Press "Enter" to skip to content

Ağalar mmmdov aşma

I. Misir pramidaları • Bu qədim misir nekropolu Xufu ehramından (Böyük ehram və Xeops ehramı kimi məlumdur), Xefren ehramlarından və Menkaur ehramlarından ibarətdir, həmçinin çariçaların ehramları kimi məlum binalar, səkilər, vadinin ehramları. Böyük Sfinks kompleksin şərq tərəfində şərqə üzlə yerləşir. Çox alimlər hesab etməyə davam edirlər ki, Sfinks Xefren portret oxşarlığına malikdir.

Hazrlad ki rayonu Mmmdov adna Orta Zyzid knd

Dünyanın 7 möcüzəsi • Dünyanın yeddi möcüzəsi – antik dünyada inşa edilən Misir piramidaları, İsgəndəriyyə mayakı, Efes-Artemis. Babilin asma bağları, məbədi, Rodos heykəli və Bodrum mavzoleyi adlı yeddi binadır. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq “möcüzə” deyə adlandırıldı. Binaların möcüzə olmalarının səbəbi dövrün texnikalarına və imkanlarına görə böyük səylər tələb etməsidir. Möcüzələr çox antik müəllifin və ziyalısının marağını çəkmiş, bir çoxunun səyahətə çıxmasını təmin etmişdir. Bu strukturları yığan yazarlar binaların xüsusiyyətlərini çox vaxt duyaraq yazmışlar. Məlumatların bir qisimi mübahisəlidir. Bu gün yeni kəşflərə və strukturlara görə yeni “yeddi möcüzə” siyahıları nümayiş olunmuşdur. Bu yazılanlar antik dünyadan bəri bilinən “antik dünyanın yeddi möcüzəsidir”. Müasir dünyada yeni möcüzə siyahıları edilmişdir.

I. Misir pramidaları • Bu qədim misir nekropolu Xufu ehramından (Böyük ehram və Xeops ehramı kimi məlumdur), Xefren ehramlarından və Menkaur ehramlarından ibarətdir, həmçinin çariçaların ehramları kimi məlum binalar, səkilər, vadinin ehramları. Böyük Sfinks kompleksin şərq tərəfində şərqə üzlə yerləşir. Çox alimlər hesab etməyə davam edirlər ki, Sfinks Xefren portret oxşarlığına malikdir.

II. Semiramidanın asma bağları v Semiramidanın asma bağları — qədimdə “dünyanın yeddi möcüzəsi”ndən biri sayılırdı. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e. ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir. Lakin Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir. Ancaq o, öz paytaxtını Midiyanın yaşıl təpələrinə köçürmür. Heç kimin görə bilmədiyi işi görür. Midiyanın zümrüd meşələrinin ətrini qədim vadinin mərkəzinə gətirir. Məlikənin – Semiramidanın şərəfinə salınan bu bağların gerçəkləşməsi üçün şahlığın bütün qüvvələri hərəkətə gətirilir. Dövrün təcrübəli inşaatçıları, mühəndisləri bu işə cəlb olunur. Hökmdar dünyada ilk dəfə olaraq möhtəşəm məhəbbət abidəsi yaradır. Salınan Bağlar “Semiramida bağları” adı ilə məşhurlaşır və tarixin yaddaşında daşlaşır. Lakin yaddaşlarda, hafizələrdə qalan və dillərdə dolaşan bir fikir də var ki, məlikə öz adını daşıyan bu qəsrdə heç vaxt yaşamayıb.

III. Olimpdə Zevsin heykəli • Olimpdə Zevsin heykəli — qədimdə “dünyanın yeddi möcüzəsi”ndən biri sayılırdı. Yunanıstanın Olimp dağlarında, yunanların baş allahı Zevsin adına e. ə. V əsrdə heykəltəraş Fidi tərəfindən hazırlanmışdır. Olimpiya şəhərinin mərkəzi meydanında mərmər suvaq çəkilmiş və müxtəlif heykəllərlə bəzədilmiş əzəmətli məbəd ucalırdı. Məbədin daxilində döşəmə möhtəşəm mozaika ilə bəzədilmişdi. Məbədin içərisində böyük qırmızı pərdə arxasında qədimdə, “dünyanın yeddi möcüzəsi”ndən biri hesab olunan Olimriyalı Zevsin heykəli dururdu. Olimpiyalı Zevsin heykəlini görməyəni Yunanıstanda bədbəxt adam hesab edirdilər. Antik müəlliflərin məlumatına görə, Zevs qızıl və fil sümüyü ilə bəzədilmiş taxtda əyləşmişdi. Onun gövdəsinin yuxarı hissəsi çılpaq, aşağı hissəsi isə zəngin paltara bürünmüşdü. Zevsin bədəni və başı ağacdan düzəldilmiş və üzəri fil sümüyü ilə örtülmüşdü. Zevsin bir əlində Nika – qələbə ilahəsinin heykəli, o biri əlində isə Zevsin müqəddəs quşu – qartalın təsviri ilə bəzədilmiş jezl – hökmdarlıq əsası var idi. Zevsin başını qızıldan düzəldilmiş zeytun yarpaqları çələngi bəzəyirdi.

IV. Artemida məbədi Bu qədim məbəddə tamamilə yupiterdən düşən bir meteorit olduğu təxmin olunan müqəddəs bir daş vardı. Məbəd, sonrakı yüzilliklərdə bir neçə dəfə dağıdılmış və yenidən inşa edilmişdir. M. Ö. 600 -ci illərdə Efes böyük bir ticarət limanı şəhərinə çevrildi və Chersiphron adlı bir memar yüksək daş sütünları olan yeni və böyük bir məbəd inşa etdi. Lidya kralı Croesus, M. Ö. 550 -ci ildə də Efesi ve Anadoludakı digər yunan şəhərlərini fəth etdi. Bu döyüş zamanı məbəd dağıdıldı. Croesus, memar Theodorusa əvvəlkilərin hamısını kölgədə qoyan yeni bir məbəd tikdirdi. Yeni məbəd əvvəlkindən 4 mərtəbə, 90 metrə yüksəklikdə ve 45 metrə enlikdə böyük idi. Məbədin damı yüzdən çox daş sütunla dəstəklənirdi. M. Ö. 356 -cı ildə Herostratus adlı biri tərəfindən törədilən yanğın nəticəsində yanıb dağılır. Bundan qısa zaman sonra isə dövrünün ən tanınmış heykəltəraşı olan Skopaslı Paros tərəfindən yeni bir məbəd tikilir. Romalı tarixçi Plinyə görə yeni məbəd 130 metrə uzunluqda və 68 metrə enlikdə idi. Tavanı, yüksəkliyi 18 metrə olan 127 ədət sütun dəstəkləyirdi. İnşaat 120 il sürmüşdü. Makedoniyalı İsgəndər M. Ö. 333 -cü ildə Efesə gələndə məbədin inşası hələ də davam edirdi. Yeni məbəd, yunan məbədləri içərisində o zamana qədər tikilən ən böyük tikinti idi. Məbədin başqa xüsussiyyəti onun tamamilə mərmərdən tikilməsi idi.

V. Rodoslu Koloss • Rodos nəhəngi — qədimdə “dünyanın yeddi möcüzəsi”ndən biri sayılırdı. E. ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı. Bu, günəş Tanrısı Heliosun təsviri idi. Camaat onu öz himayəçisi hesab edirdi. E. ə 225 –ci ildə baş verən zəlzələ nəticəsində Rodos nəhənginin ayaqları sınmışdır. Heykəl dənizə yıxılmış və təxminən 1000 il sahildə bu vəziyyətdə qalmışdır. Tarixçi Strabonun məlumatına görə rodoslular «baxıcı» məsləhəti ilə onu qaldırmırlar. 653 -ci ildə ərəb sərkərdəsi Müaviyyə adanı ələ keçirdikdən sonra nəhəngi bir yəhudiyə satır. 977 -ci ildə heykəli hissələrə ayıraraq satmaq qərarına gəlmişlər. Qədim əlyazmalarda göstərilir ki, heykəlin hazırlandığı tuncun daşınması üçün 900 dəvə lazım olmuşdur. Nyu-York buxtasındakı Azadlıq heykəlinin timsalında Rodos nəhənginin obrazı yaradılmışdır.

VI. İsgəndəriyyə mayakı. • E. ə. təqribən 280 -ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat tərəfindən inşa edilən Qədim Yunanıstanın ən böyük mayakı. Üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatıb. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərmək üçün tonqal qalanırmış. Roma İmperiyasının süqutundan sonra mayakdan artıq istifadə olunmayıb. XIV əsrdə baş verən zəlzələdən sonra isə mayakın yerində xarabalıq qalıb.

VII. Halikarnas mavzoleyi • 5 -ci möcüzə Kiçik Asiyadakı qədim Kariya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisyanın istəyilə e. ə. IV əsrin ortalarında tikilən əzəmətli məqrəbə idi. Üçyaruslu məqbərənin birinci yarusunu ağ mərmərdən relyef zolağı əhatə edirdi. İkinci yarisi yaraşıqlı mərmər sütunlardan, üçüncüsü isə ehram şəkilli mərmər damdan ibarət idi. İçində Mavsol və Artemisyanın mərmər heykəlləri olan dördatli maşin Halikarnasdakı bu möhtəşəm məqbərəni tamamlayırdı. Mavsolun adından “mavzaley” sözü yaranmışdır. Mavsolun və Artemisiyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır.

Sağ olun . İzlədiyinizə görə təşəkkür edirəm!

Litparad

Fəlsəfənin ən əsas funksiyası insana həyatda nə etməli və necə yaşamalı olduğunu yol göstərən fəaliyyət proqramı, yəni platforma verməkdir. Bu platforma isə fəlsəfənin kainat, insan, aləmin əvvəli və sonu haqqındakı dünyagörüşündən məntiqi nəticə olaraq çıxır. Məsələni obrazlı şəkildə ifadə etmək istəsək, insanı meşədə yolunu azmış bir şəxsə bənzədə bilərik. Belə bir şəxs hansı tərəfə gedəcəyini müəyyənləşdirməzdən əvvəl həmin meşədən və onun yerləşdiyi coğrafi şəraitdən xəbərdar olmalıdır ki, həyatını xilas edə bilsin. Əks təqdirdə, vəhşi heyvanlara, yaxud düşmənlərə rast gələr və həyatı təhlükəyə düşər.

Deməli, dünyagörüşü insanın öz platformasını təyin etməsində həlledici rol oynayır və dünyagörüşü olmadan hansısa platforma seçməkdən danışmaq mümkün deyildir. İslam folosofları da fəlsəfəni nəzəri və əməli adlı iki sahəyə bölür və bildirirdilər ki, əxlaq, ailə idarəçiliyi və dövlət idarəçiliyi ilə bağlı əməli fəlsəfədə verilən proqramlar nəzəri fəlsəfədən alınan məntiqi nəticədir.
Lakin diqqət etmək lazımdır ki, hər dünyagörüşü insana platforma verə bilmir. Məsələn, insanın məcbur olduğunu iddia edən fatalizm (alın yazısı) nəzəriyyəsinə görə insan azad deyildir ki, hansısa platforma üzrə hərəkət etsin. Yaxud skeptik (şəkkak) və aqnostik dünyagörüşünə əsasən insanın, aləmi dərk etməsi mümkün olmadığı üçün yenə də hansısa proqram üzrə hərəkət etməsi mənasızdır. Necə ki, yuxarıda qeyd etdiyimiz misaldakı şəxs öz görmə qabiliyyətini itirmiş olarsa, şübhəsiz ki, heç bir yerə gedib çıxa bilməz. İnsana platforma verməkdə aciz qalıb onu çaşqın və sərgərdan vəziyyətdən qurtara bilməyən belə fəlsəfələr barsız-bəhərsiz ağaca bənzəyir. Çünki qeyd etdiyimiz kimi, fəlsəfənin ən əsas funksiyası insana həyat proqramı verməkdir və hansısa bir fəlsəfə bu imtiyazdan məhrumdursa, artıq bir sıra quru və boş-boş sözlərdən başqa bir şey deyildir. Boş-boş sözlər bəzən maraqlı və cazibədar ola bilər, ancaq bununla belə onların, uşaqları əyləndirmək və ya yatızdırmaq üçün deyilən nağıllardan heç bir fərqi yoxdur. Bir sözlə, insana heç bir həyat proqramı verə bilməyən fəlsəfələr ideoloji məktəb yarada bilməz və ideoloji məktəb yarada bilməyən fəlsəfələrin isə cəmiyyəti hansısa istiqamətə çağırmaq hüququ yoxdur.
Barsız fəlsəfələrin ən bariz nümunələrindən biri də ateist yönümlü fəlsəfələrdir. Çünki bu fəlsəfələrə görə insanın həyatı müvəqqətidir və insan bu dünyada az bir müddət yaşadıqdan sonra məhv olmağa, çürüyüb yox olmağa məhkumdur. Bu təfəkkürə əsasən, meşədə çaşqın qalan insanın şimala, cənuba, şərqə, yaxud qərbə getməsi arasında heç bir fərq yoxdur, çünki meşənin hər tərəfi vəhşi heyvanlarla doludur və hələ indiyədək onların əlindən yaxa qurtaran olmayıb. Belə olduğu halda hansı proqramdan, hansı platformadan danışmaq olar? İnsan həyatda hansı yolu seçsin? Bir halda ki, əvvəl-axır ölüm adlı qorxunc bir həqiqətin güclü pəncəsinə keçəcək, artıq dünyada ləzzət, yaxud əzab içində ömür sürməyin onun üçün nə fərqi var? Çünki hər şey bitəcək. Hal-hazırda qəbirlərdə yatanlar üçün, yüz il, min il, on min il bundan əvvəl dünyadan köçənlər üçün nə fərqi var ki, onlar dünyada necə yaşamışlar? (Əlbəttə, ateist dünyagörüşünə görə məsələ belədir, ancaq dini dünyagörüşünə əsasən insan əbədidir və hər kəsin əbədi səadəti onun dünyada necə yaşamasından asılıdır).
Şübhəsiz ki, burada platforma dedikdə dünyagörüşündən məntiqi nəticə olaraq çıxan platformadan söhbət gedir. Məsələn, bir kəs düşünə bilər ki, əgər həyat müvəqqətidirsə, onda dünyada kef çəkmək lazımdır. Lakin bu ona bənzəyir ki, gəmidə yol gedən bir şəxsə gəminin yarım saatdan sonra batacağını xəbər versinlər və həmin şəxs ölümün qorxusundan başını itirib bu qərara gəlsin ki, yarım saatdan sonra boğulub öləcəyəmsə, onda heç olmasa ehtiraslarımı söndürüb sonra ölüm. Yaxud xəstə ağrının şiddətindən başını divara vura bilər, lakin aydındır ki, bu, qeyri-ixtiyarı və məntiqsiz hərəkətdən başqa bir şey ola bilməz. Bir sözlə, məntiqli addımla suda boğulanın saman çöpündən yapışması tam fərqli şeylərdir və fəlsəfənin vəzifəsi insana şüurlu və məntiqi seçim verməkdir.
Burada kimsə irad tutub deyə bilər ki, maddi ləzzətlərlə yaşamaq mənasız olsa da, həyat başqa cəhətlərdən mənalı ola bilər. Məsələn, keçmiş insanlar özləri dünyada olmasalar da, elmi inkişaf etdirib sonrakı nəsillərə çatdırmışlar və bu özü dəyərli bir işdir. Deməli, insanın maddi ləzzət deyil, böyük amallar uğrunda yaşaması heç də mənasız deyildir. Bu iradın cavabı budur ki, əvvəla, hər bir insanı ilk növbədə öz şəxsi səadəti düşündürür, elə isə elmin inkişaf edib-etməməsinin indi qəbirdə çürüyənlərin səadətində nə təsiri ola bilər. İkincisi isə hər halda, sonrakı nəsillər də ölümə məhkumdur. Ümumiyyətlə, bir vaxt gələcək ki, yer üzündə heç bir insan qalmayacaq və milyard ildən, trilyon ildən sonra aləmdə şüursuz və cansız materiyadan başqa heç nə olmayacaq. (Təkcə bunu bilmək kifayətdir ki, Günəş işıq saçdıqca ondan külli miqdarda enerji ayrılır, bu isə nə zamansa Günəşin əriyib qurtarması ilə nəticələnəcək, beləliklə, Günəş sistemi dağılıb məhv olacaq.) Elə isə elm inkişaf etsin, yaxud etməsin bunun nə əhəmiyyəti var. Beləliklə, ateizm fəlsəfəsi nihilizm və pessimizmlə nəticələnir. Nihilizm və pessimizmin nəticəsi isə fəaliyyətsizlikdir. Aləmə nihilist və pessimist baxış insanın əl-qolunu bağlayıb irəliyə addim atmağa qoymur. Odur ki, ateist dünyagörüşü nihilizm və pessimizmlə nəticələndiyi üçün onun ideoloji məktəb yaratmağa və insanları müəyyən istiqamətə doğru dəvət etməyə haqqı yoxdur. Nihilizmə görə aləm başdan-başa puç və mənasızdır, pessimizmə görə aləm başdan-başa şərdir, deməli, insanın qarşısındakı müxtəlif seçimlər arasında heç bir fərq yoxdur, bütün yolların axırı uçurumdur.
Şəxsən mən ömrümün müəyyən bir dövründə ateist təfəkkürünün bu acınacaqlı nəticələrini yaşamışam. “Universitetəmi girim, hansısa işdəmi çalışım. Həyatda hansı yolu seçim?” Ateist təfəkkürünə görə bu suallar cavabsızdır. Daha doğrusu, ateist təfəkkürü müxtəlif seçimlər arasında heç bir fərq qoymur. Bir tərəfdən, insan öz daxilində duyur ki, həyatda qətiyyətli addım atmalı, müəyyən bir yol tutub getməlidir. Digər tərəfdən isə ateist təfəkkürü insanın əl-qolunu qandallamaqla onu irəliyə doğru hərəkətə gətirən bu qüvvəni məhv edir. Bəzən bu seçimsizlikdən təngə gələrkən düşünürdüm ki, bəlkə intihar edim. Lakin bu addımın mənası odur ki, ölmək qalmaqdan daha yaxşıdır, halbuki ateist təfəkkürünə görə ölməklə qalmaq arasında heç bir fərq yoxdur. İnsanın tez və ya gec ölməsinin nə fərqi var ki? Aləmdə hər şey şərdir, şərin ağına da lənət qarasına da. Odur ki, intihar etmək özü də ateist təfəkkürünə vəfasızlıq olardı. İnsanın az və ya çox yaşamasının da fərqi yoxdur. Aləmdə trilyon, kvadrilyon illər boyu uzanıb gedən zaman axınında 30 illə 100 il arasında fərq varmı? Hər ikisi sonsuz zaman axını ilə müqayisədə bir qığılcımın yanıb sönməsinə bənzəyir. Ümumiyyətlə, ateist baxışına əsasən, insanın dünyaya gəlib-gəlməməsi arasında da heç bir fərq yoxdur. Sonsuz zaman axınında hansısa bir qığılcımın yanıb bir andaca sönməsi ilə heç əvvəldən yanmamasının nə fərqi var?
Beləliklə, aydın olur ki, seçim şansını insanın əlindən almaqla onun iradəsini məhv edən ateist dünyagörüşünün ideoloji məktəb yaradıb, cəmiyyəti hansısa bir yola dəvət etmək hüququ yoxdur. Karl Marks və onun ardıcıllarının insanları kommunizm adlı quruluşa çağırmasına isə fəlsəfi sarsaqlıqdan başqa bir ad qoymaq mümkün deyildir. Burnunun ucundan o tərəfi görə bilməyən bu şəxslər bilməli idilər ki, filosof aləmə zaman və məkanın fövqündən baxmalı, təkcə bu günü nəzərə almamalıdır. İnsan ölməklə məhv olursa və ümumiyyətlə, nə vaxtsa yer üzündə hər şey məhv olacaqsa, fəhlənin, yaxud kəndlinin hansısa formada yaşamasının fərqi varmı? Ateizmin nihilizm və pessimizmlə nəticələndiyini etiraf etmək əvəzinə insanlara səadət vədəsi vermək gülünc bir oyundan başqa bir şey ola bilərmi? Ancaq elə ateistlər də var ki, ateizmin bu acınacaqlı nəticələrini etiraf edirlər, amma öz ateist dünyagörüşlərinə vəfasızlıq göstərib onunla uyğun olmayan hərəkətlər edirlər. Özünü filosof adlandıran Ağalar Məmmədov bu şəxslərdəndir. Ağalar Məmmədov üçün nə fərqi var ki, din olsun, yaxud olmasın. Onun fikrincə, təkcə din yox, aləmdə hər şey şərdir. Elə isə nə üçün məhz dinin məhvinə çalışır. Onun üçün təkcə din yox, aləmdə hər şey təhlükədir. Elə isə dinə qarşı başladığı bu kampaniyaya nə ad qoymaq olar? Ağalar Məmmədov yazılarının birində pərəstişkarı olduğu Nitşenin: “Allah ölüb. Onu biz öldürdük” – kəlamını əzəmətlə yad edib deyirdi ki, insanın Allahı öldürməsi onun azadlığı deməkdir. Halbuki nihilizm və pessimizm xəstəliyinin şiddətdli ağrılarından psixoloji sarsıntı keçirən Nitşenin dediyi bu söz fəlsəfi sərsəmlikdən, fəlsəfi sayıqlamadan başqa bir şey deyildir. Cəfəngiyyat sözləri fəlsəfi terminlərlə bəzəmək heç də onları cəfəngiyyat olmaqdan çıxarmır. Nitşe Allahı öldürməklə azadlığa çıxdığını güman edirdi. Halbuki bunu yadından çıxarıb ki, hətta Allah olmasa belə, insan materiyanın qanunlarına məhkumdur. Nitşe doğrudan da azad olsaydı, ölüb torpaqlar altında çürüməzdi. Ağalar Məmmədov da öz “kumiri” kimi ölüb çürüyəcək, molekulları hərəsi bir tərəfə səpələnəcək. Ağalar Məmmədovun özü kimi, fikirləri də ölüb çürüyəcək. Heç kəsin onlardan xəbəri olmayacaq. Ola bilər ki, 500 min il, milyon il bundan sonra, Azıx mağarasında tapılmış çənə sümüyü kimi, Ağalar Məmmədovun da kəllə sümüyü, yaxud çənə sümüyü tapılsın, lakin onda heç kəs Ağalar Məmmədovu tanımayacaq. Uzaq başı, labarotiyada aparatın altında orasına, burasına baxıb, aparıb muzeyə qoyacaqlar. Ağalar Məmmədov məqalələrinin birində Dekartın məşhur cümləsi ilə Berklinin nəzəriyyəsini sintez edib bir aforizm yaratmışdı: “Düşünülürəm, deməli, varam.” Yəni hər bir insan istəyir ki, onu düşünsünlər, əgər birini düşünən yoxdursa, o, öz varlığını itirmiş sayılır. Milyon il, milyard il bundan sonra Ağalar Məmmədovu düşünən də olmayacaq. Yalnız cansız və şüursuz materiya qalacaq, ya da ki, heç nə qalmayacaq. Əgər Ağalar Məmmədov bütün bunlardan qafildirsə, deməli, filosof ola bilməz. Yox, əgər bilə-bilə bu hərəkətləri edirsə, onda onun bu hərəkətlərinə fəlsəfi avantüradan başqa ad verə bilmərik.
Sonda əlavə etmək istərdik ki, insanın əbədi həyatını inkar edən ateistlərin xalqı hansısa səmtə istiqamətləndirmək hüququ olmadığı kimi, insan həyatının əbədi olub-olmaması barədə heç bir nəticəyə gəlməyən skeptiklərin də belə bir hüququ yoxdur. Odur ki, meydanı insan həyatının əbədi olduğuna inanan dini dünyagörüşünə verməlidirlər. Çünki dünyanın sonunun nə ilə nəticələnəciyini bilmədikləri üçün özləri cəmiyyətə yol göstərə bilmirlərsə, ən azından bunu fikirləşməlidirlər ki, dinin dediklərinin doğru olma ehtimalı var.

Bəyanat haqqında bir neçə söz

Deyirlər, bir nəfər atasının gözlərini çıxardır ki, ona Koroğlu desinlər, adı qalır “kor kişinin oğlu”. Özlərini azadfikirli göstərmək xatirinə ağızlarına gələni yazaraq insanların heysiyyətinə toxunan Ağalar Məmmədova və onun ateist həmfikirlıərinə də əslində çürükfikirli adı daha çox yaraşır. İndi də Rafiq Tağının ölümündən sui-istifadə edib onu böyük bir şəxsiyyətə çevirmək istəyirlər. Ancaq hansı əsasla? Məgər Rafiq Tağı qərbin demokratik qanunları ilə mühakimə olunmaımşdı? Ağalar Məmmədovun sinov getdiyi sekulyar qanunlara görə Rafiq Tağının bir milyarddan çox müsəlmanın əqidəsini təhqir etməsi doğru idimi? Bu hərəkət heç milli-mənəvi dəyərlərlə, milli mentalitetlə də bir araya sığmır. İslam dinini təhqir edənlər 9 milyonluq xalqı, nənələrimizi, babalarımızı, Nizamiləri, Füzuliləri, Nəsimiləri təhqir etmiş sayılmırmı? Bayrağımızdakı yaşıl rəng islam dininin rəmzi deyilmi və islam dinini təhqir edənlər dövlət atributumuzu təhqir etmiş sayılmırmı? Tutaq ki, Rafiq Tağını öldürənlər səhv ediblər (hələ qatilin kimliyi də məlum deyil), amma bu, Rafiq Tağını böyük bir şəxsiyyətə çevirməyə əsas verirmi? Bu tamamilə ona bənzəyir ki, birinin namusuna sataşanı vurub öldürsünlər, onu öldürməyin Avropa qanunlarına görə doğru olmadığını bəhanə edib xalqın namusuna sataşan bir şəxsi göylərə yüksəldək.
Ağalar Məmmədov və onun ateist həmfikirlıəri tolerantlıqdan, ictimai və siyasi dözümlülükdən dəm vurduqları halda nə üçün islam dininə qarşı dözümsüzlük nümayiş etdirirlər.
Bəyanatda sofistika və ziddiyyətli məqamlar çoxdur və onların çoxuna ziyalılar tərəfindən cavab verilmişdir. Bəyanata qol çəkənlərdən bəzilərinin öz imzalarından imtina etməsi də Ağalar Məmmədovun üzündən başqa bir hicabı götürdü. Fikrimcə, hətta Rafiq Tağının ailəsi də bəyanatı oxumadan ona imza atmışlar. Çünki onlar islam dini ilə düşmən mövqedə olsaydılar, Rafiq Tağını islam qayda-qanunu ilə dəfn etməzdilər.

«Это очередное испытание, которое дает Всевышний». Гамид Агаларов — об игре за «Ахмат»

Нападающий «Ахмата» Гамид Агаларов заявил «Матч ТВ», что не испытывает психологического давления на фоне низкой результативности. В прошлом сезоне Агаларов в составе «Уфы» стал лучшим бомбардиром чемпионата России с 19 голами. Летом 2022 года футболист перешел в «Ахмат». В этом сезоне на счету 22‑летнего форварда три забитых мяча в 18 матчах. В субботу «Локомотив» обыграл в Грозном «Ахмат» в матче 19‑го тура МИР РПЛ со счетом 1:0, часть встречи играя вдевятером. — Нам не хватило хладнокровия на завершающей стадии, реализации. Что‑то не залетало вообще ничего. Будем работать, оттачивать, в следующих играх все будет хорошо. — Можно сказать, что тебе глобально не везет после смены клуба? — Нет, это испытание. Очередное испытание, которое дает Всевышний. Его просто надо пройти. Я готовлюсь, работаю на каждой тренировке, в каждом матче на 100% отдаю всего себя. Никакого нервозного состояния или чего‑то подобного у меня нет. — Весной ты будешь получать больше игрового времени, чем в первой части сезона? — Это вопрос тренеру. Конечно, это зависит и от меня, как я буду выглядеть на тренировках и играх. Только от этого зависит, будут мне доверять место в составе или не будут, — сказал Агаларов корреспонденту «Матч ТВ». Прямые трансляции матчей МИР РПЛ смотрите на федеральном канале «Матч ТВ» и тематических каналах холдинга, а также сайтах matchtv.ru и sportbox.ru.

Читайте также:

  • «Локомотив» вдевятером обыграл «Ахмат» в гостевом матче РПЛ
  • Пиняев — о победе «Локомотива» над «Ахматом»: «Такими темпами к 20 годам у меня будут седые волосы»

Источник: Матч ТВ

Comments are closed, but trackbacks and pingbacks are open.