Press "Enter" to skip to content

Afrika incəsənəti

Terrakotta ordusu

Afrika incəsənəti

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir.

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır.

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İncəsənət bizə insanların tarixi və mədəniyyəti haqqında kifayət qədər böyük bilgi verir. Bununla biz onların gündəlik məşğuliyyətləri, geyimləri, dini baxışları, eləcə də idman və digər bacarıqları barədə məlumatlanmış oluruq.

Qədim incəsənət

Qədim Misirdə inşa olunan fironların qəbirlərində böyük miqdarda incəsənət nümunələri aşkar olunub. Bu insanların 4000 il əvvəl necə yaşadıqlarını təsəvvür etməyə imkan verir.

Asteklərin incəsənəti

Asteklər XV-ci əsrdə 1519-cu il İspaniyanın hücumuna qədər mövcudluğunu saxlaya bilən qısa müddətli imperiya qurdular. Onlar qızıl, nefrit və firuzədən zərgərlik məmulatları, eləcə də keramika və geometrik nümunələrdən ibarət toxuculuq məmulatları istehsal ediblər.

Mağara qalereyası

İspaniyanın şimalında Santillana der Mar yaxınlığındakı Altamira mağarasında qalmış Paleolit dövrünə aid divar naxışları 2000 il ərzində az tədqiq edilmişdir.

Avstraliyanın aborigen əhalisinin mədəniyyəti min illər əvvələ təsadüf edir, müasir incəsənət isə populyarlığı ilə seçilir. İncəsənət “Yuxu zamanı” müqəddəs sayılan inanclarla bağlıdır.

Terrakotta ordusu

1974-cü ildə aşkar edilmiş və bu günə qədər ən möhtəşəm incəsənət nümunələrindən biri fermerlər tərəfindən müəyyən olundu. Bu saxsıdan hazırlanan Çin döyüşçülərindən ibarət böyük ordu idi. Zaman-zaman arxeoloqlar arxeoloji qazıntılar nəticəsində Çində, eramızdan əvvəl 221-220-ci illdə hökmranlıq edən Qin Huanqin qəbrini qoruyan 8000-dən çox təbii ölçüdə heykəllər üzə çıxardılar. Bu döyüşçülərin bəzilərinin hətta atları da var idi.

Qədim heykəltaraşlıq: Roma incəsənəti Qədim yunan heykəltaraşlığına böyük təsir göstərib. “Diskatan gənc” məşhur Roma mərmər heykəltaraşlığının nümunəsi orijinal yunan tunc heykəli əsasında yaradılıb.

Afrika heykəltaraşlığı: Afrika incəsənəti müxtəlif mədəniyyətlərlə istifadə olunan böyük miqdarda üslub və texnikanı özündə birləşdirir. İnsan heykəlləri qitə boyunca bir-birindən fərqlənir.

Heykəltaraşlıq

Tarixə qədərki dövrdən insanların qayalar üzərinə rəsmlər oyması mövcud olub. İlkin insanlar dini rəsmlər və ikonalar çəkdikləri halda, Qədim yunanlar daha çox insan obrazlı heykəlləri düzəldirdilər.

Həyatı təqlid edən incəsənət

Qədim yunanları ideal bədən quruluşunu əks etdirən heykəllər daha çox maraqlandırıdı. Qədim Roma mədəniyyəti yunan incəsənətinin təsirində olsa da, ikincilər üçün daha çox canlı təsvirlər-hər hansı şəxs, xüsusilə də məşhurlardan biri kimi görünən heykəllər maraqlı idi. Onlar hər hansı şəxsin üzünün yaxşı təsvirini onun ruhunu şad edəcəyinə inanırdılar.

Dini incəsənət

İncəsənətin bir çox nümunələri dini səhnələri əks etdiridi. Bunlar dini-tarixi fiqurlar, dini simvollar və ya ənənələr ola bilər. Rəssamlar, adətən, qızıl yarpaqlar və tünd qırmızı rəngdən çox istifadə edirdilər.

Rus ikonaları: ikonalar dini fiqurların şəkilləri və ya təsvirləridir. Adətən, bizans incəsənəti üslubunda təsvir olunur.

Cənubi Asiya incəsənəti

Meditasiya üçün, adətən thangkas (naxışlı bannerlər) və mandalas (diaqramlar) istifadə olunur. Onların dini ideyaları ötürmək üçün xüsusi qəlibləri var.

Təbiətdən gələn rənglər

Boyalar kəşf olunmazdan əvvəl insanlar müxtəlif rəngləri təbiətdən – daşlardan, minerallardan, bitki və böcəklərdən alırdılar. Onlar rəsm çəkmək üçün, adətən, tozu və şirəni yumurta sarısı və ya heyvan yağları ilə qarışdırırdılar.

Əsrlər boyu rəssamlar müxtəlif qəribə yollarla mükəmməl rənglər əldə edirdilər.

Ağ- tabaşirdən alınıb

Qara- ağac kömüründən alınıb

Qızılı hind sarısı- manqo yarpaqları yedizdirilən inəyin sidiyindən alınıb

Tünd qırmızı- bəzi hallar dişi həşəratların (Dactylopius coccus) qurudulmuş və əzilmiş qabığından alınıb

Yaşıl- cəfəri çiçəyinin şirəsindən alınıb

Qəhvəyi- palıd ağacının (Quercus tinctoria) daxili qabığından alınıb

Tünd bənövşəyi- döyülmüş kəndalaş ağacından alınıb

Tünd qəhvəyi- Kalmar (mürəkkəb) balığı adlanan balığın (sepia officinalis mürəkkəbindən alınıb.)

Afrika incəsənəti

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgidə iştirak etmişdir

Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım ƏLİYEVA sərgi iştirakçılarını salamlayaraq dedi:

– Afrika incəsənəti qeyri-adidir. Çünki buradakı hər bir əsər böyük mənaya malikdir və özündə güclü enerji ehtiva edir.

Bu sərgi “Afrovision” adlanır. Burada 11 rəssam tərəfindən yaradılmış müasir sənət nümunələri nümayiş olunur. Onların bəziləri tanınmış və nüfuzlu, bəziləri isə gənc və perspektivli rəssamlardır.

Mən sərginin bu muzeydə keçirilməsindən çox məmnunam. Hesab edirəm ki, ümumilikdə, müasir sənət dünyasında Afrika rəssamlarının rolu getdikcə daha da yüksəlir. Ötən 20 ildə Afrika rəssamlarının sayı əhəmiyyətli dərəcədə artmışdır.

Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edən Heydər Əliyev Fondu hər zaman başqa mədəniyyətlərə böyük hörmət və ehtiramla yanaşmışdır.

Mənim fikrimcə, Afrika incəsənəti xüsusi əhəmiyyətə malikdir. Çünki Afrika rəssamları insanların emosiyalarını, onların real həyatlarını nümayiş etdirirlər.

Mən burada iştirak edənlərin hər birinə təşəkkür etmək istərdim.

Heydər Əliyev Fondu rəssamları hər zaman dəstəkləmişdir. Biz Parisdə və Londonda “Bakıya uçuş” sərgisini təşkil etmiş və öz işlərini xaricdə nümayiş etdirmələri üçün Azərbaycandan olan 21 rəssama imkan yaratmışıq.

Biz “Bakıya uçuş” sərgisini hələ başa çatdırmamışıq. Sərginin Romada, Nyu-Yorkda, Moskvada və digər şəhərlərdə keçirilməsini planlaşdırırıq.

Mən doktor Bernd Kleinə təşəkkür etmək istərdim. Çünki o, bu sərginin keçirilməsinin təşəbbüskarıdır. Buradakı bütün işlər onun şəxsi kolleksiyasındandır. Mən, həmçinin cənab Hazumiyə təşəkkür etmək istərdim. O, böyük heykəltəraş və buradakı işlərdən birinin müəllifidir.

Bu sərgi Azərbaycan əhalisinə Afrika mədəniyyətini kəşf etməyə imkan verəcəkdir. Xüsusilə əhəmiyyətlidir ki, bu sərgi çox əlamətdar bir gündə təşkil edilmişdir. Çünki bir neçə gündən sonra biz “Eurovision” mahnı müsabiqəsinin ən həyəcanlı anlarının şahidi olacağıq.

Ümid edirəm ki, “Afrovision” sərgisi bizə haqqında çox şey bilmədiyimiz dünyanın bir hissəsini kəşf etmək üçün imkan yaradacaqdır.

Sərgidə alman kolleksioneri Bernd Kleinin kolleksiyasından seçilmiş şedevrlər nümayiş etdirilir. O, Afrikanın müasir incəsənətinin aparıcı kolleksiyalarından birinə malikdir.

Bernd Klein tədbirdə çıxış edərək bu kolleksiyanı uzun illərdir ki, topladığını dedi, iştirakçılara Afrika incəsənəti haqqında məlumat verdi.

Sərginin yüksək səviyyədə təşkil edildiyini deyən Bernd Klein Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkür edərək dedi: “Mənim minnətdarlıq etmək istədiyim insanlar çoxdur. Lakin mən xüsusi olaraq iki xanıma təşəkkür etmək istərdim. Onlardan biri Mehriban xanım Əliyeva, digəri isə Leyla xanım Əliyevadır. Onlar bu sərginin Bakıda keçirilməsi üçün çox böyük iş görmüşlər”.

Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Bernd Klein demişdir: “Azərbaycanın fəxr etməli çox şeyi vardır. Lakin bu cür gözəl, ağıllı, vətənpərvər birinci xanımı olmaq hər bir ölkəyə heç də həmişə nəsib olmur. Bilirsiniz ki, birinci xanım nəyisə etməyə qərar verəndə bunu yüksək səviyyədə edir. Bu sözlər həm “Eurovision”a, həm də “Afrovision”a aiddir. Bu sözləri Leyla xanım Əliyeva haqqında da demək olar”.

Leyla xanım Əliyeva sərginin açılışını bildirən lenti kəsdi.

Sonra sərgi ilə tanışlıq oldu. Məlumat verildi ki, ekspozisiyada Afrikanın 7 ölkəsini təmsil edən 11 rəssamın 63 əsəri təqdim olunur.

Son onilliklər ərzində bir çox Afrika ölkələrindən parlaq və yüksək orijinallığı ilə seçilən sənət əsərləri meydana çıxmışdır. Onların müəlliflərinin şöhrəti dünyada gündən-günə artmaqdadır. Konqolu rəssam Şeri Samba və beninli heykəltəraş Romuald Hazuminin əsərləri dünyanın ən nüfuzlu muzeylərində, Venesiya Biennalesi və Kassel Dokumenta kimi aparıcı müasir incəsənət sərgilərində nümayiş olunur.

Sərgiyə çıxarılmış əsərlərin tematikası əsl dəyərlər uğrunda mübarizəyə, dəb dünyasının obrazlarına, müxtəlif mərasimlərə, Afrika folkloruna və digər mövzulara həsr olunmuşdur. Əsərlər şən, cəlbedici rənglər, maraqlı obrazlarla insanlarda Afrika həyatının bir çox tərəfləri haqqında geniş təsəvvür yaradır. Məsələn, gündəlik həyatda baş verən müxtəlif hadisələr, dəb dünyasının obrazları, insanların gecə həyatının canlandırılması Peintre Mokenin əsərlərinin əsas qayəsini təşkil edir. Sərgidə sənətkarın kətan üzərində yağlı boya ilə işlənmiş bir sıra əsərləri nümayiş etdirilir.

Tədbir Afrikanın milli rəqs qrupunun ifasında musiqi proqramı ilə davam etdi.

Sərgidə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Sakral etiqada əsaslanan sehr- Afrika incəsənəti

Uzun tarix və zəngin ənənələrə malik olan Afrika sənəti özünəməxsus elementləri və ideyaları ilə hər zaman diqqət mərkəzində olmağı bacarır. Bu sənətin əsasını vizual abstraksiya tutmaqdadır. Beləki, bu sənətdə görəcəyimiz hər bir xırda nüans, element və s.mücərrəd səciyyəyə malikdir. Afrikalı sənətkarlar heyvan və insan fiqurlarını real şəkildə təsvir etmək əvəzinə, onların fiqurlarını təhrif edir, yenidən formalaşdırır və yaradıcı şəkildə şərh edirlər. Ənənəvi Afrika sənətinin özəyində etik və din olduqca güclü olduğu üçün bu mücərrəd heyvan və insan fiqurlarının özləri də ruhani, mifik xarakterə bürünürlər. Əxlaqi dəyərlər, dini xurafatlar gözəllik və saf estetika anlayışlarını qabaqlayaraq daha böyük bir önəm kəsb edir. Məsələn, biz Afrika sənəti nümunələrində adi bədən proporsiyalarında olan fiqurların nəhəng ölçülü başlarını görürük. Bu xüsusi simvolik məna kəsb edir. İri ölçülü baş ağıllı və müdrik insanı ifadə edir. Buna görə də padşahların və qəbilə başçılarının təsvirlərində biz onları həmişə nəhəng ölçülü başlarla görürük. Yəni bu, afrikalı sənətkarların bacarıqsız olmasından irəli gəlmir. Belə bir yanaşma çox dayaz və bir o qədər də absurddur. Əksinə, anlamaq lazımdır ki, sənətkar şüurlu seçimini ortaya qoyaraq, çatdırmaq istədiyi mesajı daha da vurğulaya bilmək üçün məhz bu ölçülərə müraciət edir. Estetik görünüşlü fiqurlar əvəzinə afrikalı sənətkarlar öz mədəniyyətlərini təcəssüm etdirən xüsusiyyətlər əlavə etməyə cəhd göstərirlər. Məsələn hörüklü saçlar, halqalı uzun boyunlar, nisbətən kiçik ağızlar Afrika sənətində qadını təsvir edərkən istifadə olunan xüsusiyyətlərdir. Afrikalı sənətkarlar gözəl qadını iri sinəli, şişkin qarınlı təsvir edirdilər. Çünki məhz belə görkəm məhsuldarlığı və tərbiyəçi xarakterini, qadının həyatlarındakı önəmli rolunu vurğulayırlar. Diqqətlə nəzər yetirsək, biz Afrika təsvirlərində obrazları ümumi fizioqnomiyada görəcəyik. Rəssamlar onlara fərdi yanaşmaq əvəzinə, ümumi yanaşmağa üstünlük verirlər. Bunun bir neçə səbəbini təxmin etmək olar; ilk öncə eyni üz cizgilərini təsvir etmək daha asan olduğu üçün və ikinci səbəb afrikalıların inanclarından irəli gəlməsidir. Yəni afrikalılar öz fiqurlarının təsviri olduğu zaman hər hansı bir bəlaya düçar olacaqlarını düşünürdülər. Məsələn vudu kukları afrika ovsunlarının ən məşhurlarından biri idi. Afrika sənətində obrazlar duyğulardan tamamilə arınmış bir şəkildə təsvir edilirdi. Buna görə də biz Afrika rəsmlərində və heykəllərində biz təbəssüm və ya qaşqabaq edən sima görə bilməyəcəyik. Əsasən onların üzündə təmkinli bir ifadə olacaq. Afrika sənətində fiqurların profildən deyil, əsasən fasdan təsvir olunması cəmiyyətdə tutduğu yüksək mövqesini simvolizə edir. Frontal təsvir fiqurun formal vəziyyətini simvollaşdırır. Fiqurun başı çevrilibsə və ya əyilibsə, bu, adətən həmin şəxsin uşaq və ya daha aşağı statuslu bir şəxs olduğunu bildirir. Sakitlik idealına üstünlük verən afrikalı rəssamlar nadir hallarda insanları hərəkətdə təsvir edirlər. Afrika sənətinin bir digər önəmli xüsusiyyəti obrazların gənc təsvir edilməsidir. Afrika sənətində insanlar heç vaxt qoca və ya xəstə bir şəkildə əks olunmurdu. Çünki bu cür təsvirlər şər əlaməti hesab olunurdu. Ona görə də insan həmişə gənc və güclü göstərilirdi. Gənclik məhsuldarlığı, qabiliyyıti simvolizə edirdi. Yaşlı birini təsvir edən sənətkar onu saqqallı amma simasını daha qırışsız və təravətli təqdim etməyə diqqət yetirir. Bəzən onlar hətta körpə yaşında tələf olanları da gənc təsvir edirdi. Çünki ölən körpələrin belə bir şansları olmadığını bilirdilər. Afrika təsvirlərində görə biləcəyimiz bir digər xüsusiyyət də olduqca parlaq təsvirlərə önəm verilməsi idi. Bir çox Afrika heykəllərində də gördüyümüz bu parlaqlıq və hamarlıq sağlam dərini simvolizə edirdi. Afrika mədəniyyətində parlaq dəri, gözəllik və sağlamlıq meyarı idi. Düşünürdülər ki, insanın daxili aləminin gözəlliyi, işıltısı xaricə təsir edir. Əksinə fiqurun təsvirində kobudluq, qabarıqlıq görürüksə bu mənfi cəhərləri olan insanı ifadə edir deməkdir. Afrika sənətində təsvir edilən şəxslərin ölçüsü çox vaxt onların sosial vəziyyətini ifadə edir. Bu o deməkdir ki, bir qrup insan təsvir edilərkən, ən böyük və ən hündür olan ən güclüdür və sosial iyerarxiyada ən yüksək dərəcəyə malikdir. Dəstənin ən kiçik ölçülü fiquru isə sosial pillədə ən aşağı yerdə olduğunu göstərir. Körpələr və uşaqlar bu sosial, iyerarxik sıraya daxil deyildi Afrika sənətindən danışırıqsa əgər, biz onun heykəltəraşlığından mütləq söz açmalıyıq. Bu heykəl nümunələri həm Afrika mədəniyyəti, həm də qəbilə icması haqqında böyük fikirlər təqdim edir. Əsas istifadə edilən material ağacdır. Heykəllərin əksəriyyəti insan fiquru olur. Məcazidirlər. Əsasən heykəllərdən məhsuldarlıq rituallarında, yağış dualarında, xəstəlik və təbii fəlakətlərdən qorunmaq üçün ayinlər keçirəndə istifadə olunurdu. Afrika heykəltəraşlığının ən məşhur nümunəsi 12-ci əsrə aid olan, Nigeriyanın Yoruba qəbiləsində istifadə olunan tökmə metal heykəllərdir. Ən qədima ağac heykəl nümunələri isə 20-ci əsrə aiddir. Faha erkən dövrlərin sənət nümunələri bugünümüzə gəlib çatmamışdır. Ehtimal ki, onlar çürüyüb, tez məhv olublar. Simvollara xüsusi diqqət ayıran Afrika sənətinin ən məşhur elementlər toplusuna “adinkra”deyilir. İlk baxışda bu simvollar ilanı xatırladır. Möhkəmlik, sağ qala bilmək və əyilməzlik rəmzi hesab olunurlar. Onun müxtəlif variantları həm də əzm və özünə güvəni təmsil edir. Ümumiyyətlə, Afrika sənətinin ən vacib cəhəti onun Afrika kimi görünməsidir. Güclü xətlər, güclü rənglər və güclü naxış. Afrika sənəti əsasən Afrika cəmiyyətini təsvir edir. Afrika sənəti dedikdə bizim ağlımıza gələnnbir digər maraqlı predmetlərdən birində – maskalardır. Qəbilə maskaları əcdadların ruhlarını təmsil etmək və xeyr/şər qüvvələrini idarə etmə üçün istifadə olunur. 20-ci əsrin əvvəllərində Pablo Pikasso və Andre Derain kimi rəssamlar Afrika qəbilə maskalarının kəşf etdikləri cəsarətli abstrakt dizaynlardan ilham aldılar. Afrika maskaları mərasim kostyumlarının ayrılmaz bir hissəsidir. Onlardan dini mərasimlərdə, ayinlərdə, şər qüvvələri qovarkən istifadə olunur. Onlar sanki canlanır, rəqdin bir hissəsinə çevrilir. Ən məşhur maskalar; Doqon maskaları, Baule maskaları, Biombo və Lulua maskalarıdır. Biz bilirik ki, Afrika sənəti təkcə öz dövründə qərb incəsənətinə təsir etməmişdir. Günü bugün də bu sənət modern incəsənətə öz təsir gücünü itirməyib. Ənənəvi Afrika heykəltəraşlığının estetikası 1900-cü illərin əvvəllərində Avropa rəssamları arasında güclü ilham mənbəyinə çevrildi. Fransada Pablo Picasso və Henri Matisse kimi rəssamlar Afrika heykəltəraşlarının ağır stilizə edilmiş insan fiqurlarını və impressionist rəsm hərəkatını birləşdirdilər. Yaranan canlı rəng şkalaları, kubist formalar və təsviri iki ölçülülük erkən modernizmi müəyyənləşdirməyə kömək etdi. Adı çəkilən rəssamlar rastlaşdıqları Qərbi və Mərkəzi Afrika heykəllərinin orijinal mənaları haqqında heç nə bilməsələr də, kompozisiyaların mənəvi tərəfini görməzdən gələ bilmədilər. 1870-ci illərdən etibarən Afrikadan müstəmləkəçilik nəticəsində oğurlanmış minlərlə heykəl Avropaya gətirilərək muzeylərdə sərgiləndi. Doğrusu, bugün də sərgilənməkdədir. XX əsrin böyük bir hissəsində bu maraq çox vaxt “primitivizm” kimi təsvir edilirdi ki, bu da Afrika ölkələrinin Qərb ölkələrindən və müstəmləkəçilərdən daha primitiv olduğunu göstərirdi. Lakin bugün “primitiv” termini irqçi hesab olunduğuna görə istifadə olunmur. Pikasso və Matisse Afrikadan ilham alan modernizmin Şimali Amerikada yayılmasında ən əsas fiqurlar hesab olunurlar. 1905-ci ildə amerikalı rəssam Maks Veber Parisə köçdü və Matisse ilə rəssamlıq təhsili aldı. O, 1908-ci ildə Pikassonun studiyasını ziyarət etdi və Pikassonun Afrika sənətinin geniş kolleksiyasını görmək şansı qazandı. ABŞ-a qayıtdıqdan sonra o, fotoqraf Alfred Stieglitz-ə Pikassonun və digər müasir Paris rəssamlarının əsərlərindəki Afrika təsiri haqqında söhbət açdı. Bunu sonra yazı halına çevirdi və yaradıcılığında maskaların getdikcə daha abstrakt formalarını daxil etməyə başladı. Daha sonra Amerikada Pikassonun ilk sərgisi Stieglitsin qalereyasında keçirildi və daha sonra o, Amerikada ilk dəfə olaraq Afrika əsərlərini sənət kimi göstərən sərgilərdən birində meksikalı rəssam Marius de Zayas ilə birlikdə işləyən rəssam kimi tanındı. 1923-cü ildə Whitney Studio Club-da keçirilən sərgidə Pikassonun əsərləri ilk dəfə Afrika heykəlləri ilə birlikdə nümayiş etdirildi. Bugünkü post-müstəmləkə dövründə, ənənəvi Afrika estetikası bədii təcrübələrə o qədər köklənmişdir ki, onun mənşəyi bəzən başa düşülmür. Düzü, bu sənəti primitivzm termini ilə birgə səsləndirmək də tamamilə köhnəlmiş düşüncə kimi qəbul edildi. Afrika müasir incəsənəti və onun təsirləri erkən modernizmin əsaslarını araşdırmağa, anlamağa sövq etdiyi üçün bu gün də öz aktuallığını qoruyub saxlaya bilir. Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi Nigar Hətəmova

Comments are closed, but trackbacks and pingbacks are open.