Press "Enter" to skip to content

PayPal ödəniş sistemindən istifadə Azərbaycan üçün əlçatandırmı? ARAŞDIRMA

Bildiyiniz kimi, Azərbaycanda paypaldan qeydiyyatdan keçdiyinizdə yalnız internet üzərindən ödənişlər edə bilirsiniz və heç bir halda Paypal hesabınıza ödəniş qəbul edə bilmirsiniz.

Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ.

Bildiyiniz kimi, Azərbaycanda paypaldan qeydiyyatdan keçdiyinizdə yalnız internet üzərindən ödənişlər edə bilirsiniz və heç bir halda Paypal hesabınıza ödəniş qəbul edə bilmirsiniz.

Bu yazımda, Azərbaycanda ola-ola internet üzərindən necə ödəniş qəbul edə biləcəyinizi sizə izah edəcəm.

OxşarYazılar

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu

Dropshipping üçün trend məhsul

5 mərhələdə, ödəniş qəbul edə biləcəyiniz Paypal hesabına sahib olun.

  1. Gürcüstana səyahət edirsiniz.
  2. Qaldığınız otelin və ya evin adresini bir yerə qeyd edin, çünki daha sonra bank və Paypal hesabı açmaq üçün lazım olacaq.
  3. Gürcüstanda Geocell və ya Beeline nömrəsi alın, həm bankda həm də Paypalda lazım olacaq. Nömrə aldıqdan dərhal sonra nömrədə Roaminqi aktivləşdirməyiniz lazımdır. Azərbaycanda olduğunuz zaman Bank və ya Paypal əməliyyatları zamanı nömrənizə qısa mesajla kod göndərə bilərlər.
  4. TBC bankda VİSA Classic kartı qeydiyyat edin. Təkrar edirəm VİSA Card. Master Card ilə pul qəbul etmək mümkün olmayacaq. Əgər bank tərəfindən mümkün olsa Visa gold kartı açdırın. Gələcəkdə bankomatdan daha çox pul çıxara biləsiniz deyə.
  5. Gürcüstanda olduğunuz zaman paypal.com saytına daxil olun və Paypal Business hesabınızı qeydiyyatdan keçirin. Azərbaycan pasportundakı məlumatlarınızla qeydiyyatdan keçə bilərsiniz, heç bir problemi yoxdur. Fəaliyyət növü hissəsinə isə hansı işdən sizə ödəniş gələcəksə onu qeyd edəcəksiniz.

Beləliklə, 5 mərhələdə sizin artıq ödəniş qəbul etməyə hazır Paypal hesabınız olacaq.

Xaricə getmədən Azərbaycanda Paypal hesabını necə qeydiyyatdan keçirim?

Paypal ilə Azərbaycandan pul qəbul eləmək üçün sizin Paypal hesabınız xaricdə qeydiyyat olmuş olmalıdır. VPN (Virtual Private Network) -dən və ya VPS ( Virtual Private Server) -dən istifadə etməklə kompyuterinizin və ya mobil cihazınızın İP ( İnternet Protocol) -sini dəyişə bilərsiniz. Paypalın dəstəklədiyi ölkələrin İP-si ilə sayta daxil olub Biznes hesabı qeydiyyat edirsiniz.

Gələcəkdə Paypal tərəfindən blok olunmamaq üçün qeydiyyat zamanı hansı tədbirlər görülməlidir ?

Paypalın gələcəkdə sizin hesabı blok eləməməsi üçün sizin kompyuterinizdəki saat, İP dəyişərək girdiyiniz ölkənin saatı ilə eyni olmalıdır. Bu halda ən məsləhətlisi Gürcüstan İP-si ilə qeydiyyatdan keçməyinizdir. Gürcüstan ilə Azərbaycan eyni saat qurşağında olduğu üçün gələcəkdə heç bir problem yaşamayacaqsınız.

Stripe ilə ödəniş qəbul etmək üçün nə etmək lazımdır ?

Təəssüf ki, Stripe nə Azərbaycanı nə də Gürcüstanı dəstəkləyir. Buna görədə ən optimal variant ya onlayn Amerika şirkəti qeydiyyat edərək VPN ilə İP dəyişib Amerikada qeydiyyat etməkdir, yada Amerikaya səfər edib orada həm bank hesabı açıb həmdə Stripe hesabı açıb geri qayıtmaqdır. Daha sonra Azərbaycandan da hər dəfə İP dəyişərək hesabınıza daxil olmalısınız.

Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları üçün Stripe hesabının açılması

Bəli, bu mümkündür. Sizə Payoneer hesabı, Amerikada virtual adres, telefon nömrəsi və EİN ( Employer İdentification number) nömrəsi lazım olacaq.

Birinci addım:

Payoneerdə qeydiyyatdan keçmək üçün bu linkə daxil olun: Payoneerdə qeydiyyat . Mənim linklə qeydiyyat etdiyiniz üçün $25 qeydiyyat bonusu alacaqsınız.

Payoneerdə qeydiyyat etmək tamamilə pulsuzdur və siz Amerika bank hesabı və kartına sahib olmuş olursunuz. Qeydiyyatdan keçərkən sizdən Bank hesabınızın rekvizitləri tələb oluna bilər, o zaman Azərbaycanda olan hər hansısa bankınızın rekvizitlərinizi qeyd edə bilərsiniz. Rekvizitlər sizdə yoxdursa banka müraciət etməklə ala bilərsiniz.

İkinci addım:

EİN nömrəsi almaq üçün bu formu doldurun. Daha sonra Amerikanın vergi departamenti olan İRS-ə zəng edin 1 (800) 829-4933 və onlara sizə EİN nömrəsi almaq istədiyinizi bildirin.

Onlar sizdən formu doldurub FAKS ilə göndərməyinizi istəyəcəklər, amma siz onları inandırın ki, sizdə Faks aparatı yoxdur və bu prosesi telefonla etmək istəyirsiniz.

Operator sizdən hazır formunuzun olub olmadığını öyrənəcək və form hazırdırsa sizdən hər bir punktu onlara oxumağınızı xahiş edəcək.

15 dəqiqə sonra sizin artıq EİN nömrəniz hazır olacaq, hansıkı qisa vaxtda sizin Azərbaycandakı ev adresinizə göndəriləcək.

Üçüncü addım:

sizə Amerikada poçt qəbulu üçün ünvan lazım olacaq. Sizə Mailboxforwarding-i məsləhət görürəm. Qeydiyyat edərkən “freemonth” kupon kodunu qeyd edin və xidmətdən 1 ay pulsuz istifadə edin. Sizin amerikada adresiniz olacaq və sizin adresə gələn hər bir sənədin şəklini onlayn görə biləcəksiniz. Hətta Azərbaycandakı adresinizədə göndərilməsini istəyə bilərsiniz.

Dördüncü addım:

Amerika telefon nömrəniz olması üçün Sonetel saytında qeydiyyat edirsiniz və gələn zəngləri öz Azərbaycan nömrənizə yönləndirirsiniz.

Hamısı hazır olduqdan sonra İP adresinizi VPN ilə Amerikaya dəyişib Stripe saytında qeydiyyat edirsiniz.

Stripe.com saytında qeydiyyat üçün emailinizi, şifrənizi və s yazıb qeydiyyat edin, daha sonra emailə gələn məktubu təsdiqləyin. Emailinizi təsdiqlədikdən sonra hesabınıza daxil olun LIVE/TEST seçənəyindən LIVE seçib hesabınızı aktivləşdirin. Məlumatları aşağıda qeyd etdiyim formada doldurun

Country: United States

Business type: Individual / Sole Proprietorship

EIN: İRS-dən aldığın EİN nömrənizi bura qeyd edin

Address: Amerikadakı adresiniz

Phone: Sonetel-dən aldığınız Amerika nömrəniz

SSN: 000–000–000

Bank account: Payoneer hesabınıza daxil olun, RECEİVE –> Global Payment Service klik edin və orada olan bank məlumatlarını STRİPE-da daxil edin.

SSN ( Sosial təhlükəsizlik nömrəsi ) sizdə olmadığı üçün qeyd etdiyim formada 000-000-000 yazırsınız. Daha sonra sizdən SSN nömrəsi təkrar tələb oluna bilər və siz operatora bildirməlisiniz ki, siz Amerika vətəndaşı deyilsiniz və sizin yalnız EİN nömrəniz var. Sizdən sübut üçün Azərbaycan pasportu tələb olunacaq və pasportu təqdim etdiyinizdən sonra hesabınız tam hazır vəziyyətdə olacaq.

Təbrik edirəm, artıq həm Paypal, həm də STRİPE hesabınız var və hesabınıza ödəniş qəbul edə bilirsiniz.

Başqa nələr haqqında məlumat almaq istəyirsinizsə şərhdə qeyd edin və ya sosial şəbəkələrdəki hesablarımdan mənə yazaraq bildirin və növbəti yazımda sizin sualınızı geniş şəkildə cavablayım.

“PayPal” ödəniş sistemindən istifadə Azərbaycan üçün əlçatandırmı? – ARAŞDIRMA

“PayPal” ödəniş sistemindən istifadə Azərbaycan üçün əlçatandırmı? – ARAŞDIRMA İnternet üzərindən xidmət göstərən məşhur ödəmə sistemlərindən biri də ”PayPal” ödəniş sistemidir. Paypal ilə dünyanın bir çox ölkəsinə pul köçürmək, alış-veriş etmək mümkündür. Bu zaman internet istifadəçisi vaxt itkisinə yol vermir və bütün bunlara sadəcə olaraq bir neçə dəqiqə sərf edilir. Hazırda dünyada bir çox ölkələrində xeyli sayda biznesmen bu ödəmə sistemindən istifadə edir. Sistem insanlara internet vasitəsilə xidmətlərdən daha sürətli, təhlükəsiz və rahat istifadə etməyə imkan yaradır. Belə ki, “PayPal” vasitəsilə onlayn ticarətdə (eBay kimi elektron ticarət platforması) ödəmələr edilə, sadəcə elektron poçt vasitəsilə bankda olan və ya “PayPal”-dakı hesabınızdan istədiyiniz şəxsə pul göndərilə bilər. Bunun üçün “PayPal” platformasında qeydiyyatdan keçmək lazımdır.

25 Noyabr , 2019 11:57
https://static.report.az/photo/c4b8ae6a-6b5e-4811-8cc3-de29f79dfbb8.jpg

İnternet üzərindən xidmət göstərən məşhur ödəmə sistemlərindən biri də ”PayPal” ödəniş sistemidir. Paypal ilə dünyanın bir çox ölkəsinə pul köçürmək, alış-veriş etmək mümkündür. Bu zaman internet istifadəçisi vaxt itkisinə yol vermir və bütün bunlara sadəcə olaraq bir neçə dəqiqə sərf edilir. Hazırda dünyada bir çox ölkələrində xeyli sayda biznesmen bu ödəmə sistemindən istifadə edir. Sistem insanlara internet vasitəsilə xidmətlərdən daha sürətli, təhlükəsiz və rahat istifadə etməyə imkan yaradır. Belə ki, “PayPal” vasitəsilə onlayn ticarətdə (eBay kimi elektron ticarət platforması) ödəmələr edilə, sadəcə elektron poçt vasitəsilə bankda olan və ya “PayPal”-dakı hesabınızdan istədiyiniz şəxsə pul göndərilə bilər. Bunun üçün “PayPal” platformasında qeydiyyatdan keçmək lazımdır. Azərbaycanda isə bu ödəniş sistemi bir o qədər geniş yayılmayıb. Ölkəmizdə bir çox ödəniş sistemlərindən istifadə edilsə də “PayPal” hələ əhali arasında kifayət qədər məşhur deyil. “Report” Azərbaycanda “PayPal”dan istifadənin dünya ölkələri ilə müqayisədə geniş yayılmamasının səbəblərini, “PayPal”la bağlı bizdə hansısa məhdudiyyətlərin olub-olmadığını, “PayPal”ın təqdim etdiyi bir sıra üstünlükləri və bunların hansından Azərbaycanda istifadə olunduğunu araşdırıb. Bunun üçün ilk növbədə ölkədə fəaliyyət göstərən bir neçə bankla əlaqə saxlamışıq. “Report”un suallarına cavab olaraq “Unibank”dan bildirilib ki, istifadəçi öz kartında olan balansı “PayPal” hesabına köçürə bilər: “Bəzən bir sıra ölkələrin kartları xarici alış-veriş saytlarında keçərli olmur. Həmin saytlar bu ölkələrə aid bank kartlarından ödəmə qəbul etmir. Elə ölkələr var ki, onların kartı hər yerdə tanınmır. Amma sizin “PayPal” hesabınız varsa rahat şəkildə istənilən xarici saytlardan alış-veriş edə bilərsiniz. Digər tərəfdən, “PayPal” vasitəsilə pul köçürmək də xeyli rahatdır. Yalnız e-mail ünvanı vasitəsilə qarşı tərəfə pul köçürmək mümkündür. Həm də “PayPal”ın müştəri xidmətləri çox yaxşı işləyir. Nə zaman hansısa istifadəçi bir problemlə əlaqəli müraciət etsə, operativ şəkildə cavablandırırlar”. Digər bir neçə bankdan isə topladığımız məlumata görə, Azərbaycanda heç bir bankda “PayPal” hesabda olan pulları nağdlaşdırmaq mümkün deyil, hansı ki, qonşu Gürcüstanda bu əməliyyatları həyata keçirmək olur. Eyni zamanda, xaricdən Azərbaycana “Paypal” hesabına pul göndərmək mümkünsüzdür. “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, Azərbaycanda ödəniş sistemləri ilə bağlı qanunun qəbul edilməməsi “PayPal”dan da geniş istifadə edilməsini ləngidir:

“Azərbaycanda “Paypal” sistemi tam funksional işləmir”.

Osman Gündüz Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru

“PayPal” dünyaca məşhur, qlobal, ən çevik, ən effektiv, ən təhlükəsiz və dünyanın bir çox ölkələrində tam funksional şəkildə işləyən ödəniş sistemidir. İnsanlar onun vasitəsilə həm ödəniş edə, həm də pul qəbul edə bilirlər. İstifadəçi öz bank kartını “PayPal”da qeydiyyatdan keçirdikdən sonra onun hesabına gələn pul kartına yüklənir. Azərbaycanda isə bu sistem vasitəsilə yalnız ödəniş etmək mümkün olsa da, pul qəbul etmək mümkün deyil. Siz Azərbaycanda “PayPal”dan istifadə edərək pul qazana bilməzsiniz. Ona görə də bir sıra azərbaycanlı biznesmenlər “PayPal”dan istifadə etmək üçün özlərinə Türkiyə və ya Gürcüstan banklarında hesablar açır və oradan “PayPal”a inteqrasiya olurlar. Yəni Azərbaycanda “PayPal” sistemi tam funksional işləmir. Azərbaycanda 3 ildir ödəniş sistemləri ilə bağlı qanun layihəsi müzakirə olunsa da, hələ ki, bu qanun qəbul edilməyib. Ona görə də ödəniş sistemləri ilə bağlı müəyyən çatışmazlıqlar mövcuddur. Xatırlayıram ki, 5-6 il bundan öncə “PayPal” nümayəndələri Azərbaycanda onlar üçün müəyyən bir şəraitin olmamasından gileylənirdilər. Bununla bağlı Azərbaycanda ödəniş sistemlərinə aid qanunvericilik əsasları hazırlanmalı idi. Lakin hələ də bu qanun qəbul edilməyib. Səhv etmirəmsə layihənin hazırlanması Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib və Palata bu layihəni hazırlayıb. Qanunvericiliyə görə həmin qanun layihəsinə Maliyyə Nazirliyi , Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi rəy verməlidir. Bildiyimə görə İqtisadiyyat və Ədliyyə Nazirlikləri öz rəyini verib. Lakin düşünürəm ki, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən bu ilin sonuna qədər sözügedən məsələnin həlli yekunlaşmalıdır”. Maliyyə Bazarlarına Nəzarət Palatasından isə verilən məlumata görə, “PayPal”ın bəzi xidmətlərinin Azərbaycan üçün keçərli olmaması təşkilatın həyata keçirdiyi siyasətlə əlaqədardır: “Qeyd edilməlidir ki, “PayPal” sistemində açılmış hesablar üzərindən ödənişlərin aparılması və bu hesablara vəsaitlərin mədaxil edilməsi imkanı təşkilat tərəfindən istifadəçilərə təqdim edilir. Təşkilatın fəaliyyət istiqamətindən asılı olaraq bu ölkədən ölkəyə fərqlənir. Ölkəmizdə bu imkanın olmaması təşkilatın həyata keçirdiyi siyasətlə əlaqədardır. Qeyd edilməlidir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası olaraq ölkədə ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, rəqabət mühitinin daha da inkişaf etdirilməsi, innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Bu sahədə Palata tərəfindən Dünya Bankından cəlb edilmiş texniki ekspertiza əsasında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib. Qanun layihəsi bank olmayan ödəniş xidməti təchizatçılarının, o cümlədən ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının fəaliyyətinin hüquqi əsaslarını, elektron pulun emissiyası və istifadəsi üzrə hüquqi bazanı müəyyən edəcək. Qanun layihəsinin qəbul olunması xarici bank olmayan ödəniş xidməti təchizatçılarının ölkəmizdə fəaliyyəti üçün hüquqi bazanı da formalaşdırmış olacaq”.

Alexandra.hun saytında paypal ilə necə ödəyə bilərəm?

İstifadəçilərimiz tərəfindən bizə tez-tez ünvanlanan sualların siyahısını təqdim edirik. Ola bilsin ki, Sizi maraqlandıran sual bu siyahıda öz əksini tapıb. Əks halda *1919 Məlumat Mərkəzimiz və ya [email protected] e-poçt ünvanımıza müraciət edə bilərsiniz.

E-PUL İLƏ ƏLAQƏ SAXLAMAQ

Əgər bizim məlumatlar bazasında Sizi maraqlandıran suala cavab tapa bilmədinizsə, bu zaman bizim mütəxəssislər ilə zəng etmək və ya mesaj yazmaqla əlaqə saxlaya bilərsiniz.

Qeydiyyat və daxil olma

Bu, pulsuz və çox asandır. Saytda QEYDİYYAT bölməsində mobil telefonunuzun nömrəsini daxil etmək və şifrə yaratmaq lazımdır. Bundan sonra telefon nömrənizin saytda qeydiyyatını təsdiq etmək üçün şifrə olan SMS alacaqsınız. Qeydiyyatdan keçəndən sonra öz profilininzə daxil olun.

Diqqət!
Qeydiyyatdan keçmək üçün istifadə etmək istədiyiniz telefon nömrəsi aktiv olmalıdır!

Qeydiyyatda olan mobil nömrəni qeyd edib, şifrə olan bölməsini boş saxlayaraq, “Şifrəni unutmuşam” düyməsini basın və təlimatlara riayət edin.

Masterpass sistemində kartı yadda saxlamaq üçün qaydalar: Hesablarım bölməsinə daxil olub, Mәnim kartlarımı seçin vә bank kartınızı qeyd edilәn tәlәblәrә uyğun olaraq Masterpassa əlavə edirsiniz. Әmәliyyatı icra edәrkәn, kartınızdan tәsadüfi məbləğ (0.50azn-ə qədər) çıxılacaq. Hәmin mәblәği zәruri xanaya yazaraq, qeydiyyatı tamamlayın. Çıxılan mәblәğ avtomatik olaraq kartın balansına geri qaytarılacaq. Əgər SMS bankçılıq aktiv deyilsə, kartdan çıxılan məbləğ haqda məlumatı bankınıza müraciət edərək əldə edə bilərsiniz.

www.E-PUL.az saytında aşağıdakı kartlar qeydiyyatdan keçirilə bilər: BolKart (Bank of Baku) və istənilən Visa və MasterCard.

Ödənişin statusunu kabinetdəki Tarixçə menyusunda yoxlaya bilərsiniz. Əgər ödənişi tapmadınızsa, yaxud ödənişlə bağlı digər problem yaranmışdırsa, xüsusi online müraciət formasını doldurub bizə göndərin, problemin həlli üçün mütəxəssislərimiz Sizinlə əlaqə yaradacaqlar, yaxud *1919 nömrəsinə zəng edin.

Qəbzi şəxsi kabinetinizdə çap edə, yaxud elektron poçt ünvanınıza göndərə bilərsiniz. Tarixçə menyusunda ödənişi tapın, “çap et”, yaxud “elektron poçta göndər” düyməsini qeyd edin.

E-Pul.az portalında qeydiyyatdan keçmiş bütün istifadəçilər yerinə yetirdikləri hər bir ödənişə görə bonuslar qazanırlar. Ödənilən hər bir manata görə bonusun hesablanma qaydası linkdə https://www.e-pul.az/epay/resources/pdf/bonus_epul.pdf göstərilib.

1.Avtomatik ödəniş etmənin üstünlüyü nədən ibarətdir?
Ödənişlərinizi dövriliyə, məbləğə və xidmətə uyğunlaşdıra bilərsiniz. Sistemdə qeydiyyata alınmış kartlar arasında seçdiyiniz kartdan avtomatik ödəniş xidməti vəsaiti ödəyəcək. Bu servis E-Pul hesabı olan istifadəçiyə özünün bilavasitə iştirakı olmadan sistematik ödənişlərin avtomatik silinməsinə imkan verir.
2. Avtomatik ödənişləri istənilən vaxt saxlamaq mümkündürmü?
İstifadəçi dövri ödənişləri saxlamaq qərarına gəlirsə, bu halda onun şəxsi kabinetində müxtəlif imkanlar yaranır. O, hər hansı bir xidmət üzrə avtomatik ödənişləri müvəqqəti saxlaya və ya tamamilə onu avtomatik ödənişlər siyahısından çıxara bilər.

Ödəniş

1.Tarixçə özündə hansı məlumatları əks etdirir?
E-Pul.az-da qeydiyyata düşdükdən sonra edilən bütün ödənişlər haqqında məlumat burada öz əksini tapır. İstifadəçi zəruri ödəməni tarix üzrə, şirkətin adı üzrə, məbləği üzrə əldə edə bilər.
2. Axtarılan ödənişdə hansı məlumatlar əks olunur?
İstifadəçi axtarılan ödənişə müraciət etdikdən sonra əldə edəcəyi məlumatlar bunlardır:Keçmiş ödənişlər üzrə edilmiş ödəmələrin tarixi, ödəniş edilmiş xidmətin adı, ödəniş edilmiş xidmətin məbləği, tranzaksiya həyata keçirilmiş kart barədə məlumat, ödəniş almış şirkətin adı və ya şəxsin məlumatları.

1.Virtual kartdan necə istifadə edə bilərəm?
Azərbaycanda ilk dəfə E-Pul.az-da Virtual karta sahib ola bilərsiniz. Bu, plastik kartın mövcud olmayan, yəni virtual fotmasıdı. Siz bu kartdan internet alış-verişlərində və ödənişlərin yerinə yetirilməsində rahatlıqla istifadə edə bilərsiniz.
2. Virtual kartın məbləği nə qədər ola bilər?
Virtual kartı maksimum 500 AZN məbləğində aça bilərsiniz. Kart üçün xidmət haqqı minimum 2 AZN və ya ödənilən məbləğin 2%-i təşkil edir.
3.Virtual kartın məlumatları harda görə bilərəm?
Sms vasitəsi ilə kartın ilk və son 4 rəqəmi, etibarlığı və CVC kod göndərilir, 16 rəqəm isə qəbzi əldə edərək qəbzdə qeyd olunur.
4.Virtual kartın balansını artıra bilərəm?
Bəli, aşağıdakı vasitələrlə mümkündür:
•Pul Kisəsi
•Plastik kart

Borclar bölməsində istifadəçi borclu olduğu ödəməalanların siyahısını yarada bilir. Sistem istifadəçinin hesabını yoxlayaraq, borcun məbləği və mənbəyi haqqında məlumat verir. Bu isə borcların gecikdirilməsinin qarşısını alır.

Dəvəti qəbul edən hər bir dosta görə 1000 bonus hədiyyə, eləcə də ilk 3 ay ərzində hər dostun etdiyi ödənişlərə görə qazandığı bonusun 10%-nə sahib ola bilərsiniz.

Məlumatların şifrələnməsinin ən yeni proqram-aparat həlləri, yüksək səviyyəli platformalar və məlumatların ikitərəfli təhlükəsizlik kanalları E-Pul.az elektron ödəniş sisteminin və ödəmələrin təhlükəsizliyini təmin edir. E-Pul.az PCI DSS təhlükəsizlik standartının tələbləri informasiya infrastrukturunun bütün səviyyələrdə imtinaya davamlılığını təmin etməyə yönəlmişdir.
Həmçinin, dünyada tətbiq edilən ən təhlükəsis sistem olan Masterpass sisteminə Qafqazda ilk dəfə olaraq E-Pul.az inteqrasiya olunmuşdur.

Pul Kisəsi xidmətində hansı tariflər var?

E-Pul Pul Kisəsi üzrə 2 tarif planı mövcuddur: StandartPremium.

  • Standart tarif planında maksimum balans 100 AZN/USD, istifadə limiti isə 1000 AZN/USD təşkil edir.
  • Premium tarif planında limitlər ləğv olunur. İstənilən məbləği Pul Kisəsinin balansına yükləmək olar.

Premium tarif planına keçid üçün aşağıdakı identifikasiya metodlarından istifadə edə bilərsiniz:

  • Ofisə gəlmək
  • Sifariş etmək
  • Asan İmza

E-Pul.az-da qazandığınız bonusları Azercell və Bakcell danışıq dəqiqələrinə dəyişə bilərsiniz.
Azercell və Bakcell mobil operatorları üzrə 5000 bonus xalı 10 danışıq dəqiqəsinə dəyişmək mümkündür.
Azercell danışıq dəqiqələri ay ərzində maksimum 150 dəqiqə ola bilər. Bakcell üzrə limit tətbiq olunmayıb. Hər 2 mobil operator üzrə birdəfəlik maksimum 100 dəqiqə əldə etmək olar.
Bu dəqiqələr daxili zənglər üçün 3 gün müddətində nəzərdə tutulub.

Facebook Messenger istifadəçiləri E-Pul.az ödəniş sisteminin yeni E-Pul.az Mesencer-Bot-u ilə ünsiyyət qurub, onun vasitəsi ilə Mobil, Kommunal ödənişləri yerinə yetirə bilər, həmçinin, xidmət ilə bağlı suallarını verə bilərlər.
E-Pul.az Bot-unu şəkildəki QR kod ilə dostluğa əlavə etmək olar. Bu, İOS üçün sadəcə kamera, Android üçün xüsusi proqram ilə şəklini çəkməklə reallaşır və ya Messenger əlavəsində E-Pul.az səhifəsini axtarış hissəsindən taparaq, ora keçid etmək lazımdır. “Əsas Menyu” hissəsindən “Mobil Ödənişlər”, “Stasionar telefon” və ya “Kommunal ödənişlər” etmək mümkündür.

  • +994 50 266 44 22
  • m.me/eeepulaz
  • [email protected]

Comments are closed, but trackbacks and pingbacks are open.