Press "Enter" to skip to content

Yeni nəşr – “Türkologiyamızın Afad Qurbanovu”

AZƏRTAC xəbər verir ki, kitabda A.Qurbanov bənzərsiz insan, nüfuzlu alim, bacarıqlı elm təşkilatçısı kimi səciyyələndirilir, onun elmi-pedaqoji fəaliyyəti daha çox haqqında yazılmış məqalələrə istinad olunmaqla işıqlandırılır. Əhatəli təsvir və faktlarla zəngin olan kitabda müəllif A.Qurbanovun bədii portretini özünəməxsus cizgilərlə təsvir edir, alimin Azərbaycan nitq mədəniyyəti problemləri, Azərbaycan dilinin onomologiyası, Azərbaycan şəxs adları ensiklopediyası və ümumi dilçilik sahəsindəki xidmətlərini təhlil süzgəcindən keçirir.

e-Onomastics

– blog on e-Onomastics – digital onomastics – e-Science about proper names – blogue sur e-Onomastique – onomastique numérique – e-Science sur les noms propres – Blog über e-Onomastik – digitale Onomastik – e-Wissenschaft über die Namenkunde – блог по oномастике

Pages

Saturday, January 12, 2019

Юбилей основателя научной школы ономастики Азербайджана Афада Гурбанова

Выдающийся ученый-языковед, тюрколог и общественный деятель акадмик Афад Гурбанов отличился научной продуктивностью и в процессе своей научной деятельности охватил все сферы языкознания. Под авторством А.Гурбанова было опубликовано более 70 фундаментальных и многотомных трудов по Азербайджанскому, общему и тюркскому зыкознанию, свыше 500 научно-методических статей. Такие труды как “Литературный и разговорный азербайджанский язык” (1965), “Современный Азербайджанский литературный язык” (1967, 2 тома), “Общее языкознание” (1977, 2 тома), “Основы азербайджанской ономалогии” (1988, 2 тома), “Тюркское языкознание” (5 томов), “Проблемы азербайджанского языкознания” (3 тома), “Теория антропонимии” и др. внесли большой вклад в развитии направлений развития азербайджанского языкознания, исследованию и изучению актуальных проблем языкознания.
В 70-80 годах прошлого века Афад Гурбанов был одним из единственных ученых, который создал научную школу в науке. Формирование научной школы ономастики непосредственно связано с именем академика Афада Гурбанова. Самое большое достижение ученого это двухтомная монография “Основы азербайджанской ономалогии”, которая была удостоена государственной премии Азербайджанской ССР. А.Гурбанов этой фундаментальной книгой заложил научные основы ономастики.

Важную часть деятельности каждого научного деятеля составляет воспитание научных кадров в области его специализации. Наряду с воспитанием десятка тысяч высококвалифицированных преподавателей для своей страны, академик А.Гурбанов, уделявший большое внимание вопросу формирования ученых-филологов, подготовил более 60 кандидатов и докторов наук.

А.Гурбанов являлся автором концепции “Азербайджанских фамилий”, подготовленной в рамках работы в специальной комиссии по именам и фамилиям Национальной академии наук Азербайджана.

В 90 года прошлого века велики заслуги А.Гурбанова как Председателя Комиссии по азербайджанскому алфавиту и автора нового алфавита на латинской графике в проведении алфавитной реформы в Азербайджане. Талантливый ученый и умелый организатор, А.Гурбанов посвятил все свои силы и способности этой важной работе, отражающей чаяния и желания народа – переходу азербайджанского алфавита на латинскую графику. Именно он был первым ученым, обосновавшим научными фактами необходимость перехода на алфавит с латинской графикой.

Сегодняшний алфавит, являющийся общенародным богатством – это самый большой дар азербайджанскому народу от активного гражданина, глубоко любящего свой народ, выдающегося языковеда Афада Магомед оглы Гурбанова, как результат его научной и общественной деятельности.

Onomastika Elmi Məktəbinin banisi Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi

Azərbaycan dilçiliyinin elə bir sahəsi olmamışdır ki, bu məhsuldar və əməksevər alim oraya nüfuz etməsin. Azərbaycanın görkəmli dilçi-alimi Afad Qurbanovun müəllifliyi ilə dilçilik elminə dair 70-dən çox irihəcmli və fundamental (çoxcildlik) əsərlər yazılmış, 500-dən çox elmi-metodiki məqalələr hazırlanmışdır. Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan A.Qurbanov “Azərbaycan ədəbi və danışıq dili (1965), “Müasir Azərbaycan ədəbi dili (2 cildlik, 1967), “Ümumi dilçilik” (2 cildlik, 1977), “Azərbaycan onomalogiyasının əsasları, (2 cildlik, 1988), “Türkoloji dilçilik” (5 cildlik), “Azərbaycan dilçiliyinin problemləri” (3 cildlik), “Antroponim nəzəriyyəsi və s. monoqrafiya və dərsliklərin müəllifidir.

Akademik Afad Qurbanov XX əsrin 70-80-ci illərində yeganə dilçi-alim olmuşdur ki, Azərbaycan dilçiliyində müstəqil nəzəri şöbəsini yaratmağa nail oldu. “Onomastika Elmi Məktəbi”nin formalaşması bilavasitə professor Afad Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin bu sahə ilə bağlı ən böyük uğuru Dövlət mükafatına layiq görülmüş ikicildlik “Azərbaycan dilinin onomalogiyası” adlı fundamental monoqrafiyasıdır. Professor A.Qurbanov bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmış, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdur.
Hər bir elm xadiminin fəaliyyətinin vacib sahəsini çalışdığı ixtisas üzrə elmi kadrlar yetişdirmək işi təşkil edir. Görkəmli dilçi-alim və mahir pedaqoq Afad Qurbanov ölkəmiz üçün minlərdə yüksək ixtisaslı müəllim hazırlamış, habelə çox sayda filoloq-alimlərin formalaşdırılması məsələsinə xüsusi diqqət yetirərək 60-dan çox elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.

Məlumat üçün bildirilməlidir ki, AMEA-nın Adlar və soyadlar üzrə xüsusi komissiyasının üzvü olan A.Qurbanov “Azərbaycanlı soyadları haqqında” konsepsiyasının müəllifi olmuşdur.
Görkəmli dilçimiz Afad Qurbanovun keçmiş əsrin 90-cı illərində Azərbaycan Əlifba Komissiyasının sədri və hazırkı Azərbaycan əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur. Ümumxalq sərvəti olan bügünkü əlifba bu yorulmaz insanın, xalqın dərindən sevən fəal vətəndaşın Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.

Yeni nəşr – “Türkologiyamızın Afad Qurbanovu”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdinin “Türkologiyamızın Afad Qurbanovu” kitabı çap olunub.

Kitab mərhum akademik Afad Qurbanovun anadan olmasının 90 illiyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, kitabda A.Qurbanov bənzərsiz insan, nüfuzlu alim, bacarıqlı elm təşkilatçısı kimi səciyyələndirilir, onun elmi-pedaqoji fəaliyyəti daha çox haqqında yazılmış məqalələrə istinad olunmaqla işıqlandırılır. Əhatəli təsvir və faktlarla zəngin olan kitabda müəllif A.Qurbanovun bədii portretini özünəməxsus cizgilərlə təsvir edir, alimin Azərbaycan nitq mədəniyyəti problemləri, Azərbaycan dilinin onomologiyası, Azərbaycan şəxs adları ensiklopediyası və ümumi dilçilik sahəsindəki xidmətlərini təhlil süzgəcindən keçirir.

Nəşrin “Afad Qurbanova həsr edilmiş şeirlər ədəbi tənqid müstəvisində” hissəsində isə “Çiçəklənən onomastika”, “Afad adlı bir məktub qalacaq”, “Xüsusi adların söz dünyası var” şeirləri yer alıb.

Kitabın redaktoru professor Fikrət Xalıqov, rəyçiləri isə filologiya elmləri doktorları Məhərrəm Hüseynov və Kamil Bəşirov, filologiya üzrə fəlsəfə doktorları Vaqif İsrafilov və İlham Abbasovdur.

Pedaqoji Universitetdə “Türkologiyamızın Afad Qurbanovu” adlı kitabın təqdimatı keçirilib

Pedaqoji Universitetdə “Türkologiyamızın Afad Qurbanovu” adlı kitabın təqdimatı keçirilib Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomostika Elmi məktəbinin banisi Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin “Türkologiyamızın Afad Qurbanovu” adlı kitabının təqdimat mərasimi keçirilib.

11 Mart , 2019 17:59

https://static.report.az/photo/2b9c3b2e-9f5d-42d4-958d-abfe9236a1d2.jpg

Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomostika Elmi məktəbinin banisi Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin “Türkologiyamızın Afad Qurbanovu” adlı kitabının təqdimat mərasimi keçirilib. “Report” xəbər verir ki, tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak ediblər. Tədbirdə ADPU-nun prorektoru, professor Asəf Zamanov görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb, dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd edib. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində ononalogiya və ümumi dilçilik sahələrində elmi məktəbin banisi olan Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr etmiş, ana dilimizin və əlifbamızın inkişafına tarixi töhfələr verib, fundamental əsərlər hazırlayıb. O bildirib ki, A.Qurbanov doğulduğu Borçalıda 16 yaşında ikən 7 illik məktəbə direktor vəzifəsinə təyin olunub: “Eyni zamanda Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) aspiranturada oxuyarkən elmi fəaliyyətə başlayıb. Əbdüləzəl Dəmirçizadənin elmi rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edib, daha sonra isə doktorluq dissertasiyasını müdafiə edib. O, qısa müddət ərzində bütün elmi nailiyyətləri qazanıb. A.Qurbanovun Azərbacan Dövlət Pedoqoji Universitetinə rektorluq etdiyi dövrdə (1980-1990) universitet ən yüksək səviyyəyə çatıb. A.Qurbanov həmin dövrdə Universitetin yerləşdiyi küçənin adını dəyişərək Üzeyir Hacıbəyov küçəsi olmasını təklif edib. Ondan əvvəl küçə Şaumyanın adını daşıyıb. Azərbaycanda ümumi dilçilik və Onomastika elmi A.Qurbanovun adı ilə bağlıdır. Biz müəllim və tələbə kollektivi olaraq A.Qurbanovun ruhu qarşısında borcluyuq. A.Qurbanov 70-ə qədər dissertasiya və doktorluq işinin elmi rəhbəri olub. 2450-ə qədər doktorun sırasında A.Qurbanovun ailə üzvlərindən 5 şəxsin olması isə onun elmə necə bağlı biri olduğunun əyani sübutudur”. Tədbirdə A.Qurbanovun həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı film təqdim olunub. Daha sonra onun Azərbaycan Əlifbasının yardılmasında göstərdiyi xidmətlərdən bəhs edən sənədli film nümayiş olunub. Sonra filologiya elmləri doktoru, professor Buludxan Xəlilov çıxışında A.Qurbanovun həyat və yaradıcılığının gələcəkdə öyrənilməsinin yollarından danışıb. Müəllif nəşr etdiyi monoqrafiyasında ustadı barədə xatirələrini, onun çoxşaxəli yaradıcılıq irsini, yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, nitq mədəniyyəti, şəxsi adlar ensiklopediyası, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqini açıqlayıb: “A.Qurbanovun xarakterindəki müsbət keyfiyyətlərin formalaşmasında, bəlkə də, onun hərbiçi ailəsində dünyaya göz açmasının böyük rolu olub. O, ötən əsrin 50-ci illərində elmi yaradıcılığa başlayanda dilçilik elmində təlatümlər mövcud idi. Çünki müxtəlif ideologiyaların kölgəsi altında dilçilik elmi büdrəmişdi. A.Qurbanovun dissertasiya işləri bu gün Azərbaycan dilinin qürurlu dil olduğunu bir daha sübut etdi. A.Qurbanov hər zaman dönə-dönə deyib ki, dilimiz milli varlığımızdır. A.Qurbanov Azərbaycan dilçilik elmində qeyri-adi yol getmiş adamdır. O, qəfildən yolunu dəyişib onomastika elmi ilə bağlı tədqiqatlara başlayıb. Daha sonra Onomastik Elmi Mərkəzi yaradıb. Onomologiya sahəsinin banisi A.Qurbanov olduğu sonradan bu sahəyə gələnlərin hamısı A.Qurbanovu təqlid etməyə başladılar. Afad müəllimin yaradıcılığı eyni zamanda nitq mədəniyyəti ilə də bağlıdır. O, nitq mədəniyətinin proqramını yaradıb. Onun təklifi ilə ilk dəfə olaraq Filologiya fakültəsində nitq mədəniyyəti fənn kimi tədris olunmağa başladı. Afad müəllim öz həmyaşıdları içərisində seçilən alim olub. Deyilənə görə, insan ruhunun çəkisi 21 qramdır. Mən hesab edirəm ki, A.Qurbanovun ruhunun çəkisi çox ağırdır. Onun elm adamı kimi həyat və yaradıcılığına nəzər yetirdikdə sürətli templə yorulmadan yazıb yaratmaqla məşğul olduğunu müşahidə edə bilərik. Afad müəllim ümummilli lider Heydər Əliyev in ən yaxın silahdaşlarından biri olub. Onların ikisinin üz-üzə dayanmış bir fotosu da var. Afad müəllim Filologiya fakültəsinin siması olub. Bu il Afad müəllimin ilidir”. ADPU-nun filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova çıxışında bildirib ki, A.Qurbanovun tələbələrindən biri olub. Onun sözlərinə görə, akademik Afad Qurbanovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişaf tarixində də misilsiz xidmətləri olub: “Mən Afad müəllimin tələbəsi olmaqla fəxr edirəm. Qürur hissi duyuram ki, bir zamanlar Afad müəllimin mənə öyrətdiklərini mən də digər tələbələrə öyrədirəm.Tələbəlikdən rektorluğa qədər 60 ilə yaxın yol keçən Afad Qurbanov bu təhsil müəssisəsi üçün tarixi işlər görüb. O, pedaqoji universitetdə tələbə, aspirant, assistent, müəllim, dosent, professor, dekan müavini, on üç il Filologiya fakültəsinin dekanı, otuz il “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, doqquz il rektror və Azərbaycan SSR-i Ali Məktəblər Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini, habelə filologiya və pedaqogika elmləri üzrə o zaman üçün yeganə ixtisaslaşdırılmış müdafiə şuralarının sədri vəzifələrində çalışıb. XX əsrin 70-80-ci illərində ADPU-ya rəhbərlik etdiyi dövrdə institut tamamilə yenidən qurulub, tədris yüksək səviyyəyə qaldırılıb, yeni kafedralar (fakültələr) yaradılıb, sədr olduğu dissertasiya şuralarının işi keyfiyyətcə yenilənib, ölkədə təhsil müəssisələrinin tarixində ilk dəfə olaraq onaltı mərtəbəli tədris binası inşa edilib, yataqxanalar əsaslı şəkildə təmir olunub, Qafqazda birinci, SSRİ-də dördüncü Fərbi fakültə yaradılıb. İnstitut Azərbaycan SSR-i Ali Sovet Rəyasət Heyətinin “Fəxri Fərman”ı ilə təltif olunub və o dövrdə institutun yaradılmasının 60 illiyinə həsr olunmuş təntənəli iclasda Ümummilli lider Heydər Əliyev institutun Qırmızı Əmək Bayrağına order sancıb”. ADPU-nun Azərbaycan dilçilik kafedrasının müdiri, professor Nizami Xudiyev qeyd edib ki, tədbirin keçirilməsinin əsas məqsədi Əzizxan Tanrıverdinin tərtib etdiyi “Türkologiyamızın Afad Qurbanovu” adlı kitabın təqdimat günüdür: “A.Qurbanov mənim müəllimim olub. Amma biz eyni zamanda onunla uzun illər birlikdə çalışmışıq. Afad müəllim indi mən rəhbərlik etdiyim kafedranın müdiri olub. Amma sonradan onu mən əvəz etmişəm. Mən, demək olar ki, Afad müəllimin həyat yolunun davamçısıyam. Azərbaycan Əlifbası qəbul olunanda ziddiyyətli fikirlər yayılmışdı. Amma Afad müəllim bu ziddiyyətli fikirlərə son qoydu. Onun təklifi qəbul olundu. A.Qurbanov kimi hamı uzun ömür yaşaya bilər, amma onun kimi şərəfli yol keçənlərin sayı azdır”. Azərbaycan Milli Elmlər Akademiyası nın Dilçilik İnstititunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli bildirib ki, A.Qurbanovun rektorluq etdiyi dönəmdə Universitetdə 17 konfrans keçirilib: “Amma, təəssüflər olsun ki, 17-ci konfransda iştirak edə bilmədi. Konfransın keçirilməsinə 8 gün qalmış A.Qurbanov dünyasını dəyişdi. Azərbaycan Əlifbasını hazırlamaq Afad Qurbanova tapşırılıb. Afad Qurbanova həmin ərəfədə sual veriblər ki, niyə Azərbaycan latın əlifbasına keçməlidir? Afad müəllim də Azərbaycanın müstəqil dövlət olduğunu bilməyənlərin nəzərinə çatdırıb. O, bununla da milli əlifbamızın əsasını qoydu. Afad müəllimin gətirdiyi yeniliklər və xidmətlərin rolu böyükdür. Bu gün də dilçilik, yaxud da Onomastika deyəndə ilk ağıla gələn Afad Qurbanov olur”. Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyib ki, A.Qurbanov Azərbaycan xalqının dilini, mədəniyyətini, tarixini bütün dünyaya çatdıran şəxs olub: “Bizim dilimizin qorunmasında və gələcək nəsillərə çatdırılmasına Afad müəllimin böyük rolu olub. Afad müəllimin yaradıcılığı təkcə türkologiya ilə bağlı deyil. Afad Qurbanov dilçi korifeylər haqqında tədqiqatlar aparıb. A.Qurbanov müxtəlif mövzularda uzun tədqiqatlar aparmışdı. Azərbaycanda dilçiliyin tarixi, dilçilik nəzəriyyəsindən bəhs edən kitablar ilk dəfə olaraq Afad Qurbanov tərəfindən yazılıb. A.Qurbanov Ural-Altay dil ailəsini ilk dəfə olaraq türk dilləri qurupuna daxil etmişdi. Dillərin təhlilinə də ilk dəfə olaraq A.Qurbanov tərəfindən başlanılıb. A.Qurbanovun gətirdiyi nəzəriyyədə dil və təfəkkür önə çəkilib. O, təkcə Onomologiya məktəbini yaratmaiıb, eyni zamanda Azərbaycan dilçilik elminin bünövrəsini möhkəmləndirib. A.Qurbanovun türkologiya elmində göstərdiyi xidmətlər saysız-hesabsızdır. Bütün bunlar onun tarixi şəxsiyyət olduğunun bariz nümunəsidir”. Azərbaycan Dövlət Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev bildirib ki, A.Qurbanov heç kimə nəsib olmayan həyatı yaşayıb: “Afad müəllim bir ömür yaşamayıb. O, hələ də yaşayır. Tələbələrinin, sevdiklərinin, elm adamlarının qəlbində yaşayır”.

Comments are closed, but trackbacks and pingbacks are open.