Press "Enter" to skip to content

Ali məktəb pedaqoqikası şəxsiyyətin formalaşmasında mühitin rolu

Cəmiyyət öz yerində saymır, daim inkişaf edir, tərbiyənin insan şəxsiyyətinin formalaşmasındakı rolu böyükdür. XIX əsrin utopik sosialistləri Sen Simon, Şarl Furye, Robert Ouen tərbiyənin qüvvəsinə həddindən artıq inanır, cəmiyyəti tərbiyənin gücü ilə dəyişdirməyə ümid edirdilər. Onlar insanı mühitin passiv, aciz məhsulu kimi qiymətləndirirdilər. XIX əsrdə yaşamış rus demokratları Çernışevski, Belinski, Dobrolyubov, Pisarev insan şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rol oynadığını qeyd edirdilər. Onların fikrincə, yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır. Belinski yazırdı ki, həm həyat, həm ölüm, həm xilas olmaq, həm də məhv olmaq tərbiyədən asılıdır.Tərbiyə insan yaratmır, doğulmuş varlığın yaxşı və ya pis olmasına kömək edir. İnsanın inkişafına, şəxsiyyətin formalaşmasına, ictimai mühitin necə təsirinə dair elmə məlum 40-dan çox “homo ferus” mövcuddur. Dobrolyubov yazırdı ki, insanlarla ünsiyyətdə olmayan, meşədə heyvanlar arasında böyüyən adamlar vəhşiləşir, onların anlayışları inkişaf etmir.

Şəxsiyyətin formalaşmasında ictimai mühitin rolu

XIX əsrin şagirdi XIX əsrin bacarıqarına tam yiyələnməlidir. Şagird düşdüyü mühütə qısa zaman ərzində adabtasiya olmağı bacarmalı, ünsiyyətcil olmalı, yoldaşları ilə əməkdaşlıq qurmalı, İKT-ni yüksək səviyyədə bilməli, yenilikçi və kreativ düşünən olmalıdır. Cəmiyyət nə qədər sürətlə dəyişsə də, müəllim ilkin növbədə şagirdləri ilə nəinki tədris zamanı dərsdən sonra belə əlaqədə olmalı, şagirdi dərsdən kənar yaradıcı, tədqiqatşı proyekt və layihləri ilə çalışdırmalıdır ki, kənar təsirlərdən, internetin zərərli vərdişlərindən qoruya bilsin. Əgər öyrədən öz üzərində çox çalışırsa , dərslərinin tədrisində dönüş yarada bilir həmçinin və şagirdləri sərbəstliyə, müəyyən qərarların çıxarılmasında müstəqilliyə və fikirlərini inamla deməyə alışdırır.

Müasir təlim metodlarından və İKT-dən istifadə bacarığının yüksək olması tədrisin tam yüksək olacağına zəmin vermir. Resurslardan,inteqrasiyadan dərsdə düzgün istifadə etmək, standartları reallaşdırıb nəticəni çıxarmaq, motivasiyanın düzgün qurulması,multimedia,şəkil və digər vəsaitlərin mövzuya uyğun və yerində işlənməsi, vaxtı düzgün, səməri idarə etmək müasir dərsin başlıca amillərindəndir. Müəllim nə qədər çətin, mürəkkəb mülahizələrlə, qarışıq suallarla fikir mübadiləsi aparsa, tədris olunan material bir o qədər şagirdlərə qaranlıq qalır.

Bilirik ki, bu gün Azərbaycanda məktəb tikintisi və təmiri prioritet sahələrdən biridir və bu sahədə bir neçə Dövlət Proqramı qəbul olunmuşdur.
Son illər Azərbaycanda yeni tikilən, əlavə korpusları inşa edilən, əsaslı təmir olunan, kommunikasiya sistemləri yeniləşən məktəblərin sayı 2 mini keçmişdir.

Mən Bakı şəhərinin Xətai rayonundakı 24 №-li tam orta məktəbin informatika müəllimi kimi qürur hissi ilə qeyd etmək istəyirəm ki, bizim məktəbimiz də ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə təmir olunub, kommunikasiya sistemiz yenilənib, müasir stantartlara cavab verən texnika və avadanlıqlarla, elektron lövhələrlə təchiz olunub. Məktəbimizdə informatikanın və digər fənnlərin müasir texnologiya ilə tədrisi yüksək səviyyədə həyata keçirilir, şagirdlərin informasiya alma bacarıqlarının inkişaf etdirilməsi üçün əlavə vəsaitlər o cümlədən didaktik materialar hazırlanır.

Promethean lövhə ilə işləmək mənə imkan verir ki,” Activlincpire” proqramında hazırladığım dərs və tapşırıqlar, proqramın geniş funksiyaları ilə şagirdlərin dərsə olan marağını daha da yüksəldim.Dərsin gedişi zamanı tapşırıqların” mail” ünvanlarından müəllim poçtuna göndərilməsi, lövhədə qrup işlərinin və təqdimatların müzakirəsi ,hər dərsə uyğun resurların aid olduqları əlfəcinlərinin “Activlincpire” nin yaddaşında saxlanılması və bu kimi müəllim-şagird işini asanlaşdıran,dərsi şafirdlərə daha maraqlı, yadda qalan edən məqamlar var. Bütün bunlar xüsusən məni bir müəllim olaraq sevindirməyə bilməz.Çünki, bir neçə il əvvəl biz təbaşir,markerlə çalışırdıqsa, istifadə etdiyimiz “Kür” kompyuterlərin gücü dərs prosessini bir qədər ləngidirdisə, bu gün bütün bu probləmlərdən uzaqıq.
Təhsilimizin demokratikləşdirilməsi, humanistləşdirilməsi istiqamətində müvəffəqiyyətli işlər görüldükcə, müəllimin, şagirdin, öyrədənlərin və öyrənənlərin qarşısında duran vəzifə və məqsəd də dəyişir.
Bu baxımdan məktəbimiz sürətlə inkişaf etməkdədir. X.XII.2015 tarixində şagirdlərimiz Beynəlxalq müsabiqə “Bebras (Qunduz)” müsabiqəsində iştirak etdilər, 21 şagird elektron müsabiqəni qalibiyyət sertifikatı ilə başa vurdular. Qeyd etməliyəm ki, Bebras müsabiqəsi Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələr arasında daha populyardır bu ölkələrin kifayət qədər qızıl medalı var bu müsabiqənin nəticələrinə görə, lakin bizim də son iki ilin nəticələrinə görə ölkəmiz olaraq beş gümüş,üç bürünc medal əldə etməyimiz yaxşı uğurdur. Mən inanıram ki, biz yaxın bir neçə illər ərzində şagirrdən böyük məntiq tələb edən bu tipıi müsabiqələrdə daha çox uğur əldə edəcəyik.

Dərs prosessində və evdə icra edilən tapşırıqlar zamanı İnformatika.edu.az, Code.orq, Techonokids.com,CooCebra ,Maple,Matlab,Mathematice saytlarından istifadə bizə çox faydalı olur.

Şagirdlərin Code.orq saytında alqoritm icra etmək, alploqo tipli fiqurlar çəkmək,məntiqi yarışlarda iştirak edib beynəlxalq sertifikat əldə etmələri onlardan çox məni sevindirir.Hər bir müəllim şagirdinin uğuruna sevinir, çünki biz şagirdlərlə daim təmasdayıq onlara öyrədib bəhrəsini gördüyümüz hər kiçik uğurun təməli bizə fərəh hissi yaşadır. Müasir müəllim zamanın tələbləri ilə uyğunlaşmalı və öz öyrənənlərini də bu istiqamətdə yönləndirməlidir.

Aytac Rzayeva,
Bakı şəhəri, Xətai rayonundakı
24 №-li tam orta məktəbin
İnformatika müəllimi.

Ali məktəb pedaqoqikası şəxsiyyətin formalaşmasında mühitin rolu

Şəxsiyyətin inkişafında və formalaşmasında təlim-tərbiyənin rolu

Cəmiyyətin inkişafı, qanunauyğunluqları, hadisələrin başvermə səbəbləri, hərəkətverici mexanizmi haqqında dialektik və metafizik inkişaf konsepsiyası mövcuddur. Təbii ki, insan-fərd bir varlıq kimi inkişaf edərək formalaşır. Bir çox görkəmli dünya alimləri fərdin inkişafına irsiyyət nöqteyi-nəzərindən yanaşmaqda haqlıdırlar. İnkişaf təbiət və cəmiyyət hadisələri ilə bağlıdır və hərəkətlə, tərəqqi ilə, yaradıcılıqla səciyyələnir. Bu, eyni zamanda mühit və tərbiyə ilə də şərtlənir. İnsanın inkişafı deyərkən 3 mühüm əlamət-fiziki anatomik-fizioloji inkişaf, yəni insanın bioloji fərd kimi inkişafı, psixoloji inkişafı və sosial inkişaf, insanın vətəndaş-şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur.

Bu əlamətlər ayrılıqda xüsusi kəmiyyət və keyfiyyət dəyərlərinə malikdir. Psixoloji inkişafa insanın idrak prosesinin, duyğuların, qavrayış və təsəvvürün, nəticə və təxəyyülün, diqqətin, nitq və təfəkkürün, hafizə və iradənin, necə təşəkkül tapması daxildir. İnsanın sosial inkişafı, onun cəmiyyətdəki iştirakı konkret adamlar və kollektiv üzvləri ilə münasibətdə özünü göstərir, ətraf aləmdə cərəyan edən hadisələrin müşahidəçisinə çevirir. Buna görə də insanın inkişafından danışarkən şəxsiyyət anlayışı önə çəkilir. Bu dəyərlər insanları mənəvi-sosial həyatda formalaşdırır və onları şəxsiyyət statusuna yüksəldir. Beləliklə, şəxsiyyət, onun maraqlarının və meyillərinin, temperamentlərinin funksional xüsusiyyətləri nəticəsində əmələ gəlmiş fərdi fərqlər sayəsində həyatda fəal mövqe tutur. İnsan dünyaya bioloji varlıq kimi gəlir, lakin bir şəxsiyyət kimi özünün fərdi həyatı və fəaliyyəti prosesində uzun və mürəkkəb yol keçərək yetkinləşir.

Hazırda cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və hərəkətli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır. Şəxsiyyətin inkişafı ilə əlaqədar olaraq yalnız bugünkü təcrübənin deyil, həm də pedaqoji fıkrin zəngin ideyalarını nəzərə almaq lazımdır. Azərbaycan maarifpərvərləri şəxsiyyətin ən müsbət cəhətlərini onun cəmiyyətdəki münasibət və fəaliyyətində axtarmışlar, çünki münasibətlər insanın həyat təcrübəsinin nəticəsi olmaqla onun hərəkətlərini və daxili hisslərini müəyyənləşdirir.

Nəticədə insanın bir şəxsiyyət kimi formalaşması prosesinə təsir edən amillər haqqında müxtəlif fikirlər meydana gəlmişdi. Əsrlər, min illər boyu bu amillər içərisində üstünlük irsiyyətə verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, valideynlərdə müsbət və mənfi nə varsa övladlara keçir. İrsiyyət nəzəriyyəsinin hakim olduğu dövrlərdə zəka sahibləri həmin nəzəriyyəni qəbul etməklə yanaşı, tərbiyəyə böyük əhəmiyyət verirdilər. Elmin, təhsilin, tərbiyənin böyük gücünə inanan və onu təbliğ edən Nizami Gəncəvi bəzən irsiyyətin mütləq təsirini inkişafın əsas amili kimi götürürdü.

İnsanın cəmiyyətdə düzgün tərbiyə edilməsində bir sıra amillər mühüm rol oynayır. İnsan ayrı-ayrı yaş dövrlərində fiziki, psixi və mənəvi cəhətdən müxtəlif xüsusiyyətlərə malik olur, onun xarakterində müəyyən yeniliklər, dəyişikliklər yaranır. Buna görə də cəmiyyətimizin üzvü olan insan bilməlidir ki, hansı şəraitdə və hansı amillərin təsiri altında inkişaf edir, onun inkişafında irsiyyətin, mühit və tərbiyənin rolu nədən ibarətdir.

Bu məsələlərin dərindən öyrənilməsi və tərbiyənin roluna dair həm qədim dövrlərdə, həm də sonralar müxtəlif fikirlər irəli sürülmüş, uzun mübahisələr və tədqiqatlar aparılmışdır. Hələ qədim yunan mütəfəkkirləri Sokrat, Platon və Aristotel insan həyatında tərbiyənin böyük rolu olduğunu göstərmişlər. Platon (e.ə. 347-127-ci illər) “Qanunlar” əsərində yazmışdır: “İnsanı həqiqətən tərbiyə etsək o, ən sakit və ilahi məxluq olar”. Bununla belə, sonralar başqa fikirlər irəli sürüldü. Məsələn, orta əsrlərdə insanın inkişafında irsiyyəti həlledici amil hesab edirdilər. “İrsiyyət nəzəriyyəsi” tərəfdarları belə deyirdilər ki, insanın qabiliyyəti, zəka, ideya və əxlaqi sifətləri, iradəsi ilə xasiyyəti anadan gəlmədir. Bu keyfiyyətlər uşaq doğularkən valideynindən ona irsən keçir. O vaxtkı iqtisadi və ictimai şəraitdən irəli gələn təlimə görə, bilikli, mərifətli, bacarıqlı insanlar böyüdükdə valideynlərinə oxşamalıdırlar.

Y.A.Komenski “Böyük didaktika” adlı əsərində yazırdı: “Bizə təbiət əxlaqı verirsə də, biliyi və xeyirxahlığı vermir”. Komenski şəxsiyyətin inkişafı üçün məktəb, təlim-tərbiyə işini təkmilləşdirməyi, təlimin insan tərbiyəsi üzərində ciddi çalışmasını zəruri bilirdi.

İngilis filosofu Con Lokk (1637-1704-cü il) “İdeyaların fitriliyi” nəzəriyyəsinə qarşı çıxaraq, vaxtilə Aristotel tərəfindən qaldırılan bu ideyanın əsasında özünün məşhur “Fabula rasa” (ağ) nəzəriyyəsini irəli sürdü. Con Lokkun fıkirincə, insan dünyaya gəldikdə, irsən ona heç bir qüvvə verilmir. Uşağın ruhu ağ lövhəyə bənzəyir, bu təzə ağ lövhə üzərində tərbiyə vasitəsilə hər nə istəsən yazmaq olar. Uşaqda istənilən keyfiyyəti tərbiyə etmək, yaratmaq olar.

Cəmiyyət öz yerində saymır, daim inkişaf edir, tərbiyənin insan şəxsiyyətinin formalaşmasındakı rolu böyükdür. XIX əsrin utopik sosialistləri Sen Simon, Şarl Furye, Robert Ouen tərbiyənin qüvvəsinə həddindən artıq inanır, cəmiyyəti tərbiyənin gücü ilə dəyişdirməyə ümid edirdilər. Onlar insanı mühitin passiv, aciz məhsulu kimi qiymətləndirirdilər. XIX əsrdə yaşamış rus demokratları Çernışevski, Belinski, Dobrolyubov, Pisarev insan şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rol oynadığını qeyd edirdilər. Onların fikrincə, yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır. Belinski yazırdı ki, həm həyat, həm ölüm, həm xilas olmaq, həm də məhv olmaq tərbiyədən asılıdır.Tərbiyə insan yaratmır, doğulmuş varlığın yaxşı və ya pis olmasına kömək edir. İnsanın inkişafına, şəxsiyyətin formalaşmasına, ictimai mühitin necə təsirinə dair elmə məlum 40-dan çox “homo ferus” mövcuddur. Dobrolyubov yazırdı ki, insanlarla ünsiyyətdə olmayan, meşədə heyvanlar arasında böyüyən adamlar vəhşiləşir, onların anlayışları inkişaf etmir.

Hind şahzadəsi Əkbər öz alimləri ilə mübahisə etmişdi ki, insanın insan olması üçün onun insan mühitində yaşaması zəruridir. Alimlər buna etiraz etdikdə o belə bir eksperiment aparmışdır. Hind, Çin, Benqal uşaqlarını anadan olan kimi valideyinlərindən almış, onları bağlı kameralarda saxlamış, uşaqları ünsiyyət, insani münasibətlər dünyasından məhrum etmişdir.Yeddi yaşında uşaqlar yalnız heyvani səslər çıxarmışlar. Elmə məlum olan bu cür faktları araşdıran nəzəriyyəçi Dubinin belə nəticəyə gəlir ki, insana mənəvi keyfiyyətlər irsən verilmir, bunlar tərbiyənin və ictimai mühitin nəticəsidir. İnsan şəxsiyyət kimi doğulmur. İnsanın fərdi inkişafı, onun şəxsiyyətinin formalaşması son mərhələdə ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən və istehsal münasibətlərdən asılı olur. İnsan ictimai münasibətlərin məcmusudur. İctimai mühit deyərkən insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. İctimai mühit daim dəyişir və yeniləşir. İnsan inqilabi fəaliyyəti vasitəsilə həm mövcud ictimai mühiti dəyişib öz arzusuna müvafiq qura bilir, həm də bu prosesdə fəal fəaliyyət göstərməklə öz təbiətini dəyişdirir. Tərbiyə sayəsində uşaqda yeni qabiliyyət və keyfiyyətlər yetişir, müəyyən xarakter yaranır və formalaşır. Uşaq təlim və tərbiyə vasitəsilə ictimai həyata hazırlanır, geniş dünyagörüşünə sahib olur.

Hazırda təlim prosesinin pedaqogika və psixologiya elmlərinin nailiyyətlərindən istifadə edilir. Şəxşiyyətin inkişafına təsir göstərən ictimai institutlardan, təlim-tərbiyə müəssisələrindən, məktəbdənkənar uşaq müəssisələrindən, mədəni-maarif ocaqlarından, ictimai təşkilatlardan, KİV-dən, cəmiyyətin əsas hüceyrəsi olan ailədən geniş şəkildə istifadə edilməsi tərbiyəvi təsir imkanlarını genişləndirir. � Şəxsiyyətin formalaşmasında ailənin rolu böyükdür. Ailə insan üçün mədəni-məişət şəraiti yaradır, emosional həyat sahəsinə təsir edir, ilk sosial və mədəni təsəvvürlərin formalaşmasında, xarakterin təşəkkülündə vasitə rolunu oynayır. Həzrəti Məhəmməd əleyhissəlam, buyurmuşdur ki, ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz. Uşaq böyüyür, məktəbə gəlir, onun həyatında yeni dövr başlayır. Müəllim də, valideyn də uşağa böyük təsir göstərir. Azərbaycanın dünya şöhrətli mütəfəkkiri N.Tusi valideynlərə məsləhət görürdü ki, uşaq süddən ayrıldıqdan sonra dərhal onu tərbiyə etməyə, ona nizam-intizam öyrətməyə başlamaq lazımdır. Şəxsiyyətin inkişafında orqanizmlə mühit arasındakı ziddiyyətlər meydana çıxır. Lakin bu ziddiyyətlər genişlənib konfliktə çevrildikdə inkişafın hərəkətverici qüvvəsi olmur. Burada inkişafla tərbiyəni bir-birindən təcrid etmək olmaz və onlar ziddiyyətlərin mübarizəsində davam edir. Məşhur tərbiyə nəzəriyyəçisi Monozson yazmışdır: “Tərbiyə və inkişafın hərəkətverici qüvvəsi daxili və xarici şərait sistemində ziddiyyətlərin mübarizəsidir. Daxili ziddiyyətlər şəxsiyyətin formalaşdığı bütün mərhələlərdə insanda yeni yaranmış tələbatları ödəmək vasitəsinin məhdudluğudur. Məhz bu ziddiyyət uşağı ilk yaşdan fəallığa təhrik edir. Uşaqların müstəqilliyə can atması yaşlılar arasında bəzən narahatlıq yaradır. Düzgün tərbiyə belə ziddiyyətləri asanlıqla aradan qaldırır, uşaqlarda müstəqilliyin inkişafına kömək edir. Əks təqdirdə, intizamın pozulması halları baş verir, mübahisə və digər neqativ vəziyyətlər yaranır. Tərbiyəçinin vəzifəsi şəxsiyyətin daxili qüvvələrini stimullaşdırmaqdan və onlara düzgün istiqamət verməkdən ibarətdir. Stimul deyərkən şəxsiyyətə zahiri təsir, onu müəyyən fəaliyyətə yönəltmək başa düşülür. Fəaliyyət insanın təlim və tərbiyə məqsədini müəyyənləşdirən amil kimi çıxış edir və onun bütün proseslərini bir-biri ilə sıx əlaqələndirir. Beləliklə, insanın inkişafında və onun bir şəxsiyyət kimi formalaşmasında ünsiyyət, mühit və tərbiyə amilləri qarşılıqlı surətdə mühüm əhəmiyyət daşıyır. Təlim və tərbiyə prosesində bunların nəzərə alınması vacibdir.

Təlim-tərbiyə milli dəyərlərimiz olan adət-ənənələrə uyğun əsas keyfiyyət-ləri insanın inkişafında formalaşdırır. Cəmiyyətdə yeni nəslin milli adət-ənənələrimiz ruhunda tərbiyə edilməsi hərtərəfli mənəvi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. Müstəqilliyimizin hazırkı mərhələsində gənc nəslin əxlaq tərbiyəsinin rolu və əhəmiyyəti xeyli artır. Milli şüurun artması, onun əxlaqi keyfiyyəti cəmiyyətin inkişafında vacib və önəmlidir. Məhz buna görə də təlim-tərbiyə məsələsi ön planda durmalıdır. Gəncləri milli adət-ənənələrimiz ruhunda tərbiyə etmək, onları mərd və cəsur tərbiyə etmək deməkdir.

Cəmiyyətdə yeni nəslin əxlaq tərbiyəsi gələcəyimiz üçün zəruri şərtdir. Ən mütərəqqi və insani əxlaqı olan Azərbaycan xalqının adət və ənənələri çox zəngindir.

Mühüm problemlərdən birincisi insanın � cəmiyyətə münasibətidir, � milli � dəyərlərimizə və xalqımıza sədaqət, müstəqil � respublikamıza �� məhəbbət, �� dövlətçiliyimizin xeyrinə vicdanla işləmək, milli sərvətlərimizi qoruyub saxlamaq, artırmaq qayğısına qalmaqdır.

İkinci məsələ insanların cəmiyyətdə bir-birinə qarşılıqlı münasibətidir. Buraya kollektivçilik və qarşılıqlı yoldaşlıq yardımı, vətəndaşlar arasında insanpərvərlik münasibətləri və qarşılıqlı hörmətdir.

Üçüncü məsələ insanın cəmiyyətdə mənəvi xasiyyətini təşkil edir, düzlük, mənəvi saflıq, ictimai və şəxsi həyatda çətinlik və təvəzökarlıqdır. Bu prinsiplər elə yüksək mənəvi-əxlaqi keyfiyyətləri ifadə edir ki, bunlara yiyələnmədən ümumi əxlaq prinsiplərinə yiyələnmək olmaz. Təlim-tərbiyə prosesi dərin məzmunlu geniş bir elmdir.

Respublika.- 2010.- 28 oktyabr.- S. 6.

Şagirdin şəxsiyyət kimi formalaşmasında məktəbin rolu

Şəxsiyyətin formalaşmasında bildiyimiz kimi, üç mühüm amil: irsiyyət, mühit və tərbiyə əsas rol oynayır. Təbii ki, irsiyyət və tərbiyə, eləcə də mühit və tərbiyə amillərinə yanaşı üstünlük verən pedaqoq və psixoloqlar da olmuşdur. Biz burada əsasən məktəbdə şagirdin şəxsiyyət kimi formalaşmasında tərbiyənin rolunu işıqlandırmağa cəhd edəcəyik. Ünsiyyət hər hansı fəaliyyətə nüfuz etdiyi üçün, əxlaqi əlamət isə şəxsiyyətə mənsub olduğundan, o həmişə hər yerdə: təlimdə, əməkdə, idmanda, oyunda ünsiyyəti müşayiət edir. Şagird yoldaşı ilə birlikdə dərslərini hazırlayır, oxuyur, lakin bununla yanaşı, yoldaşına kömək göstərir və onun fəaliyyət motivləri yalnız idraki deyil, həm də əxlaqidir. Əxlaqi başlanğıc, əxlaqi motivlər, əxlaqi münasibətlər, şagirdlərin davranışlarının əxlaqi təzahürləri (qayğı, həmdərdlik, qarşılıqlı yardım, işə və adamlara sadiqlik) vasitəsilə şəxsiyyəti hərtərəfli inkişaf etdirmək sisteminin hər hansı (əqli, fiziki tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə) komponentinə daxil olur. Məhz burada şəxsiyyətin əxlaqi təşəkkülünün qarşılıqlı zənginləşməsi və onun digər cəhətlərinin tərbiyə edilməsi baş verir.

Bildiyimiz kimi, tərbiyənin prinsiplərindən biri də kollektiv vasitəsilə tərbiyə prinsipidir. Keçmişdə olduğu kimi, məktəb özünün ilk günlərindən kollektivi qüdrətli tərbiyə vasitəsi hesab etmişdir və indi də edir. Şərqin görkəmli müəllimləri adını almış Əl Kindi (800-873), Əl Qəzzali (1056-1111), İbn Xəldun (1332-1416) və b. şəxsiyyətin formalaşmasında müəllim-şagird münasibətlərinin formalaşmasına üstünlük vermişlər.

Əxlaqi keyfiyyətlərin uşaqlara aşılanmasında, onların şəxsiyyət kimi formalaşmasının təməl prinsipləri əsasında tərbiyəsində Qəzzali tərbiyəçiyə – müəllimə böyük yer verir. O yazırdı: “Onlar (tərbiyəçilər – K.C.) hər şeydən qabaq özünü, öz nəfsini islah etməlidir. Şagird hər şeyə onun gözü ilə baxır, hər şeyi onun qulaqları ilə eşidir. Müəllim nəyi bəyənmişsə, onlar da onu bəyənirlər, nəyi pisləmişsə, onlar da onu pis hesab edirlər. Müəllimin baxışı vahiməli olmamalı, tərbiyə zamanı vurmaqdan və əzab verməkdən daha çox, qorxutmaq metodundan istifadə etməli, şagirdin üzünə gülərək “aradakı pərdəni” götürməməli, onlarla heç vaxt şit zarafat etməməli, ona bir şey vermək istəsələr, qətiyyən götürməməli, onlara çirkin şey və əməllərdən uzaq olmağı öyrətməlidir”. Deməli, müəllimin üzərinə çox ciddi vəzifələr düşür.

Onlar bir tərəfdən, şagirdləri özlərinin şəxsi həyat təcrübəsi ilə zənginləşdirməli, digər tərəfdən isə məktəbliləri öz müsbət və mənfi cəhətlərini, tərəflərini görməyə, rəftar və davranışlarını təhlil etməyə alışdırmalıdırlar. Həmçinin, şəxsiyyətin formalaşması məktəbdə müəllim tərəfindən təşkil edilir və istiqamətləndirilir; o, əxlaqi davranışa təhrik edən zəruri şəraitin yaradılmasına kömək göstərir, fəaliyyətin zəruri məzmununu seçir, təlim iştirakçıları arasında əxlaqi münasibətlərin təzahürü üçün orada xüsusi ünsiyyət situasiyaları yaradır. Deməli, şagird gələcəkdə necə olmasını, kimə oxşamasını, nəyi özü üçün ideal seçməsini müəyyənləşdirir.

Şəxsiyyətin inkişafında, mənəvi aləminin formalaşmasında, özünüdərketmə prosesində tərbiyə böyük yer tutur.

Tərbiyə prosesi cəmlənən ünsürlərin sadəcə toplusu deyil, orada bütöv şəxsiyyət formalaşır. Lakin bu kompleksdə əsas və başlıca, aparıcı tərbiyədir. Bu, bütün ünsürlər sisteminin əhəmiyyətli və mürəkkəb komponentidir. Şəxsiyyət hər şeydən əvvəl, ictimai (sosial) mahiyyətə malikdir. Bu, o deməkdir ki, insan cəmiyyətdən, kollektivdən kənara düşsə, təcrid olunsa, bir şəxsiyyət kimi formalaşa bilməz, onun insana aid bir sıra irsi əlamətləri inkişaf etməz, adam yalnız bioloji istiqamətdə formalaşar. Buradan aydın olur ki, insanın sosial keyfiyyətləri (zehni, əxlaqi, dünyagörüşü və s.) yalnız kollektivdə, cəmiyyət daxilində formalaşır və inkişaf edir. Feyerbax tezislərində yazırdı ki, şəxsiyyət öz mahiyyətinə görə mövcud ictimai münasibətlərin məcmusundan ibarətdir. İctimai münasibətlərdən kənarda şəxsiyyət yoxdur, olmamış və ola da bilməz.

Şəxsiyyətin formalaşması dialektik ziddiyyət təşkil edən iki istiqamətlə bağlıdır: 1.Fərdi kollektivlə müntəzəm əlaqədə olması, onun digər fərdlərlə ünsiyyətdə olması prosesi; 2.Fərdin digər fərdlərdən təcrid olunması, özünütəsdiq prosesi.

Klassik pedaqoqlar (Feyerbax, Trondayk, Conn Dyui və b.) sübut etmişlər ki, insan yalnız ünsiyyətə, başqaları ilə əlaqə yaratmağa can atan bir varlıq kimi qalmır, o həm də cəmiyyət daxilində özünü başqalarından ayırmağa meyil göstərir. Bu, o deməkdir ki, şəxsiyyət bir tərəfdən ümumi əlamətlərə malikdirsə, digər tərəfdən də özünə xas olan fərdi cəhətləri əks etdirir. Buradan belə bir nəticə çıxarmaq olar: tərbiyənin təşkilində ümumi iş formaları ilə fərdi iş formalarını dialektik əlaqədə götürmək lazımdır.

Kollektiv üçün, kollektiv vasitəsilə, kollektiv daxilində tərbiyə probleminin ən kamil tədqiqatçılarından və onu əməli surətdə həyata keçirənlərdən biri də (Kuryaj, Qorki, Dzerjinski adına kommunalarda) A.S.Makarenko olmuşdur. O, tərbiyə işini münasibətlərin formalaşdırılması prosesi hesab edir və bu münasibətlərlə yazırdı ki, bizim pedaqoji işimizin həqiqi obyekti məhz münasibətlərdən ibarətdir, qarşımızda isə bir deyil, iki obyekt vardır: 1.Şəxsiyyət, 2. Cəmiyyət.

A.S.Makarenko bu ideyaya tam uyğun olaraq belə bir nəticəyə gəlmişdir: tərbiyənin bir ümumi, bir də xüsusi məqsədi vardır. Ümumi məqsəd o deməkdir ki, biz cəmiyyətin tələblərindən çıxış edərək şəxsiyyətin inkişaf modelini, ümumi proqramını hazırlamalı, şəxsiyyətin inkişaf layihəsini ortaya çıxarmalıyıq; “bizə necə adam lazımdır?” sualına cavab vermək mühüm məsələdir. Xüsusi məqsəd isə hər bir konkret fərdin, əlimizdə olan “xam materialın” inkişafını əks etdirməlidir. Makarenko koloniyada və ya məktəbdə, hər şeydən əvvəl, möhkəm uşaq kollektivi yaratmaqla ciddi məşğul oldu və bu işə uşaq fəallarının təşkilindən başladı. “Anton Semyonoviçin belə bir fikrini yaxşı yadda saxlamaq lazımdır ki, fəallar – “kollektivin vicdanıdır”. Əgər fəallar qalan şagirdlərə ləyaqətsiz görünürsə, düzəldilə bilməyən vəziyyət baş verirsə – belə fəalların əlindən ən qiymətli ideyalar və faydalı işlər hörmətdən düşər”. Koloniyada qəbul edilmiş pedaqoji qanunlardan biri uşaqların keçmiş cinayətlərini tamamilə unutmaq və onların üzünə vurmamaq idi. Makarenko həm də bir psixoloq kimi qeyd edir ki, biz uşağın keçmişi haqqında deyil, gələcəyi haqqında düşünməliyik.

Təbii ki, şəxsiyyətin formalaşmasında ictimai münasibətlərin, ictimai quruluşun heç bir rolu olmadığını mülahizə kimi irəli sürənlər də olmuşdur. Guya kollektiv şəxsiyyətin inkişafında yalnız mənfi təsir göstərir; kollektivdə mövcud olan ictimai rəy şəxsiyyətin arzu və istəklərini boğur və ya buxovlayır, beləliklə də, inkişafı ləngidir.

“Mülkədar kəndlilərinə onların xeyirxahlarından salam” adlı bəyannamə buraxdığına görə ömrünün 21 ilini həbsxanada keçirən N.Q.Çernışevskiyə (1828-1889) görə, şəxsiyyətin formalaşmasında həyat şəraiti, ətraf mühit, kollektivçilik əsas və həlledici rol oynayır. İnsan rəhmli, yaxud zalım, ləyaqətli vətəndaş, yaxud cinayətkar və yaramaz doğulmur, düşdüyü şəraitdən və aldığı tərbiyədən asılı olaraq bu və ya başqa cür olur. Şəxsiyyətin inkişafı və xarakteri əsasən həyat şəraiti və tərbiyədən asılıdır. Çernışevski öz dövründə mövcud olan məktəbləri tənqid edərək deyirdi ki, belə məktəblər insanda heç bir arzu yaratmır, ona aydın dünyagörüşü vermir. Bu məktəbdən çıxanlar cəsarətsiz, aciz, məhdud və prinsipsiz, fikirləri tərəddüdlü, dolaşıq, fəaliyyətləri mənasız olur. Ona görə də Çernışevski şəxsiyyət yetişdirməyən məktəblərin təhsil-tərbiyə sisteminin kökündən dəyişdirilməsini tələb edirdi.

Müasir məktəbdə müəllim tərbiyə edəcəyi şəxslərin yalnız əvvəlcədən öyrənilməsi əsasında pedaqoji təsirlər sistemini planlaşdıra bilər. Müəllim sinif kollektivi ilə şəxsiyyətyönümlülük işini təşkil edərkən təkcə onların qarşısına özünə nəzarət məqsədi qoymaqla işini məhdudlaşdırmamalı, bu tərbiyəvi fəaliyyətin yollarını tapmaqda onlara köməklik göstərməlidir. Əgər şagirdlərdə özünə diqqət zəifdirsə, bu keyfiyyəti onlarda aşılamaq zəruridir.

Çünki o, özünə nəzarət edə bilməzsə, şəxsiyyətyönümlülük istənilən səviyyədə həyata keçə bilməz. Odur ki, bu işə kollektivin dostcasına nəzarəti köməklik göstərməlidir. Belə olarsa, hər bir şagird öz şəxsi keyfiyyətlərinə obyektiv surətdə yanaşa bilər, özünə kənardan baxar, nöqsanlarını dərk edər, onların aradan qaldırılması üçün yol və vasitələri asanlıqla müəyyən edə bilər. Buna görə də şəxsiyyətyönümlülük prosesində yetişməkdə olan nəsli öz qüvvə və imkanlarını, istedad və qabiliyyətlərini aşkar etməyə və onları düzgün istiqamətləndirməyə yönəltmək zəruridir.

İrəli sürdüyümüz fikir və görüşlərdən belə nəticəyə gəlirik ki, məktəb və ya biz müəllimlər öz üzərimizdə məsuliyyəti bir az da artıraq. Əgər biz şəxsiyyət yetişdiririksə ilk öncə özümüzdə olan nöqsanları aradan qaldıraq, öz hərəkət və davranışlarımızı şüurlu surətdə istiqamətləndirək, mənəvi keyfiyyətləri daim təkmilləşdirək. Çünki məktəbin əsas məqsədi şagirdləri vətən üçün, torpaq üçün, millət üçün düzgün istiqamətə yönəltməkdir.

Kamal CAMALOV,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

Comments are closed, but trackbacks and pingbacks are open.