət aparır. Azərbaycan prezidenti 2012-ci ilin əvvəlində hökumət qarşısında yaxın 10 ildə ÜDM-in iki dəfə artması vəzifəsini qoyub. Bu artım qeyri-neft sektorunun hesabına təmin ediməlidir. Proqnozlara görə yaxın 3 ildə qeyri-neft sektoru üzrə ÜDM-in artımı orta hesabla ildə 8 faiz təşkil edəcək. Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına hesablanmış uğurlu iqtisadi siyasət 2015-ci ildə neft sektorunun ÜDM-də payının 2010-cu ildəki 48,5 faizdən 29,3 faizə qədər azalmasına gətirib çıxaracaq. Nəticədə qeyri-neft sektorunun ÜDM-də payı 2015-ci ildə 44,4 faizdən 61,3 faizə çatacaq. Bu gün Azərbaycan iqtisadiyyatı ümumilikdə Cənubi Qafqaz iqtisadiyyatının 75-80 faizini təşkil edir.
Valyuta ehtiyatları artır
Azərbaycanda sürətli iqtisadi inkişafla yanaşı ölkənin strateji valyuta ehtiyatlarının artması da baş verməkdədir. 2012-ci ilin yanvar ayına olan rəqəmlərə görə Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 11 milyard dollara yaxındır. Proqnozlara görə 2012-ci il ərzində bu ehtiyatlar daha 3 milyard dollar artacaq. Dövlət Neft Fondunda cəmlənən ehtiyatlarla birlikdə Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 42 milyard dollara çatır. Yaxın 10 il ərzində isə ölkənin valyuta ehtiyatlarının 100 mlrd. dollara çatacağı gözlənilir.
Azərbaycan investor ölkəyə çevrilib
Azərbaycan iqtisadiyyatına son 15 ildə yatırılmış investisiyaların həcmi də 100 milyard dollardan çoxdur. Bunun əhəmiyyətli hissəsini daxili investisiyalar təşkil edir. Lakin indi Azərbaycan kənarda irihəcmli investisiyalar yatıran ölkədir. Eyni zamanda Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilməkdədir. Son bir neçə ildə Azərbaycan həm dövlət, həm özəl sektor xəttiylə Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan və Türkiyə də daxil olmaqla bir çox ölkələrə irihəcmli investisiyalar yatırıb.
Xarici dövlətlərə investisiya yatırımı əsas etibarilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) vasitəsilə həyata keçirilir . Azərbaycan sahibkarları tərəfindən təkcə Türkiyəyə yatırılan investisiyalar 5 mlrd. dollar həcmindədir. ARDNŞ tərəfindən hazırda bu ölkəyə milyardlarla dollar iri yatırımlar da qoyulmaqdadır. Azərbaycan dövləti qonşu Gürcüstanın iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir, bu ölkənin enerji, neft-qaz sektorunda aparıcı mövqeyə malikdir. Məsələn, hazırda Gürcüstanda pərakəndə neft məhsulları satışı bazarının 75 faizi ARDNŞ-in nəzarətindədir. Qaz satışı bazarındakı pay isə 90 faizə çatır.
Azərbaycanın investisiya yatırdığı ölkələrin coğrafiyası da sürətlə genişlənir. ARDNŞ xəttilə İsveçrəyə, Birləşmiş Ərəb Əmirliklərinə, Qırğızıstana irihəcmli investisiyalar qoyulur. Həmçinin özəl sektor Şərqi Avropa, Qərbi Avropa və Balkan yarımadası ölkələrinin tikinti, turizm, daşınmaz əmlak bazarlarında özünə yer tutmaqdadır. Azərbaycan son illər strateji iqtisadi maraqlarının olduğu region ölkələrinə dəfələrlə irihəcmli kreditlər də ayırıb.
Bütün bu iqtisadi uğurların nəticəsində Azərbaycan həm regionda lider dövlət mövqeyini möhkəmləndirir, eyni zamanda bölgədən kənarda da söz sahibi ölkəyə çevrilir. Hazırda Azərbaycan öz güclü iqtisadiyyatı sayəsində Avropa və Asiyanı birləşdirən Böyük İpək Yolu dəhlizinin ən önəmli ölkələrindən biridir.
Xankəndi
İqtisadiyyat hər bir dövlətin inkişafının əsasını təşkil edir. Bu baxımdan ölkələr iqtisadiyyatın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Çünki iqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz.
Dövlətin inkişafında onun iqtisadi üstünlüyü əsas rol oynayır. Bu baxımdan Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Tarixə nəzər salsaq görərik ki, görkəmli şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan iqtisadiyyatı öz inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görülüb. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan verib. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Bu ondan irəli gəlirdi ki, Azərbaycan daim Heydər Əliyevin diqqət mərkəzində idi. İqtisadiyyatın inkişafı Azərbaycanı digər SSRİ ölkələrindən fərqləndirirdi.
Heydər Əliyevin fəaliyyəti sahəsində Azərbaycanda sənaye instrukturu dəyişdi. Azərbaycanın bütün sahələri ilə yanaşı sənayenin də profili və işləmə metodunda yeni metodlar istifadə olundu. Bu dövlətlərdə iqtisadi inkişafı sürətləndirmək üçün Heydər Əliyev Azərbaycanın bir çox bölgələrində bu sahədə bir çox işlər gördü.
O dövrlərdə Azərbaycanın təkcə sənaye sahəsində deyil, həmçinin kənd təsərrüfatında da, özünəməxsus inkişaf hökm sürürdü. Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Azərbaycan bu dövrlərdə pambıq yığımına, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün, tez yetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Bu inkişaf Azərbaycanın bütün bölgələrində nəzərə çarpırdı. Azərbaycanda o dövrlərdə pambıq yığımında 100 min tondan çox pambıq toplanması SSRİ-də ən yüksək göstərici kimi, Azərbaycanı onun tabeliyində olan digər dövlətlərdən fərqləndirirdi. Bununla yanaşı, Heydər Əliyev neft və qaz sahəsinin inkişfı üçün bir çox addımlar atdı. O dövrlərdə bir çox neft sahəsinə aid olan sənayelərin təməli qoyuldu və istifadəyə verildi. Neft maşınqayırma sahəsi üzrə məhsulların 70-80 faizini Sabunçu rayonunun müəssisələri istehsal edirdi. Heydər Əliyevin qayğısı və diqqəti sayəsində beş zavodda köhnə avadanlıq yenisi ilə əvəz olundu, “Bakı fəhləsi” zavodu yenidən quruldu.
Bakı, Sabunçu və Zabrat maşınqayırma zavodları, “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsi yenidən təkmilləşdirildi, 70-ci illərdə neft sənayesinin inkişafındda yeni bir dövr başlandı. Bir sözlə Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbərliyi dövri iqtisadi inkişafın ən yüksək zirvəsi kimi tarixə daxil oldu.
Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqillik qazansa da ortalığa bir çox problemlər də çıxdı. Müstəqilliyin ilk illəri Azərbaycan iqtisadiyyatı üçün xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Ulu Öndər bu iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayıb.
Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarların sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərdi. Heydər Əliyevin apardığı bu siyasət bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirdi. Belə ki, Ulu Öndər kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirib, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış oldu. Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı.
Heydər Əliyevin ən mühüm nailiyyəti neft sahəsində oldu.
Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə milli büdcəni bərpa etmək və möhkəmləndirmək, əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm bir addım idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın qoyulmasının axını gücləndi.
Heydər Əliyevin ən böyük uğurlarından biri Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşurutlarla çıxarılması məsələsi idi. Ulu Öndər Azərbaycanın enerji resurslarının 2 istiqamətdə dünya bazarına çıxarılmasına nail oldu. 1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən keçirməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalandı. Azərbaycanın enerji resurslarının şimal marşurutu bilinəndən sonra, 1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verirdi. Bu marşurutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılması oldu. Heydər Əliyevin neft sahəsində ən böyük uğuru BTC lahiyəsi oldu.
Heydər Əliyev “Əsrin müqavilə”si ilə neft strategiyasının inkişafının təməlini qoysa da, Bakı-Tbilisi-Ceyhan lahiyəsi ilə bu uğuru davam etdirdi. Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi və aparılan danışıqlar uğurla nəticələndi.
Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı.
Heydər Əliyev təkcə neft sahəsində deyil, Azərbaycanda qaz resurslarının istifadəsi haqqında bir çox sənədlər imzalayıb. XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanı neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi münasibətilə 2006-cı il mayın 25-də Səngəçal terminalında təntənəli mərasim keçirildi. Bu lahiyənin uğuru Azərbaycanın xarici ticarətinə, Azərbaycana qoyulan xarici kapitalın artmasına gətirib çıxardı.
Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar. Bu illər ərzində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar da atıldı.
Ulu öndərin islahatları ilə Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı. İpək yolunun Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın burada tranzin rolunu oynaması bizə iqtisadi və maddi cəhətdən böyük imkanlar verdi.
Heydər Əliyev Azərbaycanda iqtisadi inkişafı bərpa etmək üçün təkcə neft sahəsi deyil, bir çox sahələrlə yanaşı turizm sektorunu inkişaf etdirmək üçün “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair dövlət Proqramı”nı qəbul etdi ki, bu xarici turistlərin Azərbaycana axınını gücləndirdi, turizm sektoru əvvəlki illərə nisbətən inkişaf etməyə başladı. Azərbaycan da yoxsulluğun azaldılması və əhalinin yaxşı səviyyədə yaşaması üçün “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət Proqramı”nı (2003-2005-ci illər) qəbul etdi. Bunun nəticəsi olaraq yeni iş yerləri açıldı. İşsizlərin sayı azaldı. Əmək haqqları və pensiyalar qaldırıldı. Bu da əhalinin yaşam tərzini yaxşılaşdırdı. Heydər Əliyev Azərbaycanı belə çətin dövrdən iqtisadi inkişaf və işıqlı sabaha gətirib çıxarmaq üçün bütün qüvvəsini sərf etdi. Heydər Əliyev qurub yaratdığı və memarı olduğu Azərbaycanı ön cərgələrə apardı.
Təsadüfi deyil ki, ümummilli liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Anar Kəlbiyev
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.