Press "Enter" to skip to content

Abel məhərrəmov neft kimyasi

Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir. Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Abel Maharramov

Məhərrəmov Abel Məmmədəli oğlu — BDU-nun rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri.

Həyatı

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur.

1966–cı ilin may ayının 25-i Amasiya rayonun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, elə 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında “İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən “Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən “Üzvi kimya” kafedrasının professorudur.

Elmi fəaliyyəti

Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaiti çap olunmuşdur.

Üzvi kimya kafedrasının müdiri, “Zərif üzvi sintez” elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.

O, “Alkenilfenolların kimyası”, “Аминотиолы и их производные” monoqrafiyalarının və “Neft kimyası və neft-kimyəvi sintez”, “Dərman maddələrinin sintezi” dərsliklərinin müəllifidir.

Mükafatları və tutduğu vəzifələri

Dmitri Medvedyevə BDU-nun fəxri doktoru adının təqdim olunması mərasimi (3 sentyabr 2010)

Məhərrəmov Abel Məmmədəli oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar Elm xadimi” fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala layiq görülmüşdür. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Bundan başqa müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülmüşdür.

  • Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü
  • Beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvü
  • 1999-cu il yanvarın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmişdir.
  • 2001-ci ildə AMEA-nın müxbir üzvü,
  • 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.
  • 2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olmuşdur
  • 2004-cü ildən isə vitse-prezidentidir.
  • 2005-2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvüdür.
  • 2016-cı ilin oktyabrın 28-dən etibarən Rusiya Elmlər Akademiyasının üzvü seçilib.

Ailəlidir, iki övladı, dörd nəvəsi vardır.

İstinadlar

Həmçinin bax

  • Şəfiqə Məhərrəmova – anası
  • Adil Məhərrəmov – qardaşı

Xankəndi

Abel Məhərrəmovun kimliyi hər kəsə məlumdur. O həm millət vəkili, həm də ölkənin ən prestijli ali təhsil ocağının -Bakı Dövlət Universitetinin rektoru kimi ictimaiyyət arasında kifayət qədər tanınır. 1999-cu ildən BDU-nun rektoru postuna təyinat alan A.Məhərrəmovla bağlı istənilən xəbər, məlumat mətbuatda tirajlanır, geniş müzakirələrə yol açır. O, son vaxtlar yerli medianın diqqət mərkəzindədir.

Bu danılmaz faktdır ki, A.Məhərrəmov istər elmi cameədə, istər siyasi elita arasında böyük nüfuza malik şəxslərdəndir. Onun mətbuatla münasibətləri də pis deyil. Ara-sıra jurnalistlər qarşısına keçərək sualları cavablandırır, haqqında gəzən iddialara, şayiələrə aydınlıq gətirməyə çalışır.

Digər siyasi elita nümayəndələri kimi A.Məhərrəmovun ailəsi, şəxsi çevrəsi haqda xəbərlərə yerli mediada çox nadir hallarda rast gəlmək mümkündür. Rektor-deputat ailəsi ilə bağlı xəbərlərin mətbuatda yer almasına bir qədər həssaslıqla yanaşır.

Ziyalı Məhərrəmovlar ailəsində BDU-nun rektoru ilə bərabər onun digər qardaşları da kifayət qədər yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. Bir fərq var: onlar mətbuata Abel Məhərrəmov qədər açıq deyillər.

Yəqin ki, çoxları BDU rektorunun qardaşlarının kim olması, harada çalışması, hansı vəzifəni tutması haqda məlumatsızdır.

Adil Məmmədəli oğlu Məhərrəmov – A.Məhərrəmovdan yaşca kiçik olsa da tutduğu vəzifə olduqda böyükdür. O, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavinidir. Amma bu posta gəlib çıxmaq Adil Məhərrəmova asan başa gəlməyib.

O, 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olub. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik Institutunu bitirib. 1973-1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin “Azon” zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləyib.

1983-1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışıb.

1986-2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin ( sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) “Ulduz” Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləyib.

2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində nazirin müşaviri olub. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində nazirin müşaviri vəzifəsinə təyinat alıb.

A.Məhərrəmov 2001-ci ilin dekabr ayında Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib, 2008-ci ilin dekabr ayında parlamentin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilib. O hazırda da bu postu tutur.

Ailəlidir. İki övladı var.

BDU rektorunun digər qardaşı Rauf Məhərrəmov ondan nə az,nə çox 20 yaş kiçikdir. O, 1970-ci ildə anadan olub. 1993-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İndiyədək Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, o cümlədən rayon prokurorluğunda müstəntiq, Baş Prokurorluqda idarə prokuroru, idarə rəisinin müavini olub.

Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir. Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. Onunla bağlı nə qədər çalışsaq da məhdud məlumat ala bildik.Əldə etdiyimiz məlumata görə, o, Prezident Adminstrasiyasında çalışır. Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədridir.

O, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalına layiq görülüb.

Anar RÜSTƏMOV

Abel məhərrəmov neft kimyasi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Neft kimyası və neft-kimyəvi sintez

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.