Press "Enter" to skip to content

Biz bu mahnını tam başqa bir üslubda hazırlamışıq – FOTO

Görüntü şəxsidir, səs şəxsi deyil, düz başa düşdüm? Əgər səs şəxsi deyilsə, yəni orada musiqinin səsindən başqa səslər yoxdursa, onda videofaylı audiofayla çevirib, upload edin ki, qulaq asa bilək melodiyaya, yoxsa söhbət Namiqin misalına gəlib dirənəcək ��

Bilmədiyiniz mahnını necə tapmaq olar

Bilmədiyin mahnını beynindən çıxara bilməzsən Yenidən eşitmək istəyirsən, amma nə adlandığını bilmirsən. Bunu tapmaq üçün bir sıra üsullar var.

pilləkən

    1 Google-da axtarın, mahnı haqqında bildiyiniz hər şeyi axtarış sisteminə yazın. Əlinizdə olan hər hansı məlumatı əlavə edin: onları hansı televiziya şousunda eşitmisiniz, mətn parçaları, əgər onlar kişi, qadın və ya qrup tərəfindən ifa olunubsa. əgər “mətn” sözünü dırnaqların içərisinə daxil etsəniz, axtarışınızı dəqiqləşdirə bilərsiniz. Mətnin ətrafında dırnaq işarəsi qoymağı unutmayın. 2 Tətbiqi silin. Səsi təhlil edən və verilənlər bazasındakı mahnıya uyğun olub olmadığını bildirən pulsuz xidmətlər var.

      Əgər iPhone və ya Android smartfonunuz varsa, App Store-dan Shazam-ı endirin və quraşdırın. Növbəti dəfə mahnıya qulaq asdığınız zaman onu tanımağa başlayın. Tunatic musiqi nümunəsini təhlil edən və sizə parçanın adını verməyə çalışan proqramdır. Əgər siz müəyyən etmək istədiyiniz mahnının hər hansı hissəsini yazmaq istəyirsinizsə, Tunatic-ə keçin və onun tətbiqini endirin. Onu quraşdırın və təlimatlara əməl edin. Smartfonunuz varsa, SoundHound-u yükləyin. Mikrofonu olan bir kompüteriniz varsa, Midomi-ni sınayın. Onların hər ikisi axtardığınız mahnını müəyyən etmək üçün onu kökləməyə imkan verir. SongTapper-ı sınayın və mahnını beyninizdə oxuyarkən ona vurun.

    “Biz bu mahnını tam başqa bir üslubda hazırlamışıq” – FOTO

    Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

    Martın 18-də təsəvvüf musiqisi həvəskarlarını çox gözəl bir tədbir gözləyir. Belə ki, həmin gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müğənni, aktyor Novruz Novruzlunun “Uzun incə bir yoldayam” adlı solo konserti keçiriləcək. N.Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. Onun ifa etdiyi musiqilər insanın ruhuna ilk başlanğıc məkana mənsubluğunu təlqin edən nəğmələrdir. Bu musiqinin yol açdığı cığıra düşən tamaşaçı dünyanın faniliyini unudur, özünü Bəqadan gələnlərin ağuşunda bulur. “Allahdan gəldik, Allaha dönəcəyik” – N.Novruzlunun oxuduqlarında insana verilən ilahi mesaj budur. Konsert öncəsi ifaçı “Kaspi”nin qonağı oldu. Onunla konsert proqramı və təsəvvüf musiqisi haqda danışdıq. Məlumat üçün bildirək ki, müsahibimiz Opera və Balet Teatrının solistidir. Novruz Novruzlu “Savalan” qrupunun bədii rəhbəridir. O, universitetdə oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib. Məlumat üçün söyləyək ki, sözügedən ansambl dünya xalqlarının musiqilərini ifa edirdi. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. İnstitutu bitirdikdən sonra Firudin Mehdiyevin səhnələşdirdiyi “O olmasın, bu olsun” tamaşasında Əsgər rolunu ifa edib.

    – Novruz bəy, konsert hazırlıqlar necə gedir? Bizi konsertdə hansı sürprizlər gözləyir?
    – Sizi konsertdə rəngarəng musiqi repertuarı gözləyir. Konserti “Hicaz” qrupu ilə birlikdə keçiririk. Mövlana, Cəlaləddin Rumi, Yunis Əmrə, Fizuli, Nəsimi, Aşıq Veysəldən oxuyuruq. Ancaq bizim bu konsertdə bəstəkar mahnıları, italyan, rus və hind musiqisi də var. Üstəlik, ilahi və ruhsal mahnılar da səslənəcək. Hətta öhdəsindən gələ bilsəm, caz da ifa edəcəm. Aşıq mahnısı etnocaz. Düzdür, mənə bir az yaddır, ancaq görsəm ki ifama yatır, oxuyacam. Qeyd edim ki, konsert iki saat yarım nəzərdə tutulub.

    – İki saat yarım səhnədə olmaq və mahnı oxumaq sizi yormazmı?
    – Yormaz. Düşünürəm ki, oradakı münasibətlərdən insanlar da yorulmaz. Biz həmişə harada olmuşuqsa, çalışmışıq ki, səmimi görünək və insanların qəlblərinə xitab edək.

    – Novruz müəllim, konsertin adını niyə məhz “Uzun, incə bir yoldayam” qoymağa qərar verdiniz?
    – Əslində, bizə 3-4 ad təklif edildi. Gördüm ki, bu ad qəlbimə daha çox yatır. Elə repertuarımızda da ilk musiqi məhz “Uzun, incə bir yoldayam” mahnısıdır. Onun üçün qərara gəldik ki, konsertin adını da belə qoyaq.

    – Əslində, insan həyata gələndən bir yol gedir.
    – Elədir. İnsan doğulandan özünü axtarır. Belə baxanda konsertin özü də bir yoldur. Biz bu mahnını tam başqa bir üslubda hazırlamışıq.

    – Təsəvvüf musiqilərinin dinləyiciləri indiki zamanda varmı? Varsa, nə qədərdir?
    – Səmimi desək, indi Amerikada, Avropada daha çoxdur. Çünki onlar hər şeyi yaşayıblar, yorulublar, istəyirlər ki, özləri tək qalıb, daxili dünyalarına varsınlar. Amerikada yaşayan bir dostum məni tək Amerikada solo konsert vermək üçün dəvət etdi. Bildirdim ki, tək dəf ilə orda nə edə bilərəm? Dedi ki, zalda beş min nəfər olacaq. Elə sən bir dəfə dəfi vuran kimi onlar gözlərini yumub öz daxili aləmlərinə varacaqlar. Çünki onlar texnikadan, müasir avadanlıqlardan yorulublar.

    – Musiqiçi müsahiblərimin əksəriyyəti el şənliklərində qonaqların əllərinin göydə olduğunu, bir ritmik havaya bənd olduqlarını deyirlər. Siz də bu fikirdəsiniz?
    – Mövlana həzrətləri deyir ki, Allaha gedən çox yol var. Mən o musiqilərin içərisində səmavi musiqini seçdim. Musiqinin ahəngində elə bir sirr var ki, açsam, dünya alt-üst olar. Musiqi həm cismin, həm də ruhun qidasıdır. Bizə daha çox cismə işləyir. Biz Mövlana tədbirlərində həm çıxış, həm də tamaşaçı kimi iştirak etmişik. İtalyanlar, amerikanlar və digər xalqların nümayəndələrinin iki saat gözlərini yumub öz daxili aləmlərinə varmalarının şahidi olmuşuq. Ancaq bizdə o daxili aləmə varmaq yoxdur. Çünki içimizdə o hüzn, rahatçılıq yoxdur. Hərdən fikir verirəm ki, ən səbirli adam belə, beş dəqiqədən sonra zalda danışmağa başlayır. Öz içinə vara bilmir. Bu məsələdə efirlərin də böyük rolu var.

    – Siz bir müddət italyan musiqisinə də müraciət etdiniz.
    – İncəsənət Universitetində “vokal” ixtisasını bitirmişəm. Mənə deyirdilər ki, sənin səsinin tembri təsadüfi tembrlərdən biridir. Çünki nə olsa oxuya bilirəm. Bunu içdən hiss edirəm. Səs tonum buna imkan verir. Həmin illərdə ifa etdiyim mahnıların əksəri italyan mahnıları idi. Bundan başqa, lirik musiqilər, xalq və bəstəkar mahnıları da ifa edirdim.

    – Bir anlıq gözümüzün qarşısında həmin italyan və indi oxuduğunuz təsəvvüf mahnıları canlandı. Axı bunlar təzaddır.
    – Əslində, heç də təzad deyil. Hər şey daxili zənginlikdən asılıdır. Mövlananın bir sözü var, deyir ki, dünyada neçə dil varsa, hamısını anlamı eynidir. Əslində bir dil var, o da könül dilidir. Musiqidə ifaçının daxili dünyasından çox şey asılıdır. Haradan baxır, necə baxır, səmimidirmi, intellekti varmı? Oradan baxanda hər şeyi sevirsən. Sevirsənsə istədiyini ala bilirsən, istədiyin repertuarı ifa edə bilirsən.

    – Siz eyni zamanda “Savalan” qrupunun bədii rəhbərsiniz. 18 yaşlı gənc “Savalan” qrupu indiyədək nələrə nail olub?
    – Əvvəllər ilahi musiqilər oxuyanda deyirdilər ki, bu heç kimə lazım deyil, normal musiqi ifa edin, dinləyək. Bizim bu mövzuya müraciət etməyimiz 20 Yanvar hadisələrindən sonra oldu. Gördük ki, o hadisələrdən sonra şən musiqilər ifa etmək içimizdən gəlmir. Musiqiçilərlə bir araya gələndə də qrup yaratmaq niyyətimiz yox idi. Bir gün məşq edirdik. Nadir Axundov gəldi, bizi dinlədi, sonra dedi ki, efirə çıxın və az əvvəl ifa etdiyiniz mahnıları orada da ifa edin. Dedik ki, biz efir üçün hazır deyilik. Bildirdi ki, siz efir üçün tam hazırsınız. Daha sonra bir-birinin ardınca efirlərə və mətbuata çıxmağa başladıq. Və illər ötdükcə, müxtəlif ölkələrdə konsertlərdə olduq. Hollandiyada, Amerikada, Türkiyədə tədbirlərə və bir çox festivallara dəvət aldıq, onların bəzilərində iştirak etsək də, müəyyən səbəblərdən bir çoxunda iştirak edə bilmədik.

    – “Elm, elm deməkdir,
    Elm kəndini bilməkdir,
    Sən kəndini bilməzsən,
    Bu neçə oxumaqdır?”
    – Oxumağın mənası kişi haqqı bilməkdir.
    Çün oxudun bilmədin, bu quru bir əməkdir.

    Bu sözlər Yunus Əmrəyə məxsusdur. İnsan istər müğənni, istər nazir, istər çoban ola bilər. Ancaq iç aləmində gedən bir yol var. Söhbət ondan gedir. Bu, insanlığın, yaşamın sistemidir. Sadəcə fərqində olmaq lazımdır ki, hardan gəlmişik, niyə gəlmişik və hara gedəcəyik. Buna hazırlaşmaq lazımdır. Atalarımız deyib ki, insan düşüncələrinin məhsuludur. Yəni insan düşüncələrində nədirsə, odur. Ondan başqa bir şey deyil. Ona görə içinə baxmalıdır ki, nə düşünür, necə düşünür, nə görür. Gözəl görürsə, nə gözəl! Yunus Əmrə həmin ifadələrində bunları deməyə çalışır.

    – Mahnılarınızı dinlədikdə, hesab etdim ki, sanki “Yuğ” teatrının tamaşalarını izləyirəm və ifanızı onların üslubuna, ruhuna yaxın hiss etdim.
    – Mərhum sənətkarımız Vaqif İbrahimoğlu maraqlı insan idi. Onun elə tamaşaları olurdu ki, tamaşaçı tamaşanın nə vaxt başladığını bilmirdi. Biz onunla bir “Yunus Əmrə məclisi”, bir də “Üz tuturam Tanrıya”nı ifa etdik. Bu da “Yuğ”-un səhnəsində bir müddət səsləndi. Biz bunu “Yuğ”-un aktyorları ilə birlikdə hazırlamışdıq. “Yunus Əmrə məclisi” isə sırf bizim qrupumuzdan ibarət idi. Biz orada söhbət edirdik və tamaşaçılara görə də söhbət dəyişirdi. İlahi musiqilər ifa edirdik.

    – Bəs indi?
    – Allah Vaqif İbrahimoğluna rəhmət etsin. Biz orada Orxan Fikrətoğlunun “İtki” və digər bir neçə hekayəsi əsasında hazırlanan “Fəna” tamaşasında iştirak etdik. “Yuğ” teatrı mənə doğmadır. Bizim orda Vaqif müəllimlə səmimi anlarımız olub. Könlümüzün hiss etdiyi bir şey olsa, orda varıq. Görsək ki nəsə bizi sıxır, ora layiq deyilik, təbii ki, çalışmarıq. Azərbaycanda onun qədər “Yuğ”-a dəyər verən bir sənətçi görmədim. O bizi ilk dəfə efirdə görüb, studiyaya zəng etmişdi və sonra bizi teatra dəvət etdi. İlk dəfə orda “Yunus Əmrə məclisi” təşkil etdi. Bu nə konsert, nə də tamaşa idi. Bildirdi ki, ssenari yazsam, sizi qəlibə salıb günaha bataram. Onun üçün sizin ruhunuza inanıram, adını qoyaq “Yunus Əmrə məclisi”. Çox səmimi və gözəl bir məclis oldu. Ondan sonra çoxları bizi ilahi mahnılar oxuyan kimi tanıdı.

    – Sizin haqqınızda mətbuatda hər cümlənin başında ilahi mahnıların ifaçısı yazılır.
    – Bəli, o təqdimatdan sonra hər kəs məni elə qeyd etdi. Mən də bir söz demədim. Çünki şaman ruhu, Dədə Qorqud ruhu üzərində bəstəkar musiqiləri oxumuşduq. Sırf təsəvvüf musiqiləri oxuyan kimi tanındıq. Ancaq bu bir az ruha və könülə bağlıdır.

    – “Yuğ”u hər adam anlamadığı kimi, təbiidir ki, “Savalan” qrupunu da hər adam anlaya bilmir.
    – Bütün bunlar hamısı insanın ruhuna, mənəviyyatına, daxili aləminə kökləndiyinə görə yəqin ki, hər adam başa düşə bilmir. Özünü bilən haqqı bilir. Təbii ki, özünü bilən adam bizim musiqilərə dəyər verə bilər.

    – “Savalan” İslam və türklüyün sintezindən yaranan bir qrupdur. Bəzən bunu digər dini qruplara bənzədirlər. Belə olan halda, “Savalan”ı onlardan fərqləndirən nədir?
    – Mən çox istəyərdim ki, efirlərdə İslamın gözəl tərəfi təbliğ olunsun. İnsanlar bilsinlər ki, İslam nədir. Bilmədiklərinə görə lazım olmayan təriqətlərə düşürlər, yalana uyurlar. Qrupumuz təsəvvüf qrupudur. Əsas insanın könlünə, ruhuna, iç dünyasına, varlığına söykənir musiqilərimiz. Çalışırıq ki, oxuduqlarımıza layiq olaq. Biz Mövlana həzrətlərindən, Yunus Əmrədən, Füzulidən mahnılar səsləndiririk. Bunlara dindar demək olmaz. Düzdür, bunların hamısı peyğəmbərin vəsfi ilə başlayır. İslam dini bizim başımızın tacıdır. Bu, bilgisizlikdən irəli gəlir. Diqqət etsələr, görərlər ki, bizim ifa etdiyimiz mahnıların ətri, dadı, rəngi tamam başqadır. Bəlkə də informasiya olmadığından məlumatsızdırlar. Biz bütün insanları sevirik. Mövlana həzrətləri deyir ki, “Gəl yenə gəl. İstər atəşə tap, istər buta. Yüz kərə tövbə etmiş ol. İstər yüz kərə pozmuş ol tövbəni, Yenə gəl. Umudsuzluq dərgahı deyil bizim dərgahımız”. Görürsünüz ki, o, insanlar arasında fərq qoymur. Deyir, yetər ki, özünə gəl, insanlığını anla, dünyaya nə üçün gəldiyinin fərqində ol. Allahın yaratdığı ən gözəl varlıq, kainatın şahı insan olmağının fərqində ol.

    – Son olaraq məni bir sual maraqlandırır. Toylarda sizin musiqinizə maraq yoxdur. Bəs gəliriniz hardandır?
    – İki yerdə işləyirik, maaş alırıq. Hərdən çox səviyyəli tədbirlərə gedirik. Hansı ki, orda bizi anlayır, dəyər verirlər. Toylara gedə bilmirik, çünki getsək, sıxılarıq. Amma bəzən xüsusi toylara da gedirik. Fərqli musiqiyə dəyər verilən və ziyalıların çox toplaşdığı tədbirlərdə oluruq.

    Milli.Az

    İnternetdə bir mahnını tapmaq

    salam mən azərbaycanca bir mahnın bir hissəsini bilirəm. Google da yazıram cııxmır. Kimin oxuduğunu necə tapa bilərəm?

    Sualı verdi: 111 ( 31/05/2012 )
    Kateqoriya: Sual . mahnı. Qısa keçid.

    Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

    Heç olmasa bildiyiniz hissənin sözlərini və ya nəsə ətraflı məlumat verərdiniz mahnı haqqında…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    videodadi o mahni..bes o mahnini videodan ayirib adini veya kime aid olduqunu bilmek olar olarsa nece

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Videonu paylaşın həmin hissəyə baxaq

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Xeyir,Azərbaycan mahnılarını parçasına görə tapmaq olmur.Parçada olan sözlərə görə isə o mahnının sözləri hansısa saytda olsa tapmaq olur,amma nadir hallarda Azərbaycan mahnılarının sözlərini internetdə yazırlar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Android telefon işlədirsinizsə Shazam programı vasitəsi ilə tapa bilərsiniz amma Azərbaycan musiqilərini tapmaqda biraz çətinlik çəkir amma məndə bir neçə dəfə olubki müsbət nəticə verib.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Mən də ürəyimdə bir rəqəm tutmuşam, kim tapa bilər ki hansı rəqəmdir?
    Elə sual verirsiniz ki, cavab yazanları da çətin vəziyyətdə qoyursunuz. Yadda saxlayaq ki, buradakılardan heç kim münəccim deyil!

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Qardaşcanı deyirəm əvvəlcə cavab yazmaq istəyəndə mən də bu tip sözlər yazmaq istəmişdim ��

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    xeyir qaqa ele deyile..vdeo biraz wexsidi.mahnida yalniz musiqisidir.dedim belke videodan ayirmaq mumkun olar mahnini yenede cox saqolun.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Görüntü şəxsidir, səs şəxsi deyil, düz başa düşdüm? Əgər səs şəxsi deyilsə, yəni orada musiqinin səsindən başqa səslər yoxdursa, onda videofaylı audiofayla çevirib, upload edin ki, qulaq asa bilək melodiyaya, yoxsa söhbət Namiqin misalına gəlib dirənəcək ��

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Salam. Bir soundtracki tapmaqda mene yardimci oladiniz zehmet olmasa. Hemin sounstrack adeten kriminal verilislerde seslenir. Asagidaki videonun 8:43-cü dəqiqəsində axtardığım soundtrack seslenir. Zehmet olmasa komek edin.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Könül kərimovun aylar illər sözü kecən mahnısı var adını bilmirəm

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    Könül kərimovun aylar illər sözü kecən mahnısı var adını bilmirəm

Comments are closed, but trackbacks and pingbacks are open.