Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfransa yekun vurulub
Akademik K.Abdullayev görkəmli alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə akademik Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçirilir. “Report” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ll Fəxri xiyabanda Ağamusa Axundovun məzarını ziyarət ediblər. AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və yaradıcılığından danışıb. Akademiya rəhbəri A.Axundovun dilçilk elminin klassiklərindən olduğunu, gənc yaşlarından elmlə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olduğunu, böyük tələbə ordusu yetişdirdiyini diqqətə çatdırıb: “A.Axundov elmi dairələrdə böyük hörmətə və nüfuza malik alim idi. O, təkçə filologiya elminin alimi yox, həm də Azərbaycanın dəyərli ziyalısı idi”. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “A.Axundov haqqında söz” adlı məruzə ilə çıxış edərək, onun apardığı tədqiqatlar sayəsində Azərbaycanda dilçilk məktəbinin formalaşdığını bildirib. O, alimin elm tariximizdə ilk dəfə olaraq 32 yaşında doktorluq dissertasiyası müdafiə edərək, SSRİ miqyasında filologiya sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsi aldığını qeyd edib: “Əslində, A.Axundov namizədlik dissertasiyasını müdafiə etməklə elmdə öz sözünü deyib”. Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib ki, A.Axundov 1990-cı ildə bu instituta direktoru təyin edilib və 22 il bu vəzifədə çalışıb: “36 kitab, 500-ə yaxın məqalə müəllifi olan alim AMEA-nın həqiqi üzvü olub”. Daha sonra Yazıçılar Birliyinin sədri Anar, Türk Dili Qurumunun rəhbəri Mustafa Kaçalin, Qazaxıstan Milli Elmlər Akademiyasının Dilçilk İnstitutunun direktoru Yeren Kajıbekov və başqları çıxış edərək A.Axundovun elmi fəaliyyətindən danışıblar. Qeyd edək ki, konfransa aprelin 25-də yekun vurulacaq.
“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfransa yekun vurulub
Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunan “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans aprelin 25-də öz işini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Türkologiya” jurnalının akademik A.Axundova həsr olunmuş növbəti seminarı keçirilib.
Jurnalın baş redaktoru, akademik Kamal Abdullayev Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi A.Axundovun elmi fəaliyyətindən danışaraq bildirib ki, alim Azərbaycan dilinin və ədəbiyyatının xarici ölkələrdə təbliği sahəsində işlərin başlanğıcını qoyub.
“Türkologiya” jurnalının tarixi və bugünkü vəziyyəti ilə bağlı məlumat verən akademik dərginin Azərbaycan elminin təbliğindən söz açıb. O, uzun illər A.Axundovun rəhbərlik etdiyi bu jurnalın hazırda ideya istiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdırıb. K.Abdullayev qeyd edib ki, AMEA-nın rəyasət heyətinin müvafiq qərarından sonra jurnalda yalnız dilçilik istiqamətində deyil, həm də fəlsəfə, ədəbiyyat, tarix, folklor, mifologiya və s. istiqamətdə də yazılar çap olunur. Jurnalın tərkibi daha da genişlənib, həmçinin dərginin beynəlxalq məsləhətçiləri sırasına dünyanın müxtəlif ölkələrindən dilçi, ədəbiyyatşünas, tarixçi, folklorşünas və digər sahələrdən olan mütəxəssislər daxil edilib. Hazırda jurnalın həm rubrikalarında, həm də burada çap olunan məqalələrdə ciddi dəyişikliklər var.
“Türkologiya” jurnalının perspektiv imkanlarından söz açan alim istedadlı gəncləri əməkdaşlığa dəvət edib.
Akademik K.Abdullayev görkəmli alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Türkiyəli professorlar Osman Fikri, Fikrət Türkmən, Rasim Özyürek, Hamza Zülfükar, misirli professor Muhammed Haridi və digər çıxış edənlər görkəmli alimin zəngin elmi fəaliyyətindən söz açıblar.
Sonra bölmə rəhbərlərinin hesabat məruzələri dinlənilib.
Konfrans çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Elmlər Akademiyasının (EA) Dilçilik İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Sənədi Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu və Qazaxıstan EA Dilçilik İnstitutunun direktoru Yeren Kajibekov imzalayıblar.
Sənəddə elmi əlaqələrin və alimlər arasında əməkdaşlığın qurulması nəzərdə tutulub.
Sonda konfransın fəal iştirakçılarına sertifikatlar təqdim olunub.
Aağamusa axundovun 85 illiyin konfrans
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanın görkəmli memarı, memarlıq doktoru, professor Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Respublika Dövlət Mükafatı laureatı Davud Axundovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Memarlıq irsinin tədqiqi və mühafizəsi” adlı elmi – praktiki konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi və təşkilatçılığı ilə ərsəyə gələn konfransda başqa ölkələrdən gələn qonaqlar da iştirak edib. Konfransda Qafqaz Albaniyasının memarlıq irsi, Azərbaycanın memarlıq abidələrinin tədqiqi və qorunmasının aktual problemləri, memarlıq abidələrinin müasir şəraitdə istifadəsi və s. məsələlər müzakirə olunub. Konfrans iştirakçıları əvvəlcə D.Axundovun Memarlıq fakültəsinin foyesində hazırlanmış layihələrindən, elmi araşdırmalarından, kitablarından ibarət sərgiylə tanış olublar.
Konfransı giriş nitqiylə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayıb. Rektor Davud Axundovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib, görkəmli alimin həyat yoluna nəzər salıb.
Azərbaycan Memarlar İttifaqının idarə Heyətinin sədri, professor Elbay Qasımzadə, Mədəniyyət və Turizm nazirinin müavini, professor Sevda Məmmədəliyeva, AMEA Memarlıq və İncəsənət İnstitunun direktoru, professor Ərtegin Salamzadə, Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov, Daşkənd Memarlıq və İnşaat Universitetinin professoru Muhammed Əhmədov çıxış edib, Davud Axundov haqqında xatirələr söyləyiblər, xoş sözlər səsləndiriblər. Çıxışlardan sonra alimin ailə üzvləri adından oğlu Cəmil Axundov çıxış edərək atasının xatirəsini ehtiramla anan Universitet rəhbərliyinə, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.
Konfrans öz işini bölmə iclasında davam etdirib.
Comments are closed, but trackbacks and pingbacks are open.