Press "Enter" to skip to content

Tanınmış simalar

19 Boşalma üsulu ilə kondensatorun tutumunun təyini . 81

Hacı Akif Ağayev

Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən “Bakı” qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o “Bakı” qəzetinin “Mədəniyyət və İncəsənət” şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan “Axtarışlar və tapıntılar” silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi “Qızıl qələm” mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir. Bir neçə kitabın tərtibatçısı və müəllifidir. Akif Ağayev tanınmış foto ustası kimi respublika və beynəlxalq miqyaslı fotomüsabiqə və sərgilərinin iştirakçısı olmuşdur. Onun işlərindən biri isə hətta Yunanıstatın Saloniki şəhərində keçirilən beynəlxalq foto sərgisinin devizi seçilmişdir. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi onu “Danila Moskovski” ordeni ilə təltif etmişdir. 2003-cü ildə Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi mükafatı olan “İlin Fotoqrafı ” adına layiq görülmüşdür. 30 mart 2008-ci ildə, uzun sürən xəstəlikdən Bakıda vəfat etmişdir. 2009-cu il yanvarın 8-də Azərbaycan Fotoqraflar Birliyi tərəfindən Fransa Mədəniyyət Mərkəzində Akif Ağayevin fərdi fotosərgisini keçirmişdir.

Tanınmış simalar

1- Ayriliq, 2- Azerbaycan feat Dayirman & Elshad Xose, 3- Bagishladim, 4- Bagishlaram seni, 5- Bal kimi, 6- Bileydim kaş, 7- çıx get, 8- Dahi, 9- Duygularim, 10- Ele bilirdim, 11- Ey senem, 12- Gel, 13- Get, 14- Hesretimsen, 15- Maalisef, 16- Menimlesen, 17- Ola bilmez, 18- Omur bumu, 19- Qayit gel, 20- Reqs edek, 21- Sen gelmez oldun, 22- Seni evez elemir, 23- Sensizliyim, 24- Sevgi qefesdir, 25- Sevirem seni, 26- Sifahi, 27- Unudaram, 28- Vuruldum bir qiza, 29- Xalq Heyder deyecek, 30- Yene sensizem, 31- Zeher, 32- Zeng ele

Filmoqrafiya

Qış nağılı I/II (film, 2001/2002), Adam ol! (film, 2005) (tammetrajlı bədii film) rol: müğənni Faiq

Mükafatları

Azərbaycanın Xalq Artisti, Humay, Grand

Veb saytı

http://www.faiqagayev.az/

Ləqəbi

Cənab Qızıl Şlyager

Şəxsi Həyatı

Nigar Topçubaşova ilə evli olub, ayrılıb.

Ad,Soyad Faiq Ağayev
Yaş 29 dek 1971 (52 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni
Çəki 55
Yenilənmə tarixi 07-01-2017

Faiq Ağayev 29 dekabr 1971-cı ildə Bakıda anadan olmuşdur. Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il “Bakı Payızı-88” respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra “Qızıl Payız-89” respublika müsabiqəsində, Beynəlxalq “Vitebsk-90” müsabiqəsində, Beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır.

1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager” – Mogilyov – 96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir.

Bundan sonra Faiq Ağayevin professional səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən o, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. 1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan “Səni əvəz eləmir”, 1998-ci ildə çıxan “Vəfasızım”, 1999-cü ildə buraxılan “Faiq Ağayev – Seçmələr”, 2000-ci ildə çıxan “Minilliyin sonu. ” və 2002-ci ildə işıq üzü görən “Tam məxfi” albomları müğənninin diskoqrafiyasını davam etdirir.

1998-ci ildə Faiq Ağayev “İlin konserti” nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi” nominasiyasında “Humay” Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, “İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanır.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Faiq Ağayevə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilir.

2000-ci ildə “İlin müğənnisi” nominasiyasında “Qızıl Mikrofon” Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə “İlin müğənnisi”, “İlin albomu” (“Minilliyin sonu. “) və “İlin konserti” (“Əsrin və minilliyin son konserti”) nominasiyalarında “Grand” Milli Mükafatı sahibi olur.

2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adı verilmişdir.

Bundan sonrakı bir neçə ildə Faiq Ağayev “Bal kimi”, “Hiss et”, “Odlanacaqsan”, “Billahi”, “Əlvida” və s. mahnıları ifa edir.

2012-ci ilin 27-30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı “VIDA” solo konsertləri keçib.

Pərəstişkarlar arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 140-dan çox solo konsert verib.

2013-cü və 2015-ci illərdə Beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.

M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK

Rəy verənlər: Prof.Əhmədov F.A. (Bakı Dövlət Universitetinin «Optika və molekulyar fizika» kafedrasının müdiri)
Dos. Ələkbərov A.S. (Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Elektrik və optika» kafedrası)
Prof. Nazıyev C.Y. (Azərbaycan Dövlət Neft Akademiyası «Fizika» kafedrası )
Dos. Abbasov İ.İ. (Azərbaycan Dövlət Neft Akademiyası «Fizika» kafedrası )

Prof. Qafar Teymur oğlu Həsənov Prof. Müsavər Abdusalam oğlu Musayev Dos. Əli Əmir oğlu Əliyev

Dos. Akif Mirzə oğlu Ağayev

Dos. Dünyaməddin Cəfər oğlu Əsgərov

Xətalar haqqıda . . 5

LABORATORIYA IŞLƏRI

1 Burulma rəqqası vasitəsilə bərk cisimlərin ətalət momentinin təyini. 8

2 Düşmə üsulu ilə ətalət momentinin təyini. 13

3 Çevrilmiş rəqqas vasitəsilə sərbəstdüşmə təcilinin təyini . 16

4 Sönmənin loqarifmik dekrementi, sönmə əmsalı və rəqs sisteminin

davamlılığının təyini. 20

5 Zərbə mexanizminin öyrənilməsi . 23

6 Döyünmə hadisəsinə əsasən naməlum səs mənbəyinin tezliyinin təyini. 27

7 Perpendikulyar rəqslərin toplanmasına əsasən naməlum tezliyin

təyini . 30

8 Əyilmə üsulu ilə Yunq modulunun təyini . 34

9 Kleman-Dezorm üsulu ilə qazlarin istilik tutumlarinin cp/cv – nisbətinin təyini. 38

10 Səsin qaz daxilində yayilma sürətinə əsasən cp/cv – nisbətinin təyini. 43

11 Stoks üsulu ilə mayelərin özlülük əmsalının təyini . 49

12 Puazeyl qanununa əsasən mayelərin daxili sürtünmə əmsalının təyin. 54

13 Damcı üsulu ilə mayenin səthi gərilmə əmsalının təyini . 57

14 Hava molekullarinin sərbəst yolunun orta uzunluğunun və effektiv diametrinin təyini. 61

15 Bolsman sabitinin təcrübi təyini . 65

16 Om qanununa əsasən xüsusi müqavimətin təyini . 69

17Metallarin müqavimətinin termik əmsalının təyini . 73

18 Kondensatorun elektrik tutumunun dəyişən cərəyan körpüsü vasitəsi ilə təyini . 77

19 Boşalma üsulu ilə kondensatorun tutumunun təyini . 81

20 Elektron lampasının öyrənilməsi . 84

21 Yarimkeçiricilərin müqavimətinin temperaturdan asilılığının

öyrənilməsi və aktivləşmə enerjisinin təyini . 87

22Yerin maqnit sahəsi intensivliyinin üfüqi toplananının təyini. 92

23Elektronun xüsusi yükünün maqnetron vasitəsilə təyini. 96

24Juberüsuluiləsarğacınöz-özünəinduksiyaəmsalının təyini. 101

25Holl effektinin öyrənilməsi. 105

26 Ferromaqnitlərin maqnit xassələrinin öyrənilməsi. 109

27 Refraktometr vasitəsilə mayelərin sindirma əmsalının təyini. 114

28Nyuton həlqələri vasitəsilə əyrilik radiusu və dalğa uzunluğunun təyini. 117

29 Lazer şüalanmasının dalğa uzunluğunun difraksiya qəfəsi vasitəsilə təyini. 121

30 Buger qanunun öyrənilməsi və lazer şüalarının mayelərdə udulma

əmsalının təyini. 125

31 Malyus qanununun öyrənilməsi və lazer şüalanmasının polyarlaşma

dərəcəsinin təyini. 128

32 Stefan-Bolsman sabitinin təyini. 132

33 F otoelementin inteqral həssaslığının təyini.. . 136

34 İşiq diodu vasitəsilə plank sabitinin təyini. . 140

35 Qeyri -müəyyənlik münasibətinin yoxlanması. . 147

MÜƏLLİFLƏRDƏN
Son illərdə ölkəmizdə bir sıra uğurlu təhsil islahatları həyata keçirilmişdir.Yeni təhsil konsepsiyasına uyğun olaraq kredit təhsil sisteminə keçidlə əlaqədar bakalavr təhsil pilləsi üçün yeni dərslik və dərs vəsaitlərinin hazırlanması zərurəti meydana çıxmışdır.

ADNA-nın bakalavr təhsil pilləsində təhsil alan I kurs tələbələri fizikadan laboratoriya dərslərinə hazırlaşarkən əvvəlki illərdə nəşr olunmuş vəsaitlərdən istifadə edirdilər. Lakin bu vəsaitlərin bəziləri mənəvi cəhətdən köhnəlmiş, digər qismi isə son dövrlərdə laboratoriyalarda qoyulan işləri əhatə etmir və günün tələblərinə cavab vermirdi. Odur ki, 2010-cu ildə Q.T.Həsənov, Ə.Ə.ƏIiyev, M.A.Musayev və D.C.Əsgərov tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 6 iyul 2010-cu il tarixli 1016 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş «Fizikadan laboratoriya işlərinə rəhbərlik» adlı vəsaitin yenidən işlənməsi və laboratoriyalardakı işlərə uyğunlaş­dınlması zərurəti yarandı.

Təqdim olunan dərs vəsaiti ADNA-nın «Fizika» kafedrasında fəaliyyət göstərən laboratoriya işlərinə uyğun tərtib edilmiş və bakalavr təhsil pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Dərs vəsaiti yazılarkən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 12.07.2011-cü ildə təsdiq edilmiş Ali təhsil məktəblərinin texniki ixtisasları üçün fizika kursunun ümumi proqramı və bu proqram əsasında fizika kafedrası üçün Energetika fak ü ltəsi Elmi Şurasının 10 yanvar 2012-cı il tarixli 2 saylı protokolu ilə təsdiq olunmuş işçi proqram əsas götürülmüşdür.

XƏTALAR HAQQINDA
Hər hansı bir fiziki kəmiyyəti ölçərkən uyğun ölçü cihazından istifadə edilir. Təbiidir ki, ölçmənin nəticəsi heç zaman mütləq dəqiq ola bilməz. Fiziki kəmiyyətin mümkün qədər dəqiq qiymətini tapmaq üçün bir neçə dəfə təkrar ölçü aparmaq lazımdır və təkrar ölçü zamanı ölçü şəraiti dəyişməz qalmalıdır.

Təcrübə zamanı buraxılan xətanın qiyməti qəbul edilmiş üsuldan, ölçü cihazının və müşahidəçinin dəqiqliyindən asılıdır. Təcrübdə buraxılmış xətalar xarakterinə görə sistematik və təsadüfi xətalara ayrılır.

Sistematik xəta: a) cihazın düzgün dərəcələnməməsi; b) şkalanın düzgün qoyulmaması; c) cihazın saz olmaması; d) cihazda olan tarazın düzgün qoyulmaması və s. səbəblər nəticəsində ortaya çıxır. Belə xətaları aradan qaldırmaq mümkündür.

Təsadüfi xətalar isə əsasən cihazın və ölçünü aparan şəxsin özünün dəqiqliyindən asılıdır. Belə xətanı tamamilə aradan qaldırmaq mümkün olmasa da həmin xətanın təcrübənin nəticəsinə nə dərəcədə təsir etdiyini təyin etmək olur. Ölçü zamanı müəyyən xəta buraxıldığından ölçdüyümüz fiziki kəmiyyətin həqiqi qiymətini təyin edə bilməsək də, aldığımız nəticənin həqiqi qiymətə nə dərəcədə yaxın olduğunu qiymətləndirə bilərik.

Ehtimal nəzəriyyəsi və statistik metodlarla təsadüfi xətaların öyrənilməsi göstərir ki, fiziki kəmiyyətin həqiqi qiymətinə yaxın qiyməti onun ədədi orta qiymətidir. Tutaq ki, eyni şəraitdə bir fiziki kəmiyyəti ölçərkən I təcrübədən alınan qiymət a1, II təcrübədən alınan qiymət a2 , III təcrübədən alınan qiymət a3, n-ci təcrübədən alınan qiymət isə an olmuşdur.

olar. Burada n – təcrübələrin sayını göstərir.

Ayrı-ayrı təcrübələrdə buraxılmış mütləq xətalar isə

Comments are closed, but trackbacks and pingbacks are open.