Press "Enter" to skip to content

Afad qurbanov dilcilik kitabi

Təqdimatı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Mövsüm Nağısoylu açaraq görkəmli dilçi alim Afad Qurbanovun həyat və yaradıcılığından danışıb və onun geniş elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidməti olduğunu qeyd edib. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, akademik, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, Azərbaycan dilçiliyində elmi məktəbin banisi Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr edib, ana dilimizin və əlifbamızın inkişafına tarixi töhfələr verib, fundamental əsərlər yaradıb, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloqlarımızdan olub.

“Afad Qurbanov və ümumi dilçilik” kitabının təqdimatı baş tutub

Bu gün Nəsimi adına Dilçilik Institutu və Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlər mükafatı laureatı, beynəlxalq və milli akademiyaların akademiki Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir.

Tədbir zamanı Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nəriman Seyidəliyevin Azərbaycanın tanınmış alimi, elm təşkilatçısı Afad Qurbanova həsr etdiyi “Afad Qurbanov və ümumi dilçilik” monoqrafiyasının təqdimatı keçirilmişdir.

Tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak etmişlər.

Təqdimatı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Vitse prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibəbyli açıq elan edərək görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışdı, dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd etdi. Bildirdi ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində ononalogiya və ümumi dilçilik sahələrində elmi məktəbin banisi olan Afad Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasının üzvü kimi elmi yaradıcılıq fəaliyyətini Elmlər Akademiyası ilə daim sıx əlaqəli aparmaqla dilçilik elminin inkişaf etdirilməsində öz səylərini əsirgəməmişdir.

Təqdimat mərasimində Dilçilik İnstitutunun direktoru akademik Mövsüm Nağısoylu çıxış edərək qeyd etmişdir ki, akademik Afad Qurbanovun Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf tarixində saysız xidmətləri olmuşdur. 40 ilə yaxın müddət ərzində Afad Qurbanov bu elm müəssisəsi üçün tarixi işlər görmüş və bir çox komissiya və müdafiə şuralarının üzvü ya sədri olmuşdur.

Eyni zamanda, A.Qurbanov 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyası Sovet Türkoloqları Komitəsinin üzvü, Türk onomastikası bölməsi bürosunun üzvü, Tədris-metodiki bölməsinin rəhbəri, sonradan həmin Komitənin sədr müavini vəzifələrində çalışmış və elmi təşkilatçılığını bütün sovet məkanında da göstərmişdir.

Kitabın təqdimatını edən Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxış edərək qeyd etmişdir ki, akademik Afad Qurbanovun elmi fəaliyyəti çox geniş diapazona sahib alimlərimizdəndir. O vurğuladı ki, 70-ci illərdə dilçiliyin bu sahəsi öz layiq olduğu səviyyə qalxmamış və kitablar çox qəliz dildə yazılaraq ümumi dilçilik sahələrini tam əhatə etməmişdir. Lakin Afad Qurbanov bu sahədə müxtəlif kitab və dərsliklər yazmışdır. Məsələn (“Ümumi dilçilik məsələləri” dərs vəsaiti (1972), “Dilçiliyin sistemi”, “Dilçiliyin tarixi” əsərləri (1976), “Ümumi dilçilik” dərsliyi (1977) və onun 1977-ci ildə çap olunmuş şah əsəri “Ümumi dilçilik” adlı dərsliyi Azərbaycanın pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük əhəmiyyətə malikdir.

“Ümumi dilçilik” əsərində dünya dilçiliyinə və türk dillərinin mövqeyinə dair yeni elmi konsepsiyalar irəli sürüldüyündən bu kitab türk, rus və ingilis dillərinə tərcümə olunaraq üç cilddə çap edilmiş və xarici dilçi alimlərin, o cümlədən geniş oxucu kütləsinin böyük marağına səbəb olmuşdur.

Monoqrafiyaya nəzər salsaq görərik ki, Azərbaycanda ümumi dilçilik sahəsinin inkişafı və onun layiqi səviyyə qalxması Afad Qurbanovla bağlıdır, çünki Afad Qurbanov ümumi dilçilik sahəsində əldə etdiyi elmi nailiyyətləri, əsasını qoyduğu ümumi dilçilik elmi məktəbi ilə Azərbaycan dilçiliyi ilə yanaşı, dünya dilçiliyinin və türkoloji dilçiliyin inkişafına öz tarixi töhfəsini vermişdir. Onun yazdığı “Ümumi dilçilik” əsəri bu gündə ali təhsil müəssisələrində yeganə dərs vəsaiti olaraq istifadə olunmaqdadır.

Bununla yanaşı, AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri filologiya elmləri doktoru Sevinc Əliyeva söz alaraq, akademik Afad Qurbanovun Azərbaycan dilçilik elminin inkişafında öz xüsusi dəsti-xətti, elmi konsepsiya malik olan əsl dilçilik alim olduğunu qeyd etmişdir.

Daha sonra kitabın müəllifi Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nəriman Seyidəliyev, Slavyan Universitetinin Tərcümə fakültəsinin dekanı professor Fidan Afad qızı Qurbanova və başqa alimlər çıxış etmişlər.

Afad qurbanov dilcilik kitabi

Yanvarın 10-da Milli Kitabxananda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, AMEA-nın müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illik yubileyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar görkəmli alimin XX əsrin 50-60-cı illərindən kitabxanada saxlanılan kitablarının sərgisi ilə tanış olublar. Sərgidə Afad Qurbanovun Azərbaycan dilçiliyi, ümumi dilçilik və türkoloji dilçiliyə dair dərslikləri və monoqrafiyaları, habelə barəsində yazılmış kitablar və müxtəlif tarixlərdə sovet dövrünün görkəmli alimləri tərəfindən hədiyyə olunan nəşrlər yer alıb.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri və Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın öz müəlliminə həsr etdiyi “Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı keçirilib.

AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin filologiya üzrə nümayəndələri iştirak ediblər.

Təqdimatı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Mövsüm Nağısoylu açaraq görkəmli dilçi alim Afad Qurbanovun həyat və yaradıcılığından danışıb və onun geniş elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidməti olduğunu qeyd edib. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, akademik, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, Azərbaycan dilçiliyində elmi məktəbin banisi Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr edib, ana dilimizin və əlifbamızın inkişafına tarixi töhfələr verib, fundamental əsərlər yaradıb, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloqlarımızdan olub.

Kitabın müəllifi, professor Sayalı Sadıqova bildirib ki, institutun elmi şurasının qərarı ilə nəşr olunmuş monoqrafiyada görkəmli alim Afad Qurbanovun çoxşaxəli yaradıcılıq irsindən, onun yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, Azərbaycan dilçiliyində antroponimika, Azərbaycan toponimləri, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqindən bəhs olunub.

Təqdimat mərasimində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədli, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri professor Buludxan Xəlilov, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev, Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru İradə Kərimova və başqa alimlər çıxış ediblər.

“Dilçilik elmində Afad Qurbanov irsi” kitabının geniş təqdimatı keçirilib – VİDEO

“Dilçilik elmində Afad Qurbanov irsi” kitabının geniş təqdimatı keçirilib – VİDEO Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, akademik Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib.

10 Yanvar , 2019 15:52

https://static.report.az/photo/6da5f4a2-cad3-4b0f-9a79-cd5a0117d96d.jpg

Report/Elchin Murad

Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyası nın (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, akademik Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib. “Report” xəbər verir ki, tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin filologiya üzrə nümayəndələri iştirak edib. Öncə dilçi alim Afad Qurbanovun XX əsrin 50-60-cı illərindən Azərbaycan Milli Kitabxanasında saxlanılan çoxsaylı kitablarının sərgisi təşkil olunub. Sərgidə Afad Qurbanovun Azərbaycan dilçiliyi, ümumi dilçilik və türkoloji dilçiliyə dair dərslikləri və monoqrafiyaları, habelə barəsində yazılmış kitablar və müxtəlif tarixlərdə sovet dövrünün görkəmli alimləri tərəfindən hədiyyə olunan müxtəlif nəşrlər nümayiş etdirilib. Eyni zamanda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri və Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın öz müəlliminə həsr etdiyi “Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimini AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığı barədə məlumat verib və onun geniş elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidməti olduğunu qeyd edib. O bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet illərində və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində elmi məktəbin banisi Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr edib, ana dilimizin və əlifbamızın inkişafına tarixi töhfələr verib, fundamental əsərlər hazırlayıb, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloq alimlərimizdən olub. Kitabın müəllifi, professor Sayalı Sadıqova çıxış edərək bildirib ki, institutun Elmi Şurasının qərarı ilə nəşr olunmuş monoqrafiyada görkəmli dilçi-alim Afad Qurbanovun çoxşaxəli yaradıcılıq irsindən, onun yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, Azərbaycan dilçiliyində antroponimika, Azərbaycan toponimləri, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqindən bəhs olunub: “Afad Qurbanov istedadın vurğunu və qayğıkeş adam idi. Yaxşı tədqiqatçı olmaqla yanaşı, elmi kadrlar yetişdirmək bacarığı hər alimə qismət olmur. Bunun üçün yüksək elmi təşkilatçılıq, dərin elmi təfəkkür, məntiq, izah etmək, başa salmaq qabiliyyəti, yüksək ziyalılıq, əxlaqi saflıq, davranış mədəniyyəti, təmkin və səbr lazımdır. Bütün bu cəhətlər və bizim müşahidə edə bilmədiyimiz bir çox başqa xüsusiyyətlər Afad Qurbanov şəxsiyyətini fərqləndirən, onu sevdirən, yüksək nüfuz sahibi edən keyfiyyətlərdir. Afad Qurbanov yazmaq xatirinə deyil, həmişə dilimizin, mədəniyyətimizin doğurduğu ehtiyacdan qələmə sarılmışdı, elmi-nəzəri fikirlərini özünəməxsus, heç kimə bənzəməyən, orijinal alim mövqeyi ilə ifadə edirdi. Görkəmli alim Afad Qurbanov vətənimizin və ana dilimizin şöhrətini ucaltdığı kimi, özü də ucalaraq alimliyin kamillik zirvəsini fəth edib. Dilçilik elminin elə bir sahəsi yoxdur ki, bu məhsuldar və əməksevər alim oraya nüfuz etməsin”. S.Sadıqova qeyd edib ki, Afad Qurbanov müasir Azərbaycan əlifbasının yaradıcısıdır: “Onun Azərbaycan Əlifba Komissiyasının sədri və yeni latın qrafikalı əlifbanın müəllifi kimi böyük xidmətləri olub. Alimi daim düşündürən problemlərdən biri də ümumtürk əlifbası və ortaq türk dilinin yaradılması idi. O, ortaq türk əlifbası üzərində çox çalışırdı”. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyev bildirib ki, Afad Qurbanov həyatını ana dilimizin öyrənilməsinə və təbliğinə həsr edib: “Afad Qurbanov adi kənd müəllimliyindən universitet rektorluğuna qədər şərəfli elmi pedaqoji yol keçib. O, şəxsiyyətinə hörmət bəslədiyim, unudulmaz müəllimimdir. Onun həyat və fəaliyyətini göz önünə gətirdikdə daim heyranlıq hissi keçirirəm. O, həyatının hər mərhələsində addım-addım zirvələr fəth edib və sonda nail olduğu yüksək məqama yetişib. Afad Qurbanovun dilçiliyin müxtəlif sahələrinə dair 70-dən çox kitabı, 500-dən artıq elmi-metodik məqaləsi nəşr edilib”. N.Xudiyev deyib ki, Afad Qurbanovun elmi yaradıcılığının ən geniş bölmələrindən biri də onomastika problemlərinin araşdırılmasıdır: “XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyinin inkişafında xüsusi mərhələ təşkil edir. Bu dövrdə Azərbaycan onomalogiyasının müstəqil nəzəri dilçilik sahəsi kimi formalaşıb inkişaf etməsi bilavasitə professor Afad Qurbanovun elmi fəaliyyəti və təşkilatçılıq işinin nəticəsi ilə bağlıdır. Afad Qurbanov dərin alim təfəkkürü ilə yanaşı, zəngin yaradıcılıq potensialına və yüksək təşkilatçılıq qabiliyyətinə malik ziyalılarımızdan idi. O, həyatının bütün anlarını Azərbaycan dilçilik elminin inkişafına, ana dilimizin öyrənilməsinə və təbliğinə həsr edib. 80 illik ömrünün 60 ildən çoxunu pedaqoji fəaliyyətə həsr etmiş Afad Qurbanov, sözün əsl mənasında, böyük müəllim idi”. ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov deyir ki, Afad Qurbanovu tələbəlik illərindən tanıyır: “O, onomastika sahəsində məktəb yaratmış görkəmli dilçimizdir. Bu sahənin bütün incəliklərinə qədər tədqiq olunmasında onun xidmətləri əvəzsizdir. Afad müəllimin vəfatı Azərbaycan dilçiliyi üçün, kollektivimiz üçün, onun tələbələri və yetirmələri üçün, elmimiz üçün böyük itkidir. Təsəlli yerimiz ondan ibarətdir ki, o, böyük bir elmi irs qoyub, çoxlu sayda yetirməsi var. Bizim hər birimizin borcu ondan ibarətdir ki, Afad Qurbanov kimi ləyaqətlə vətənimizə, xalqımıza xidmət göstərək, elmimizin inkişafı üçün əlimizdən gələni əsirgəməyək.”. Təqdimat mərasimində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev, Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru İradə Kərimova və başqa alimlər də çıxış edərək Afad Qurbanovla bağlı fikirlərini bildiriblər.

Comments are closed, but trackbacks and pingbacks are open.