Hərbi xidmet haqqinda qanun
Deputat Gülər Əhmədova isə Azərbaycan ordusunda “dedovşina” olduğunu deyib: “Azərbaycan ordusunda «dedovşina» var. Bu nəticədir. Səbəb nədir? Bunu axtarmaq lazımdır. Mən dəfələrlə demişəm, orduda psixoloji xidmət yoxdur. Bunu təşkil etmək lazımdır. Orduda hərbi psixoloqlar olmalıdır. Bunun təşkili üçün bizdə kifayət qədər kadrlar da var”.
Hərbi xidmet haqqinda qanun
Milli Məclisdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanunun müzakirəsi ciddi diskussiya şəraitində keçib.
Modern.az APA-ya istinadn bildirir ki, fasilədən sonra iclasda çıxış edən deputat, respublikanın keçmiş hərbi komissarı Əliağa Hüseynov bir sıra arqumentlər gətirərək deputatların magistr və doktorantura təhsili alan şəxslərə möhlət hüququnun verilməsinə qarşı çıxıb.
“Mən ölkənin hərbi çağırış sistemini bilən şəxs kimi deyə bilərəm ki bizim insan resursu ilə bağlı çətinliklərimiz var. Hazırkı şəraitdə bu kateqoriyadan olanlara möhlət hüququnun verilməsi doğru deyil. Biz müharibəyə hazır olmalıyıq. Nəyi vermişiksə artıqlaması ilə almalıyıq. Əvvəllər verilmiş torpaqları da geri almalıyıq. Onu da unutmaq olmaz ki, bütün dünya ilə üz-üzə dayanmışıq. İranla, Rusiya ilə hansı münasibətlər var, bunu nəzərə almalıyıq”, – deyə Ə. Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, Elmi Şuraların təqdimatı və hökumətin təsdiq etdiyi siyahı üzrə müəyyən sayda insana hərbi xidmətdən möhlət hüququ verilə bilər.
Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə konkret faktlara müraciət edərək magistratura və doktoranturada təhsil alan şəxslərə möhlət hüququnun verilməsini zəruri sayıb. A. Məhərrəmov bildirib ki, hər il Azərbaycanda 120 min nəfər orta məktəbdən məzun olur. Bunun isə 50 mini orduya çağırılır: “Magistratura və doktorantura pilləsində təhsildən fasiləsizliyi təmin etmək üçün möhlət hüququ verilməlidir. Onlar təhsili bitirəndən sonra hərbi xidmətə getsinlər. İyirmi birinci əsr elm, təhsil əsridir. Qoy gedib magistrlər, doktoranturanı qurtaranlar xidmət etsin. Bu gün orduya əsgər istəyirsiniz. Soruşuram, biz hansı əsgərlərlə elmi inkişaf etdirməliyik?”
Deputat Gülər Əhmədova isə Azərbaycan ordusunda “dedovşina” olduğunu deyib: “Azərbaycan ordusunda «dedovşina» var. Bu nəticədir. Səbəb nədir? Bunu axtarmaq lazımdır. Mən dəfələrlə demişəm, orduda psixoloji xidmət yoxdur. Bunu təşkil etmək lazımdır. Orduda hərbi psixoloqlar olmalıdır. Bunun təşkili üçün bizdə kifayət qədər kadrlar da var”.
Vitse-spiker Ziyafət Əsgərov vitse-spiker orduda psixoloji xidmətin gücləndirilməsinə tərəfdar olduğunu da qeyd edib. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Xankəndi
AzVision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik barədə məlumat verən Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır.
Onun sözlərinə görə, qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə görə, hərbi qeydiyyat- Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır.
Yeni qanun hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir.
Qanuna əlavə edilən 28.6-cı maddəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev
Hərbi xidmet haqqinda qanun
Dekabrın 16-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Deputatları salamlayan Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin olduğunu bildirdi. Layihənin preambulasında qeyd edilir ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən edir.
Ziyafət Əsgərovun sözlərinə görə, qanun layihəsinin Milli Məclisdə birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra təkliflər səsləndirilib. Lakin bu təkliflərin çoxu sözügedən qanun layihəsinin predmeti deyil. Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təkliflərə gəlincə isə, Ziyafət Əsgərovun fikrincə, indiki şəraitdə bu, məqbul deyil.
Müzakirələr zamanı Azərbaycanın müharibə şəraitində olduğunu deyən deputat Elman Məmmədovun sözlərinə görə, bu gün əsas vəzifələrdən biri torpaqların işğaldan azad edilməsidir. Ona görə bu istiqamətdə bütün imkanlar səfərbər olunmalıdır. Elman Məmmədov təhsil almağa görə əsgərliyə getməməyin əleyhinə olduğunu bildirdi. Həmçinin qeyd edildi ki, magistr pilləsində təhsil alanların əksəriyyəti sonra elm dalınca getmir.
İclasda komitənin digər üzvləri də layihə ilə bağlı rəy və təkliflərini bildirdilər. Həmçinin mütəxəssislərin və ekspertlərin deputatların qaldırdıqları məsələlərlə bağlı fikirləri dinlənildi. Yekunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Comments are closed, but trackbacks and pingbacks are open.