Press "Enter" to skip to content

Vərəsəlik münasibətləri necə tənzimlənir

İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir: “Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.”

Bağışlama, bağışlanan əşyaların geri qaytarılması və ondan imtina məsələləri necə həyata keçirilir?

Məhkəmələrdə qaldırılan mülki iddialar arasında çoxluq təşkil edən məsələlərdən biri də bağışlama ilə bağlıdır.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İzzət/

Məhkəmələrdə qaldırılan mülki iddialar arasında çoxluq təşkil edən məsələlərdən biri də bağışlama ilə bağlıdır. Redaksiyamıza müraciət edən oxuculardan bir çoxu bağışlanma ilə əlaqədar bəzi məsələlərə aydınlıq gətirilməsini istəyirlər. Bununla bağlı Trend-in sorğusunu cavablandıran Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlı bildirib ki, bağışlama bağışlama müqaviləsi əsasında həyata keçirilir.

Hüquqşünasın sözlərinə görə, bağışlama müqaviləsi hədiyyə verən şəxs sağ ikən bağlanır və bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır: “Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Hədiyyə verən (bağışlayan) şəxs ümumi mülkiyyətdə olmayan və ya vərəsəlik hüququ ilə məhdudlaşmayan əmlakını bağışlaya bilər.”

Hüquqşünas bağışlamanın etibarlı hesab olunduğu əsaslar barədə məlumat verərək bildirib ki, ilkin olaraq daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bundan əlavə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir: “Bağışlamanın etibarlı olması üçün daşınar əşyalar bağışlanarkən hədiyyə verən əşyanı hədiyyə alana verməlidir. Tələblərin və digər hüquqların bağışlanması zamanı onlar yazılı surətdə qarşı tərəfə keçirilməlidir. Əgər şəxs gələcəkdə bağışlama vəd edirsə, bu vəd notariat qaydasında təsdiqlənməlidir.”

Zamanlı deyib ki, bağışlayan şəxs qarşı tərəf bağışlanan əşyanı qəbul edənədək istədiyi vaxt onu geri ala bilər. Hədiyyə verənin ölməsi halı üçün bağışlama isə vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir: “Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər. Hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmuş olsun. Qalan hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri üçün məsuliyyət daşıyır.”

Hüquqşünas qeyd edib ki, hədiyyə verən bağışlamaqdan imtina da edə bilər: “Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina da edə bilər”.

Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, eləcə də vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda ləğv edə və onun icrasından imtina edə bilər.

İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir: “Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.”

Zamanlı əlavə edib ki, bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, eləcə də hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.

Vərəsəlik münasibətləri necə tənzimlənir?

Vərəsəlik məsələsi bu gün çox aktual bir mövzudur. Vərəsəlik Mülki hüququn mürəkkəb bir institutudur. Mən isə burada daha ilkin və lazımlı olan sadə şeyləri qeyd edəcəm. Hər hansı şəxsin dünyasını dəyişməsindən sonra onun övladları, və ya digər yaxın qohumları arasında miras bölgüsü ilə bağlı mübahisələr yarana bilər. Bu zaman sizə lazım olan məlumatlar, ilkin və əsas etməli ya da bilməli olduğunuz şeylər olcaqdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.

Əgər şəxs sağlığında özünə məxsus əmlakın bölüşdürülməsi ilə bağlı vəsiyyətnamə tərtib etməmişsə , o öldükdən sonra miras qalan əmlakın bölgüsü qanun üzrə vərəsəlik formasında həll olunur. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, ər və ya arvad, valideynlər, həmçinin övladlığıa götürülənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hətta nikahdankənar doğulmuş uşaqlar da ölmüş atanın vərəsəsi sayılırlar. Bir şərtlə ki, atalıq qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş olsun. Birinci növbəli vərəsələr olmadıqda digər qohumlar vərəsə kimi tanına bilərlər. Lakin birinci növbəli vərəsələrdən birinin olması digər qohumların vərəsə kimi tanınmasından imtina edilməsi üçün əsasdır. Ümumiyyətlə, ər və arvad nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyətçisi sayıldığına görə onlardan biri vəfat edərkən yalnız vəfat edənin payına düşən əmlak miras kimi bölüşdürülə bilər.
Əgər şəxs vəfat etməmişdən əvvəl öz əmlakını vərəsələrə və ya kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edərsə, bu zaman şəxsin ölümündən sonra miras vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülür. Vəsiyyətnamə sadə yazılı formada və notarial təsdiq edilmiş formada tərtib edilə bilər. Əgər şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, bu zaman notarial formada təsdiq edilmiş etibarnaməyə üstünlük verilir.

Vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs əmlakını kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının və valideynlərinin mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı miqdarında olmalıdır.

Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə ilə müraciət edərək mirası qəbul edə və ya mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mirasın qismən qəbul edilməsinə, və ya qismən ondan imtina edilməsinə yol verilmir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş şəxsə mirasın açıldığı gündən altı ay keçdikdən sonra vərəsəlik şəhadətnaməsi verilir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd edilmiş şəxsin əldə etdiyi hüquqları göstərilir. Şəhadətnamədə bütün övladlar yazılmalı və onlar vərəsə kimi göstərilməlidir. Əgər hansısa övlad (bacı yaxud qardaş) vərəsəlik şəhadətnaməsi aldığı zaman digər uşağı (ayrı yaşayır deyə) göstərmirsə, bu, qanunsuzluqdur. Bu hal digər övlada sonradan məhkəmə mübahisəsi açmağa haqq verir.

Qeyd edək ki, həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik mümkün deyil. Bu halda bu növ vərəsəlik qanun üzrə vərəsəlik adlandırılır.

Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.

Vərəsəlik açıldıqda qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən, övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. İkinci növbədə ər-arvad, valdeynlər, bacı-qardaş durur. Üçüncü növbədə nənələr, babalar dayanır. Dördüncü növbədə xala, dayı, bibi, əmi, beşinci növbədə isə dayı, xala, bibi, əmi uşaqları varis sayıla bilər.

Əgər ölən şəxsin b irinci növbəl i qohumu yoxdursa, varislik avtomatik olaraq növbəti qohuma keçir“.
Miras qoyan şəxsin nəvə və nəticələri də vərəsə ola bilərlər, lakin: “Onlar bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, yəni onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar.

Qanunvericiliyə görə, miras iki formada əldə edilə bilər : miras açıq elan edildikdən sonra notariat kontoruna ərizə ilə müraciət etməklə mirası faktiki idarə etməklə. Vərəsə həmin iki haldan biri ilə mirası qəbul etmirsə, ona pay çatmır. Baxmayaraq ki, o qanuni vərəsə hesab olunur.

Bundan başqa, vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə y eni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.

Valideynlər övladlarından imtina edə bilər?

Azərbaycanda valideynlər övladlarından imtina edə bilər? Əgər valideynlər övladlarından imtina edərlərsə, hara müraciət etməlidirlər? Valideynlər övladlarından imtina etdikdən sonra, onlara əmlakdan pay düşür?

Bununla bağlı e-huquq.az-ın suallarını vəkil Anar Məmişov cavablandırıb.

“Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyamızda nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edir” – deyə, vəkil bildirib.

Onun sözlərinə görə, Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər: “Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Uşaq hüquqları həmçinin bir sıra ölkəmizin tərəftar çıxdığı beynəlxalq müqavilə və milli qanunvericilik aklarımızla da müdafiə olunur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq Hüquqları” haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

Göründüyü kimi, qanunvericilik aktları uşaqlara qayğı göstərməyi valideynlərin vəzifəsi kimi müəyyən etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Qanunvericiliyində valideynin övladdan imtina etməsi ilə bağlı hər hansı bir norma mövcud deyil. Belə olan halda valideynin övladdan imtina etməsi qeyri-mümkün olduğu üçün bunun proseduru da müəyyən edilməmişdir.

Digər tərəfdən qeyd etmək lazımdır ki, övladların valideynlərin əmlakından pay almaq hüququ yoxdur. Bu yalnız valideyn rəhmətə getdikdən sonra onun öldüyü an məxsus olduğu əmlakların vərəsəlik qaydasında birinci dərəcə vərəsə hesab olunan övladlarına keçməsi yolu ilə mümkündür”.

A.Məmişov deyib ki, ancaq Mülki Məcəllənin normaları valideynin öz övladını miras əmlakından məhrum etməsi üçün imkan verir: “Bu, bir neçə formada mümkündür: – Mülki Məcəllədə vərəsəlikdən məhrum etmə bəzən məcburi pay sahibi olan vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsi formasında mümkündür. Belə ki Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.

Həmçinin Mülki Məcəllənin 1176-cı maddəsinə əsasən, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

Həmçinin valideyn öz övladını ləyaqətsiz vərəsə formasında da miras əmlakından məhrum edə bilər. Bu Mülki Məcəllənin “Ləyaqətsiz vərəsə” başlığını daşıyan 1137-ci maddəsində tənzimlənmişdir. Bu normaya əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneçilik törətmiş və bununla da özünün və ya özünəyaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin”.

Comments are closed, but trackbacks and pingbacks are open.