Press "Enter" to skip to content

Agird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin və onun formalaşmasına təsir edən amillərin öyrənilməsi tərbiyə prosesinin idarə edilməsinin mühüm şərtlərindən biridir.

Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu

İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı fəaliyyətinin nəticəsi kimi formalaşır. Bu prosesdə bioloji və sosial amillərin özünə məxsus rolu vardır.
İrsiyyətin rolu. İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət qanunu ona öz təsirini göstərir. İrsiyyətin maddi daşıyıcıları genlərdir. İrsən fiziki əlamətlər (qamət, sifət quruluşu, gözün və saçın rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir.
Bəzi empirik faktlar əsasında qabiliyyətlərin irsən keçməsi haqda müəyyən rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan Baxın 16, Ü.Hacıbəyovun 4 nəslinin öyrənilməsi əsasında bu nəsillərdə çoxlu musiqiçi olduğu müəyyən edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin 256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı olmamışdır.
İnsan nə hazır qabiliyyətlə, nə də “ağ lövhə” kimi doğulur. O, müəyyən təbii imkanlarla dünyaya gəlir. Təbii imkanlara sinir sisteminin və beyin quruluşunun xüsusiyyətləri, analizatorlar sistemi (görmə, eşitmə, danışıq aparatı və s.) daxildir. İnsan genləri və onların mutasiyaları ilə kombinasiyaları həddən artıq çox olduğu üçün (insanın hər bir hüceyrəsindəki xromosomlarda təxminən 20 min gen olur) tam eyni irsi imkana malik olan iki adam tapmaq çətindir.
İnsanın təbii imkanları dəyişməz deyildir. Onlar həyat şəraitinin, tərbiyə və mühitin təsiri ilə dəyişə bilər.

Mühitin rolu.
İnsan müəyyən mühitdə doğulur və böyüyür. Buna görə də istər-istəməz həmin mühitin təsirinə məruz qalır. “Mühit” anlayışı məzmunca geniş olub, insana təsir göstərən xarici amillər sistemini – insanın həyat və fəaliyyəti üçün zəruri olan təbii və ictimai şəraiti əhatə edir.
Mühit insana müsbət və ya mənfi təsir göstərə bilər. İnsanlar üçün yaradılan əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif, təhsil və sağlamlıq ocaqları, əmək və istirahət şəraiti, insan münasibətləri şəxsiyyətin inkişafına güclü təsir göstərən sosial mühit amillərinə daxildir.
Şəxsiyyətin formalaşmasına sosial mühit daha çox təsir göstərir. Sosial mühit iki cürdür: mikro və makromühit. Mikromühit insanı bilavasitə əhatə edən mühitdir (ailə, məktəb, məhəllə, yoldaşlıq mühiti). Makromühit isə cəmiyyət həyatıdır, geniş sosial mühitdir. İnsanın inkişafına hər iki mühit güclü təsir göstərir. Kiçik yaşlarda mikromühitin təsiri böyükdür. Körpəlikdən heyvan sürüsünə düşən uşaqların həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur.
Mikromühit geniş sosial mühitin tərkib hissəsidir. Cəmiyyətdə gedən proseslər ailədə, məktəbdə, əmək kollektivlərində də özünü göstərir. Cəmiyyətin demokratik xarakteri, hüququn aliliyi, ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Valideynlərdən biri məşhur fizik Pifaqordan soruşmuşdu: “Övladımı ağıllı, tərbiyəli böyütmək üçün mən nə etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız ədalətli cəmiyyətdə yaşayarsa, heç nədən narahat olmayın. Əks halda verdiyiniz tərbiyənin də müsbət nəticəsi olmayacaq”.
Cəmiyyət həyatı, onun tələbatları, maddi və mənəvi sərvətləri tərbiyə işində həlledici şərtdir. Şəxsiyyətin tələbatlarını, mənəvi sərvətlərini də cəmiyyət müəyyən edir.

Tərbiyənin rolu.
Şəxsiyyətin inkişafında tərbiyə böyük təsir gücünə malikdir. Mühit insana kortəbii, bəzən də mənfi təsir göstərdiyi halda, tərbiyə məqsədyönlü və planlı təsirdir. İnsanın mühitə münasibəti tərbiyə ilə bağlıdır, onunla tənzim olunur. Tərbiyə mühitin müsbət cəhətlərinə istinad edir, onun mənfi təsirlərini neytrallaşdıra bilir. O, insanda mühitin zərərli təsirlərinə qarşı müqavimət gücü formalaşdırmağa qadirdir. Bunun nəticəsidir ki, heç də hamı mühitin mənfi təsirinə eyni dərəcədə məruz qalmır.
Tərbiyə insanın təbii imkanlarının üzə çıxarılması və inkişafına kömək göstərir. O, uşaqların həyat və fəaliyyətini təşkil etməklə onların maraq və qabiliyyətlərinin inkişafına əlverişli şərait yaradır. Son dövrlərdə respublikamızda idmanın və bədii yaradıcılığın müxtəlif sahələrində gənc istedadların (o cümlədən qızlar arasında) yetişməsi yaradılmış əlverişli şəraitin və tərbiyənin nəticəsində mümkün olmuşdur. Çünki istedad qayğı və şərait tələb edir.
Tərbiyə şəxsiyyəti “layihələşdirir”, onun ahəngdar inkişafını istiqamətləndirir.
Müxtəlif fəaliyyət növlərində iştirak etməklə uşaq müxtəlif tərbiyə keyfiyyətləri, düzgün davranış adətləri qazanır, ictimai varlıq kimi, şəxsiyyət kimi formalaşır. Cəmiyyətin, müəllim və valideynlərin tələbləri tədricən insanın daxili tələblərinə və mövqeyinə çevrilərək, onun rəftar, davranış və fəaliyyətini tənzim edir. Beləliklə, təhsil özünütəhsillə, tərbiyə isə özünütərbiyə ilə qovuşur.

Şəxsiyyətin formalaşmasında insanın şəxsi fəallığının rolu.
İnsan mühitin və tərbiyənin passiv obyekti kimi yox, fəal subyekti kimi çıxış edir, mühitə və tərbiyə prosesinə, özünün şəxsiyyət kimi formalaşmasına fəal təsir göstərir. Tərbiyə uşaq və yeniyetmələri ancaq obyekt kimi qəbul edərsə, çox şeydən məhrum olar, öz məqsədinə çata bilməz.
İnsanın şəxsi fəallığı müxtəlif formalarda təzahür edir: zehni, əmək, fiziki, bədii, ictimai-siyasi fəallıq. Uşaq və gənclərin şəxsi fəallığının əsas vasitəsi onları müxtəlif fəaliyyət növlərinə cəlb etməkdir. Təlim fəaliyyəti insanın bilik və bacarıqlara yiyələnməsinə, ideya-mənəvi tərbiyəsinə və psixi inkişafına kömək göstərir. Əmək fəaliyyəti gənc nəslin əmək və peşə hazırlığında, əxlaqi və fiziki tərbiyəsində, xarakter və iradənin formalaşmasında böyük rol oynayır. İctimai fəaliyyət prosesində yeniyetmə və gənclər sosial təcrübə qazanır, ünsiyyət mədəniyyətinə, kollektivçilik keyfiyyətlərinə yiyələnirlər.
Nəzərdən keçirilən amillər – irsiyyət, mühit, tərbiyə və insanın şəxsi fəallığı bir-biri ilə sıx bağlı olub, bir-birini şərtləndirir.Bu barədə daha ətraflı Şəxsiyyətin inkişafına aid fikirlər yazısında.

  • Teqlər:
  • şəxsiyyət
  • , şəxsiyyətin formalaşması
  • , təkamül

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Şəxsiyyətin formalaşmasına müsbət amillər təsir göstərir. Göstərilən amillərin təsir dərəcəsi də müxtəlifdir. Şəxsiyyətin formalaşması müxtəlif dövrlərdə aktual olmuş və hal- hazırda aktual olaraq qalmaqdadır. Şəxsiyyətin inkişafına təsir göstərən amilləri araşdırmaq üçün onun istiqamətlərini müəyyən etmək lazımdır.

Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, şagirdlərin özünü tərbiyəsini,psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmləri də öyrənilir. Şəxsiyyətin təşəkkül və formalaşmasında inteqrativ sistemlərin rolu müəyyən dərəcədə öyrənilsə də onun şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edən özünügerçəkləşdirmə sistemli olmamışdır.

Şəxsiyyət şagirdin ictimai konkret tarixi həyat şəraitində onun təlim- tərbiyəsində formalaşır. Psixologiya tarixində bu məsələnin həllində şəxsiyyətin inkişafını sosiogenetik və biogenetik konsepsiyası adlanan iki istiqamət olmuşdur. Biogenetik konsepsiya insan şəxsiyyətinin formalaşması, şəxsi fəallıqdan məhrum şəkildə, bioloji amillərin məhsulu kimi təqdim edilir.

Sosiogen konsepsiya isə şəxsiyyətin inkişafına, onun formalaşmasına ətraf sosial mühitin təsirlərinin nəticəsi kimi baxılır.

Şəxsiyyətin təşəkkülü əlverişsiz şəraitin minimuma endirilməsi və gerçəkliyin nəzarəti altına alınmasıdır.

Məktəb təliminə psixoloji hazırlıq şəxsiyyətin formalaşmasında bir sıra xüsusiyyətləri nəzərdə tutur. Şagirdlərin düzgün formalaşmasına imkan verən əsas şərt məktəbəqədər tərbiyə prosesində zehni və praktik işlərin qarşılıqlı əlaqəsini təmin edən fəaliyyət növlərinin təşkil edilməsidir. Məsələn, fəaliyyətin rəsm, gil işi, applikasiya, parça üzərində iş kimi növlərində, müxtəlif oyunlarda uşaq öz fəaliyyətini, onun gedişini, əldə etdiyi nəticəni təhlil etmək, özünə qiymət vermək bacarığını mənimsəyir.

Tərbiyə şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S.Makarenkonun dediyi kimi, tərbiyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı nəsil bu prosesdə özünün təcrübəsini, özünün inamını kiçik nəslə verir.

Şəxsiyyətin formalaşması daxili və xarici amillərin təsiri altında baş verir. Ona görə də şəxsiyyətin formalaşması bu prosesə təsir edən amillər diqqəti cəlb edən cəhətlərdəndir.

Şagird şəxsiyyətinin və onun formalaşmasına təsir edən amillərin öyrənilməsi tərbiyə prosesinin idarə edilməsinin mühüm şərtlərindən biridir.

Görkəmli psixoloq S.L.Rubişteyn göstərir ki, “Uşaqları tərbiyə edə – edə və öyrədə – öyrədə öyrənmək lazımdır ki, onları öyrənə – öyrənə şəxsiyyət kimi formalaşdıraq və öyrədək”. Müəllim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbir həyata keçirilməzdən əvvəl öyrənilən şagirdin xüsusiyyətlərini aşkara çıxarmalı, tərbiyəvi tədbiri ona müvafiq şəkildə həyata keçirməlidir.

A.S. Makarenko şəxsiyyəti formalaşdırmaq üçün insanın şəxsi keyfiyyətlərini öyrənməyə xüsusi əhəmiyyət verirdi. O, şəxsiyyətin formalaşması mexanizmini dərindən öyrənmiş və tədqiq etmişdir. Makarenkonun bir psixoloq kimi üstün cəhəti ondan ibarətdir ki, o, şəxsiyyətin formalaşmasında,psixoloji tədqiqində passiv seyirçilikdən tamamilə uzaqlaşmışdır. Tərbiyəçi tərbiyə olunanlara obyekt kimi yox, tərbiyə obyekti kimi yanaşmalıdır.

Şəxsiyyətin formalaşmasına təsir edən amillər

Hər bir şəxsin fərdi inkişafı müəyyən komponentlərin bir-birinə qarşılıqlı təsiri ilə bağlıdır. Beləliklə, şəxsiyyətin formalaşmasına təsir edən amillər və bunlara aid edilməlidir: tərbiyə, irsiyyət və praktik insan fəaliyyətinin xüsusiyyətləri hər birimizin fərdiliyinin inkişafına mühüm töhfədir.

Bir şəxsin şəxsiyyətinin formalaşması amilləri

Hal-hazırda, elm adamlarının fikirləri, fərdi inkişafda hansı amillər üstünlük təşkil edir, iki qrupa bölünür. Bəziləri, övladlığa götürmə və ətraf mühitin mühüm rolunu ləğv edərkən yenidoğanın gələcəyini müəyyənləşdirir. Digərləri, öz növbəsində, şəxsiyyətin formalaşmasında əsas amillər sosial və bioloji komponentlərin birləşməsidir. Onların hər birini daha ətraflı nəzərdən keçirək:

1. Sosial mühit. Cəmiyyətin həyatının yaxşılaşdırılmasına yönəldilmiş ünsiyyət və fəaliyyət, fərdi həyat üçün bütün həyat şəraitini yaratmağa kömək edir, beləliklə bilik formalaşdırmağa kömək edir və özünü həyata keçirmək üçün bütün lazımi şərait yaradır. Bu şəxsin şəxsi fəaliyyətinə sübut edən yeni kommunikativ bacarıqların əldə olunmasıdır. Lakin, bəlkə də, bu amilin mənfi keyfiyyəti bəzən istəməsəydi, hər birimizin inkişafına cəmiyyətin spontan təsiridir.

2. Təhsil bəzən insan təbiətini tamamilə dəyişdirə bilər. Yalnız təhsil yaxşı inkişaf edir, inkişafdan üstündür. Başqa sözlə, özünü təhsili, yaşından asılı olmayaraq şəxsiyyətin formalaşmasında aparıcı amildir.

3. Şəxsiyyətin formalaşmasında bioloji amillər:

  • orqanizmin biokimyəvi xüsusiyyətləri ( metabolizm və s.);
  • müəyyən xəstəlik şərtlərinə meyl;
  • Valideynlərin və qohumların zərərli vərdişlərinin fetusun inkişafına zərərli təsirləri;
  • Yüksək sinir sisteminin növü; miras;
  • doğuşdan bəşəriyyətin xüsusiyyətləri (fərd tərəfindən həyata keçirilən tədbirlər, alınan qərarlar) olan temperament;
  • hər bir orqanizmin anatomik və fizioloji xüsusiyyətləri (bəzi qabiliyyətlərin ötürülməsi, yenidən ötürülməsi, miras ilə: beynin strukturu, hərəkət və hisslər orqanları).

Hər bir şəxsin bacarıqlarının mövzusunu davam etdirməklə onların mövcudluğu sizin içində bir dahi olduğuna zəmanət vermir. Bəzi bacarıqları mənimsəməyə yönəlmiş gündəlik işlərlə məşğul olmasanız, böyük bir riyaziyyatçı, astrofizik və s. Ola bilməyəcəksiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.