Press "Enter" to skip to content

Ailə təhsilinin növləri və övlad böyütmə yolları. Ailə təhsili və ailə pedaqogikası

13. Xüsusi pedaqogika nəyi öyrənir?

Ailə psixologiyasının predmeti, vəzifələri və tədqiqat metodları

Sual 1. Elmlər bir-birindən obyektinə görə yox, predmetinə (mövzusuna) görə fərqlənirlər. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur.

Məlumdur ki, ailə sferası – insanın şəxsiyyət kimi formalaşması və psixi inkişafını müəyyən edən güclü mənbədir. Ailə psixologiyasının tətbiq edilməsi aktuallığı ailənin həyat fəaliyyətinin optimallaşdırılması, nikah və valideyn-övlad münasibətlərinin effektivliliyinin artması, ailədə uşaqların tərbiyəsi problemlərinin həlli və s. ilə əlaqədardır. Ailə psixologiyasının predmetiniailənin şəxsiyyətlərarası qarşılıqlı təsir sistemi kimi strukturu və funksiyalarının öyrənilməsinə spesifik psixoloji yanaşma, onun inkişafının əsas qanunauyğunluqları və dinamikası, ailə mühitində şəxsiyyətin inkişafı təşkil edir. Ailə 1960-1970-ci illərdən başlayaraq psixoloqların və digər elm sahələrinin mütəxəssislərinin tədqiqat predmetinə çevrilmişdir.

Psixoloq V.Drujinin qeyd edir ki, psixoloji tədqiqatın obyekti kimi ailənin öyrənilməsində mövcud yanaşmaları 2 şkalaya bölmək olar:

· «normal — anormal ailə»;

· «ideal — real ailə».

Birinci şkalaya əsasən, Drujinin «normal ailə» anlayışını təsvir edir, belə ki, burada ailənin hər bir üzvü üçün sosial rifah, sosial müdafiə və inkişaf tələb edilir, psixoloji və fizioloji yetkinlik üçün uşaqların sosializasiyasının şərtləri yaradılır. Bu tip ailələrdə ailənin bütün məsuliyyəti bütövlükdə atanın üzərinə düşür. Bu qaydaların yerinə yetirilmədiyi digər tipləri Drujinin anormal ailə hesab edir.İkinci şkalaya əsasən, «ideal ailə» anlayışı ailənin normativ modeli kimi müəyyən edilir, Real ailə adı altında real qrup və tədqiqatın obyekti kimi konkret ailələr nəzərdə tutulur. Beləliklə, psixoloqlar real ailələri tədqiq edirlər.

Ailə sözünün mənşəyi ərəb dilindən gəlir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول(avl) kökündəndir. Bir birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Elmi ədəbiyyatda ailənin psixoloji mahiyyəti haqqında fikirlər kifayət qədər çoxdur. Onlardan hər biri konkret tarixi, etnik və sosial-iqtisadi şərtlərdən, həmçinin tədqiqatın konkret məqsədindən asılıdır.Əhalinin nəsilartırma meyarlarını və sosial-psixoloji tamlığını nəzərə alan sosioloq A. Q. Xarçevin verdiyi tərifə görə, ailə həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvləri nikah və qohumluq əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş, sosial vacibliyi, əhalinin fiziki və mənəvi artımına cəmiyyətin ehtiyacı ilə şərtlənən kiçik qrupdur.Elmdə ailə sosial institut («ailə-cəmiyyət» münasibətləri) kimi, cəmiyyətin hüceyrəsi kimi müəyyən olunur.

Ailənin mahiyyətinə psixoloji yanaşma özünəməxsus xüsusiyyətlərə malikdir. T.V. Andreyev, ailə anlayışının çoxsaylı izahlarını birləşdirərək, aşağıdakı fikri irəli sürür: ailə-vahid ümumailə fəaliyyətinə əsaslanan evlilik-valideynlik-qohumluq zəncirləri ilə əlaqələnmiş insanların birliyidir.Bertalanfi tərəfindən hazırlanmış sistemlərin ümumi nəzəriyyəsinin terminlərinə əsasən, «ailə, bu ailənin üzvlərinin sadə cəmindən ibarət deyil, bu, hər şeydən əvvəl, ailə üzvləri arasındakı münasibətlərin müəyyən şəbəkəsidir». Ailə açıq sistemdir. Sistemin elementlərindən birində baş verən dəyişikliklər ailənin digər üzvlərinə də təsir edir.Hər adamın öz həyat məkanı vardır – bu digər insanlarla – qohum, dost, qonşularla olan münasibətləridir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür: «ev», «ailə» – bu, insanların yaşadıqları yeridir, yalnız burada onlar özünü yaxşı hiss edir.Ailə, şübhəsiz, müasir dövrdə, istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır.T.Louson və C.Herrod lüğət-sorğu kitabçasında ailəni belə müəyyənləşdirirlər: ailə – «ümumi qəbul edilmiş anlayışda qan qohumluğu və ya nigah əlaqələri ilə bizim bağlandığımız bütün adamlardır». V.R.Ratnikov «ailə» dedikdə «dəqiq müəyyən edilmiş maraqları və məqsədləri olan mini qrupu» başa düşür. Ailənin əsas məqsədi – qalib gəlmək, özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə bilmək və nəslin davamını təmin etməkdir.

Ailə psixologiyası insanın ailə mühitində inkişafını, ailədaxili qarşılıqlı münasibətlərin psixoloji xüsusiyyətlərini, ailənin sosiuma adaptasiyasının psixoloji mexanizmlərini öyrənən elm sahəsidir.

O, ailə pedaqogikası, ailə sosiologiyası, psixoloji biliklərin müxtəlif sahələri, o cümlədən ailə psixoterapiyası, psixoloji konsultasiya, ailələrlə aparılan psixoprofılaktik və sosial işdən əldə edilən təcrübə və faktlara əsaslanır.Psixologiyanın bu sahəsi sağlam ailənin və ailə patologiyasının psixoloji xarakteristikasını verir, həmçinin ailələrə praktik psixoloji yardımın gedişində əldə edilən təcrübəni təhlil edib ümumiləşdirir. Ailə psixologiyasına aid qazanılmış nəzəri və emprik biliklər ailəyə köməyə yönəlmiş müxtəlif tipli sosial və psixoloji proqramların işlənib hazırlanmasına və tətbiqinə xidmət edir.Ailə sistemi psixoloji cəhətdən bütövlük, qarşılıqlı münasibətlərin təkrarlanan obrazları, xarici şəraitdən asılı olmadan şəxsi məntiqə əsaslanan subyektiv mühakimələr kimi xüsusiyyətlərlə səciyyələnir. Ailədaxili şəxsiyyətlərarası qarşılıqlı təsirlər şəxsiyyətin strukturunda cəmiyyətin mədəni sxemlərinin assimilyasına və fərdin daxili aləminin cəmiyyətin mədəni sxemlərinə uyğunlaşmasına imkan yaradır.Psixologiya elminin bu sahəsi ailəyə psixoloji yardım məqsədi daşıyır. Ailəyə psixoloji yardım isə o deməkdir ki, ailədaxili qarşılıqlı münasibətlər pozitiv istiqamətdə tənzimlənsin, ailə özünün hər bir üzvünə səmərəli inkişaf mühiti yaratsın. Funksional (sağlam) və disfunksional (qeyri-sağlam) ailənin psixoloji xüsusiyyətlərinin öyrənilməsi ailədaxili münasibətlər psixologiyasımn ən önəmli problemidir.

Ailə kiçik qapalı sosial qrup kimi hər şeydən əvvəl onu təşkil edən fərdlər və ailədaxili münasibətlər kontekstində nəzərdən keçirilir.Bu baxımdan yanaşdıqda sosial — psixoloji tədqiqatlar ər-arvad münasibətlərinin dinamikasını, valideynlərlə uşaqlar arasında münasibətlərin xarakterini, habelə boşanmanın səbəbləri və motivlərini müəyyənləşdirmək imkanı verir. Ailədə şəxsiyyətlərarası qarşılıqlı təsir probleminin öyrənilməsində həmin ailənin mövcud olduğu konkret cəmiyyətdə üstün qəbul edilən normaları, dəyərləri və davranış nümunələri etalon kimi qəbul edilməlidir.Cəmiyyətin digər sosial strukturları ilə xarici əlaqələri ailəni sosial institut, ailədaxili münasibətlər kontekstinə isə kiçik sosial qrup kimi xarakterizə etməyə əsas verir.

Ailənin psixologiyasının vəzifələrinə aiddirlər:

· Həyat dövrlərinin müxtəlif mərhələlərində ailənin funksional-rollu struktunun inkişafı və formalaşması qanunauyğunluqlarının tədqiqi;

· Nikaha qədərki dövrün xüsusiyyətlərinin, nikah partnyorunun seçiminin öyrənilməsi;

· Ailə-nikah münasibətlərinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi;

· Valideyn-övlad münasibətlərinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi;

· Müxtəlif yaş mərhələlərində uşağın inkişafında ailə tərbiyəsi rolunun öyrənilməsi;

· Ailədə normativ və qeyri-normativ böhranlarının öyrənilməsi və onların aradan qaldırılması strategiyalarının seçilməsi.

Sual 2.Bir sıra müasir elmlər cəmiyyətin inkişafı gedişində insan münasibətlərinin xarakteri haqqında geniş və etibarlı informasiya təqdim edir. Bu məlumatlar ailə sosiologiyası, ailə pedaqogikası, ailə psixologiyası, habelə, iqtisadiyyat, tibb, hüquq, fəlsəfə, etnoqrafıya və s. kimi elmlərdə öz əksini tapmışdır.Ailə psixologiyası psixologiya elminin ailə və nikah problemlərini öyrənən fənlərarası istiqamətlərindən biri olub, sosioloji, iqtisadi, etnoqrafik, tarixi, hüquqi, pedaqoji, demoqrafik və s. tədqiqatlara əsaslanır.Ailə fəlsəfə, sosiologiya, etnoqrafiya, antropologiya, psixologiya, pedaqogika və s. elm sahələrində müxtəlif aspektdən tədqiq edilir.

· Fəlsəfədə ailəyə «cəmiyyətin hüceyrəsi, əhəmiyyətli sosial institut, özündə qarşılıqlı yardım və qarşılıqlı müdafiəni ehtiva edın sistem kimi baxılır. » ( İ.Q.Qerasimov, A.İ.Priqojin, F.Enqels);

· Etnoqrafiyada ailə insanların birliyi kimi nəzərdən keçirilir, burada əməkdə iştirak zamanı hər kəsin obyektiv tələbatlar atmosferi yaradılır, uşaqlar bilavasitə və ya bilvasitə valideynlərin əmək fəaliyyətində iştirak edirlər (V.F.Afanasyev);

· Antropologiyada ailə insanın bioloji, irsi və təbii təbiəti kimi nəzərdən keçirilir (V.S.Vişarenko, Q.N.Volkov, V.V.Elizarov, Y.İ.Semenov);

· Pedaqogikada ailəyə tərbiyə institutu kimi baxılır, burada uşaq tərbiyənin obyekti və subyekti kimi valideynlər, qohumlar, yaxınlar tərəfindən daimi, məqsədyönlü və qeyri-formal nəzarət altındadır (A.Q.Asmolov, Y.K.Babanski, A.Y.Qrankin, İ.V.Qrebennikov, N.K.Krupskaya, A.S.Makarenko, V.A.Suxomlinski).

Ailə psixologiyasının nəzəri əsasını sosial psixologiya, şəxsiyyət psixologiyası, inkişaf psixologiyası, pedaqoji psixologiya, klinik psixologiya və başqa psixoloji elm sahələrində tədqiqi təşkil edir. Sosial psixologiya ailə haqqında kiçik qrup kimi təsəvvürə əsaslanaraq, ailənin rollu strukturu və liderlik məsələlərini, ailənin qrup kimi inkişaf mərhələlərini, nikah partnyorunun seçilməsi problemlərini, ailədə münaqişələr və konfliktlər, onların həll olunması üsullarını araşdırır.Yaş psixologiyasının tədqiqat fokusunu müxtəlif yaş mərhələlərində ailədə şəxsiyyətin inkişaf qanunauyğunluqları, sosializasiyanın məzmun, şərtləri və faktorları, ailədə uşağın tərbiyəsi problemləri, valideyn-övlad münasibətlərinin psixoloji xüsusiyyətləri təşkil edir.Şəxsiyyət psixologiyası ailəni şəxsi inkişafın və özünüreallaşdırmanın əsası kimi ünsiyyət və şəxsiyyətlərarası münasibətləri nəzərdən keçirir, həmçinin ailə resurslarını nəzərə alaraq insanın şəxsi inkişafının optimallaşdırılması metodlarını hazırlayır. Klinik psixologiya çərçivəsində ailədaxili münasibətlər psixi pozulma və kənara çıxma davranışlarının aradan qaldırılması kimi etiologiya, terapiya və reabilitasiya problemləri kontekstində əhəmiyyətli amil kimi baxılır.
Ailə psixologiyasının digər elm sahələri ilə qarşılıqlı əlaqəsi aşağıdakı kimidir:

Şəxsiyyət psixologiyası -Ailə sistemində şəxsiyyətin inkişafının daxili mexanizmləri

Sosial psixologiya — Ailə kiçik qrup kimi (ailənin öz üzvlərinə təsiri)

Pedaqoji psixologiya — Valideyn-övlad münasibətləri, ailədə tərbiyə üslubu

Psixodiaqnostika — Ailə-nikah,valideyn-övlad münasibətlərinin diaqnostikası

Yaş psixologiyası — Ailədə uşaq şəxsiyyətinin inkişafı

Klinik psixologiya — Ailə funksiyalarının pozulması, psixi travmanın mənbəyi kimi ailənin rolu, ailə rollarının patologiyası

Gender psixologiyası — Ailə üzvlərinin rol davranışı

Konfliktologiya — Ailə konfliktlərinin yaranması, həll edilməsi və s.

Sual 3.Ailə psixologiyası hazırda müasir psixologiya elminin müstəqil sahələrindən birinə çevrilmişdir. Sosiologiya, etnoqrafiya, yaş psixologiyası, diferensial psixologiya, şəxsiyyət psixologiyası, cinsi fərqlər psixologiyası və s. kimi elm sahələrinin qovşağında meydana gəlmiş ailə psixologiyası ailənin psixoloji cəhətdən öyrənilməsi məqsədini qarşıya qoyur.Şəxsiyyətin ailə sistemində öyrənilməsi vəzifələrini təmin etmək üçün ailə psixologiyası bir sıra spesifık tədqiqat metodlarına istinad edir. Bunların sırasında psixologiya elminin ənənəvi metodları hesab edilən müşahidə və eksperiment kimi emprik metodların müstəsna rolu vardır.Bundan başqa ailənin öyrənilməsi üçün söhbət-müsahibə, “ana gündəlikləri”, “əkizlər”, müayinə edilənlərə aid sənədlərin və onların fəaliyyət məhsullarının təhlili, bioqrafik (şəxsiyyətin həyat yolu haqqında məlumatların toplanması və onların təhlili), erkən uşaqlıq xatirələrinin təhlili, uşaqların və yaşlıların əl işləri, ailə üzvlərinin xatirələri, yazılı qeydləri və gündəlikləri başlıca metodlar hesab edilir.Ailənin psixoloji baxımdan öyrənilməsi bu və ya digər metod çərçivəsində bir sıra diaqnostik metodlara istinad edilməsini tələb edir.Bu səbəbdən və tədqiqat qarşısında duran diaqnostik vəzifələrdən asılı olaraq bir sıra standartlaşdırılmış və standartlaşdırılmamış metodikalardan istifadə edilir.Ailə problemlərinin öyrənilməsində obyektiv nəticələrin əldə edilməsi məqsədilə tətbiq olunan metod və metodikaların öyrənilən parametrlərə uyğunluğu, həmçinin nəticələrin etibarlılığı və validliyi başlıca şərt kimi qiymətləndirilir. Hər hansı metod və metodikanın tətbiqi zamanı istifadə olunan vasitələr subyektin öyrənilən parametrlərinə uyğun olmalı və aşağıdakı prinsiplərə əsaslanmalıdır:

· seçilən metodikalar tədqiqat obyektinin bütün mümkün parametrlər kontekstində kompleks səviyyədə maksimal öyrənilməsinə təminat verməli;

· aşkar edilmiş faktların diaqnostik vasitələrlə kəmiyyət-keyfiyyətcə və müqayisəli təhlili aparılmalı;

· əldə edilən nəticələr obyektiv olmalı və tədqiqatın qarşıya qoyulmuş məqsəd və vəzifələri ilə ciddi şəkildə determinləşməlidir;

Tədqiqat prosesində psixodiaqnostik məqsədlə bir sıra məlum metodikalardan (psixi inkişafda geridə qalan uşaqlann ailədə şəxsiyyətlərarası münasibətləri) istifadə oluna bilər. Ümumi psixologiyada olduğu kimi, ailə psixologiyasında da ən geniş yayılmıış emprik metodlardan biri müşahidədir.Müşahidə daha qədim psixodiaqnostik metodlardan biridir. Müşahidə insanlar arasında qarşılıqlı təsirin müxtəlif aspektləri haqqında obyektiv məlumat əldə etmək üçün tətbiq olunan uzunmüddətli prosesdir. Onun nəticələri o halda qəbul edilir ki, onlar psixoloq tərəfındən dəfələrlə qeydə alına bilsin, fərdi və ya tipik hal kimi qiymətləndirilməyə əsas vermiş olsun.Müşahidənin başlıca üstünlüyü qaydaların standartlaşdırılmadan tətbiqi və sınanılan şəxsin bu metodun tətbiqinə razılğının və zərurətin olmasıdır. Müşahidə metodu vasitəsilə psixoloq ailə şəraitində adamların davranışını izləyir, müşahidə faktlarını qeydə alır, lakin onların davranışına müdaxilə etmir. Bu metodun əsas prinsipləri XX əsrin 20-ci illərində rus psixoloqu M.Y.Basov tərəfındən aşağıdakı kimi müəyyən edilmişdir:

· müşahidə prosesi tədqiq edilən subyektin davranışının obyektiv xarici təzahürlərini maksimum izləməyə təminat verməlidir;

· müşahidə fasiləsiz və müxtəlif situasiyalarda subyektin izlənilməsinə yönəldilməlidir;

· müşahidə faktları məqsəddən asılı olaraq seçmə yolla qeydə alınmalıdır.

Elmi müşahidə tədqiqatın məqsədlərinə uyğun olaraq gərəkli faktların seçilməsi yolu ilə həyata keçirilməli, nəticələr yazılmalı və qeydə alınmalıdır. Pedaqoji-psixoloji müşahidə prosesində şəxsiyyətin kommunikativ-davranış, emosional-iradi, ailədə yaşlılar və kiçiklərlə qarşılıqlı münasibətlər (o cümlədən ər-arvad, bacı-qardaş, gəlin-qaynana və s.), qarşılıqlı təsirin xarakteri (xeyirxahlıq, empatiya, təşəbbüskarlıq, səmimiyyət, qayğıkeşlik, kobudluq, qorxu, zorakılıq, laqeydlik, utancaqlıq, qapalılıq, isteriklik, depressivlik, inamsızlıq, hörmət, məhəbbət və s.) öyrənilir.İnkişaf qüsurları olan ailələrdə uşaqların müşahidə metodu vasitəsilə öyrənilməsi prosesində onların emosional-iradi, onların valideynlərinin fərdi-psixoloji xüsusiyyətləri müşahidə obyekti kimi götürülür.Şəxsi reaksiyaların müşahidəsi əsasında ailə üzvlərinin nitqinin tonallığı, səsin titrəməsi, sifət əzələlərinin dəyişməsi, jestlər və s. kimi gündəlik ünsiyyətdə daha çox əhəmiyyət kəsb edən xüsusiyyətlər şəxsiyyətin xarakter dəyişkənliyinə təsir fonunda öyrənilir.

Sorğu metodu da psixodiaqnostikada istifadə olunan əsas metodlardan biridir. Sorğu metodu psixoloqa müəyyən vasitələrdən (telefon, şəxsi söhbət, poçtla anket göndərmək və s.) istifadə etməklə ailədaxili münasibətləri daha müfəssəl öyrənmək imkanı verir. Bu metod sınanılan şəxsin ona ünvanlanan konkret suallara cavab verməsini nəzərdə tutur. Sorğu metodunun bir sıra müxtəlif variantları vardır.Şifahi sorğuo halda tətbiq olunur ki, suala cavab verməli olan adamın eyni vaxtda davranışını və suala reyaksiyasını müşahidə etmək məqsədi qarşıya qoyulmuş olsun. Şifahi sorğu yazılı sorğuya nəzərən insanın psixologiyasına daha dərindən nüfuz etmək imkanı verir, xüsusi təlim və vaxt sərfi tələb etmir. Şifahi sorğu zamanı sınanılan şəxsin suallara cavabı əhəmiyyətli dərəcədə sorğunu aparanın şəxsiyyətindən, şəxsi davranışından asılıdır.Yazılı sorğueyni vaxtda çoxsaylı adamların rəyini öyrənməyə, onları tədqiqata cəlb etməyə imkan verir. Onun ən geniş yayılmış forması anket sorğusudur. Yazılı sorğunun çatışmazlığı ondan ibarətdir ki, onun tətbiqi zamanı cavab verən şəxsin reaksiyasını irəlicədən bilmək, cavab verəcək adamın psixi vəziyyətindən asılı olaraq sualın xarakterini, məzmun və tonunu dəyişmək olmur.Sərbəst sorğuyazılı və ya şifahi sorğunun xüsusi formasıdır. Onun tətbiqi zamanı verilən sualların və onlara verilən mümkün cavabların siyahısı müəyyən hədd ilə məhdudlaşdırılmır. Bu isə tədqiqatın taktiki gedişini, verilən sualları çevik surətdə dəyişməyə və onlara qeyri-standart cavablar almağa imkan verir.

Standart sorğu sərbəst sorğuya nəzərən mümkün cavabları irəlicədən müəyyən etmək baxımından daha qənaətlidir.

Psixoloji diaqnostikada daha geniş tətbiq olunan metodlardan biri testlərdir. Onların vasitəsilə öyrənilən hadisənin dəqiq kəmiyyət və keyfiyyət xarakteristikasını əldə etmək mümkündür. Psixoloji diaqnostikanın digər metodlardan fərqli olaraq testlər standartlaşdırılmış, məlumatların yığılması, əldə edilmiş nəticələrin işlənilməsi və həmçinin şərh edilməsi baxımından böyük üstünlüklərə malikdir.Test-sorğu elə diaqnostik metoddur ki, onun köməyi ilə irəlicədən seçilmiş, yoxlanılmış etibarlı suallar vasitəsilə sınanılan şəxsin müəyyən psixoloji keyfıyyətini müəyyənləşdirmək mümkündür.Test-tapşırıq test sorğudan ona görə fərqlənir ki, o, sınanılan şəxsin davranışı və psixologiyasını onun nə söyləməsinə görə deyil, nə etməsinə görə qiymətləndirməyə əsas verir.Bu tipli testlərdə xüsusi tapşırıqlar sistemi olur, onların yerinə yetirilməsi nəticələrinə görə sınanılan şəxsdə öyrənilən keyfıyyətin səviyyəsi haqqında qiymətləndirici mühakimə irəli sürülür.Söhbət metodu ailə psixologiyasında üstün əhəmiyyət verilən və ən geniş istinad edilən köməkçi metodlardan biridir. Bu metod vasitəsilə ünsiyyətdə olan psixoloq ailə üzvləri ilə xüsusi tərtib edilmiş proqram əsasında şəxsi ünsiyyət prosesində onların psixi vəziyyəti, ailədəki mövqeyi, həyat idealları, sosial yönəlişlikləri, dəyərlər sistemi, ailədaxili münasibətlər və s. haqqında faktlar əldə edir.Bir elmi metod kimi söhbətin məxsusi xüsusiyyəti ondan ibarətdir ki, bu metod əsasında psixoloq ailə subyekti olan hər bir şəxslə canlı ünsiyyətdə olmaq imkanına malik olur, söhbət zamanı eyni məqsədə yönəlmiş şəkilcə dəyişmiş müxtəlif üsullardan istifadə edə bilir. Suallar birbaşa və ya dolayı şəkildə verilə bilər.Son dövrlərdə valideynlərin və digər ailə üzvlərinin problemlərinin öyrənilməsində şəxsiyyət sorğuları metodundan istifadə geniş yayılmışdır. Şəxsiyyət sorğuları şəxsiyyətin baza əlamətlərini, fərdin psixi xassələrini səciyyələndirən geniş spektri əhatə edir.Konkret situasiyaların təhlili metodu ailənin hərtərəfli tədqiqini nəzərdə tutur. Bu metodun tətbiqi zamanı müxtəlif testlərdən, tərcümeyi-halın öyrənilməsindən və s. kimi yardımçı metodlardan istifadə olunur. Psixi xüsusiyyətlərin aşkar edilməsi şəxsiyyətin təlabatlarını, motiv və məqsədlərini, bunların əsasında isə onun istiqamətini müəyyən etməyə imkan yaradır. Onların vasitəsilə şəxsiyyətin temperament tipi, xarakter əlamətləri və qabiliyyətlərinin inkişaf səviyyəsini müəyyən etmək imkanı əldə edilir.Şəxsiyyət sorğularına L.T.Burlaçuk və S. M.Morozovun tərtib etdikləri “şəxsiyyət əlamətləri sorğusu”nu, tipoloji sorğuları, motivlər sorğusunu, maraq və məqsədlər sorğusunu, dəyərlər sorğusunu, ustanovkalar sorğusunu misal göstərmək olar. Aİlənin və ailədaxili şəxsiyyətlərarası münasibətlərin öyrənilməsində geniş yayılmış qrafik proyektiv metodikalara “Ailə rəsmi” (V.Vulf və b), “Ev-ağac-adam” (C.Buk), “Ağac testi” (K.Kox), “Avtoportret” (R.Bems) və bir çox digərlərini misal göstərmək olar.Ailədə ər-arvad cütlüyü arasında münasibətlərin öyrənilməsində rus psixoloqu A.N.Volkovanın tərtib etdiyi “Rol gözləmələri və nikahda iddia” adlanan diaqnostik sorğudan da geniş istifadə olunur.Bu sorğu ailə cütlüklərinin valideyn kimi vəzifələri haqqında təsəvvürlərini, cinsi münasibətləri, hər bir şəxsin peşə maraqlarını, məişət- təsərrüfat vəzifələrini dərketmə, ailədə mənəvi və emosional dəstəyin səviyyəsini və cütlüyün hər birinin öz zahiri cəlbediciliyi barədə rəylərini qiymətləndirmək imkanı verir. Ər-arvad cütlüyündən hər bir-inə dörd qrupda cəmlənmiş 36 şəkil dəsti verilir və onlardan bu şəkillərdən hansılardakı situasiyalarla razılaşdıqlarını və ya “tam razıyam”, “ümumiyyətlə bu doğru deyil”, “bu heç də belə deyil” və “bu doğru deyil” olmaqla dörd variantdan biri ilə qiymətləndirmək təklif olunur.Nəticələrin təhlili psixoloqa ailədə konfliktlərin səviyyəsini və səbəblərini müəyyənləşdirmək üçün əsas verir.Ailə psixologiyası sahəsində xidmət göstərən praktik psixoloqun işində başlıca sahələrdən birini ailələrlə (ər-arvad, valideynlər və uşaqlarla) iş təşkil edir. Bu sahədə fəaliyyətin əsas məqsədi öyrənilən ailə haqqında tam və obyektiv məlumatın əldə edilməsidir. Bu məqsədlə ailədə şəxsİyyətlərarası münasibətlərin diaqnostikasında geniş istifadə olunan obrazlı metodikalar Rene Jilyanın “Ailə uşağın gözü ilə” və ABŞ psixoloqları E.S.Şeffer və P.K.Bellin “Ailə həyatı ananın gözü ilə” PARİ (perental altitude rasearch instrument) metodikalarıdır. Bunlardan başqa ailənin öyrənilməsində müxtəlif modifikasiyah ailə testlərindən “Nikahın stabilIiyi”,“Nikahın uğurluluğu”,“Siz qısqancsınızmı?”, “Məhəbbəti qoruyub saxlamağı bacarırsınızmı?”, “Evə qayğı”, “Ailənin böyüyü” və s. kimi müxtəlif ailə testlərindən istifadə etmək mümkündür.Müasir ailə psixologiyasında görkəmli psixoterapevtlər E.Y.Eydemiller və V.Yustiskis tərəfındən klassik kliniki sorğular əsasında tərtib edilmiş, tibbi psixologiya və psixoterapiyada geniş yayılmış müxtəlif şəxsiyyət tiplərinə aid sorğulardan və xarakteroloji tiplərə aid sözlü portretlərdən (melanxolik, gipertim, tsikloid, emosional-labil, nevrastenik, senzitiv, psixoastenik, şizoid, paranoid, epileptoid, isterik, davamsız, komform) geniş istifadə edilir.

Ailə psixologiyası və psixoterapiyasında şöhrət qazanmış ən məşhur testlərdən biri də M.Lyuşerin “Rənglər testi”dir. Bu test belə bir müddəaya əsaslanır ki, insan münasibətlərinin qeyri-verbal komponentlərinin xarakteristikası öz-özlüyündə insanın özü və əhəmiyyətli başqa şəxs üçün rəng assosiasiyalarında əks olunur. Rəngli testlər sırasında ən çox istifadə olunan dörd əsas (qırmızı, göy, yaşıl, sarı) və dörd əlavə (bənövşəyi, şabalıdı, boz və qara) rənglər daxildir. Bu test stressin diaqnostikasında köməkçi vasitə hesab edilir. Belə ki, həyəcanlılığın göstəriciləri (A) və onu kom- pensasiya etmək imkanları © stressin göstəricisi kimi qiymətləndirilir.Ailədaxili münasibətlərin və valideynlərin tərbiyəçi mövqeyinin öyrənilməsində “Ailə sosioqrammı” testi uğurlu diaqnostik alət hesab edilir. E.Y.Eydemiller tərəfindən təklif edilmiş bu test “proyektiv rəsmetmə testi” kimi də tanınır.“Ailə sosioqrammı” testi subyektin ailədə şəxsiyyətlərarası münasibətlər sistemində vəziyyətini aşkara çıxarmağa və ailədə ünsiyyətin strukturu və xarakterini müəyyənləşdirməyə imkan verir. Valideynlərə 110 mm ölçüdə dairə çəkilmiş vərəq paylanır və burada özünü və ailə üzvlərini dairə şəklində çəkmək barədə təlimat verilir. Nəticələrin qiymətləndirilməsi dairə içərisində çəkilmiş ailə üzvlərinin sayı, dairələrin ölçüləri, dairələrin bir-birinə yaxın və ya uzaqda yerləşməsi, onların arasında məsafə kimi meyarlar nəzərə alınmaqla apanlır.Birinci meyar əsasında nəticələri qiymətləndirən psixoloq real ailə üzvlərinin sayı ilə sınanılan şəxsin çəkdiyi dairələrin sayını müqayisə edir. Ailə üzvü olan sınanılan şəxslə konfliktli vəziyyətdə olan ailə üvzü onu dairədən kənarda çəkə bilər.Dairələrin böyüklüyü sınanılan şəxsin nəzərində ailə üzvünün əhəmiyyətlilik dərəcəsini əks etdirir. Dairələrin bir-birindən uzaqda və ya yaxında yerləşməsi və onlar arasındakı məsafə ailə üzvləri arasındakı münasibətlərin xarakterini əks etdirir.Statistik metodlar ailə psixologiyası sahəsində tədqiqatlarda önəmli əhəmiyyətə malikdir. Bu metodlar psixoloqa ailədaxili münasibətlərdə baş verən dəyişmələrə səbəb olan amilləri müəyyən etməyə, müxtəlif amillər arasında səbəb-nəticə asılılıqlarını aşkara çıxarmağa imkan verir.

Ədəbiyyat siyahısı

1. Ə.Əlizadə, A.N.Abbasov. Ailə. Bakı, 1989.

2. N.Çələbiyev. Ailə psixologiyası. Bakı, 2015.

3. Андреева Т. В. Семейная психология. Москва, 2004.

4. В.Н.Дружинин. Психология семьи. Москва, 2006.

5. В.М.Целуйко. Психология современной семьи. Москва 2006

6. William M. Pinsof, Jay L. Lebow. “Family Psychology.” Oxford Series in Clinical Psychology, 2005

Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent. Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

Ailə təhsilinin növləri və övlad böyütmə yolları. Ailə təhsili və ailə pedaqogikası

Bir uşağı böyütmək ilk baxışdan görünə biləcəyi qədər asan məsələ deyil. Ailə tərbiyəsinin müxtəlif növləri və üslubları var. Onları necə başa düşmək olar? Hansı ailə təhsili metodlarını seçmək lazımdır? Gəlin birlikdə cavab axtaraq.

Ailə təhsili və ailə pedaqogikası, valideynlərin uşağı emosional olaraq necə qəbul etdiyinə və onu idarə etdiyinə görə aşağıdakı təsir üslublarını fərqləndirir:

  • nüfuzlu,
  • avtoritar,
  • liberal,
  • laqeyd.

Səlahiyyətli və avtoritar üslublar

Səlahiyyətli tərbiyə ilə ana və ata övladlarına qarşı emosional olaraq isti olur, lakin onlara nəzarət olduqca yüksəkdir.Valideynlər uşağın müstəqilliyini hər şəkildə qəbul edir və təşviq edir. Bu üslub, körpə böyüdükcə onun üçün tələbləri və qaydaları yenidən nəzərdən keçirmək istəyi ilə xarakterizə olunur.

Avtoritar üslub uşaqların emosional qavrayış səviyyəsinin aşağı olması və nəzarətin yüksək səviyyəsi ilə ifadə olunur. Bu cür valideynlərin bir uşaqla ünsiyyəti daha çox diktata bənzəyir, bütün istəklər sifariş şəklində edildikdə və tələblər, qadağalar və qaydalar heç bir bəhanə ilə dəyişmir.

Liberal və laqeyd üslublar

Uşaqların emosional olaraq isti qarşılandığı və onlara nəzarətin aşağı səviyyədə olduğu (bağışlanmaya və icazə verilənə qədər) olduğu bir ailədə liberal tərbiyə tərzi hökm sürür. Eyni zamanda praktik olaraq heç bir tələb və qaydalar yoxdur və idarəetmə səviyyəsi çox şey arzu edir.

Laqeyd bir üslubla, valideynlər tərbiyədə çox az iştirak edirlər, uşağı emosional olaraq soyuq qəbul edirlər, ehtiyacları və maraqları sadəcə nəzərə alınmır. Baba və anadan praktik olaraq heç bir nəzarət yoxdur.

Əlbətdə ki, təsvir olunan təsir üslublarının hər biri uşağı müəyyən şəkildə təsir edir. Ancaq şəxsiyyətin formalaşmasında aparıcı rolu ailə təhsili növləri oynayır. Onları daha ətraflı nəzərdən keçirək.

Harmonik tip

Bir uşağın ailə tərbiyəsi növləri ahəngdar və ahəngdar bölünür. Birincisi:

  • qarşılıqlı emosional dəstək;
  • həm böyüklər, həm də uşaqlar bütün ailə üzvlərinin ehtiyaclarının maksimum dərəcədə ödənilməsi;
  • bir uşağın bir şəxs olduğu və öz inkişaf yolunu seçə biləcəyi həqiqətinin tanınması;
  • uşaqların müstəqilliyini təşviq etmək.

Əlavə olaraq, çətin vəziyyətlərdə qarşılıqlı hörmət təzahür edir və valideynlərin və uşağın qərar qəbuletməsində bərabər hüquqları tətbiq olunur. Buradakı bir uşaq üçün tələblər sistemi həmişə onun yaşına və şəxsiyyətinə əsaslanır. Valideyn nəzarəti sistematikdir, tədricən kiçik bir ailə üzvü özünü idarə etməyə alışır. Mükafatlar və cəzalar həmişə layiqdir və ağlabatandır. Valideynlər təhsil məsələlərində sabitliyə və ardıcıllığa sahibdirlər, eyni zamanda hər kəs vəziyyətə öz baxışı hüququnu özündə saxlayır. Ana və ya ata, tərbiyə sistemini uşaqların yaşına görə dəyişdirə bilər.

Ailənin tərbiyəsiz növləri

Onlar çox müxtəlifdir, lakin bu kateqoriyada hər ailəyə fərqli dərəcələrə uyğun ümumi xüsusiyyətlər var. Hər şeydən əvvəl, ailə tərbiyəsi və ailə münasibətlərinin harmonik olmayan növləri, uşaq qəbul etməsinin aşağı emosional səviyyəsi və hətta emosional imtina ehtimalı ilə xarakterizə olunur. Əlbətdə ki, belə bir münasibətlə qarşılıqlı əlaqə yoxdur. Valideynlər praktik olaraq bir-birlərindən ayrılırlar və valideynlik məsələsində bir fikir birliyinə sahib deyillər. Uşaqlarla münasibətlərdə onlar çox vaxt uyğunsuz və ziddiyyətlidirlər.

Ayrı-seçkilik ailə təhsili növləri, həyatın müxtəlif sahələrində valideynlərin uşağı çox vaxt əsassız olaraq məhdudlaşdırması ilə xarakterizə olunur. Tələblərə gəldikdə, burada iki qütb mövqeyi ola bilər: ya çox qiymətləndirilir, ya da praktik olaraq yoxdur. Sonuncu vəziyyətdə, icazə verilənlik hökm sürür. Valideyn nəzarəti lazım olduğu yerdə deyil və bu da kifayət deyil. Cəzalar ləyaqətsiz və çox tez-tez olur və ya əksinə, yoxdur.

Bir uşağın ailə tərbiyəsinin fərqli bir növü, bir qızı və ya oğlu ilə gündəlik ünsiyyətdə artan bir münaqişə səviyyəsində olması ilə fərqlənir. Uşaqların ehtiyacları ya qeyri-kafi, ya da həddindən artıq ödənilir. Ən ümumi növlər:

  • hipoproteksiya,
  • hiper mühafizə,
  • ziddiyyətli tərbiyə,
  • artan mənəvi məsuliyyət növü üzrə təhsil,
  • hiper sosiallaşma təhsili,
  • uşaq istismarı,
  • xəstəliyin kultu.

Gəlin bu ailə təhsili və valideyn-övlad münasibətlərini daha ətraflı nəzərdən keçirək.

Hipoproteksiya və hiper mühafizə

Baxım, diqqət, nəzarət, uşağa olan maraq və ehtiyacları ya qeyri-kafi olduqda (hipoproteksiya) ya da çox olduqda iki qütb variantı vardır.

Valideynlərin tərbiyə mövzusunda həyata keçirtdikləri fərqli fikirlərə sahib olduqlarını düşünürlər. Uşağa təsir onun yaşından asılı olaraq vaxtaşırı dəyişir, lakin təhsil strategiyaları bir-birini istisna edir və uyğun gəlmir.

Artan mənəvi məsuliyyət

Uşaqlara çox vaxt yaşlarına və şəxsiyyətlərinə uyğun olmayan yüksək tələblər qoyulur.

Hiper sosiallaşma təhsili

Bu vəziyyətdə uşağın müvəffəqiyyəti, uğurları, yaşıdlarının ona münasibəti, vəzifə, məsuliyyət, vəzifələr prinsipi ilk növbədə irəli sürülür. Bütün bunlar uşaqların fərdi keyfiyyətləri və yaşı nəzərə alınmadan həyata keçirilir.

Bu tərbiyə ilə cəzalar cinayətlərdən daha ağırdır və heç bir mükafat yoxdur.

Uşaq ətrafda xüsusi bir atmosfer yaradaraq zəif, xəstə, çarəsiz kimi davranılır. Bu, eqoistliyin və müstəsnalıq hissinin inkişafına səbəb olur.

Üslub və növlərdən başqa ailə təhsili metodları da mövcuddur. Aşağıda müzakirə ediləcəklər.

Uşaqlara təsir metodları

Ailə tərbiyəsi və ailə münasibətləri növləri aşağıdakı təsir yollarının mövcudluğunu göstərir: sevgi, inam, şəxsi nümunə, nümayiş, müzakirə, empatiya, tapşırıq, nəzarət, şəxsiyyətin yüksəldilməsi, yumor, tərif və ya təşviq, cəza, ənənə, empatiya.

Valideynlər övladlarını yalnız söz və inamla deyil, hər şeydən əvvəl şəxsi nümunə ilə böyüdürlər. Buna görə ailə həyatını, ana və atanın şəxsi və sosial davranışlarını düzgün şəkildə təşkil etmək vacibdir. Ana və ata özləri daha yaxşı olmağa çalışmasalar, uşağa müsbət təsir göstərməyəcəklər. Ailə tərbiyəsi metodları yalnız valideynlər özünütərbiyə ilə məşğul olduqda işləyir.

Gənc uşaqlar üzərində təsirlər

Məktəbəqədər uşaqların ailə təhsili elə təşkil edilməlidir ki, uşaq üçün tələblər valideynlər arasında razılaşdırılsın. Bu, uşaqların düzgün davranmasına kömək edəcək, onlara duyğularını və hərəkətlərini necə idarə etmələrini öyrədəcəkdir. İstək, istək və ya tövsiyə şəklində uşaq üçün tələblərdən danışmaq lazımdır, çünki əmr tonu mənfi reaksiya verəcəkdir.

Hər hansı bir kollektivdə ənənələr ünsiyyətin təbiətinin və təhsil səviyyəsinin bir əksidir. Eyni şey ailəyə aiddir. İnkişaf etməkdə olan adət və ənənələr uşaqlara faydalı təsir göstərir. Həm də valideynləri və uşağı bir araya gətirir. Tətillərə hazırlaşarkən uşaqlar gündəlik həyatda iştirak edirlər. Evin təmizlənməsinə və bəzədilməsinə kömək edir, yemək və süfrə hazırlanmasında iştirak edirlər, qohumlar üçün hədiyyələr və kartlar hazırlayırlar.

Ailənin əsas komponentləri

Məktəbəqədər uşaqların ailə təhsili digər yaşdakı uşaqların təhsilindən çox fərqlənmir. Uyğunluğun hökm sürdüyü bir ailə, bir uşağa bir qoruma, dəstəkdir, bunun sayəsində bu dünyada özünə inam və ehtiyac duyğusu yaranır, bu da mənəvi rahatlığa səbəb olur. Bütün üzvlərin duyğusal uyğunluğu ünsiyyətdə düzgün bir ton yaradır, məsələn, bu, bir ana və ya atanın zarafatı yaxınlaşan qarşıdurmanı önləməyə, gərginliyi aradan qaldırmağa qadir olduqda özünü göstərir. Uşağın özünə tənqidi yanaşmasına, özünə və davranışlarına gülməyi bacarmasına, həyati vəziyyətlərdə möhkəmlik qazanmasına, toxunma və göz yaşı tökməməsinə imkan verəcək yumor hissi başlayır və inkişaf edir.

Ən yaxşı münasibət modeli

Ailə təhsili və ailə pedaqogikası bir uşağın münasibət modelinin formalaşdığı şərait yaratmağı hədəfləyir. Buna görə bütün həyatını daha da quracaq, ailə quracaq, övladlar və nəvələr böyüdəcəkdir. Bu model nə olmalıdır? Ailə tərbiyəsi xoşməramlılıq, istilik, xoşbəxtlik və sevgi atmosferində baş verir və uşaqların xüsusiyyətləri həmişə nəzərə alınır.Valideynlər uşağı olduğu kimi qəbul edərək uşağın qabiliyyətlərini və ən yaxşı keyfiyyətlərini inkişaf etdirməyə çalışırlar. Uşaqlar üçün tələblər qarşılıqlı hörmətə əsaslanır. Təhsil uşağın mənfi xüsusiyyətlərinə deyil, müsbət keyfiyyətlərinə əsaslanır. Əks təqdirdə, körpə bir dəstə kompleks əldə edəcəkdir.

Nəhayət

Beləliklə, bir uşaq böyütməyin düzgünlüyünü düşünərək əvvəlcə özünüzə kənardan baxın. Axı, uşaqlar valideynlərini kopyalayırlar. Daha yaxşı olmağa çalışın və övladınız da dəyişməyə başlayacaq. Ailənizə harmoniya!

Pedaqogikanın başqa elmlərlə əlaqəsi

Pedaqogikanın fəlsəfə ilə əlaqəsi . F.Paulsen göstərir ki, peda­qo­gi­kanı bir elm olaraq fəlsəfədən ayırmaq mümkün deyil. Psi­xo­lo­gi­yasız və etikasız, o, öz təməlindən ayrı düşür. Bu fənlər də öz növ­bəsində metafizika və idrak nəzəriy­yəsindən ayrılmazdır.” Yaxud sovet pedaqoqu P.S.Qureviç İqor İlinskinin “Təhsil inqilabı” kitabı haqqındakı rəydə deyir: “Təhsilin problemləri bizi mürəkkəb fəlsəfi düşüncələr sisteminə cəlb edir. Pedaqogika və tərbiyə tarixi ilə bağlı bir çox tədqiqatların çatış­mazlığı bundadır ki, onların müəllifləri təhsilə baxışlar kompleksini fəlsəfi və psixoloji düşün­cənin ümumi axarından ayırırlar. Ona görə də, pedaqogika tarixi müxtəlif didaktika üsullarının sadalan­ma­sın­dan ibarət olur. Lakin, axı bu üsullar özü konkret bir dövrdə do­ğul­muşdur və özündə zamanın dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər.”

Ümumiləşmiş şəkildə deyə bilərik ki, insanın tərbiyəsi, istərsə də həyat üçün hazırlanması bilik və bacarıqlara yiyələnməsi məsə­lə­lə­ri insan və cəmiyyət, insan və dünya problemlərinin tərkib hissə­si­dir. Təsadüfi deyildir ki, bu məsələlərə ənənəvi olaraq məhz filo­sofların əsərlərində müraciət edilmişdir. Yeni dövrə qədər tərbiyə məsələləri də, didaktika problemləri də məhz filosoflar tərəfindən hazır­lan­mışdır. Pedaqogikanın nisbətən müstəqil bir elm sahəsi kimi forma­laşması ilk növbədə filosoflardan Y.A.Ko­men­ski­nin, J.J.Rus­sonun, C.Lokkun yaradıcılıqları ilə bağlıdır. İ.Kantın “Pedaqogika haq­qında”, “Maarifləndirmə nədir?” – sualına cavab”, “Antropoloji didak­tika” əsərlərində, Hegelin “Gimnaziya direk­to­runun çıxışları”, “Universitetdə fəlsəfənin tədrisi”, “Gimnaziyalarda fəlsəfənin təd­risi” əsərləri müasir kurikulum probleminin me­to­do­loji əsaslarını təş­kil edir. Pedaqogika ilə fəlsəfə arasında qarşılıqlı mü­nasibətə dair əsasən üç mövqe vardır. Bəziləri (P.Narton, F.Paul­sen, Q.Gerşen­stey­ner, S.Y.Volfson və başqaları) pedaqogikanı “tətbiqi fəlsəfəyə” aid edirlər. Onlar haqlı olaraq düşünürlər ki, fəlsəfənin sahələri olan etika, estetika, məntiq və s. ictimai həyatın sahələrini, o cümlədən təlim və tərbiyə məsələlərini də əhatə edir. Lakin onlar bu düzgün fikirdən belə bir səhv nəticə çıxarırlar ki, fəlsəfə tərbiyə işinin məqsədini, pedaqogika isə onu həyata keçir­məyin yollarını müəy­yən­ləşdirir. Buna görə də onlar peda­qogikanı tətbiqi fəlsəfə adlan­dı­rırlar. Belə çıxır ki, peda­qo­gi­kanın əsalarını və qanuna­uyğun­luqlarını fəlsəfədə ax­tar­maq la­zım­dır. Bu mövqe ilə razılaşmaq olmaz. Başqa bir qrup mütəxəssis (Z.Freyd, G.Max, E.Mey­man, İ.Krecmep, P.P.Blonski, A.P.Pinkevic və başqaları) pedaqoji qanu­na­uyğunluqları fəlsəfədə axtarmağın düzgün olma­dığını əsaslan­dı­raraq psixologiyaya meyil etmiş və düşünmüşlər ki, pedaqogikanın başlıca dayağı psixologiya olmalıdır. Fikrimizcə, pedaqogikanı fəlsəfədən ayırmaq cəhdi uğursuzdur. Çün­ki hu­ma­nitar elm olan pedaqogika metodologiyasız keçinə bilməz. Təlimin, təhsilin, tərbi­yənin və inkişafın bir çox problemlərini meto­doloji da­yaq­sız həll etmək mümkün deyil. Üçüncülərə E.İ.Monoszon N.K.Qon­çarov, F.F.Korolyov, B.P.Yesi­pov və başqaları aid edilir. Onlar bir çox halda fəlsəfi müddəaları mexaniki şəkildə pedaqo­gikaya gətirir­lər. Dialektik materializmə isti­nad edən pedaqoqları (M.M.Meh­di­zadə, N.M.Kazımov, B.A.Əhmədov, F.N.İbra­hi­mov və başqalarını) dördüncü qrupa aid etmək olar.

Onlar təlim, tərbiyə, təhsil və inkişaf məsələlərini konkret şəraitlə əlaqədar nəzərdən keçirirlər. Onların fikrincə, məsələn, pedaqoji prosesin səmərəlilik dərəcəsi konkret şəraitdən də asılı olur. Eyni üsulun səmərəsi bir şəraitdə çox, başqa şəraitdə az ola bilər. Yaxud dialektik materializmə istinad edən pedaqogika həm təlim və tərbiyə prosesini, həm də uşağı əqli-şüuru inkişafda nəzər­dən keçirir. Uşaq daim inkişafda olduğundan və ətraf mühit amillə­rinin ona təsiri dəyişdiyindən tərbiyəvi təsirlər də başqalaşmış olur. Dialektik materializmə əsaslandıqda pedaqoji prosesin hərə­kət­verici qüvvələrini və qanunauyğunluqlarını onun özündə axtarmalı oluruq. Dialektik materializm həm də təhsil və pedaqoji fikir tarixi məsə­lələrinin təhlili və öyrənilməsinə düzgün yanaşmağa imkan verir. Unutmaq lazım deyil ki, hər pedaqoji nəzəriyyəyə və ya fikrə onun yarandığı şəraitlə əlaqədar qiymət vermək zəruridir.

Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiy­yətin obyektiv inkişaf qanunauyğunluqlarını müəyyən edir. Bu qanunlar pedaqoji gerçəkliyin ayrı-ayrı sahələrində də fəaliyyət gös­tərir. Pedaqoji prosesdə insanların biliklərə yiyələnməsi və inkişafı fəlsəfi qanunlar əsasında baş verir. Təlim və tərbiyə prosesində möv­cud olan ziddiyyətlər inkişafın əsasını təşkil edir. Digər tərəf­dən elmi dünyagörüş varlığın obyektiv şəkildə dərk olunması, mad­di aləm hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu qavran­ma­sı, inkişaf və dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş verir. Bu isə pedaqogikanın fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur.

Pedaqogikanın sosiologiya ilə əlaqəsi. İnsanlar məhz tərbiyə vasitəsilə sosiallaşır, cəmiyyətin sosial təcrübəsinə qoşulur. İnsan­la­ra formalaşma prosesində məqsədyönlü tərbiyə ilə yanaşı sosial mü­hit, sosial münasibətlər də təsir edir. Digər tərəfdən tərbiyəvi təsirlər bilavasitə sosial mühitdə reallaşır, həyata tətbiq edilir. Deməli insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə qarşılıqlı əlaqəyə girir. Pedaqoji proses isə bu qarşılıqlı əlaqəyə nəzarət etməli, sistemli tərbiyəvi təsirlərlə sosioloji təsir arasında məqsədyönlü, səmərəli və düzgün münasibət yaratmalıdır.

Pedaqogikanın fiziologiya ilə əlaqəsi . Bu əlaqə müxtəlif istiqamətlərdə başa düşülür. Bəzi mütəxəssislərin fikrincə, təlim və tərbiyə məsələləri bioloji faktlardan çıxış etməlidir. Guya sinir fəaliyyəti haqqında elm olan refleksologiya pedaqogikanın əsasını təşkil etməlidir. Bu cərəyanın tərəfdarları bütün pedaqoji hadisələri “stimul-reaksiya” formuluna uyğun izah etməyə çalışırlar. Onlar güman edirlər ki, pedaqogika uşağın fəaliyyətini idarə edən sti­mullar sistemini işləyib hazırlamalıdır. Belə bir sistem isə uşaq fəaliyyətində şüurluluq ünsürlərini məhdudlaşdırır. Bu səbəbdən də refleksoloji yanaşma düzgün sayıla bilməz.

Pedaqogikada refleksoloji yanaşmanın birtərəfliliyini başa dü­şən digər qrup mütəxəssislər pedaqogikanı biologiyadan ayır­ma­ğa səy göstərmişlər: onlar inandırmağa çalışırlar ki, biologiyanın pedaqogikaya heç bir dəxili yoxdur və pedaqogika öz işini bioloji biliklərə istinad etmədən qurmalıdır.

Ali sinir sistemi fəaliyyətinə dair elmi fiziologiyadan və genetikadan ayrı salmaq cəhdi bir sıra pedaqoji problemlərin düz­gün həllinə mane olur, təlim və tərbiyədə irsi əlamətlərin rolunu in­kar edir, uşaq qabiliyyətlərinin üzə çıxarılması və formalaş­dı­rıl­ması prosesini çətinləşdirir. Pedaqoji hadisələri yalnız bioloji qanuna­uy­ğun­luqlar zəminində izah etmək cəhdi də, bu hadisələri fiziolo­gi­yasız və genetikasız nəzərdən keçirmək cəhdi də eyni dərəcədə səmə­rəsizdir. Pedaqogika uşağın əqli, həm də fiziki inkişaf qanu­na­uy­ğunluqlarına dayanmalıdır. Pedaqoji hadisələrin qanuna­uy­ğun­luqları fizioloji qanunauyğunluqlarla müncər edilə bilmədiyi kimi, bu qanunauyğunluqlar da inkar edilə bilməz.

Pedaqogikanın psixologiya ilə əlaqəsi. Pedaqogika ilə psixo­lo­giyanın əlaqəsini təmin edən insanın psixikasıdır: psixikanı hər iki elm tədqiq edir. Psixikanın inkişaf qanunauyğunluqlarını və mərhə­lə­lərini əsasən psixologiya, təlim və tərbiyə zamanı psixikanı mak­si­mum inkişaf etdirməyin yollarını isə pedaqogika öyrənir. Təlim və tərbiyə zamanı uşaqların psixikasında baş verən dəyişikliklər nə qədər dərindən öyrənilir və nəzərə alınırsa, çıxarılan nəticələr və ve­rilən məsləhətlər bir o qədər əsaslı olur. Psixikanın, yəni qavrayışın, təxəyyülün, təfəkkürün, iradənin, diqqətin və digər psixi proseslərin və psixi xüsusiyyətlərin necə formalaşdığına psixologiya cavab verirsə, pedaqogika onları nəzərə alaraq nə öyrətmək, nə vaxt və necə öyrətmək suallarına cavab verir. Pedaqogika psixoloji biliklərə istinad etdiyi kimi, psixologiya da pedaqoji bilikləri nəzərə alır.

Pedaqogika və psixologiya bir-birinin köklü müddəalarını – pedaqogika uşaq psixikasını, psixologiya isə pedaqogikanın təlim və tərbiyə nəzəriyyəsini; pedaqogika psixikanın inkişaf nəzəriy­yəsini, psixologiya isə psixikanın inkişafında təlim və tərbiyənin roluna dair nəzəriyyəni və s. nəzərə alır.

Təhsillə bağlı nə nəzəri, nə də praktik problemlərin həlli baxı­mından pedaqogika və psixologiyanın əlaqəsini nəzərə alma­maq müm­kün deyildir. Ə.Paşayev və F.Rüstəmov yazırlar: “Biz bu qar­şı­­lıqlı asılılığı obrazlı şəkildə belə ifadə edirik: pedaqogika psixo­lo­gi­yasız “kasıbdır”, psixologiya isə pedaqogikasız “acdır”. Psixo­lo­gi­ya üçün predmet hesab olunan pedaqogika üçün şərtdir və ya ək­sinə, pedaqogika üçün predmet hesab olunan psixologiya üçün şərt­dir, yəni psixikanı inkişaf etdirmək üçün təhsil şərtdir, təhsil vermək üçün isə psixikanın inkişaf qanunauyğunluqlarını bilmək şərtdir.”

Akademik M.Mehdizadə yazırdı ki, bu problem də çox mü­rək­­kəbdir, böyükdür, mühüm və zəruri olan bir çox məsələni əha­tə edir. Onların nəzərə alınması və onlara əməl olunması təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəldir. Son vaxtlarda pedaqoji psixolo­giya onları daha çox işıqlandırmağa başlamışdır, lakin təəssüf ki, bu sahədə iş ləng gedir, məlum psixoloji tövsiyələr ləng tətbiq edilir, çünki kifayət qədər aydın şəkildə şərh edilmir. L.T.Oxotina yazır: “Çox müəllimlər və metodistlər deyirlər ki, psixoloji əsərləri çətin oxumaq olur. Bu sözlərin əsası vardır. Təlim-tərbiyənin psixoloji məsələlərinin heç də hamısı axıradək həll edilməmişdir, bir çoxu hələ mübahisəlidir və müəllimlər nəyi yalnız nəzərə almaq, nəyi isə fəaliyyətdə rəhbər kimi qəbul etmək lazım gəldiyini asan müəyyən edə bilmirlər.”

Həmin nöqsanları aradan qaldırmaq üçün bu istiqamətdə təd­qi­qatları genişləndirmək, pedaqoji kadrların psixoloji hazırlığını yük­səltmək, təhsil prosesində psixoloji tövsiyələrdən istifadə etmək işində təcrübə mübadiləsi həyata keçirmək lazımdır.

Pedaqoji və psixoloji fikir tarixindən görünür ki, tərbiyə haq­qında nəzəriyyələr, adətən, psixika haqqında nəzəriyyələrə uyğun gəl­mişdir. Bu, tamamilə təbii hadisədir və səhv qənaət üçün əsas olmamalıdır.

Pedaqoji tədqiqatlarda psixoloji eksperimentin faydasını nə­zərə alan bəzi mütəxəssislər yanlış olan belə bir nəticəyə gəl­mişlər ki, guya bütün pedaqoji qaydalar psixoloji tədqiqata əsas­lan­malıdır. Xüsusi vurğulayaq ki, pedaqogikanı psixologiyanın yedə­yi­nə bağ­la­maq yolverilməzdir.

Bir sıra psixoloqlar (B.M.Teplov, L.S.Vıqotski, S.A.Rubin­ş­teyn, L.V.Zankov və başqaları) eksperimental yolla isbat edə bil­miş­lər ki, xüsusi təşkil edilən təlim və tərbiyə vasitələri ilə uşaq­lar­da psixikanın, qabiliyyətlərin inkişaf sürətini artırmaq müm­kündür.

Təfəkkürün xüsusiyyətlərinə müəllimin bələd olması da təlimin müvəffəqiyyətini təmin edən əsas amillərdəndir. Psixo­logi­yada isbat olunmuşdur ki, məntiqi təfəkkürü bir sıra amillər səciy­yələndirir: ardıcıllıq, tənqidilik, müstəqillik, oxşar və fərqli cəhətləri üzə çıxartmaq, ümumiləşdirmələr etmək, öz nəticəsinin düzgün­lüyünü isbat etmək və s. Təfəkkürün əlamətlərindən hali olan və onları öz işində tətbiq edən müəllim şagirdlərində məntiqi təfək­kürün inkişafını təmin edə bilir. Bu cür faktları nəzərə alan peda­qogika həm psixikanın öz daxili qanunları üzrə inkişaf etdiyini söy­lə­yən nəzəriyyəni, həm də psixikanın dəyişməsini başdan-başa mühitin təsiri ilə izah edən nəzəriyyəni birtərəfli hesab edir; psixi­kanın inkişafına şəxsin daxili mənəvi imkanları ilə ətraf mühit amil­ləri də, onun fəaliyyəti də güclü təsir göstərir. Buna görə də pe­daqogika uşaqların fərdi və yaş xüsusiyyətlərini, qabiliyyətlərini üzə çıxarmağı və nəzərə almağı, onların fəaliyyət növlərini və üsullarını müəyyənləşdirməyi zəruri hesab edir.

Pedaqokanın etika ilə əlaqəsi. Pedaqogika etika ilə qarşılıqlı əlaqəlidir. Fəlsəfi elm olan etika, əxlaq tərbiyəsinin əsasını təşkil edir. Pedaqoji prosesdə əxlaqın meydana gəlməsi, təşəkkülü haqqın­da məlumatlar da əhəmiyyətli yer tutur.

Pedaqogikanın həmçinin ədəbiyyat, incəsənət, tarix, er­qo­no­mika, məntiq, gigiyena və daha bir çox digər elmlərlə də qar­şı­lıqlı əlaqəsi vardır. Pedaqogika nəinki başqa elm­lərin nailiyyət­lə­ri­nə, həm də bütün digər elmlərə, onların inkişafına tə­kan verir. Peda­qogikanın digər elmlərlə qarşılıqlı əlaqəsi sayə­sin­də tamam yeni elm sahələri də yaranır.

Pedaqogika elminin digər elmlərlə təmasda inkişafı o demək deyildir ki, guya pedaqoji bilikləri başqa elm sahələrində axtarmaq lazımdır, hansı ki, vaxtı ilə K.D.Uşinskinin “Antropologiya” əsə­rin­də belə meyil qabarıq şəkildə ifadə edilmişdir.

  • pedaqogika başqa elmlərin əsas ideyalarından, nəzəri müd­dəalarından və ümumiləşdirilmiş nəticələrindən istifadə edir;
  • pedaqogika başqa elmlərin tədqiqat metodlarından istifadə edir;
  • fəlsəfə, psixologiya, ali sinir fəaliyyətinin fiziologiyası, so­sio­logiya və başqa elmlərin apardığı tədqiqatların konkret nəticələri pedaqogikada tətbiq olunur;
  • pedaqogika insanı öyrənən kompleks tədqiqatlarda iştirak edir .

1.7. Pedaqogikanın sahələri

(və ya pedaqogikada diferensiya prosesləri)
Vaxtilə fəlsəfənin və sosiologiyanın tərkibində olan, bir müd­dət­­dən sonra ondan ayrılan və getdikcə müstəqil elmə çevrilən pe­da­­qogika inkişaf edərək bir çox şaxələrə ayrılmaqdadır. Peda­qogikanın öyrəndiyi predmet o qədər mürəkkəbdir ki, ayrıca, hətta ən geniş elm onun mahiyyətini, əlaqələrini və ifadə vasitələrini əha­tə edə bilməz. Pedaqogika uzun inkişaf yolu keçərək çoxlu nəzəri və təcrübi informasiya toplamış və hazırda şaxələnmiş elmi biliklər sisteminə çevrilmişdir, başqa sözlə, müasir pedaqogika təhsil, təlim, tərbiyə haqqında elmlər sisteminə çevrilmişdir. Peda­qoji elmin sahələri arasında ardıcıl, sıx əlaqə vardır. Onların hamısı insanı öy­rə­nir, onun təhsil-tərbiyə problemlərini tədqiq edir, prak­tika üçün tövsiyələr işləyib hazırlayır. “Pedaqogika elminin arxi­tek­turasının özünəməxsusluğu, təkrarolunmazlığı məhz təbiətin ən ali varlığı olan insanın özünün dünyaya gəlməsi ilə və ya sosiallaşması pro­sesində düçar olduğu qeyri-normal hadisələrlə şərtlənir” .

Pedaqoji elm sahələrinin müxtəlifliyi insanların əqli, görmə, eşitmə, nitq və s. imkanlarının müxtəlifliyi ilə də bağlıdır.

Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir:

Məktəbəqədər pedaqogika məktəb yaşına çatmamış uşaqların tərbiyə və təlim məsələlərini öyrənir. Ümumtəhsil məktəbinin pe­da­qogikası digər pedaqoji elm sahə­ləri üçün elmi bazadır, o məhz ümumi pedaqogikadır (ümum­təhsil mək­təbi bütün dünyada kütləvi məktəbdir, o, təhsil sisteminin əsa­sını təşkil etdiyindən həmin siste­min həlqələri – ilk peşə təhsili, sub­ba­kalavr təhsili, ali təhsil onun üzərində qurulur). Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların (həm də yaşlıların) inkişafının psixofizioloji xüsusiyyətlərini, onların təlim-tərbiyəsinin nəzəri əsaslarını, prinsiplərini, üsullarını, təşkili formalarını və vasitələrini işləyib hazırlayır. Xüsusi pedaqogikanın da sahələri var­dır: surdo­pedaqogika – lal və karların, tiflopedaqogika – kor və zəif görən­lərin, oliqofrenopedaqogika – ağıldan kəmlərin, loqope­di­ya – nitqi qüsurlu olanların təhsili və tərbiyəsi məsələlərini öyrənir. Fənlərin tədrisi metodikası təlim qanunauyğunluqlarının ayrı-ayrı fənlərin tədrisinə tətbiq edilməsi xüsusiyyətlərini tədqiq edir, onun optimal metod­larını və vasitələrini öyrənir. Peşə metodikası konkret peşə fəaliy­yə­tinin qanunauyğunluqlarını öyrənir, nəzəri ümumiləş­dir­mə­lər aparır, insanın təhsilinin prinsiplərini və texnologiyasını işləyib hazırlayır. Tədqiqatçılar peşə sahəsindən asılı olaraq istehsalat, hərbi və tibbi pedaqogikanı fərqləndirirlər. Ali məktəb pedaqogikası ali təhsil müəssisələrində ali təhsil prosesinin spesifik xüsusiy­yət­lərini öyrənir. Sosial pedaqogika insanların bütün yaş qrupları və sosial kateqoriyalarının xüsusi yaradılmış təşkilatlarda sosial tərbi­yə­si məsələlərini öyrənir. Pedaqogika tarixi müxtəlif dövrlərdə peda­qoji nəzəriyyələrin və məktəb tarixinin inkişaf qanu­na­uyğun­luqlarını öyrənir. Pedaqogika tarixini öyrənmədən bəşəriy­yə­tin təh­sil-tərbiyə tarixini izləmək, onu təhlil etmək, tarixi-pedaqoji irsin inkişafındakı müsbət və mənfi meyilləri üzə çıxarmaq mümkün deyildir. Müqayisəli pedaqogika təhsil və tərbiyə sistem­lə­rinin fəaliyyətinin və inkişafının qanunauyğunluqlarını müxtəlif ölkələrlə müqayisəli şəkildə öyrənir. Ailə pedaqogikası ailədə uşaq­la­rın tərbiyəsinin düzgün təşkili, ailədə düzgün münasibətlərin yaradıl­ması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli əlaqə yaradılması, cəmiyyətlə ailənin tərbiyəvi təsirlərinin əlaqələn­dirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər ailə, övlad problemlərini araşdırır. Hərbi pedaqogika hərbi mək­təblərdə, ali hərbi məktəblərdə, hərbi akademiyalarda, adi ali təhsil müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəb­lərdə, orta ixtisas məktəblərində gənclərin hərbi hazırlığı, hər­bi təlimi, tərbiyə və təhsilini tədqiq edir. Xalq pedaqogikası xal­qın əsrlər boyu topladığı təcrübə əsasında yaranmış müdrik fikir­lər­dir ki, bu fikirlər insanların təlim və tərbiyəsi, davranışı, insanlara, ətraf aləmə düzgün münasibəti üçün xalq tərəfindən qəbul edilmiş əxlaqi, etik, estetik normalardır. Xalqın müdrik fikirləri folklor nümu­nələrində, xalqın adət və ənənələrində öz əksini tapmışdır. Kor­reksiyaedici pedaqogika sosial-psixoloji cəhətdən qüsurlu uşaq­ların diaqnostikası, profilaktikası və bərpası üzrə aparılan pedaqoji, psi­xo­loji, metodoki işlərin məcmusunu özündə birləşdirir və buna uyğun həmin uşaqların təlıim və tərbiyəsini təşkil edir. İstehsalat pedaqogikası müxtəlif istehsalat müəssisələrində, idarə və təşki­lat­lar­da aparılan tərbiyə işləri, texniki inkişafla bağlı yeni əmək və tə­lim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması və digər pe­da­qo­ji problemləri araşdırır. Gender pedaqogikası son dövrlərdə peda­qo­gi­kamıza daxil olmuşdur. Gender ingilis dilində “Genius” sö­zündən olub “cins” deməkdir. Gender kişi ilə qadın arasındakı fərqlərin bio­lo­ji deyil, sosial tərəflərini, fərqlərini öyrənir. Bu fərq­lər kişi və qa­dının cəmiyyətdə fəaliyyətində, davranışında, mental və emosional xüsusiyyətlərində özünü büruzə verir. Gender pedaqogikası kişi və qadın arasında sosial bərabərliyin pedaqoji, psixoloji, əxlaqi, mənəvi problemlərini işləyib tədqiq edir. Gender pedaqogikası təlim və tərbiyə prosesində oğlan və qızların gender sosiallaşması xü­susiyyətlərini öyrənir. Pedaqoji prosesdə gender münasibət­lə­rinin nəzərə alınması təlim və tərbiyənin keyfiyyətinin yük­səldilməsində və səmərəli təşkilində mühüm amildir. Yaş peda­qogikası isə müxtəlif yaş dövrlərində təlim və tərbiyə məslələrini öyrənir və ona müvafiq olaraq pedaqoji prosesi qurur.

Yaşlıların pedaqogikası – pedaqoji elmin bir sahəsi olub yaşlı insanların təlimi, tərbiyəsi, təhsili və özünütəhsilinin pedaqoji cəhətdən məqsədyönlü, planlı, sistemli şəkildə müxtəlif formalarda təşkilidir. Buna androqoqika da deyilir.

Tibbi pedaqogika. Pedaqogikanın bu sahəsi tibbin hüdudunda təşəkkül taparaq formalaşır. Uşaq və yeniyetmələr arasında хəstəlik hallarının olması bu istiqamətdə səhiyyənin məqsədyönlü fəaliyyət göstərməsini tələb etdiyi kimi, belə uşaqların təhsilinin də təşkilini zərurətə çevirir. Beləliklə, qoruyucu təhsil-tərbiyə konstruksiya­larının işlənib hazırlanması təхirəsalınmaz vəzifə kimi qarşıda durur. Tibbi pedaqogikanın predmetini хəstə və halsız şagirdlərlə müəllimlərin təlim-tərbiyə fəaliyyətinin sistemi təşkil edir. Deməli, müalicə və təhsilin səmərəli şəkildə uzlaşdırılması tələbatı öz-özlü­yündə meydana çıхır və beləliklə, tibbi-pedaqoji elmin inteqrasiyası baş verir. Tibbi pedaqogikanın faydalılığını artırmaq üçün alimlərin və praktik işçilərin ikili təhsilə (tibbi və pedaqoji) yiyələnmələri məqsədəuyğundur.

İslah-əmək pedaqogikası (və ya “Pentensiar pedaqogika”) islah əmək kolonoyalarında həbs olunmuş şəxslərin yenidən tər­biyə olunması üçün pedaqoji yanaşmaların nəzəri və praktik əsas­la­rı­nı öyrənir, burada onların təhsilinin və tərbiyəsinin təşkili məslələrini araşdırır.İslah-əmək peda­qo­gikası hü­quq elmləri ilə daha sıx bağlıdır.

Pedaqoji ədəbiyyatda daha fərqli pedaqogika sahələrinə də rast gəlmək olur.

Humanistlik pedaqogikası 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərində ABŞ-da yaranmışdır. Humanistlik peda­qogikası əvvəlcə humanistlik ideyalarının ifadəsi kimi mey­dana gəlmiş və müasir tərbiyə metodlarının nəzəri və praktik isti­qa­mət­lərini özündə əks etdirmişdir. Qərbdə onun ən fəal nümayəndələri kimi K.Rodjere, R.Bart, Ç.Ratboun və başqalarını göstərmək olar. Hu­manistlik pe­daqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı münasibət, təh­sil­də və təlimdə avtoritarizmi dəf etmək, şagirdlərin bilikləri, ba­ca­rıq və vərdişləri mənimsəmə prosesinə emo­­sional rəng qatmaqdır. Hu­manistlik pedaqogikasında təmənnasız yardım etmə, pay vermə, bağışlama, həvəsləndirmə və rəğbət­lən­dir­mə kimi formalara üstünlük verilir. Humanistlik pedaqogikası qabiliyyətli, iste­dadlı, talantlı uşaq­ların üzə çıxarılması, inkişaf etdirilməsi, for­ma­laşdırılması ilə məşğul olmaqla yanaşı, sahibsiz, kimsəsiz və şikəst uşaqlara da yardım edilməsini həyata keçirdiyi işlərin ən mühüm tərkib hissələrindən biri hesab edir. Antropedaqogika insanın bütün həyatı boyu təhsil, tərbi­yə və inkişafı prosesi ilə bağlı yaran­mışdır.İnsanın fasiləsiz tənsil al­ma­sı problemlərini öyrənir. Bərpa pedaqogikası uşaqların intellek­tual fəaliyyətinə mane olan amillərin aradan qaldırılmasını öyrənir. Elmi-texniki tərəqqi dövründə informasiya axınının idarə olunması və yetişən nəslin nüma­yəndələrinin infor­ma­si­ya aləminə daxil edilməsi məq­sədilə yaradılan pedaqogikaya infor­ma­tika-kibernetika pedaqo­gi­kası deyi­lir. Qızların mənəvi-əxlaqi nor­ma­larının saflaşdı­rıl­masına xid­mət edən pedaqogika feminist peda­qogika, oğlanların əx­laqi-mənə­vi nor­malarının saflaşdırılmasına yönələn pedaqogika centl­men pe­da­qogikası adlanır.

Pedaqogikanın göstərilən sahələri də öz növbəsində inkişaf edə­rək şaxələnir, inkişaf edir və daha yeni pedaqogikalar meydana gəlir.

Suallar və tapşırıqlar

  1. Elm sisteminin başlıca elementləri ilə bağlı şərh verin.
  2. Pedaqogikanın elmlər sırasına qatılmasını şərtləndirən əsas ar­qu­­­mentlər hansılardır?
  3. Pedaqogikanın əsas funksiyaları hansılardır? Nəzəri və tex­no­loji
  1. “Pedaqogikanın obyekti” və “Pedaqogikanın predmeti” an­layış­­la­rını səciyyələndirin.
  2. Pedaqogikanın əsas anlayışları ilə bağlı fikirlərinizi açıqlayın.
  3. “Təhsil” anlayışının əsas xüsusiyyətləri hansılardır?
  4. “Təlim” və “təhsil” anlayışlarını qarşılıqlı şəkildə səciy­yələn­di­rin.
  5. Pedaqoji cərəyanlardan hər hansı ikisinin müqayisəli təhlilini verin.
  6. “Konstruktivizm” cərəyanının əsas xüsusiyyətləri barədə danışın.

11. Pedaqogika ilə psixologiyanın əlaqəsinə şərh verin.

12. Pedaqogikada diferensiya proseslərinin səbəblərini göstərin.

13. Xüsusi pedaqogika nəyi öyrənir?

Xalq pedaqogikasında tərbiyə məsələləri;

Müqayisli pedaqogikanın mahiyyəti və məqsədi;

Ailə pedaqogikasında valideyn-övlad münasibətləri.

Comments are closed, but trackbacks and pingbacks are open.