Press "Enter" to skip to content

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

2023-03-10 13:06:00

Ali təhsilin aktual problemləri

2021-04-08 17:17:00

Ənənəvi və onlayn təhsilin aktual problemləri – Şagirdsiz qalan məktəb yolları

Elm, irfan, ziyalı, aydın, işıqlı gələcək. Bu sözlər daim işlətdiyimiz sözlərdir. Bəzən pafosla, bəzən də ürəkdən, duyaraq. Bu sözlərin hamısı təhsillə bağlıdır. Ələxüsus işıqlı gələcək. O gələcək ki, hər kəs onu istədiyi kimi, bildiyi metodlarla, fərqli çalarlarla inşa etmək istəyir. Lakin bu qədər fərqliliyin içində bir eynilik var, hər kəs özü üçün işıqlı gələcək qurmaq istəyir. Bu sirr deyil ki, işıqlı gələcəyin yolu kefiyyətli, zamanla ayaqlaşan təhsildən keçir. Bu yolun təhsillə kəsişən məqamı bizi yetişdirir, bilikləndirir, bəzən peşəkar edir, bəzən qeyri-peşəkar. Biz fərd olaraq yetişirik, formalaşırıq sonra isə birlikdə cəmiyyətimizi formalaşdırırıq. Bu mənadə deyə bilərik ki, təhsil elə həm də cəmiyətdir, başqa sözlə təhsil səviyyəni göstər, necə bir cəmiyyətin üzvü olduğunu deyim! Zamanın bizi üz-üzə qoyduğu vəziyyət təhsilimizin qollara bölünməsinə səbəb oldu. Keçmişdən bəri qiyabi təhsil vardı, sonra distant təhsil oldu, lakin dünya vargücü ilə ənənəvi təhsilin qorunub saxlanılmasına çalışırdı, hələ də çalışır. Nədir ənənəvi təhsil? Gözəl şairimiz Xanımana Əlibəylinin təbilincə desək, “Yollar dünyada çoxdur, Sayı-hesabı yoxdur: Bostan yolu, bağ yolu, Aran yolu, dağ yolu. Bir yol var ki, dünyada Onu getmirsən hədər. Həmişə düşür yada, Qoca olana qədər. Bax uşaqla doludur, Bu yol məktəb yoludur”. Ənənəvi təhsil məktəb yoludur, müəllim nəvazişi, sinif yoldaşı diqqəti, qayğısı, dost qazanma vasitəsi, mühitdir. O mühitdə əhvalın olmayanda yoldaşların səninlə maraqlanır, dərsi anlamayanda müəllimin yanına çağırıb bir də izah edir, dərs arası fasilələrdə maraqlı söhbətlər edirsən, ad günü onlanlar üçün hamılıqla yığışıb özündən xəbərsiz süpriz hazırlayırsan, qısası bir dünya qurursan. Mənə görə ənənəvi təhsilin heç bir problem yoxdur, oxuyan da, oxumayanda qazanır. Biri yoldaş, biri sirdaş, başqa biri təhsil, digəri xoş ortam… Şeirdə də deyildiyi kimi “Onu getmirsən, hədər”. Lakin indi alternativimiz var, onlayn təhsil. Nədir onlayn təhsil? Müəllim diqqətindən, yoldaşlarının qayğısından kənar qalmaqdır, virtuallaşmaqdır, robotlaşmaqdır. Biz özümüz də bilmədən bu forma çərçivəsində robotlaşırıq, duyğularımız, mərhəmətimiz yox olur, Anadolu türklərinin dediyi kimi “acımasız” oluruq. Bu da bəşəriyyətimizi məhvə sürükləyir. Bəs, çıxış yolu varmı, əlbəttə çarə tükənməyib. Hər nə olursa, olsun, insani hisslərimizi qorumalıyıq, öyrəndiyimiz metodları, bilgiləri ətrafımızdakıları məhv etmək üçün deyil, qorumaq üçün istifadə etməliyik. Yaranan bütün elmi kəşvləri, yenilikləri insanların daha yaxşı yaşamasına sərf etməliyik. Belə olsa, biz dünyamızı qoruya, daha da inkişaf etdirə biləcəyik. Deyirlər ki, pandemiya xüsusi mərkəzlərin, böyük güclərin marağına xidmət edir. Onlar bu yolla IV Sənaye İnqilabını formalaşdırmaq istəyirlər. Əgər belədirsə, əgər bu inqilabın reallaşması üçün biz öldürülürüksə, gəlin hamılıqla buna qarşı çıxaq. Bəlkə bu inqilab daha sonra bir-birimizi öldürməyi tələb edəcək. Axı bu inqilab əsnasında biz insani duyğularımızı itiririk, robotlaşırıq. Bir robotdan fərqimiz qalmayacaqsa, hansı müstəsna fərqimiz yaşam qarantımız olacaq? Suallar çoxdur, cavablarını öyrənmək üçün bir yolumuz var – cəmiyyət olaraq, bacı-qardaşlar kimi bir-birimizə yaxın olmaq, diqqət göstərmək və mütləq TƏHSİLLƏNMƏK, fərqi yoxdur, ənənəvi, yoxsa onlayn! Özləm Əhmədli

Bu bölməyə aid digər xəbərlər

“Naxçıvan” Universiteti rəqqasə Oksananı mühazirəyə dəvət etdi, tənqid olundu – FOTOLAR

2023-03-10 13:13:03

Sabah havanın temperaturu 22 dərəcəyədək yüksələcək

2023-03-10 13:06:00

İranda itkin düşmüş tələbə fars dilini öyrənirmiş

2023-03-10 11:36:00

Milli teatrımız 150 yaşında

2023-03-10 09:27:37

Günün havası – Yağmursuz, 18 dərəcə isti.

2023-03-10 08:59:00

Cinsini dəyişdi, diplomdan məhrum oldu

2023-03-09 16:50:02

Sabahın havası – Duman, külək, yağış.

2023-03-09 12:42:45

Günün havası – Bakıda yağış, rayonlara qar yağacaq

2023-03-09 07:45:00

Kamçatkada 6,1 maqnitudalı zəlzələ olub

2023-03-08 13:33:00

Mehriban Əliyeva qadınları təbrik edib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Yanvar ayının 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ali təhsilin informatlaşmasının aktual problemləri. Elektron Universitet: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Təhsil Nazirliyinin (TN), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ali təhsil müəssisələrinin, kommersiya qurumlarının nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən tanınmış mütəxəssislər, ekspertlər iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov dəyirmi masanı giriş sözü ilə açaraq bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də ali təhsil sisteminin inkişafı çərçivəsində universitetlərdə təhsilin informatlaşması sahəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Digər tərəfdən, Azərbaycanın təhsil sahəsində qoşulduğu Boloniya prosesində İKT-nin tədris prosesinə geniş tətbiqi, təhsil müəssisələrinin elektron idarə edilməsi, elektron universitet, distant təhsil kimi vacib məqamlar öz əksini tapıb. Təhsil Nazirliyi bir çox universitetlərdə, o cümlədən ADPU-da Elektron Universitetin yaradılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. ADPU-da “Ali təhsilin informatlaşmasının aktual probleməri.

Elektron Universitet: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masanın keçirilməsində məqsəd bu sahədə mövcud vəziyyətin təhlil olunması və perspektivləri müzakirə etmək, eləcə də ayrı-ayrı universitetlərin iş təcrübəsi ilə tanış olmaqdır.

Dəyirmi masada ADPU-nun “İKT Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov “Ali təhsilin informatlaşmasının əsas istiqamətləri”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İT Departamenti”nin direktoru Elnur Səfərli “Elektron Universitetin yaradılmasının aktual problemləri”, Bakı Dövlət Universitetinin (BDU) “İT Mərkəzi”nin şöbə müdiri Şahin Əsgərov “Universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma”, Azərbaycan Texniki Universitetinin (AzTU) “İT və proqramlaşdırma” kafedrasının müdiri, dosent Zəfər Cəfərov “AzTU-da “Elektron Universitet” layihəsinin tətbiqi təcrübəsi” mövzularında slaydlarla çıxışlar ediblər.

Çıxışlarda təhsilin informatlaşmasının qlobal əhəmiyyətli, məqsədyönlü, xüsusi təşkil edilmiş, mükəmməl bir proses olduğu, həmçinin İKT-nin tədris prosesinə tətbiqi miqyasının genişləndirilməsinin təhsilin keyfiyyətinin yüksəldilməsinə və bu sahədə keyfiyyətli kadr hazırlığının həyata keçirilməsinin təhsilin informatlaşmasının müasir dünya standartları səviyyəsinə uyğunlaşmasına müsbət təsir edə biləcəyi fikirləri vurğulanıb.

Təhsil Nazirliyinin nümayəndəsi İlham Hümbətov, Memarlıq və İnşaat Universitetinin əməkdaşı Sərxan Talıbzadə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Nasim Abışov, Azərbaycan Turizm və Menecment Universitetinin İnformatika kafedrasının müdiri, dosent Nazim Rüstəmov, Təhsilin İnkişafı İnstitutunun əməkdaşı Almaz Həsrət, Azərbaycan Multimedia Mərkəzinin direktoru Osman Gündüz, ekspertlər Əhməd Qəşəmoğlu, Bəhram Atabəyli və başqaları çıxış edərək universitetlərin elektron idarəetmə sisteminin yaradılması və bu sahədə vahid standartların müəyyən edilməsi ilə bağlı öz fikir və təkliflərini bildiriblər.

Dəyirmi masada ali təhsilin informatlaşmasının əsas istiqamətləri, universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma, Elektron Universitetin yaradılmasının aktual problemləri və texniki-texnoloji aspektləri ilə bağlı maraqlı və səmərəli müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Rektor Cəfər Cəfərov sonda iştirakçılara maraqlı və dəyərli təkliflərinə görə təşəkkür edib və milli təhsil sisteminə xidmət edən belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb.

Ali təhsilin informatlaşmasının aktual problemləri təhlil edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ali təhsilin informatlaşmasının aktual problemləri. Elektron universitet: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ali təhsil sisteminin inkişafı çərçivəsində universitetlərdə təhsilin informatlaşması sahəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirib. Rektor deyib ki, Azərbaycanın təhsil sahəsində qoşulduğu Boloniya prosesində informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə geniş tətbiqi, təhsil müəssisələrinin elektron idarə edilməsi, elektron universitet, distant təhsil kimi vacib məqamlar əksini tapıb. Təhsil Nazirliyi bir çox universitetlərdə, o cümlədən ADPU-da e-universitetin yaradılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir.

Tədbirdə “Ali təhsilin informatlaşmasının əsas istiqamətləri”, “Elektron universitetin yaradılmasının aktual problemləri”, “Universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma”, “AzTU-da “Elektron universitet” layihəsinin tətbiqi təcrübəsi” mövzularında çıxışlar edilib.

Ali təhsilin informatlaşmasının əsas istiqamətləri, universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma, elektron universitetin yaradılmasının aktual problemləri və texniki-texnoloji aspektləri ilə bağlı maraqlı və səmərəli müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Comments are closed, but trackbacks and pingbacks are open.