Abel Meherremov – Wikipedia
Hazırda kafedrada 20 müəllim, o cümlədən 1 akademik, 7 kimya elmləri doktoru-professor, 10 kimya elmləri namizədi-dosent, 2 kimya elmləri namizədi-müəllim çalışır.
Abel məhərrəmov uzvi kimya
Bunları tanıyın: qadın sərnişinlərlə əxlaqsız təkliflər edən taksi sürücüləri qandallandı – VİDEO/FOTO
Akşener “Anıtkabir”də Atatürkə söz verdi: “Tarix yazacağıq” – FOTO
Eldar Əzizov Həsrət Əmrahovu niyə vəzifədən çıxardı? – Yeni direktor kimdir?
Sahil Babayev onlara yüksək vəzifə verdi
Ceyhun Bayramov BMT Baş katibinə məktub göndərib – MƏTN
Əli Əsədov “Qaçqınkom!”la bağlı qərar verdi
“Bakıda zəlzələ qırılma ocaqları yoxdur” – Direktordan açıqlama
Xoşqədəmin əri siyasi proqnoz verdi: “Məncə, bu partiyalar birləşəcək”
X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir
Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub
Türkiyədə daha bir güclü zəlzələ oldu – Camaat küçələrə qaçdı (FOTO)
“Recep İvedik” istefa verən jurnalistlə bağlı iki paylaşım etdi: “Qovun. “
“ONLAR MƏNƏ VƏ ÖVLADIMA LƏKƏ ATIRDI. ” – Abel Məhərrəmov, nəhayət, danışdı (Müsahibə)
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Universitetin üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov “Demokrat.az” xəbər portalına müsahibə verib.
Mia.az həmin müsahibəni qısa ixtisarla təqdim edir:
– Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad ediləndən sonra mətbuatda sizin haqqınızda müxtəlif xəbərlər yazıldı. Hətta, bu addımı sizin “vurulmağınız” kimi təqdim edənlər də oldu. Barənizdə yazılan bu cür xəbərlərə münasibətiniz necədir?
– Bilirsiniz, mən ötən dəfə də müsahibəmdə bildirdim ki, cənab Prezidentin sərəncamı müzakirə olunmur, icra olunur. Mən 20 ilə yaxın Bakı Dövlət Universitetinin rektoru olmuşam. Mənim sərəncamımı da 1999-cu ilin yanvar ayında Ümummilli liderimiz Heydər Əliyev vermişdi. Mən orta və ali məktəbi medallarla, əla qiymətlərlə bitirmişəm, Moskva Dövlət Universitetinin yetirməsiyəm, oradakı elmi mühiti görmüşəm. Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin vasitəsilə Akademiyanın müxbir və həqiq üzvləri olmuşam, “Azərbaycan Respublikasının əməkdar elm xadimi” və “Şöhrət” ordeni fəxri adlarına layiq görülmüşəm. Bir neçə ölkənin mükafatlarına da layiq olmuşam. Üç il bundan əvvəl isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişəm. Yəni, mənim bütün uğurlarım Ulu öndər Heydər Əliyevin və cənab Prezidentin adı ilə bağlıdır. Əlbəttə ki, mənə bu qədər uğur gətirən ölkə rəhbərlərindən hər zaman razıyam.
Ancaq təbii ki, bir vəzifədə 20 il işləyəndə bundan razı və narazı qalanlar da olur. Hətta, bəziləri bundan fürsət axtarır ki, adamı nüfuzdan salsın. Mən insanlara dəyər vermək istəmirəm. Yalnız öz dəyərimi qorumağa çalışıram. Haqqımda deyilən bu cür yalan və cəfəngiyyatlara fikir vermək istəmirəm.
O adamlar oxusalar görərlər ki, Prezidentin sərəncamında nəyə görə vəzifədən çıxmağım yazılmır. Prezidentin sərəncamında yazılır ki, Abel Məhərrəmov tutduğu vəzifədən azad edilir. Burada da heç bir səbəb göstərilmir. Əgər cənab Prezident heç bir səbəb göstərmirsə, təbii ki, bundan sui-istifadə edənlər mənə qarşı qara və ləkə yaxmaqla məşğul olacaqlar. Bunun öz səbəbləri var. Çünki onlar heç zaman mən qalxdığım zirvələrə qalxa bilməyiblər.
Mən arzu edirəm ki, onlar da bu zirvəyə qalxsınlar və sonra bilsinlər ki, insan əlinin qabarı, beyninin zəhməti, yuxusuz gecələri hesabına bu zirvələrə qalxan adama ləkə atmaq insanlığa sığmayan hərəkətlərdir. Onlar mənə və övladıma qarşı ləkə atırdılar.
Mən öz zəhmətimlə sadə ailədən çıxmışam. Mən orta məktəbi medalla, ali məktəbi isə fərqlənmə ilə bitirmişəm. Moskva Dövlət Universitetində oxumuşam, çoxları aspiranturanı 3 ilə müdafiə etdiyi halda mən 2 il 5 aya başa vurmuşam, doktorluğumu cavan vaxtımda etmişəm, cavan yaşlarımda Akademiyanın müxbir və həqiq üzvü olmuşam. Yəni, elm adamlarına ləkə atan zaman bir qədər düşünmək lazımdır.
– Sizinlə Şeyxülislam Hacı Allahşükür Paşazadənin adının bir yerdə hallandırılmasından sonra aranızda hər hansı söhbət olubmu?
– Bilirsiniz, bəzən cəmiyyətdə belə hallar olur. Kimlərsə məqamdan sui-istifadə etməyə çalışır. Onlar boşboğaz adamlardır. Onların peşəsi təmiz adamlara qara yaxmaqdır. Bu cür adamlar bütün dövlətlərdə olur. Qarayaxan adam heç zaman özündən zəif adama ləkə atmağa çalışmaz. Onlar elə adamlara qara yaxırlar ki, bundan sensasiya yaransın və sairə. Ancaq bunlara əhəmiyyət vermirəm. Bunlar mənim üçün gözgötürməmək və mənasız söhbətlərdir. Bir daha deyirəm ki, elm adamlarını qorumaq lazımdır. Çünki 1 akademik nə qədər sürətli inkişaf etsə də, 50 yaşa gecə-gündüz işləsə, gəlib çata bilir. Ona görə də bir akademikin başına qara daş ataraq, onu ləkələmək, həmin şəxsin milli yetkinliyinin olmamasından irəli gəlir. Belə insanlar cəmiyyətdə gələcəkdə də olacaq. Biz onlardan özümüzü qorumalıyıq.
– Dediyiniz qarayaxma kampaniyası zamanı təmsil olunduğunuz Yeni Azərbaycan Partiyasından sizə hər hansı dəstək verildimi?
– Hesab edirəm ki, mənim müdafiəmə heç bir ehtiyac yoxdur. Çünki mən səhv iş görməmişəm ki, məni müdafiə etsinlər. Yaxud da ölkə rəhbəri mənimlə bağlı qeyri-adi addım atmayıb ki, məni müdafiə etsinlər.
Bilirsiniz, biz bundan sonra elə yazılar yazmalıyıq ki, millətimizin yetkinliyi möhkəmlənsin. Nəticədə qara yaxmaq və məqamdan sui-istifadə etmək istəyənlərin sayı azalsın. Burada kütləvi informasiya vasitələrinin vəzifəsi ondan ibarətdir ki, ilk növbədə milli təəssübkeşliyi və milli düşüncəni qlobal müstəviyə çıxara bilsinlər, ağa qara, qaraya da ağ deməsinlər. Ən əsası elm adamlarını ləkələməsinlər. Elm adamını ləkələyəndən sonra onun müdafiəsinə də ehtiyac yoxdur. Çünki ölkə Prezidentinin mənimlə bağlı sərəncamında ləkələnəsi nə isə yoxdur. Bunu ləkələyənlər ətrafda uzun müddət pusquda duranlar və öz yazıları ilə sensasiya yaratmaq istəyən adamlar olub. Bəlkə də hələ bundan sonra da eyni arzuda olacaqlar. Hesab edirəm ki, qarayaxanlara Azərbaycan cəmiyyətində yer olmamalıdır.
– Sizə qarşı qarayaxma aparanların hakimiyyətdə təmsil olunan şəxslərdən olduğunu düşünürsünüz?
– Mən bunu analiz etməmişəm. Ancaq bizim cəmiyyət elədir ki, dəstək olmasa, geri çəkilirlər, dəstək olanda isə qabağa gedirlər. Yəni, kimsə kiminsə idarəsində işləyirsə, ola bilər ki, ona arxayın olub edib. Yenə deyirəm ki, mənim ölkə rəhbərindən heç bir narazılığım yoxdur. Əksinə, mən onun yürütdüyü siyasəti səmimi şəkildə dəstəkləyirəm. Biz çox şadıq ki, bu gün ölkəmizi İlham Əliyev kimi təcrübəli və güclü Prezident idarə edir. Bu gün Azərbaycanda xalqla Prezidentin birliyi çox uğurla fəaliyyət göstərir. Əminəm ki, bu siyasətlə Azərbaycanı işıqlı gələcəyə aparacağıq.
– Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayevlə münasibətləriniz necədir?
– Vallah, yeni rektorla çox gözəl münasibətimiz var. Onun rəhmətlik atasını da, özünü də, böyük qardaşını da tanıyıram. Münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Ancaq mən indi daha rekyor deyiləm, onun işinə qarışa bilmərəm. Hazırda mən kafedra müdiriyəm və uzun illər də kafedra müdiri olmuşam. Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasına rəhbərlik edirəm. Uzun illər burada dekan da olmuşam. Yəni, haradan getmişəmsə, ora da qayıtmışam. Ancaq onu biləsiniz ki, bizim kafedra ən böyük kafedralardan biridir. Mənim rəhbərliyimlə 70-dən çox alim müdafiə edib. Onun 20-dən çoxu elmlər doktoru, 50-si isə elmlər namizədi olub. Mən bu kollektivlə yenə bir yerdə işləyirəm. Onların bəziləri bu gün Yaponiyada, Portuqaliyada, İspaniyada, ABŞ-da, Rusiyada işləyirlər. Mən onlarla fəxr edirəm. Əvvəlkindən indi boş vaxtım çoxdur. Çalışacam ki, bu alimlərin sayı qısa müddətdə 100-ə çatsın. Mən ilk növbədə elm adamıyam. Ona görə də bu elmə hörmət və diqqətlə yanaşıram.
Abel Meherremov – Wikipedia
Abel Məmmədəli oğlu Məhərrəmov ( 5 yanvar 1950 , Ağdam ) — BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri. [1]
Mündəricat
- 1 Həyatı
- 2 Elmi fəaliyyəti
- 2.1 Üzvi kimya sahəsində
- 2.2 Analitik kimya sahəsində
- 2.3 Neft kimyası sahəsində
- 2.4 Polimer kimyası sahəsində
- 2.5 Nanomaterialların sintezi və tətbiq sahələrində
- 2.6 Tədqiqat sahəsi
- 4.1 Seçilmiş əsərləri
Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub [2] . Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur.
1966-cı ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini [3] qızıl medalla bitirdikdən sonra, həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-cı ildə akademik N. S. Zefirovun rəhbərliyi altında “İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən “Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən “Üzvi kimya” kafedrasının professorudur.
15 noyabr 2018-ci ildə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. [4]
Elmi fəaliyyəti
Üzvi kimya kafedrasının müdiri, “Zərif üzvi sintez” elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.
Üzvi kimya sahəsində
- İlk dəfə olaraq, üzvi kimyada “Dopinq effekti” kimi tanınan yeni sintez metodu müəyyən edilmişdir. Bununla da çətin alınan və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilmişdir.
- İlk dəfə olaraq, on iki üzvlü tsikllərin konformasion analizi öyrənilmiş, sonra isə onların doymuş və doymamış törəmələri sintez edilərək RQA metodu ilə molekulyar və kristallik quruluşları öyrənilmişdir.
- Katalitik olefinləşmə reaksiyası əsasında halogenəvəzli olefinlərin sintezi, reaksiya məhsullarının RQA tədqiqi və zərif üzvi sintezdə istifadəsi sahəsində yeni nəticələr əldə olunmuşdur.
- Trixlorasetonitril əsasında keçid metalların 1,3,5-triazopentadien komplekslərinin templat sintez üsulu işlənib hazırlanmış, sintezdə və kristalın formalaşmasında RQA metodu ilə qeyri-kovalent halogen əlaqələrinin rolu öyrənilmişdir.
- Çoxkomponentli kondensləşmə reaksiyalar sahəsində aromatik aldehidlərin metilenfəal diketonlar və ketoefirlərlə ikiqat kondensləşmə məhsulları, sonuncular əsasında isə müxtəlif quruluşlu azotlu alitsiklik, heterotsiklik, bitsiklik və spirotsiklik sistemlər alınmışdır.
- Asimmetrik Hans reaksiyası əsasında bir çox optiki aktiv birləşmələr sintez edilmiş, xiral üzvi katalizatorun təbiətinin və temperaturun reaksiyanın çıxımına və optiki təmizlik dərəcəsinə təsiri araşdırılmışdır.
- Ariləvəzli 1,2-xlorhidrinlərin müxtəlif aminlərlə qarşılıqlı təsirindən tərkibində aromatik halqa saxlayan 1,2-aminspirtlərin sulu mühitdə səmərəli sintez üsulu işlənilmişdir.
- Bəzi 1,3-dikarbonilli birləşmələrin epixlorhidrinlə müxtəlif əsaslar iştirakında alkilləşmə reaksiyası tədqiq olunmuş və funksionaləvəzli bioloji aktiv birləşmələr sintez edilmiş, onların bakterisid, fungisid xassələr göstərdiyi müəyyən edilmişdir.
Analitik kimya sahəsində
- Metilen aktiv birləşmələrin arilhidrazonlarinin koordinasiyon kimyası ətraflı öyrənilmiş və alınmış yeni komplekslər oksidləşmə və yeni C-C rabitəsinin əmələ gəlməsi reaksiyalarında katalizator kimi tətbiq edilmişdir.
- β-Diketonlar əsasında yeni sinif üzvi reagentlər — azobirləşmələr sintez edilmişdir. Kvantkimyəvi hesablama metodu ilə reagentlərin tautamer formalarının reaksiyaya girmə qabiliyyətləri öyrənilmiş, komplekslərin RQA metodu ilə molekulyar və kristallik quruluşları tədqiq olunmuşdur. Kompleks birləşmələrin quruluşları ilə xassələri arasında asılılıqlar müəyyənləşdirilmişdir.
Neft kimyası sahəsində
- Alkenilfenolların homolitik tiilləşmə, fosforilləşmə, aminometilləşmə, simmetrik dihalogenalkanlarla kondensləşmə reaksiyaları sistemli şəkildə tədqiq edilmişdir. Sintez olunmuş birləşmələr yanacaq, yağlara polifunksional aşqarlar, neftçıxarma, eləcə də neft emalı sənayesində korroziya inhibitorları, sulfat reduksiyaedici bakterisid xassələri göstərərək müsbət nəticələr əldə edilmişdir.
- Fenol saxlayan xalkon törəmələri əsasında müxtəlif bioloji aktiv heterotsiklik birləşmələr sintez edilmiş, onların məhlul sistemlərində baş verən dinamik effektlər NMR spektroskopiyasının köməyi ilə tədqiq edilmişdir.
Polimer kimyası sahəsində
- Sənaye polimerləri və polimer tullantılarının kimyəvi modifikasiyası ilə polifunksional polimerlərin sintezinin qanunauyğunları bərk fazada NMR-, İQ- spektroskopiya, skanedici elektron mikroskopu və digər müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə öyrənilmişdir. Sintez olunmuş polimerlərin sorbent, nanokompozitlərin stabilləşdiricisi kimi müvəffəqiyyətlə tətbiq oluna biləcəyi tövsiyə olunmuşdur.
Nanomaterialların sintezi və tətbiq sahələrində
- İlk dəfə olaraq, aktiv xassələrə malik nanoquruluşların (superparamaqnit, nəhəng maqnit müqaviməti, fotolüminsensiya, fotovoltaik, fotorezistiv, katalitik və s.) alınma texnologiyasının elmi əsasları işlənilmiş, müxtəlif mühitlərdə bu xassələri saxlamaqla stabilləşdirilmiş, fiziki-kimyəvi xassələri tədqiq edilmiş və onların çeviricilər (sensorlar) texnikasında, təbabətdə, ekoloji problemlərin həllində, neftçıxarmada tətbiq imkanları öyrənilmişdir.
Tədqiqat sahəsi
- On iki üzvlü tsikllərin konformasiyası; kükürdsaxlayan heterotsikllər; allilfenolların törəmələri; nanokimya, neftkimyası Çapdan çıxmış elmi əsərlərin ümumi sayı — 1270
- xaricdə çıxmış elmi əsərlərin sayı — 625
- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda map olunan məqalələrin sayı — 485
- Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı — 54
- Kadr hazırlığı: −53
- fəlsəfə doktorların sayı — 41
- elmlər doktorların sayı −12
- Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir
- 10-a yaxın monoqrafiya çap olunmuşdur.
- 37 dərslik və dərs vəsaiti çap olunmuşdur.
- “Alkenilfenolların kimyası”, “Aminotiollar və onların törəmələri” və “Neft kimyası və neft-kimyəvi sintez”, “Dərman maddələrinin sintezi” dərsliklərinin müəllifidir.
Mükafatları və tutduğu vəzifələri
Dmitri Medvedyevə BDU-nun fəxri doktoru adının təqdim olunması mərasimi (3 sentyabr 2010)
- 1999-cu il – “Yusif Məmmədəliyev adına medal”la təltif edilmişdir.
- 11 fevral 2000-ci il – “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. [5]
- 2000-ci il – Elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Qızıl medal”ına layiq görülmüşdür.
- 2001-ci il – Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.
- 2002-ci il – “İlin islahatçı rektoru” nominasiyası üzrə qalib olmuşdur.
- 2003-cü il – “İlin rektoru” seçilmişdir.
- 2004-cü il – “Azərbaycanın tanınmış alimləri” beynəlxalq müsabiqəsinin qalibi olmuş, “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunmuşdur.
- 2004-cü il – Rumıniyanın Komandor dərəcəli ali “Qızıl ulduz” ordeni ilə təltif olunmuşdur.
- 2005-ci il – İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “Dünyanın aparıcı təhsil xadimi” seçilmişdir.
- 2007-ci il – Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə “Qızıl buta” mükafatına layiq görülmüşdür.
- 2007-ci il – “Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.
- 2008-ci il – Rumıniya Respublikasının Ovidius Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.
- 2008-ci il – “Azərbaycan Ədliyyəsinin 90 illiyi” xatirə medalı ilə təltif olunmuşdur.
- 2009-cu il – “Rusiyanın Həmkarlar İttifaqının 100 illiyi”nə həsr olunmuş yubiley medalı ilə təltif olunmuşdur.
- 30 oktyabr 2009-cu il – “Şöhrət” ordeni ilə təltif olunmuşdur. [6]
- 2009-cu il – “Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 90 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.
- 2010-cu il – “Avrasiyada əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə” Avrasiya Universitetlər Assosiasiyasının medalı ilə təltif edilmişdir.
- 2010-cu il – Qazaxıstan Respublikasının L. N. Qumilyov adına Avrasiya Milli Universitetinin Fəxri doktoru adı verilmişdir.
- 2010-cu il – Krım Mühəndis Pedaqoji Universitetinin Fəxri professoru seçilmişdir.
- 2010-cu il – Amerika Bioqrafiya İnstitutu tərəfindən “Qızıl medal”la təltif edilmişdir.
- 2010-cu il – “ECO-2010” Gənclər Koalisiyasının “Ekologiyanın Dostu” milli mükafatı verilmişdir.
- 2010-cu il – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
- 2011-ci il – Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin “Şərəf və Vicdan” Avropa ordeni ilə təltif olunmuşdur.
- 2011-ci il – Rumıniyanın Təhsil, Araşdırma, Gənclər və İdman Nazirliyi tərəfindən Ovidius Universitetinin 50 illik yubileyinə həsr edilmiş diplomla təltif edilmişdir.
- 2011-ci il – Qazaxıstan Respublikasının L. N. Qumilyov adına Avrasiya Milli Universiteti tərəfindən “Avrasiyanın fəxri” medalı ilə təltif edilmişdir.
- 2011-ci il – Avrasiya Universitetlər Assosiasiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur.
- 2011-ci il – Qanunvericilikdə turizmin inkişafına verdiyi dəstəyə görə “Turizmə dəstək” Gənclər Koalisiyası tərəfindən “Turizm-2011” mükafatı ilə təltif edilmişdir.
- 2012-ci il – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən “Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na layiq görülmüşdür.
- 2012-ci il – Çin XR Mərkəzi Millətlər Universitetinin Azsaylı millətlərin dili və ədəbiyyatı İnstitunun Fəxri professoru seçilmişdir.
- 2012-ci il – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu ilə təltif edilmişdir.
- 2012-ci il – Yaponiyanın Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
- 2013-cü il – Avropa elmi-sənaye palatasının “Qızıl medal”ı və diplomu ilə təltif edilmişdir.
- 2013-cü il – “Azərbaycan Həmkarlar Konfederasiyasının 20 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
- 2013-cü il – Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Zəfər” yüksək idman nailiyyətləri mükafatı ilə təltif olunmuşdur.
- 2014-cü il – Albaniya Respublikasının Tirana Texniki Universitetinin Fəxri doktoru adı verilmişdir.
- 2015-ci il – M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adı verilmişdir.
- 2015-ci il – Rusiya Federasiyası İstintaq Komitəsinin “Dəstəyə görə” medalı və “Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi”nə həsr olunmuş xatirə medalı verilmişdir.
- 2015-ci il – “Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin inkişafındakı xidmətlərinə görə” diplomu, “Qızıl medal”ı və Beynəlxalq Dostluq Klubunun Fəxri üzvü diplomu verilmişdir.
- 2015-ci il – Qazaxıstan Respublikasının İdman və Mədəniyyət Nazirliyinin “Qazax xanlığının 550 illik yubileyi”nə həsr olunmuş diplomu ilə təltif olunmuşdur.
- 2016-cı il — “Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” qızıl medal ilə təltif olunmuşdur.
- 2017-ci il — “Azərbaycan elminin inkişafındakı böyük roluna, elm və təhsilin inkişafında müstəsna xidmətlərinə görə” Beynəlxalq “Mahmud Kaşqari” mukafatına və medalına layiq görülmüşdür.
- 2017-ci il — “Türk dövlətlərinin elmi əməkdaşlığının inkişafında səmərəli xidmətlərinə görə” Ümumdünya Türk Xalqları Assambleyasının qərarı ilə “Qızıl medal”a layiq görülmüşdür.
- 2017-ci il – Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə “Aşıq Şəmşir” İctimai Birliyi tərəfindən Dədə Şəmşir diplomu ilə təltif olunmuşdu.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
- 1998-ci il – Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir.
- 1999-cu il – Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü seçilmişdir.
- 11 yanvar 1999 – 15 noyabr 2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşdur.
- 2000-ci ildən – “Üzvi kimya” ixtisası üzrə BDU-nun nəzdində yaradılmış Doktorluq və Namizədlik (fəlsəfə doktoru) Dissertasiya Şurasının sədridir.
- 2001-ci il – AMEA-nın müxbir üzvü seçilmişdir.
- 2002-ci il – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti seçilmişdir.
- 2004-cü il – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının vitse-prezidenti seçilmişdir.
- 2005–2010 – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişdir.
- 2007-ci il – AMEA-nın həqiqi üzvü seçilmişdir.
- 2007-ci il – АМЕА-nın Kimya elmləri bölməsinin büro üzvü seçilmişdir.
- 2008-ci il – Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının üzvü təyin olunmuşdur.
- 2008-ci il – Gürcüstanın Kimya Cəmiyyətinin Fəxri üzvü seçilmişdir.
- 2009-cu il – Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü seçilmişdir.
- 2010-cu il – Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzvü seçilmişdir.
- 2010-cu il – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişdir.
- 2012-ci il – Latviya Elmlər Akademiyasının nəzdində olan Beynəlxalq Elmi Şuranın üzvü seçilmişdir.
- 2013-cü il – Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü seçilmişdir.
- 2013-cü il – “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin üzvü seçilmişdir.
- 2013-cü il – Gürcüstan Milli Elmlər Akademiyasının Fəxri həqiqi üzvü seçilmişdir.
- 2015-ci il — Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti seçilmişdir.
- 2016-cı ilin oktyabrın 28-dən etibarən Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. [7]
Seçilmiş əsərləri
- Non-covalent interaction in the synthesis and design of new compounds. New-York: “Wiley” publisher, 2015, 450 p. Abel M. Maharramov , Kamran T. Mahmudov, Maximilian N. Kopylovich, Armando J. L. Pombeiro
- Advanced Nanocomposites: Types, Properties and Applications. New York: “Nova” publisher, 2013, 334 p. Abel Maharramov, Mahammadali Ramazanov, Mohammad Reza Saboktakin
- Recent advances in bromination of aromatic and heteroaromatic compounds // Synthesis (Reviews and Full Papers in Chemical Synthesis) 2016, 48, p. 615–643. Leonid G. Voskressensky, Nikita E. Golantsov, Abel M. Maharramov
- A new approach to ferrocene derived alkenes via cop.er-catalyzed olefi nation // Journal of Organic Chemistry. 2015, p. 2072–2078, V. M. Muzalevsky, A. V. Shastin, A. D. Demidovich, N. G. Shikhaliyech, V. N. Khrustalev, R. D. Rakhimov, S. Z. Vatsadze, V. G. Nenajdenko
- CoII, NiII and UO2 II complexes with b-diketones and their arylhydrazone derivatives: Synthesis, structure and catalytic activity in Henry reaction // Polyhedron. 2015, 101, p. 14–22. Zhen Ma, Manas Sutradhar, Atash V. Gurbanov, Abel M. Maharramov, Rafiga A. Aliyeva, Farqana S. Aliyeva, Fidan N. Bahmanova , Vusala I. Mardanova, Famil M. Chyragov, Kamran T. Mahmudov
- Nano-coupling of cephalosporin antibiotics with Fe3O4 nanoparticles: Trojan Horse approach in antimicrobial chemotherapy of infections caused by Klebsiella sp.. // Journal of Biomaterials and Nanobiotechnology. 2015, p. 225–235. U. A. Hasanova, M. A. Ramazanov, A. M. Maharramov, Q. M. Eyvazova, Z. A. Agamaliyev, Y. V. Parfyonova, S. F. Hajiyeva, F. V. Hajiyeva, S. B. Veliyeva
- Halogen–bonded tris (2,4-bis(trichloromethyl)-1,3,5-triazapentadienato)- M(III) [M=Mn, Fe, Co] complexes and their catalytic in the peroxidative oxidation of 1-phenylethanol to acetophenone // New Journal of Chemistry. 2014, 38, p. 4807–4815. A. V. Gurbanov, V. G. Nenajdenko, V. M. Muzalevskiy, K. T. Mahmudov, M. N. Kopylovich, L. Martins
- Barbituric acids as a useful tool for the construction of coordination and supramolecular compounds // Coordination Chemistry Reviews. 2014, 265, p. 1–37. Mahmudov, Kamran T.; Kopylovich, Maximilian N.; Kurbanova, Malahat M.; Gurbanov, Atash V.; Pombeiro Armando J. L.
- Synthesis and supramolecular arrangement of bis(2,4 — bis(trichloromethyl)-1,3,5-triazapentadie-nato)-M(II) [M = Ni(II), Cu(II) and Pd(II)] complexes // Journal of Molecular Structure. 2013, vol.1041, p. 213–218. N. Q. Shixaliyev, A. V. Gurbanov, N. V. Gurbanova, V. G. Nenajdenko, V. M. Muzalevskiy, K. T. Mahmudov, M. N. Kopylovich
- A hexanuclear metalacrown palladium(II) cluster derived from 2-mercaptoethanol // Inorganic Chemistry Communications. 2013, vol.29, p. 37–39. K. T. Mahmudov, X. I. Hasanov, A. N. Azizova, K. Q. Ragimov, R. K. Askerov, M. N. Kopylovich, Z M.hen, A. J. L. Pombeiro
- Regioselective CAC bond cleavage in arylhydrazones of 4,4,4-trifl uoro- 1-(thiophen-2-yl)butane-1,3-diones // Journal of Molecular Structure. 2013, vol.1050, p. 180–184. Reza Solhnejad, F. N. Bahmanova, F. S. Aliyeva, A. V. Kurbanov, R. A. Aliyeva, F. M. Chyragov, K. T. Mahmudov, M. N. Kopylovich
- Uranyl complex with phenolate–sulphonate and diphenyldiazenecarbohydrazonate ligands // Inorganic Chemistry Communications. 2013, vol.35, p. 13–15. Reza Solhnejad, F. N. Bahmanova, A. V. Kurbanov, R. A. Aliyeva, F. M. Chyragov, G. S. Mahmudova, K. T. Mahmudov, M. N. Kopylovich
- Zinc(II)-1,3,5-triazapentadienate complex as effective catalyst in Henry reaction // Catalysis Today. 2013, Vol.217, p. 76–79. N. Q. Shixaliyev, A. V. Kurbanov, V. G. Nenajdenko, V. M. Muzalevskiy, K. T. Mahmudov, M. N. Kopylovich
- Structure and supramolecular arrangement of bis(2,4 — bis(trichlormethyl)-1,3,5-triazapenta-dienato)-M(II)[M=Ni(II), Cu(II) and Pd (II)]complexes / Journal of Molecu;ar Structure. 2013, 1041, p. 213–218. Namiq Q. Shixaliyev, Atash V. Gurbanov, Nurana V. Gurbanova, Valentine G. Nenajdenko, Vasily M. Muzalevskiy, Kamran T. Mahmudov, Maximilian N. Kopylovich
- New cobalt(II) and nickel (II) complexes of 2-hydroxy-benzyl derivatives of 4-aminoantipyrine // Polyhedron. −44. 2012, p. 72–76. Perizad A. Fatullayeva, Ajdar A. Medjidov, Atash V. Gurbanov, Rizvan K. Askerov, Karim Q. Rahimov, Maximilian N. Kopylovich, Kamran T. Mahmudov, Armando J. L. Pomberio
- Thermadinamics of dissociation of ortho-hydroxyphenylhydrazo- β-diketones and of their complexation with cop.er (II) in aqueousethanol solutions // Journal of Solution Chemistry. 2012, 41(4), p. 44–50. K. T. Mahmudov, Maximilian N. Kopylovich, R. A. Aliyeva I. A. Aliyev, A. A. Azizov, Armando J. L. Pomberio
- Synthesis of hydroacridines and 1,8-dioxo octa hydroxanthenes using primary amino alcohols as reagent or catalysis via three-component condensation reactions // Journal of Chemical and Pharmaceutical Research. 2012, 4(2), p. 955–965. Shaaban K. Mohamed, A. A. Abdelhamid, A. N. Khalilov, Atash V. Gurbanov, M. A. Allahverdiyev
- Synthesis and In-vitrophotodynamic studies of the superparamagnetic chitosan hydrogel/chlorine E6 nanocarriers // Medical Chemistry. 2012, 8, № 6. Mohammad Reza Saboktakin, Roya M. Tabatabaie, Fahimeh Satarzade Amini, Mohammad Ali Ramazanov
- Composite oligomer constructed from tri- and tetranuclear butyltin (IV) / 25th International conference on organometallic chemistry. Portugal, 2012, PB.258. Kamran T. Mahmudov, Armando J. L. Pombeiro, Malgorzata J. Gajewska, M. Fatima C. Guedes da Silva, Maximilian N. Kopylovich
- Structural and electronic characteristics of iron (III) oxide complexes with creka peptide analogs // Journal of Materials Science and Engineering. 2012, B2, p. 45–51. Alieva Irada, Ramazanov Mahammadali, Abbasova Gultekin, Nabiev Naqif, Omarova Asmar
Ailəlidir, iki övladı, beş nəvəsi vardır.
- Şəfiqə Məhərrəmova — anasıdır.
- Adil Məhərrəmov — qardaşıdır.
Abel Məhərrəmov haralardadı?
Çoxları elə bilir ki, akademik Abel Məhərrəmovun rektor vəzifəsindən çıxarılandan sonra işsiz qalıb. Hətta bir müddət öncə bəzi KİV-lər də belə məlumat yaymışdılar. Amma Bakı Dövlət Universitetindən əməkdaşımıza bildiriblər ki, Abel Məhərrəmov hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiri vəzifəsini tutur. Onun bu kafedraya 2002-ci ildən – hələ rektor olduğu dövrdə rəhbərlik etdiyi bildirilib. Yəni Abel müəllim rektor postundan uzaqlaşdırılsa da, kafedra müdiri vəzifəsini qoruya bilib.
Hazırda kafedrada 20 müəllim, o cümlədən 1 akademik, 7 kimya elmləri doktoru-professor, 10 kimya elmləri namizədi-dosent, 2 kimya elmləri namizədi-müəllim çalışır.
Xatırladaq ki, Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb.
O, həm də iki III və IV çağırış Milli Məclisin (2005-2015-ci illər) 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatı olub.
Akademik hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin də üzvü idi.
Amma 2018-ci il noyabrında BDU-nun rektoru vəzifəsindən azad edilən A.Məhərrəmovun adı YAP-ın 5 mart 2021-ci ildə keçirilmiş növbədənkənar VII Qurultayında qurumun İdarə Heyətinə və Veteranlar Şurasına salınmadı.
Əslən Qərbi Azərbaycandan olan Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub.
Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı idi. Buna görə də oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoyub.
A.Məhərrrəmov 1966-cı ildə Amasiya rayonun Güllübulaq kənd orta məktəbini bitirdikdən sonra, elə həmin il də Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub və oranı 1971-ci ildə başa vurub. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışıb. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturada oxuyub.
1976-cı ildən Bakı Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.
1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993-1999-cu illərdə kimya fakültəsinin dekanı olub.1999-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.