Press "Enter" to skip to content

Hüseyn cavid şeirləri

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Hüseyn Cavidin şeirləri qazax dilində çap olunub VİDEO

Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Almatı şəhərində Əl Fərabi adına Qazaxıstan Milli Universiteti tərəfindən böyük ədibin qazax dilinə tərcümə olunmuş şeirlərindən ibarət kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edənlər Hüseyn Cavidi bütün türk dünyasının ortaq dəyəri kimi qiymətləndiriblər. Şairin irsinin öyrənilməsinin xalqlarımız arasında əlaqələrin dərinləşməsi üçün böyük imkanlar yaratdığını qeyd ediblər.
Kitabın təqdimatında Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, şair, dramaturq Hüseyn Cavid öz ideyaları ilə həqiqətən də zamanın fövqündə dayandığı vurğulanıb, şeirlərindən misralar səsləndirilib.
Universitetin rektoru Qalım Mutanov Hüseyn Cavid yaradıcılığının türk dünyasının birliyinə, bütünlüyünə xidmət etdiyini, bu il ali təhsil ocağında onun 135 illik yubileyinin keçirildiyini vurğulayıb. Kitabın şairin yubileyi münasibətilə işıq üzü gördüyünü qeyd edən rektor Qazaxıstan ədəbiyyatşünaslarının Hüseyn Cavid yaradıcılığını daha geniş tədqiq etməli olduğunu bildirib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov vurğulayıb ki, ayrı-ayrı türk xalqlarının yaratdığı ümumi mədəniyyət xəzinəsini milli sərhədlərə sığışdırmaq mümkün deyil. Türk dünyasının ortaq dəyərlərini təbliğ edən, ortaq türk dilində əvəzsiz ədəbi nümunələr yaradan Hüseyn Cavidin yaradıcılığını öyrənməklə əslində, bütün türk dünyasının mədəniyyəti və həyatı ilə tanış olmaq mümkündür. Diplomat bildirib ki, 1982-ci ildə ədibin cənazəsinin uzaq Sibirdən gətirməsi ulu öndər Heydər Əliyevin böyük səyi və cəsarəti sayəsində baş tutub. Bu hadisə Heydər Əliyevin təkcə Cavidə deyil, bütün türk dünyasına, onun bədii-ictimai fikir tarixinə dərin ehtiramının göstəricisi idi. Totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşıb. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevrilib.
Akademik Teymur Kərimli təkcə – “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” – misrasının Cavidin bütün yaradıcılıq fəlsəfəsini anlamağa kifayət etdiyini vurğulayıb. Onun sözlərinə görə, ortaq türk dilinin Cavid nümunəsi deməyə əsas verir ki, dilçilər, ədəbiyyatşünaslar bu məsələyə xüsusi diqqət yetirməklə ümumtürk mədəniyyətini, dilini, ədəbiyyatını zənginləşdirə bilərlər.
Təqdimat mərasimində qazax alimləri böyük ədibin yaradıcılığı ilə bağlı müzakirələr aparıb və tələbələr onun şeirlərindən nümunələr səsləndiriblər.
Əl-Fərabi adına Milli Universitetdə “Azərbaycan tarixi və mədəniyyəti Mərkəzi”nin qurulması, eyni zamanda, Azərbaycan və Qazaxıstan elmi ictimaiyyəti arasında əlaqələrin yaradılmasındakı xidmətlərinə görə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, akademik Teymur Kərimli və Azərbaycan əsilli qazax alimi Əsli Osman universitetin yubiley medalı ilə təltif olunublar.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Bizi sosial şəbəkələrdə izləyin

Hüseyn cavid şeirləri

Текущие, впервые опубликовано Aug 29, 2021

"Şərqin Şekspiri. " Hüseyn Cavid (1882 - 1941) Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) Azərbaycan şairi, yazıçı və dramaturq olmuşdur. 1882-ci il 24 oktyabr tarixində Naxçıvanda dünyaya gəlmişdir. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. Onu "Cavid Əfəndi", "Şərqin Şekspiri" adlandırırdılar. Onun ilk dram əsəri "Ana" (1910) mənzum faciəsi olmuşdur. "Maral" (1912), "Şeyx Sənan" (1914), "Şeyda" (1916), "İblis" (1918), "Uçurum" (1919) illərdə yazılmışdır. Sovetlər Birliyinin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də dahi şairimiz repressiyaya məruz qoyularaq, Sibir buzlaqlarına sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vivilayətində vəfat etmişdir. Ölümündən sonra Hüseyn Cavidə 1956-cı il martın 6-da bəraət verilmişdir. 2021.

Все права защищены

Оглавление Последнее обновление Jun 05, 2022

Hüseyn Cavid

İblisin Monoloqu

“Azər” poeması

“Niyə getdin? Niyə döndün? Niyə baxdın?”

Получать уведомления, при обновлении Hüseyn Cavid Şeirləri

Зарегистрироваться через Facebook Зарегистрироваться через Google

Зарегистрироваться по электронной почте

У Вас уже есть аккаунт, Войти.

Нажав ниже, вы соглашаетесь с Условиями пользования и Политикой приватности Ваттпада.

Hüseyn Cavidin həyat və yaradıcıllığı

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (19 09), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haq verilmir, alınır” ideyasına gəlib çıxmışdır.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
Hüseyn Cavid ailəsi ilə birlikdə (1936)

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930).

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.