Press "Enter" to skip to content

Hacağa Abbasov, xatirələr

İrandan bizə tez-tez “qonaq” gələn dərvişlər, falçılar, mollalar şəriət adı ilə əhalini soyur, varlanır və öz yerlərinə qayıdırdılar.

Xatirələrim

“Xatirələrim” adlı bu kitabda görkəmli teatr xadimi, Azərbaycanın ilk xalq artisti Hacağa Abasov böyük ömrünün ən qaynar çağlarını xatırlamışdır. 1906-34-cü illərdən bəhs edən bu xatirələr Azərbaycan incəsənətinin həmin dövrü ilə yaxından tanış olmaq istəyən hər bir oxucu üçün qiymətli məlumat mənbəyidir.

Чтобы оставить свою оценку и/или комментарий, Вам нужно войти под своей учетной записью или зарегистрироваться

Все впечатления

Поделиться впечатлением

Пока никто не оставил впечатление о книге.

Цитаты

Добавить цитату

Пока никто не оставил цитат из этой книги.

Другие книги жанраБиографии и Мемуары

Настоящее издание — первая полноценная русскоязычная биография выдающегося американского новеллиста О. Генри (1862–1910). Этот человек прожил не одну, а две жизни. Первая — под именем, данным при рождении, Уильям Сидни Портер — разительно отличалась от той, что прошла под псевдонимом «О. Генри». Временами судьба выделывала поразительные кульбиты, жизнь походила на авантюрный роман, в калейдоскопическом ритме которого мелькали люди, города и страны, герой переживал взлеты и падения, менял занятия.

Автор Андрей Танасейчук
Жанр Публицистика, Биографии и Мемуары
Год 2013

В 1934 году ОГПУ было преобразовано в НКВД. Только за 1937—1938 годы было арестовано полтора миллиона человек, из них около 800 тысяч расстреляно. В 1954-м мрачное здание на Лубянке снова поменяло вывеску и стало называться Комитетом государственной безопасности – КГБ. Самое странное, что под чекистский меч попадали не только так называемые диссиденты, но и писатели, музыканты, художники и другие деятели искусства, которые, при всем желании, не могли свергнуть советскую власть. Именно поэтому.

Автор Борис Сопельняк
Жанр Публицистика, Биографии и Мемуары, Художественная литература
Год 2013

Вся его жизнь — это достойный пример служения своему Отечеству человека сильной воли, огромной энергии, целеустремленного и преданного своей профессии офицера и военачальника. У него была подлинно солдатская душа, благодаря которой сама жизнь выдвинула его на высокие ступени военной иерархии. Василий Филиппович Маргелов — единственный из командующих ВДВ, чье имя в истории этих войск останется навсегда: ведь он олицетворял целую эпоху их развития и становления.

Автор Олег Смыслов
Жанр Публицистика, Биографии и Мемуары
Год 2010

В книге рассказывается о том, как в годы гражданской войны и иностранной военной интервенции крестьянская беднота Северной Таврии боролась за власть Советов, как создавались там красногвардейские и партизанские отряды, которые потом объединились в 1-й Днепровский крестьянский полк, и как этот полк в составе Южной группы войск Украинского фронта совершил летом 1919 года героический поход на соединение с Северной группой (дивизией Щорса). С. И. Ракша член КПСС с 1917 года, активный участник.

Автор Степан Ракша
Жанр Публицистика, Биографии и Мемуары, О войне
Год 1959

Светлана Хоркина, уникальная гимнастка, двукратная олимпийская чемпионка, рекордсменка Книги рекордов Гиннесса, депутат Государственной Думы и звезда многих телешоу, искренне и откровенно рассказывает о своей жизни и пути на Олимп. Подробности спортивных интриг и «засуживания» российских спортсменов на Олимпиадах, интересные истории о звездах ТВ, откровенный рассказ о рождении сына — все это вы найдете в книге «Кульбиты на шпильках». Светлана ярко и эмоционально рассказывает о своих потрясающе.

Автор Светлана Хоркина
Жанр Публицистика, Биографии и Мемуары, Спорт
Год 2008

Мы открываем серию «Богачи мира» с самой, пожалуй, захватывающей книги — о Поле Гетти. Необычная, полная драматизма и крутых поворотов судьба Пола Гетти не оставит равнодушным читателя. Обладатель несметных богатств собственноручно стирал в раковине свои носки и лихорадочно гонялся за юными любовницами. Гигантское его состояние стало проклятием для его многочисленных жен, детей и внуков. Это захватывающая книга о самом богатом человеке на планете. Эта книга о гениальном бизнесмене, роковых.

Автор Джон Пирсон
Жанр Публицистика, Биографии и Мемуары
Год 1997

Hacağa Abbasov, xatirələr

“Xatirələrim” adlı bu kitabda görkəmli teatr xadimi, Azərbaycanın ilk xalq artisti Hacağa Abasov böyük ömrü-nün ən qaynar çağlarını xatırlamışdır. 1906-34-cü illərdən bəhs edən bu xatirələr Azərbaycan incəsənətinin həmin dövrü ilə yaxından tanış olmaq istəyən hər bir oxucu üçün qiymətli məlumat mənbəyidir.

Əlaqədar şəxs
Kitab Evim
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 23.05.2018

Xüsusiyyətlər Janr: Uşaq ədəbiyyatı Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Annabel Karmel Janr: Analar üçün kitab Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 19×19

Xüsusiyyətlər Rəng: qoz İstehsal ölkəsi: Türkiya Brend: UVİ mobilya

Xüsusiyyətlər Müəllif: Elxan Elatlı Janr: Detektiv Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Ədalət Tahirzadə Janr: Bioqrafiya, Tarix Nəşr dili: Azərbaycan Cild: Sərt Ölçü, sm: 17×24

Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Psixoloji Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər Müəllif: Harvard Business Review Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 12,8×17,8

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Dania Florina Janr: Nağıl Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Ryan Holiday Janr: Psixologiya Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər Müəllif: Cəmilə Musayeva Janr: Özünü inkişaf etdirmə Nəşr dili: İngilis Cild: Yumşaq Ölçü, sm: 15,3×20,3

MAQAZIN.AZ saytında özünüzə onlayn maqazin yaradın , məhsullarınızı yerləşdirin və asanlıqla satın. Maqazin.az mağaza və dükan sahibləri, internet biznesi olanlar üçün alış satış platformasıdır. Maqazin.az online saytı ilə siz müxtəlif mağazaların, yeni məhsulların təklifləri ilə tanış ola biləcək, endirimlər, aksiyalar və kampaniyalar haqqında məlumat əldə edən müştərilər əldə edəcəksiniz.
Onlayn maqazin, alis veris sayti, Bakida ucuz qiymete mehsullar, onlayn shop ticarət mərkəzi. © 2016 MAQAZIN.AZ | info [@] maqazin.az | Bizimlə əlaqə

Текст книги “Xatirələrim”

Azərbaycan SSR xalq artisti, sovet incəsənəti və teatrının inkişafında diqqətəlayiq xidmətləri olan Hacağa Mütəllib oğlu Abasovun oxuculara təqdim etdiyimiz xatirələri hadisələrlə zəngin olan böyük bir həyatın kiçik bir parçasıdır.

1888-ci ildə adi bir müəllim ailəsində anadan olan Hacağa Abasov hələ 12–13 yaşlarından teatra həvəslənmiş, dram dərnəklərində çalışaraq get-gedə bu sahədə böyük istedad sahibi olduğunu göstərmişdi. Xüsusilə 1905-ci il inqilabından sonra Azərbaycanda teatr sənəti də müəllimlik və mühərrirlik kimi xalqa xidmət etməyin ən əlverişli sahələrindən birinə çevrilmişdi. Hacağa Abasovu da teatra cəlb edən sadəcə gənclik həvəsi deyil, bəlkə teatrın oynadığı tərbiyəvi rol, kütlələrin gözünü açan, onlarda insanlıq ləyaqətinə hörmət, köhnəliyə, cəhalətə və zülmə nifrət oyadan misilsiz bir məktəb olması idi. Teatra sonsuz məhəbbət sahəsində Hacağa az bir zamanda istedadlı bir aktyor kimi şöhrət qazanmışdı.

İlk dəfə M.F.Axundovun “Molla İbrahim Xəlil kimyəgər” komediyasında Molla İbrahim Xəlil rolunda oynayıb müvəffəqiyyət qazanması qocaman aktyorun çox yaxşı yadındadır. Daha sonra o, klassik dramaturgiyamızın bir sıra görkəmli əsərlərində, dram, opera və operettalarda xarakter rollarda çıxış edib, misilsiz aktyorluq məharəti göstərmişdi. Hacağa Abasovun çox müvəffəqiyyətlə oynadığı rollardan biri də C.Məmmədquluzadənin “Ölülər” komediyasındakı Şeyx Nəsrullah rolu idi. Bu rolu aktyor böyük bir məharətlə, özünəməxsus bir yaradıcılıq üsulu ilə ifa etmiş və uzun zaman yadda qalan bir surət yaratmağa müvəffəq olmuşdu.

Hacağa Abasov sadəcə bir aktyor deyil, həm də incəsənət sahəsində gözəl bir təşkilatçı, fəal ictimai xadim idi. Onun bu bacarığını hələ inqilabdan əvvəl N.Nərimanov və M.Əzizbəyov yüksək qiymətləndirmişdilər. Bu görkəmli inqilab xadimlərinin göstərişi ilə Hacağa Abasov fəhlələr arasında işləmiş, onlarda teatra həvəs oyatmış və beləliklə də zəhmətkeşlərin ictimai-bədii tərbiyəsində müəyyən rol oynamışdı. O zaman “Balaxanı dram dərnəyi” ndə, “Nicat” maarif cəmiyyətinin dərnəklərində fəal iştirak edən Abasov bir tərəfdən fəhlələrin mədəni tələblərini ödəməyə, teatr sənəti vasitəsi ilə zəhmətkeşlərin köhnəlikdən, mövhumat qalıqlarından azad olmasına çalışmış, digər tərəfdən isə sənət adamlarının fəhlə həyatına yaxınlaşmasına, onunla qaynayıb qarışmasına müvəffəq olmuşdu.

Söz yox ki, belə bir fəaliyyət sosialist inqilabından əvvəlki şəraitdə, xüsusən irtica illərində çox ağır və təhlükəli idi. Abasov da başqa mütərəqqi adamlarımız kimi hər addımda kapitalistlərin və mürtəce ruhanilərin müqavimətinə rast gəlirdi. Lakin Abasov öz işinin xalq üçün, zəhmətkeşlər üçün faydalı olduğunu dərindən dərk edərək, ruhdan düşmürdü.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Hacağa Abasovun yaradıcılıq fəaliyyəti xeyli genişləndi. O, sovet teatrının tərəqqisi və inkişafı yolunda daha böyük həvəslə çalışmağa başladı. Gənc sovet respublikasında mədəniyyət və maarif ocaqlarının qapıları zəhmətkeş xalq kütlələrinin üzünə geniş açıldığı bir zamanda Hacağa yeni həvəs və enerji ilə işə girişdi.

1921-ci il noyabr ayının 13-də işə başlayan Azərbaycan “Tənqid-Təbliğ” teatrının banisi və direktoru Hacağa Abasov olmuşdur. Bu, bütün Şərqdə elə yeni, orijinal və demokratik bir teatr idi ki, xalq kütlələri ilə ən sadə dildə danışır, onların ürəklərindən xəbər verir və istismar dünyasının bütün rəzalətlərinə qarşı amansız atəş açırdı. Sovet hökumətinin köməyi ilə Abasov qısa müddətdə həmin teatr üçün nəinki bir aktyor kollektivi, hətta qüvvətli müəlliflər kollektivi də təşkil etmiş, görkəmli dramaturqları teatrın ətrafına cəlb edərək zəngin bir repertuar da yaratmışdı.

Hacağa Abasov nəinki Azərbaycanda “Tənqid-Təbliğ” teatrının banisi və onun başçısı olmuşdur, hətta teatrın yaradıcılıq fəaliyyətində mahir bir rejissor, aktyor və həm də dramaturq kimi fəaliyyət göstərmişdir. Abasov həqiqi bir səhnə fədaisi kimi xalqa xidmət etməkdən doymayan, teatrın böyük tərbiyəvi rolunu təcrübədə görüb ruhlanan sənətkarlardan olmuşdur.

Onun “Tənqid-Təbliğ” teatrı üçün yazdığı pyeslər (“İnqilab şərarələri”, “Rur macərası”, “Sabirin məhkəməsi” və sair) öz ideyası və təbliği mahiyyəti ilə diqqəti cəlb edən əsərlər idi.

“Tənqid-Təbliğ” teatrı Azərbaycanda sovet teatrının yaranması və inkişafı tarixində çox maraqlı hadisələrdən biridir. Onun tarixi və tədqiqi ilə teatrşünaslarımız xüsusi məşğul olmalıdır. Bu teatrın bəzi tamaşaları şəxsən mənim də yadımdadır. Gənc yaşlarımda mən də hərdən oraya gedər, işıqlar sönəndən sonra tamaşaçıların gurultulu alqışları altında iki aktyorun pərdənin qabağına çıxmasına və üz-üzə duraraq satirik kupletlər deməsinə tamaşa edərdim. Bu aktyorlardan biri Hacağa Abasov, ikincisi isə Mirzağa Əliyev idi. Onlar hər gün tamaşadan əvvəlki çıxışlarına “Hacı Mirzə” adı vermişdir. Günün ən vacib məsələlərinə həsr edilən satirik kupletlər sanki səhnədə göstəriləcək tamaşalara bir müqəddimə idi. Çox maraqlıdır ki, teatrın foyesi də ümumi ahəngə, üsluba müvafiq olaraq satirik-təbliği bir məzmunda tərtib edilirdi. Divarlara din, mövhumat, gerilik və köhnəlik əleyhinə çevrilmiş böyük və rəngli karikaturalar vurulmuşdu. Bütün bu şəkillər teatrın qapısından içəri girən kimi tamaşaçını müəyyən bir istiqamətdə hazırlayır, ona hərtərəfli təsir bağışlamağa kömək edirdi.

“Tənqid-Təbliğ” teatrından sonra Hacağa Abasov 1923-cü ildən 1929-cu ilədək Azərbaycan Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışmış, Azərkinoda bir sıra filmlərdə (xüsusən “Hacı Qara” filmində) çıxış etmiş, respublikada teatr-kino mədəniyyətinin inkişafında fəal rol oynamışdır. Hacağa Abasovun təşkilatçılıq bacarığına arxayın olan partiya və hökumət onun rəhbərliyi altında respublikanın uzaq rayonlarına, qonşu respublikalara, Sovet Dağıstanına teatr briqadaları göndərir və bu barədə ona lazımi köməklik edirdi.

Hacağa Abasov Azərbaycan mədəniyyəti və incəsənəti aləmində bir çox maraqlı və əhəmiyyətli hadisələrin bilavasitə iştirakçısı və canlı şahididir. Bu gün də yaşının ötməsinə baxmayaraq Abasov incəsənət məsələləri ilə, xüsusən teatr və musiqi məsələləri ilə yaxından maraqlanır, öz məsləhətləri, xatirələri və məqalələri ilə gənc incəsənət xadimlərinə yaxından və məmnuniyyətlə kömək edir.

Hacağa Abasovun həyat kitabında çox-çox mənalı və maraqlı səhifələr vardır. Azərbaycan teatr kollektivləri ilə birlikdə İranın bir çox şəhərlərinə qastrola getməsi, burada dövrün görkəmli adamları ilə görüşməsi, H.Ərəblinski, H.Sarabski, Ü.Hacıbəyov, M.A.Əliyev kimi məşhur incəsənət xadimləri, bir sıra tanınmış rus teatr adamları ilə əməkdaşlıq etməsi, böyük rus ədibi Lev Nikolayeviç Tolstoyun yaşadığı “Yasnaya Polyana” ya gedib məşhur “Hərb və sülh”ün müəllifi ilə görüşməsi, görkəmli inqilabçı və dövlət rəhbərləri olan N.Nərimanov, S.M.Kirov, Q.Musabəyov, R.Axundov və başqalarından göstəriş alaraq işləməsi – bu zəngin həyat kitabının parlaq səhifələridir. Bu nöqteyi-nəzərdən Hacağa Abasovun xatirələri çox qiymətlidir.

Biz əminik ki, qocaman incəsənət xadiminin xatirələri oxucularımızı sevindirəcək, onları Azərbaycan teatrının və mədəniyyətinin keçdiyi yollarla tanış edəcək, teatrımızın tarixini öyrənənlərə əməli kömək edəcəkdir.

Keçmiş Bakı haqqında

Teatrımızın keçmişi, onun inkişaf edərək bugünkü səviyyəyə çatması üçün böyük qayğı göstərən şəxslər, “Tənqid-Təbliğ” teatrı, respublikamızda ilk teatr texnikumu barədə də yadımda qalan bir para xatirələrdən danışmazdan əvvəl, daha doğrusu, əsil mətləbə keçməmiş istərdim ki, gənclərimizə keçmiş Bakı haqqında danışım. Onlar indiki Bakını görürlər. Qoy Bakının keçmişini də təsəvvürlərində canlandırsınlar, onu sosialist Bakısı ilə müqayisə etsinlər.

Keçmişdə Bakının əhalisi azərbaycanlı, erməni, rus və az miqdarda başqa millətlərdən ibarət idi. Mən Bakı əhalisinin cəmi 300 min olduğu vaxtı görmüşəm. Əhalinin əksəriyyətini xırda alverçi, zavod, fabrik, mədən və dəmiryol fəhlələri, dülgər, malakeş, qəssab və sairələri təşkil edirdi. Burada Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Hacı Hacağa Dadaşov, onun qardaşı Hacı Şirəli Dadaşov, Ambarsum Məlikov və qeyriləri kimi milyonçular yaşayırdı. Bunların böyük evləri, fabrikləri, neft quyuları və paroxodları var idi. Bundan başqa onlar şəhərdə 3–4 mərtəbəli binalar tikdirərək bir hissəsində özləri yaşayır, bir hissəsini isə baha qiymətə kirayəyə verirdilər. Fəhlələr və zəhmətkeşlər birmərtəbəli evlərdə və zirzəmilərdə yaşayıb, ağır günlər keçirirdilər. Varlılar xırda alverçilərə müamilə ilə pul buraxaraq İrandan mal gətirir və qazancına da şərik olaraq satdırırdılar. Bundan başqa İran tacirləri hər gün Bakıya bir neçə paroxod müxtəlif yeməli və geyməli şeylər gətirib satırdılar. Paroxod sahiblərinin kontur və dükanları dənizkənarı küçədə (indiki Neftçilər prospektində) yerləşirdi.

Böyük şəhərdə yalnız bir şəhər bağı və bir də indiki Xəqani küçəsi ilə Karqanov küçəsinin kəsişdiyi “Malakan bağı” deyilən bağ var idi. Şəhərdə ikiatlı konka işləyirdi, başqa nəqliyyat isə ancaq faytonlardan ibarət idi. İran hökumətinin zülmündən – Ərdəbil, Astara, Təbriz və Miyanadan qaçıb gələnlər hamballıq edirdilər. Varlılar və avaralar şəhər idarəsi tərəfindən açılmış klublarda qumar oynamaq və şərab içməklə əylənirdilər.

Oğul evləndirəndə və yaxud qız ərə verəndə varlı varlının oğluna qız verər və yaxud varlıdan qız alardı. Kasıbın qızı və yaxud oğlu nə qədər gözəl olsaydı, varlı özünün nəslini onun nəslinə calamazdı. Əgər varlı məscidə, toya və ya bir məclisə getsəydi, lazım idi ki, o, məclisin yuxarı başında özünə layiq yerdə otursun. O məclisdə başqa bir adam cürət edib danışa bilməzdi. Varlılar qoçu saxlayırdılar. Bu qoçular varlıların köməyi ilə qubernator və yaxud qradonaçalnikdən qismən icazə alıb tüfəng, tapança, xəncər gəzdirir, varlılar bir yana getdikdə silahlı sürətdə fəxrlə onun dalınca gedirdilər. Bunların ən güclüləri Kərbəlayı Abdulla Zərbəliyev, Hacıbala Babayev, Teymurbəy Aşurbəyov, Əlihüseyn Babayev və başqaları idi. O zaman Bakıdan Sabunçuya adi qatarla gedirdilər. Bu qoçular çox vaxt ədavət etdikləri adamlarla vaqonlarda tapança və tüfənglə atışardılar. Xülasə, nizam-intizam barəsində bunu demək kifayətdir ki, hərc-mərclik, hoqqabazlıq, dəllallıq və qoçuluq edənlərin işləri yaxşı gedirdi. Molla və axundların dostları ancaq varlılar idi ki, onlar da bir iş düşəndə öz ciblərinin xatirinə din və şəriəti istədikləri kimi təbir edir, Allahın və peyğəmbərin adından cürbəcür fırıldaqlar uydururdular. Əgər varlı oğul evləndirirdisə və yaxud qız ərə verirdisə, molla qızın yaşı düşüb-düşmədiyinə, onun könlü olub-olmadığına baxmaz, bir dəst xələtini və pulunu alıb kəbin kəsərdi.

İrandan bizə tez-tez “qonaq” gələn dərvişlər, falçılar, mollalar şəriət adı ilə əhalini soyur, varlanır və öz yerlərinə qayıdırdılar.

Şəhərdəki gimnaziya və realni məktəblərin şagirdləri ildə yüz əlli manat təhsil haqqı verirdilər. Odur ki, orada ancaq varlıların uşaqları oxuya bilirdi. Kasıbların uşaqları üçün isə üçillik “rus-tatar” və yaxud altı sinifli şəhər məktəbləri var idi. Realni məktəblərə və gimnaziyalara ancaq çox yalvar-yaxardan sonra bəzi varlıların hesabına beş-on nəfər kasıb balası daxil ola bilirdi. O da bu şərtlə ki, həmin kasıb oxuyub qurtardıqdan sonra qulluq edib varlının ona çəkdiyi xərci hissə-hissə özünə qaytarsın.

Bakıda cəmi üç qiraətxana var idi.

Neft mədənlərində işləyən fəhlələr alçaq birmərtəbəli evlərdə yaşayır və çox az maaş alırdılar. Abşeronun ən səfalı bağlı-bağatlı yerləri Bakı milyonçularının əlində idi. Onların bağlarında olan malikanələrinə tamaşa etməyə belə icazə verilməzdi.

Polis məmurları şəhər əhli ilə kefləri istəyən qaydada rəftar edərdilər. Bakıda olan inzibati idarələr səkkiz məntəqədən ibarət idi. Hər məntəqədə baş rəis olardı. Ona pristav deyərdilər. Qumarbazlıq, sərxoşluq, dəllallıq, rüşvətxorluq çox yayılmışdı. Çar hökuməti tərəfindən bir çox fahişəxanalar açılmışdı. Bunlar polis məmurları tərəfindən mühafizə olunurdu.

Hələ Bakıda su kəməri olmadığı vaxtlarda varlılar Şüvəlandan araba ilə su gətirdir, kasıblar isə sudan da korluq çəkirdilər.

Bakıda cəmi bir dənə Mixaylovski xəstəxanası və Qaraşəhərdə neftçilərin xərci ilə tikilmiş başqa bir xəstəxana var idi. Uşaq təbibi tapmaq çox çətin idi. Odur ki, şəhərdə uşaq ölümü çox olurdu.

Keçmişdə Nikolayev adına (indiki Kommunist) küçədə şəhər bələdiyyə idarəsi, dəniz kənarında – indiki təbiblər evində isə qubernatorun idarəsi yerləşirdi. Telefon xətti, telefon aparatları kontorlardan başqa tək-tək evlərdə qoyulmuşdu.

Şəhərdə ancaq “İslamiyyə”, “İskəndəriyyə”, “Köhnə Avropa” və milyonçu Musa Nağıyev tikdirən “Yeni Avropa” mehmanxanaları var idi.

Hər üç ildə bir dəfə Bakı şəhər bələdiyyə idarəsinə “qlasnı” seçkisi olardı. Evi və alveri olmayan “qlasnı” (deputat) seçilməzdi. Ona görə Dumanın əksər “qlasnıları varlılardan ibarət idi. Cəmi “qlasnılar” həştad nəfər idi. Şəhər bələdiyyə idarəsi rəisinin üç müavini olardı. Bizim bələdiyyə idarəsi rəisi ildə iyirmi min, onun köməkçiləri isə ildə on min manat maaş alardılar.

Bakı bələdiyyə idarəsinə Kursk şəhərindən Nikolay Vasilyeviç Rayevski adlı bir nəfər rəis seçilmişdi. Ona ildə iyirmi min manat maaş təyin olunmuşdu. O, çalışırdı ki, həmvətənlərini də Bakı şəhərinə gətirsin.

Bir dəfə Dumanın iclaslarından birində o, Kurskdan Smirnov familiyalı bir hesabdarın Bakıya çağırılmasını, ona ikiotaqlı mənzil, telefon, fayton və şəhər ətrafında ayrıca yer verilməsini təklif edir. “Qlasnılar” bu təklifə razı olurlar. Smirnov gəlib işə başlayır. Bundan sonra Rayevski yuxarıdakı şərtlərlə Kurskdan Vasilyev familiyalı həkim gətirdir. Sonra şəhər üçün də bir bağban gətirilməsini təklif edəndə “qlasmlar” dan İsrafil Hacıyev Rayevskidən icazə istəyib deyir:

– Cənab Rayevski, sizdən acizanə xahiş etmək istəyirəm: budur üç ay olur ki, bizim Tiflisdə olan Şeyxəlislam vəfat edibdir. Əgər mümkün isə yazıb bizə Kurskdan bir Şeyxəlislam gətirdəsiniz. – Bu sözdən sonra böyük gülüşmə düşür, Rayevski özü də gülür.

İnqilabdan əvvəl şəhərin fırıldaqçıları müxtəlif yollarla camaatın var-yoxunu əllərindən alırdılar. Dua yazmaq, cinləri oyatmaq, uşağı olmayan arvadlara uşaq duası yazmaq geniş surətdə yayılmışdı.

Mən 1888-ci ilin fevral ayında Bakıda – belə bir mühitdə anadan olmuşam. Atam Mütəllib Abasqulu oğlu kənd müəllimi olub, anam Ayna xanım Məhəmməd Səlim qızı isə ev işlərindən başqa dəzgah qurub bafta toxumaqla da məşğul olardı. Uşaqlıqda atam məni aparıb mərkəzi poçt idarəsinin rəisi Sinilnikovun ailəsinə tapşırmışdı. 5 il tamam orada qalandan sonra mən rusca danışmağı öyrəndim. Sonra məni İçərişəhərdə Şah məscidinin yanında olan Mahmudbəy Mahmudbəyovun məktəbinə qəbul etdilər. Rus dilini bildiyim üçün oxuyanlar arasında birinci şagird hesab olunurdum. 3 il ərzində “Rus-tatar” məktəbini bitirdikdən sonra məni Şamaxı yolunda Kalantarovun evində olan 6 sinifli məktəbə qəbul etdilər. Həmin məktəbdə Soltanməcid Əfəndiyevlə bir skamyada oturub dərslərə davam edirdim. Məktəbin müdiri şamaxılı müəllim Həbibbəy Mahmudbəyov idi. Şükürbəy Əfəndiyev, Əli İsgəndər Cəfərov, Süleymanbəy Əbdürrəhmanbəyov, Mehdibəy Hacıbababəyov, Trequlov və başqaları həmin məktəbdə dərs verirdilər. Bizim 6-cı sinif müəllimi şəkili Süleymanbəy Əbdürrəhmanbəyov idi. Onun rusca dərs aparmaqda böyük qüdrəti var idi. Məktəb siniflərinin birində səhnə var idi. Orada mən təzəcə rejissorluğa iqdam etmiş Hüseyn Xələfovla tanış oldum.

Səhnə Qəhrəmanı

Hüseynin atası Bakı dövlətlilərinin paroxodlarında muzdurluq edirdi. Camaat arasında ona Pişgah Məhəmməd deyirdilər. Çox kasıb bir adam idi. Vaxtsız vəfat etdiyindən Hüseyn lap uşaq ikən yetim qalmışdı. Onun dayısı Hacı Ağakərim çox varlı olmasına baxmayaraq Hüseyngilə heç bir kömək etmirdi. Anası Pəri, oğlunu S.M.Qənizadənin müdir olduğu “Rus-tatar” məktəbində oxutmuşdu. Sonralar realni məktəbdə oxuyub rus dilini yaxşı öyrənmişdi. Hələ uşaqlıqdan teatrı sevən Hüseyn tez-tez rus teatrına gedib, orada oynanılan əsərlərə tamaşa edirdi. Hətta məni, Əbülfət Vəliyevi və Sarabskini də özü ilə aparıb sözsüz rollarda çıxış etməyə həvəsləndirirdi. O zaman sözsüz rol ifaçılarına 50 qəpik pul verirdilər. O çox sevdiyi Qoqol, Puşkin və Dostayevskinin əsərlərindən monoloqlar söyləyirdi. Uşaq ikən “Kaspi” qəzetində çalışar, ayda aldığı on yeddi manatla anasını və özünü güclə saxlayırdı.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра – распространителя легального контента. Поддержите автора!

Comments are closed, but trackbacks and pingbacks are open.