Press "Enter" to skip to content

SON DƏQİQƏ

Təqdimatda iştirak edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov nəşrdə uzun illər aparılan tədqiqatların, araşdırmaların nəticələrinin öz əksini tapdığını deyib. Artıq bu kitabın sayəsində tələbələrin Azərbaycan dilində dəqiq bir dərsliyin olmamasıyla bağlı yaranan çətinliklərinin aradan qalxacağını qeyd edib.

Ali təhsil ocağında “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, universitetin Elmi Kitabxanasında biologiya üzrə elmlər doktoru Daşqın Qənbərov, biologiya üzrə fəlsəfə doktorları Seyfəli Qəhrəmənov, Aynur Bayramova, Enzalə Novruzovanın həmmüəllif olduqları “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib.

Təqdimatda iştirak edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov nəşrdə uzun illər aparılan tədqiqatların, araşdırmaların nəticələrinin öz əksini tapdığını deyib. Artıq bu kitabın sayəsində tələbələrin Azərbaycan dilində dəqiq bir dərsliyin olmamasıyla bağlı yaranan çətinliklərinin aradan qalxacağını qeyd edib.

Sonra kitabla bağlı geniş məlumat verilib. Kitabdan ali və orta məktəb müəllim və tələbələrinin, eyni zamanda sistematika ilə məşğul olan tədqiqatçıların da yararlana biləcəyi diqqətə çatdırılıb.

Müəlliflər adından çıxış edən Daşqın Qənbərov universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlıq edib.

Səadət Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

SON DƏQİQƏ

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında biologiya üzrə elmlər doktoru Daşqın Qənbərov, biologiya üzrə fəlsəfə doktorları Seyfəli Qəhrəmənov, Aynur Bayramova, Enzalə Novruzovanın həmmüəllif olduqları “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov nəşrdə uzun illər aparılan tədqiqatların, araşdırmaların nəticələrinin öz əksini tapdığını deyib. Diqqətə çatdırılıb ki, Azərbaycan dilində konkret bir dərsliyin olmaması tələbələr üçün çətinlik yaratsa da, artıq bu kitab sayəsində problemlər aradan qalxacaq. Rektor qeyd edib ki, kitabdan ali və orta məktəb müəllim və tələbələri, eyni zamanda sistematika ilə məşğul olan tədqiqatçılar da yararlana bilər.
Botanika kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımov bildirib ki, kitab Giriş, 2 bölmə, 10 fəsil, 313 səhifədən ibarətdir. Vurğulanıb ki, dərslikdə ibtidai bitkilərin sistematik tərkibi, yayılma zonası, bioloji xüsusiyyətləri və əhəmiyyəti haqqında məlumat verilib, illüstrativ şəkillərlə növlər göstərilib.
Botanika kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Fəridə Səfərova kitab haqda ümumi məlumat verərək bildirib ki, yosunların və şibyələrin növ tərkibi, yayılması, müxtəlif dövrlərdə vegetasiyasının intensivliyinin öyrənilməsi əsasında onların indikator xüsusiyyətlərinin aşkar edilməsi kitabda ətraflı şəkildə işıqlandırılır. Yosunların həyat tərzi və yayılması, təbiətdə və insan həyatında əhəmiyyəti kitabda öz əksini tapıb. Diqqətə çatdırılıb ki, hətta bir sıra ölkələrdə yaşıl yosun kulturaları süni olaraq yetişdirilir və kütləvi artırılmaqla çirklənmiş sututarlara buraxılır.
Müəlliflər adından çıxış edən Daşqın Qənbərov universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.

Comments are closed, but trackbacks and pingbacks are open.