Afri ka xalqlarinin azadliq uğrunda mübari zəsi
1. Məğrib və Liviya
2. Misir
3. Şimal-şərqi Afrika
4. Qərbi Sudan
5. Şərqi Sudan
6. Şərqi Tropik Afrika
7. Qərbi Tropik Afrika
8. Cənubi Afrika
9. Madaqaskar
Afrika xalqları
Afrika öz təbii şəraitinə görə, flora və faunasına, əhalinin antropoloji, etnik və linqvistik tərkibinə görə dünyanın ən rəngarəng materiklərindən biridir. Afrika öz böyüklüyünə görə Avroasiya materikindən sonra dünyada II yeri tutur və bütün quru sahəsinin 5-də birini təşkil edir. Afrikada 3 böyük irqin nümayəndələri: Avropa, zənci və monqol irqləri, habelə keçid xarakterli vəqarışıq irqi tiplər mövcuddur. Afrikanın bütün Aralıq dənizi sahili boyunca başlıca olaraq avropa irqi nümayəndələri: ərəblər və bərbərlər yayılmışdılar. Bunlar qara saçlı, qara gözlüdürlər. Afrikanın cənubunda məskunlaşmış Avropa mənşəli əhali də bu irqin nümayəndələri hesab olunurlar. Lakin onların saçları, gözləri, dərilərinin rəngi bir qədər açıq piqmentlidir.
Saxaradan cənubda yaşayan əhali əsasən zənci irqini təmsil edir. Buradakı zənci böyük irqi 3 regional tipə ayrılır. Xalis zənci tipinin başlıca əlamətləri: tünd qara rəngdən açıq-qəhvəyi rəngə qədərdəyişən dəri,qara göz və qara qıvrım saç, proqmatizm, qalın dodaq, enli yastı burun, zəif inkişaf etmiş III tük örtüyünün olmasıdır. Qara dərinin hüceyrələrindəki melani, ultrabənövşəyi günəş şüalarının bədənə keçməsinin qarşısını alır. Qıvrım saç da başın həddindən artıq qızmasının qarşısını alır. Zənci irqi ilə zənci irqi arasında qarışıq və keçid formaya malik olan xüsusi bir irqi tip həbəş irqidir. Bu irqin daşıyıcıları Həbəşistanda və Somalidə yaşayırlar. Bunlarda proqnatizm əlaməti yoxdur. Burunları ensiz və uzundur. Dodaqları nazik və boyları ucadır. Afrikanın cənubunda Neqril və Piqmey irqi xüsusi antropoloji tipdir. Onlar ətrafda yaşayan uzunboylu əhali qruplarından əsaslı surətdə fərqlənərək orta boy hündürlüyündədirlər. Piqmeylər zəncilərə nisbətən bir qədər açıq rənglidirlər. Onların saçları qıvrım, burunları çox enlidir. Zənci irqinə nisbətən proqnatizm əlamətləri azdır. Ağızları enli, dodaqları nazikdir. Afrikada yaşayan Koysan qruppu xalqları: buşmenlər, hottentotlar, xadzanilər, sandavelər öz irqi xüsusiyyətlərinə görə zənci irqindən fərqlənirlər. Onlar yer kürəsinin xüsusi antropoloji tipii kimi səciyyələnirlər. Onların saçları spiral formasında burulur. Dərilərinin rəngi sarımtıl olur.
Bir milyarddan çox olan müasir Afrika əhalisinin linqvistik tərkibi də olduqca rəngarəngdir. Alimlər ayrı-ayrı tarixi əyalətlərdə 100-lərlə dilin mövcud olması barədə fikirlər söyləyirlər. Yalnız Sudanda 700-800 dilin olmasını söyləyirlər. Ümumiyyətlə Afrikanın bir çox dilləri zəif tədqiq olunduğundan, onların təsnifatını vermək olmur. Bununla belə qeyd etmək lazımdır ki, materikin ümumi sakinlərinin 3-də bir hissəsi Semit-Hamit dillərində danışırlar. Buna bəzən Afroasiya dil ailəsi də deyilir. Bu dil ailəsi öz növbəsində 4 qrupa bölünür: Semit dilləri, Bərbər dilləri, Kuş və Çad dilləri.
Semit dili öz növbəsində 2 yarımqrupa ayrılr. Ərəb və Həbəş yarımqruplarına.
Ərəb dilli əhali Afrikaya YII-XI əsrlərdə gələrək soxsaylı bərbər dilli yerli əhalini də assimilyasiyaya üğratmışdır. Asprosesi son onilliklərdə daha surətlə getmişdir. Hazırda ərəb və bərbər xalqları arasında qəti sərhəd qoymaq olmur. Bərbər dilli əhali Məğribin dağlıq ərazilərində və Saxara vadilərində yaşayırlar. Həbəş dilli əhali- amxarlar, tiqrelər, tiqrailər və s. hazırda Həbəş milləti şəklində formalaşmışlar.
Kuş qruppu dilləri- Misirin cənub-şərqindən tutmuş, Şimali Keniya və Tanzaniyaya qədər, xüsusilə Həbəşistanın cənub şərqində və Somalidə yayılmışlar. Onların ümumi sayları 24 milyona yaxındır.
Çad qruppu dillərində 27 milyondan çox əhali danışır. Çoxmilyonlu Afrika əhalisinin 11,5 milyonu Hind-Avropa dillərində danışırlar. Tədqiqatçılar Afrika xalqlarını öyrənərkən onları tarxi etnoqrafik əyalətlərə bölmüşlər:
1. Məğrib və Liviya
2. Misir
3. Şimal-şərqi Afrika
4. Qərbi Sudan
5. Şərqi Sudan
6. Şərqi Tropik Afrika
7. Qərbi Tropik Afrika
8. Cənubi Afrika
9. Madaqaskar
Tarixi etnoqrafik əyalətlərə müəyyən ərazidə məskunlaşan, bir-biri ilə əlaqədə olan, lakin ictimai-iqtisadi inkişafın səviyyəsinə görə və iqtisadiyyatı, dili və irqi mənsubiyyətinə ilə fərqlənən xalqlar daxildirlər.
Ümumiyyətlə dünya xalqlarını təsnif edərkən onların baş indeksinə tədqiqatçılar çox fikir verirlər. Bu başın eninin onun uzunluğuna faizdə nisbətidir. Əgər baş indeksi 76-dan kiçikdirsə- onda bunlar dolixotsefaldır. Yəni nisbətən uzun başlı. Əgər 81-ə bərabər və ya çoxdursa onda bunlar broxitsefall baş quruluşludurlar. Yəni dairəvi, girdə başlıdırlar. Əgər baş indeksi 76 ilə 81 arasındadırsa onda bunlar mezosefaldır. Yəni orta həcmli baş indeksinə malikdirlər. Yəni nisbətən kiçik ölçülü baş indeksi.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
Afri ka xalqlarinin azadliq uğrunda mübari zəsi
Xalqımızın qürur günü 20 Yanvar – şənbə gecəsi! Həmin gün sovet ordusunun ağır, zirehli texnikasının tapdağı altında qalanların fəryadlarının, ah-nalələrinin eşidilmədiyi, ağsaqqal və ağbirçəklərin, toy üstündə olan oğul və qızların qanlarına qəltan olduqları, hakimiyyət eşelonunda mürgüləyənlərə, hələ də gözlərini Kremlə dikənlərə inamın itdiyi gün kimi tarixə yazıldı.
20 Yanvar təkcə xalqımızın azadlıq mübarizəsinin boğulduğu deyil, həm də yetmiş illik imperiya buxovundan sıyrılıb çıxaraq müstəqillik uğrunda əzmkarlığını nümayiş etdirdiyi gün kimi də tariximizin şərəfli səhifələrindəndir.
Xalqımızın milli oyanış və azadlıq mübarizəsinin mühüm mərhələsi sayılan 1990-cı ilin qanlı Yanvarından 28 il ötür. Hər bir hadisədən müəyyən zaman keçdikdən sonra o, daha dərindən dərk edilir və nəticə çıxarılır. Bu, bir xalqın həm imperiyanın qəddarlığına və amansızlığına qarşı savaşı, eyni zamanda, bütünlüklə millətin ölüm-dirim mübarizəsi idi. Şərəflə yaşadığımız o gecədən xalqımız qalib, imperiya isə məğlub çıxdı, baxmayaraq ki, oğul və qızlarımız qanlarına qəltan edildi, tankların tırtılları altında xıncım-xıncım doğrandılar. Qərənfil libaslı Bakı o müdhiş günlərdə şəhid qanında boğulsa da, xalqımızın və millətimizin azadlıq carçıları birliyə, bütövlüyə, daha doğrusu, ölümsüzlüyə – şəhidliyə yol açdı.
Həmin tarixi günlərdə xalqımızın milli birliyi dünya ictimaiyyətini heyrətə gətirmişdi. Dağüstü parkın Şəhidlər xiyabanına çevrilməsi, torpaq və azadlıq uğrunda canlarından və qanlarından keçmiş vətən övladlarının burada dəfn olunması xalqın iradəsi və hökmü ilə gerçəkləşdi. Həmin hüznlü, matəmli günlərdə yaradılan İctimai Dəfn Komissiyasının fədakarlığını da xüsusi qeyd etmək lazımdır. Milli-azadlıq hərəkatının iştirakçılarından biri, qanlı Yanvar faciəsi zamanı şəhidlərimizin dəfnini təşkil etmiş həmin komissiyanın sədri, iqtisad elmləri doktoru, professor Qüdrət Əbdülsəlimzadə qanunsuz həbslər, hərbçilərin qəzəb doğuran hərəkətlərinin baş alıb getdiyi günlərdən söz açan “Nikbin faciə”, “Qanlı Yanvardan 15 il keçdi. ” adlı dərc olunmuş qeydlərinə yeni faktlar, materiallar daxil edib “20 yaşlı 20 Yanvar” kitabını çapdan buraxdırdı. O günlərin sərt fövqəladə vəziyyətdə, yerli hakimiyyət qurumlarının iflic olması, hərbi vertolyotların əsəbləri oynadan vahiməli gurultuları, vaxtaşırı şəhərin müxtəlif yerlərindən eşidilən atəş səsləri, kütləvi təqiblər, təhqiramiz yoxlamalar haqqında dolğun və təkzibolunmaz faktlar həmin topluda öz əksini çox dolğun tapdı.
Bu toplu gələcəkdə o günləri hərtərəfli əks etdirən sanballı elmi tədqiqatlar aparıldıqda, həmin hadisələrin şahidi olmuş müəllifin tarixi ardıcıllıq prinsipləri, xronoloji qaydada yazılmış qeydləri, bəzi zəruri təkrarları nəzərə almaqla, baş vermiş proseslərin obyektiv mənzərəsinin yaradılması işinə müəyyən xidmət göstərəcək: “Yağışlı-yağmurlu yanvar günlərinin biri idi. Qaş qaralırdı. Pərişan və nimdaş geyinmiş 15-16 yaşlı bir oğlan uşağı göz yaşları içində İctimai Dəfn Komissiyası üzvlərinə yaxınlaşaraq, həlak olmuş və bir həftədir ki, axtardığı atasını, nəhayət, meyitxanadan tapdığını söylədi. Komissiya üzvləri və köməkçilər dərhal ora yollandılar. Rus hərbçisinin açdığı atəşin qurbanı olmuş V.V.Yermiçevin tabutu Şəhidlər xiyabanına gətirildi.
Qaranlıq havada, şam işığında hamımızın islandığımız bir vəziyyətdə şəhidi dəfn etməyə başladıq. Bu anda Boris Vasiliyeviçin oğlunun atasını tabutda deyil, azərbaycanlı şəhidlərdən biri kimi basdırılması təklifi hamımızı kövrəltdi. Komissiya üzvlərindən kimsə astaca dedi:
– Oğlum, bəlkə anan razı olmadı?
Məlum oldu ki, oğlanın anası ağır xəstədir, bacısı isə ondan xeyli kiçikdir.
Hamı bir anlıq susdu. Mən fikrimi qəti bildirdim:
– O, böyük oğul kimi indi evin kişisidir. Onun sözü bizim üçün qanundur.
Bu fakta diqqəti çəkməyim təsadüfi deyil. Amma o günlərdə şovinistlər bizi “islam təməlçiliyi”ndə günahlandırırdı”.
20 Yanvar hadisələrində milli oyanışı boğmağa çalışan sovet diktaturası ilk növbədə informasiya blokadası yaratdı, hərbi senzura tətbiq etdi ki, törədilən vəhşiliklərdən dünya ictimaiyyəti xəbərsiz olsun. Fövqəladə vəziyyət rejimində yaşayan Azərbaycan xalqının haqq səsini heç bir senzura boğa bilməzdi. Gizli yollarla Azərbaycana gəlmiş xarici ölkələrin müxtəlif KİV nümayəndələri 20 Yanvar hadisələri barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynadılar. ABŞ, Kanada, İngiltərə, Türkiyə, İran, Fransa, Çin, Yaponiya, Hindistan, Misir, Polşa, İtaliya, Almaniya, Macarıstan, ümumiyyətlə, 80-dən artıq ölkəni təmsil etmiş jurnalistlər səmimi etiraf edirdilər ki, Bakıya çatana kimi onların burada baş vermiş, habelə hələ də davam edən hadisələrə münasibətləri birmənalı olmamışdı.
Bakıda litvalı jurnalistin hərbçilər tərəfindən qətlə yetirilməsi, Salyan kazarmasındakı bir neçə gün davam etmiş qanlı toqquşma, Bakı limanındakı qarşıdurma, xarici tələbələrin həlak olması və yaralanması, şəhərin müxtəlif hissələrindən tapılmış insan cəsədləri, şəhidlərin dəfninə qoyulmuş ciddi maneələr, Sumqayıt yolunda elm adamlarının gülləbaran edilməsi, təqiblər, işğalçı ordunun əsgər və zabitlərinin özbaşınalığı, girov saxlanılanlar haqqında məlumatların gizlədilməsi, yaxud saxtalaşdırılması faktları xarici KİV nümayəndələrində təəccüb və qəzəb doğuraraq, M.Qorbaçov başda olmaqla, “sovet demokratiyası”, habelə “yenidənqurma”sının əsl mahiyyətini üzə çıxararaq ifşa etmişdi.
Ümummilli lider Heydər Əliyev o zaman Moskvada Azərbaycan nümayəndəliyinə gələrək sovet ordusunun xalqımızın azadlıq səsini boğmaq üçün Bakıya qoşun yeritməsini birmənalı olaraq qətiyyətlə pisləmiş və bu qanlı hadisənin müstəqillik uğrunda mübarizə yolunu tutmuş hər bir müttəfiq respublikada baş verməyəcəyinə kimsəni inandırmağın çətinliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Şəhidlər xiyabanında, son mənzilində uyuyan qurbanlarımız arasında Vətən məhəbbəti dastana çevrilmiş İlham və Fərizə ilə yanaşı, ölümü ilə Əzrayılı başqalarından bir anlıq da olsa, yayındıran, 1932-ci ildə Qafan rayonunda dünyaya gəlib, ömrünün ixtiyar çağlarında erməni vandalları tərəfindən yurdundan didərgin salınmış Mürvət Rəhim oğlu, poetik nəfəsi çox erkən ülviyyətə qovuşan Ülvi Bünyadzadə, sinif otağında qara partası boş qalmış İlqar, avtobusda qorxudan atasına sığınan, daim 7-ci sinif şagirdi kimi xatırlanacaq Larisa, 50 yaşlı Cəbrayıl Xanməmmədov, 66 yaşlı ağsaqqal, 13-14 yaşlı məktəbli, 45 yaşlı yəhudi həkim, 16 yaşlı qız, 43 yaşlı, 31 yaşlı tatar sürücü, 46 yaşlı ləzgi yanğınsöndürən də var.
Deməli, 20 Yanvar təkcə azərbaycanlıların deyil, eyni zamanda respublikamızda yaşayan müxtəlif millətlərin ümumi faciəsidir və azadlıq uğrunda mücadilə tarixidir!
Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: “. Dünənə qədər hər gün rast gəldiyimiz, milyonlardan biri kimi tanıdığımız bu adi cavanlar bir gecənin içində nə boyda böyük qəlbə malik olduqlarını ölümləri ilə təsdiq edib qeyri-adiləşdilər. Şənbə gecəsi onların adilikdən qeyri-adiliyə qovuşuq gecəsi oldu. Heç demə, ömrümüz boyu adlarını fəxrlə çəkdiyimiz tarixi qəhrəmanlarımız da şənbə gecəsinin oğulları kimi adi adamlarmış. Zaman keçəcək, xalq bu igidləri barəsində də əfsanəvi dastanlar yaradacaq, şair və yazıçılarımız kitablar bağlayacaq, poemalar və cild-cild romanlar yazacaqlar. ”
Necə unutmaq olar ki, xalqa qarşı silah işlədən hərbçilər qətlə yetirdiklərini dəfn etməyə də imkan vermir, Şəhidlər xiyabanında fitnə-fəsad törədir, silah işlədir, atəş açır və sonradan bunu “təsadüf” sayırdılar.
Sovet ordusunun Bakıya qəfil hücumu, amansız təcavüzünü təsdiqləyən çoxsaylı faktlardan görünür ki, 20 Yanvar hadisələri paytaxt Bakıda milli-azadlıq hərəkatını yatırmaq, onu beşiyindəcə boğmaqla yanaşı, əksəriyyəti erməni muzdlu dəstələrindən təşkil edilmiş “xüsusi təyinatlılar”la onlara amansız divan tutulması üçün hazırlanmış ssenarinin bir “pərdəsi” idi. Faktlar da bunu təsdiqləyirdi: öldürülmüş Yuri Meyroviçin cəsədində 21, D.Xanməmmədovun meyitində 10, R.Rüstəmovun qanlı bədənində isə 25 güllə yeri vardı. 25 güllə! Bu, bütöv bir avtomat sırasıdır. Yaxud da günün-günortasında yolun kənarındakı minik maşınını əzib keçən və içərisindəkiləri qətlə yetirən sovet tankının sürücüsünün hərəkətlərini ya təsadüfi, ya da əmri verilməmiş saymaq olardımı?!
Hələ ki torpaqlarımız erməni daşnaklarının işğalı altındadır. Hələ ki Qarabağa aparan yol şəhidlikdən keçir. Qarabağın tacı, xalqımızın musiqi konservatoriyası Şuşa sındırılmış könül şüşəsidir, ona görə də şəhidlik tariximizin sonuncu səhifəsindəki andımıza nöqtə yox, nida qoyulacaq! 20 Yanvardan başlayan şəhidlik Qarabağa yol başladı. Minlərlə azadlıq aşiqi, Vətənə, yurda, torpağa bağlı gənclərimiz, ata-analarımız, qardaş-bacılarımız əsir yurdlarımızın şəhidinə çevrildi.
Şəhidlər xiyabanları Vətənimizin hər bir guşəsində al qırmızı qərənfil libası geyindi. Mübariz İbrahimov kimi cəsur, qorxmaz, igid Vətən övladları – Şəhidlər xiyabanında uyuyan milli-azadlıq mücahidlərinin ölümsüzlüklərinə and içərək qeyrətini silaha çevirdi. Demək, Vətən, uğrunda ölən var! Demək, Torpaq möcüzədir. Torpaq əzəldir. Torpaq sondur.
20 Yanvar faciəsi xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdiriblər.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər ali təhsil ocağında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar xalqımızın hüzn və qəhrəmanlıq günüdür” mövzusunda elmi konfransda ifadə edilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu elmi konfransda çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusu Azərbaycanın paytaxtı Bakı şəhərinə daxil olaraq xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törədib. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönməyib. Bu dövrdə hamının susduğu halda faciəyə ilk münasibəti xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bildirib, faciə təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib, bu təcavüzün Azərbaycan xalqına qarşı ən böyük cinayət olduğunu vurğulayıb.
Konfransda universitetin Ümumi tarix kafedrasının müəllimləri – professor Vəli Baxşəliyevin “20 Yanvar ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, Zülfiyyə Mehdiyevanın “20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verilməsi” və bu ali təhsil ocağının magistrantı Könül Vəliyevanın “20 Yanvar hadisəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında vasitə kimi” mövzularında çıxışları dinlənilib.
Sonda tələbələr şəhidlərə həsr olunmuş şeirlər oxuyub və “20 Yanvar səhifəsi hüzn və qürur günümüzdür” adlı slayd nümayiş etdirilib.
Tədbir iştirakçıları universitetin tədris korpusunun foyesindən 5-ci mərtəbəsinədək düzülmüş və 20 Yanvar hadisələrini əks etdirən foto, qəzet və jurnallara da baxıblar.
Comments are closed, but trackbacks and pingbacks are open.