Press "Enter" to skip to content

Albaniya dövləti

Albanlar yaylaq maldarlığı ilə məşğul olur, yayda mal-qaranı alp çəmənliklərinə qaldırır, qışda düzənliklərə endirirdilər. Albanlar ev heyvanlarından qoyun, keçi, inək, donuz, at, dəvə, it, ev quşlarından toyuq, xoruz və s.saxlayırdılar. Yağ əldə etmək üçün nehrələrdən istifadə olunurdu. Süd süfrəyə xüsusi süddan qablarda qoyulurdu. Qoyunları qırxmaq üçün dəmir qayçılardan istifadə edirdilər. Qəbirlərə qurbanlıq heyvan parçaları, bəzən müqəddəs hesab etdikləri heyvanların fiqurlarını qoyurdular. Albanlar balıqçılıqla da mәşğul olurdular. Balıqçılar balıqları tor və ya qarmaqlar vasitəsilə tutur, duzlayır vә qurudurdular. Ovçuluqla məşğul olan albanların çöl donuzu, maral, tülkü, durna və s. heyvanları ovladıqları arxeoloji qazıntılardan aydın olur.

Albaniya dövləti

Xristianlıq I əsrdə yaranaraq dünyəvi dinlərdən biri olmuşdur. 56-cı ildə Apastol Faddeyin şagirdi, Yerusəlimin ilk patriarxı apostol Yakovun rəsmi səlahiyyətli elçisi müqəddəs Yeliseydən xristianlığı qəbul etmiş Albanlar Qafqazın ilk xristianları olmuşdur.

Müqəddəs Yeliseyin Albaniyanın Qis (Kiş) yaşayış məntəqəsində Qansız qurban verdiyi (tikdiyi) məbəd Qafqazada ilk xristian məbədi olmuşdur. Xristianlıq 311-ci ildə Roma imperiyası tərəfindən tanınmış və 313-cü ildə Milan fərmanı ilə azad din elan edilmişdir. 325-ci il Nikey yığıncağından xristian dini Roma imperatoru Konstantin rəhbərliyi ilə dövlət dini kimi qəbul edilmişdir.

Albaniyada xristianlığın dövlət tərəfindən rəsmi tanınması və dövlət dini kimi qəbul edilməsi Roma imperiyasında xristianlığın rəsmən tanınması və dövlət dini elan edilməsi prosesindən bir il sonra baş vermişdir. Xristianlığı azad din elan edən Milan edikti 313-cü ildə Roma imperiyasında qəbul edildikdən bir il sonra Albaniyada 314-cü ildə tətbiq edilmişdir. Nikeyada 325-ci ildə xristianlığı Roma imperiyasının dövlət dininə çevirmiş qərar 326-cı ildə Albaniya dövləti tərəfindən də qəbul edilmişdir.

Alban tarixçisi Moisey Kalankatuklunun verdiyi məlumatlardan belə aydın olur ki, Alban çarları dövlət idarəçiliyi sahəsində mühüm qərarlar verir. Bütün ölkə ərazisində kilsə və monastırların inşası həyata keçirilir. Alban çarlı III Vaçaqan tərəfindən V əsrdə çağırılmış Aquen məclisi mühüm rol oynamışdır. Bu məclisdə Albaniya (xristian) dövlətinin konstitusiyası rolunu oynayan qanun qəbul edildi. 21 maddədən ibarət olan bu qanunla, nəinki xristian dininin adətləri (qaydaları), habelə ölkənin xristianlıqdan doğan sosial-iqtisadi problemlərini nizama salmışdır. Aquen kilsə məclisindən sonra Alban kilsəsinin xristian aləmi ilə passiv mərhələdən çıxaraq aktiv mərhələyə qədəm qoymuşdur. Ölkə ərazisində ilin günlərinin sayı qədər kilsə və monastırların inşası davam etdirilmişdir.

Ərəb xilafəti Sasanilər imperiyasını işğal etdikdən sonra xristianlığın diofizit təriqətinə əks mövqedə olan monofizit təriqətini müdafiə etməsi cənubi Qafqaz Albaniyasında mövcud vəziyyəti daha da gərginləşdi. 681-ci ildə Alban Knyazı Cavanşirin öldürülməsi və katolikos müqəddəs Yelizarın vəfatından sonra vaxtilə Girdman yepiskopu olmuş, xristianlığın diofizit təriqətinə mənsub olan Nerses Bakur siyasi basqılar səbəbindən monofizit təriqətini qəbul edərək 687-ci ildə Alban katolikosu seçildi.

Nerses Bakurun 14 ildən sonra Alban knyazı Varaz Trdatın arvadı həmin təriqətin tərəfdarı olan Alban çariçası Sparama ilə gizli razılaşmaya gəlib diofizit təriqətinə keçir. Nerses Bakurun nəyə görə məhz 14 ildən sonra diofiztliyə keçmə cəhdinin səbəbini 699-cu ildə vergilərin azaldılması üçün Bizans imperatoru ilə danışıqlar aparmaq məqsədi ilə öz oğulları ilə bərabər orada səfərdə olan alban çarı Varaz Tiridatın həbs edilməsi ilə əlaqədar olmuşdur. Məhz onların həbsdən azad etmək məqsədlə də çariça Sparama alban əyanları, yepiskopları və katolikosu Nerses Bakurla məsləhətləşdikdən sonra Alban kilsəsini yenidən diofizitliyə qaytarmışdı.

701-ci ildə Nerses Bakurun Albaniyanı diofizit təriqətinə keçirtmək cəhdi, xəlifə Əbdül-Məlikin əmri ilə taxtından devrilməsinə səbəb oldu. Nerses devrildikdən sonra başda alban knyazı Şero olmaqla bütün alban feodal əyanları Əbdül-Məlik divanı qarşısında İsanın iki təbiətinə ibadət edəcəkləri halda qılıncdan keçirilmələrinə dair öhdəlik götürdülər. Lakin bu proses uzunmüddətli olmayıb ərəb xilafətinin zəiflədiyi dövrə, IX əsrin sonuna kimi davam etmişdi. Məlikə Sparama Nersesə yardım etdi, onlar əyanların köməyi kilsələrin çoxunun səcdəgahlarını sökdürür.

Məhz təriqətin dəyişməsi kilsələrdə səcdəgahın sökülməsi ilə yekunlaşırmış ki, katolikos Nerses Bakur monofizit təriqətindən diofizit təriqətinə keçərkən səcdəgahların sökülməsi məsələsinə xüsusi diqqət yetirmişdi. Burada diofizit kilsəsi ilə monofizit kilsəsi arasında olan əsas fərqlərdən birinin altarla bağlı olduğu bəlli olur. Diofizit kilsələri memarlıq nöqteyi-nəzərdən altar hissəsi döşəmə səviyyəsindən 50 sm hündürlüdə olub, altar sərhədinə malikdir. Keşişin orada etdiyi hərəkətləri, kilsəyə ibadətə gələn şəxslər tərəfindən görülməsi qadağandır.

Monofizit kilsələrinin altar hissəsi döşəmə səviyyəsindən 70 sm və 1 m hündürlükdədir və diofizit təriqətli kilsələrdən fərqli cəhəti ondan ibarətdir ki, bu altar acıqdır və ibadətə gələnlər keşişin orda etdiyi hərəkətləri görə bilər. Altarların döşəmə səviyyəsindən hündürlüyü İsa peyğəmbərin təbiətinə olan müasibətədən doğur. İsa peygəmbərin ilahi və insani təbiətini qəbul edənlər, yəni diofizit keşiş ibaətə gələn xristianlardan çoxda hündür olmayan altarda dini ayini icra edir. İsanin ilahi və insani təbiətini qəbul edib lakin insani təbiətin ilahi təbiətdə əridiyini düşünən monofizit keşiş isə ibadətə gələn mömunlərədən yüksəkdə dəyanaraq dini ayini icrasini həyata keçiridi. Qafqaz Albaniyası ərazisində hər iki altara malik kisələrə rast gəlinmişdir.

Xristianlığın hər hansı bir təriqətinə ibadətədə olan dindar şəxs irqi və milli mənsubiyyət göstəricisi daşımadığı üçün kilsə altarlarında olan bu cür fərqlər təbii qəbul edilməlidir. Misal üçün Azərbaycan ərazisində hakim İslam dinin həm sünni həmdə ki, şiə təriqətləri hakim mövqeyə sahibidir. Azərbaycan ərazisində aparılan axeoloji və memarlıq bərpa işləri zamanı əksər kilsələrin altar hissələrində zamanla bu kimi təqiqət dəyişikliyi izlənmişdir.704-cü ildə Bərdə məclisində alban kilsə monofizit təriqətini hakim təriqət kimi qəbul etmişdir. Bunun əsas təşəbbüskarı olan Şero 705-ci ilə kimi alban knyazı Varaz-Trdatın Bizans imperiyasında olmasından istifadə edərək hakimiyyəti mənimsəmişdi.

Alban tarixçisi Moisey məlumat verir ki, Varaz-Trdatın romalılar ölkəsində qaldığı beşinci ili xilas olub ölkəsinə qayıtdı. Bundan sonra o ölkəsini taciklərə (ərəblərə) təslim edib vergilərini də yalnız onlara ödədi. Məhz bu fakt bir daha sübut edir ki, Alban dövlətçiliyinin rəsmən ləğv edilməsinin 704-cü il Bərdə məclisinə heç bir əlaqəsi yoxdur. Alban tarixçisi Moisey məlumatına əsasən 822-ci ildə Varaz Tiridat öldürüldü. Həmin Varaz Tiridat Albaniyada nəsildən-nəslə hökmranlıq edən Mihranilərin sülaləsindən idi. O, Albaniyanın Mihranilər sülaləsindən birinci knyazı Varaz Qriqordan sonra səkkizinci hökmdar idi.

Mihranilər sülaləsindən dördüncü hökmdar olaraq 705-ci ildə hakimiyyətini bərpa edən Varaz Tiridatdan 822-ci ildə öldürülən Varaz Tiridat da daxil olmaqla dörd alban çarı hakimiyyətdə olmuşdu. 837-ci ildə Bağdaddan on iki min atlı qoşun çıxıb Albaniya ölkəsinə basqın etdi. Elə həmin ildə çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat xürrəmilər hərəkatının başçısı Babəki tutaraq xəlifənin ixtiyarına verdi. Əvəzində İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və o, bu ölkələrdə çar kimi hakimlik etdi. Mənbəyə əsasən 822-ci ildə öldürülən Varaz Tiridatdan sonra Albaniyada hakimiyyət çar nəslindən olan Səhl ibn Sumbata keçmiş və göstərilən məkanda alban xristian hakimlərinin hökmranlığı davam etmişdi.

Bu hadisədən sonra 861-ci ildə Albaniyanın şimal-şərq ərazisində ərəb mənşəli məzyədilər sülaləsinin başçılığı ilə Şirvanşahlar öz müstəqilliyini elan etmiş və Azərbaycan tarixi torpaqlarında biri digərini əvəzləyən feodal dövlətləri yaranmağa başlamışdı. 893-cü ildə mömin knyaz Qriqor Hammam tənəzzül etmiş Albaniya çarlığını şimal-qərb regionunda bərpa etdi. Müsəlman Şirvanşahlar və Sacilər dövlətləri ilə paralel Azərbaycan ərazisində xristian dövlət qurumu tarix səhnəsində qalmaqda davam edirdi. Hamamın bərpa etdiyi Alban dövləti XI əsrin əvvəllərinə kimi, 1008-ci ildə Kaxetiya xoryepiskopu Davidin hərbi qüvvələri və Eretinin (Gürcü mənbələrində Albaniya) hakim dairələrinin bəzi nümayəndələrinin köməyi ilə Albaniyanın (Eretiyanı) işğalı ilə başa çatdı. 822-ci ildə öldürülən Varaz-Tiridatın arvadı, qızı Sparamanı Sünikin hakimi Səhl oğlu Adarnersehə ərə verdi. Bu nəslinin nümayəndəsi Senekərim (Senekərim 1084/5 çarlıq etmişdir), vasitəsilə çoxdan yox olmuş çarlığı bərpa etdirdi.

Buradan da aydın olur ki, çoxdan yox olmuş çarlıq gürcülər tərəfindən 1008-ci ildə işğal olunmuş alban çarlığı (Eretiya) Mehranilərlə ana xətti ilə qohum olan Sünik Çarı Senekərimin (Yovhannesi) tərəfindən bərpa edilmişdi.

XII əsrin sonlarına yaxın tarixi Zəngəzur və Naxçıvan ərazilərini əhatə edən Sünik knyazlığı dağıldı. Buradakı hakim sülalə knyazlar Qriqori və Sumbat 1166-cı ildə ölümü ilə kəsildi. XII əsrin sonu-XIII əsrin əvvəllərində Xaçın ərazisində təşəkkül tapan Xaçın knyazlığını İ.A.Orbeli qədim Albaniyanın bir hissəsi adlandırırdı. Xaçın knyazlığının mərkəzini, Xaçınçay və qismən də Tərtər çayının hövzələrin əhatə edirdi. 1215-ci ildən bu knyazlığın başında alban Mihranilər nəslinə mənsub olan Həsən Cəlal (1215-1261) dururdu. Dövrün epiqrafik yazılarda Həsən Cəlal, “knyazlar knyazı”, “şahanə əzəmətli”, “Xaçın ölkələri knyazı”, “Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı”, “hökmdar”, “tacdar”, “Albaniya hökmdarı”, “Albaniyanın sərhəd bölgələrinin əzəmətli sahibi” titulları ilə göstərilmişdi. Həsən Cəlalın özü isə özünü “mütləq hökmdar” adlandırırdı.

Gəncəsər məbədindəki yazıda Həsən Cəlal Arsax ölkəsinin və Xaçın hüdudlarının həqiqi mütləq hökmdarı kimi qeyd edilir. 1216-1238-cı illərdə Həsən Cəlal alban katolikosu Nersesin xahişi ilə Albaniyanın baş kilsəsi adlandırdığı Gəncəsər monastır kompleksinin tikintisinə başlamaq haqqında əmr verir. Bu kompleks Xaçın hakimlərinin Cəlalilərin ailəvi türbəsi yerləşən eyni adlı qədim monastırın yerində ucaldılmısdır. Ona həsr olunmuş ən təmtəraqlı titul Gəncəsər monastırındakı kitabədə əks olunmuşdu. “Allahın müti bəndəsi olan mən, Həsən Cəlal Vahtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş hüdudlara malik, uca və möhtəşəm Alban ölkəsinin həqiqi mütləq hökmdarı. XV əsrdə alban Həsən Cəlalın nəsli Qaraqoyunlu Cahanşahdan “məlik” titulu aldı. Sonralar Cəlalilər nəsli beş muxtar alban feodal məlikliyinə (Gülüstan, Cəraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı.

Qeyd etmək yerinə düşər ki, İ.A.Orbelinin məqaləsində göstərir ki, Xaçın alban knyazlığının artıq XII əsrdə, 1182-ci ildə Cəlalın babası Həsən tərəfindən oğulları arasında 6 (5) knyazlıqlara parçalanması prosesi aparılmışdı, lakin XV əsrdə bu knyazlıqlar məlik adlandırılmağa başlanıldı. Həsən-Cəlal nəsli XV əsrədək Xaçında dünyəvi hakimiyyətə malik olmuş, XV əsrdə məlik titulu daşıyan bu nəslin nümayəndələri həm də Gəncəsərdə yerləşən Alban avtokefal apostol kilsəsinin patriarx-katolikosları vəzifələrini yerinə yetirmişlər. Onlar bu zamandan etibarən dünyəvi hakimiyyətlə bərabər, Qaraqoyunlu, Ağqoyulu və Səfəvilər dölətinin tərkibində və sonrakı dövrlərdə Qarabağ xanının təəbəsi olaraq öz fəalyyətlərini davam etdirməklə 1836-cı ildək Gəncəsər Alban katolikosluğunun dini hakimiyyətin rəhbəri olmuşlar.

Xristian dininin IV əsrin birinci yarısında Qafqaz Albaniyasında dövlət dini kimi qəbulundan sonra tarixi Azərbaycan və xüsusilə də Qarabağ ərazisində XIX əsrin birinci yarısına kimi alban xristian abidələrinin tikintisi davam etmişdir. Məlumdur ki, Alban apostol kilsəsi IV əsrdən 1836-cı ilə qədər müstəqil olmuşdur. Katolikosluğun mərkəzi əvvəl Çola, (Dərbənd) VI-VIII əsrlərdə Bərdə, VIII-IX əsrlərdə Berdakur, (Qazax) Gədəbəy yaxınlığında Çarek-Hamşi (Çanaqçı), Xaçın ərazisində qısa müddətdə Xudavəng (Dadivəng) kilsəsi və sonda 1240-1836-cı illərdə Gəncəsərdə (Kəlbəcər) yerləşmişdi.1805-ci ildə Rusiya İmperiyası Qarabağ xanlığını işğal edir. Hansı ki, burada Alban Avtokefal apostol kilsəsi yeddi əsr öz katolikosları ilə fəaliyyət göstərmişdir. 1828-ci ildə Qacarlarla Türkmənçay sülh müqaviləsi və 1829-cu ildə Osmanlı imperiyası ilə Ədirnə müqaviləsinin bağlanması Rusiya imperiyasına imkan verir ki, hər iki dövlət ərazisində olan erməniləri işğal olunmuş Azərbaycan torpaqlarına köçürərək müsəlman dövlətləri ilə sərhəddə mövcud təhlükəni dəf etmək üçün yeni bufer ərazi yaratsın. Bu məqsədlə də imperiya mənsubları əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisini seçirlər. Hansı ki, XV əsrdən (1441) erməni qriqorian kilsəsi eçmədzində özünün az tərkibli dini xadimləri ilə Qaraqoyunlu Cahanşahın icazəsi ilə fəaliyyət göstərməyə başlayır və tədqiqatlar göstərir ki, onların Qafqazda XIX əsrə qədər yepiskopları da olmamışdı.

1836-cı ildə ermənilər Mərkəzi Gəncəsər olan müstəqil Alban kilsəsinin yeparxiyaya cevirərək eçmədzinə tabe edilməsinə nail oldular. Tanınmış rus tarixçi-etnoqrafı V.L.Veliçko yazır ki, XIX əsrin əvvəllərinə kimi ayrıca Avqan, yaxud da Gəncəsər katolikosu var idi, hansı ki, Eçmiədzin kilsəsi ilə rəqabət aparır və müstəqil fəaliyyət göstərirdi. Köçürülmə siyasəti nəticəsində say etibarı ilə yerli xristian əhalini üstələyən və xristianlığın monofizit təriqətinə ibadət edən ermənilər yerli əhaliyə məxsus kilsə və monastırları mənimsəyərək zamanla onların qriqorianlaşdırılması və erməniləşdirilməsinə nail oldular.

Rusiya Sinodunun dini arxivlərdə yerləşən lazımsız sənədlərin məhv edilməsi qərarı adı altında Alban kilsəsinə məxsus dini və tarixi əsərləri Cənubi Qafqaza köçürülən ermənilər tərəfindən məhv edildi. XX əsrin 90-cı illərində Ermənistanın işğalçı siyasəti nəticəsində tarixi Azərbaycan ərazisi olan Qarabağ bölgəsi işğal edildi. Onun nəticəsi kimi Qarabağ bölgəsində mövcud alban xristian abidələrinin ornament və epiqrafik məlumatlarına əlavələr edilmiş, alban xristian abidələrində qanunsuz arxeoloji qazıntılar aparmış, bir çox abidələr konservasiya və ya bərpa edilərək dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edilmişdi.

Albaniya

Əhəmənilərin ərazisinə hakim olan İskəndərin imperiyası e. ə. 323-cü ildə onun dünyasını dəyişməsi ilə dağıldı. Müasir Azərbaycan türklərinin yaşadığı şimal torpaqlarda e. ə. IV əsrdə Albaniya, cənubunda isə Atropatena dövləti yarandı.
Albanlar haqqında ilk məlumatı verən romalı tarixşünas Strabon yazmışdır ki, albanlar İberlərlə Kaspi dənizi arasında yaşayırdılar. Dövlətin qərb sərhəddi isə antik mənbələrdə Kambis kimi göstərilən İori olub. İndiki Gürcüstanın şərq hissəsi də onların hakimiyyətində olub. Yenə Strabona görə, dövlətin şimal sərhəddi Qafqaz dağları ilə əhatələnib. Qafqazların dənizə yaxın hissəsinə isə Keraun deyilirdi ki, Ptolomey də Alban ərazisinin şimalda Soana çayına kimi gedib çıxdığını yazmışdır.
Alban tayfa birləşməsi 26 boydan yaranıb. Strabon yazırdı ki, “onlar bir-birilərilə çətin ünsiyyətə girirlər”. Bu tayfaların hərəsinin öz dili olub; lakin türk tayfaları daha apancı mövqedə olduğuna görə, şübhəsiz ki, Albaniyada ümumi ünsiyyət dili türkcə olmuşdur. Alban soyları Kür çayının orta və aşağı axarında və çayın sol sahilində məskunlaşmışlar. Çayın sağ sahilində isə kaspi tayfaları yaşayırdı. Bəzi alimlər bunları da albanlardan hesab edirlər. Etnik ayrılıqlar onların qəbir tiplərindən və dəfn adətlərindən də aydın olur. Küp qəbirlər, çiy kərpicdən düzəldilmiş abidə məzarlar (sərdabələr), saxsı-təknə qəbirlər, katakomba adlanan quyu qəbirlər (quyu divarının bir hissəsi oyulur və orda ölü ilə avadanlığına görə yer açılır, dəfn bitdikdən sonra məzarın ağzı hörülürdü) və s. Albaniyada yaşayan xalqların mədəniyyətləri haqda məlumat verir.
Müasir mənbələr sübut edir ki, albanlar özlərinin xaricində qalan 25 tayfanı öz hakimiyyətləri altına salmışlar. Bunların böyük əksəriyyəti albanlarla qohum olsa da, bir qismi mənşəcə onlardan fərqli idilər. Araşdırmaçılar arasında albanların sak nəslindən gəldiyi və ya onların yaşadığı torpaqların yerliləri olduqları barədə ixtilaflar vardır.
Tarixi qeydlərə əsasən Alban tayfalarından hesab edilən və şimali Azərbaycanın Qəbələ bölgəsində yaşayan az saylı udinlərin ata-babaları qəbul edilən utilər Alazanla Kür çayının qovşağında; leqlər Samur çayının axarının dağlıq hissəsində; lupenlər Qafqaz dağlarının cənub ətəklərində; qarqarlar Qafqazların şimalında (sonralan isə Qarabağın düzənlik yerlərində) yaşayıblar.
Albaniyada türklərin əksəriyyəti təşkil etdiyinə dair məlumatlar getdikcə artmaqdadır.
Eramızın 510-cu ilində Albaniya dövləti Sasanilər imperiyası tərəfindən işğal olunub.

Paytaxtı Qəbələ və Bərdə şəhərləri

Hökmdarların hakimiyyət illəri: Aranilər sülaləsi —
e.ə. II əsr Aran
e.ə. 65-? Oroys
e.ə.36-? Zober
Alban Arşakilər qolu–
Eramızın 215-255 I Vaçaqan
255-262-ji illər I Vaçe
?- Mirhavan
?- Satoy
?- Asay
?- Asvaqen
?- II Vaçe
359-371 Urnayr
493-510 III Vaçaqan

Albaniya Dövləti Qədim Dövrdə

Albanlar Siyasət Pul Təsərrüfat Sənətkarlıq Xristianlıq Yazı sistemi

ALBANİYA VƏ ALBANLAR

E.ə. IV- eramızın VII əsrlərində Azərbaycanın әsasәn şimal vilayәtlәrini əhatə edən ölkәnin vә onun xalqının antik mәnbәlәrdәn mәlum olan adlarıdır. Bu mənbələrə görə alban tayfaları cәnubda Araz çayı vә Talış dağlarından şimalda Böyük Qafqaz sıra dağlarının şimal-şәrq ətəklərinədək olan ərazidə məskunlaşmışdı. Bu ərazidə başqa tayfalar da – kaspi, uti, aynian, anariak, savdey, qardman, her, gel, leq, didur, çilb, lpin və b. yaşamışdır. Onlar Yaloylutəpə və küp qəbirləri mədəniyyətlərinin sahibləri olmuş, vahid dövlət yaratmışlar.

ALBANİYANIN SİYASİ TARİXİ

Qədim dövrlərdə Araz çayından şimalda yaşayan çoxsaylı tayfalardan biri albanlar idi. Albanlar Qavqamelada Makedoniyalı Aleksandra qarşı döyüşmüşlər. Antik məlumatlara əsasən, Albaniya dövləti e.ə. IV əsrdə yaranmışdır. E.ə. III əsrdə Makedoniyalı Aleksandrın pullarına oxşar yerli gümüş alban pullarının kəsilməsi, üzərində müxtəlif süjetlərin əks olunduğu üzük formalı möhürlərdən istifadə olunması dövlətin mövcudluğundan xəbər verirdi. Qədim Alban dövlətinin paytaxtı Qəbələ şəhəri idi.

E.ə. IV əsrin II yarısında Azərbaycanın cənubunda Atropatena, şimalında isə Alban dövləti artıq mühüm siyasi amilə çevrilmişdi.

Albaniyanın şərq sərhədini Xəzər dənizi, qərb sərhədini isə İberiya (İori çayınadək) təşkil edirdis. Kaspi-Xəzər dənizini həm də Alban dənizi adlandırmışdılar. Alban dövlətinin şimal hüdudları Dərbənddən yuxarı, Samur dağ silsiləsindən başlayırdı; Araz çayı isə Alban dövlətinin cənub sərhədi hesab olunurdu.

Strabona görə, Albaniyada yaşayan 26 tayfanın içərisində kaspiləri, utiləri, qarqarları, qardmanları, leqləri, gelləri və başqalarını göstərmək olar. Onlar e. ə. I minilliyin ortalarında daha böyük tayfanın adı ilə – albanlar adlandırılmışdır. Antik müəlliflərə görə əvvəllər burada hər qəbilənin öz padşahı var idisə, artıq e.ə. I əsrin 60-cı illərində bütün alban qəbilələrinə bir padşah başçılıq edirdi. Roma sərkərdələri Pompeyin yürüşləri zamanı Albaniyanı Oroys, Antoninin yürüşləri vaxtı isə Zober adlı hökmdar idarə edirdi. E.ə. I əsrdə Albaniyanın hökmdarı Aran olmuş, sonralar hakimiyyət onun nəslinə – Aranşahilərə mənsub olmuşdur. Alban müəllifinə görə Arandan başlayraq Albaniyada hakimiyyətə Parfiya Arşakilərinin nəslindən olan, I Qoçaq Vaçaqan, I Vaçe, Urnayr, II Vaçaqan, Mirhavan, Satay, Asay, Arsvaqen (Yesuagen), II Vaçe və Mömin III Vaçaqan gəlmişdir.

Albaniyada hökmdardan sonra ən böyük hörmət sahibi antik dövrdə baş kahin sonralar xristian kilsəsinin başçısı sayılırdı. Baş kahin əhalisi sıx olan böyük müqqəddəs məbəd torpağına başçılıq edirdi və məbəd qulları da onun ixtiyarında idi. Albaniyada hakim zümrəyə əyanlar və kahinlər daxil idi. Cəmiyyət ali zümrə ilə yanaşı, kəndlilər, sənətkarlar və tacirlərdən ibarət idi. Misir, Mesopotamiya, Yunanıstan, Roma kimi klassik quldar dövlətlərindən fərqli olaraq Albaniyada qul əməyindən az istifadə olunmuşdur. Strabona görə, Pompeyin yürüşləri zamanı albanlar romalılara qarşı 60 min piyada və 22 min atlı qoşun çıxarmışdılar.

E. ə. I əsrdə romalıların hərbi planlarında Albaniya və qonşu İberiya önəmli yer tutmağa başlamışdı. E.ə. 66 və e.ə. 65-ci illərdə Roma sərkərdəsi Pompey Albaniya üzərinə yürüş etmiş, Kür çayı və Alazan çayı döyüşlərində qalib gəlsə də, sonda geri çəkilməyə məcbur olmuşdu. Romalılara qarşı kişilərlə birlikdə mənbələrdə amazonkalar adlandırılan alban qadınlarının da qəhrəmanlıqla vuruşması antik Roma müəlliflərinin heyrətinə səbəb olmuşdu.

Roma imperatoru Oktavian Avqustun hakimiyyətinin sonlarına aid Ankir kitabəsində Albaniya hökmdarının Roma ilə dostluq etmək niyyətindən bəhs edilmişdir. Bu yazı göstərir ki, eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil idarə edən Alban hökmdarları Roma ilə dinc münasibətlər qurmağa çalışırdılar. Qobustanda bir qaya üzərində Roma imperatoru Domisianın adı ilə bağlı olan kitabənin qalması eramızın I əsrində Roma-Alban əlaqələrindən xəbər verir.

Bizim eranın I – II əsrlərində şimaldan gələn sarmat-alan tayfalarının yürüşləri talançılıq məqsədi daşıdığından Albaniyaya böyük ziyan vurmuşdu.

ALBANİYANIN PULLARI

Azərbaycanda monetar pul dövriyyəsinin tarixi Makedoniyalı Aleksandrın gümüş draxma və tetradraxmaları ilə başlayır. Aleksandrın ölümündən sonra yaranmış ellinist dünyası ilə sıx əlaqələri nəticəsində Azərbaycanda bir çox xarici ölkənin – Makedoniya, Frakiya, Afina, Roma, Vifiniya, Kappadokiya, Pont, Selevkiya, Parfiya, Baktriyanın gümüş sikkələri işlədilirdi. Azərbaycan beynəlxalq əmtəə-pul mübadiləsi sferasına daxil olur, öz pul vahidlərini – gümüş draxmalar və tetradraxmalarını zərb edirdi. İlk alban zərbxanası, çox ehtimal ki, Albaniyanın paytaxtı Kabalaka (indiki Qəbələ) şəhərində yerləşir və təqlidi alban sikkələri də burada kəsilirdi. Azərbaycan dövlətçiliyinin ilkin və önəmli rəmzləri olan bu sikkələr Albaniyanın inkişaf etmiş əmtəə-pul münasibətlərinin səviyyəsindən və formalaşmış dövlət siyasi-inzibati qurumlarından xəbər verir.

ALBANİYADA TƏSƏRRÜFAT

Qafqaz Albaniyasının iqtisadiyyatı əkinçilik, maldarlıq, sənətkarlıq və ticarət üzərində qurulmuşdur. Yaşayış yerləri və qəbir abidələrindən ölkə təsərrüfatının hər sahəsinə aid maddi-mədəniyət nümunələri aşkar olunmuşdur.

Əkinçilik

Albaniyanın əhalisi ağac xış və bel ilə yeri şumlayır, torpağa dənli bitkilər səpir, süni arxlar vasitəsilə suvarır, məhsulu dəmir oraqlar və dəryazlarla biçir, sünbülü heyvan qoşulmuş vəllərlə döyür, taxılı quyulara və küplərə yığır, dəni qayıqvari dən daşları və istifadəsi I-II əsrlərdən başlamış əl dəyirmanları vasitəsilə üyüdürdü. Albaniyada su dəyirmanları da olmuşdur. Bir çox abidələrdən əkinçilik alətləri və müxtəlif bitki qalıqları, Mingəçevirdən isə quyuların birində hətta 15 kiloqram un, qabların birindən isə buğda unundan yoğrulmuş xәmir tapılmışdır. Albanlar bağçılıq və bostançılıqla məşğul olur, qoz, nar, şaftalı, gilas, üzüm və s. meyvə ağacları, qarpız, qabaq kimi bostan məhsulları yetişdirirdilər. Üzümü xüsusi şirə çıxaran təknələrdə (axurlarda) sıxır, şirəsini qıcqırdaraq şərab əldə edirdilər. Mingəçevirdən tapılmış pambıq çiyidləri albanların texniki bitkilər də becərdiyini göstərir.

Şamaxıda və Qəbələdə arxeoloji qazıntılar zamanı şərab istehsal edilən emalatxanaların qalıqları və şərab saxlanılan çoxlu böyük küplər tapılmışdır.

Maldarlıq

Albanlar yaylaq maldarlığı ilə məşğul olur, yayda mal-qaranı alp çəmənliklərinə qaldırır, qışda düzənliklərə endirirdilər. Albanlar ev heyvanlarından qoyun, keçi, inək, donuz, at, dəvə, it, ev quşlarından toyuq, xoruz və s.saxlayırdılar. Yağ əldə etmək üçün nehrələrdən istifadə olunurdu. Süd süfrəyə xüsusi süddan qablarda qoyulurdu. Qoyunları qırxmaq üçün dəmir qayçılardan istifadə edirdilər. Qəbirlərə qurbanlıq heyvan parçaları, bəzən müqəddəs hesab etdikləri heyvanların fiqurlarını qoyurdular. Albanlar balıqçılıqla da mәşğul olurdular. Balıqçılar balıqları tor və ya qarmaqlar vasitəsilə tutur, duzlayır vә qurudurdular. Ovçuluqla məşğul olan albanların çöl donuzu, maral, tülkü, durna və s. heyvanları ovladıqları arxeoloji qazıntılardan aydın olur.

ALBANİYADA SƏNƏTKARLIQ

Albaniyada dulusçuluq özünəməxsus çalarları ilə intensiv olaraq inkişaf etmişdi. Burada qonşu ölkələrdə təsadüf edilməyən süddanlar, birayaqlı və üçayaqlı vazların istehsalı geniş yayılmışdı. Saxsı məmulatı dulusçuluq kürələrində bişirilirdi. Kürələr dördkünc və ellips formalı, ikiyaruslu (aşağı yarusda yanacaq, yuxarı yarusda isə bişirmə kameraları) olurdu. Dulusçular müxtəlif ölçülü və formalı qablarla yanaşı, kirəmit, heykəlcik, əyircək və b. gil əşyalar da hazırlayırdılar.

Albaniyada metaldöymә, metalda naxışaçma vә qəliblәrdә metaltökmә geniş yayılmışdı. Metal iki üsulla – qızdırılaraq vә ya soyuq halda döyülürdü. Yerli zərgərlər əlvan metallardan və qiymətli daşlardan müxtəlif bəzək əşyaları hazırlayırdılar. Qazıntılar zamanı yerli və xarici istehsal olan müxtəlif qolbaqlar, boyunbağılar, qaşlı və qaşsız üzüklər, sırğalar, sancaqlar, toqqa bəndləri, piləklər, asmalar, müxtəlif muncuqlar aşkar edilib.

II-III əsrlərdən başlayaraq şüşə istehsalına da başlanılmışdı. Onlar əvvəllər isə şüşə qablar və bəzək əşyaları Yaxın Şərq ölkələrindən idxal olunurdu.

Albaniya əhalisi kətan, yun, pambıq və ipəkdən parçalar toxuyurdu. Bunun üçün istifadə olunan sapları ağac iylərlə əyirirdilər. Azərbaycan arxeolaqları yaşayış yerləri və qəbirlərdən çoxlu sayda gil, daş və ağac əyircəklər, yun, iplik və sap yumaqları, dəzgah hissələri aşkar etmişlər. Yaşayış yerindəki döşəmələrin birindən açıq-qəhvəyi rəngli xalça və ya palaz qalığı tapılmışdır.

Antik dövrdə Albaniyada daxili ticarət inkişaf edir, xarici ticarət əlaqələri genişlənirdi. Beynəlxalq ticarət yollarından biri Xəzər dənizinin sahilindən keçərək, şimalla cənubu birləşdirirdi. Albaniyadan beynəlxalq su yolu da keçirdi. Mənbələrə görə Hindistandan gətirilən malları Oks çayı (Amudərya), Hirkan dənizi (Xəzər) və Kür çayı ilə su yolu vasitəsi ilə, bir qədər də da quru yolla getməklə, Qara dənizə çıxarmaq olurdu. Albaniyanı İberiya ilə birləşdirən ticarət yolu haqqında Strabon məlumat vermişdir. Ölkəyə xaricdən şirli saxsı, şüşə və metal qablar, bəzək əşyaları da gətirilirdi.

E.ə. I minilliyin ortalarında Albaniyada sənətkarlığın və ticarətin inkişafi üçün əlverişli olan yerlərdə salınmış yaşayış məskənləri böyüməyə başlamışdı. Ellinizm dövründə ölkə dünya ticarətinə qoşulmuşdu. Nəticədə belə məskənlərdən bəziləri şəhərlərə çevrilmişdi. Antik müəlliflər antik Albaniyanın 29 şəhər və böyük yaşayış yerlərinin adını çəkmişlər: Kabalaka (Qəbələ), Kemaxiya (Şamaxı), Ayniana, Anariaka, Xəzər dənizi sahilində Telaba, Gelda, Albana, Qaytara və b.

ALBANİYADA XRİSTİANLIQ

Strabona görə albanlar Səma, Günəş və Ay allahlanna sitayiş edirdilər. Albaniyada ilk xristian icmaları eramızın ilk əsrlərinin başlanğıcında, Yerusəlimdən və Suriyadan həvarilərin (apostolların) və onların şagirdlərinin buraya gəldikləri vaxtdan meydana çıxmışdır. Xristianlığın dövlət dini kimi qəbulu alban hökmdarı Urnayrın adı ilə bağlıdır. 313-cü ildə Urnayrın başçılığı ilə alban əyanları xristianlığı qəbul etdi. Lakin əhali arasında hələ də köhnə inanclar – tanrıçılıq, maniçilik, zərdüştilik geniş yayılmışdı. 488-ci il Aquen kilsə məclisinin qərarları yeni dinin feodal əsaslarını qaydaya salmaqla yanaşı əvvəlki dinlərin təqib olunmasını qanuniləşdirdi. Xristianlığın yayılmasında təkmilləşdirilmiş alban əlifbasının yaranması, məktəblərin təşkili, Bibliya və b. dini ədəbiyyatın tərcüməsi böyük rol oynadı. Xristianlığın qəbul edilməsi ilə əlaqədar olaraq burada mərkəzi günbəzli və bazilikal sitayiş qurğuları meydana çıxdı. Azərbaycanın şimal-qərbində, Qum kəndində olan bazilika, Böyük Əmili (Qəbələ) və Ləkit (Qax) kəndlərindəki dairəvi məbədlər Azərbaycanın ilk xristian abidələridir.

ALBAN YAZISI

Albaniya yazı mədəniyyətinə malik olmuşdur. Mingəçevirdən tapılmış xaçaltı daşda 52 hərf, qalan abidələrdə (gil şamdanlar, qablar və s.) isə 140-dək hərf işarəsi olduğu müəyyən edilmişdir. Alban hərflərinə bir sıra keramika əşyalarında, bəzi Yaxın Şərq monastırlarında qalmış əlyazmalarında isə bütöv mətnlərə rast gəlinir.

Comments are closed, but trackbacks and pingbacks are open.