Press "Enter" to skip to content

Abdulla şaiq hekayələri

АБДУЛЛА Шаиг (азерб. Abdulla Şaiq, 24.02.1881, Тифлис, Российская империя-24.06.1959, Баку, Азербайджанская ССР)- азерб. поэт, писатель, драматург, публицист, педагог, литературовед, переводчик, член Союза писателей Азербайджана с 1934 года, Заслуженный деятель искусств (1940).
Шаиг Абдулла родился в духовной семье в Тифлисе. Его отец был ахуном в Кавказской мусульманской канцелярии, преподавая исламский закон, персидский и арабский языки в средней школе. В 1888 году шестилетний мальчик получил свое первое образование в мусульманской школе. В 1893 году он поехал в Хорасан, где в течение семи лет изучал историю, логику, психологию, восточную, азербайджанскую и русскую литературу. Будучи подростком, он писал газели и перевел ряд произведений русской литературы на персидский язык. В 1901 году, в возрасте 20 лет, он поселился в Баку и сдал экзамен в Первой Александрийской гимназии, став сертифицированным учителем. В течение следующих 33 лет трудился на ниве педагогической деятельности.
В августе 1906 года Шаиг Абдулла принял участие в организации I Конгресса учителей в Баку. На конгрессе он выступил с инициативой преподавания своего родного языка и литературы. Конгресс избрал специальную комиссию из Х. Зардаби, Ф. Кочарли, М. Махмудбекова, С.Сани, А. Шайга и других и поручил им подготовить соответствующую программу на азербайджанском языке.
Шаиг Абдулла известен как детский азербайджанский писатель. Его пьесы и фольклорные сказки впервые начали публиковаться в местных газетах и журналах в 1906 году. Позже он также был известен тем, что писал короткие рассказы, иллюстрировавшие горькие последствия нищеты и экономических испытаний, с которыми столкнулся рабочий класс в досоветской России. Это сделало работы Шаига особенно популярными в Советском Союзе. Его акцент на интернационализме и пацифизме принесло ему большой успех в качестве писателя. Несмотря на свою академическую работу, направленную на пропаганду азербайджанской культуры и несколько открытые антисталинистские взгляды, он не считался преследуемым государством [Abdulla Shaig: Rays from the Same Sun. Azerbaijan International Magazine, Vol. 12.1 (Spring 2004), pp. 40-41].
Автор многих языковых и литературных учебников, изданных с 1909 по 1920 год. Во время двухлетней независимости Азербайджанской Демократической Республики в 1918-1920 годах он проявил решительную идеологическую поддержку правящей партии «Мусават».
Шаиг Абдулла- автор многочисленных переводов произведений Шекспира, Дефо, Пушкина, Лермонтова, Крылова, Горького, Некрасова, Низами и Фирдоуси на азербайджанские и российские языки.

Текст книги “Xatirələrim”

Keçmişin ağır, iztirablı günlərini görməyən azad və xoşbəxt gəncliyimizə ithaf edirəm.

Abdulla Şaiq (1881–1959)

Zaman və könül güzgüsü

Hər şair, hər yazıçı öz dövrünün, mühitinin və ədəbi nəslinin güzgüsüdür. Bu güzgüyə bax – o dövrdən xəbərin olsun. Bu güzgüyə diqqət et – o mühitin bütün əyrilərini, əskiklərini, xarakterik cizgilərini toplayaraq xəyalında canlandır. Bu güzgüdəkiləri gör – gördüklərin sayəsində yazıçının özünü də, şəxsiyyətini də, onu yetişdirən, yazıçı olmasına səbəb olan şəraiti də anlamaq asanlaşsın.

Bütün bu dediklərim bədii ədəbiyyat nümunələrinə aiddir. Amma oxuduğunuz əsər həm də xatirədirsə, deməli, verəcəyi dəyərli informasiya da, təsəvvür yaranmasına xidmət edəcək çalarlar da, hadisə, situasiya və xarakter zənginliyi də daha çox olacaq.

Ümumiyyətlə, xatirə ədəbiyyatı bütün dünyada və bütün dövrlərdə oxucu marağını çəkib. Bunun səbəbi yalnız o ədəbiyyatın yazıçının taleyi, şəxsiyyəti və xarakteri ilə bağlılığı deyil, həm də mühiti və dövrü ilə bağlılığıdır. Bir də təbii ki, səmimiyyət göstəricisi ilə. İnsanlar xatirələrini danışarkən daha səmimi, daha içdən olurlar. Çünki özlərindən, özləri üçün dəyərli olanlardan söz açırlar. Yaşadıqlarına xəyalən qayıdarkən özlərini, ruhlarını bütün ziddiyyətləri ilə bərabər göstərməli olurlar. İçinə qapılaraq getdikləri, təsiri altında olduqları hadisələr buna vadar edir. Bəlkə də elə bu səbəbdəndir ki, əksər yazıçılar xatirə yazmağı sevmirlər. Axı Olduğu kimi Görünmək hər yazıçının arzusu deyil.

Azərbaycanda da xatirə ədəbiyyatı çox yayılmış janr hesab edilmir. Çünki bizdə bu istiqamətdə qələm çalmaq istəyənlər daha az olub. Ancaq XX əsr Azərbaycan ədəbiyyatının və maarifinin görkəmli nümayəndələrindən biri olan Abdulla Şaiqin “Xatirələrim” i bu sahədə yazılmış ən dəyərli nümunələrdən biri hesab oluna bilər.

Abdulla Şaiq (Talıbzadə Abdulla Şaiq Axund Mustafa oğlu – 1881–1959) Tiflisdə, ruhani ailəsində dünyaya gəlib. 1888-ci ildə altı sinifli şəhər müsəlman məktəbində təhsilə başlayıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar anası və qardaşı ilə bərabər Xorasana köçüb, təhsilini orada davam etdirib. 1900-cü ildə Tiflisə qayıdaraq bir müddət burada qaldıqdan sonra 1901-ci ildə Bakıya köçüb.

Milli intibah tərəfdarı olan maarifçi pedaqoq, romantik şair kimi tanıdığımız Abdulla Şaiq öz həyatını bütünlüklə Azərbaycan maarifinin inkişafına, yeni tipli məktəblərin yaranması, təlimin ana dilində aparılması, dərs kitablarının ana dilində tərtib edilməsi, ibtidai və orta məktəblərin inkişafı, milli müəllim kadrlarının hazırlanması kimi problemlərin həllinə həsr edib. “Türk ədəbiyyatı”, “Türk çələngi”, “Milli qiraət”, “Müntəxabat”, “Ədəbiyyat”, “Gülşəni ədəbiyyat” adlı dərsliklər və proqramlar hazırlayıb.

Yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeri olub. “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa”kimi mənzum nağıllar yazıb. “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad”kimi poemaları milli folklorumuzun ən koloritli xüsusiyyətlərini özündə daşıyır. 1910-cu ildə qələmə aldığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyub. “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin hüzurunda”, “Dursun”, “Əsrimizin qəhrəmanlar”ı kimi bir çox dəyərli hekayə, povest və romanların müəllifidir.

Onun həyatı da, yetişdiyi və yaradıcılıqla məşğul olduğu dövr Azərbaycan tarixinin, eyni zamanda da ədəbiyyatının elə bir qarışıq, ziddiyyətli, və mürəkkəb dövrü idi ki, ona işıq salınması, onun haqqında danışılması hər zaman maraq doğuracaqdır. “Xatirələrim” belə bir funksiyanı daşıyır. Burada kiçik yaşlarından başlayaraq Abdulla Şaiqin bir çox Azərbaycan ziyalısının yetişməsində və inkişafında rol oynamış Tiflis mühitində böyüməsi, formalaşması, ailəsi ilə bərabər Xorasana köçməsi, orada gördükləri, yaşadıqları və müşahidə etdikləri çox maraqlı yazıçı üslubu ilə əks etdirilir. Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundovun Abdulla Şaiqin atası ilə dostluğu və münasibətləri haqqında qələmə aldığı fikirlər də bir çox maraqlı məqamların aydınlaşmasında yardımçı olur: “Evləri bizə yaxın olduğundan bazar günləri atamın yanına söhbətə gəlirlərmiş. Söhbət zamanı hərdən mübahisə də edərlərmiş. Anamın dediyinə görə M.F.Axundov da atamın kitabxanasından istifadə edər, tez-tez ondan kitab alıb apararmış. Bunların çoxu dini kitablar idi… atam “Hər gələndə dindən söz açır. Çox ağıllı, bilikli və xeyirli adamdır, hayıf ki, etiqadı xarabdır” – deyirdi”.

Burada Abdulla Şaiqin Nəriman Nərimanov, Əbdürrəhimbəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi görkəmli ziyalılarla tanışlığı və ünsiyyəti də öz maraqlı ifadəsini tapıb.

“Xatirələrim” Xorasan həyatını da əks etdirir, Bakı mühitini də. Bu şəhərlərdə yaşayan insanların həyatı, güzəranı, müsəlmanların necə bir avamlıq və xurafat içərisində olduqları, hansı zillət içərisində ömür sürdükləri də göstərilir. Ancaq bu kitab yalnız Abdulla Şaiqin, ailəsinin yaşamını əks etdirmir. Burada müsəlman qadınının hüquqsuzluğu da var, siyasi çalarlara da rast gəlinir. Mühitdən başqa ailənin, ata və ananın bir insanın yetişməsinə, hansı istiqamətə yönlənə-cəyinə göstərdiyi təsir də öz əksini tapır. Kiçik Abdullanın şəxsi duyğularına, həyəcanlarına da şahid olur, bir uşaq üçün atanın necə dəyərli və vacib şəxsiyyət olduğunu anlayır, bu səhnədən təsirlənirik: “Bilmirəm, o nə hal idi. Qollarımı ona tərəf uzadıb: “Ata, ata!” – deyə elə vəhşi bir səslə bağırdım ki, yanımdakılar qorxdular, iki qolumdan tutaraq: “Səbir elə, fayton bura gələcək” – deyə məni saxladılar. Xorasana gəldiyimiz ilk gündən keçən beş il ərzində, bəlkə birinci dəfə idi ki, belə sevinirdim”.

Bəzən kədər, təəssüf, qəlb ağrısı gətirən misralar aradabir Abdulla Şaiqin öz xarakterindən irəli gələn zarafatcıllıq, baməzəlik kimi xüsusiyyətlərlə də yüklənir, maraqlı yumoristik çalar da ala bilir. Məsələn, Cəlaləddin Rumi ilə bağlı qələmə aldığı əhvalat: “… bir şair aşura günü təsadüfən gəlib Hələb şəhərinə çıxıb… Görür ki, adamlar boyunlarında kəfən bir-birinin belindən tutub: “Şaxsey-vaxsey,” – deyə-deyə… yeriyirlər… yanında duran kişidən soruşur:

– Şəhərinizdə vəfat edən kimdir?

Həmin kişi acıqlı-acıqlı ona baxaraq soruşur:

– Bəs, sən müsəlman deyilsən?

Şair cavab verir:

– O halda bəs sən bilmirsən ki, bu gün aşuradır, İmam Hüseynin qətlə yetirilən günüdür?

Şair təəccüblə kişiyə baxıb deyir:

– Aha, yadıma düşdü, yezid dövrünü deyirsən? Bu xəbər sizə nə gec çatıb? Siz onun ölümü xəbərini bu gün eşitmisiniz?”

Abdulla Şaiq buna görə Cəlallədin Ruminin də kafir hesab edildiyini yazaraq mühitin və xalqın avamlığını çox ustalıqla əks etdirə bilir.

Abdulla Şaiq yazır: “Şərq həyatının elə qaranlıq guşələri vardır ki, oraya günəşlə bərabər ensən, yenə də onun dərinliklərinə nüfuz edə bilməzsən!”.

İnsanın könlü də belədir. Ora işıq salmaq çətindir. Amma Abdulla Şaiqin “Xatirələrim”i onun Zamanına da, Cavid, Hadi, Cabbarlı kimi zamandaşlarının şəxsiyyətinə də, Könlünə də Güzgü ola bilir. “Xatirələrim” sayəsində onlara baxmaq da, görmək də mümkündür. Hətta bu gün üçün bəzi yanlış görünən dəyərləndirmələrinə baxmayaraq…

Nərgiz Cabbarlı

Kədər içində sevinc

Uşaq hafizəsi təmiz bir güzgüyə bənzər, gördüyünü, eşitdiyini olduğu kimi əks etdirər. Uşaqlıq xatirələri hafizədə o qədər möhkəm yer tutur ki, uzun illər onu silib yox edə bilmir. İnsan qocaldıqda da ilk xatirələrini hafizəsinin yardımı ilə olduğu kimi gözünün qabağında canlandıra bilir və xəyalın yüngül qanadları üzərində bir anda ən uzaq məsafələri dolaşıb yenə qayıdır.

Uşaq ikən gördüyüm adamlar, bildiyim hadisələr, dəfələrlə qulaq asdığım nağıl və dastanlar, əzbərlədiyim şeirlər indi də hafizəmdən silinməmişdir. Əlimə qələm alıb uzaq keçmişə aid xatirələrimi yazarkən, hafizəm ən kiçik hadisələri belə gözüm önündə elə canlandırırdı ki, indi 72 yaşım olduğu halda onları bu gün görüb, bu gün eşidir kimi oluram.

Doğulduğum və uşaqlıq illərimin çoxunu keçirdiyim Tiflis şəhəri, ətəkləri yaşıl otlar və əlvan çiçəklərlə bəzənmiş, uca dağlarla qucaqlaşmışdır. İnsan əli dəyməmiş kimi görünən müctəhid və botanik bağları, Şeyx Sənan dağı, Sərdar bağı zəngin təbii zənginlikləri olan Tiflis şəhərini əlvan qanadlarını geniş açmış tovuzquşuna bənzədir. Şəhəri ikiyə ayıran Kür çayının yaşıl məxmər xalıya oxşayan sahilləri, şəhəri gizlətməyə çalışan uca, şax-budaqlı ağacları Tiflisin gözəlliyini bir qat daha artırır. Hələ XVIII əsrdə məşhur Azərbaycan şairi Vaqif Tiflis şəhərindən aldığı təəssürata:

“Bəh, bu bağın nə əcəb sərvi-dilaraları var,
Hər tərəf tazə açılmış gülü-rənaları var”

– beytilə başlanan ayrıca bir şeir həsr etmiş, bununla özünün gürcü xalqına, gürcü gözəllərinə, Tiflisin zəngin və könülaçan təbiətinə dərin məhəbbətini bildirmişdir.

Öz təbii gözəllikləri ilə yanaşı, Tiflis o zaman xüsusi inzibati mövqeyə də malik idi. Bu şəhər bu gün Gürcüstan, Ermənistan və Azərbaycan respublikalarının tutduğu sahələri birləşdirən Zaqafqaziyanın mərkəzi idi. Çar tərəfindən təyin edilmiş canişin burda yerləşir, Zaqafqaziya ilə birlikdə Dağıstan vilayətini də o, idarə edirdi. Tiflisin inzibati mövqeyi ona Rusiya ilə daha sıx əlaqə saxlamağa imkan yaratdığından, rus mədəniyyətinin təsiri də daha tez burada özünü göstərməyə başlayırdı. XIX əsrin ikinci yarısında artıq Tiflisdə yüksək mədəni səviyyədə olan teatrlar yaradılmış, orta və ali məktəblər, Qori şəhərində müəllimlər seminariyası açılmışdı.

Tiflis bu dövrdə yalnız Gürcüstanla deyil, bütün Zaqafqaziya xalqlarının siyasi-ictimai həyatı ilə bağlı şəhər idi. Zaqafqaziya və Dağıstan müsəlmanlarının, o cümlədən azərbaycanlıların az-çox mədəni-maarif ocaqlarını idarə edən təşkilatlar, dini idarələr Tiflisdə yerləşirdi. Çarizmin millətləri parçalamaq siyasətinə uyğun olaraq Tiflisdə müfti və şeyxülislamın rəhbərliyi altında iki ruhani idarəsi təşkil edilmişdi. Müfti sünnilərə, şeyxülislam isə şiələrə rəhbərlik edirdi. Bunların hər birinin iki müavini, rusca və azərbaycanca yazan iki katibi və bir hesabdarı var idi. Şəhər və qəzalara təyin edilmiş qazı və mollalar idareyi-ruhaniyyələrə, idareyi-ruhaniyyələr isə Zaqafqaziya canişininə tabe idi.

Bu zaman Tiflisdə, Zaqafqaziya canişininin göstərişi ilə, şeyxülislamın və müftinin nəzarəti altında altı sinifli məktəb açılmışdı. Dərsləri rus dilində aparılan bu məktəb altı sinifli rus məktəblərinin proqramını qəbul etmişdi. Əlavə olaraq bu məktəbdə Azərbaycan dili, fars dili və ərəb qəvaidi də keçilirdi. Atam Axund Molla Mustafa Tiflisdəki ruhani idarələri və açılan məktəblərlə əlaqədar olduğundan, orada yaşayırdı. Mən də dünyaya gözlərimi ilk dəfə bu şəhərdə açmış, uşaqlıq illərimi də orada keçirmişəm.

Qardaşım Abdullanın[1] 1
Atamın indi məndə olan bir kitab səhifəsinə qeyd etdiyi tarixə görə qardaşım Abdulla 1879-cu ildə noyabrın 17-də anadan olubdur.

[Закрыть] ölümü ata-anasının qəlbini dərin hüzn və kədər içində buraxmışdı. Onlara ancaq yaxın zamanda dünyaya gələcək yeni övlad ümidi təsəlli verirdi. Hamı səbirsizliklə onun yolunu gözləyirdi. Yolu gözlənən həmin çağa mən idim. 1881-ci ildə fevral ayının 12-də (yeni hesab ilə 24-də) Tiflis şəhərində doqquz aylıq uzun bir səfərdən tək yox, özüm ilə bərabər bir yoldaş da gətirmişdim. Ölən qardaşımın sönən çırağını yandırmış olduğumdan, onun adını mənə qoydular. Mən də, mənim ilə əkiz tayı olan bacım Mərziyə də ata-anamızın qəlbindəki dərdi, kədəri silib yerinə sevinc və şənlik qığılcımları saçdıq. Ailəmiz yenidən şənləndi.

Atam Axund Molla Mustafa Süleyman oğlu o zaman Tiflis qazısının müavini vəzifəsində çalışıb, ayda 25 manat maaş alırmış. Əsli Borçalı mahalının Sarban kəndindın idi. Çox varlı olmamasına baxmayarq: “Gözün aydın, Axund əmi, oğlun oldu” – deyə onu muştuluqlayan mamaya 5 manat bağışlamışdı. Bacım Mərziyə bir saat məndən sonra dünyaya gəlmişdi. Əfsus ki, çox yaşamadı, 3 ay sonra vəfat etdi. Mən doğulduqdan iki həftə sonra atam şeyxülislamın müavini təyin edildiyindən maddi vəziyyətimiz bir az yaxşılaşmışdı.

Atam qarayanız, ortaboylu bir kişi idi. Qara, enli qaşları, iri, qara gözləri, bir tutumluq şəvə kimi qara saqqalı var idi. Bığına, saqqalına rəng və həna yaxdırmağı vərdiş etmişdi.

Atam ruhani olmasına baxmayaraq, öz təbiəti etibarilə daha çox müəllimə bənzəyirdi. (Məncə, vəzifənin insanların əhvali-ruhiyyəsinə az-çox təsiri olur). O, məhdud fikirli, mütəəssib, zaman və mühitini düşünməyən ruhanilərdən deyildi. Vəzifəsinə sadiq, haqqı və doğruluğu sevən, zamanının maarifçi şəxslərindən idi. İdareyi-ruhaniyyədən və müəllim olduğu altı sinifli məktəbdən aldığı zəhmət haqqı ilə ailəsini dolandırırdı. Məktəbdə şəriət fars dili və ərəb qəvaidi müəllimi idi. Bütün Tiflis camaatı onu sevirdi. Hamı onu “Axund əmi” çağırırdı.

Anam nağıl edirdi ki, Mirzə Fətəli Axundov, şeyxülislam Molla Əhməd Səlyaninin və atamın yaxın dostu imiş. Evləri bizə yaxın olduğundan bazar günləri atamın yanına söhbətə gəlirlərmiş. Söhbət zamanı hərdən mübahisə də edərlərmiş.

Atamın zəngin kitabxanası var idi. Anamın dediyinə görə, M.F.Axundov da atamın kitabxanasından istifadə edər, tez-tez ondan kitab alıb apararmış. Bunların çoxu dini kitablar idi. Görünür, M.F.Axundov islam dinini və şəriət ehkamlarını tənqid edərkən, islam dininin özünü öyrənmək üçün bu kitablardan istifadə edirmiş. Bir dəfə anamın “Qonaqla nəyin üstündə belə deyişirsən?” – sualına atam cavab verir ki, “Hər gələndə dindən söz açır. Çox ağıllı, bilikli və xeyirli adamdır, hayıf ki, etiqadı xarabdır”.

Atamın bəylərlə heç arası yox idi. Doğulduğu Sarban kəndində bəylərin törətdikləri vəhşilikləri gördüyündən onlara qarşı dərin nifrət bəslərdi. Onlardan söhbət düşəndə çox tez-tez təkrar etdiyi bu beyti deyərdi:

“Səg çü dəndan avərəd, bəg mişəvəd,
Bəg çü dəndan bərkənəd, səg mişəvəd”.[2] 2
Hər köpək diş çıxaranda bəy olur,
Dişlərini tökən bəy də it olur. (fars.)

Maraqlı burasıdır ki, atam bu beyti öz tələbələrinə də əzbərlətmişdi.

Anam Mehri qısaboylu, ətli-canlı, ağbəniz, açıq alınlı bir qadın idi. Qısa kirpikli, xırda, qara gözləri, bir-birindən aralı nazik qaşları vardı.

Anam çox gəzməyi, bəzənməyi sevməz, arabir ancaq qardaşıgilə gedərdi. O da şəraitin və köhnə adət-ənənələrin məhkum etdiyi yüzlərlə Şərq qadınlarından biri kimi, sevmədən, tanımadan atama verilmişdi. Uşaq ikən Nərimanovlar familiyasına mənsub olan Molla Fatmanın yanında üç-dörd il oxumuşdusa da, bir şey öyrənməmişdi.

Sənəm nənəm əri Cəfər öldükdən sonra, dörd qardaşın bir bacısı olan qızı Mehrinin üstündə yarpaq kimi əsirmiş. Dindar və mövhumatpərəst nənəm göz dəyməsin deyə, hər gün üzərlik yandırıb qızını onun üstündən keçirir, boynundan göy muncuq asır, hər ay dua yazdırıb üstünə tikirmiş. Dindar arvadın ürəyi bunlarla da sakit olmayıb, nəzir edibmiş ki, “qızım ölməyib əlimdə qalsın, onu seyidə verim”. Buna görə də hər cümə axşamı Tiflisdə məşhur seyidlərdən olan Mir Nemətulla ağanın ocağında şam yandırırmış.

Atam yaxın qohumu olan anamı qız ikən görüb ona vurulubmuş. Lakin bilirdi ki, dindar Sənəm qızını seyiddən başqa heç kəsə verməyəcəkdir. Mir Nemətulla ağa ilə dost olduğundan dərdini gedib ona açır. Mir Nemətulla ağa atamın sözünü yerə salmayıb onunla birlikdə Sənəm nənəmin yanına gedir. Nənəm onların qabağına şirin çay töküb qoyanda ağa fikrini açıb söyləyir:

– Sənəm xanım, mən sənin qapına həmişə gələn adam deyiləm, bu gün vacib bir iş üçün gəlmişəm. Sözümü yerə salsan, çayımı içməyib çıxıb gedəcəyəm. Mən qardaşım Axund Mustafa tərəfindən elçi gəlmişəm. Mehri xanımı ona almaq istəyirəm.

Sənəm nənəm cavabında deyir:

– Ağa Molla Mustafa bizə yad deyil. Gəlinimin qardaşıdır. Ancaq mən nəzir eləmişəm ki, qızımı seyidə verim.

Mir Nemətulla ağa deyir:

– Molla da seyid kimi bir şeydir.

Nənəmin sözü kəsilir, razılıq verməyə məcbur olur. Bundan sonra Mir Nemətulla ağa əvvəlcə atamın, sonra da öz çayını qarışdırıb deyir:

– Allah mübarək eləsin, xoşbəxt olsunlar, indi ağzımızı şirin eləyə bilərik.

İlk qədəm

Biz o zaman Tiflisin müsəlman məhəlləsində – Varantovski küçədə hacı Rza deyilən bir adamın mülkündə olurduq. İki mərtəbədən ibarət olan bu binanın həyətə baxan hissəsinin birinci qatında biz, ikinci qatında şeyxülislam Mirzə Həsən Tahirov öz ailəsi ilə yaşayırdı. Həmin binanın küçəyə baxan hissəsinin birinci qatında altı sinifli məktəb, ikinci qatında isə ruhani idarəsi yerləşirdi. Həyətin sağ və sol tərəfindəki çiçəkliklər tünd yaşıl rəng çəkilmiş qısa, nazik taxtalarla çəpərlənmişdi.

Altı sinifli məktəb şeyxülislamın nəzarəti altında olmasına baxmayaraq, başqa şəhər məktəbləri kimi o da Tiflisdə olan Zaqafqaziya maarif müfəttişliyinə tabe idi. Dərslər rus dilində keçilirdi. Ruhani idarəsi nəzdində olduğu üçün proqrama şəriət, Azərbaycan, fars və ərəb dilləri də daxil edilmişdi.

Mən hələ məktəb yaşına çatmamışdımsa da, həmin məktəbin şagirdləri ilə tanış ola bilmişdim. Tənəffüs zamanı onlarla həyətdə görüşür və bir yerdə oynayırdıq. Atam həm ruhani idarəsində işlədiyinə, həm də məktəbdə müəllim olduğuna görə, məktəb müəllimləri məni yaxşı tanıyırdılar.

1888-ci ilin sentyabr ayı idi. Dərslər başlanmışdı. O gün zəng vurulduğu zaman uşaqlarla bərabər mən də birinci sinfə girib, yeni tanış olduğum Nəbiağa adlı tələbənin yanında oturdum. Müəllim etiraz etmədi. Dərslər bitdikdən sonra evə gedərkən müəllim, “Sabah kitab, dəftər, qələm gətir” – dedi.

Səhəri gün rəsmi bir tələbə kimi bilik ocağına ayaq basdım. Dərsdən sonra kitablarım qoltuğumda evə qayıtdığım zaman anam məni çox mehriban qarşılamışdı. O gün şadlığımdan yerə-göyə sığmırdım.

Müəllim çatışmadığından bir otaqda iki-üç sinif yerləşirdi. Üç birinci sinifdə Baxşəli bəy, o biri siniflərdə Paşa bəy dərs keçirdi. Paşa bəy qumralgözlü, arıq, ortaboylu, Baxşəli bəy isə qarayanız, Paşa bəyə nisbətən uca və kürəkli bir şəxs idi. Müəllimlərimizin hər ikisi saqqal qoyurdu. Baxşəli bəyin bir az uzun, şəvə kimi qara saqqalı ona çox yaraşırdı. Onlar təbiətcə bir-birindən gözəl adamlar idi.

Tənəffüs zamanlarında artırmada gəzişə-gəzişə şirin və mehriban söhbət etmələri, hərəkət və rəftarları bizə böyük tərbiyə dərsi idi. Biz tələbələr də onları təqlid edərək, bir-birimizə mehriban olmağa çalışırdıq. Onların hər ikisi Qori seminariyasının məzunları idi.

Mən müəllimlərimi çox sevirdim. Bilmirəm, mənmi həddindən artıq xəyalpərəst bir uşaq idim, ya onlar doğrudan da, bu qədər nəcib insanlardılar?! Mən onları uşaq xəyalımda dərəcə-dərəcə böyüdür, bir növ, bizim kimi adi insan olduqlarına inana bilmirdim. Onların hər bir hərəkəti, rəftarı məndə coşqun hisslər, yüksək düşüncələr oyadırdı. Dərsə olan sonsuz həvəsim və yorulmadan gecə-gündüz çalışmağım da müəllimlərimə səmimi məhəbbətimdən irəli gəlirdi. Səhərlər ala-qaranlıqdan oyanır, dərslərimi lampa işığında təkrar oxuyub hazırlayırdım. Böyüdükdən sonra, müəllim olduğum zamanlarda belə, o müəllimlərimi unuda bilmirdim. Həmişə özümü onlara bənzətməyə çalışırdım.

Uşaqlıqdan ədəbiyyata dərin eşqim var idi. İstər Azərbaycan, istərsə də, rus, fars dillərində yazılmış mənzum parçaları böyük həvəslə əzbərləyirdim. Oxuduğum dərslik “Vətən dili” bu sahədə mənə az kömək etməmişdi. Həmin dərslik Qori seminariyasının ana dili müəllimi Səfərəli bəy Vəlibəyov və həmin seminariyada çalışan Çernyayevski tərəfindən tərtib edilmişdi. Məktəbdə oxuduğum zaman Qasım bəy Zakirin, Həsənəli xan Qaradağskinin öz orijinal şeirlərilə yanaşı Krılovdan tərcümə etdikləri təmsilləri, Puşkin və Lermontovun rusca şeirlərini sevə-sevə əzbərləyirdim. O şeirlərin çoxu indi də hafizəmdən silinməmişdir. O zaman azərbaycanca “Vətən dili”nin birinci və ikinci cildlərindən başqa dərslik yox idi. Ona görə də, üçüncü sinifdən farsca “Gülüstan” kitabını oxumağa məcbur idik.

Şeiri sevdiyimi müəllimlərim də bilirdilər. Təhsil ilinin sonunda, imtahan zamanlarında müəllimlər məni həmişə rusca, azərbaycanca şeir oxumağa məcbur edirdilər.

Elə düşünürdüm ki, şeiri ancaq böyük alimlər yazırlar. Bir gün imtahan ərəfəsində atamdan bir şeir yazmasını xahiş etdim. Fikrim imtahanda müəllimlərimə yeni bir şeir oxumaq idi.

Atam gülə-gülə dedi:

– Oğlum, mən şair deyiləm ki, şeir yazım. Şeiri şairlər yazır.

Mən elə zənn etdim ki, atam məni başından eləmək istəyir. Ondan əl çəkmədim, dedim:

– Sən ki alimsən, sən şeir yaza bilməyəndə, daha kim yaza bilər?

O, məni inandırdı ki, şair başqadır, alim başqa. Ümidsiz halda qollarım yanıma düşdü. Atam məni qucaqlayaraq:

– Yaxşı oğlum, – dedi, – sabah idarəyə gedəndə Mirzə Əhmədə tapşıraram, sənə bir yaxşı şeir yazar.[3] 3
Mirzə Əhməd Salyani idareyi-ruhaniyyədə katib idi. O qədər gözəl xətti var idi ki, bəzi həvəskarlar ona böyük və qalın kağızlarda şeir yazdırıb çərçivə içərisində divardan asırdılar.

Mən sevindiyimdən bilmirdim neyləyim. Ertəsi gün məktəbə gedəndə səs saldım ki, bu il imtahanda mən lap təzə şeir oxuyacağam.

Dörd-beş gün sonra atam şeiri gətirdi. İmtahanda əzbərdən oxuduğum həmin şeir müəllimlərimin çox xoşuna gəldi.

O zaman həmin məktəbə böyük yaşlı uşaqlar da qəbul edildiyindən siniflərdə yaşca bir-birindən fərqli tələbələr oxuyurdu. Mənimlə birinci sinifdə Hüseyn adlı ucaboy bir tələbə vardı. Təxminən iyirimi-iyirimi iki yaşı olardı. Boyuna görə cılız idi. Söz danışanda qısa kirpikli gözlərini döyürdü. Çox sadə, təmizəxlaqlı, üzügülər, xoşrəftar və zarafatcıl idi. Adına Şorməkə Hüseyn deyirdilər. Atası zurnaçı olduğundan uşaqların bəzisi zarafatla ona “zurnaçı oğlu”da deyirdi. Atası başqa arvad alıb, ondan ayrı yaşadığına görə Hüseyn toylarda, qonaqlıqlarda qarmon çalıb-oxuyur və aldığı zəhmət haqqı ilə özünü, anasını və kiçik bacısını dolandırırıdı. Ona görə də, vaxtlı-vaxtında dərslərini hazırlaya bilməzdi. Bir gün onun həll edə bilmədiyi məsələni izah etmək üçün müəllim məni lövhəyə çağırdı. Məsələni həll etdim. Müəllim hər ikimizi sinif qarşısında saxlayıb dedi:

– Abdulla, Hüseynə bax!

Mən onun belindən idim. Altdan yuxarı ona baxdım, o başını yerə dikib durdu. Sonra müəllim ona dedi:

– Hüseyn, Abdullaya bax!

O da yuxarıdan aşağı acıqlı-acıqlı mənə baxanda bütün sinif güldü.

Bu hadisə Hüseynə çox toxunmuşdu. Odur ki, səhərlər tezdən sinfə gəlib dərslərimi təkrar etdiyim zaman Hüseyn məni qaldırıb çiyninə qoyar, sinifdə, daha çox həyət artırmasında o yan-bu yana qaçardı. Uşaqlar gülüşə-gülüşə onun arxasına düşərdilər. Çox yalvardıqdan sonra məni yavaşca yerə qoyub, deyərdi:

– Di get, məni bir də utandırma! Axund əminin oğlu olmasaydın, səni boynumdan elə atardım ki, yerindən qalxa bilməzdin.

Bir gün müəllimimiz Baxşəli bəy dərsə gecikmişdi. Hamı deyirdi ki, müəllim gəlməyəcək, saatımız boş keçəcəkdir. Uşaqlar sinifdə gülüb-danışırdılar. Şagirdlərdən kim isə yazı taxtasında bir beyt yazmışdı. Başımız danışığa elə qarışmışdı ki, həmin beyti kim yazdığına fikir verməmişdik. Bu vaxt Baxşəli bəy birdən qapıda göründü. Sinifdə bir dəfə o yan-bu yana dolaşdıqdan sonra, lövhədəki beyti görüncə üz-gözü qızardı. Lövhədə yazılmışdı:

«Пуст погибнет русский царъ,
Кровожадный государъ».

Qəzəblənmiş müəllim bu misraların kim tərəfindən yazıldığını öyrənmək istəsə də, heç kim cavab vermədi. Baxşəli bəy dedi:

– İndi ki siz yazanı demirsiniz, üç gün axşam saat beşə qədər hamınız sinifdə ac və dustaq qalacaqsınız!

Sonuncu dərsin axırında o, məktəbin xidmətçisi Nəsiri çağırıb saat beşə qədər bizi sinifdə dustaq saxlamağı əmr etdi. Başqa sinif şagirdləri gülə-gülə, danışa-danışa evlərinə gedirdilər. Biz pəncərədən həsrətlə onlara baxırdıq. Mən bərk darıxırdım, evimizə istəyirdim.

Xidmətçi Nəsir o biri sinifləri təmizləyirdi. Hüseyn başqa yoldaşlarına nisbətən xeyli şən görünürdü. Hiss olunurdu ki, nəyəsə sevinir. Birdən o, papağını qaşlarının üstünə əyib pəsdən zümzümə eləməyə başladı. Hüseyn on-on beş dəqiqə şirin xalq mahnılarından oxudu. Sonra üzünü bizə tutub dedi:

– Eh, qarmonum burda olsaydı, sizə bir kef verərdim ki, dadı damağınızdan getməzdi.

O sözünü qurtarmamışdı ki, Baxşəli bəy içəri girdi. Görünür o, Hüseyni dinləyirmiş. Dərhal hamı yerinə keçdi.

Oxumağına görə, Hüseynə daha ağır cəza verəcəyini gözləyirdik. Müəllim bütün sinfi gözdən keçirdikdən sonra üzünü ona tutub dedi:

– Hüseyn, sən ağıllı oğlansan, səninlə bir məsləhət etmək istəyirəm.

Hüseyn qızardı, gözlərini döyə-döyə soruşdu:

– Müəllim, nə məsləhət?

Baxşəli bəy gülə-gülə dedi:

– Mən uşaqları azad etmək istəyirəm, sən nə məsləhət görürsən?

Hüseynin kefi açıldı, dedi:

– Qurban olum, müəllim, yaxşı işə nə məsləhət?

Sevindiyimizdən əlimiz-ayağımız yerə dəymirdi. Kitablarımızı yığışdırıb hazır durduq. Müəllim yazı taxtasına nəzər saldı. Beyt silinmişdi… Mənim zehnimdən isə silinməmişdi.

Bizi azad edən kimi arxama baxmadan evə qaçdım.

Cəzalandırıldığımı anam bilirmiş. O gün qonşumuz Gülsüm bacımla otağın bir guşəsində oturub oyuncaqlarla oynayırdılar. Anam yerə sərdiyi kiçik bir süfrəyə yeməyimi qoydu. Əlimi yeməyə uzadar-uzatmaz o gülə-gülə dedi:

– Bax, gördün, nadinclik edəni ac saxlayırlar.

Gülsümün yanında söylənən bu söz qüruruma toxundu.

Əlimi yeməkdən çəkərək dik qalxdım və ağlaya-ağlaya çıxıb getdim. Anam arxamca çox çağırdı, yalvardı, yaxardı, geri dönmədim.

Qəribə uşaqlığım var idi. İndi də bəzən hadisələri xatırlayanda qeyri-iradi gülümsəyirəm.

Bizim ev sahibi Hacı Rzanın Asiya adlı böyük bir qızı vardı. Mən hələ uşaq ikən qucağına alır, üzümdən öpüb, “Sənə gedəcəyəm”, – deyərdi. Mən də xidmətçimiz məşədi Pərinin öyrətdiyi sözləri ona deyərdim:

– Asiya xanım, gəl bizə, götürüm, qaçım Təbrizə.

Bir gün Asiya xanımı nişanladılar. Toy başlandı. Məşədi Pəri mənə dedi:

– Abdulla, nişanlın ərə gedir, nə qayıracaqsan?

Qonşudakı hazırlığı görüb əhvalatı anladım. O gün evdən dışarı çıxmadım. Anam nə qədər çalışdı ki, məni toya aparsın, razı olmadım, evdə oturub xeyli ağladım. Axır əhvalatı gəlinə söylədilər. Asiya xanım gəlinlik paltarında gəldi. Məni qucaqlayıb aparmaq istədi. Getdim. Köçdükdən sonra tez-tez atası evinə gəlirdi. O gəldiyi zaman məni görməsin deyə, evdən çıxırdım.

Bakıda uzun müddət müəllimlik edən Abbas Minasazov, Bakı və Tiflisdə nəşr edilən rus qəzetlərində çıxan məqalələri ilə şöhrət qazanmış Şahhüseyn Minasazov bizimlə qapı-qapıya qonşu idi. Şahhüseyn mənimlə yaşıd və sinif arqadaşım idi. Onun bacısı Gülsüm kiçik bacım Ruqiyyə ilə yaşıd idi. O hər gün öz gəlinini götürüb bacımın yanına gəlir, eyvanda palaz salıb gəlin-gəlin oynayırdı. Mən qara, qıvırcıqsaçlı bu gözəl qızı dəlicəsinə sevirdim. O, bizə gəlmədiyi gün gözlərim onu arardı. Ancaq ona bir kəlmə də olsun söz söyləyə bilməzdim. O, arabir “Abdulla” – deyə məni çağırdığı zaman qızarardım. O zaman doqquz, on yaşından artıq olmazdım. Bu saf, səmimi çocuq sevgilərim bu gün ən dəyərli bir xatirə olaraq könlümün ən dərinliklərində saxlanmışdır.

Mənim təbiətim böyük qardaşıma əsla bənzəməzdi. O vücudca və yaşca özündən çox böyük və qüvvətli uşaqlarla güləşir, qapışır və daima qalib gəlirdi. Qaçaq Kərəm rolunu oynamaq onun ən çox sevdiyi oyunlardan idi. Özü Kərəm və məhəllə çocuqları onun yasovulu olurdu. Küçələrdə qoyduğu qarovullar oradan keçən yabancı uşaqları tutub, “Kərəm səni çağırır” – deyə çəkə-çəkə qardaşımın hüzuruna gətirirdilər… Qardaşım, “Sən Kərəmin torpağından izinsiz nə üçün keçirsən?” – deyə onları döydürürdü. Bu oyun mənim əsla xoşuma gəlməzdi və arabir sıradan çıxıb oynamaq istəmədiyim zaman qardaşım məni tənbeh edərdi. Mənim sevdiyim – aşıq-aşıq, dirədöymə və turna-turna idi. Ona görə də “Kərəm” oyunu adı çəkilincə bir bəhanə ilə sivişib evə gedərdim, bacımla oynardım.

Abdulla Şaiq haqqında maraqlı faktlar

Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Onun valideynləri Axund Mustafa və Mehri xanım Tiflisə köçərək orada məskunlaşıblar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı olub. Onun əkiztayı olan qız övladı doğulandan az sonra ölüb.

Atası Axund Mustafa Süleyman oğlu dövrünün sayılıb seçilən ruhanisi olub. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazi müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi.

Abdulla və qardaşı Yusif ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində alıblar. Məktəbi bitirdikdən sonra Abdulla Şaiq anası və qardaşı ilə birgə Xorasana ziyarətə gedir. Şaiq burada dövrün qabaqcıl fikirli gənclərindən olan, Urmiyadan köçüb gəlmiş Yusif Ziya adlı bir müəllimlə tanış olur. Hər iki qardaşın fikri inkişafında, ədəbiyyata və yaradıcılığa olan maraqlarının qüvvətlənməsində Ziyanın xüsusi rolu və təsiri olub. Böyük qardaş Axund Yusif müəlliminə bəslədiyi ehtirama əsasən özünə “Ziya” təxəllüsü götürmüşdür.

1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birlikdə Tiflisə geri dönür. Abdulla isə təhsilini tamamlamaq üçün Xorasandakı tanışlarının evində qalaraq bakılı Mirzə Abdulladan və gəncəli Mirzə Bağırdan məntiq və poetika, habelə ərəb şeirlərinin tarixinə dair dərs alır. O, Xorasanda mükəmməl təhsil alıb, tarix, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını mənimsəyir. Bir müddət sonra anası Xorasana gələrək Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür. O, Bakıya gələn kimi ilk növbədə Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşür. 1901-ci il aprelindən müəllimlik fəaliyyəti ilə məşğul olur.

Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri «Laylay» adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə yanaşı «Tıq-tıq xanım», «Tülkü həccə gedir», «Yaxşı arxa» kimi mənzum nağıllar da yazıb. Şaiq həm də 1910-cu ildə yazdığı «Gözəl bahar» pyesi ilə milli uşaq teatrının özülünü qoyub. Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan” yarımçıq romanı ilə başlayan ədib «Məktub yetişmədi», «Köç», «Daşqın», “İntiharmı, yaşamaqmı”, «Göbələk», “İblisin huzurunda”, «Dursun», “Əsrimizin qəhrəmanlar”ı kimi bir çox hekayə, povest və romanlar yazıb.
Abdulla Şaiqlə Səməd Vurğun həm yaxın dost, həm də bacanaq olublar. Abdulla Şaiq övladlığa götürdüyü Himmət Əlizadənin toy gününə Səməd vurğunu da dəvət edir. Səməd Vurğunun gələcək həyat yoldaşı on dörd yaşlı Xavəri həmin məclisdə görüb Abdulla Şaiqdən qızın kimliyini xəbər alır. Şaiq isə baldızımdır, amma övladımız kimidir cavabını verir. Ertəsi gün isə Səməd Vurğun Xavərlə evlənmək arzusunu Şaiqə bildirir. Ailə qəti sürətdə etiraz edir. Lakin, Abdulla Şaiq öz evində Səməd Vurğunla Xavəri görüşdürür. Səməd Vurğun özündən on iki yaş balaca olan Xavərə bildirir ki, əgər ona ərə gəlməsə özünü öldürəcək. Bir müddət sonra Abdulla Şaiqin köməkliyi ilə Xavərin anasından razılıq alan Səməd Vurğun 1934-cü il Xavərlə ailə qurur.

Abdulla Şaiqin rəssamlıq bacarığı da olub. Şair Füzulinin təsiri ilə bir sıra qəzəllər də yazıb. İlk qəzəl yaradıcılığına Xorasanda olarkən başlayıb.
Deyilənə görə Abdulla Şaiq kifayət qədər dindar adam olsa da, sovet rejiminə görə dini baxışlarını gizləməli olub. Ondan fərqli olaraq, qardaşı Yusif Ziya dini təhsilini davam etdirib və axund rütbəsi alıb.
Qardaşı Yusif Ziyanın acı taleyi olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Nəriman Nərimanov onu Naxçıvana hərbi komissar təyin edir. Amma Yusif Ziya orda çox işləyə bilmir, hiss edir ki, şura hökuməti ilə ulduzu barışmayacaq. Yenə Nərimanova müraciət edərək ölkədən getmək üçün icazə istəyir. Beləliklə, Yusif Ziya əvvəl Türkiyəyə, sonra Orta Asiyaya yollanıb basmaçıların sırasında Qırmızı Orduya qarşı vuruşur və döyüşlərin birində həlak olur.
Qardaşına görə Abdulla Şaiqə çox böyük təzyiqlər olub. Müəyyən dövrə qədər ev dustaqlığı yaşayıb. Ona heç yerdə iş verməyiblər. Ailəni ac qalmaqdan Şaiqin xanımının qızılları xilas edib. Əri işsiz qalan illərdə onun xanımı hər dəfə bir qızılını sataraq ailəni xilas edib.

Ancaq qəribə olan odur ki, repressiya illərində bütün dostları həbs edildiyi halda, Abdulla Şaiqə toxunan olmur. Hətta ən yaxın dostu Hüseyn Cavid də repressiya olunur. Abdulla Şaiqin nəvəsi müsahibələrinin birində deyir: Atam danışırdı ki, bir gün səhər qapı döyüldü, anam qapını açdı. Bir nəfər dedi ki, Hüseyn Cavidi Sibirə aparırlar, vağzaldadı, mənə tapşırdı, Şaiqin evinə get, isti pal-paltar göndərsin. Atam deyir ki, bundan sonra baban məni Müşkinaz xalagilə göndərdi. Mən hər şeyi ona danışdım. Müşkünaz xala da bizim evə gəldi, birlikdə azuqə düzəltdilər. Şaiq sovqatı götürüb özü tək gedir vağzala. Neçə saat gözləyir. Heç kəs gəlmir. Sən demə bu təxribat imiş. Abdulla Şaiqi Hüseyn Cavid bəhanəsi ilə ora aparmaq istəyirmişlər. Bir neçə gündən sonra Yazıçılar İttifaqında iclas keçirilir, bu məsələ də müzakirə olunur.

Deyilənə görə repressiya olunmamasında müəllimliyi onun dadına çatıb… Tələbələri Şaiqi 37-ci ilin qanlı günlərindən xilas ediblər. Tələbəsi Ruhulla Axundov hələ repressiya olunmazdan əvvəl Xalq komissarı işləyirdi. O, Abdulla Şaiqi Şuşaya dərs deməyə göndərir ki, gözdən iraq olsun. Mirzə İbrahimov isə özünün ön sözü ilə Abdulla Şaiqin əsərlərini nəşr edir və onu sırf sovet yazıçısı kimi təqdim edir. Abdulla Şaiq 37-ci ilin repressiyasından bu cür xilas olur.
Qırxıncı illərin sonlarında Abdulla Şaiq xəstə yatağında olanda onu oğlu ilə birgə KQB-ə çağırırlar. Şaiq xəstə olduğu üçün gedə bilmir. Ona xəbər göndərirlər ki, qardaşı ölməyib sağdır, Almaniyada Sovet Azərbaycanına qarşı təxribat işləri aparır. Lakin Abdulla Şaiq bildirir ki, qardaşı ilə heç bir əlaqəsi olmayıb. Onun qanlı köynəyini və üstündə qanı olan Quranı o, dünyasını dəyişən il ona göndəriblər. Abdulla Şaiq həmin Quranı ölənə qədər özündə saxlayıb, sonra isə bacısına vəsiyyət edir.
Abdulla Şaiq 1959-cu il iyunun 24-də 78 yaşında Bakıda səhər saat doqquza iyirimi dəqiqə qalmış rəhmətə gedib. Ədibin ev muzeyindəki kəfkirli saat onun ölümü günü oğlu tərəfindən dayandırılıb. Muzeydə olan saatların hamısı da sonradan onun xatirəsinə ehtiram əlaməti olaraq eyni vaxtda dayandırılıb.

Mənbə: kulis.az

  • Teqlər:
  • Abdulla Şaiq
  • , Abdulla şaiq haqqında
  • , Abdulla Şaiq yaradıcılığı
  • , Şaiq yaradıcılığı
  • , repressiya illəri

Abdulla şaiq hekayələri

АБДУЛЛА Шаиг (азерб. Abdulla Şaiq, 24.02.1881, Тифлис, Российская империя-24.06.1959, Баку, Азербайджанская ССР)- азерб. поэт, писатель, драматург, публицист, педагог, литературовед, переводчик, член Союза писателей Азербайджана с 1934 года, Заслуженный деятель искусств (1940).
Шаиг Абдулла родился в духовной семье в Тифлисе. Его отец был ахуном в Кавказской мусульманской канцелярии, преподавая исламский закон, персидский и арабский языки в средней школе. В 1888 году шестилетний мальчик получил свое первое образование в мусульманской школе. В 1893 году он поехал в Хорасан, где в течение семи лет изучал историю, логику, психологию, восточную, азербайджанскую и русскую литературу. Будучи подростком, он писал газели и перевел ряд произведений русской литературы на персидский язык. В 1901 году, в возрасте 20 лет, он поселился в Баку и сдал экзамен в Первой Александрийской гимназии, став сертифицированным учителем. В течение следующих 33 лет трудился на ниве педагогической деятельности.
В августе 1906 года Шаиг Абдулла принял участие в организации I Конгресса учителей в Баку. На конгрессе он выступил с инициативой преподавания своего родного языка и литературы. Конгресс избрал специальную комиссию из Х. Зардаби, Ф. Кочарли, М. Махмудбекова, С.Сани, А. Шайга и других и поручил им подготовить соответствующую программу на азербайджанском языке.
Шаиг Абдулла известен как детский азербайджанский писатель. Его пьесы и фольклорные сказки впервые начали публиковаться в местных газетах и журналах в 1906 году. Позже он также был известен тем, что писал короткие рассказы, иллюстрировавшие горькие последствия нищеты и экономических испытаний, с которыми столкнулся рабочий класс в досоветской России. Это сделало работы Шаига особенно популярными в Советском Союзе. Его акцент на интернационализме и пацифизме принесло ему большой успех в качестве писателя. Несмотря на свою академическую работу, направленную на пропаганду азербайджанской культуры и несколько открытые антисталинистские взгляды, он не считался преследуемым государством [Abdulla Shaig: Rays from the Same Sun. Azerbaijan International Magazine, Vol. 12.1 (Spring 2004), pp. 40-41].
Автор многих языковых и литературных учебников, изданных с 1909 по 1920 год. Во время двухлетней независимости Азербайджанской Демократической Республики в 1918-1920 годах он проявил решительную идеологическую поддержку правящей партии «Мусават».
Шаиг Абдулла- автор многочисленных переводов произведений Шекспира, Дефо, Пушкина, Лермонтова, Крылова, Горького, Некрасова, Низами и Фирдоуси на азербайджанские и российские языки.

Некоторые из известных работ Шаига включают:
роман «Араз»
пьесы «Ильдрым» («Молния»), «Обманутые звезды»
поэмы «Гоч-Полад», «Дед Тапдыг», «Труд и красота»
сказки «Тык-тык ханум», «Хороший друг», «Колобок»
драматургические сцены «Хорошая весна», «Чабан»

Gülşən ədəbiyyat. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910, 89 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910, 64 səh.
Yaxşı arxa. Tülkü, qarğa, hacıleylək. Bakı: Kaspi mətbəəsi, 1911, 18 səh.
Tıq-tıq xanım. Tülkü, qarğa, hacıleylək. Bakı: Kaspi mətbəəsi, 1911, 16 səh.
Tülkü və xoruz. Bakı: Kaspi mətbəəsi, 1911, 15 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911, 56 səh.
Gözəl bahar pyesi. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912, 34 səh.
Gülzar qiraət kitabı. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912, 34 səh.
Bədbəxt ailə. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912, 42 səh.
Kimdir haqlı? pyesi. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913, 39 səh.
Murad. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913, 15 səh.
Ürək tikmək, yaxud Qurban bayramı. Bakı: Kaspi mətbəəsi, 1913, 14 səh.
Şələquyruq. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913, 16 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1915, 57 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1917, 57 səh.
Milli qiraət kitabı. Bakı: Hökumət mətbəəsi, 1919, 228 səh.
Uşaq gözlüyü. Bakı: İran mətbəəsi, 1919, 56 səh.
Türk çələngi. Bakı: Hökumət mətbəəsi, 1919, 405 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1919, 57 səh.
Vətən. Bakı: Birinci hökumət mətbəəsi, 1919, 30 səh.
Ədəbiyyat dərsləri. Bakı: Hökumət mətbəəsi, 1919, 134 səh. (Hüseyn Cavidlə birlikdə)
Milli qiraət kitabı. Bakı: Hökumət mətbəəsi, 1919, 228 səh.
Şələquyruq (ikinci çapı). Bakı: Azərnəşr, 1921, 110 səh.
Milli qiraət (ikinci təbi). Bakı: Azərnəşr, 1922, 232 səh.
Qiraət kitabı. Bakı: Azərnəşr, 1924, 145 səh.
Türk dili (Uşaq gözlüyü). Bakı: Azərnəşr, 1924, 80 səh.
Türk ədəbiyyatı. Bakı: Azərnəşr, 1924, 334 səh.
Qiraət kitabı. Bakı: Yeni türk əlifbası komitəsi, 1925, 167 səh.
Müəllim (hekayə). Bakı: Azərnəşr, 1926, 38 səh.
Məktub yetişmədi. Bakı: Azərnəşr, 1926, 22 səh.
Göbələk. Bakı: Uşaqgəncnəşr, 1926, 15 səh.
Anabacı. Bakı: Azərnəşr, 1926, 16 səh.
İldırım. Bakı: Azərnəşr, 1927, 91 səh.
Tülkü həccə gedir. Bakı: Azərnəşr, 1927, 40 səh.
Dördüncü il (dərslik). Bakı: Azərnəşr, 1929, 176 səh.
Dördüncü il (dərslik). Bakı: Azərnəşr, 1930, 176 səh.
Eşşək üstündə səyahət. Bakı: Azərnəşr, 1933, 10 səh.
Seçilmiş hekayələr. Bakı: Azərnəşr, 1933, 180 səh.
Oyunçu bağalar. Bakı: Azərnəşr, 1934, 28 səh.
Çocuq şeirləri. Bakı: Azərnəşr, 1934, 16 səh.
Oyunçu bağalar. Bakı: Azərnəşr, 1936, 40 səh.
Tülkü həccə gedir. Bakı: Azərnəşr, 1936, 20 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1936, 270 səh.
Məktub yetişmədi. Bakı: Azərnəşr, 1937, 16 səh.
Yaxşı arxa. Bakı: Uşaqgəncnəşr, 1939, 28 səh.
Tapdıq dədə. Bakı: Uşaqgəncnəşr, 1939, 39 səh.
Gözəl bahar. Bakı: Uşaqgəncnəşr, 1940, 32 səh.
Araz (roman). Bakı: Azərnəşr, 1940, 274 səh.
Tıq-tıq xanım. Bakı: Uşaqgəncnəşr, 1942, 10 səh.
Nağıllar. Bakı: Uşaqgəncnəşr, 1945, 54 səh.
Ovçu Məstan. Bakı: Uşaqgəncnəşr, 1945, 23 səh.
Qoç Polad. Bakı: Uşaqgəncnəşr, 1946, 76 səh.
Nüşabə. Bakı: Uşaqgəncnəşr, 1947, 12 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1948, 428 səh.
Şeirlər, nağıllar. Bakı: Uşaqgəncnəşr, 1948, 32 səh.
Məktub yetişmədi. Bakı: Uşaqgəncnəşr, 1949, 12 səh.
Köç. Bakı: Uşaqgəncnəşr, 1950, 32 səh.
Şeirlər və hekayələr. Bakı: Uşaqgəncnəşr, 1950, 80 səh.
Araz. Bakı: Uşaqgəncnəşr, 1954, 172 səh.
Seçilmiş əsərləri (üç cilddə), I cild. Bakı: Azərnəşr, 1955, 444 səh.
Seçilmiş əsərləri (üç cilddə), II cild. Bakı: Azərnəşr, 1957, 456 səh.
Seçilmiş əsərləri (üç cilddə), III cild. Bakı: Azərnəşr, 1959, 528 səh.
Tülkü həccə gedir. Bakı: Uşaqgəncnəşr, 1959, 16 səh.
Şeirlər və hekayələr. Bakı: Uşaqgəncnəşr, 1959, 112 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 480 səh.
Xatirələrim. Bakı: Uşaqgəncnəşr, 1961, 224 səh.
Qoç Polad. Bakı: Uşaqgəncnəşr, 1962, 88 səh.
Bənövşə. Bakı: Azərnəşr, 1964, 14 səh.
Pirin kəraməti. Bakı: Azərnəşr, 1965, 39 səh.
Tıq-tıq xanım. Bakı: Uşaqgəncnəşr, 1966, 16 səh.
Şələquyruq. Bakı: Azərnəşr, 1966, 23 səh.
Yaxşı arxa. Bakı: Maarif, 1966, 46 səh.
Tülkü həccə gedir. Bakı: Gənclik, 1968, 16 səh.
Gözəl bahar. Bakı: Gənclik, 1968, 27 səh.
Araz. Bakı: Gənclik, 1969, 198 səh.
Tıq-tıq xanım. Bakı: Gənclik, 1970, 16 səh.
Yaxşı arxa. Bakı: Gənclik, 1971, 16 səh.
Araz. Bakı: Gənclik, 1973, 199 səh.
Xatirələrim. Bakı: Gənclik, 1973, 364 səh.
Şeirlər, poemalar, təmsillər. Bakı: Gənclik, 1976, 21 səh.
Qoç Polad. Bakı: Gənclik, 1977, 264 səh.
Əsərləri (beş cilddə), I cild. Bakı: Azərnəşr, 1966, 555 səh.
Əsərləri (beş cilddə), II cild. Bakı: Azərnəşr, 1968, 602 səh.
Əsərləri (beş cilddə), III cild. Bakı: Azərnəşr, 1972, 652 səh.
Əsərləri (beş cilddə), IV cild. Bakı: Azərnəşr, 1977, 776 səh.
Əsərləri (beş cilddə), V cild. Bakı: Azərnəşr, 1978, 502 səh.
Araz. Bakı: Gənclik, 1980, 196 səh.
Seçilmiş əsərləri. Bakı: Gənclik, 1984, 444 səh.
Abdulla Şaiq. Seçilmiş əsərləri: I cild – Hekayələri, povesti, romanları;
Abdulla Şaiq. Seçilmiş əsərləri: II cild – Şeirləri, qəzəlləri, poemaları, pyesləri;
Abdulla Şaiq. Seçilmiş əsərləri: III cild – Şeirləri, mənzum hekayələri və poemaları, hekayələri, təmsilləri, pyesləri.

İki uşaq (mənzum hekayə). Bakı: Orucov qardaşlarının mətbəəsi, 1906, 39 səh.
Rumi. İbrət və müqabilə (məsnəvi). Bakı, 1906, 24 səh.
Daniel Defo. Məşhur ingilis Robinzonun hekayəsi. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1909, 78 səh.
Şekspir. Maqbet. Bakı: Azərnəşr, 1932, 87 səh.
Barto. Pinti qız. Bakı: Azərnəşr, 1935, 10 səh.
Nizami. İsgəndərnamə. I hissə (Şərəfnamə). Bakı: Azərnəşr, 1941, 450 səh.
İ.A. Krılov. Seçilmiş təmsillər. Bakı: Uşaqgəncnəşr, 1944, 36 səh.
Nizami. Sehrli üzük. Bakı: Uşaqgəncnəşr, 1962, 15 səh.
Nizami Gəncəvi. İsgəndərnamə. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1964, 407 səh.
Nizami. Sehrli üzük. Bakı: Gənclik, 1971, 15 səh.
İ.A. Krılov. Cırcırama və qarışqa. Bakı: Gənclik, 1976, 13 səh.
İllərin töhfəsi. Bakı: Gənclik, 1976, 148 səh.

© При копировании активная ссылка на сайт обязательна!

См. Алфавитный указатель статей Большая энциклопедия знаний

Comments are closed, but trackbacks and pingbacks are open.