Press "Enter" to skip to content

Bakı Beynəlxalq Humanİtar Forumu

3. Robertsonun yanaşmasının digər bir mənfi tərəfi fərdlərin qloballaşma prosesində oynadığı rola kifayət qədər yer verməməsi ilə bağlıdır. Həqiqətən də, fərdlər mövcud olduqları cəmiyyətlərdə dəyişikliklərdən təsirləndikləri kimi, bu prosesə də müəyyən bir dərəcəyə qədər təsir göstərmək qabiliyyətinə malikdirlər.

BAKI – 2011 – Azərbaycan Milli Kitabxanası

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- 37 s., cədv.; 21 sm.- 500 nüs.- [1997-65897] 279. Fiziki şəxslər tərəfindən malların gömrük məntəqəsindən keçirilməsi [Mətn] /red. hey. Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- 12 s., cədv.; 21 sm.- 500 nüs.- [1997-65891] 280. Gəlirlərdən (hasilatdan) verginin hesablanması və ödənilməsi [Mətn]: təlimat /red. hey. Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- 8 s., cədv.; 21 sm.- 500 nüs.- [1997-65878] 281. Xarici hüquqi şəxslərin gəlirlərindən vergi [Mətn]: təlimat /red. hey. Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- №53(168)1997.- 41 s.: cədv.; 21 sm.- 300 nüs.- [1997-65904] 282. Xarici investisiyanın qorunması haqqında [Mətn] /red. hey. Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- №64(179)1997.- 12 s.; 21 sm.- 300 nüs.- [1997-65914] 283. İxrac-idxal gömrük rüsumlarının dərəcələri [Mətn] /red. hey. Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- 12 s.; 21 sm.- 1000 nüs.- [1997- 65883] 284. Kazinolardan, totalizatorlardan və oyun avtomatlarından vergitutma [Mətn]: təlimat /red. hey. Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- №56(171)1997.- 8 s.: cədv.; 21 sm.- 300 nüs.- [1997-65906] 285. Müəssisələrin əmlak vergisi haqqında təlimat [Mətn].- Bakı: Business press, 1997.- 12 s., cədv.; 21 sm.- nüs. yox.- [1997-65710] 286. Müəssisələrin əmlak vergisinin hesablanması [Mətn]: təlimat /red. hey. Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- №49(164)1997.- 25 s.: cədv.; 21 sm.- 500 nüs.- [1997-65900] 287. Müəssisələrin və təşkilatların mənfəət vergisi [Mətn]: təlimat /red. hey. Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- №50(165)1997.- 25 s.: cədv.; 21 sm.- 500 nüs.- [1997-65901] 41

288. Nağdsız hesablaşmaların aparılması [Mətn]: təlimat /red. hey. Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- 28 s., cədv.; 21 sm.- 500 nüs.- [1997-65884] 289. Paşayev, Q.Ş. Azərbaycanın xarici iqtisadi fəaliyyətinin cinayət və gömrük qanunvericiliyilə müdafiəsi [Mətn] /Qüdrət Paşayev; red. İ.M.Rəhimov; rəy. R.İ.Quliyev, A.İ.Quliyev.- Bakı: Bakı Universiteti nəşriyyatı, 1997.- 168 s.; 20 sm.- Bibl. rus dilində: s. 149-167.- 1000 nüs.- [1997-65594] 290. Vergi ödəyicilərinin uçotu [Mətn]: təlimat /red. hey. Ə.Babayev, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- 20 s., cədv.; 21 sm.- 500 nüs.- [1997-65867] 291. Vergi və gömrük qanunvericiliyinə ən son dəyişikliklər [Mətn] /red. Q.İbadoğlu.- Bakı, 1997.- 92 s., cədv.; 20 sm.- nüs. yox.- [1997-64804] 347.9 Məhkəmə işi 292. Azərbaycan hüquqşünaslarının məhkəmə çıxışları [Mətn] /məsul red. İ.K.Əliyev, A.Z.İsmayılov.- Bakı, 1997.- 172 s., portr.; 20 sm.- 1000 nüs.- ISBN 5-5520-1726-9.- [1997- 69083] 293. Dəmirov, M.Ə. Azərbaycan prokurorluğu: tarix və müasirlik [Mətn] /Mehman Dəmirov; rəy. C.H.Mövsümov, E.H.Həsənov.- Bakı: Azərnəşr, 1997.- 192 s., portr.; 20 sm.- Əlavələr: s. 173.- 1000 nüs.- ISBN 5-5520-1756-7.- [1997- 65158] 294. Əliyev, E.H. Azərbaycan Respublikası prokurorluğu tarixindən səhifələr [Mətn] /Eynal Əliyev; rəy. Ç.Mustafayev [və b.].- Bakı: İşıq, 1997.- 184 s., portr., fotoşək.; 21 sm.- Bibl.: s. 177-178.- 1000 nüs.- [1997-74774] 349.2 Əmək hüququ 295. Əmək kitabçalarının tətbiqi qaydası haqqında [Mətn] /red. hey. F.Əbdüləzimli, T.Kuzmina, K.Şükürov.- Bakı: Biznesmenin Bülleteni, 1997.- 12 s., cədv.; 21 sm.- (Qanunvericilik və normativ sənədlər).- 500 nüs.- [1997-65858] 42

  • Page 1 and 2: AZƏRBAYCAN RESPUBLIKASI MƏDƏNİY
  • Page 3 and 4: Baş redaktor : K.M.Tahirov Tərtib
  • Page 5 and 6: espublikamızda, həm də onun hüd
  • Page 7 and 8: 0 Ümumi şöbə 00 Elm və mədən
  • Page 9 and 10: s.: portr.- 17 sm.- (Azərbaycanın
  • Page 11 and 12: (Azərbaycanın elm və mədəniyy
  • Page 13 and 14: Məmmədova; red. A.Şükürov; rə
  • Page 15 and 16: 55. Buzovnalı, R.İ. İslam ensikl
  • Page 17 and 18: 76. Musəvi, İ.S. Namaz məsələl
  • Page 19 and 20: 314 Demoqrafiya 93. Şükürov, K.K
  • Page 21 and 22: 108. Davudqızı, S. Ömrə bağı
  • Page 23 and 24: urax. məsul R.Mehdiyev, H.Orucov.-
  • Page 25 and 26: 1997.- 164 s., fotoşək.; 22 sm.-
  • Page 27 and 28: 328 Parlamentlər. Xalq nümayənd
  • Page 29 and 30: Bakı: Biznesmenin Bülleteni, 1997
  • Page 31 and 32: 191. Rabitə haqqında Azərbaycan
  • Page 33 and 34: 330 Ümumi iqtisadi elmlər. Siyasi
  • Page 35 and 36: 34 Hüquq. Hüquqşünaslıq 218. H
  • Page 37 and 38: E.M.Əfəndiyev.- Bаkı: Azərbayc
  • Page 39 and 40: 344 Hərbi hüquq 253. Алиев,
  • Page 41: İstehlakçıların Hüquqlarının
  • Page 45 and 46: 35 Dövlət inzibati idarəetmə. H
  • Page 47 and 48: 320. Xankişiyev, Ə.A. Bilik qapı
  • Page 49 and 50: Diplomat, 1997.- 160 s.; 20 sm.- Bi
  • Page 51 and 52: İşlənilmiş və əlavələr olun
  • Page 53 and 54: .].- 2-ci nəşri.- Bakı: Təhsil,
  • Page 55 and 56: 388. Kəlbəliyev, Ə.A. Oxu [Mətn
  • Page 57 and 58: ADPU.- Bakı, 1997.- 46 s.: ill.; 2
  • Page 59 and 60: 54 Kimya 413. Xəlilov, Ə.N. Kimya
  • Page 61 and 62: İn-tu.- Bakı: Azərnəşr, 1997.-
  • Page 63 and 64: Azərbaycan Ensiklopediyası, 1997.
  • Page 65 and 66: 615.8 Fizioterapiya 449. Bəktaşi,
  • Page 67 and 68: 616.5 Dermatologiya 462. Профи
  • Page 69 and 70: s.: şək., cədv.; 20 sm.- Əlavə
  • Page 71 and 72: 489. Мусаев, А.Ф. Нефт
  • Page 73 and 74: 19973.- 43 s., portr.; 20 sm.- Xör
  • Page 75 and 76: 66 Кimya texnologiyası. Kimya sə
  • Page 77 and 78: Cəmiyyətinin “Bayatı” Sifariş
  • Page 79 and 80: A-X.- 1029 s.; 24 sm.- Mətn ərəb
  • Page 81 and 82: B.Axundov.- Bakı: Təhsil, 1997.-
  • Page 83 and 84: 571. Yadigar, F. Dilimiz, qeyrətim
  • Page 85 and 86: 588. Həbibbəyli, İ.Ə. Cəlil M
  • Page 87 and 88: 605. Pəhləvan, Ə. Qalxın, Cavid
  • Page 89 and 90: 623. Aşıq Ələsgər. Hikmət dü
  • Page 91 and 92: 642. Abdullayev, Ç.A. Əclafların
  • Page 93 and 94: 663. Bəxtəvər, Q. Torpağa tər
  • Page 95 and 96: 683. Çiçəkdağlı, V.S. Dilimi o
  • Page 97 and 98: 704. Əliyev, K.Y. Elimə, dilimə
  • Page 99 and 100: 726. Göyçəli, Ş. Vətən çağ
  • Page 101 and 102: 747. İbrahim qızı, S. Qırmızı
  • Page 103 and 104: Azərbaycan Dövlət Kitab Palatas
  • Page 105 and 106: 791. Qəmgin, İ. Könül dəftəri
  • Page 107 and 108: Bakı: Dünya, 1997.- 176 s., portr
  • Page 109 and 110: 835. Nəsirli, G.H. Yaddaşında va
  • Page 111 and 112: 857. Saleh, İ. Sənə demədiklər
  • Page 113 and 114: 16 sm.- Poema: Mənim atam.- 500 n
  • Page 115 and 116: 902. Аширзаде, Р. Неве
  • Page 117 and 118: 9 Coğrafiya. Bioqrafiya. Tarix 908
  • Page 119 and 120: E.Məmmədyarova; rəssam G.Abdinov
  • Page 121 and 122: 954. Fətiyeva, G. Cəsurların dö
  • Page 123 and 124: 972. Qəribli, İ. Sönməyən ocaq
  • Page 125 and 126: 20 sm.- Bibl. Azərb. və rus dill
  • Page 127 and 128: humanistləşməsi [Mətn]: 09.00.1
  • Page 129 and 130: Əbdülfəttah Bin Rəmzi əl-Bəzm
  • Page 131 and 132: Elmi Tədqiqat Kənd Təsərrüfat
  • Page 133 and 134: Грузинской Респ., Т
  • Page 135 and 136: [Mətn]: 13.00.01 /Lətafət Əzizo
  • Page 137 and 138: Велиахмедов; М-во О
  • Page 139 and 140: Хикмет Ахмедов; М-в
  • Page 141 and 142: 1109. Сеидов, З.Ю. Магн
  • Page 143 and 144: Физической Химии, И
  • Page 145 and 146: Ибрагимова; М-во Об
  • Page 147 and 148: 1150. Мирзоева, Б.А. Ди
  • Page 149 and 150: keyləşmənin gedişində lipopero
  • Page 151 and 152: 1179. Бунятов, М.О. Диф
  • Page 153 and 154: Клинической и Эксп
  • Page 155 and 156: [Mətn]: 01.02.04 /Sakit Abbasov; A
  • Page 157 and 158: 1221. Алиев, М.А. Прогн
  • Page 159 and 160: при управлении кач
  • Page 161 and 162: Сельскохозяйствен
  • Page 163 and 164: Азерб. Респ., Азерб.
  • Page 165 and 166: Filologiya elmləri Elmlər doktoru
  • Page 167 and 168: 1297. Əfəndiyeva, X.İ. Azərbayc
  • Page 169 and 170: 1317. Алескерова, А.Т.
  • Page 171 and 172: Tarix elmləri Elmlər doktoru dər
  • Page 173 and 174: Müəlliflərin əlifba göstərici
  • Page 175 and 176: Əfəndiyev, P.Ş. 629 Əfəndiyeva
  • Page 177 and 178: Hüsam, M.S.F. 1026 Hüseyninəsəb
  • Page 179 and 180: Quliyev, E.H. 593 Quliyev, E.M. 46
  • Page 181 and 182: Ramazanoğlu, F. 124, 843 Ramiz qı
  • Page 183 and 184: Zeynalov, Ə.A. 501 Zeynalov, Ş.G.
  • Page 185 and 186: Джафарова, С.А. 1146 Д
  • Page 187 and 188: Sərlövhələrin əlifba göstəri
  • Page 189 and 190: Cənubi Amerika 930 Cinayət hüquq
  • Page 191 and 192: Kəndli (fermer) təsərrüfatı ha
  • Page 193 and 194: “Siyasi tarix” fənninin tədrisi
  • Page 195 and 196: MÜNDƏRICAT Müqəddimə.
  • Page 197 and 198: 549 Təsviri mineralogiy.
  • Page 199 and 200: 821.51-93 Uşaqlar üçün bədii

Bakı
Beynəlxalq
Humanİtar Forumu

Participants of the Baku International Humanitarian Forum of which held October 4-5, 2012 included 10 former Presidents, 11 Nobel Prize laureates, 4 high-ranking officials of influential international organizations, 5 Emeritus Professors, 55 world-famous public and political figures and 548 representatives of political, scientific and cultural elite of the world community.

V. XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar

  • Virtual reallıq və cəmiyyətin inkişafı
  • Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu
  • Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

V. XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar

“XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” adlı dəyirmi masanın xülasəsi İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” mövzusunda “dəyirmi masa” 5 oktyabr 2012-ci il tarixində “Hyatt Regency” otelinin Quba zalında keçirildi. Dəyirmi masa aşağıdakı üç işçi bölmədən ibarət olmuşdur:  Virtual reallıq və cəmiyyətin inkişafı  Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu  Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri Dəyirmi masa Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun ümumi moderatorluğu ilə həyata keçirildi. Dəyirmi masada 120 nəfər, o cümlədən dünyanın 20 ölkəsini təmsil edən 40 xarici qonaq və əsasən BDU-nun professormüəllim heyətindən ibarət olan 80 nəfər Azərbaycan vətəndaşı iştirak etmişdir. Dəyirmi masanın proqramına uyğun olaraq birinci bölmədə əsas moderator kimi ABŞ- ın Stenford Universitetinin Fizika Departamentinin professoru, Nobel mükafatı laureatı Robert B. Laflin, onun köməkçiləri kimi Qırğızıstan Hökuməti yanında Qırğızıstan Dövlət Hüquq Akademiyasının rektoru Kanat Kerzbekoviç Kerzbekov və Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Kazımzadə Aydın Həsən oğlu nəzərdə tutulmuşdur. İkinci bölmədə əsas moderator Bakı Dövlət Universitetinin rektoru, akademik Məhərrəmov Abel Məmmədəli oğlu, onun köməkçiləri isə Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden Mamut (Rumıniya) nəzərdə tutulmuşdur. Üçüncü bölmədə əsas moderator Rusiya İEA-nın akademiki, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Şərqşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Aleksey Aleksandroviç Maslov, onun köməkçiləri isə Gürcüstan Milli Elmlər Akademiyası, ictimai elmlər şöbəsinin akademik katibi, akademik Roin Viktoroviç Metreveli və Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Əliyeva İradə Nurəddin qızı nəzərdə tutulmuşdur. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov dəyirmi masanı giriş sözü ilə açaraq qonaqları və iclas iştirakçılarını salamladı və beynəlxalq tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, artıq ikinci dəfədir ki, Azərbaycan bu cür mötəbər tədbirə ev sahibliyi edir. Keçənilki Forumdan fərqli olaraq bugünkü tədbirdə daha çox – 2 dünyanın 70 ölkəsindən 700-yə qədər qonaq iştirak edir. Bu göstərici tədbirə verilən önəmi sübut edir. “Dəyirmi masa”da işçi bölmələrdə maraqlı məsələlər müzakirə olunacaq, humanitar siyasətin əhəmiyyəti, gələcəyi barədə diskussiyalar aparılacaqdır. Abel Məhərrəmov mövzunun əhəmiyyətini vurğulayaraq bildirdi ki, bəşəriyyət son hədəf olaraq qlobal vətəndaş cəmiyyəti yaratmaq istəyir və buna belə Forumlar təkan verir. Artıq dünyanın aparıcı dövlətlərinin əksəriyyəti bu istiqamətdə strategiyasını müəyyənləşdirmişdir. Prinsip isə ondan ibarətdir ki, hər bir ölkə daxildə islahatlar aparmaqla yanaşı, qlobal dünya haqqında düşünməlidir. Sonra Dəyirmi masa Nobel mükafatı laureatı, ABŞ-ın Stanford Universitetinin professoru Robert Laflinin moderatorluğu ilə “Virtual reallıq və cəmiyyətin inkişafı” mövzusunda işçi bölmədə işini davam etdirdi. Bu bölmədə müxtəlif mövzularda çıxışlar dinlənilmişdir. Çıxış edənlər belə bir mötəbər tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlıq etmişlər. R.Laflin demişdir ki, bu gün insanlar arasında olan çox çevik ünsiyyət müəyyən problemlər yaradacaqdır. Ona görə də biz qloballaşan dünyada yeni imkanlar tapıb bu problemlərin həllinə çalışmalıyıq. Müzakirə olunan məsələ də çox aktualdır və ümid edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumunda biz bu və digər suallara cavab tapacağıq. Sonra o, “Karbohidrogen enerjisinin gələcəyi” mövzusunda qısa məruzə ilə çıxış etdi. Yaponiya xarici işlər nazirinin sabiq müavini Akiko Yamanaka “XXI əsrdə insan təhlükəsizliyinin perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. O demişdir ki, XX əsrdə soyuq müharibə başa çatandan sonra təhlükəsizlik məsələsi forma və mahiyyətini dəyişmişdir. Son zamanlar baş verən hadisələr, təbii fəlakətlər bizi bu məsələlərə daha ciddi yanaşmağa, metod və metodologiyanı dəyişməyə vadar edir. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bu tədbirin keçirilməsini yüksək qiymətləndirirəm. Bu, həm də Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi önəmin göstəricisidir. Azərbaycan bu gün təkcə regionda deyil, bütün dünyada sülhə və təhlükəsizliyə böyük töhfələr verir. Gənc, müstəqil bir dövlətin Əfqanıstanda, Kosovoda, İraqda sülhyaratma əməliyyatlarında iştirak etməsi çox böyük məsələdir. Azərbaycan təbii ehtiyatların qorunmasında, beynəlxalq əməkdaşlıq, ərzaq təhlükəsizliyi, alternativ enerji sahəsində çox böyük rol oynayır. Hesab edirəm ki, bu tədbirdə çıxış edənlər, eləcə də bizim digər dostlarımız Azərbaycana dəstək verməliyik. 3 Daha sonra Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun təkamül epistemologiyası sektorunun müdiri, fəlsəfə elmləri doktoru Yelena Knyazeva “Mürəkkəblik nəzəriyyəsi əsasında qlobal meyillərin strateji görünüşü”, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru Aleksandr Çumakov “Qloballaşma: reallıq və dünyanın inkişaf perspektivləri”, Rusiyanın Geoiqtisadiyyat və Qlobalistika İctimai Elmlər Akademiyasının prezidenti, iqtisadiyyat elmləri doktoru Ernest Koçetov “Dünyanın dərkinin qlobal metodologiyasında humanitar sıçrayış (“faza keçidi” və onun metodoloji və nəzəri dərki)”, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov “Virtual reallıq məkanı transformasiya məkanı kimi”, BDUnun professoru Fikrət Əfəndiyev “Virtual reallıq və informasiya cəmiyyəti” mövzularında məruzələrlə çıxış etmişlər. Çıxışlarda qloballaşma proseslərinin cəmiyyətə təsiri, eyni zamanda, qloballaşmanın yaratdığı problemlərin həllində səylərin birləşdirilməsi ilə bağlı təkliflər səslənmişdir. BDU-nun rektoru Abel Məhərrəmovun moderatorluğu ilə keçən ikinci işçi bölmədə “Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu” məsələsi müzakirə olunmuşdur. Rektor “Virtual təhsil: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda çıxış edərək bildirmişdir ki, müasir gənclik virtual informasiyaya, auditoriyaya daha çox maraq göstərir. Bugünkü müzakirələrdə biz yaşlı nəsillə gənc nəslin düşüncə tərzindəki fərqləri aydınlaşdırmalı, gənclər üçün daha doğru olan yolu müəyyən etməliyik. Fondazione Salvemini beynəlxalq təhsil proqramının Cenevrə şöbəsinin müdiri Roberto Bonininin “Beynəlxalq tələbə mobilliyi və qloballaşan dünyada universal ali təhsil”, Pakistan Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdiri Məhəmməd Xanın “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Vasilyeviç Quberski “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, BDU-nun hesablama-riyaziyyat kafedrasının müdiri Qalina Mehdiyevanın “Qloballaşma şəraitində cəmiyyətin inkişafında gənclərin rolu və onların inkişafında elektron təhsilin rolu”, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, rumıniyalı professor Eden Mamutun “Kütləvi açıq onlayn kurslar virtual təhsildə yeni yanaşma kimi”, AMEA-nın müxbir üzvü, BDU-nun faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadənin “Müasir dünyada əxlaqi dəyərlərin və əqidənin virtual sivilizasiyası. Azərbaycan: keçmişi, indisi və gələcəyi”, BDU-nun beynəlxalq ümumi hüquq kafedrasının müdiri Rüstəm Məmmədovun “Qlobal hüquq qaydası universitetdən başlayır” mövzularında məruzələri maraqla 4 qarşılanmışdır. Məruzələrdə vurğulanmışdır ki, müasir dünyada insanların düşüncə tərzi auditoriya ilə virtual universitet arasındakı münasibətlərə uyğun olaraq dəyişir. Azərbaycan dövləti, hökuməti və buna müvafiq olaraq gəncliyi də bu proseslərdən nəinki kənar qalmamış, eyni zamanda, onların fəal iştirakçısına çevrilmişdir. “Dəyirmi masa”nın üçüncü işçi bölməsində Rusiya İctimai Elmlər Akademiyasının akademiki, Milli Tədqiqat Universitetinin şərqşünaslıq şöbəsinin müdiri Aleksey Maslov moderatorluq etmişdir. Bölmə iclası “Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri” mövzusuna həsr olunmuşdur. İclasda Gürcüstan Milli Elmlər Akademiyasının ictimai elmlər şöbəsinin akademik katibi Roin Metreveli “Qloballaşmanın perspektivləri və Qafqaz regionu”, Bolqarıstan Elmlər Akademiyasının vitse-prezidenti, professor Svetlana Emilova Kujumdziyeva “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar (Bolqarıstan Elmlər Akademiyasında kilsə musiqisinin tədqiqi əsasında)”, Qazaxıstanın “Nur Otan” Milli Demokrat Partiyasının təhlil, proqnoz və sosial təşəbbüslər mərkəzinin rəhbəri Kazbek Kazkenov “XXI əsr: çağırışlar, yoxlamalar, istiqamətlər”, Rusiya Federasiyasının Rəssamlıq Akademiyasının akademiki Yuri Borev “Qloballaşma və incəsənət”, Macarıstanın Dünya İqtisadiyyatı İnstitutunun professoru Andras İnotai “Qloballaşma və onun siyasətə, iqtisadiyyata və cəmiyyətə təsiri”, T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun direktoru, professor Valeri Kopeyka “Distant təhsil Ukraynada ağıllı cəmiyyətin formalaşması amili kimi”, BDU-nun professoru Şahlar Əsgərov “Dayanıqlı insan inkişafı”, BDU-nun kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov “Varislik gələcək nəsillərin inkişafını müəyyənləşdirən amillərdən biri kimi”, AMEA-nın müxbir üzvü, BDU-nun psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev “Tranzitar cəmiyyətdə nəsillərarası münasibətlər”, Fransanın Nitsa Universitetinin iqtisadiyyat üzrə professoru Jan Pol Kişah “ Qloballaşma proseslərinə tarixi baxış” və İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti adından Emili Naffa “Yeni liberal qloballaşmanın xarakteristikaları” mövzusunda məruzələr etmişlər. Qeyd edək ki, son iki çıxış proqramdan kənar olaraq məruzəçilərin öz arzuları ilə həyata keçirilmişdir. Çıxışlarda regional problemlərin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gənc nəslin inkişafına, qloballaşma proseslərinə mənfi təsiri pislənmiş və bu cür təcavüzlərə son qoyulması tələb olunmuşdur. 5 İclasda, həmçinin T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru,akademik Leonid Vasilyeviç Quberski, İordaniya-Azərbaycan Cəmiyyəti adından xanım Emili Nofa və başqaları çıxış edərək, belə bir mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan dövlətinin başçısına, dəyirmi masanın təşkilinə görə BDU-nun rektoruna və əməkdaşlarına minnətdarlıq etmişlər. İclasın sonunda Forumun Bəyannamə layihəsi müzakirə edilmişdir və dəyirmi masa iştirakçıları yekdilliklə Bəyannamə layihəsinin əsas kimi qəbul edilməsinə tərəfdar olduqlarını bildirmişlər. Forum çərçivəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmov Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflini, Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi, Nobel mükafatı laureatı Corc Fitzgerhald Smutu və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturu qəbul edib. Universitet haqqında məşhur alimlərə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Nanotexnologiya və innovasiyalardan də danışan rektor, azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb. Nobel mükafatı laureatları Laflin Robert Betts, Corc Fitzgerhald Smut və Markus Rudolf Artur fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab veriblər. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alimlər, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət veriblər. Alimlər tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də veriblər. BDU-nun rektoru, akademik Abel Məhərrəmov həmçinin Yaponiyanın sabiq Xarici İşlər Vitse-Naziri və Nümayəndələr Palatasının keçmiş üzvü, hal-hazırda Çiba Ticarət Universitetindəki Elmlər Akademiyasının professoru, Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunda tədqiqat üzrə məsləhətçi, Vilton Parkda baş məsləhətçi və Yaponiyanın Xarici İşlər Nazirliyində Beynəlxalq Sülh Əməkdaşlığı üzrə Məsləhət Qrupunun üzvü Akiko Yamanakanı qəbul edib. Rektor öncə qonağa universitet haqqında məlumat verib. BDUnun beynəlxalq əlaqələrindən, Yaponiya Universitetləri ilə əməkdaşlığından, həmçinin sədri olduğu Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən bəhs edib. Prezident İlham Əliyevin Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyini 6 deyən Abel Məhərrəmov əlaqələrdə təhsil siyasətinin xüsusi yer tutduğunu bildirib. Bu siyasətin həm Qərbə, həm də Şərqə inteqrasiya olduğunu deyən rektor 2000-ci ildən BDUda yapon dilinin tədris edildiyini və universiteti bu ixtisas üzrə 70-dən çox məzunun bitirdiyini diqqətə çatdırıb. Abel Məhərrəmov həmçinin Yaponiyada elmin, texnologiyanın sürətlə inkişaf etdiyini vurğulayıb və Bakı Dövlət Universiteti olaraq Yaponiya elminə böyük önəm verdiklərini deyib. Akiko Yamanaka da öz növbəsində Azərbaycan-Yaponiya münasibətlərinin inkişafından razılıq ifadə edib, əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını bildirib. Görüşdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe də iştirak edib.

“Meqam – M” MMC

Qloballaşma – ümumi mənada siyasi, iqtisadi və mədəni münasibətlərin dünya səviyyəsində genişlənməsi və yayılması olaraq izah edilir. Bu proses yeni ictimai və struktur dəyişiklikləri ilə yanaşı, milli dövlət, siyasi nüfuz, etnikçilik və milli kimlikdə də müəyyən dəyişikliklərlə xarakterizə olunur. Xüsusilə də, 1970-ci illərdən başlayaraq, makro səviyyədə meydana çıxan siyasi və iqtisadi dəyişikliklər milli dövlətlərin sərhədlərini aşaraq dünya cəmiyyətlərinin dəyişiklik dinamizminə ciddi təsir göstərdi.

Bu cəhət qloballaşma anlayışının məğzinin müəyyən edilməsinə dair müzakirələrə start verdi. Aşağıda qloballaşmaya dair mövcud olan 3 yanlış tezisdən bəhs olunacaq:

I yanlış tezis: qloballaşma = bütövləşmə

Qloballaşma ilə bağlı ilk yanlış fikir bu proseslə eyni zamanda insan cəmiyyətlərinin bir-birinə daha da yaxınlaşması və bu yolla ictimai və mədəni xüsusiyyətlərinə görə bir-birindən fərqlənən cəmiyyətlərin funksional baxımdan bütövləşməsidir. Bu fikrin tərəfdarlarına görə, cəmiyyətlər arasında iqtisadi inkişafda olan fərqlərin azaldılması siyasi qarşıdurmaların qarşısını alan başlıca faktor hesab oluna bilər.

Əslində isə, qloballaşma təkcə cəmiyyətlər arasındakı fərqlərin və qarşıdurmaların sayının azalmasına xidmət etmir. Çünki qloballaşma həm də cəmiyyətlər arasında fərqlərin önə çıxmasına təkan verən bir prosesdir. Bu proses milli dövlətlərdə qlobal səviyyədəki dəyişikliklərə münasibətdə siyasi və mədəni dəyərlərin önə çıxması tendensiyasının genişlənməsinə səbəb olur. Bu baxımdan qloballaşma bir-birinə zidd olan iki prosesin sintezi kimi başa düşülməlidir.

II yanlış tezis: qloballaşma = yeni dünya düzəni

Bir çox hallarda qloballaşma “yeni dünya düzəni” ilə qarışdırılır. Bu yanlış mövqeyə görə, qloballaşma iqtisadi və siyasi cəhətdən güclü olan, ABŞ başda olmaqla sənaye cəhətdən inkişaf etmiş Qərb dövlətlərinin öz iqtisadi maraqlarını təmin etmək üçün dünyaya nəzarət etmək təşəbbüsüdür. Məhz bu kontekstdə qloballaşma Qərbin zəif inkişaf etmiş dövlətlər üzərində həyata keçirməyə çalışdığı yeni imperialist siyasətin təzahür formasıdır, yeni dünya düzəni isə qloballaşmanın daha yumşaq bir ifadə formasıdır.

Qlobal səviyyədə dünya dövlətləri böyük dəyişikliklər yaşayır. Bu isə böyük dövlətlərin lehinədir. Inkişaf etmiş dövlətlər iqtisadi və siyasi güclərindən istifadə edərək beynəlxalq münasibətlərə öz maraqlarına uyğun şəkildə istiqamət verməyə cəhd edirlər. Bu çərçivədə “yeni dünya düzəni” Soyuq müharibədən sonrakı dövrdə inkişaf etmiş dövlətlərin ictimai münasibətləri öz nəzarəti altında saxlamaq və yenidən formalaşdırmaq cəhdi kimi başa düşülə bilər. Soyuq müharibədən sonra ortaya çıxan bu vəziyyət qloballaşmanın bir hissəsi kimi izah edilir. Bu baxımdan qloballaşma “yeni dünya düzəni”nin də daxil olduğu münasibətləri əhatə edən daha geniş bir anlayışdır.

Qloballaşma yalnız inkişaf etmiş dövlətlər tərəfindən müəyyən edilən birtərəfli proses kimi ifadə olunur. Beynəlxalq əlaqələrdə inkişaf etmiş dövlətlərin zəif inkişaf etmiş dövlətlərlə müqayisədə daha güclü və təsir qabiliyyətinə malik olması həmin ölkələrin qloballaşma proseslərinə təsirinin olmaması kimi başa düşülməməlidir. Digər tərəfdən, qloballaşma yeni dünya düzəni kimi, yalnız Soyuq müharibədən sonra meydana çıxan bir anlayış deyildir.

III yanlış tezis: qloballaşma = beynəlmiləlləşmə

Digər bir yanaşmaya görə, qloballaşma beynəlmiləlləşmədir. Bu yanaşmanın tərəfdarlarına görə, qloballaşma beynəlxalq iqtisadi, siyasi və mədəni dəyişikliklərə paralel olaraq ölkələr arasındakı münasibətlərin artması və genişlənməsidir. Beynəlxalq səviyyədə münasibətlərin inkişaf etdirilməsində dövlətlərarası münasibətlərin rolu olduqca böyükdür. Dövlətlər arasında siyasi əlaqələrin qurulması, qarşılıqlı ticarət müqavilələrinin imzalanması və beynəlxalq təhlükəsizliklə bağlı olan məsələlərdə əməkdaşlıq edilməsi qloballaşma prosesində əhəmiyyətli rol oynayır. Bu aspektdən yanaşdıqda qloballaşmanın ən güclü aktorları dövlətlər hesab olunur. Lakin qloballaşma beynəlmiləlləşmə ilə məhdudlaşdırıla bilməz. Çünki qloballaşma dövlətlər, onların hökumətləri və digər aktorların (təşkilatların) da fəaliyyətlərini əhatə edən bir anlayışdır.

Qloballaşmaya dair nəzəriyyələr.
Anthony Giddens: zaman və məkan kontekstində qloballaşma.

Giddens qloballaşmanı zaman və məkan meyarlarına görə dəyərləndirir. Onun fikrincə, beynəlxalq ictimai münasibətlər müəyyən bir coğrafi məkana münasibətdə meydana çıxır. İctimai inkişafın ilkin dövrlərində dövlətlər arasındakı əlaqələr zəif olduğundan və kütləvi informasiya vasitələri az inkişaf etdiyindən onların digər coğrafi məkanlarda yerləşən insanlara təsir imkanları da aşağı idi. Giddensə görə, qloballaşma prosesi ilə əlaqədar olaraq zaman və məkan anlayışları istifadəsinə daxil olmuşdur. Xüsusilə də, Qrinviçlə birlikdə bütün dünyada qəbul olunan zaman anlayışı (dəqiqə, saat, gün və il) yerli vaxt çərçivəsindən çıxarılmış və qloballaşmışdır.

Giddens qloballaşmanı zaman və məkan meyarlarına görə bir-birindən çox uzaqda baş verən hadisələrin ümumiləşdirilməsi və bu yolla bir-birləri ilə əlaqəli olan beynəlxalq əlaqələrin getdikcə artması kimi izah edir. Lakin Giddensin fikrincə, qloballaşmaya zaman və məkan kontekstində dövlətləri bir-birinə funksional baxımdan yaxınlaşdıran amil kimi baxılmamalıdır. Giddens buna misal olaraq qloballaşma prosesi ilə birgə milli dövlət anlayışının da tədricən əhəmiyyətini itirəcəyini, xüsusilə də, kapitalizmin beynəlmiləlləşməsininnbu prosesdə təsirli olduğunu göstərir. Regional və yerli səviyyədə isə bu prosesə müqavimət kimi milliyətçilik hərəkatlarının, regional-mədəni kimliyin ön plana çıxması ehtimal olunur.

Giddens qloballaşmaya 4 aspektdən yanaşmağın zəruriliyini qeyd edir:
1. Dünya kapitalist iqtisadiyyatı.
2. Milli dövlət sistemi.
3. Dünya hərbi düzəni.
4. Beynəlxalq əmək bölgüsü.

Giddensin fikrincə, XVI-XVII əsrlərdən başlayaraq kapitalizmin meydana çıxması ilə qlobal dünya düzəni siyasi gücdən daha çox iqtisadi gücə əsaslanmağa başlamışdır. Çünki dünya iqtisadiyyatı ticarət və sənaye mərkəzləri vasitəsilə vahid forma almışdır. Bu baxımdan iqtisadi qloballaşmanın ən vacib elementlərindən biri kapitalist dünya iqtisadiyyatıdır. Dövlətlər arasındakı iqtisadi inkişaf fərqi də dünya kapitalist iqtisadiyyatının bir nəticəsidir.

Giddensin yanaşmasında qloballaşmanın ikinci aspekti milli dövlətlər sistemi ilə bağlıdır. Onun fikrincə, milli dövlətlər qlobal siyasi quruluşun ən əsas aktorlarıdır. Çünki milli dövlətlər regional və beynəlxalq iqtisadi siyasətlərin həyata keçirilməsi, tətbiq olunması və formalaşdırılmasında olduqca böyük rola malikdirlər. Lakin qlobal siyasi arenada bir milli dövlətin nüfuzlu ola bilməsi həmin dövlətin rifah səviyyəsi və hərbi gücü ilə məhdudlaşır. Milli dövlətlər öz aralarında siyasi və iqtisadi maraqlarını qorumaq və inkişaf etdirmək üçün “qlobal milli dövlət sistemi”ni yaratmağa istiqamətlənə bilərlər.

Qloballaşmanın üçüncü elementi kimi “dünya hərbi düzəni” birgə müdafiə strategiyaları vasitəsilə bir neçə dövlətin öz hərbi qüvvələrini birləşdirməsini ehtiva edir. Bunun nəticəsində müəyyən bir regionda meydana çıxan qarşıdurma həmin regionla əlaqəli olan beynəlxalq hərbi birləşmələri hərəkətə gətirə bilər və yerli problemlər bütün dünyanı əhatə edən qlobal bir məsələ halına gəlib çıxa bilər.

Giddensin nəzəriyyəsində qloballaşmanın dördüncü səviyyəsi beynəlxalq əmək bölgüsüdür. Sənayenin inkişafı ilə bağlı olaraq inkişaf etmiş və inkişafda olan dövlətlər arasındakı fərqləri əhatə edən və daim genişlənən beynəlxalq əmək bölgüsündən bəhs etmək olar. Bu mövqeyə görə, müasir sənayenin quruluşu regional səviyyədə mövcud olan əmək bölgüsü çərçivəsində sənayenin inkişaf səviyyəsi, sindikatlaşma dərəcəsi, əmək qabiliyyəti və xammal istehsalı ilə bağlıdır. Bu cəhətdən yanaşdıqda, qlobal səviyyədə müəyyən regionlar istehsal mərkəzlərinə çevrildiyi halda, digər regionlar emal sənayesi fəaliyyətindən kənarda qalmışdırlar. Müəyyən regionların digərlərinə münasibətdə inkişaf etməsinə baxmayaraq, dünya dövlətləri arasında qarşılıqlı asılılığın gündən-günə artması müşahidə olunur.

Giddensin fikrincə, qloballaşma modernləşmənin bir nəticəsidir və bu proses kapitalist modernizmin istinad etdiyi iqtisadi, siyasi və mədəni dəyişikliklərin dünya səviyyəsində yayılmasıdır. Giddensin yanaşmasındakı qlobal dəyişikliklər modernləşmənin dünyada yayılmasını və qloballaşmasını göstərir. Bu səbəbdən Giddens qloballaşma prosesinin “gecikən modernləşmə” olaraq qəbul edilməsini təklif edir.

Giddensin yanaşmasının mənfi cəhətləri:

Giddensin yanaşması qloballaşmanın təkcə iqtisadi aktorlarla məhdudlaşmadığını, siyasi, mədəni, hərbi sferaları da əhatə etdiyini irəli sürməsi onun müsbət cəhətlərindəndir. Mənfi cəhət isə ondan ibarətdir ki, Giddens qloballaşmanın 4 əsas elementi hesab etdiyi amillər ( milli dövlət sistemi, dünya kapitalist iqtisadiyyatı, dünya hərbi düzəni və beynəlxalq əmək bölgüsü) arasında necə əlaqələr olduğu və qloballaşma prosesində hər bir faktorun bir-birinə təsir imkanlarının hansı səviyyələrdə meydana çıxdığını tam formada əsaslandıra bilməmişdir.

Digər bir məsələ isə qloballaşmanın iqtisadi aspektləri ilə bağlıdır. Məsələn, belə bir sual ortaya çıxa bilər ki, iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlətlərin vəziyyətinə dünya kapitalist iqtisadiyyatının təsiri nə dərəcədədir, daha konkret desək, daxili faktorlar, yoxsa qlobal səviyyədə kapitalist münasibətləri burada daha önəmli rol oynayır? Giddens zəif inkişaf etmiş dövlətlərin mövcud vəziyyətdən necə çıxacaqlarına dair heç bir açıqlama vermir. Onun yanaşmasında digər bir mənfi cəhət də ondan ibarətdir ki, Giddens qloballaşmanın bir çox səbəbdən meydana çıxdığını izah etməyə çalışır, lakin konkret bir nəticəyə gələ bilmir.

Robertson və qloballaşmanın tarixi mərhələləri.
Qloballaşmaya dair müzakirələrdə Robertsonun fikirləri originallığı ilə fərqlənir.

Robertsonun fikrincə, qloballaşma dünyanın bir bütöv olaraq yenidən formalaşdırılması ilə bağlı olan dəyişikliklərin məcmusundan ibarətdir. Yəni, dünyanın ictimai və mədəni faktorların təsiri nəticəsində regional və qlobal səviyyədə daimi olaraq yenidən istehsalı qloballaşma anlayışının əsasını təşkil edir. Robertson qloballaşmaya tarixi yanaşma nümayiş etdirir. Robertson qloballaşmanı XV əsrdən başlayaraq 5 mərhələdən ibarət olan model çərçivəsində analiz edir. Hər mərhələdə qloballaşmanın kəskinik dərəcəsi özündən əvvəlki mərhələyə münasibətdə daha da artır. Robertson qloballaşmanın 5 mərhələsini aşağıdakı şəkildə xarakterizə edir:

1. Yaranma mərhələsi
2. Başlanğıc mərhələsi
3. Inkişaf mərhələsi
4. Hakimiyyət uğrunda mübarizə mərhələsi
5. Qeyri-müəyyənlik mərhələsi

Bundan fərqli olaraq, İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatının fikrinə görə isə qloballaşma 3 əsas mərhələdən keçmişdir. Birincə mərhələ XIX əsrin II yarısından başlamışdır. Bu zaman Böyük Britaniya azad ticarət haqqında qərar qəbul etmiş, bu da bazarların coğrafi cəhətdən müxtəlifləşməsi ilə nəticələnmişdir. İkinci mərhələ II Dünya Müharibəsindən sonra maliyyə və insanların yerdəyişməsinin sərbəstləşməsi ilə bağlı olmuşdur. Üçüncü mərhələ, yəni, qloballaşmanın ən əsas mərhələsi 1980-ci illərdə kompüterin ixtirası ilə bağlı inqilab sahəsində qlobal məhsul istehsalı və informasiya şəbəkələrinin meydana gəlməsi nəticəsində yaranmışdır. Ölkələrin bir-birindən asılılığının getdikcə artdığı müasir dünya sistemində dünya kommunikasiya sisteminin yaranması və idarə olunması nəticəsində qloballaşma 1990-cı illərdən sonra daha geniş vüsət aldı.

Robertsona görə, qloballaşmanın yaranma mərhələsi Avropada 1400-1750-ci illər hesab olunur. Bu mərhələ humanizm ideyalarının geniş yayıldığı və beynəlmiləlliyin orta əsrlər cəmiyyətlərinə zidd olaraq meydana çıxdığı bir dövrü əhatə edir.

Qloballaşmanın başlanğıc mərhələsi 1750-1875-ci illərə təsadüf edir. Bu mərhələdə unitar dövlət anlayışı, beynəlxalq münasibətlərin formallaşması, fərdlərin aktor olaraq ön plana çıxdığı və humanizmin daha da genişləndiyi bir dövrdür. Bu dövr həm də Avropadan kənarda yaşayan xalqların da beynəlxalq cəmiyyətin bir hissəsinə çevrildiyi və beynəlmiləlliyin daha geniş formada müzakirə edildiyi bir dövrdür.

Robertsonun fikrincə, qloballaşmada üçüncü mərhələ “inkişaf mərhələsi”dir. Bu mərhələ 1875-ci ildən başlayaraq 1925-ci ilədək davam edir. Bu dövrdə artıq beynəlxalq sistemin mövcudluğu ayrı-ayrı dairələrdə qəbul edilir, humanizm ideyaları beynəlxalq səviyyədə genişlənir və beynəlxalq kommunikasiyalar sürətlənməyə başlayır.

Qloballaşmada dördüncü mərhələ – “hakimiyyət uğrunda mübarizə mərhələsi” 1925-1960-cı illərə təsadüf edir. Bu dövr qlobal səviyyədə böyük müharibə və qarşıdurmalarla yadda qalmış, nüvə silahından istiafdə edilməsi və müharibələr dövründə insanların kütləvi şəkildə qətlə yetirilməsinin nəticəsi olaraq, insan təbiəti və onun gələcəyinə dair maraq artmışdır.

Robertsona görə, 1960-cı illərdən sonrakı dövr Üçüncü dünya dövlətlərini də əhatə edən və qloballaşmanın kulminasiya nöqtəsinə çatdığı “qeyri-müəyyənlik mərhələsi”dir. Çünki bu dövrdə fərdlər son dərəcə qarışıq olan amillərin (beynəlxalq, etnik, dini, irqi və.s.) təsiri altına düşmüşdülər. Bu mərhələdə qlobal aktorların sayında və dinamizmində dəyişikliklər baş vermiş, bunun nəticəsində də insan cəmiyyətləri müxtəlif mədəni və etnim problemlərlə daha tez-tez qarşılaşmağa başlamışdırlar.

Digər tərəfdən, bu dövrdə sivil cəmiyyət, dünya vətəndaşlığı, müharibələrin qadağan edilməsi, insan haqları, ekologiyanın qorunması tendensiyaları ön plana çıxmağa başlamışdır. Robertsona görə, qloballaşma tək bir dünya düzəninin yaradılmasını ehtiva etməklə yanaşı, bu prosesin qlobal bir bütünləşməyə doğru olan bir dəyişiklik olaraq qəbul olunmamasının zəruriliyi qeyd edilmişdir. Çünki qloballaşma prosesində milli dövlətlərin müxtəlif mədəni kimliyə sahib olduqları faktı qəbul olunmalıdır. Hətta, milli dövlətlərin qlobal dəyişikliklərdən özlərini qoruya bilmək üçün milli kimliklərini ön plana çıxarmaq cəhdləri də əslində həmin dövlətlərin qloballaşmanın təsirinə məruz qaldıqlarına işarə edir. Çünki milli dövlətlər qlobal səviyyədə öz milli kimliklərinin üstünlüyü imicini formalaşdırmağa çalışırlar.

Robertson yuxarıda adı çəkilən qloballaşma mərhələlərinin hər bir cəmiyyətin daxili dinamizmindən fərqli olaraq meydana çıxdığını iddia edir və bu prosesin bütün cəmiyyətlərin daxili həyata təsir etdiyini irəli sürür. Robertsonun 5 mərhələli modeli Giddensin yanaşmasından fərqli olaraq, qloballaşmada tarixi prosesin oynadığı rola diqqəti cəmləyir.

Robertsonun yanaşmasının mənfi cəhətləri:

1. Robertsonun yanaşması Avropa mərkəzlidir. İqtisadi, siyasi və mədəni səviyyələrdə Avropanın dünya cəmiyyətlərinin qloballaşmasında böyük təsirə malik olduğu şəksizdir. Lakin qloballaşma prosesinə Avropa qitəsi xaricində yerləşən dövlətlərin də təsirinin olduğu danılmaz bir faktdır.

2. Robertson qloballaşma prosesini tarixi baxımdan izah edərkənbir mərhələdən digərinə keçid zamanı hansı faktorların əsas rol oynadığını və bu mərhələlərin hansı dinamizmlə bir-birini əvəz etdiyini açıqlamamışdır.

3. Robertsonun yanaşmasının digər bir mənfi tərəfi fərdlərin qloballaşma prosesində oynadığı rola kifayət qədər yer verməməsi ilə bağlıdır. Həqiqətən də, fərdlər mövcud olduqları cəmiyyətlərdə dəyişikliklərdən təsirləndikləri kimi, bu prosesə də müəyyən bir dərəcəyə qədər təsir göstərmək qabiliyyətinə malikdirlər.

Vallerştayn (Wallerstein) və kapitalist dünya iqtisadiyyatının qloballaşması.

Dünya kapitalist iqtisadiyyatının, sənaye istehsalının, investisiya qoyuluşunun və beynəlxalq bazar münasibətlərinin vahid bir kapitalist dünya iqtisadiyyatına doğru irəliləməsi tezisi irəli sürülür. Hazırda qlobal səviyyədə müşahidə olunan iqtisadi böhranlardan bütün dünya ölkələrinə getdikcə daha çox təsir etməyə başlayır. Xüsusilə də, dünya bazarında transmilli korporasiyaların sayının artması və kooperasiyalaşmanın genişlənməsi, xarici investisiya qoyuluşlarının həcminin artması, dövlətlər arasında texnologiya mübadiləsinin genişlənməsi və müəyyən bir coğrafi məkanda yerləşən dövlətlərin iqtisadi və siyasi baxımdan təşkilatlanması qloballaşma prosesinin səbəbləri sırasına daxil edilir. Lakin bu prosesin iqtisadi, siyasi və mədəni çərçivədə hansı formalarda reallaşdığı və zəif inkişaf etmiş dövlətlərin mövqelərinə necə təsir göstərdiyi bu gün də müzakirə predmeti olmağa davam edir.

Vallerştayn qloballaşma prosesini kapitalist iqtisadi sisteminin fəaliyyətinə müvafiq olaraq analiz etməyə çalışmışdır. O, qloballaşmanı kapitalist sərmayəsinin qeyri-məhdud genişlənməsi və bununla əlaqədar olaraq meydana çıxan beynəlxalq əmək bölgüsünün təzahürü olaraq ifadə edir. Qlobal dəyişikliklər xarici investisiyaların sürətlə genişlənməsinin bir nəticəsidir. Vallerştayn kapitalist dünya sisteminin fəaliyyətini mərkəz dövlətləri (inkişaf etmiş kapitalist ölkələri), periferiya dövlətləri (zəif inkişaf etmiş ölkələr) və yarımperiferiya dövlətləri modeli çərçivəsində analiz edir. Onun fikrincə, mərkəz dövlətləri daha güclü olduqlarından dünya ticarətini öz maraqlarına görə formalaşdırır və beləliklə zəif inkişaf etmiş dövlətlərin təbii və insan resurslarını mənimsəyirlər. Vallerştayn qloballaşmanın dövlətlər arasındakı bərabərsizliyi dərinləşdirdirdiyini irəli sürür.

Onun fikrincə, iqtisadi və siyasi sferada baş verən qlobal dəyişikliklər kapitalist dünya iqtisadiyyatının genişlənməsi ilə eyni vaxta təsadüf edir. Bu baxımdan heç bir tarixi sistem kapitalist dünya iqtisadiyyatı qədər qarışıq və spesifik olmamışdır.

Vallerştaynın yanaşmasına görə, kapitalist dünya iqtisadiyyatı daim genişlənməyi tələb edir və bunun nəticəsi olaraq, bu sistem Avropa mərkəzli olmaqdan çıxmış və bütün Yer kürəsini əhatə edən sistemə çevrilmişdir. Bu müddət ərzində mərkəz dövlətləri güclənmiş, iqtisadiyyatın inkişafı ilə paralel olaraq, mədəniyyət də inkişaf etmişdir. Bunun əksinə olaraq, periferiya dövlətləri iqtisadi baxımdan mərkəz dövlətlərindən asılı vəziyyətə düşmüş və inkişafdan geri qalmışlar. Digər tərəfdən, periferiya dövlətləri mərkəz dövlətlərinin mədəniyyətlərinin də təsirinə məruz qalmışlar. Bu proses gedişində kapitalizmin geniçlənməsi ilə əlaqədar olaraq dünyanı əhatə edən qloballaşma mədəniyyəti də tərkibinə daxil etməklə kapitalist dünyanı vahid bir sistem halına gətirmişdir. Vallerştayn bu nəzəriyyə ilə qərbləşmə və ya modernləşmə nəzəriyyələrini ciddi tənqid etmişdir.

Vallerştaynın yanaşmasının mənfi cəhətləri:

1. Vallerştayn iqtisadi faktoru müəyyənedici faktor olaraq qələmə vermiş və Giddensin qloballaşma prosesində əhəmiyyət verdiyi siyasi və hərbi gücə kifayət qədər əhəmiyyət verməmişdir.

2. Vallerştaynın yanaşmasının digər bir zəif cəhəti isə ondan ibarət idi ki, o, periferiya dövlətlərinin beynəlxalq əmək bölgüsü çərçivəsində kapitalist dünya iqtisadiyatı daxilində inkişaf edərək mərkəz dövlətinə çevrilə bilməyəcəyini iddia edirdi. Halbuki müasir dövrdə yeni sənaye ölkələri (Tayvan, Cənubi Koreya, Honq-Konq və.s.) müəyyən bir iqtisadi inkişaf səviyyəsinə çatmış və dünya bazarında bir çox inkişaf etmiş ölkələrlə rəqabət a

Comments are closed, but trackbacks and pingbacks are open.