Press "Enter" to skip to content

Ana dili dərsliyi yəhya kərimov

1959-cu ildən ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi,bütün proqramların redaktoru olub. 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifidir.
Y.Kərimov 1970-ci ildən ta bu günlərədək “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalına rəhbərlik edib.

“Əlifba” dərsliyinin müəllifi professor Yəhya Kərimov vəfat edib

Pedaqoji elmləri doktoru, professor Yəhya Kərimov bu gün vəfat edib.
Yəhya Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Şəki Pedaqoji Texnikumuna daxil olub. Orta ixtisas təhsiilini başa vurandan sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyibr. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnistitunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi,1961-ci ildən şöbə müdiri işləyibr.1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnistitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavi işləyib.Yəhya Kərimov yüzlərcə əsərin,o cümlədən “Savad təlimi”, “İbtidai siniflərdə inşalar”, “Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri”,”Əlifba dərsliyinin tətbiqi prinsipləri”, “Uşaq məktəbə gedir”, “Ana dilinin tədrisi metodikası” və s. monoqrafiyaların müəllifidir.

1959-cu ildən ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi,bütün proqramların redaktoru olub. 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifidir.
Y.Kərimov 1970-ci ildən ta bu günlərədək “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalına rəhbərlik edib.

Pedaqoji elmlər doktoru, professor, respublikanın Əməkdar müəllimi, “Qabaqcıl maarif xadimi” Yəhya Kərimov Prezident İlham Əliyevin 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Prezidentin 13 aprel 2009-cu il tarixli sərəncamına müvafiq olaraq alimə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ayrılıb.
Allah rəhmət eləsin…

Like this:

Like Loading.

Related

  • ← Avqustun 11-də keçirilmiş imtahanların nəticələri ilə bağlı onlayn apellyasiya prosesi təşkil ediləcək
  • DİM «Magistr» jurnalının 7-ci nömrəsini nəşr edib →

Ən çox oxunanlar

  • İngiliscə danışaraq məşhu. MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə ingil.
  • Təhsil işçilərinin aylıq. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və.
  • DİM buraxılış imtahanının. İmtahan respublikanın 29 şəhər və rayonunda t.
  • 2023/2024-cü tədris ilind. “Yaxın iki il ərzində informatika fənni bur.
  • Planetlər haqqında məluma. 1) Merkuri: Ən kiçik ikinci planet.Şumerlər dövründən.
  • Məktəbdə 8 Mart üçün pul. Azərbaycanda orta ümumtəhsil müəssisələrindən b.
  • Dövlət bayrağımız: Üç rən. Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bay.
  • Bağça müəlliminin təhsili. Amerikanın Kolumbiya Bölgəsi bağçalarda 0-5 yaşlı uşaql.
  • Ən yaxşı məktəblərin adla. Liseylərin attestat qiymətləri əla olan abituriyentlər.
  • Azərbaycanın ən bahalı mə. Müasir dövrdə valideynlər uşaqları üçün təhsilin nə qə.
  • Zərərli vərdişlər sağlaml. Yaşadığımız dövrdə insanların bir çox zərərli vərdişlə.
  • Tibb kolleclərinə qəbul n. Gələn il keçiriləcək buraxılış imtahanlarında bəzi məq.
  • BDU əlavə təhsil almaq üç. Bakı Dövlət Universiteti 2022-2023-cü tədris.
  • MƏTNİN TİPLƏRİ Mətnin mövzusuna müəllif mövqeyini ifadə edən.
  • Doktoranturaya qəbul qayd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010.
  • Elm və təhsil naziri Göyg. Elm və təhsil naziri Emin Əmrullayev 30 mart 2023-.
  • Bakı Dövlət Peşə Təhsil M. Aşpaz olmaq istəyən şəxslər İctimai İaşə və Sosial Xid.
  • Azərbaycan Dövlət Pedaqoj. Yaranışının 94 ili ərzində Azərbaycanda xalqın maariflə.
  • Azərbaycanın işğaldan aza. Yenilənib – 01.12.2020 Mektebgushesi.az-ın Müd.
  • Tanınmış pedaqoqla görüş. Paytaxtdakı 276 nömrəli tam orta məktəbdə Humanist Peda.
  • Təhsil haqqında Qanuna. 2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə.
  • Hər gün nar yeməyin 10 fa. Fəsil dəyişib və yay fəslinin meyvələri artıq öz yeri.
  • Təsərrüfat işləri üzrə di. Təsərrüfat işləri üzrə direktor müav.
  • V qrup üzrə imtahanların. 2019-cu ildən qəbul imtahanları kurikulum.
  • Nadir İsrafilov: “Mövcud. Ən peşəkar mütəxəssis belə qaydaların müddəalarını çözə.

Arxiv

VOEN 1303384232
12.08.2013 – cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Mətbu nəşrləri reystrinə daxil edilmə nömrəsi: N3782

Məktəb guşəsi saytı 2016 – cı ildən fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur ©

Əlaqə

  • Bakı şəhəri, H. Əliyev küç ev 92a mən 31
  • [email protected]
  • +994 070 320 38 51
  • +994 55 774 84 44
  • Facebook
  • Twitter

Ana dili dərsliyi yəhya kərimov

Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Görkəmli şəxsiyyətlər
23 Fevral , 2015

Yəhya Kərimov 1927-ci ildə Qax rayonun İlisu kəndində anadan olmuşdur. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirmişdir.

Yəhya Kərimov 30 ilə qədər naşiri və redaktoru olduğu “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalında böyük əzmlə çalışmışdır. 40 ildən artıq bir dövr ərzində bütün yüksək elmi, pedaqoji, etik-estetik keyfiyyətləri və mümkün qüsurları ilə ibtidai məktəbin ağır yükünü öz çiyinlərində daşımışdır. Buna görə də “Yəhya Kərimov” deyəndə bütövlükdə savad təlimi yada düşür. Azərbaycanda ibtidai təlimin elmi əsaslar üzrə qurulması və inkişafı Y. Kərimovun adı ilə bağlıdır. Görkəmli alimin çoxcəhətli elmi fəaliyyətində bu amil xüsusi əhəmiyyət kəsb edir. O, bu gün Azərbaycanın görkəmli alimləri sırasındadır. Pedaqoq alimin qələmindən çıxan “Əlifba” dərsliyi 45 il ərzində Azərbaycan xalqının balalarına xidmət etmişdir.

Yəhya Kərimov təkcə dərsliklər tərtib etməklə kifayətlənməmiş, onlara metodik göstəricilərin yazılmasını da zəruri hesab etmişdir. Ağır və zəhmətli illərin bəhrəsi professor Yəhya Kərimovu Azərbaycan pedaqogikasının parlaq simalarından birinə çevirmişdir. Yəhya müəllim həyatının çox hissəsini kiçikyaşlı uşaqlara, məktəbəqədər tərbiyə və ibtidai təhsilə həsr edib. Bilik və bacarığını yalnız pedaqoji fəaliyyətlə məhdudlaşdırmayan görkəmli alim çoxlu sayda yüksək ixtisaslı elmi kadrların yetişməsinə bilavasitə rəhbərlik etmiş, onlarca gəncin alim kimi formalaşmasına istiqamət vermişdir.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən “Savad təlimi”, “İbtidai siniflərdə inşalar”, “Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri”, “Əlifba dərsliyinin tətbiqi prinsipləri”, “Uşaq məktəbə gedir”, “Ana dilinin tədrisi metodikası”, və s. monoqrafiyaların müəllifidir.

1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktorudur. 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifidir .Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

“Qabaqcıl maarif xadimi”, “Qabaqcıl maarif xadimi”, “Azərbaycanın əməkdar müəllimi” fəxri adlardan sonra ölkə başçısı cənab İlham Əliyevin 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə tanınmış alim Yəhya Kərimov Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Respublika Prezidentinin 13 aprel 2009-cu il tarixli sərəncamına müvafiq olaraq alimə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Comments are closed, but trackbacks and pingbacks are open.