Press "Enter" to skip to content

Glin birlikd yrnk Tbit ziz dostum Biz bilirik

Əqil insan kimdir?

Uşaqların cinsi inkişafı

Uşaqlarının cinsi inkişafının nə dərəcədə normal getdiyini bilmək üçün valideynlər cinsi yetkinliyin bu və ya digər mərhələsinin başlanma dövrlərinə bələd olmalıdırlar.

Əgər uşağınızda ikincili cinsi əlamətlərin aşağıda göstərilən vaxtlardan 2 il qabaq və ya gec baş verdiyini aşkar etmiş olsanız, mütləq həkimə müraciət etmək lazımdır.

Uşaqların cinsi inkişafındakı normadan kənar olan halları iki qrupa ayırmaq olar:

– cinsi inkişafdan geri qalma,

– cinsi inkişafın vaxtından qabaq başlaması.

Əksər hallarda cinsi inkişafın gecikməsinin irsi-ailəvi formasına rast gəlinir. Bu zaman 15-16 yaşına çatmış uşağın xarici cinsiyyət üzvləri onun real yaş dövrünə uyğun gəlmir, ikincili cinsi əlamətlər isə ya zəif olur və ya heç olmur. Yalnız 15-16 yaşından sonra onlarda xarici cinsiyyət üzvləri normaya qədər inkişaf edir və eyni zamanda ikincili cinsi əlamətlər də formalaşır. Lakin ailənizin bir neçə nəslində uşaqların belə inkişaf etməsi faktına əmin olsanız da, uşağı yenə də endokrinoloqa göstərmək lazımdır.

Uşağın cinsi inkişafdan geri qalması cinsi xromosomların anadangəlmə dəyişikliyi (“artıq” və ya “çatışmayan” cinsi xromosomlar), endokrin xəstəlikləri, cinsi inkişafı gecikdirə bilən hər hansı bir digər ağır xəstəlik (məsələn, baş beyin şişləri) və s. səbəblər nəticəsində baş verə bilər. Bundan başqa, keçirilən ümumi xəstəliklər, natamam qidalanma, zəruri fiziki hərəkətliliyin olmaması, vitamin çatışmazlıqları, qulaq-burun-boğaz xəstəlikləri, məktəbdə, ailədə uşağın keçirdiyi daimi streslər və s. səbəblər də uşağın cinsi inkişafını ləngidə bilər.

Cinsi inkişafın ləngimiş olduğu hər bir halda, uşaq dərindən müayinə edilməli və bu ləngimənin səbəbi (və ya səbəbləri) müəyyən edilməlidir. Qeyd etmək lazımdır ki, müasir təbabət hal-hazırda cinsi inkişafın ləngiməsinin müalicəsi üçün bir sıra effektiv vasitələrə malikdir. Bu halda, valideynlər tərəfindən uşaqda cinsi inkişafın ləngiməsinin ilkin əlamətləri aşkar edilən kimi, mümkün qədər tez bir zamanda onu həkimə göstərmək çox vacib hesab edilir.

Əgər qızlarda 8 yaşa qədər, oğlanlarda isə 9 yaşa qədər olan dövrdə daha böyük yaşlara uyğun cinsi inkişaf əlamətləri nəzərə çarparsa (oğlanlarda cinsiyyət üzvünün böyüməsi və qasıq nahiyəsində tüklərinin əmələ gəlməsi, qızlarda isə süd vəzilərinin böyüməsi, qasıq nahiyəsinin erkən tüklənməsi), bu halda vaxtından qabaq baş verən cinsi inkişaf barədə düşünmək olar.

Erkən cinsi inkişafın səbəbi irsi xüsusiyyətlər ola bilər. Təkrar edirik ki, ailənizə xas olan bu irsi xüsusiyyət barədə məlumatınız olsa da, uşağı həkimə göstərməyiniz vacib hesab edilir. Uşaqlarda erkən cinsi inkişafın digər səbəbləri – müxtəlif travmalar, infeksiyalar, qızlarda yumurtalıqların, oğlanlarda isə xayaların şiş xəstəlikləri, mərkəzi sinir sisteminin cinsi inkişafı tənzimləyən hormonlar ifraz edən hissələrinin şişləri və s. də ola bilər.

Uşağınızın sağlam və normal inkişaf etməsi üçün onu diqqətlə müayinə etmək və tələb olunan hallarda isə həkim-endokrinoloq tərəfindən düzgün müalicə etmək lazımdır. Müasir dövrdə belə patologiyaların müalicəsi sayəsində uşaqların normal inkişafını təmin etmək mümkün olur.

Oğlanların cinsi inkişafı

Oğlanlarda aktiv cinşi inkişaf dövrü, adətən, qızlardan 2 il gec olmaqla başlayır. Bu dövr 12-13 yaşlarından başlanır və yalnız 22-25 yaşlarında (boyatma prosesinin qurtarması ilə birlikdə) bitir. Cinsi yetkinlik dövrü başlayan zaman qanda testosteronun (kişi cinsi hormonu) səviyyəsinin kəskin şəkildə artması və ikincili cinsi əlamətlərin formalaşması baş verir: xayalıqda dərialtı piy qatının itməsi, üzərində piqmentasiya və qırışların əmələ gəlməsi, xayaların və cinsiyyət üzvünün böyüməsi, qasıq, qoltuq altının və üz nahiyəsinin tüklənməsi, qırtlağın böyüməsi və səsin dəyişməsi, spermatogenez (spermanın ifraz edilməsi) prosesinin formalaşması.

1-2 il ərzində bəzi oğlanlarda süd vəzilərinin bir qədər böyüməsi də (ginekomastiya) nəzərə çarpa bilər. Bu hal daha sonra öz-özünə keçib-gedir. 15-16 yaşlarında oğlanlarda bir çox hallarda erotik yuxugörmələrlə müşayiət olunan, pollyusiyalar (gecə vaxtları qeyri-iradi sperma ifrazı) baş verir. Oğlan uşaqlarında reproduktiv fəaliyyət 16-17 yaşlarında tam olaraq formalaşır.

Oğlanlarda ikincili cinsi əlamətlərin inkişaf mərhələləri:

11-12 yaş

  • səs tembrinin dəyişilməsi ola bilər
  • qasıq nahiyəsində tək-tük tüklərin əmələ gəlməsi

12-14 yaş

  • səs tembrinin dəyişilməsi davam edir
  • qasığın tüklənməsi artır
  • qoltuqaltı nahiyənin tüklənməsi başlayır
  • qalxanabənzər qığırdağın qabarması başlanır
  • üst dodağın üstündə yumşaq tük örtüyü əmələ gəlir

14-15 yaş

  • səsin kişi tembri
  • qasıqda və qoltuqaltı nahiyələrdə sıx tüklər
  • üzün tüklənməsi güclənir
  • xirtdək formalaşır

17 yas

  • spontan toxum ifrazı – pollyusiyalar baş verir (daha tez-tez yuxuda)
  • yuxarıda qeyd olunanlar + qasıq və qoltuqaltında qalın və qıvrılmış tüklər.

Qızların cinsi inkişafı

Qızlarda cinsi inkişaf orta hesabla 8-10 yaşlarda başlayaraq 16-17 yaşlarında sona çatır. Cinsi yetkinlik dövründə bütün proseslər ciddi ardıcıllıqla inkişaf edir: 8-10 yaşlarında bud-sağrı nahiyəsi “yumrulaşır” və qadın bədən quruluşunu xatırladır; 10-12 yaşlarında qasıq nahiyəsində, 12 yaşından isə qoltuq altında tüklər əmələ gəlir. 12 yaşında bədən ölçülərinin kəskin dərəcədə artması müşahidə olunur. Sonda isə qızın cinsi inkişafının ən başlıca nəzərə çarpan hadisəsi olan – aybaşı (menstruasiya) başlanır. Əksər qızlarda aybaşının başlanması 13 yaşında baş verir.

Qızlarda ikincili cinsi əlamətlərin inkişaf mərhələləri:

8-10 yaş

  • süd vəziləri döş qəfəsi üzərində hələ ki, özünü büruzə vermir və ya giləətrafı dairə süd vəzi

giləsi ilə birlikdə bir qədər qabarmış olur;

10-12 yaş

  • süd vəziləri döş qəfəsi səthində bir qədər, bəzən də nəzərə çarpan dərəcədə

önə qabararaq gilələrlə birlikdə konus şəkli alır,

  • qasıqda tək-tük qasıq tükləri nəzərə çarpır,
  • qoltuqaltı nahiyələrdə tük yoxdur;

12-13 yaş

  • süd vəziləri yumru forma alır, gilələr giləətrafı dairədən önə qabarır,
  • qasıq nahiyəsinin tüklənməsi davam edir,
  • qoltuqaltı nahiyələrdə tüklənmə əmələ gəlir,
  • ilk aybaşıların başlanması ehtimalı olur;

13-15 yaş

  • süd vəziləri qadınlara xas forma alır,
  • bütün qasıq üçbucağı tüklənir,
  • qoltuqaltı nahiyələrdə tüklənmə güclənir – bu nahiyədə tüklər uzanır və qıvrılır,
  • aybaşı mütəmadi xarakter alır.

Saglamolun.Az

Glin birlikd yrnk Tbit ziz dostum Biz bilirik

Əziz dostum! Biz bilirik sən əlaçısan. Bütün dərslərini yaxşı öyrənirsən və əla qiymətlər alırsan. Amma biz istəyirik ki, sənin dünyagörüşün daha geniş olsun. Daha çox biləsən. Buna görə də sənə dərsdən əlavə kitab oxumağı məsləhət görürük və bu kitabların siyahısını sənin diqqətinə çatdırırıq. Kitabxanamıza gəl və oxu! İnan ki, bunun sənə yalnız faydası olar.

Su nədir? – Bakı : 1997. – 43 s. Su həyatdır, su dirilikdir. Su qurtaran yerdə həyat da sona çatır. Elə buna görə də lap qədim dövrlərdən bəri insanlar suyu müqəddəs sayıblar. Milyard illərdən bəri canlı həyatın xidmətlərində duran su, yer kürəsində hər şeydən çox olsa da bu gün insanların tələbatını ödəməkdə çətinlik yaranıb. Buna görə də onu qorumaq, qənaətlə işlətmək tələbatı yaranıb. Kitabda siz su haqqında maraqlı məlumatlar əldə edəcəksiniz.

Yaşıl kitab : Dağlar, düzlər, çöllər, çəmənlər, çaylar, dənizlər, ağaclar, yamaclar, uçanlar, üzənlər, qaçanlar. . . Bir sözlə təbiət haqqında kitab : azyaşlı məktəblilər üçün. – Bakı: Tutu, 2005.

DÜNYANIN ƏŞRƏFİ İNSAN

İnsan bədəni : məktəbyaşlı kiçik uşaqlar üçün. – Bakı : Qanun, 2013. – 32 s. – (Ağıllı oğlan və qızların ensiklopediyası). Sən həyatda yaşayırsan, nəfəs alırsan, yatırsan, ürəyin döyünür. . . Və səni bir sual narahat edir: niyə? ? Bax, bu kitabda öz suallarına cavab tapacaqsan.

Qeyri-adi yuxu. – Bakı : «İstedad» jurnalına əlavə, 2000. – 29 s. Əziz uşaqlar! Siz əlinizdə qeyriadi kitab tutmusunuz. Bilirsiniz niyə? Çünki bu kitabı oxuyanda, siz orqanizminizin quruluşunu öyrənəcəksiniz. Biləcəksiniz insan nəyin sayəsində nəfəs alır, fikirləşir, qulaq asır, yeyir, görür, hərəkət edir və s.

İNDİ İSƏ HEYVANLAR ALƏMİ İLƏ TANIŞ OLAQ

Həşəratlar : məktəbyaşlı kiçik uşaqlar üçün. – Bakı: Qanun, Əli və Nino, 2013. – 32 s. – (Ağıllı oğlan və qızların ensiklopediyası). Biz hər gün, xüsusilə yayda həşəratlarla rastləşırıq: ağcaqanad, hörümçək, milçək və s. Həşəratların insana nə faydası var? Onlar nəyə lazımdır? Kitabdakı məqalələr sənin sorğularına cavabdır.

Planetin qəribə quşları : məktəbyaşlı kiçik uşaqlar üçün. – Bakı: Qanun, 2013. – 32 s. – (Ağıllı oğlan və qızların ensiklopediyası). «Pinqvinlər nə üçün uçmurlar? » , «Lələklər quşlara nə üçün lazımdır? » , «Hansı quşlar havadan asılı qalırlar? » bu suallar səni rahat buraxmırsa, bu kitabı oxu və suallarına cavab tap.

Heyvanlar aləminin ensiklopediyası. I kitab : cücülər, balıqlar, quşlar. – Bakı : Gənclik, 1996. – 64 s. Heyvanlar aləminin ensiklopediyası. II kitab : meşə, dağ, çöl-səhra, dəniz-çay və ev heyvanları. – Bakı : Gənclik, 1996. – 64 s.

Heyvanlar aləmi : yırtıcılar. – Bakı : Çaşıoğlu, 2006. 128 s. Əziz oxucu, yer kürəsinin zəngin canlı aləmi var. İnsan bu aləmin gözəlliyini görmək və duymaq üçün ona maraq göstərib, təbiəti öyrənib və öz məqsədi üçün ondan istifadə edib. Heyvanlar aləminə səyahət etmək istəyirsinizsə, təqdim etdiyimiz bu kitabı diqqətlə oxuyun. Onda görəcəksiniz ki, bir başqa aləmdir, bu canlı aləm.

Avropa. Heyvanlar aləmi. – Bakı : Çaşıoğlu, 2009. – 64 s. Avropa ərazisinin böyük bir hissəsini dağlar və meşələr təşkil edir. Bu yerlərdə yaşayan çoxlu heyvanlar haqqında sizə məlumat vermək istəyirik.

Asiya. Heyvanlar aləmi. – Bakı : Çaşıoğlu, 2009. – 64 s. Bu kitabda Asiya qitəsində yaşayan heyvanlar haqqında məlumat verilir. Onların arasında elələri var ki, yalnız bu qitədə məskunlaşıb. Məsələn, Qaur, Himalay ayısı, arqus, hind durnası – antiqona, yapon durnası və s.

Avstraliya və antarktida. Heyvanlar aləmi. – Bakı : Çaşıoğlu, 2009. – 64 s. Kenquru, Vombat, gözəl pinqvin, ördəkburun, yallı timsah, çoban takaxe, tutuquşu kakadu, taclı göyərçin, koala, yexidna Qütb su qaranquşu, albatros, pinqvin bu yerlərin daimi sakinləridir. Bu canlıların həyat tərzi yəqin ki, sizin üçün də maraqlı olar.

Dinozavrlar : Larusun inanılmaz ensiklopediyası / Mətn Benua Delalandr; rəs. Andre Bu. – Zebra Group, 2012. Qədim dövrlərdən insanlar torpağın altından nəhəng sümüklər və qorxulu dişlər tapırdılar, görəsən onlar hansı heyvanlara məxsus idi? Kitabı əlinizə alıb oxusanız həm bu suala cavba tapacaqsınız, həm də o qədər maraqlı fakr və şəkillərlə rastlaşaqsınız ki, onu yerə qoymaq belə istəməyəcəksiniz.

Cənubi Amerika. Heyvanlar aləmi. – Bakı : Çaşıoğlu, 2009, – 64 s. Cənubi Amerika öz təbiətinin gözəlliyi ilə seçilir. Elə buna görədir ki, burda yaşayan heyvanlar da çox qəribə və rəngarəngdir. Gözlüklü ayı, tukan, boz tülkü, qarışqayeyən, kapibara, tutuquşu Ara, mustanq, And kondoru və s. kimi heyvanlar burda məskunlaşıb. Onların yaşam tərzini öyrənmək yəqin ki, sənin üçün maraqlı olar.

Şimali Amerika. Heyvanlar aləmi. – Bakı : Çaşıoğlu, 2009. – 64 s. Kitabda Şimali Amerikanın zəngin təbiətindən, orda məskunlaşmış heyvanlardan – ağ ayı, qonur ayı, maral, koyot, ilan, karibu və s. – bəhs olunur. Kitabın gözəl tərtibatı, şəkillərin rəngarəngliyi diqqəti cəlb edir.

Məlumat-biblioqrafiya şöbəsi Tərtib edəni: Əhmədova Sevil

Ağıllı insan nədən tanınır?

Bu dünya həyatında insanlar bir neçə cürdür. İnsanlar var ki, əqlin inkişafı üçün motivlidirlər və ağıllarının inkişafına, əqli tərəqqiyə can atırlar. Bu insanlar bəzən ağılla davranır, bəzən isə davranmırlar.

İnsanlar da var ki, onlar artıq aqildirlər. Əql onların varlığında bir sabit hal vəziyyətindədir. Əqil o insanlara deyilir ki, onların varlığında ağıl mələkə halına gəlib çatıb. Onlar ağıllı davranmanı bir davamlı vəziyyətə gətirib çıxardıblar.

Əqil o insanlara deyilir ki, onlar iradə ilə, şüurla bu xüsusiyyətin özlərində davamlı olmasına nail olublar.

Əqil insan kimdir?

Bir də var əqilə insanlar. Bu ləqəb əziz İslam Peyğəmbərinin (s) nəvəsi Xanım Zeynəbə (s.ə) verilib. “Əqilə” sözü “əqil” sözünün qadın cinsi mənasında deyil. Burada əqil sözündən sonra gələn sait – İslam mütəxəssislərinin rəyinə görə, şiddəti bildirir. Əqil o mənadadır ki, bir şeyin tam mənada olmasına, həqiqətinə sahib olmasını bildirir. Bu mənada əqilə isə o şəxsə deyilir ki, əqil onun həqiqətində daha güclü yer tapıb.

Məntiq elmində də nəyəsə tərif verərkən, o varlığın həqiqətində olan keyfiyyət və xüsusiyyətlərlə tərif verilər. Əgər əqil gəlib insanın həqiqətində yer taparsa, həqiqətinin ayrılmaz hissəsi olarsa – o insana əqilə deyilər. Yəni Həzrət Zeynəb (s.ə) bir şəxsdir ki, ağıl onun həqiqətində yer tapıb.

Cənnət ağılla qazanılar

Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: “Ey Əli! Ağıl o şeydir ki, onun vasitəsilə cənnəti və mehriban Allahın razılığını əldə etmək olur”.

Peyğəmbərimizin (s) buyuruşundan başa düşülür ki, insanın cənnəti qazanması, Allahın razılığını əldə etməsi – ağılla mümkündür. O ağıldır ki, insanı ayıldır, qəflətdən oyanış verir, bəsirət verir, şüur, dərk verir və insanın kimliyini, bura dünyanın müvəqqətiliyini anladır.

Məhz ağılla dərk edirik ki, bura – müvəqqətidir, bura – əkin yeridir, buradan sonra biçin var və bu biçinə hazırlaşmalıyıq. İnsan anlayır ki, bura imtahanlı dünyadır və qarşıda nəticələr var. Bu, ağıldır ki, insana anladır ki, Allahın qəzəbinə səbəb olan və Allahın razılığına səbəb olan işlər var.

Ona görə, Peyğəmbərimiz (s) Həzrət Əliyə (ə) ağılın faydalılığını, önəmini və əhəmiyyətini çatdırır. Ağıl – həlledici mövzudur.

İmandan sonra ağılın kamalının göstəricisi – insanlarla gözəl davranışdır

Yenə də Peyğəmbərimizdən (s buyuruşda gəlir: “Allaha imandan sonra ağılın kamalı budur ki, insanlarla yola gedilsin. Bir şərtlə ki, həqq tərk olunmasın”.

Ağılın müxtəlif dərəcələri, mərtəbələri var. Sözsüz ki, Allaha iman gətirmək – ağılın ən kamil vəziyyətidir. Ağıllı adamın ən bariz nümunəsi, göstəricisi budur ki, insan Allaha iman gətirsin. Çünki, ağıl gətirib ona çıxardır ki, biz anlayaq ki, biz – ehtiyaclıyıq, biz yaranmışıq, bizi bir Yaradan var, biz elə-belə mövcud deyilik, biz seçimli varlığıq.

İmanın meydana gəlməsi – ağılın ən ciddi nəticələrindən biridir. Bu, ağılın kamalını, yetkinliyini göstərir.

Allaha iman gətirdikdən sonra ağılın yetkinliyini göstərən növbəti praktik keyfiyyət odur ki, insanlarla yola gedilsin. Təbii ki, əziz Peyğəmbərimiz (s) bir şərti də vurğulayır ki, həqq tərk olunmamalıdır. Bütün hallarda insanlarla həqq tərk olunmadan, prinsiplər tərk edilmədən, doğru-dürüst mövzulardan çəkilmədən yola getmək – ağılın kamalının göstəricisidir. Bəzən olur ki, insan doğru prinsiplərə malikdir, amma insanlarla yola getmir. Bu, ağılın naqisliyinin göstəricisidir. Allaha iman gətirəndən sonra, ağılın kamalının önəmli göstəricilərindən biri də budur ki, insanlarla yola gedilsin. Deməli, prinsipləri, həqqi tərk etmədən insanlarla yola getmək – ağılın ən kamal nümunələrindəndir.

Ağılı olmayanın dini olmaz

Həzrət Rəsulallah (s) buyurur: “Bütün yaxşılıqlar ağılla tanınır, dərk olunur. O kəsin ki, ağılı yoxdur – onun dini yoxdur”. Bütün gözəlliklər, yaxşılıqlar, aliliklər ağılla tanınır, dərk olunur. O, ağıldır ki, bizə haqqın və batilin nə olduğunu anlamağa kömək edir. O, ağıldır ki, fəzilətləri və rəzilətləri ayırd etməyə imkan verir. O, ağıldır ki, bizə Allaha bəndə olduqda hansı gözəlliklərə çatdığını, Allahdan uzaq düşdükdə hansı çətin vəziyyətə düşdüyünü anlamağa kömək edir.

Ağılın sayəsində dürüstlüyün nə qədər gözəl olduğunu, yalanın nə qədər pis olduğunu dərk edirik. Bütün gözəlliklər, fəzilətlər, aliliklər ağılla dərk edilir. Ona görə də Peyğəmbərimiz (s) bəyan edir ki, bütün aliliklər, yaxşılıqlar, gözəlliklər ağılla dərk olunur və bu səbəbdən ağılı olmayanın dini də yoxdur.

Hətta zahirən gözəl, yaxşı görsənən mövzular əgər ağılla deyil, kor-koranəliklə yaşanarsa, ağıla, dərk söykənmədiyi üçün bir gün həmin kor-koranəliklə insanı uçuruma aparar. Küyə düşməklə yaxşı şeylərin ardınca gedən insan, bir gün həmin cür küyə düşməklə mənfi şeylərin də ardınca gedə bilər.

Ağıl olmayan yerdə din, inanc bünövrəyə söykənmir, növbəti fırtınalarda əldən verilə bilər.

Dinimizin çağırışı budur ki, bizlər şüur, əqlaniyyət, dərk dalınca gedək. İnancımız təfəkkürə, təəqqülə, dərkə çağırış edir. Bizlər anlamalıyıq ki, dinimizin mövzularını, çatdırışlarını, incəliklərini anlamaq – ağıldan keçir.

Yaşlı nəsilə ehtiram – dinimizin çağırışıdır

Təbərrük üçün istərdik mövzunun davamında cəmiyyətimiz üçün xüsusi aktuallığı olan bir praktik əxlaqi mövzuya da toxunaq. Toplumda ən çox narahat edən mövzulardan biri də yaşlı insanlara lazımi ehtiramın göstərilməsinin tədricən aradan getməsidir. Əvvəldə bir neçə məsələni qeyd etmək lazımdır. Təəssüflər olsun ki, bəzən mühütlərdə bəzi yaşlı insanlar heç də nümunəvi insanlar olmurlar. Yaşlı vaxtlarında nümunə olmalı insanlar, təəssüflər olsun ki, bəzi vaxtlarda bu cür olmurlar.

Bir halda ki, yaşlı insanlar dürüst, ədalətli, vicdanlı, səxavətli, dini mövzularına daha çox diqqətli olmalıdırlar. Dünya çapında biz müşahidə edirik ki, təəssüflər olsun ki, bu keyfiyyətlər ümumən tənəzzül yaşayıb. Amma, bununla yanaşı, yetərincə abırlı, namuslu, qeyrətli, ədalətli, vicdanlı, dürüst olan yaşlı nəslin nümayəndələri də var. Xüsusən də inanclı insanların içərisində belə şəxslərin sayı çoxdur.

Digər tərəfdən – mühüm məsələlərdən biri budur ki, dünyada dəyərlərin özünün müəyyən mənada hörmətdən salınması getdiyi bir vaxtda, toplumda insanlara yaşa görə ehtiram göstərilməsi zərurəti daha çox meydana gəlir. Bu, ona oxşayır ki, normal toplumlarda müəllimə ehtiram olunmalıdır. Amma, bəzən olur ki, bu adı daşıyan şəxslər hər cür davranılar ki, onlara hörmət olunmasın. Amma, bu, müəllim dəyərinin aradan getməsinə səbəb olmalı deyil.

O cür də bəzən yaşlı insanlar özləri yaxşı işlərə can atmaq əvəzinə, pis işlərə tərəf meyillənirlər və bu səbəbdən toplumda nüfuzdan düşürlər.

Bəzən yaşlı nəslin nümayəndələri gənclərin dinə gəlməsinə, dini məsələlərə riayət etməsinə əngəllər yaradır. Amma, bunun özü də cəmiyyətdə yaşlı nəsilə qarşı ehtiramın aradan getməsinə gətirib çıxarmamalıdır.

Bərəkət böyüklərlədir

Həzrət Rəsulallah (s) buyurur: “Bərəkət – əkabirlərlədir”. Şüurlu şəkildə burada olan “əkabirlər” sözünü tərcümə etmirik. “Əkabirlər” – yəni böyüklər deməkdir. Bərəkət yaşla bağlı böyük olanlarladır, ya fəzilət baxımından böyük olanlarladır? Yəni, evdə bir yaşlı insanın olması özü bir bərəkət mənbəyidirmi?

Təhlillər göstərir ki, burada hər iki anlam keçərlidir. Həm, elə bir yaşlı insanın toplumda, evdə, mühütdə olması özü-özlüyündə xeyir-bərəkət mənbəyidir. Fəzilət, mənəviyyat baxımından böyüklük daşıyıcıları da xüsusi bərəkət mənbəyidir.

Əziz İslam Peyğəmbəri (s) buyurur: “Yaşlı müsəlmanlara hörmət göstərmək – Allahı böyük tutmağın nümunələrindəndir”. Bəzən insan düşünür ki, necə etsin ki, Allahın dərgahında öz kiçikliyini təzahür etdirmiş olsun, Allahın böyüklüyünü təzahür etdirib. Bunun nümunələrindən biri də budur ki, insan yaşlı insanlara, xüsusən yaşlı imanlı insanlara ehtiram göstərsin.

Bunun Qiyamət günü üçün də insana böyük faydalılığı var. Peyğəmbərimiz (s) buyurur: “Böyüklərə ehtiram göstəriniz. Sizin bu əməliniz Qiyamət günündə sizlərin mənimlə bir yerdə olmağınıza səbəb olar”. Böyüklərə hörmət göstərmək, dəyər vermək – Qiyamət günündə Həzrət Rəsulallahın (s) yanında olmağa aparıb çıxaran mövzulardandır.

İmanlı yaşlılara ehtiram – Allaha hörmət qoymaqdır

Başqa bir buyuruşda Peyğəmbərimizdən (s) buyurulur: “Yaşlılara hörmət ediniz. Belə ki, onları əziz tutmaq – Allaha hörmət qoymaqdır. Hər kim belə etməsə, məndən deyil”. Bir daha burada altından xətt çəkmək lazımdır ki, söhbət zay, nanəcib, toplumda mənfilik daşıyıcısı, pis məsələlərin adiləşməsində iştirak edən, Allahın razılığının əksinə gedən şəxslərdən getmir. Bu insanlarla bağlı mövzu bəllidir. İstər gənc olsun, istər yaşlı olsun – bir kəs Allahın razılığının əksinə yaşayır, üstəlik də Allahın razılığına uyğun yaşamaq istəyən insanlara qarşı çıxırsa, bunun vəziyyəti bəllidir. Amma, ümumi halda, təbii halda hamı bu cür deyil. Toplumumuzda da yetərincə yaşlı insanlar var ki, müsbət keyfiyyətlərin daşıyıcısıdır və onlara ehtiram qoymaq – Allaha hörmət qoymaqdır və hər kim belə etməsə, əziz Peyğəmbər (s) onu özündən saymır.

Bu keyfiyyət – Qiyamət günü insanın qurtuluşuna səbəb olan amillərdən biridir. Peyğəmbərimiz (s) buyurur: “Hər kim İslam yolunda saçını ağardan yaşlıya hörmət göstərsə, Allah Təala onu Qiyamət gününün qorxu və vahiməsindən amanda saxlayar”. Bu cür şəxsin dərəcəsi bir qədər də yuxarı olar. Toplumda o qədər Allahın dininin diri qalması üçün saç ağartmış insanlar var. Hər kim bu cür insanlara ehtiram göstərsə, çox böyük mükafatı olar.

Peyğəmbərimiz (s) yaşlılara xüsusi ehtiram edərdi

Bu mövzu hər zaman üçün aktual olub. Bir məclisdir, Peyğəmbərimiz (s) də oradadır. Bir nəfər yaşlı, ahıl insan daxil olur, yer tapa bilmir və heç kim də yerindən tərpənmir. Peyğəmbərimiz (s) çox narahat olur, onun üçün yer edir və buyurur: “Bizdən deyil o kəs ki, uşaqlarla mehriban olmaz və yaşlılara münasibətdə ehtiram göstərməz”. O qədər mühüm mövzudur ki, əziz İslam Peyğəmbəri (s) yaşlılara ehtiram göstərməyəni özündən saymır.

Bir gün Peyğəmbərimizin (s) hüzuruna iki nəfər – bir yaşlı, bir gənc gəlir. İkisinin də Həzrət Peyğəmbərlə (s) danışmağa mövzusu olur. Gənc danışmağa başlayanda, Peyğəmbərimiz (s) buyurur: “Öncə yaşlı danışsın”. Əziz Peyğəmbərimiz (s) öyrədir ki, əgər iki nəfərin vəziyyəti eynidirsə və ikisi də eyni vaxtda müraciət edirsə, yaşlıya ehtiram qoymaq, onu qabağa çəkmək – Allah bəyənəndir. Bizim toplumumuz da illərlə bu Peyğəmbəri (s) əxlaqi qoruyub saxlayıb və yaşadıb. Allahdan istəyimiz budur ki, bizləri bu nurani dəyərləri qoruyub yaşadanlardan qərar versin!

Allahım, bizlərə ağıl, dərk, şüurla Səni tanıyıb, Sənə bəndə olmaq üçün çalışmağı nəsib et!

Allahım, bizləri özbaşına qoyma!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.