Qadınların həccə getməsi
Əmisi, dayısı onun əbədi məhrəm qohumudur, atası kimidir. Birlikdə gedə bilərlər. Əmi ilə dayı ilə evlənilməz. Evlənən kafir olar.
Mən onu yükləyə bilməsəm, əlavəni necə çap edə bilərəm
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-1998, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 607)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
- 30 dekabr 2014-cü il tarixli 1161-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 fevral 2015-ci il, № 027, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 93)
- 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1255)
- 04 dekabr 2015-ci il tarixli 28-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 dekabr 2015-ci il, № 269, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1442)
- 24 iyun 2016-cı il tarixli 302-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 avqust 2016-cı il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1367)
- 31 may 2017-ci il tarixli 705-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu “Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, “Azərbaycan” qəzeti, 5 iyul 2017-ci il, № 141,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1059)
- 1 fevral 2018-ci il tarixli 980-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 161 )
- 1 oktyabr 2018-ci il tarixli 1267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 27 oktyabr 2018-ci il, № 242,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1970 )
- 1 fevral 2019-cu il tarixli 1468-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 371 )
- 1 may 2020-ci il tarixli 70-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 520)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 5-ci maddənin birinci hissəsinin 1-ci bəndində “(əsas: bu Qanunun qüvvəyə mindiyi günədək şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması)” sözləri “, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;” sözləri ilə əvəz edilmişdir.
[2] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 5-ci maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.
[3] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 6-cı maddənin 1-ci bəndi ləğv edilmişdir.
[4] 1 fevral 2019-cu il tarixli 1468-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 371 ) ilə 6-cı maddəyə yeni məzmunda 2-1-ci bənd əlavə edilmişdir.
[5] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 10-cu maddə yeni redaksiyada veril mişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
[6] 1 may 2020-ci il tarixli 70-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 520 ) ilə 10-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsi çıxarılmışdır.
[7] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 11-ci maddənin 1-ci bəndində “ərazisində” sözündən sonra “(bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[8] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 12-ci maddə yeni redaksiyada veril mişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 12. Vətəndaşlığı olmayan şəxslərin uşaqlarının Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır.
[9] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 14-cü maddənin birinci hissədə “yaşayan və” sözləri “fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə” sözləri ilə əvəz edilmişdir.
[10] 24 iyun 2016-cı il tarixli 302-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 5 avqust 2016-cı il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1367) ilə 14-cü maddəsinin ikinci hissəsinə “icazə” sözündən sonra “və ya qaçqın statusu” sözləri əlavə edilmişdir.
1 fevral 2018-ci il tarixli 980-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 161 ) ilə 14-cü maddənin ikinci hissəsinə “hesablanır” sözündən sonra “(bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[11] 1 fevral 2018-ci il tarixli 980-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 3 mart 2018-ci il, № 49 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 161 ) ilə 14-cü maddənin dördüncü-doqquzuncu hissələri müvafiq olaraq beşinci-onuncu hissələr hesab edilmişdir və yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.
[12] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 701) ilə 14-cü maddəyə ikinci-altıncı hissələr əlavə edilmişdir, ikinci-dördüncü hissələr müvafiq olaraq yeddinci – doqquzuncu hissələr hesab edilmişdir.
[13] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 15-ci maddənin birinci hissəsində “ikinci” sözü “yeddinci” sözü ilə əvəz edilmişdir.
1 oktyabr 2018-ci il tarixli 1267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 27 oktyabr 2018-ci il, № 242 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1970 ) ilə 15-ci maddənin birinci hissəsində “yeddinci” sözü “səkkizinci” sözü ilə əvəz edilmişdir.
[14] 30 sentyabr 2005-ci il tarixli 1021-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan “ qəzeti, 2 noyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 905) ilə 15-ci maddəyə ikinci hissə əlavə edilmişdir.
[15] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1255) ilə 15-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.
[16] 30 dekabr 2014-cü il tarixli 1161-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 5 fevral 2015-ci il, № 027 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 93 ) ilə yeni məzmunda 15-1-ci maddə əlavə edilmişdir.
[17] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1255) ilə 16-cı maddənin ikinci hissəsi ləğv edilmişdir.
[18] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 17-ci maddənin üçüncü hissəsində “müttəhim kimi cinayət məsuliyyətinə” sözləri “cinayət işi üzrə təqsirləndirilən şəxs qismində” sözləri ilə əvəz edilmişdir.
[19] 31 may 2017-ci il tarixli 705-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu “Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, № 137, “Azərbaycan” qəzeti, 5 iyul 2017-ci il, № 141 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1059 ) ilə 14-cü maddəsinin doqquzuncu, 15-ci maddəsinin ikinci və 17-ci maddəsinin dördüncü hissələrində “Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir” sözləri “tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir” sözləri ilə əvəz edilmişdir.
[20] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1255) ilə 17-ci maddəyə yeni məzmunda beşinci hissə əlavə edilmişdir.
[21] 30 may 2014-cü il tarixli 973-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 620) ilə 18-ci maddə yeni redaksiyada veril mişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi
Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi
[22] 04 dekabr 2015-ci il tarixli 28-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 06 dekabr 2015-ci il, № 269 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 12, maddə 1442 ) ilə 18-ci maddəsinin birinci hissəsinə yeni məzmunda 3-1-ci və 3-2-ci bəndlər əlavə edilmişdir.
[23] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 21 noyabr 2015-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1255) ilə 18-ci maddənin ikinci hissəsinə “nəzərə alınmaqla” sözlərindən sonra “məhkəmə tərəfindən” sözləri əlavə edilmişdir.
Qadınların həccə getməsi
Sual: Bəziləri, “Şafidə qadınlar başqa qadınlarla həccə gedə bildiyi üçün Hənəfi qadınlar da yanında məhrəm bir kişi olmadan Şafini təqlid edərək həccə gedə bilər” deyirlər. Bir qadın məhrəmsiz həccə gedə bilər?
CAVAB
Bir qadın məhrəmsiz həccə gedə bilməz. Ancaq əbədi məhrəm qohumundan fasiq və mürtəd olmayan ağıllı, yetkin və ya mürahıq (yetkinlik çağına çatmayan lakin yetkinlik yaşında görünən) bir kişi və ya əri ilə birlikdə həccə gedə bilər. Hədisi-şərifdə, “Qadın yanında bir məhrəmi olmadan həccə gedə bilməz” buyuruldu. (Bəzzar)
Hənəfi məzhəbində olan qadınların Şafi məzhəbini təqlid edərək məhrəmsiz həccə getmələri caiz deyildir. Bir Hənəfinin Şafi məzhəbini təqlid etməsi ancaq bir fərzi edərkən və ya haramdan çəkinərkən qarşılaşdığı çətinlikdən qurtulması üçün caiz olur. Caiz olduğu vaxt da təqlid edilən məzhəbin o xüsusdakı bütün şərtlərinə əməl etməsi lazım olur. Həccin hamısını Şafi məzhəbinə görə etmələri lazım olur. Qadının məhrəminin həcc yolunda ölməsi Şafini təqlid etməsi üçün üzr olur.
Kişisiz qadın həccə gedə bilməz. Gedərsə həcci səhih olar isə də haramdır. Kişisi ilə gedəndə də oteldə, təvafda, sayʼda və daş atarkən kişilər arasına qarışması həccin savabını aradan qaldırdığı kimi böyük günaha da girər. Əbədi məhrəm kişisi olmayan qadın qocalanda, görə bilməyəndə və ya sağalmayacaq bir xəstəliyə tutulanda yerinə vəkil göndərər. Daha əvvəl göndərə bilməz.
Sual: Bəziləri, 3 qadının birlikdə həccə gedə biləcəyini söyləyirlər. Dinimizdə belə bir şey varmı?
CAVAB
Dinimizdə belə bir şey yoxdur. “Üç qadın həccə gedər” demək dinimizə ziddir. Qadınlar nə qədər çox olursa olsun Hənəfidə məhrəmsiz həccə gedə bilməz.
Sual: Bir qadın, yeznəsi və ya qaynı ilə uzun yola çıxa bilərmi və həccə gedə bilərmi?
CAVAB
Yeznə və qayın məhrəm qohum olmadığı üçün bunlarla tək qalmaq günah olduğu kimi uzun yola getmək də caiz deyildir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Allaha və axirətə inanan bir qadının atası yaxud oğlu yaxud əri yaxud qardaşı və ya bir məhrəmi olmadan üç günlük və daha çox bir yola getməsi halal olmaz.” [Buxari]
“Qadının əri və ya məhrəmi olmayan müsəlman bir qadının həccə getməsi halal olmaz.” [Tabərani]
Ancaq bir zərurət və ya ehtiyac olanda məsələn, məhrəm şəxs tapa bilməsə, səfərə də çıxmaq lazım olsa, yanında məhrəm kişiləri olan salehə xanımlarla birlikdə getməsi caiz olur. Fasiq qohum yerinə saleh yad tərcih edilir. Saleh şəxs insanın düşməni belə olsa haram işləməkdən qorxduğu üçün malımıza, canımıza, namusumuza zərər verməz. Səfərdə olan bir xanım isə yanında məhrəm qohumu olmasa da ərinin iqamət etdiyi yerə gələ bilər.
Sual: Keçən il bəzi şirkətlər, qadınlar birlikdə olanda çox uzaq yerə də gedə bilər deyərək bizi həccə apardılar. Uyğun oldu?
CAVAB
Xeyr. Peyğəmbər əfəndimiz gedə bilməz buyurur. Səhv etmisiniz, tövbə etməyiniz lazımdır.
Sual: Qadın Almaniyadan Azərbaycana tək gedə bilir, həccə niyə gedə bilməsin?
CAVAB
Bir qadın zərurətsiz 104 kilometrdən uzağa gedə bilməz. Gedən varsa günah işləyir deməkdir. Fəqət aparacaq kimsəsi yoxsa və ya gedəcək vəziyyətdə deyilsə, yəni bir zərurət vəziyyəti varsa, təyyarədə və ya avtobusda saleh kəslər varsa, onlarla səfərə çıxa bilər, fəqət həccə, umrəyə yenə gedə bilməz.
Sual: Dul bir qadının həccə gedə bilməsi üçün bir kişiylə nikahlanması dinimizdə varmı?
CAVAB
Elə bir şey yoxdur. Həccə gedə bilmək üçün biri ilə evlənmək lazım deyildir. Amma mütləq gedəcəm deyirsə, dul xanım boşanma haqqı öz əlində olmaq üzrə nikah edə bilər, müvəqqəti nikah deyil. Normal nikah edə bilər. Gəlincə ərini boşaya bilər. Boşamaq üzrə nikah olmaz. Normal nikah edilir, həcdən gələn kimi istəsə boşanar, istəməsə boşanmaz, özü bilər.
Sual: Dul bir qadın əmisi və ya dayısı ilə nikah edib həccə gedə bilər?
CAVAB
Əmisi, dayısı onun əbədi məhrəm qohumudur, atası kimidir. Birlikdə gedə bilərlər. Əmi ilə dayı ilə evlənilməz. Evlənən kafir olar.
Sual: Anam həccə gedincə, insan sıxlığında haram işləməmək üçün təvaf edə bilməzsə, orada məni vəkil edə bilər?
CAVAB
Vəkil edə bilməz. Haram işləyərək də təvaf etməz. Bir yolunu tapması lazımdır. Tapa bilməzsə mən həcc etmədən ölərsəm yerimə vəkil göndərin, deyə vəsiyyət edər.
Sual: Qoca qadın, qoca və saleh kişi ilə umrəyə də gedə bilər?
CAVAB
Səfərə gedər, umrəyə gedə bilməz.
Sual: Həcdə haram işləmədən həcc edə bilməyən qadın nə edər?
CAVAB
Haram işləmədən həcc etməyə çalışar. Haram işləmədən həcc edə bilməzsə, vəsiyyət etməsi lazımdır. Belə vəsiyyət edə bilər:
“Ölənə qədər həccə gedə bilməsəm, yerimə vəkil göndərin.” [Ukud-üd-dürriyyə]
Sual: Xanımın nisab miqdarı bilərziyi var. Həccə getməsi fərzdir?
CAVAB
Pulu olması kafi deyildir. Həccə aparıb gətirəcək məhrəminin olması da şərtdir.
Sual: Qadınlar ehrama girdikləri paltarı ehramdan çıxana qədər çıxarmamaları lazımdır, məsələn, oteldə ikən başları açıq qala bilərlər?
CAVAB
Sual: Müəyyən halı üzündən ziyarət təvafını edə bilməyən qadın nə edər?
CAVAB
Təmizləndikdən sonra edər.
Sual: Hayzlı və nifaslı qadın təvafı, say’ı təmizlənəndə, ömrünün sonuna qədər ilin hər hansı bir ayında edə bilər?
CAVAB
Bəli. Fəqət gecikdirməməsi lazımdır.
Sual: Həcc səfərində qadınların kişilərin yanında dəstəmaz almaları uyğundur?
CAVAB
Harama əhəmiyyət verməmək çox təhlükəlidir. Başqasının yanında övrət yerini açmadan su ilə istinca (pislikdən təmizlənmə) edə bilməyən kimsə, pislik çox olsa belə, su ilə istincadan imtina edər. Övrət yerini açmaz. Namazı elə qılar. Açarsa haram işlədiyi üçün fasiq olar.
Tənha bir yer tapılanda su ilə istinca edər və namazını iadə edər. Qüsl edəcək kimsə də tənha yer tapa bilməzsə təyəmmüm edər. Çünki bir əmri yerinə yetirmək bir haram işləməsinə səbəb olarsa, haram işləməmək üçün o əmr tərk edilir, yerinə yetirilməz. (Rədd-ül Muxtar)
Sual: Dul bir qadının məhrəmləri yoxdursa həccə məhrəmsiz gedə bilər deyilir. Bir də həcdə təvaf edərkən izdihamdan sıxlıq olur, qadın-kişi bir-birinə toxunsa da zərurət olduğu üçün haram olmaz deyilir. Ayrıca həcdə qadın yad kişilərin yanında qollarını açaraq dəstəmaz ala bilər, nəcasət varsa təmizləyə bilər, həcdə günah olmaz deyirlər. Bunlar doğrudur?
CAVAB
Heç biri doğru deyildir. Çünki haramdan qaçmaq, fərzi etməkdən əvvəl gəlir. Bir hədisi-şərifdə, “Çox az bir günahdan çəkinmək, bütün cin və insanların [nafilə] ibadətləri cəmindən daha yaxşıdır” buyurulur. Hər günah Allahu təalaya üsyan olduğu üçün böyükdür, fəqət bəzisi bəzisinə görə kiçik görünür. Bir kiçik günahı etməmək, bütün cahanın nafilə ibadətlərindən daha savabdır, çünki nafilə ibadət etmək fərz deyildir. Günahlardan çəkinmək isə fərzdir. (Riyad-un-nasıhin) Haramdan çəkinməyin savabı, fərzləri yerinə yetirmək savabından daha çoxdur. Haram işləyərək fərz edilməz. Fərz ilə haram bir araya gəlincə, yəni fərzi işləyərkən haram işləmək məcburiyyəti olanda, haram işləməmək üçün fərz təxir edilir.
Sual: Qadın bir yazar, “Məhrəm kişi qohumu olmadan qadın niyə həccə gedə bilməz ki? Hayzlı ikən nə üçün hərəmi-şərifə girə bilməz və təvaf edə bilməz? Mövlüd əfəndi, üzrlü qadının Kəbəni təvaf edə bilməyəcəyini söyləyir. Tanrı təvaf haqqını tək kişiyə verəcək qədər ədalətsizdir? Deyək ki qadın həcc əsnasında hayzlı oldu, ertəsi il gedincə yenə hayzlı oldu, nə olacaq?” deyir. “Dinin əmrini bildirənlərin hamısının psixoloqa ehtiyacı var” deyir. Buna necə cavab vermək lazımdır?
CAVAB
Əvvəl gündəlik işlərdən örnək verək:
Azərbaycanda səs vermə yaşı 18-dir. Millət vəkili seçilmə yaşı 25-dir. İndi 17 yaşında bir gəncin, “18 yaşındakı gənclər səs verirlər, mən nə üçün səs verə bilmirəm. Bu nə ədalətsizlik” deməyə haqqı varmı? İyirmi yaşındakı bir gəncin də, “25 yaşındakılar millət vəkili namizədi olarkən, mən niyə ola bilmirəm” deməsi görəsən normaldır? Bir vəkilin, “Məni nə üçün həkimlik etmirlər” deməsi, bir həkimin də, “Məni nə üçün vəkil etmirlər. Belə ədalət olmaz” deməsi normaldır? Belə deyənlər psixoloqluq deyildir? Bir çox ölkə pasportu olmayan şəxsi geri göndərir, ölkəsinə qoymur. Pasportsuz bir nəfərin, “Hər kəs gedir, məni niyə qoymurlar? Bu nə ədalətsizlikdir” deməsi əlbəttə səhvdir.
Dinin sahibi də Allahu təaladır. Qaydaları qoyan Odur. Qurani-kərimi göndərən Odur. Qurani-kərimi hədisi-şərifləriylə açıqlayan Onun Peyğəmbəridir.
Ən böyük Peyğəmbəri Muhamməd əleyhissəlam buyurur ki:
“Allahu təalaya və axirət gününə inanan heç bir qadının yanında atası və ya oğlu və ya əri və ya qardaşı və ya bir məhrəmi olmadan üç günlük və daha çox bir səfərə getməsi halal olmaz.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Buxari həzrətləri bildirir.]
“Əri və ya məhrəmi olmayan müsəlman bir qadının həccə getməsi halal olmaz.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Tabərani həzrətləri bildirir.]
“Qadın yanında bir məhrəmi [nikah düşməyən kişi qohumu] olmadan həccə gedə bilməz.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Bəzzar həzrətləri bildirir.]
Qadın yazar bunları bilməyə bilər. Bilmədiyi də meydandadır. Bilmədiyi mövzulardan bəhs etməsi, bilənlərin yanında gülünc vəziyyətə düşməsi ağıllı bir işdirmi? Hayzlı olan qadının namaz qılmaması, oruc tutmaması və təvaf etməməsi Mövlüd əfəndinin düşüncəsi deyildir. Qadının müəyyən üzrlü ikən Hərəmi-şərifə girməməsi də bu və ya o yazarın fikri deyildir. Bunlar Allahın bildirdiyi hökmlərdir. Bunları heç kim dəyişdirə bilməz. Pasportsuz xarici bir ölkəyə gedilə bilmədiyi kimi, təmiz, dəstəmazlı olmayan da Hərəmi-şərifə girə bilməz.
Bu mövzuda Allahın sevgili Peyğəmbəri buyurur ki:
“Hayzlı qadın namaz qıla bilməz.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Əbu Davud həzrətləri bildirir.]
“Kəbəni təvaf etmək namaz qılmaq kimidir. Namaz qılarkən dəstəmazlı olmaq lazım olduğu kimi Kəbəni təvaf edərkən də dəstəmazlı olmaq lazımdır.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Tirmizi həzrətləri bildirir.]
“Qüslsüz ilə hayzlı və ya nifaslı qadının məscidə, hərəmi-şərifə girməsi halal olmaz.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Muhamməd İbni Macə həzrətləri bildirir.]
Qadın təvaf edərkən hayz olarsa ən çox on gün gözləyər. Təmizlənəndə təvaf edər. Ertəsi il gəlməsinə ehtiyac yoxdur. Təlbiyə əsnasında səsini yüksəltməməsi də yenə dinimizin əmridir.
Bilmədən məhrəmsiz gedilərsə
Sual: “Çox yaşlı qadın səfərə gedə bilər” hökmünü səhv anlayıb saleh şəxslərlə həccə getdim. Halbuki Hənəfiyə görə məhrəmsiz getmək caiz deyilmiş. Məhrəmsiz həccə getmə günahından xilas olmak üçün, “Şafi məzhəbinə görə getdim” deyə niyyət etsəm günahdan xilas olaram?
CAVAB
Hənəfi şəxs Şafii məzhəbini təqlid edərək fərz olan həccə də gedə bilməz. Ancaq bilmədən gedilmiş isə, “Şafi məzhəbinə görə getdim” deyə niyyət etsə məhrəmsiz getmə günahından xilas olmuş olar.
Şafidə məhrəmsiz həcc
Sual: Şafii məzhəbində qadınlar məhrəmsiz nafilə həccə və səfərə gedə bilməz?
CAVAB
Bəli, gedə bilməzlər. Yalnız fərz olan həccə qadınlarla birlikdə gedə bilərlər, amma Hənəfilər Şafini təqlid edərək gedə bilməz.
Qadın və həcc
Sual: Bir kişi yanında məhrəmi yoxdursa, zövcəsinin həccə getməsinə mane ola bilər?
CAVAB
Bəli, yanında məhrəmi olmadan gedirsə mane ola bilər, məhrəmi varsa mane ola bilməz. Qadın, ərini dinləməyib məhrəmsiz gedərsə, günah işləmiş olarsa da, həcci tahrimən məkruh olaraq caiz olar. (İbni Abidin)
Qadın yanında əri və ya məhrəmi olmadan səfəri uzaqlıqdakı bir yerdən həccə getməsi tahrimən məkruhdur. Bir qövlə görə də heç caiz deyildir. (Quduri-Mec. Zühdiyə)
Kişi zövcəsinin yanında məhrəmi olsa da umrəyə getməsinə mane ola bilər.
Həccə getmək üçün evlənmək
Sual: Həccə gedib gələcək qədər pulu olub, məhrəmi olmayan qadının həccə aparsın deyə bir kişiylə evlənməsi lazımdır?
CAVAB
Bu barədə İbni Abidin həzrətləri buyurur ki:
Evlənməklə qadının məqsədi hasil olmaz. Evlənəndə kişi zövcəsini həccə aparmaya bilər. Ümumiyyətlə əri qadına tabe olmaz, beləcə qadın zərər görə bilər. Bu baxımdan həccə gedə bilmək üçün bir kişiylə evlənmək lazım deyildir. (Rədd-ül-muxtar)
Səhv etdikdən sonra peşmançılıq necə olmalıdır
Heç kim səhv etmək istəməz. Amma səhv etmək imtahanın əhəmiyyətli hissəsidir. İnsan səhv edərək öyrənir və çox vaxt da bir hərəkətin səhv olduğunu onu etdikdən sonra anlayır. Səhv insanın ayrılmaz bir hissəsi olduğuna görə bu mövzu haqqında daha geniş şəkildə düşünmək lazımdır: «Səhv etdikdən sonra o səhvi bir də etməmək üçün nə etmək lazımdır?», “İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?”, «Qurana görə edilən səhvdən sonra peşimançılıq hissi necə olmalıdır?», «Səhv edən insan özünü günahkar saymalıdırmı?», “İnsan etdiyi səhvi düzəltdikdən sonra unutmalıdır, yoxsa həmişə o səhvin peşmançılığını çəkməlidir?”, «O səhvi bir daha təkrarlamamaq üçün necə tədbirlər görməlidir?», «Səhvini necə düzəltməlidir?» Allah Quranda insanlara bütün bu sualların cavabını vermişdir. Buna görə də insan səhv etdikdən sonra nə etməli olduğunu Qurana görə müəyyən edə bilər.
«Səhv etdikdən sonra o səhvi təkrarlamamaq üçün nə etmək lazımdır?»
Allahdan qorxan bir insana səhvi olduğunu deyəndə qüruruna fikir vermədən o səhvi düzəldər. Bu çox əhəmiyyətli bir mömin əlamətidir. Əgər səhvini qavradığı halda qavramamış kimi davranırsa, bilə-bilə doğru davranmaqda tərəddüt edirsə, bu onun möminliyini şübhə altına alır. Çünki Allah qorxusu insanı səhv hərəkətdən çəkindirər. “İnsanlar nə deyər?”, «alçalaram?», «hərəkətimi dərhal dəyişdirməklə səhvimi qəbul etmiş vəziyyətə düşərəm?», «insanların mənə etibarı zədələnər?», «belə etsəm qürurumu qırmış olaram?» kimi nəfsinə yönəlmiş planlar qurmaz. O anda ancaq Allah Qatında olan vəziyyətini düşünər. Allahın razılığına uyğun olmayan rəftardan imtina edib, Allahın bəyənəcəyi rəftar göstərəcəyini bilərək sevinclə səhvini düzəldər.
Beləliklə, səhvdən imtina etmək bundan ibarətdir. Çətin bir şey yoxdur. Bu işə günlər, həftələr ayırmaq lazım deyil. Səhv hər nə qədər böyük olursa-olsun, insan verdiyi qərarla Allahın ən çox razı qalacağı davranışı mənimsəməklə, Allahn izni ilə, o səhvi də ortadan qaldırmış olar.
O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar..(Ali İmran surəsi, 135)
“İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?”
Allah Quranda «sadiq bəndələrindən başqa» heç kimin xilas olmayacağını bildirmişdir (Hicr surəsi, 40). İnsan səhv etdiyi zaman onu Allaha ən çox yaxınlaşdıran davranış da səmimiyyətdir. İnsan Allaha nə qədər təmiz, səmimi və dürüst şəkildə yönəlirsə, səhvini də o qədər yaxşı anlayır və peşman olur. Əgər bu səhv o adamın Allah qarşısındakı acizliyini və Allaha möhtac olduğunu daha yaxşı qavramasına vəsilə olubsa, bu da o adamın səmimiyyətini göstərir. Səhvi üçün Allahdan qorxub-çəkinirsə, axirətdə bu rəftarına görə məsul olacağını bilirsə, acizliyini qəbul edərək Allahın lütfünə və bağışlayıcılığına sığınırsa, Allahın izni ilə, bu Quran əxlaqına uyğun əxlaqdadır. Bu insan Allaha tövbəsini qəbul etməsi və özünü bağışlaması üçün canı-qəlbdən dua edər. Bir daha eyni səhvi təkrarlamamaq üçün Allaha səmimi olaraq söz verər.
Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Maidə surəsi, 39) Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm! (Bəqərə surəsi, 160) Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir! (Əraf surəsi, 153)
«Qurana görə etdiyin səhvdən sonra peşimançılıq hissi necə olmalıdır?», «Səhv edən insan özünü günahkar saymalıdır?», “İnsan etdiyi səhvi düzəltdikdən sonra o səhvi unutmalıdır, yoxsa həmişə onun peşmançılığını çəkməlidir?”
İman etməyən insanlarla Allahdan qorxan möminlərin etdikləri səhvdən sonra keçirdikləri narahatlıq hissi çox fərqlidir. İman etməyən insanlar səhv edəndə bir saniyə belə düşünmədən, laqeydliklə həyatlarına davam edirlər. Nə Allah qarşısında peşmançılıq, nə səhvlərini düzəltmə, nə də bir daha təkrarlamamaq üçün tədbir görmə ehtiyacı hiss etmirlər. Möminlər isə çox həssas vicdana sahibdirlər. Vicdanlarına uyğun olmayan ən kiçik bir hərəkət belə çox böyük narahatlıq keçirmələrinə səbəb olur. Allahdan qorxduqları üçün Allahın razı olmayacağı hərəkətləri etməməyə ciddi səy göstərirlər. Ancaq bu narahatlıqlarını yenə də Allaha sığınaraq, Quran əxlaqı ilə hərəkət edərək ortadan qaldırırlar. Cahiliyyə cəmiyyətində olduğu kimi narahat olduqları üçün depressiyaya düşmürlər. Səhvlərini emosiyaları ilə dəyərləndirib, qəmginliyə, əziyyətə, pessimizmə, ya da ümidsizliyə qapılmırlar. Bu narahatlıq onlarda çox dərin və şiddətli peşmançılıq hissi meydana gətirir. Ancaq bu, “şeytani” deyil, «rəhmani» peşmançılıqdır.
Bəzi cahil insanlar «peşmançılıq» deyəndə «insanın özünə qapanması, ətrafındakı insanlardan uzaqlaşması, sonsuz günahkarlıq hissi ilə yaşaması, depressiyaya düşməsi və həyatında bundan sonra həmişə bu səhvin əzabını çəkməsi» kimi başa düşürlər. Bu “şeytani peşmançılıq” formasıdır. Bu peşmançılıq o səhvin düzəlməsinə gətirib çıxarmır. Ancaq şirk əsaslı peşmançılıq yaşanır. Möminlər isə yaşadıqları dərin və mənalı peşmançılıqla səmimiyyət qazanırlar. Allahın izni ilə Allaha daha da yaxınlaşır, Allaha daha dərindən dua edirlər. İman coşğuları, Quran əxlaqını yaşamaqda qətiyyətləri, Allaha olan bağlılıqları, axirətə olan inancları, Allah qorxuları daha da artır. Hər mövzuda daha əxlaqlı və düzgün davranmaq üçün daha səmimi qərarlar verir, daha çox səy göstərəcək şövq və enerji qazanırlar. Cahil insanlar hər şeyi Allahın yaratdığını bilmədikləri və qədərə iman etmədikləri üçün həyatlarının sonuna qədər yaşadıqları peşmançılıq və günahkarlıq hissindən xilas ola bilmirlər. “Əgər belə etməsəydim, bu gün bu vəziyyət də olmazdım”, «Bu adam mənə belə etməsəydi, mən indi başqa yerdə olardım» kimi hal-hazırdakı vəziyyətlərinə heç bir faydası olmayacaq fərziyyələr üzərində düşünüb kədərlənirlər.
Möminlər isə etdikləri hər səhvdən dərs alırlar. Onlar da “İndiki ağlım olsaydı, əsla elə düşünməzdim, ya da elə davranmazdım” deyərlər, amma hadisələrin Allah o şəkildə dilədiyi üçün və qədərdə o şəkildə yazıldığı üçün elə olduğunu heç vaxt unutmurlar. Dəfələrlə eyni hadisəni yaşasalar da, hər dəfə hadisələrin eyni şəkidə nəticələnəcəyini bilirlər. Buna görə də möminlərin peşmanlığında “şirk yoxdur”. Özlərini qınayarkən, nəfslərini tənqid edərkən və etdiklərinə görə peşmanlıq keçirərkən, bunların hamısının qədərdə olduğu üçün o şəkildə reallaşdığını unutmurlar. Buna görə də cahiliyyə insanlarında olduğu kimi «xilas ola bilmədikləri günahkarlıq hissi ilə yaşamırlar». Keçirdikləri peşmanlıq hissi də «Niyə etdim?», «Kaş ki, etməsəydim. » kimi Qurana uyğun olmayan məntiqə əsaslanmır. Hər şeyin yalnız Allah dilədiyi üçün yaradıldığının şüurundadırlar. Ən böyük səhvləri elsələr də, ən böyük zərərlərə səbəb olsalar da, bütün bunları Allahın yaratdığını, hamısının qədərin bir hissəsi olduğunu və hamısında insanlar üçün bir çox xeyir və hikmət olduğunu bilirlər. Buna görə də o səhvdən sonra həyatlarını günahkarlıq hissi içərisində keçirmirlər. Həm Allahdan qorxaraq, həm də Allahın rəhmətinə sığınaraq, səmimi olduqlarını bilərək, əllərindən gələnin ən yaxşısını etmək üçün həmişə səy göstərirlər.
Əlbəttə ki, etdikləri səhvləri unutmurlar. Ancaq bu «unuda bilməmələrindən» qaynaqlanmır. İmanın və Allah qorxusunun bir gərəyi olaraq səhvləri möminlərin daha gözəl əxlaqa sahib olmalarına vəsilə olur. Möminlər də səhvlərini elə buna görə unutmurlar. Bir mövzuda bəlkə bir dəfə səhv edərlər, amma həyatlarının sonuna qədər o səhvi unutmaz və o hadisədən aldıqları dərsdən nəticə çıxararaq təkrar etməkdən çəkinərlər.
Cahiliyyə insanları isə təvəkkül edə bilmədikləri, qədərə və Allahın hər şeyi xeyirlə yaratdığına inanmadıqları üçün səhvlərini unutmaq istəsələr də bacaramazlar. Həyatlarının sonuna qədər həmişə o səhvlərinin təsiri alltında qalaraq, onun peşmanlığı ilə yaşayarlar.
(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır; (Əla surəsi, 14) Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Tövbə surəsi, 118)
«Etdiyi səhvi bir də təkrarlamamaq üçün hansı tədbirlər görməlidir?»
Allah insana ağıl, vicdan, iradə və mühakimə qabiliyyəti vermişdir. Səmimi olan hər insana bu xüsusiyyətlərin qapısı sonuna qədər açıqdır. Qəlbən iman edən, Allahdan qorxan insan etdiyi səhvdən sonra ağlı və vicdanı ilə hadisəni dəyərləndirər, əskik və qüsurlu olduğu tərəfləri görüb qavrayar. Allah qorxusundan qaynaqlanan güc və iradə ilə bu mövzuda mükəmməl bir həssaslıq göstərər. Qarşısına çıxan hər hadisədə əlindən gələni edərək Quran əxlaqına uyğun olan əxlaqı tətbiq etməyə çalışar. Allahın razı olmayacağı əxlaqdan çəkinməkdə çox qərarlıdır və vicdanının səsini dinləyir. Qurana uyğun olmayacağını gördüyü davranışdan çəkinib Allaha sığınar. Bu insan əvvəl etdiyi səhvlərdən dərs almaqla kifayətlənməz, ağılla düşünərək və vicdanla qərar verərək edə biləcəyi səhvləri də düşünüb əvvəlcədən qiymətləndirər. Nəfsini yoxlayar, əskik olduğu tərəfləri müəyyən edib nəfsini o yöndə tərbiyə etməyə, tədbir almağa çalışar. Ətrafındakı insanların təcrübələrindən, səhvlərindən, xəbərdarlıqlarından nəticə çıxarar. İnsanları yaxşı, pis, gözəl və əskik tərəfləri ilə analiz edib, gördüyü qüsurları özü də təkrarlamamaq üçün çalışar. Quranda bildirilən ayələrə əsaslanaraq insanların nəfsində olan əskiklikləri öyrənər. Bu əskiklərin Qurana görə həll yolunu müəyyən edib, nəfsini bu şəkildə tərbiyə edər.
Nəfsində bir mövzuda böyük problem müəyyən edəndə, o məsələdə nəfsinə xüsusi diqqətlə yanaşar və xüsusi bir diqqətlə də nəfsini tərbiyə edər. Məsələn, əskikliyi qürurudursa, qürurunu əzəcək şəkildə davranar. Əsəbidirsə, həmişə mülayim, xoş münasibətli davranmağa çalışar. Qısqancdırsa, nəfsini əzər və həmişə başqalarının özündən qabağa keçməsinə şərait yaradar. Əgər insan bu qədər səmimi cəhdlə özünü düzəltməyə çalışsa, Allah ona bu səmimiyyətinin əvəzini həm dünyada, həm də cənnətdə verər. Allah nəfsinə qarşı apardığı mübarizədə ona kömək edəcək və səmimiyyətlə etdiyi səhvləri, inşaAllah, bağışlayacaq.
Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) «Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!» (Bəqərə surəsi, 286)
«Səhvini necə düzəltməlidir?»
İnsan Allaha qarşı səmimi olaraq səhvini ən gözəl şəkildə düzəldə bilər. Allaha qarşı səmimi olan insan Allahın izni və köməyi ilə ətrafındakı insanlara qarşı olan münasibətini də ən gözəl şəkildə düzəldər. Çünki Allahdan qorxub-çəkinən insana Allah səhvini düzəldə biləcəyi şərait yaradar və fürsət verər. Allah qorxusu o adamın üzündə dərin mənalı bir nur və səmimiyyətlə ortaya çıxar. Allahdan qorxan möminin üzündəki bu səmimi ifadə ətrafındakı insanların inamını qazanmaq, ürəklərində sevgi və hörmət meydana gətirmək üçün kifayətdir. Beləliklə, səhv düzəltmək üçün əldə ediləcək ən təsirli yol möminin Allaha qarşı olan səmimiyyəti ilə əldə edəcəyi yoldur.
Əlbəttə ki, mömin hər hansı bir mövzuda xətalı hərəkət etsə, bunun əksi olan gözəl sözlərlə və davranışlarla bu etibarı, hörməti və sevgini daim inkişaf etdirməli, səhvindən səmimi şəkildə peşman olduğunu və Allahdan qorxduğunu Quran əxlaqına uyğun davranışları ilə möminlərə göstərməlidir.
Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir (Yunus surəsi, 26)
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! (Furqan surəsi, 70) Belələri yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir! (Əhqaf surəsi, 16) Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihətdir.”. (Hud surəsi, 114)
Comments are closed, but trackbacks and pingbacks are open.