Press "Enter" to skip to content

Aidə bəndəliyeva əczaçılığın tarixi

Tarixin bütün dövrlərində, bütün zamanlarda istənilən cəmiyyətdə, ziyalı fikrinə, ziyalı sözünə ehtiyac olmuşdur. Ziyalı mövqeyi istənilən məqamlarda əsl nümunə mənbəyi, bir söykənəcək yeri olmuşdur. Lakin, gəlin etiraf edək ki, “hər oxuyan Molla Pənah olmadığı kimi”, hər təhsilə yiyələnən, müəyyən mənsəb sahibi olan bu şərəfli adın daşıyıcısı ola bilmir. Ziyalı olmaq üçün, ilk növbədə, bu keyfiyyətə, biliyə, elmi əsaslara sahib olmaq lazımdır. Ziyalılığın təməl əsası olmağa gəldikdə isə məsələ daha da dərinləşir və biliyin, öyrənilənin xarakterə çevrilməsi ən mühüm şərt kimi ortaya çıxır. İnsan bir şeyi oxuyursa, bir mənbədən bilik əxz edirsə, ilk növbədə, onun xeyirli və ya zərərli olduğunu təsbit etməli, xeyirli olduğuna əmin olduqdan sonra həyatını o bilgi, o əsas üzərində qurmalıdır. Ona görə də uşaqlıq yaşından etibarən sağlam elmi qaynaqlara yönəlmək çox mühüm məsələdir. Sizi əmin edirəm ki, nə vaxtsa oxuduğunuz yanlış bir qənaətin təsəvvürünüzdə açdığı böyük bir boşluğu, uçurumu aradan qaldırmaq, o yanlış qənaətin təsirindən qurtarmaq üçün bəzən onilliklər lazım gəlir. Bütün bu yanlışlıqlardan qaçmaq üçün cəmiyyətdə əsas söykənəcək yenə də ziyalı dəstəyidir. Bu ziyalı şəxs əsl elm adamı olduqda isə onun nuru, ziyası ikiqat artıq olur.
Bu gün hamımıza məlumdur ki, hazırda Müstəqil Azərbaycan siyasi-tarixi bir proses ərəfəsindədir. Azərbaycan Respublikasının Milli Məclisinə beşinci çağırış seçkilərinin keçirilməsiylə bağlı ölkəmizin hər yerində təbligar-təşviqat kompaniyası aparılmaqdadır. Seşkilər uğrunda mübarizə aparan onlarla sayda namizədlər seçki uğrunda mübarizəyə qatılmışlar. Bu namizədlərin içərisində cəmiyyətin müxtəlif zümrələrinin nümayəndələri təmsil olunurlar. Təbii ki, bu namizədlərdən kimlərin parlamentdə təmsil olunacağı haqqında son sözü xalq deyəcək. Lakin, o xalqın bir nümayəndəsi kimi, mənim fikrimcə yenə hər zamanki kimi ali qanunverici orqan olan mühüm bir yerdə ziyalı, elmli və hüquqlarımızı dərindən bilən şəxslərin daha geniş tərkibdə təmsil olunması daha zəruridir. Bu seçki kompaniyasında mənim kimi, onlarla seçicinin dəstəklədiyi namizəd isə, Bakı şəhəri 16 saylı II Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən İnqilab qızı Mustafayevadır. İstərdim bu layiqli namizədi yetərincə tanımayan seçicilərimizə daha yaxından təqdim edəm. 1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olan Aytən İnqilab qızı Mustafayeva, 1985-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirdikdən sonra, BDU-nun şərqşünaslıq fakultəsinə daxil olmuş, 1990-cı ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir.
Aytən Mustafayeva 1993-cü ildən 2009-cu ilə qədər həyat yoldaşı, görkəmli ictimai xadim, Qafqazda ilk siyasi elmlər doktoru, mərhum professor Rövşən Mustafayev ilə birgə təsisçisi olduğu Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər üzrə Elmi-Tədqiqat İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır.
2000-ci ildən AMEA İnsan Hüquqları İnstitutunda böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışmış, 2009-cu ildən isə həmin institutun direktorudur. 2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə Nəsimi rayon I Seçki Dairəsindən deputat seçilmişdir.
2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda “Beynəlxalq hüquq” ixtisası üzrə dissertasiya müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə «Bioetika hüquq və insan hüquqları: nəzəri və təcrübi problemlər» mövzusunda doktorluq işi müdafiə edib, hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır.
İnsan Hüquqları üzrə Beynəlxalq Ekspert Komissiyasının sədri, Dünya Tibbi Hüquq Assosiasiyasının (WAML), Avropa Tibbi Hüquq Assosiasiyasının (EAHL), Beynəlxalq Dissertasiya Şurasının üzvü Aytən Mustafayeva dünyanın bir çox ölkələrində və respublikamızda təşkil olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, 50-yə yaxın elmi əsərin müəllifidir.
Aytən Mustafayevanın əsas elmi istiqamətləri: insan hüquqları – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemi, qaçqınların hüquqları, Azərbaycan vətəndaşlarının sosial hüquqları, Azərbaycan xalqının ekoloji təhlükəsizlik problemləri, Azərbaycanda hüquq elminin yeni istiqaməti olan «Tibbi hüquq»un elmi qeydiyyatdan keçməsi və tədrisə daxil olması, səhiyyədə hüquqi normaların formalaşması və inkişafı kimi mühüm əhəmiyyətli məsələləri əhatə edir.
Bu il 16 saylı II Yasamal Seçki dairəsindən namizədliyini irəli sürmüş Aytən Mustafayevanın seçki platformasında əks olunan müddəalar, qısa da olsa, istər ötən 5 il ərzində görülən işlər, istərsə də gələcəkdə atılacaq addımlar haqqında məlumatları əhatə edir. Sizlərin bu məsələlərlə ətraflı tanış olması üçün, həmin platformanı, necə deyərlər, nğqtəsinə, vergülünə toxunmadan diqqətinizə təqdim etməyi zəruri hesab edirəm:
“Əziz seçicim!
Mənim Məqsədim Sizlərə boş vədlər vermək deyil. Apardığım araşdırmalara və təcrübəyə əsaslanaraq deyə bilərəm ki, qeyri-real vədlər və ya seçildikdən sonra seçiciləri unutmaq kimi xüsusiyyətlər insanların düşüncələrində seçkilərə və millət vəkillərinə etimadın itirilməsinə gətirib çıxarır ki, mən də bunu insan hüquqlarının pozulması və respublikamızın demokratik inkişafına mane olan amil kimi qiymətləndirirəm.
Seçicilərimin problemləri ilə maraqlanmaq, onlardan hər birinin məsələlərinin həlli ilə şəxsən məşğul olmaq millət vəkili kimi mənim əsas vəzifəm olub və mənə bu seçkilərdə Sizlər tərəfindən etimad göstərilərsə, yenə də əsas vəzifəm olacaqdır. Çünki millət vəkilinin əsas işi ona verilmiş hüquqlarla üzərinə götürdüyü vəzifələri icra etməkdir. Bu baxımdan, millət vəkili öz seçicilərini təmsil edərək dövlət orqanları, özəl sektor, ictimai və humanitar təşkilatlarla sıx əlaqədə işləməli, seçicilərin əsl mənada carçısı, elçisi olmalıdır.
Hər birimizin müəyyən sosial problemlərinin olduğu məlumdur və onların həll olunması üçün vaxtında və yerində icra olunan, cəmiyyətin bütün təbəqələrinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən qanunların qəbul olunmasına və onların icra mexanizmini təmin edən hüquq normalarına ehtiyac vardır. Son 5 il ərzində millət vəkili qismində cəmiyyətin hər sahədə normal inkişaf etməsi üçün insan hüquq və azadlıqlarını təmin edən və qoruyan demokratik qanunların qəbul olunması istiqamətində necə çalışmışamsa, bu dəfə də Sizlərin mənə etimad göstərdiyiniz təqdirdə həmin istiqamətdə aktiv fəaliyyət göstərəcəyimə söz verirəm.
Qeyd etməliyəm ki, millət vəkili olduğum dövr ərzində rəhbərlik etdiyim AMEA-nın İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü və hüquqi ekspertizası ilə bir sıra vacib, əhəmiyyətli qanunlar və bəzi qanunlara dəyişikliklər Milli Məclis tərəfindən qəbul edilmişdir, o cümlədən:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə (“Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri”) təklif edilən dəyişikliklə bağlı qanun layihəsinin hüquqi ekspertizası aparılaraq mülahizələr irəli sürülmüş;
2. “Tibbi sığorta haqqında” – icbari tibbi sığorta haqlarının vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə respublikamızda İcbari Tibbi Sığorta Fondunun yaradılması məqsədəmüvafiq hesab edilmiş;
3. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə (Qeysəriyyə kəsiyi əməliyyatı) təklif edilən dəyişikliklə bağlı qanun layihəsinin hüquqi ekspertizası aparılaraq “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanununun təklif olunan 31.1-ci maddəsinə aşağıdakı məzmunda müddəanın əlavə edilməsi məqsədəmüvafiq hesab edilmişdir: “Dövlət tibb müəssisələrində aztəminatlı və ya yoxsul vətəndaşlar üçün qeysəriyyə kəsiyi əməliyyatı pulsuz aparıla bilər”;
4. “Sosial xidmət haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Pasiyentlərin hüquqları haqqında”, “Sosial ipoteka, miqrasiya, mədəni irsin qorunması, memarlıq haqqında”, “Elm haqqında” Azərbaycan Respublikası qanunlarının hüquqi ekspertizası aparılaraq onların təkmilləşdirilməsi üzrə müvafiq təkliflər verilmiş;
5. “Genetik modifikasiya olunmuş məhsulların dövriyyəsini tənzimləyən beynəlxalq konvensiyalar, sənədlər və Azərbaycan qanunvericiliyi” adlı iş üzrə araşdırmalar aparılmış, həmin araşdırmalarda “GMO tərkibli məhsulların Azərbaycana idxalı, ölkəmizdə istehsalı, istifadəsi, satışı, yayılması və əkilməsinin ziyanının tədqiqi və qanuni əsasları”, “Biomüxtəlifliyin qorunması” məsələsi qaldırılmış və bununla bağlı ölkəmizin əhalisinin sağlamlığı, ekoloji mühitin qorunması məqsədilə hüquqi normaların müvafiq qanunlara salınmasının təşəbbüskarı olmuş;
6. “Uşaqların əlillik və fiziki imkanlarının məhdudluğunun qarşısının alınması, reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun hüquqi ekspertizası aparılaraq onun təkmilləşdirilməsi üzrə müvafiq təkliflər irəli sürülmüşdür.
Ölkəmiz üçün ən vacib problemlərdən biri olan Dağlıq Qarabağ problemi ilə əlaqədar həqiqətlərin və doğma yurdlarından ayrı düşmüş həmvətənlərimizin pozulmuş hüquqlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni terrorizminin iç üzünün açılıb dünyaya bəyan edilməsi istiqamətində fəaliyyət göstərəcəyimə söz verirəm. Yarandığı gündən bu günə kimi AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu bu sahədə mühüm işlər görmüş, erməni terrorizmi, Ermənistanın işğalçılıq siyasəti haqqında məlumatları dünya ölkələrinin diqqətinə çatdırmış, xalqımızın haqq səsinin carçısı olmuşdur.
Bu kontekstdə son 3 ildə məşğul olduğumuz əsas istiqamət Ermənistanın Azərbaycana qarşı apardığı müharibə, işğal nəticəsində ölkəmizə vurulan iqtisadi, mədəni və ekoloji zərərlərin araşdırılması, bu məlumatların dünyaya yayılması, bununla bağlı xüsusi Beynəlxalq məhkəmənin yaradılması, cinayət işinin açılması və nəticədə, Ermənistanın əsl işğalçı dövlət kimi məsuliyyətə cəlb olunmasına nail olmaqdır.
Namizədliyimi irəli sürdüyüm seçki dairəsini əhatə edən ərazidəki bütün problemləri ciddi şəkildə analiz etmiş, onlar haqqında məlumat toplamışıq. Millət vəkili seçildiyim təqdirdə icra hakimiyyəti ilə birgə bu problemlərin intensiv şəkildə həllinə çalışacaq, seçicilərimin, əlillərin, yaşlı şəxslərin sosial hüquqlarının təmin olunması üçün lazımi hüquqi, təşkilati köməklik göstərəcəyəm.
Əziz seçicilərim, mənim əsas amalım xalqıma və millətimə xidmət etmək, Sizin hüquq və azadlıqlarınızın yüksək səviyyədə qorunmasına nail olmaqdır.”
Əziz seçicilər! Sizləri – bu platformayla tanış olub, səslənən müddəaları bəyənən və bu fikirlərin müəllifi, respublikamızın siyasi-ictimai xadimi, xalqımızın dəyərli ziyalı qızı, hüquqlarınızın qoruyucusu, hüquq elmləri doktoru, hörmətli alim və ləyaqətli Azərbaycan xanımı Aytən İnqilab qızı Mustafayevaya səs verməyə çağırıram! Səsimizi hüquqlarımızı qoruyan şəxsə veriməklə, biz əsl xalq ziyalısına olan inam və dəyərimizi göstərmiş olacağıq.

Aidə bəndəliyeva əczaçılığın tarixi

Xalqın ziyalısına səs verək!

Aidə Bəndəliyeva

“Qızıl qələm” mükafatı laureatı

Xəbərlər

Bu gün Azərbaycan Tibb Universitetinin rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri Tədris Cərrahiyyə Klinikasında keçirilən I və II müalicə-profilaktika fakültələrinin buraxılış kurs tələbələri üçün yekun Dövlət Attestasiyası Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanın (OSKİ) gedişatını izləyiblər.

İctimai Nəzarət və Məsləhət Şurasının sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədov və şuranın üzvləri – “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli və tələbə-dekan Məhərrəm Alimli tələbələrin praktik bacarıqlarının necə qiymətləndirilməsi ilə maraqlanıblar.

İmtahanın gedişində tələbələrin və ekspertlərin fikirlərini də öyrənən şura üzvləri imtahan prosesinin çox rahat keçdiyini müşahidə ediblər.

Artıq iki ildir ki, Azərbaycan Tibb Universitetində İctimai Nəzarət və Məsləhət Şurasının yaradıldığını deyən şuranın üzvü Aidə Bəndəliyeva son illərdə ATU-da aparılan islahatların öz bəhrəsini verdiyini söyləyib: “Şura üzvləri tərəfindən bütün kurslarda kütləvi və fərdi şəkildə söhbətlər aparılır, həm qış, həm də yay sessiyasında mütəmadi olaraq reydlər keçırilir. İmtahan Mərkəzinin, Appelyasiya Komissiyasının işi ilə yaxından tanış oluruq.

Bu gün də Daxili xəstəliklər, Cərrahi xəstəliklər və Urologiya ixtisasları üzrə keçirilən yekun Dövlət Attestasiyası Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanın gedişini izlədik. Müşahidələrimiz göstərir ki, tələbələr bacarıq imtahanlarına məsuliyyətlə hazırlaşıb və bu bizi çox sevindirir. Eyni zamanda onların təcrübi biliklərini nümayiş etdirməsi üçün də hər cür şərait yaradılıb”.

Universitetin tədris binalarında rəy qutularının yerləşdirildiyini bildirən Aidə xanım müəllimlərin dərsə münasibəti, dərsin keyfiyyəti, sualların tərtibatında rast gəlinən problemlər, müəllimlərlə tələbələr arasında etik münasibətlər, eləcə də digər məsələlərə dair məktublar aldıqlarını, həmin məktubların komissiya tərəfindən araşdırılaraq universitet rəhbərliyinə məruzə olunduğunu, mövcud nöqsanların aradan qaldırıldığını diqqətə çatdırıb.

Cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə də ictimai nəzarətin olmasının əhəmiyyətindən danışan şuranın sədri, millət vəkili İlham Məmmədov da imtahanın gedişi barədə təəssüratlarını bizimlə bölüşüb: “Komissiya üzvlərinin ümumi rəyi budur ki, Azərbaycan Tibb Universitetində tədrisin keyfiyyəti çox yaxşılaşıbdır. Biliyin qiymətləndirilməsində dünya standartlarına cavab verən metodologiyadan istifadə olunur. Əsas məqsəd Azərbaycan xalqının sağlamlığı keşiyində duran savadlı həkimlərin yetişdirilməsidir. Təsadüfi deyil ki, imtahanin gedişində nəzəri biliklərin xüsusi mulyajlar üzərində tətbiqinin, laborator-funksional diaqnozun qoyulması üçün təcrübi proseslərin icra mexanizminin necə aparıldığının şahidi olduq”.

İctimai nəzarətin vətəndaş cəmiyyəti ilə qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə səbəb olduğunu deyən İ.Məmmədov imtahan prosesinin təkmilləşdirilməsinin gələcək həkimlərin fəaliyyətində müstəsna rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, imtahan zamanı buraxılış kurs tələbləri 10 bacarıq üzrə praktik vərdişlərini nümayiş etdiriblər.

Sonsuzluğa, xərçəngə səbəb olan GEMO məhsullar – VİDEO

Bitkilərin, heyvanların genində bir və ya bir neçə elementin yerini dəyişməklə genetik modivikasiya edilmiş məhsullar yaradılır. Məhsulun geninin dəyişdirilməsi ilə bol məhsuldarlıq əldə etmək mümkün olduğu üçün bəzi ölkələr yaranan ərzaq qıtlığından çıxış yolunu məhz GEMO məhsullardan istifadədə görür.

Sakin: “Meyvələrin geninin dəyişdirildiyini bilmək olmaz sadəcə üzərində xarici məhsul olduğu ilə bağlı müəyyən etiketlər olur”.

Sakin: “Ət məhsulları, toyuq bunlar bizə rayondan gəlir”.

Sakin: “Tərkibinə, tarixinə baxıram. Maraqlanıram ki, təzə məhsul olsun. Əti də tanımadığım yerdən almıram”.

Məhsuldarlığın bol olması əksər sahibkarlara çox cəlbedici gəlir. Elə buna görə də demək olar ki, GEMO məhsullar bütün dünya ölkələrinə ayaq açıb. Azərbaycana da gəlib çxan belə məhsulların zərərləri isə təxmin edildiyindən də çoxdur.

Aidə Bəndəliyeva – Ekspert: “Bu məhsullarla qidalanan insanlarda allergik xəstəliklər, sonsuzluq və müxtəlif mənşəyi bilinməyən patalogiyaların meydana çıxması, xərçəng xəstəliyinin geniş vüsət alması halları müşahidə olunmağa başlayıb. Körpələrin belə qidalarla qidalanması onların immun sisteminin körpə yaşlarından pozulmasına və digər fəsadların meydana çıxmasına səbəb olur”.

Belə məhsulları təkcə insan sağlamlığına ziyan vurmur, hətta becərildikləri sahələri də yarasız hala salır. Mütəxəssislər geni modivikasiya olunmuş qidalardan qorunmaq üçün bir neçə məqama diqqət yetirməyi tövsiyə edirlər.

Aidə Bəndəliyeva – Ekspert: “Həmin məhsulların həm görünüşləri, həm də uzun müddət saxlanabilmə xüsusiyyətinə malik olması daha diqqət çəkir”.

Əksər inkişaf etmiş ölkələrdə genetik modivikasiya olunmuş məhsullara qadağa qoyulub. Azərbaycanda isə GEMO məhsullar “Ekoloji təmiz kənd təsərrüfatı barədə qanun”a əsasən ekoloji təmiz olmayan qidalar kimi qəbul edilib.

AQTA-dən verilən məlumata görə, ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən qida məhsulları daim nəzarətdə saxlanılır. Agentlik bəyan edir ki, GEMO məhsulları ilə bağlı şübhə yarandığı zaman quruma müraciət edə bilərlər. (ARB TV)

AzNews.az

Comments are closed, but trackbacks and pingbacks are open.