Abunəliyin ödənilib-ödənilmədiyini necə yoxlaya bilərəm?
Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. İ.Cəlilovla A.Cəlilovanın birgə nikahından iki övladı var.
Aliment necə ödənilməlidir?
Günümüzdə boşanma hadisəsindən sonra alimentlə bağlı mübahisələr geniş yayılıb. Tərəflər alimentin məbləği ilə bağlı razılığa gəlmir, məhkəmə çəkişmələri başlayır. Digər bir problem isə aliment verməkdən imtina edən tərəfin gəlirlərinin gizlədilməsi, rəsmi qaydada təsdiqlənməməsidir.
Alimentlə bağlı mübahisələrə görə, cinayət hadisələri də qaçılmazdır. Elə dünən bir kişinin keçmiş həyat yoldaşını qətlə yetirməsinin səbəbi də aliment probleminə söykənir. Qeyd edək ki, Cəlilov İsrail İsmayıl oğlu həyat yoldaşı 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızı ilə hadisədən bir neçə ay əvvəl boşanıb. İ.Cəlilov aliment ödəmədiyi üçün A.Cəlilova keçmiş həyat yoldaşından hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan əsəbiləşən İ.Cəlilov keçmiş həyat yoldaşının yaşadığı ata evinə gələrək A.Cəlilovanın boğaz nahiyəsini bıçaqla kəsib. A.Cəlilova çoxlu qan itirərək dünyasını dəyişib. İ.Cəlilov Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. İ.Cəlilovla A.Cəlilovanın birgə nikahından iki övladı var.
Hüquqşünas Aynur Musayevanın bildirdiyinə görə, məhkəmə qaydasında alimentin tutulması zamanı valideynin gəlirləri yoxlanılır: “Valideynin gəlirinə uyğun aliment tutulur. Əgər gəlirləri qeyri-müntəzəmdirsə, onda sabit məbləğdə hər ay aliment tutula bilər. Əgər gəlirləri müntəzəmdirsə, aylıq gəliri varsa, onda bir uşağa görə gəlirin dörddə biri, iki uşağa görə gəlirin dörddə ikisi, üç və daha çox uşağa görə isə gəlirin yarısı aliment şəklində tutulub ödənilə bilər”.
Musayeva qeyd edib ki, yetkinlik yaşına çatmayan uşaqlara alimentin verilməsi əslində tərəflərin razılığına əsaslanır. Aliment uşaqların saxlanılması üçün nəzərdə tutulan pul vəsaitidir. Alimentin məbləği tərəflərin razılığı ilə müəyyən olunur. Əgər alimentə görə tərəflər arasında mübahisə yoxdursa, onda iş məhkəməyə getmir.
Həmsöhbətimizə görə, əgər valideynlərdən biri uşağı saxlamaqdan boyun qaçırırsa, digər valideynin tələbi ilə alimentin məbləği məhkəmə qaydasında tutula bilər. “Məhkəmənin qərarı ilə tutulan aliment könüllü ödənilməyən alimentdir”.
Hüquqşünas bildirib ki, qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlir: “İcra məmuru artıq alimentin alınması ilə məşğul olur. Borclu ilə daim təmasda olur, onun gəlirlərini müəyyən edir, alimentin müəyyən edilməsinə nəzarət edir”.
A.Musayevanın dediyinə görə, alimentin ödənilməməsi məhkəmə qətnaməsinin icra olunmaması deməkdir: “Bu isə inzibati xətadır. İcra məmuru həmin şəxsi məsuliyyətə cəlb edə bilər. İnzibati qaydada cərimə edə bilər. İnzibati qaydada görülən tədbirlər nəticə vermədikdə həmin borclu barəsində məhkəmə qərarını icra etmədiyinə görə icra məmurunun müvafiq təqdimatına əsasən cinayət işi başlanıla bilər. Şəxs həbs oluna bilər”.
Onun sözlərinə görə, borclu şəxs xaricdə olduqda belə hallarda adətən borclunun yerini müəyyən etmək mümkün olmadığına görə onun barəsində axtarış verirlər və borclu ölkəyə gəldikdə, o, məcburi qaydada polis orqanları tərəfindən icra məmurunun yanına çatdırılır: “Başqa ölkədə bu və ya digər qərarı icra etmək bu artıq dövlətlərarası hüquqi mexanizmlərə uyğun həyata keçirilir. Bir dövlətin ədliyyə orqanları digər dövlətin ədliyyə orqanlarına sorğu göndərməklə icranı həyata keçirə bilər. Sadəcə bütün bu prosedurlar iki dövlət arası orqanlar olduğuna görə çox vaxt alır. Hal-hazırda bu çox vaxtın getməsinə səbəb olur. Bir çox hallarda tərəflərin mövqeyinə uyğun olmur. Aliment elə bir ödənişdir ki, uşağın saxlanması üçün zəruri olan vəsaitdir, bunu isə qarşı tərəf uzun müddət gözləyə bilmir”.
Aynurə Məmmədova
- Teqlər:
- boşanmaq
- , aliment
- , ailə münasibətləri
Abunəliyin ödənilib-ödənilmədiyini necə yoxlaya bilərəm?
Biləsuvarda silahlı insident: 51 yaşlı kişi güllələndi
Akardan Akşenerin “Cənub Ordusunu quracağıq” açıqlamasına reaksiya: “Komediyadılar. “
İşıqpulu qalxacaq? – Nazirlikdən yeni qanunla bağlı açıqlama (VİDEO)
Kərim Vəliyev pakistanlı generalla bir arada: “Ermənistan təxribat törədəndə, layiqli cavabını alır” – FOTOLAR
Hərbçi Davud Məmmədlini ildırım vuraraq öldürüb
40 qol atan Mbappe qərar verdi – Bu dəfə Makron onu dayandıra bilməyəcək
“Ben Bu Cihana Sığmazam” serialından daha iki məşhur aktyor ayrılır
Ronaldo ərəblərin qəlbini belə fəth etdi – FOTO
ABŞ Bakı və İrəvana sülh sazişi ilə bağlı yeni təkliflər verib: “Ən mübahisəli məsələlərin. “
Ümid Özdağla Kılıçdaroğlu gecəyarısı bir araya gəldi – Müttəfiqliyin anonsu verildi (FOTO)
Rusiyada müəmmalı partizan döyüşü qızışır: “Motoatıcı rota “yox” edilib” – “FTX qüvvələri təşviş içində geri çəkiliblər”
Naxçıvan prokurorluğunda daha iki dəyişiklik – Yeni təyinatlar
Həyət evi, mənzil kupçaları. – Onları necə almaq olar? + Tələb olunan sənədlər
“Kupça” ilə bağlı vətəndaşların verdiyi bir neçə sual var.
Mia.az Metbuat.az-a istinadən 5 vacib sualın cavabını təqdim edir:
1) Bina evində mövcud olan mənzilin dövlət reyestrindən çıxarışı var, lakin texniki pasportu itib. Texniki pasportu yenidən çıxarmaq uçun nə edilməlidir və bunla bağlı dövlət rüsumu nə qədərdir?
Cavab: Texniki pasportun dublikatını almaq üçün ərizə və dövlət rüsumunun ödənilməsi barədə sənəd Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat dövlət rüsumu nəzərdə tutulub.
2) Həyət evini daşınmaz əmlakın dövlət reystrində qeydiyyata aldırmaq üçün tələb edilən prosedurlar nələrdir?
Cavab: yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim edilməlidir:
– əgər ev tərəfinizdən inşa olunubsa, tikinti işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılaraq başa çatdırılmasını təsdiq edən sənədlər
– əgər ev alqı-satqı qaydasında əldə edilibsə, notariat qaydasında təsdiq edilmiş əqd (məsələn, alqı-satqı müqaviləsi)
Comments are closed, but trackbacks and pingbacks are open.