Press "Enter" to skip to content

GƏNCLƏR SİYASƏTİ

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il tarixli 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramlarının icraları nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.

Hokümətin siyasəti.

Uçot siyasəti – müəssisə tərəfndən qəbul edilmiş mühasibat uçotunun aparılma qaydalarının məcmusudur.

Uçot siyasəti – maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və qaydalardır.
Müəssisənin uçot siyasəti Baş mühasib tərəfindən hazırlanır və müəssisə Rəhbəri tərəfindən təsdiqlənir.

  • müəssisə öz əmlakini və öhdəliklərini digər müəssisələrin əmlakindan və öhdəliklərindən ayirir;
  • müəssisə uzun müddət fasiləsiz işinə, onun gələcək inkişafina, əmlak və öhdəliklərinə, həmçinin borclarinin vaxtli-vaxtinda ödənilməsinə təminat verir;
  • müəssisənin uçot siyasətini Azərbaycan Respublikasinin Mühasibat uçotu sistemini tənzimləyən qanunverici sənədlərə uyğun olaraq hesabat ili üçün qəbul edir;
  • müəssisə gəlir və xərclərin hesabat dövrünə düzgün aid etməli, bütün təsərrüfat əməliyyatlarinin ardicil olaraq uçot registrlərində düzgün xronoloji qeydiyyatini təmin etməli, mövcud əmlakin, öhdəliklərin, kapitalin, hesablaşmalarin və digər sərvətlərin inventarizasiyanin nəticəllərini uçotda tam və düzgün əks etdirməlidir.

  • müəssisə əmlakinin, öhdəliklərinin, kapitalinin, dövriyyə vasitələrinin və ümumiyyətlə bütün maliyyə-təsərrüfat fəaliyyətindəki təsərrüfat əməliyyatlarinin natural göstəricilər əsasinda, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşiliqli əlaqədə, mühasibat hesablarinda ikili yaziliş üsulu ilə heç bir istisnaya yol vermədən düzgün yiğilmasi və qaydaya salinmasi sistemini təmin edir;
  • müəssisə rəhbəri mühasibat uçotunun təşkili formasini, sənəd dövriyyəsi qaydasini və uçot məlumatlarinin texnoloigiyasini təmin edir, daxili uçot və hesabat sistemini işləyib hazirlayir, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatlari üzərində nəzarət qaydasini sənədlərə imza etmək hüququ olanlari və s. müəyyən edir;
  • müəssisə ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarini uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünü təmin edərək onlarin uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanmasini tələb edir;
  • müəssisə maliyyə nəticələrini formalaşdiran zaman potensial zərərin yaxud öhdəliyin son dərəcə mənfəətə və aktivə çevrilərək uçot və hesabatda əksini tapmasi üçün böyük hazirliq işini – ehtiyatliliği təmin edir;
  • müəssisə hər dəfə analitik uçot məlumatlarini sintetik uçot məlumatlari ilə tutuşduraraq mühasibat uçotu və hesabatinin düzgünlüyünü yoxlayir.

  1. Əsas və dövriyyə vəsaitlərinin özlərinə aid əşyaya aid edilməsinə hədd qoyulmasi.
  2. Əsas vəsait və qeyri-maddi aktivlər üzrə amortizasiyanin hesablanma qaydasi.
  3. Qeyri-maddi aktivlərə hesablanmiş amortizasiyanin əks etdirilməsi üçün sxematik yaziliş variantinin seçilməsi.
  4. Ümumistehsalat və ümumtəsərrüfat xərclərinin bölüşdürülməsi üsullarinin təyin edilməsi.
  5. Ümumtəsərrüfat xərclərinin istehsalat yaxud “Satiş” hesabina silinməsi variantinin seçilməsi.
  6. Tədarük üzrə əməliyyatlarin ona aid hesablarda və material dəyərlilərinə birləşdirilməsinin əks etdirilmə qaydasinin təyin edilməsi.
  7. Maddi – istehsal ehtiyatlarina görə hesablaşmalarin və onlarin maya dəyərinin hesablanmasina görə metodun təyin edilməsi.
  8. İstehsala məsrəflərin və məhsulun maya dəyərinin uçotu və kalkulyasiya etmə variantinin seçilməsi.
  9. Qarşidaki xərclər üçün ehtiyatlarin siyahisinin tərtib edilməsi.
  10. Əsas vəsaitlərin uçotu və onun təmirinin aparilma qaydasinin təyin edilməsi.
  11. Məhsul (iş, xidmət) satişindan gəlirin müəyyən edilmə qaydasinin müəyyən olunmasi.
  12. Gələcək dövr gəlir və xərclərinin uçotu variantinin seçilməsi.
  13. Debitor və kreditor borclarinin qiymətləndirilməsi qaydasinin təyin edilməsi.
  14. Material dəyərlilərinin qiymətlərinin aşaği salinmasi, qiymətli kağizlara qoyuluşun qiymətdən düşməsi və şübhəli borclar üçün ehtiyatin yaradilmasi və istifadəsi qaydasinin təyin olunmasi.
  15. Ehtiyat kapitalinin uçotunun aparilma qaydasinin müəyyən edilməsi.
  16. Satiş xərclərinin yaradilmasi və bölüşdürülməsi variantinin seçilməsi.
  17. Məzənnə fərqi və onun uçotu qaydasinin təyin edilməsi.
  18. Əvəzsiz alinmiş pul və material dəyərlilərinin uçotu variantinin seçilməsi.
  19. 48 “Məhsul (iş, xidmət)” hesabinin uçotu variantinin seçilməsi.
  20. Məqsədli maliyyələşmənin istifadəsi və onun uçotu variantinin seçilməsi.
  21. Xalis mənfəətin müəyyən edilməsi və bölüşdürülməsi variantinin seçilməsi.
  22. Dividendin hesablanmasi və ödənilməsi qaydasinin müəyyən edilməsi.
  23. 80 “Mənfəət və zərər” və s. hesabin yaradilmasi və bağlanmasi qaydasinin təyin olunmasi.

  1. Mühasibat uçotunun formalarini seçmək.
  2. Mühasibatliğin işini təşkil etmək.
  3. İstehsaldaxili uçot, hesabat və nəzarət sistemini seçmək.
  4. Əmlak və öhdəliklərin inventarizasiyasi qaydasini təyin etmək. Sənəd dövriyyəsinin qaydasini işləmək.
  5. Mühasibat uçotunun hesablar planini işləmək.
  6. Uçot informasiyalarinin texnoloji işlənməsini həyata keçirmək.
  7. Hesabatin həcmi, müddəti və təqdim edilmə ünvanini təyin etmək.
  8. Auditor və digər təşkilatlarla qarşiliqli əlaqə sistemini təyin etmək.

Mühasibat uçotu

Uçotun təşkili

GƏNCLƏR SİYASƏTİ

Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Bu faktor isə müstəqilliyini 1991-ci ildə bərpa edən bir respublika üçün mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il tarixli 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramlarının icraları nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.

Azərbaycan Respublikası Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda isə gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biri olması, gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleklərinin artması, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu qeyd edilən zaman dövründə həyata keçirilməsi nəzərdə tutulur.

NAYORA-nın gənclər siyasətindəki rolu

Prezident İlham Əliyev gənclərimizin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq NAYORA-nın gəncləri siyasətindəki rolu Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

SON DƏQİQƏ

Gənclər siyasəti Azərbaycan dövlətinin yürütdüyü siyasətin aparıcı istiqamətlərindən birini təşkil edir. Sağlam gəncliyin yetişdirilməsi, Azərbaycanın dövlət maraqlarını bilən və təmin etməyi bacaran gənclər ordusunun yaranması, intellektli gənclərin meydana gəlməsi, bəşəri və milli dəyərlərə sahib gənclərin formalaşdırılmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün Azərbaycan gəncliyi təkcə dövlətin deyil, eyni zamanda bir çox beynəlxalq dairələrin əsas hədəflərindəndir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya qoyur. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, dahi rəhbər Heydər Əliyev deyirdi: “Azərbaycanın gələcəyi gənclərə məxsusdur”. Bu dahiyanə deyilmiş sözlərdə həm Azərbaycanın gələcəyi, həm də bu gələcəyə qarşı məsuliyyəti özünü ifadə edir. Bu mənada ki gələcəyini qarant altına almaq istəyən millət gəncləri, yeni gənc nəsli tərbiyə edir, onun qayğısına qalır, millətin sabahını etibara buraxır. Azərbaycan xalqının gələcəyi üçün etibarlı gəncliyin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin dühası təməl oldu. Gəncliyə doğru qiymət verilməsi və münasibət göstərilməsini öyrədən dahi lider: “Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaq” – deyə, məhz gələcəyin etibarlı, möhkəm sütunlar üzərində durması üçün bu məsuliyyət və vəzifəni daşıya biləcək gəncliyin hazırlanması və tərbiyəsinə yönəlik siyasət müəyyənləşdirdi: bu siyasət Azərbaycanın dövlət gənclər siyasətidir ki, bu gün öz bəhrələri ilə Azərbaycan xalqına böyük uğurlar bəxş edərək həm də ulu öndərin layiqli davamçıları, Heydər Əliyev siyasi məktəbinin istedadlı nümayəndələri olan cənab İlham Əliyev və hörmətli Vasif Talıbov tərəfindən daha da böyük uğurlarla davam və inkişaf etdirilir.

Müasir Azərbaycan gəncliyi böyük bir qüvvə kimi dahi rəhbərimizin bilavasitə qayğısı əhatəsində böyümüş, Azərbaycanın müstəqilliyi və dövlətçiliyi yolunda mütəşəkkil bir təşkilatlanmaya nail olmuşdur. Ümummilli lider deyirdi: “Gənclər böyük qüvvədir… Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu baxımdan ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyini doğru yola yönəltmək sahəsində onlara mənəvi ATA oldu. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi doğru yol istiqamətində Azərbaycan gəncləri öz tükənməz enerji və potensiallarını doğru işə, ali məqsədə, milli mənafeyə həsr etməyə müvəffəq oldular. Ulu öndərin göstərdiyi diqqət sayəsində Azərbaycan gəncliyinin təhsilli, tərbiyəli, mədəni, əxlaqlı, müasir dünyagörüşlü tərbiyə olunması kimi konseptual işlər həyata keçirildi. Beləliklə, Azərbaycan gəncliyi daha da möhkəm, inamlı, mütəşəkkil və məfkurəli, qüvvətli, qüdrətli orduya çevrildi. Azərbaycanda gəncliyə həmişəlik qayğını artırmaq və diqqət mərkəzində saxlamaq məqsədi ilə gənclərin böyük hamisi ümummilli lider Heydər Əliyev tərəfindən 2 fevral tarixi məhz gənclərin şərəfinə Gənclər Günü kimi təsis edildi. 1996-cı ildən etibarən hər il Gənclər forumunun keçirilməsi ənənəsi mövcuddur. 2 fevral 1996-cı ildə keçirilən Gənclər forumu Azərbaycan gənclərinin taleyində böyük dönüş yaradan tale əhəmiyyətli bir hadisə kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Azərbaycan Gənclər siyasəti haqqında qanunda da deyilir: “Dövlət gənclər siyаsəti Аzərbаycаn Rеspublikаsının fəаliyyətinin mühüm istiqаmətidir və оnun dövlət hаkimiyyəti оrqаnlаrı tərəfindən həyаtа kеçirilən bu siyаsət böyüməkdə оlаn nəslin hərtərəfli inkişаfı, bütün cəmiyyətin mənаfеyi nаminə gənclərin pоtеnsiаlındаn dаhа dоlğun istifаdə еdilməsi üçün sоsiаl-iqtisаdi, siyаsi-hüquqi, təşkilаti şərаit və təminаtlаr yаrаtmаq məqsədi güdür”. Bu baxımdan ulu öndər Heydər Əliyev gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etməklə gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə o zaman Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb, 1995-ci ildə isə ulu öndər tərəfindən Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb. Bu məqsədlə də 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev “2 Fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi diqqəti cəlb etdi. “Dövlət gənclər siyasəti haqqında” fərman çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir.

Ölkəyə düzgün rəhbərliyin, xalqa və vətənə məhəbbətlə, Heydər Əliyev siyasi kursuna sədaqətlə yorulmaz və əzmkar fəaliyyətin nəticəsində dövlətimiz misilsiz bir inkişafa qədəm basıb, görünməmiş böyük uğurlar əldə edib, regionda liderliyə nail olunub. Bu gün minlərlə gənc cənab İlham Əliyevin liderliyi ilə onlara etibar olunmuş Azərbaycan dövlətinin inkişafı və təhlükəsizliyi yolunda çalışmaqdadır. Cənab İlham Əliyevin böyük bacarıqla davam etdirdiyi Heydər Əliyev siyasəti və kursu sayəsində əldə olunmuş böyük nailiyyətlər, irimiqyaslı layihələr və Azərbaycanın sosial rifahına yönəlik maliyyə resursları, sabit sosial-iqtisadi inkişaf məhz gənc Azərbaycan rəhbərliyinin və onun Prezidentinin uğurlarını təcəssüm etdirir. Bu gün uğurla yürüdülən gənclər siyasəti artıq öz bəhrəsini göstərməkdədir. Son dövrün hadisələri də göstərdi ki, ölkəmizdə vətənpərvər və istedadlı bir gənclik formalaşdırılmışdır. İndi həmin gənclik ölkəmizə uğurla xidmət göstərməkdə və öz töhfələrini verməkdədir. Həm Aprel qələbəsi, həm də Günnüt zəfəri bilavasitə Milli Orduda sədaqətli, vətənpərvər və fədakar bir gəncliyin verdiyi mücadilənin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə tam bir əminlik yaratdı.

Bunu da qeyd etmək lazımdır ki, qətiyyətlə davam etdirilən ulu öndər Heydər Əliyev siyasəti sayəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında hərtərəfli inkişaf və valehedici bir intibaha nail olunmuşdur. Naxçıvan Muxtar Respublikasında gənclərin qayğılarının diqqətə alınması, onlara hərtərəfli və ardıcıl qayğı göstərilməsi gənclərin problemlərinin kökündən həll edilməsi və onların ictimai fəallığının artmasına səbəb olub. 2018-ci ildə Naxçıvanın Gənclər paytaxtı seçilməsi də bu sahədə əldə edilən nailiyyətlərdən biri kimi olduqca razılıq doğuran bir haldır. Naxçıvanda keçirilən Avropa günləri də, bir sıra ölkələrdən gələn gənc qonaqların təəssüratları da bir daha göstərdi ki, Naxçıvan hər bir sahədə region üçün liderdir və nümunəvidir.

Bəli, gənclik böyük qüvvədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncləri qarşısında vəzifələr müəyyənləşdirərkən deyirdi: “Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad edilməsi, . Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür”. Bu baxımdan müdrik lider Heydər Əliyevin liderliyi altında mütəşəkkilləşən və güclü bir ictimai qüvvəyə çevrilən Azərbaycan gəncliyinin qarşısında ümumvətən motivli ciddi vəzifələr dayanır. Bu vəzifələrin həyata keçirilməsi hər bir gəncin vətən qarşısında ictimai fayda kəsb edən töhfələrinin müəyyənləşməsinə kömək edir.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Comments are closed, but trackbacks and pingbacks are open.