Press "Enter" to skip to content

Abdullayev m.i beynəlxalq münasibətlər tarixi bakı abu 2010

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

TARİX İNSTİTUTU

Azərbaycanda ilk dəfədir ki, belə bir məzmunda hazırlanmış toplu nəşr edilir. Topluda irəli sürülən yanaşma sayəsində Azərbaycan, ümumiyyətlə beynəlxalq münasibətlər və diplomatiya tarixinin başlıca dövrləri və problemləri ilə əlaqələndirilir, ümumi və spesifik cəhətlərin aşkar olunmasına imkan yaranır. Beynəlxalq münasibətlər və diplomatiya tarixi ilə birgə, beynəlxalq hüquq tarixinin prinsipial məsələlərini, xüsusilə Azərbaycanın bu müstəvidə vəziyyətini izləmək mümkün olur. Azərbaycanın dövlətçilik tarixi, ərazisinin taleyi və b. məsələləri sistemli şəkildə aydınlaşdırır. Müvafiq məsələlər üzrə Azərbaycan elmindəki mövcud boşluqları aradan qaldırır, gələcək topluların tərtibi və elmi tədqiqatlar üçün zəmin yaradır. Tədris prosesi, dərsliklər və ümumiləşdirilmiş əsərlər üçün sənəd və materiallar baza kimi diqqəti cəlb edir. Diplomatlar, tarixçilər, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində çalışan mütəxəssislər, tələbə və aspirantlar, bu sahəyə maraq göstərən hər kəs üçün ciddi vəsait kimi çıxış edir. Kitab 1639-cu il Qəsri-Şirin müqaviləsi ilə başlanır. Bu da təsadüfi deyil. Qəsri-Şirin müqaviləsi 1514-1639-cu illərdə müəyyən fasilələrlə davam edən Səfəvi-Osmanlı müharibələrinin yekun sənədidir. Toplu Rusiya və Qacarlar arasında 1828-ci il Türkmənçay müqaviləsilə başa çatır. Kitabda 50-dək müxtəlif sənəd və material toplanıb.

Paylaş:

Abdullayev m.i beynəlxalq münasibətlər tarixi bakı abu 2010

Azərbaycan tarixşünaslığına yeni töhfə

� Mahir Abdullayevin “Beynəlxalq münasibətlər tarixi” kitabı Azərbaycan tarixşünaslığında mühüm hadisədir və onu daha da zənginləşdirən mühüm bir addımdır

� Gənc dövlət olmasına baxmayaraq son illər beynəlxalq nüfuz qazanan Azərbaycanda beynəlxalq münasibətlər tarixinin tədqiqinə və tədrisinə maraq böyükdür. Bu tendensiya ondan irəli gəlir ki, SSRİ-nin tərkibində olarkən Azərbaycan beynəlxalq münasibətlər sistemindən kənarda qalmaqla bərabər, ali məktəblərin humanitar fakültələrində də onun tədrisi ciddi məhdudlaşdırılmışdır. Hal-hazırda beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr bu sahəni geniş əhatə edən, bitkin, yüksək elmi tədqiqat məziyyətləri olan və xüsusilə son dövrdə beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avrasiya məkanında baş verən ziddiyyətli hadisələri əks etdirən dərsliklərə ciddi ehtiyac duyur. Bu baxımdan tarix elmləri namizədi, dosent Mahir Abdullayevin 2003-cü ildə Azərbaycan Beynəlxalq Universiteti tərəfindən nəşr edilmiş “Beynəlxalq münasibətlər tarixi (XX əsr)” kitabı bu sahəni tədris və tədqiq edənlərə, eləcə də onu öyrənənlərə gözəl hədiyyədir .

Azərbaycan Beynəlxalq Universitetinin hüquq, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər, regionşünaslıq və tarix fakültələrinin professor-müəllim heyətinin və tələbələrinin, eləcə də digər ali məktəblərin nümayəndələrinin iştirak etdiyi dəyirmi masada � “Beynəlxalq münasibətlər tarixi (XX əsr) -Bakı-2003” dərsliyinin geniş və əhatəli müzakirəsi keçirildi.

Müzakirəni açan ABU-nun I prorektoru, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, professor H.Əhmədov qeyd etdi ki, universitetimizdə yeni nəşr olunan dərsliklərin təqdimatını və müzakirəsini keçirmək artıq ənənə halını almışdır. Bu baxımdan “Beynəlxalq münasibətlər tarixi (XX əsr) Bakı-2003 ” kitabının müzakirəsi həmin tədbirlərin davamıdır. Son dövrlər ABU-nun professor-müəllim heyəti universitetin maddi-texniki bazasını möhkəmləndirmək, fənlərin tədris proqramları, metodik vəsaitlər və dərsliklərlə təminatı məsələsini daim diqqət mərkəzində saxlayırlar. “Beynəlxalq münasibətlər tarixi” kitabı da özünün elmi-praktik və metodik dəyərinə görə bu nəşrlər arasında xüsusi yer tutur. Bu kitab bir neçə fakültədə keçirilən müvafiq fənnin tədrisini yaxşılaşdıracaq, onu keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.

Çıxış edən Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi M.Baxışov qeyd etdi ki, dos.M.Abdullayevin hazırladığı “Beynəlxalq münasibətlər tarixi (XX əsr) -Bakı-2003” dərsliyi 17 bölmədən ibarətdir. Bu bölmələrdə XIX əsrin sonu-XX əsrin əvvəllərində baş vermiş siyasi hadisələrin təsnifatı, xüsusilə I Dünya müharibəsi ərəfəsində Avropada cərəyan edən proseslər, o cümlədən böyük dövlətlərin dünyanı yenidən bölüşdürmək siyasəti geniş təhlil edilmişdir. Birinci dünya müharibəsi illərində Avropada siyasi və iqtisadi vəziyyət, böyük dövlətlərin bloklaşma siyasəti, aparılan müxtəlif diplomatik danışıqlar, cəbhələrdəki vəziyyət zəngin faktların dili ilə xronoloji ardıcıllıqla � şərh edilmişdir. Bu dərsliyin əhəmiyyəti ondan ibarətdir ki müəllif ilk dəfə Azərbaycanı da beynəlxalq münasibətlər sisteminə � daxil etmiş Azərbaycan Demokratik Cumhuriyyətinin ilk diplomatik addımlarını şərh etmişdir.

ABU-nun Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı, professor İ.Kərimov öz çıxışında M.Abdullayevin “Beynəlxalq münasibətlər tarixi” kitabının beynəlxalq əlaqələrin hər üç komponentini, yəni beynəlxalq siyasət, beynəlxalq hüquq və beynəlxalq iqtisadi əlaqələri özündə cəmləşdirdiyini xüsusi qeyd etdi. Professor İ.Kərimov göstərdi ki, kitabda istər XX əsrin əvvəllərində, istərsə də Birinci dünya müharibəsi dövründə, həmçinin 1920-30-cu illər, eləcə də sonrakı dövrlərdə dövlətlərarası əlaqələrdə ziddiyətli məqamların çoxluğu, həm də beynəlxalq bazarlar və xammal mənbələri uğrunda mübarizənin getdikcə kəskinləşməsi məsələsinin elmi-nəzəri cəhətcə düzgün qoyulması, onu həm də beynəlxalq iqtisadiyyatı öyrənən və öyrədən tələbə- müəllim heyəti üçün vacib dərs vəsaitinə çevirir.

Bu sətirlərin müəllifi � – � Azərbaycan Dövlət Tibb Universitetinin kafedra müdiri tarix elmləri doktoru,professor Əkrəm Zeynalov “Beynəlxalq münasibətlər tarixi” kitabında beynəlxalq münasibətlərin inkişaf xüsusiyyətlərinin elmi-metodiki cəhətdən yüksək peşəkarlıqla verildiyini xüsusilə qeyd etdi . Prof. Ə .Zeynalov qeyd etdi ki, müəllif ilk dəfə Güney Azərbaycanda baş verən və 40-cı illərin ikinci yarsında � böyük təlatümlərə səbəb olan hadisələri beynəlxalq münasibətlər konteksində nəzərdən keçirir, Cənubi Azərbaycan Milli Azadlıq hərəkat ı və sovet-qərb qarşıdurmasının bu proseslərə təsiri məsələsini dolğun izah edir. Prof.Ə .Zeynalov � həmçinin kitabda � II Dünya müharibəsindən sonra sovet-qərb � qarşıdurmasının kəskinləşməsi, “Soyuq müharibə”nin başlanması, sürətlə silahlanma siyasətinin dövlətlərarası münasibətlərdə təzyiq vasitəsi kimi istifadə olunması problemlərinin zəngin faktların dili ilə şərh edildiyini qeyd etdi.

ABU-nun hüquq fakültəsinin dekanı, hüquq elmləri namizədi, dosent F.Nəsibov � “Beynəlxalq münasibətlər tarixi” kitabında müəllifin beynəlxalq hüquqa aid müxtəlif konvensiya aktlar, o cümlədən beynəlxalq və regional təşkilatların nizamnamə və qətnamələrindən hüquqi s ənədlər kimi geniş istifadə etdiyini, həmçinin məşhur “Trumen” doktrinasının, “Marşall” planının BMT və NATO-nun yaradılmasının hüquqi təsnifatını peşəkarcasına şərh etmişdir. Müəllif məşhur Krım və Podstam konfranslarının yekun qətnamələrini beynəlxalq hüquq müstəvisində şərhini aydın, səlist, lakin elmi dildə oxucuya çatdırır, onların hüquqi bazasını müvəffəqiyyətlə izah edir.

ABU-nun � Azərbaycan tarixi kafedrasının müdiri professor İ.Zeynalov bu kitabda müəllifin beynəlxalq və regional təşkilatların yaranması və fəaliyyət tarixinə geniş yer ayırdığını qeyd etdi. Beynəlxalq və regional təşkilatların Yaxın Şərq, Hind-çin və Afrikada baş verən münaqişələrin tənzimlənməsində iştirakı məsələlərinin geniş izah edildiyini bildirdi. Professor İ.Zeynalov kitabda Azərbaycan Demokratik Cümhuriyyətinin mövcud olduğu qısa dövrdə Azərbaycan-Rusiya, Azərbaycan-İran, Azərbaycan-Gürcüstan, Azərbaycan, Gürcüstan-Ermənistan, � Azərbaycan-Türkiyə münasibətlərinin ayrı-ayrılıqda açıqlanması və bu zaman tarixşünaslıqda və elmi dövrüyyədə olmayan faktlardan istifad ə edilməsi onun Azərbaycan tarixini öyrədən və öyrənən müəllim və tələbələr üçün qiymətli vəsait olduğunu sübut edir.

ABU-nun Beynalxalq hüquq fakultəsi nəzdində İnsan hüquqları kafedrasının müdiri dosent R.Əhmədov müzakirə iştrakçılarının diqqətini Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra İnsan hüquqları konvensiyasına qoşulmasının ümumavropa proseslərinin kitabda geniş şərh edilməsinə yönəltdi . O, qeyd etdi ki, müəllifiin Azərbaycanın demokratik hüquqi dövlətə çevrilməsi və ümumavropa məkanında layiqli yer tutması problemlərinə kitabda geniş yer verilmiş, onun oxucu dairəsini daha da genişləndirir elmi-praktik əhəmiyyətini daha da artırır.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru, tarix elmləri doktoru X.Köçərli Azərbayan dövlət müstəqilliyi qazandıqdan sonra beynəlxalq münasibətlər sistemində yeri, regional sistemdə rolu məsələlərinin kitabda çox gözəl izah edildiyini xüsusi vurğuladı. O, qeyd etdi ki, M.Abdullayev “Beyn əlxalq münasibətlər tarixi” kafedrasında Azərbaycan beynəlxalq əlaqələrinin son 15 illik tarixinin dövrləşməsini düzgün aparmış və onların şərhini bacarıqla vermişdir. Müəllifin “Azərbaycan-Ermənistan Dağlıq Qarabağ” münaqişəsinin xarici siyasətimizə prioritet yer tutduğunu göstərməklə yanaşı, bu problemin həllində beynəlxalq, regional və ayrı-ayrı iri dövlətlərin vasitəçilik cəhətlərinin rolunu ardıcıl olaraq izləmişdir.

ABU-nun “Regionşünaslıq” fakultəsinin dekanı, professor M.Quliyeva kitabda Yaxın və Orta Şərqdə baş verən ziddiyyətli proseslərin, xüsusilə, Fələstin probleminin geniş izah olunduğunu qeyd etdi. İkinci dünya müharibəsindən sonra Yaxın Şərqin dünyanı idarə etmək iddiasında olan böyük dövlətl ə rin mənafelərinin kəsişdiyi nöqtəyə çevrilməsi, bu ziddiyyətin dərinləşməsində Yaxın Şərqin zəngin neft ehtiyatlarının rolu, sovet-qərb qarşıdurması və onun ərəb-İsrail münaqişəsinin daha da dərinləşməsində rolu məsələlərinin elmi izahı verilmişdir. Professor M.Quliyeva qeyd etdi ki, M.Abdullayevin yeni “Beynəlxalq münasibətlər tarixi” kitabı, Regionşünaslıq fakültəsinin müəllimi və tələbə heyəti üçün də qiymətli dərs vəsaitidir. Yaxın və orta Şərqin müxtəlif dövlətlərinin tarixini, iqtisadiyyatını, hüquqi-siyasi strukturunu və mədəniyyətini öyrənərkən sözsüz ki, bu kitabın məziyyətlərindən istifadə etmək, tələbələrin elmi-nəzəri biliklərinin artmasına yardım edəcəkdir.

ABU-nun Tarix fakultəsinin dekanı, professor � İ.Məmmədov öncə “Beynəlxalq münasibətlər tarixi” kitabının fakültənin professor-müəllim və tələbələrinin qiymətli dərsliyinə çevriləcəyinə şübhə etmədiyini bildirdi. O, qeyd etdi ki, Tarix fakültəsinin tədris planına daxil olan Beynəlxalq münasibətlər tarixi fənnini öyrənən tələbələr bu kitabdan müntəzəm olaraq istifadə edirlər. Bu kitabın əhəmiyyəti ondan ibarətdir ki, o XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq bu günümüzə qədər beynəlxalq münasibətlər sistemində baş verən hadisələri özündə əks etdirir. Kitabda istər Birinci, istərsə də İkinci dünya müharibələri illərində dövlətlərin bloklaşma siyasəti, bu siyasətin cəbhələrdə qüvvələr nisbətinin dəyişməsinə təsiri və dünyanın mənafe dairələrinə bölünməsi prosesi, xüsusilə, II dünya müharibədən sonra yeni dünya düzümünün meydana gəlməsi posesləri xronoloji ardıcıllıqla, yüksək peşəkarlıqla izah edilir. � II dünya müharibəsindən sonra bir-birinə qarşı əks qütblərdə dayanan iki dünya sisteminin yaranması və onun 50 ilə qədər bir dövrdə davam edən “soyuq müharibə”yə çevrilməsi prosesləri tarixi faktların dili ilə bu kitabda şərh edilmişdir. Mübaliğəsiz demək olar ki, M.Abdullayevin “Beynəlxalq münasibətlər tarixi” kitabı Azərbaycan tarixşünaslıqda mühüm hadisədir və onu daha da zənginləşdirən mühüm bir addımdır.

Müzakirəni yekunlaşdıran akademik H.Əhmədov M.Abdullayevin “Beynalxalq münasibətlər tarixi” kitabının Universitetin humanitar fakültələrinin tələbələri üçün, eləcə də bu fakültələrdə dərs deyən müəllim-professor heyəti üçün dəyərli dərs vəsaiti olduğunu bir daha vurğuladı. O, qeyd etdi ki, 17 bölmədən ibarət 34 çap vərəqi həcmində nəşr edilmiş bu samballı dərslik bütün metodoloji və elmi- pedoqoji tələblərə cavab verir. Bu baxımdan � “Beynəlxalq münasibətlər tarixi” dərsliyinin bu sahəni tədqiq edən və öyrənən hər bir insanın stolüstü kitabına çevrilməsinə əmin olmaq olar. ����

Ə.Zeynalov

Təzadlar.- 2009.- 5-7 mart.- S. 10.

Abdullayev m.i beynəlxalq münasibətlər tarixi bakı abu 2010

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Beynəlxalq münasibətlər tarixi: ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.