Press "Enter" to skip to content

Video   Televiziya tamaşaları

Tamaşada hadisələr qədim Azərbaycan şəhərində, aşpaz Həsənin yeməkxanasında cərəyan edir. Həsən dayı (Neymət İslamoğlu) və onun yeməkpaylayanı Zərbəli (Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Elçin Arzumanlı) bura gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Yeməkxanaya gələn müxtəlif personaj və obrazlar böyük bəstəkarımız Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasındakı tipləri xatırladırlar. Məşhur komediyadakı qonaqlıq səhnəsindən fərqli olaraq buradakı tiplər yeməkxanada yediklərinin pulunu ödəmək əvəzinə, müxtəlif kələk və fırıldaqlara əl ataraq, aradan çıxmaq istəyirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi gülüş doğurur. Yeməkxanaya gələnlərin, məsələn, mühərrir Mirzə Mahmud (Məhərrəm Əbilsoy), aktyor Həsən (Nəsimi Məmmədzadə) və başqaları hərəsi bir sənətin sahibidirlər. Onlar yeyib aradan çıxmaq istəyirlər, çünki ciblərində pulları yoxdur.

“Ac həriflər” tamaşası Kəngərli rayonunda göstərilib

Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” birpərdəli vodevili əsasında hazırlanmış tamaşanı Kəngərli rayonunun ictimaiyyətinə təqdim edib.

AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əli Qəmbərov çıxış edərək, rayonun xalq teatrının tarixindən söhbət açıb. Bildirilib ki, 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayan teatr 1981-ci ildə xalq teatrı statusu alıb. Kollektiv müxtəlif illərdə “Solğun çiçəklər”, “Vaqif”, “Ölülər”, “Tamahkar”, “Rəhmə gəl, mələyim”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Qısqanc ər”, “Yuxu” və başqa səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Teatr 2008-ci ildə Bakı şəhərində keçirilən xalq teatrlarının respublika müsabiqəsində “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə II yerə layiq görülüb. Xalq teatrı bu gün ilk dəfə olaraq Kəngərli Rayon Mədəniyyət Evinin səhnəsində görkəmli dramaturqumuz Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” tamaşasını teatrsevərlərə təqdim edir. 1911-ci ildə yazılan “Ac həriflər” əsəri yetkin məzhəkədir.

Tamaşada hadisələr qədim Azərbaycan şəhərində, aşpaz Həsənin yeməkxanasında cərəyan edir. Həsən dayı (Neymət İslamoğlu) və onun yeməkpaylayanı Zərbəli (Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Elçin Arzumanlı) bura gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Yeməkxanaya gələn müxtəlif personaj və obrazlar böyük bəstəkarımız Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasındakı tipləri xatırladırlar. Məşhur komediyadakı qonaqlıq səhnəsindən fərqli olaraq buradakı tiplər yeməkxanada yediklərinin pulunu ödəmək əvəzinə, müxtəlif kələk və fırıldaqlara əl ataraq, aradan çıxmaq istəyirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi gülüş doğurur. Yeməkxanaya gələnlərin, məsələn, mühərrir Mirzə Mahmud (Məhərrəm Əbilsoy), aktyor Həsən (Nəsimi Məmmədzadə) və başqaları hərəsi bir sənətin sahibidirlər. Onlar yeyib aradan çıxmaq istəyirlər, çünki ciblərində pulları yoxdur.

Tamaşaçı müxtəlif tiplərin dialoqlarında o dövrün gülüşdoğuran mənzərələrini öz gözü ilə görür. Tamaşada rol almış aktyorlar Çakər Məmmədov (Süleyman), Salman Şirəliyev (Əhməd), İlham Quliyev (Rza), Əfsər Novruzov (Lətif) bu tiplərin dinamik canlandırılmasına çalışırlar. “Ac həriflər” tamaşasında kütləvi səhnələrdə Aynur Cəfərova, Nilufər Əhmədova, Gülnar Quliyeva və Uğur Cəfərov rol alıblar. Quruluşçu rejissor Nəsimi Məmmədzadə musiqi və səhnə tərtibatını da öhdəsinə götürərək, şən və komik bir tamaşa yaratmağa müvəffəq olub.

Tamaşa Kəngərli rayon ictimaiyyəti tərəfindən alqışlarla qarşılanıb.

Video Televiziya tamaşaları

«Atayevlər Ailəsi». İlyas Əfəndiyev.
Televiziya tamaşası

“Mənim günahım”. İlyas Əfəndiyev. Televiziya tamaşası. Parçalar.

“Mənim günahım”. İlyas Əfəndiyev. Televiziya tamaşası. Parçalar.

“Sarıköynəklə Valehin nağılı”. İlyas Əfəndiyev. Televiziya tamaşası. Parçalar.

“Sarıköynəklə Valehin nağılı”. İlyas Əfəndiyev.
Televiziya tamaşası. Parçalar.

“Sən həmişə mənimləsən”. İlyas Əfəndiyev. Televiziya tamaşası. Parçalar.

“Sən həmişə mənimləsən”.
İlyas Əfəndiyev. Televiziya tamaşası. Parçalar.

“Ac həriflər” Televiziya tamaşası. 1993.

“Ac həriflər” Televiziya tamaşası. 1993.

“Bala-başa bəla” Televiziya tamaşası. 1995

“Bala-başa bəla” Televiziya tamaşası. 1995

“Göz həkimi” Televiziya tamaşası. 1985

“Göz həkimi” Televiziya tamaşası. 1985a

“Kökdən düşmüş piano” Televiziya tamaşası.1982

“Kökdən düşmüş piano” Televiziya tamaşası.1982

“Qatarda” Televiziya tamaşası. 1981

“Qatarda” Televiziya tamaşası. 1981

“Qonşu qonşu olsa” Televiziya tamaşası. 1989

“Qonşu qonşu olsa” Televiziya tamaşası. 1989

“Mehmanxana sahibəsi” Televiziya tamaşası. 1978

“Mehmanxana sahibəsi” Televiziya tamaşası. 1978

“Cavid ömrü” Televiziya tamaşası. 2007

“Cavid ömrü” Televiziya tamaşası. 2007

“Qəzəlxan” Televiziya tamaşası.1991

“Qəzəlxan” Televiziya tamaşası.1991

“Nizami” Televiziya tamaşası.1982

“Nizami” Televiziya tamaşası.1982

“Sabuhi” Televiziya tamaşası.1941

“Sabuhi” Televiziya tamaşası.1941

“Sizi dünyalar qədər sevirdim” Televiziya tamaşası.1985

“Sizi dünyalar qədər sevirdim” Televiziya tamaşası.1985

“Üzeyir ömrü” Televiziya tamaşası. 1981

“Üzeyir ömrü” Televiziya tamaşası. 1981

“Evləri köndələn yar” Televiziya tamaşası. 1982

“Evləri köndələn yar” Televiziya tamaşası. 1982

“Ordan-burdan” Televiziya tamaşası. 1987

“Ordan-burdan” Televiziya tamaşası. 1987

“Ötən ilin son gecəsi” Televiziya tamaşası. 1978

“Ötən ilin son gecəsi” Televiziya tamaşası. 1978

“Sən həmişə mənimləsən” Televiziya tamaşası. 1987

“Sən həmişə mənimləsən” Televiziya tamaşası. 1987

“Səni axtariram” Televiziya tamaşası. 1981

“Səni axtariram” Televiziya tamaşası. 1981

“Yaşıl eynəkli adam” Televiziya tamaşası. 1987

“Yaşıl eynəkli adam” Televiziya tamaşası. 1987

“Yaşıl eynəkli adam – 2” Televiziya tamaşası. 1999

“Yaşıl eynəkli adam – 2” Televiziya tamaşası. 1999

“Anamın kitabı” Televiziya tamaşası. 1994

“Anamın kitabı” Televiziya tamaşası. 1994

“Bağışla” Televiziya tamaşası. 1983

“Bağışla” Televiziya tamaşası. 1983

“Səndən xəbərsiz” Televiziya tamaşası. 1985

“Səndən xəbərsiz” Televiziya tamaşası. 1985

“Unudulan adam” Televiziya tamaşası. 1987

“Unudulan adam” Televiziya tamaşası. 1987

“Yarımştat” Televiziya tamaşası. 1996

“Yarımştat” Televiziya tamaşası. 1996

“Yollar görüşəndə ” Televiziya tamaşası. 1979

“Hicran”ın SİRRİ 30 il sonra açıldı: “Nəsibə xanım Siyavuş və Hacıbabadan buna görə incimişdi” – FOTO

Bu dəfə sizə sevilən və tamaşaçılar tərəfindən bu gün də böyük həvəslə izlənilən “Hicran” tamaşasının pərdəarxası məqamlarından danışacağıq. Müsahibimiz tamaşada Balami rolunu oynayan əməkdar artist Novruz Qartaldır.

– Novruz müəllim, “Hicran” tamaşası necə yarandı?

– Bu tamaşa Sabit Rəhmanın Musiqili Teatrda səhnələşdirilən sayca ikinci əsəridir. Birinci əsəri “Ulduz” komediyasıdır ki, hətta onun filmi də çəkilib. Sabit Rəhman “Hicran” əsərini yarımçıq yazmışdı. Tamaşa üçün nəzərdə tutulan əsərin iki pərdəsi hazır idi, üçüncü pərdəsi yarımçıq idi. Əsərin 3-cü hissəsini teatrın o vaxtkı direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli hazırladı. Bununla da əsər səhnələşdirilərək tamaşaya qoyuldu. Rolları xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Siyavuş Aslan, Hacıbaba Bağırov, Şəfiqə Qasımova, Nəcibə Behbudova, Məmmədsadıq Nuriyev və s. kimi aktyorlar oynayırdı. Bu tamaşa həmişə anşlaqla keçirdi, hətta 2 günə biletlər qurtarırdı. Lütfəli Abdullayev Hacıbaba Bağırovla Mitoş roluna dublyor idi. Mən də Məmmədsadıq Nuriyevlə Balami rolunu paylaşırdım. Tamaşanı ən çox birinci heyət oynayırdı. Təkcə Nəsibə Zeynalovanın dublyoru yox idi. O oldu tamaşa gedəcəkdi, olmasaydı yox. Bilirsiniz ki, Nəsibə xanımı heç kim əvəz edə bilməzdi, çünki onda olan improvizə heç kimdə yox idi.

– Qızbacı obrazını Nəsibə xanımdan başqa heç kim oynamamışdı?

– Nəsibə xanım xəstələnib, Moskvaya müalicəyə gedəndə tamaşa Siyavuş Aslan və Hacıbaba Bağırovun iştirakı ilə oynanıldı, Qızbacı rolunu isə başqa bir aktrisa ifa etdi. O boyda anşlaq olan tamaşaya yarım zal adam gəlmədi. Hətta Siyavuş Hacıbabaya dedi ki, “gördün, bu tamaşaya daha çox Nəsibə xanıma görə gəlirlər. Biz ikimiz zalın yarısını doldura bilmədik”. Nəsibə xanım gəlib hirsləndi ki, siz niyə Qızbacı rolunun digər bir aktrisa tərəfindən oynanılmasına razı oldunuz, mən ölmüşdüm bəyəm? Nəsibə xanım küsdü, tamaşa bir müddət oynanılmadı.

– Nəsibə xanım daha sonra kimin təkidi və xahişi ilə bu tamaşanı oynadı?

– Allah rəhmət etsin, Ələkbər Kazımovskiyə. Teatra gəlib dedi ki, mən həmin tamaşanı çəkəcəyəm. Şəmsi Bədəlbəyli dedi ki, tamaşa iki ildir oynanılmır, aktyorların sözləri yaddan çıxıb. Ələkbər Kazımovskinin təkidindən sonra məşq təyin olundu. Məşqə yığışdılar, heç kim söz bilmir, aləm qarışıb bir-birinə. Siyavuş Hacıbaba ilə, Hacıbaba da Nəsibə xanımla danışmır. Küsülü olsalar da məşq zamanı mətni oxuyurdular. Şəmsi müəllim əsəbləşib getdi ki, mən belə tamaşa qoymamışam. Çünki hər kəs improvizə edirdi, əsərdə olmayan sözləri deyirdi. Tamaşanın efirə gedən variantını tam improvizə ilə oynadıq.

– Tamaşada 3 nəhəng sənətkarın bir-biri ilə küsülü olmasının əsas səbəbi nə idi?

– Götürək elə mənim özümü. Mənə sənət yoldaşlarımdan kimsə laqeyd münasibət göstərsə, onlardan küsə də bilərəm, inciyə də. O vaxt teatrda bir üçlük var idi: “Nəsibə xanım, Bəşir Səfəroğlu və Lütfəli Abdullayev”. Bu üçlükdən təkcə Nəsibə xanım həyatda idi. Nəsibə xanım Siyavuş Aslan və Hacıbaba Bağırovu yanına götürərək bu üçlüyü yenidən yaratdı. Bu üçlük “Hicran” tamaşası ilə bütün Azərbaycanda məşhur oldu. Onlar Nəsibə xanıma təşəkkür etməli idilər. Bir yeri ağrıyanda getməli idilər, maraqlanmalı idilər. Buna görə Nəsibə xanım onların hər ikisindən incimişdi. Nəsibə xanımın inciməyinin bir səbəbi də xəstə olarkən Qızbacı rolunun digər bir aktrisa tərəfindən ifa edilməsi idi. Bundan başqa Nəsibə xanımın həyat yoldaşı dünyasını dəyişəndə Hacıbaba ora getməmişdi, Nəsibə xanım bundan da incimişdi.

– Bəs tamaşanın digər iki qəhrəmanı – Siyavuş Aslanla Hacıbaba Bağırov nə üstündə bir-birindən küsmüşdü?

– Siyavuş Aslan deyirdi ki, mən teatrın direktoru olum, sən bədii rəhbəri, Hacıbaba Bağırov da əksinə deyirdi. Elə oldu ki, bir müddət sonra Hacıbaba Bağırov direktor oldu, Siyavuş Aslan bədii rəhbər. Siyavuş küsüb Akademik Milli Dram Teatrına getdi.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.