Press "Enter" to skip to content

Ağayar şükürov fəlsəfə

Fəlsəfə və ya Bir Subyektin Həqiqəti… Məqaləmin başlığı bu cür adlanır.Çünki mən bu məqaləmdə google.az, wikipedia.org və.s bu kimi mənbələrdən əldə etdiyim bilgiləri yox öz düşüncələrimi sizilə paylaşmaq istərdim.” Kayzen ” — də yayımlanan bir sıra məqalələri oxumuşam və sonda məndə belə bir düşüncə formalaşır ki, bu saytın istifadəçilərinin 90 faizinin İQ səviyyəsi 90 və 90 + səviyyəsindədir.Bir sıra məqalələrdə istifadə edilən terminlərin açıqlamasının yazarın özünə belə yad olduğuna əminəm.Lakin əlbəttə ki bu o qədər də pis deyil, ən azından oxuyuruq və öyrənirik.Ancaq yuxarıda da qeyd etdiyim kimi mən Sizlərlə öz düşüncələrimi paylaşmaq istəyirəm.

Azərbaycan fəlsəfə elminin nəhəngi AĞAYAR ŞÜKÜROV

Elə mövzular var ki, insanın beynində bir fikir qığılcımı yaradır. Öz qələmi ilə Biləsuvar ziyalılarını həmişə təbliğ edən, onların parlaq əməllərini bu qəzet vasitəsilə geniş ictimaiyyətə çatdıran və həm də bir növ tarixə çevirən hörmətli “Region-Press” əməkdaşları Azərbaycan fəlsəfə elminin görkəmli nümayəndəsi mərhum professor Ağayar Şükürov haqqında bir xatirə yazmaq təşəbbüsü ilə çıxış edəndə mənim də düşüncəmdə bir qığılcım yarandı.
Mənim ilk fəlsəfə müəlimim və ilk elmi məqaləmə rəy verən mərhum professor Ağayar Şükürovun xatirəsi qəlblərdə əbədi olaraq yaşayır. Həm onunla şəxsi tanışlığım, həm də həqiqi böyük bir alim kimi, əsl elm fədaisi kimi onun elmi irsi ilə yaxından tanışlığım mənə Biləsuvarın yetirdiyi bu böyük alim haqqında ürək dolusu danışmağa və yazmağa güc verir.
1946-cı ildə Biləsuvar rayonunun Əmənkən kəndində doğulan Ağayar müəllim 1975-cil ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə elmləri namizədi kimi müdafiə edərək ömrünün bütün qalan hissəsini bu böyük elm məbədinə bağlamış və Azərbaycan fəlsəfə elmini öz qiymətli əsərləri ilə zənginləşdirmişdir. Mənim yadıma gəlir ki, onunla ilk görüşlərimizdən birində dedim ki, hörmətli professor Siz çox məhsuldar yazırsız, ildə iki kitabınız çap olunur. Özünə məxsus ağayanalıqla və təbəssümlə dedi ki, mənim elmi yaradıcılığımı deyəsən yaxşı izləmirsən. Sonra mən öyrəndim ki, bu böyük alim son illərdə hər il ən azı 5 kitab yazır. Ömrünün qırx ilə yaxınını fəlsəfə elminə həsr etmiş Ağayar müəllim 30-dan artıq kitab 300-ə qədər elmi məqalə yazmışdır. Onun əsərləri fəlsəfə elminin çox müxtəlif sahələrini əhatə edir. Dünya xalqlarının mifologiyasının öyrənilməsi sahəsində mərhum professor 9 kitab yazmışdır. Bu əsərlərin hər biri fəlsəfə elmində yeni bir tədqiqat sahəsi açır, onu zənginləşdirir və gənc alimlər üçün geniş üfüqlər yaradır. Ağayar müəllim 25-qədər gənc alim yetişdirmişdir ki, bu gün də onun elmi irsini davam etdirirlər. Elmlə məşul olanlar yaxşı bilir ki, Ağayar müəllim Azərbaycanda ilk dəfə qloballaşma proseslərinin elmi-fəlsəfi tədqiqatını aparan alimlərdən biridir. Fəlsəfə elmində əldə etdiyi nailiyyətlərə görə Ağayar müəllim 2003-cü ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü seçilmişdi ki, bu da müstəqillik dövründə Azərbaycan fəlsəfə elminin əldə etdiyi ən böyük uğurlardan biri olmuşdur. Bu böyük alimin “Qlobalistika və ekoloji fəlsəfə” adlı tədqiqat əsəri ekologiyanın fəlsəfi problemlərinə həsr edilmiş ilk və dəyərli kitablardan biridir. Mərhum Ağayar müəllimin yazdığı Fəlsəfə , Kulturologiya, Sosial ekologiya, Fəlsəfə kitabları artıq neçə iilərdir ki, bütüb ali məktəblərdə əsas dərs vəsaiti kimi tələbələrə tədris olunur.
Əlbəttə mərhum professorun elmi irsi və yaradıclığı haqqında çox qiymətli sözlər demək olar. Lakin mənim fikrimcə o, öz dəyəri ilə bu sözlərin hamısından ucada dayanır. Amma bir xüsusiyyəti qeyd etmək lazımdır ki, Ağayar müəllim təkcə bir elm adamı, filosof kimi elmi tədqiqatla məşğul olmurdu. Həm də o istəyirdi ki, həyat haqqında, dünya haqqında, onun mahiyyəti haqqında fikirləri geniş ictimaiyyətə sadə dildə çatdırsın və onları dünya fəlsəfi irsini qabacıl fikirləri ilə marifləndirsin. Bu baxımdan alimin ömrünün son illərində qələmə aldığı “Hamı üçün Fəlsəfə” kitabı xüsusi əhəmiyyət kəsb edir.
Bir alim, filosof kimi Ağayar müəllim cəmiyyətdə baş verən proseslərə biganə qalmırdı, hər bir prosesə öz rəyini, mövqeyini bildirir, gəncləri düzgün istiqamətlədirir və onları dövlətçlik ruhunda biliklərlə silahlandırırdı. Ağayar müəllimin fəlsəfə sahəsində işıqlı ideyalarının əsasında Azərbaycan gənclərinin qabaqcıl elmi bilikərlə silahlanması prinsipi dayanırdı. Ona görə bu irsi hər bir gənc öyrənməli və bu böyük alimin yaradıcılığı ilə yaxından tanış olmalıdır. Təsadüfü deyil ki, alimin Fəlsəfə, Kulturologiya, Sosial ekologiya adlı dərslikləri respublikamızın bütün ali məktəblərində mühüm dərs vəsatit kimi tələbələrə tədris olunmaqdadır.
Ağayar müəllim, böyük alim, görkəmli filosof olmaqla yanaşı çox sadə, səmimi, xeyirxah bir ziyalı idi. Həmişə gənclərə doğu yol göstərər, onlara öz dəyərli məsləhətlətini verər və elmin sirlərini öyrədərdi. Çox prinsipal mövqeyə malik bu böyük insan bəzən öz prinsipləri uğrunda qəzəbli də olardı, amma bütün hallarda Siz onun ağ saçlarının sayəsində vüqarlı görünüən simasında yüksək bir alicənablıq görərdiniz. Ağayar müəllim, çox təəssübkeş bir adam idi, həmişə Biləsuvardan olan bir gənc görərdisə onun qabağına düşüb bütün qapıları onun üzünə açmaq üçün nə qədər lazımdırsa gedərdi.
Allah bu böyük alimi rəhmət etsin, onun əziz xatirəsi həmişə qəlblərdə yaşayır.

Elməddin Əlizadə Musaxan oğlu

Fəlsəfə və ya Bir Subyektin Həqiqəti

Fəlsəfə və ya Bir Subyektin Həqiqəti… Məqaləmin başlığı bu cür adlanır.Çünki mən bu məqaləmdə google.az, wikipedia.org və.s bu kimi mənbələrdən əldə etdiyim bilgiləri yox öz düşüncələrimi sizilə paylaşmaq istərdim.” Kayzen ” — də yayımlanan bir sıra məqalələri oxumuşam və sonda məndə belə bir düşüncə formalaşır ki, bu saytın istifadəçilərinin 90 faizinin İQ səviyyəsi 90 və 90 + səviyyəsindədir.Bir sıra məqalələrdə istifadə edilən terminlərin açıqlamasının yazarın özünə belə yad olduğuna əminəm.Lakin əlbəttə ki bu o qədər də pis deyil, ən azından oxuyuruq və öyrənirik.Ancaq yuxarıda da qeyd etdiyim kimi mən Sizlərlə öz düşüncələrimi paylaşmaq istəyirəm.

” Fəlsəfi Dərsliklər

Dəqiq fənnlərin daha çətin olduğunu deyirlər, lakin mən bu fikirlə qətiyyən razı deyiləm. 3 x 2 = 6 və ya — 40 * C = — 40 * F Bu aksiomadır, yəni sən bunu qəbul etsən də etməsən də bu belədir və əgər əksini iddia etmək istəsən sənə sadəcə axmaq deyəcəklər.Lakin fəlsəfədə aksiomalar mövcud deyildir.Aksioma anlayışının var olub olmaması belə mübahisəlidir.Ancaq Əlisa Nicatın və ya Məmmədəli Zeynalovun öz dərsliklərində fəlsəfəyə tərif verməsi mənə gülməli gəlir.Ən gülməlisi isə tələbədən fəlsəfənin tərifini soruşduqda ona * kitabda yazılan kimi de * sözünün işlədilməsidir.Mənim adları qeyd edilən şəxslərin bilik və təcrübələrinə əsla şübhəm yoxdur və özümü onlardan ağıllı hesab etmirəm.Ancaq Fəlsəfə oxunaraq öyrənilən bir fənn deyildir.Fəlsəfə dərketmədən,düşünmədən ibarətdir.

” Bu gün Fəlsəfədən 10 aldım”

Çoxdankı tanışımla görüşdük bir gün.Universitetin qarşısında… ” İşlər necədir? ” deyə soruşdum.Xala-xətrin qalmasın deyı deyil, həqiqətən halının necə olmasını öyrənmək üçün.Sevinə sevinə çox yaxşıyam bu gün ” Fəlsəfədən 10 aldım ” dedi. Necə baş verdi bu? deyə sual verdim dostuma.Cavabında isə antik yunan və roma mütəfəkkirlərinin adlarını əzbər söylədiyini və bu səbəbdən də 10 aldığını dedi.Gülməyim gəldi və bir xeyli güldüm.
Fəlsəfə fənni tədris olunmalı deyilmi? Əlbəttə ki tədris olunmalıdır.Lakin * qatıq qaradır * prinsipi ilə deyil.Zənnimcə dərsliklərdə məsələn təsadüf və zərurət anlayışlarının izahında mütəfəkkirlərin bu barədə söylədiyi fikirlər,onların düşüncələri əks etdirilməli, tələbədən isə onun bu barədə nə düşündüyü soruşulmalıdır.Ancaq əfsuslar olsun ki hal-hazırda vəziyyət bu cür deyildir.

Fikirlərimin nə dərəcədə doğru olub olmadığını deyə bilmərəm.Ən azından bu mənim subyektiv həqiqətimdir. Bir şeyi isə dəqiq bilirəm Obyektiv həqiqətlərin mövcud olmadığını düşünən bir tələbəyə fəlsəfəyə dərslikdə yazılan kimi tərif vermədiyi üçün 0 qiymətini verən müəllim və ya müəllimə bu cəmiyyətin düşmənidir.

Müəllif: Dəyərli vaxtınızı aldığı üçün üzr istəyən Cnb. Şahlarzadə

Ağayar Şükürov

Ezoterik fəlsəfə üçün böyük möcüzə isə insan şüurudur. Bir qədər
geniş prizmadan yanaşdıqda idealizmin və materializmin vəhdəti
çox güclü şeydir və işləməyə qadirdir. Alimlər adətən amillərin
müxtəlif qoyuluşları arasındakı tarazlıqların qeyri-adi seriyalarına
aludə olurlar, bu amillər isə güman ki, yer üzərindəki həyatı
qurmaq naminə zəruridir. Burada soyuq və isti, rütubətlə quraqlıq
arasında, Yerin Günəşdən bu qədər uzaq olması və Günəş
evolyusiyasının xüsusi səhnəsində qərar tutması (nə istidir, nə də
soyuqdur) kimi tarazlıqar terminləri barədə söhbət gedir. Daha
fundamental səviyyədə materiya öz qaydasında dərk edilməlidir,
cazibə qüvvələrinin və elektromaqnetizmin hər biri xüsusi
dərəcədə olmalıdır. Allahlara, mələklərə və ruhlara, onlar böyük
kosmik zəkadan, başqa sözlə Fikir-Varlıqdan əmələ gəldiklərinə
görə inanılmalı idi. Bu böyük Fikir – Varlıqlar özlərini xalq
vasitəsi ilə ifadə edirdi. Sonralar göründüyü kimi, allahlar,
mələklər və ruhlar millətlərin talelərində böyük dəyişikliklərin
baş verməsi yaxınlaşan bir vaxtda gələ bilərdi. Bunların gözə
çarpması əksər hallarda fərdi qaydada olurdu. Misal üçün, Böyük
Aleksandr və ya Napoleon böyük ruh üçün vasitə idilər. Heç kəs
onlara əks çıxmağı bacarmadı və ruh onları tərk edənə qədər nə
edirdilərsə, hər şeydə uğur qazanırdılar.

www.kitabxana.net
– Milli Virtual Kitabxana
11

Dünyanın yaranmasının başlanğıcı Elm və din onunla razılaşır ki,
başlanğıcda kosmos heç nə vəziyyətindən materiyanın
mövcudluğuna doğru hərəkət etdi. Lakin elm bu sehrli dəyişiklik
barədə az şey deyə bildi, deyilənlərin hamısı yüksək dərəcədə
spekulyativ xarakter daşıyırdı. Alimlər hətta bütün cisimlərin bir
dəfə yaranması və ya onun yaranmaqda olmasının davam etməsi
barədə müddəalar irəli sürməyə görə fərqli qruplara bölündülər.
Qədim dünyanın özünü bu işə həsr etmiş keşişləri arasında isə,
əksinə, gözəl yekdillik var idi. Onların gizli təlimləri dünyanın
böyük dinlərinin müqəddəs mətnlərində kodlaşdırılmışdı.
Başlanğıcda boşluğu andıran materiya var idi, bu yaxşı olmaqla,
işıqdan daha zərif idi. Sonra müstəsna qaydada, yaxşı olan qaz
gəldi. Əgər insan gözü tarixin dan şəfəqlərinə baxsaydı, bu ona
geniş kosmik duman, çən kimi görünə bilərdi. Bu qaz və ya çən
bütün Yaşayanların Anası idi, həyatın yaranması üçün lazım olan
hər şeyi özündə daşıyırdı. Ana İlahə, Yeri həmçinin bəzi hallarda
belə adlandırırlar, öz tarixi boyunca metamorfozaya uğrayacaq və
çox müxtəlif formaları və adları qəbul edəcəkdi. Lakin
başlanğıcda “Yer formasız və boşluq idi”. Bu vaxt tarix üçün
taleyin ilkin böyük dəyişilməsi gəldi. Bibliyanın hekayətləri
davam edir: “Qaranlıq yer üzünü örtmüşdü”. Bibliyanın ezoterik
ənənə içərisində çalışan təfsirçilərinə müvafiq olaraq bu, kitabın

www.kitabxana.net
– Milli Virtual Kitabxana
12

nəql etmə yolu idi ki, Ana İlahə yandırıcı quru küləyin hücumuna
məruz qaldı, o az qala bütünlüklə həyatın potensialını məhv
etmişdi. Allahın zəkasından ilk dəfə əmələ gələn nazik toxunmuş
dumanlar qəflətən ikinci mənşə tərəfindən yoxlandı. Bu,
astronomların müşahidə etdikləri nadir və effektli fenomenə –
ulduzun ölməsinə bənzəyən güclü tufan idi. Güman etmək olar ki,
istisna kimi bu, başlanğıcda tam ölçüdə bütöv kainatı
doldurmuşdu. Ana İlahə çox vaxt sevən, həyat verən və
işıqlandıran şəxs kimi xatırlanır. Lakin o, həm də dəhşətli
xüsusiyyətə malikdir, lazım gəldikdə döyüşkən olurdu. Misal
üçün, qədim Frigiya xalqı arasında o, şirlərlə dolu olan döyüş
arabasında
gəzən
mərhəmətsiz
ilahə
Kibela
kimi
qiymətləndirilirdi. Allahın zəkasından çıxan ilk varlıq Yerin
ilahəsi kimi metamorfozaya uğramışdısa, ikinci əmələ gələn allah
Saturna çevrildi. Saturn öz izini Günəş sisteminin hədlərində
qoyacaqdı. Misir mifologiyasında isə Saturn Yeri saxsı təkərlərlə
yumşaldan Ptah idi və bir çox əsatirlərdə Saturnun titulu “Rex
Mundi” – “Dünyanın çarı” və ya “Bu dünyanın hökmdarı” idi.
Bizim maddi həyatımız onun nəzarətində idi. Saturnun
ucbatından bizim həyatımız olduqca çətin idi. Çünki Saturnun hər
bir qılıncı iki dilli idi və hər bir tacı tikandan düzəldilmişdi.
Saturn bizi öz hədlərimizə atırdı. Bu olduqca çətin bir hal olmalı

www.kitabxana.net
– Milli Virtual Kitabxana
13

idi ki, Kosmosda həyat üçün olan potensial hələ doğulmamışdan
əvvəl məhv ola, sola bilərdi. Kosmos bütün əbədilik dövründə ölü
cisimin nəhayətsiz dəyişilməsi yeri kimi qala bilərdi. Tarix
boyunca biz görəcəyik ki, Saturn müxtəlif vaxtlarda və müxtəlif
maskalar altında mumiyalanmış bəşəriyyətdə öz məqsədinə
çatmaq və ondan kənardakı həyatı əzib sıxmaq üçün geri dönür.
Bu tarixin sonunda biz həmçinin görəcəyik ki, onun ən həlledici
ixtirası, gizli cəmiyyətlər tərəfindən uzun müddət xəbər verilən
hadisə kimi, gözlənildiyi tək, qısa müddətdə yer tutmağa
müvəffəq oldu. Saturnun Ana Yer üzərindəki tiraniyası, onun
kosmosdan kənar bütün həyat potensialını əzməsi sahəsindəki
qanlı cəhdi, insan ağlı ilə ölçülə bilməyən geniş dövrlərdə davam
edir. Onun tiraniyası mahiyyətcə devrilmişdir və Saturn əgər
tamamilə məğlub edilməmişdirsə, nəzarətdə saxlanır və öz
sferasında qapadılmışdır. Bəs bu qələbə necə əldə edilmişdir?
Bibliyada dünyanın yaranması üçün, əlbəttə, iki izah vardır.
İkincisi isə, Müqəddəs İoannın “İncil”indədir və bu daha dolğun
olmaqla “Başlanğıc” kitabının kodunun açılmasına kömək edir.
Bu günlər kilsə müstəsna olan və radikal monoteizmi moizə edir.
Bu çox güman ki, müəyyən qədər elmin ağalıq etməsi ilə
əlaqədardır. Xristianlığa dostcasına yanaşan elmdə Allah kainatda
fərqlənməyən və daimiliyi müəyyən oluna bilinməyən səviyyəyə

Comments are closed, but trackbacks and pingbacks are open.