Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri
68. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və bu ziyan təkcə pozuntuların müəyyən edilməsi ilə kompensasiya oluna bilməz, buna görə də, ona kompensasiya təyin olunmalıdır. Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi, Məhkəmə qiymətləndirməni ədalətli əsasda həyata keçirərək ərizəçiyə bu bənd üzrə 13 000 avro və bu məbləğdən tutula bilən vergi məbləğinin ödənilməsini təyin edir.
Allahverdiyev ark v hüququ sasları
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycan Respublikasının mülki hüququ: III cild
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri
Deməli bəzi ailələrimizdə belə bir fikir formalaşıb-uşaqı istəyimiz kimi tərbiyyə etmək lazımdır-bu nə dərəcədə doğrudur? Əvvəlcə qeyd edim ki, uşağa qarşı zor və güc tətbiq edilən zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin On səkkizinci fəslinin (Həyat və sağlamlıq əleyhinə) 132 (Döymə) və 133 (İşgəncə vermə)-cü Məddələri ilə məsuliyyət daşınılır. Onuda qeyd etmək istərdim ki, hətta beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə məsuliyyətə cəlb olunur.
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ UŞAQLARIN MƏNŞƏYİNİN MÜƏYYƏN OLUNMASI
Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları
Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.
Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi
44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb muəssisəsindən kənarda anadan olduqda doğuma kömək gostərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının olumundən 300 gun ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (kecmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.
44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
44.4. Ana öldukdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkun olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mumkunluyu və ya cətinliyi guman olunduğu hallarda gələcək uşağın oz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dovrundə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.
44.6. Yetkinlik yaşına catmış şəxs barədə atalığın muəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya muvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
Maddə 45. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması
45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəcisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına catdıqda onun özunun ərizəsi əsasında məhkəmə qaydasında muəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun motəbərliyini nəzərə ala bilər.
45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin ozunu uşağın atası hesab edən şəxs öldukdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında muəyyən oluna bilər.
Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd
46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
46.2. Valideynlər oz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın muəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının gostərişi uzrə yazılır.
46.4. Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar.
46.5. Oz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.
Maddə 47. Atalığa, analığa dair mübahisə Açma
47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mubahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına catandan sonra onun ozunun və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə acıla bilər.
47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı ozunun uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə acma haqqında tələbi təmin oluna bilməz.
47.3. Qanunvericiliklə muəyyən olunmuş qaydada suni mayalanma və embrionun implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mubahisə acma zamanı bu vəziyyətə əsaslanmaq huququ yoxdur.
47.4 Embrionun başqa qadına kocurulməsinə razılıq vermiş ər-arvad, habelə uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mubahisə acma zamanı doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz.
Maddə 48. Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri
Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, oz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.
İndi isə gəlin ailədə uşaqlar hansı hüquqlara malik olmaları haqqında məlumat alaq:
Elə ailələrdə var ki, məsələn valideynlər ayrılan zaman uşaqı bir tərəf digər tərəflə münasibətdən uzaq tutur. Var belə hallar.. Diqqətinizə çatdırmaq istərdim ki, bu secimdə çox yalnış bir haldır.
AİLƏDƏ UŞAQLARIN HÜQUQLARI
Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ
49.1. 18 yaşına (yetkinlik yaşına) catmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.
49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, oz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hormət olunması hüququna malikdir.
49.4. Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində (VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARI TƏRBİYƏ FORMALARI) müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Maddə 50. Uşağın öz valideynləri və başqa qohumları ilə unsiyyətdə olmaq hüququ
50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.
50.4. Valideynlər muxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir.
50.5. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə muəyyən olunmuş qaydada oz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
Maddə 51. Uşağın müdafiə hüququ
51.1. Uşaq oz hüquqlarının və qanuni mənafelərinin mudafiəsi hüququna malikdir.
51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata kecirilir.
51.3. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına catana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər oz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata kecirirlər.
51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır.
51.5. Uşağın huquqları və qanuni mənafeləri pozulduqda, o cumlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi uzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq oz hüquqlarını qorumaq üçün muvafiq icra hakimiyyəti orqanına, 14 yaşına catdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.
51.6. Uşağın həyat və sağlamlığının təhlukədə olması, onun hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin muvafiq icra hakimiyyəti orqanına məlümat verməyə borcludurlar. Muvafiq icra hakimiyyəti orqanı bu cur məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ucun zəruri tədbirlər görməyə borcludur.
Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ
Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı oz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına catmış uşağın fikri mutləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına catmış uşağın razılığı ilə qərar qəbul edə bilər.
Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ
53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.
53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına gorə verilir.
53.3. Uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları muxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.
53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.
53.5. Atalıq muəyyən olunmadıqda uşağa ad ananın gostərişi ilə, ata adı bu Məcəllənin 46.3- cu maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına gorə verilir.
Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi
54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına catana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona oz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mumkun olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də uzursuz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.
54.3. Uşaq oz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada muəyyən olunmayıbsa, muvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə muraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir.
54.4. 10 yaşına catmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Maddə 55. Uşağın əmlak hüquqları
55.1. Uşaq öz valideynlərindən və ailənin digər uzvlərindən bu Məcəllənin beşinci bölməsində (AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ) müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.
55.2. Aliment, pensiyalar, muavinətlər şəklində uşağa odənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
55.3. Məhkəmə uşağa gorə aliment odəyən valideynin tələbi ilə alimentin 50 faizdən cox olmayan məbləğini yetkinlik yaşına catmayan uşağın adına acılmış bank hesabına kocurmək barədə qərar cıxara bilər.
55.4. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak uzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur.
55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mulki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.
55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mulkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər.
55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak uzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir.
Əziz valideyinlər!Heç bir zaman “UŞAQDIR” deyib hərəkət etməyin. Əgər hansısa tərəf səhv edibsə, bu vəziyyətdə uşaqın bu səhvə görə cavab, əziyyət, sağlam mühitdə yaşamamaq məcburiyyətində deyil. Yəni, uşaq bütün bu problemlərdən kənarda qalmalıdır.
Əlbəttə bu hal övladımıza sağlam, istedadlı, gələcəyin çox ugurlu peşəsinə yiyələnməkdə çox kömək edəcək.
Allahverdiyev azərbaycana qarşI
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir . Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Allahverdiyev Azərbaycana qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə), Palatanın aşağıdakı tərkibində:
Elizabet Şteyner, Sədr,
Miryana Lazarova Traykovska,
Paulo Pinto de Albukerk,
Kseniya Turkoviç, hakimlər,
və Sören Nielsen, Bölmə katibi,
11 fevral 2014-cü il tarixində qapalı iclas keçirərək,
həmin tarixdə aşağıdakı qərarı qəbul etdilər:
- İş Azərbaycan Respublikasının vətəndaşı, cənab Amil Allahverdi oğlu Allahverdiyev tərəfindən (Amil Allahverdi oğlu Allahverdiyev – “ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı 2 oktyabr 2008-ci il tarixində Məhkəməyə ünvanlanmış ərizəsi (№ 49192/08) ilə başlanılmışdır.
- Ərizəçi Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olan cənab N.Hacıyev tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökumətini (“Hökumət”) nümayəndəsi, cənab Ç.Əsgərov təmsil etmişdir.
- Ərizəçi iddia edir ki, Konvensiyanın 5-ci maddəsinə əsasən onun azadlıq hüququ pozulmuşdur, belə ki, o, məhkəmə qərarı olmadan 2008-ci ildə 19 iyul tarixindən 29 iyul tarixinə qədər həbsdə saxlanılmış və onun məhkəməyəqədərki həbsi və həmin həbsin uzadılması barədə məhkəmə qərarları ağlabatan əsaslara malik olmamışdır.
- 17 mart 2011-ci il tarixində ərizə Hökumətə yönləndirilmişdir.
- Ərizəçi 1985-ci ildə anadan olmuşdur və Bakı şəhərində yaşayır.
- O, hadisələr baş verən zaman Bakı Dövlət Neft Akademiyasının tələbəsi olmuşdur.
- Ərizəçi barəsində cinayət işinin başlanılması və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi
- 15 mart 2008-ci il tarixində ərizəçi və onun yetkinlik yaşına çatmış sevgilisi (A.M.), digər üç nəfər şəxs tərəfindən müşayiət olunmaqla, ailə qurmaq məqsədilə maşınla Bakıdan Gəncəyə yola düşmüşlər.
- Həmin gün A.M.-in atası qızının oğurlandığını iddia edərək polisə şikayət ərizəsi ilə müraciət etmişdir.
- 16 mart 2008-ci il tarixində bu ərizəyə əsasən Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi (bir qrup şəxs tərəfindən adam oğurluğu) ilə cinayət işi başlanılmışdır.
- 16 mart 2008-ci il tarixində A.M. ailəsinə zəng vurmuş və onları məlumatlandırmışdır ki, sevgilisi ilə Gəncəyə getmişdir. Həmin gün onun valideynləri qızlarını Bakıya geri qaytarmaq üçün Gəncəyə yollanmışdırlar.
- 17 mart 2008-ci il tarixində ərizəçi Bakıya qayıtmışdır. Gəncədə olduğu müddətdə polis bir neçə dəfə onun evində olduğu üçün ərizəçi 19 mart 2008-ci il tarixində polis məntəqəsinə getmişdir. Ərizəçi polis məntəqəsində həbs olunmuş və müstəntiq onun şübhəli şəxs qismində qırx səkkiz saat müddətinə həbs olunması barədə tutma protokolu tərtib etmişdir.
- 21 mart 2008-ci il tarixində ərizəçi Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə əsasən adam oğurluğu cinayət əməlində ittiham olunmuşdur. Həmin tarixdə prokuror hakimə ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat vermişdir. O, bu tədbirin tətbiqinin zəruriliyini ərizəçinin törətdiyi cinayət əməlinin ağırlığı və onun ədalət mühakiməsindən yayınması və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olması riski ilə əsaslandırmışdır.
- 21 mart 2008-ci il tarixində Nərimanov Rayon Məhkəməsi prokurorun təqdimatına baxılmışdır. Məhkəmədə keçirilən dinləmədə ərizəçinin vəkili hakimdən ərizəçinin əvvəllər heç bir cinayətə görə məhkum olunmadığını, daimi yaşayış yerinin olduğunu və gənc olduğunu nəzərə alaraq onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin hakimi ərizəçiyə qarşı irəli sürülmüş ittihamlara və prokurorun həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatına əsaslanaraq ərizəçi barəsində üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. Hakim bu tədbirin tətbiq olunmasının zəruriliyini aşağıdakı kimi əsaslandırmışdır:
- Ərizəçi Nərimanov Rayon Məhkəməsinin 21 mart 2008-ci il tarixli qərarından şikayət vermişdir. O, şikayət etmişdir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinin əsası yoxdur və məhkəmə onun həbs olunması barədə qərar qəbul edərkən onun şəxsi vəziyyətini nəzərə almamışdır. Bununla bağlı olaraq ərizəçi bildirmişdir ki, onun daimi yaşayış yeri var, o, özünü polisə könüllü olaraq təslim etmişdir, o məcburi köçkündür və onun ailə və maliyyə vəziyyəti çətindir. Ərizəçi həmçinin bildirmişdir ki, onun məhkəməyəqədər həbsi təhsil hüququnu pozacaq, belə ki, o daha dərslərdə iştirak edə bilməyəcək, bu isə onun ali məktəbdən xaric olunmasına səbəb olacaq.
- 3 aprel 2008-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi həbsin əsaslı olduğu qənaətinə gələrək ərizəçinin şikayətini rədd etmişdir. Qərarın müvafiq hissəsində deyilir :
- Ərizəçinin həbsinin uzadılması və hadisələrin sonrakı gedişatı
- 11 iyun 2008-ci il tarixində cinayət işinin istintaqını aparan müstəntiq prokurordan istintaqın tamamlanması üçün daha çox vaxtın tələb olunması ilə əlaqədar ərizəçinin məhkəməyəqədərki həbsinin bir ay müddətinə uzadılmasını xahiş etmişdir. Prokuror bununla bağlı məhkəməyə təqdimat vermişdir.
- 14 iyun 2008-ci il tarixində Nərimanov Rayon Məhkəməsi prokurorun ərizəçinin həbs müddətinin uzadılmasına dair təqdimatına baxmışdır. Məhkəmə iclasında ərizəçinin vəkili hakimdən prokurorun təqdimatını rədd etməyi və ərizəçi barəsində daha yüngül qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Bununla əlaqədar, o, qeyd etmişdir ki, ərizəçinin daimi yaşayış yeri var, onun ədalət mühakiməsindən yayınma riski yoxdur, o, məcburi köçkündür və tələbədir. Həmin tarixdə hakim ərizəçinin məhkəməyəqədər həbsinin bir ay müddətinə, 19 iyul 2008-ci il tarixinə kimi uzadılması barədə qərar vermişdir. O, ərizəçinin həbs müddətinin uzadılmasını aşağıdakı kimi əsaslandırmışdır:
- Ərizəçi onun həbsinin davam etməsi üçün əsasların olmamasını qeyd edərək həmin qərardan şikayət vermişdir. O, məhkəmədən həbs qətimkan tədbirinin polisin nəzarəti altına vermə, başqa yerə getməmək haqqında iltizam və ya ev dustaqlığı ilə əvəz olunmasını xahiş etmişdir. Öz tələbinə dəstək olaraq qeyd etmişdir ki, o, məcburi köçkündür, özünü polisə könüllü olaraq təslim etmişdir, tələbədir, əvvəllər heç bir cinayətə görə məhkum olunmayıb və daimi yaşayış yeri vardır.
- 20 iyun 2008-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi ərizəçinin məhkəməyəqədər həbsinin əsaslı olduğu qənaətinə gələrək Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Məhkəmə ərizəçinin təqsirli bilindiyi cinayət əməlinin təbiəti və ağırlığı ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkrarlamış və onun ədalət mühakiməsindən yayınmasının və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmasının mümkünlüyünü qeyd etmişdir. Qərarın müvafiq hissəsində deyilir:
- 11 iyul 2008-ci il tarixində işə baxan prokuror ittiham aktını Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməyə təqdim etmişdir.
- 16 iyul 2008-ci il tarixində ərizəçi Ədliyyə Nazirliyinə yazılı müraciət edərək 19 iyul 2008-ci ildə, yəni onun məhkəməyəqədərki həbs müddətinin bitdiyi tarixdə istintaq təcridxanasından azad edilməsini xahiş etmişdir.
- 22 iyul 2008-ci il tarixində ərizəçi Baş Prokuror qarşısında vəsatət qaldıraraq onun məhkəməyəqədər həbs müddətinin 19 iyul 2008-ci il tarixində bitməsinə baxmayaraq hələ də azad olunmamasından şikayət etmişdir.
- 29 iyul 2008-ci il tarixində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə hazırlıq iclası keçirmişdir. Ərizəçi iclasda onun 19 iyul 2008-ci il tarixindən qanunsuz olaraq həbs olunmasından şikayət etmiş və həbs qətimkan tədbirini digər qətimkan tədbiri ilə əvəz etməyi xahiş etmişdir. İclasda Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçinin tələbini rədd etmiş və onun barəsində həbs qətimkan tədbirinin “dəyişdirilmədən” saxlanması barədə qərar vermişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə daha sonra qeyd etmişdir ki, ittiham aktı məhkəməyə 11 iyul 2008-ci il tarixində təqdim olunduğundan ərizəçinin 19 iyul 2008-ci il tarixindən sonrakı həbsi qanuni olmuşdur.
- Ərizəçi əvvəlki şikayətlərini təkrar edərək Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 29 iyul 2008-ci il tarixli qərarından şikayət etmişdir.
- 7 avqust 2008-ci il tarixində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçinin şikayətini qəbul etməkdən imtina etmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırlıq iclası zamanı qəbul olan qərardan şikayət verilə bilməz. Qərarı dəyişmək üçün ərizəçinin növbəti cəhdləri də uğursuz olmuşdur.
- Eyni zamanda, ərizəçi 30 iyul 2008-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı məhkəmədə iddia qaldırmışdır. O, məhkəmədən həbs müddətinin 19 iyul 2008-ci il tarixində bitməsi səbəbindən onun həbsdən azad olunması barədə göstəriş verilməsini xahiş etmişdir.
- 11 avqust 2008-ci il tarixində Əzizbəyov Rayon Məhkəməsi ərizəçinin iddiasını əsassız olduğundan rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçi barəsində həbs qətimkan tədbirinin qanuniliyini 29 iyul 2008-ci il tarixində keçirilən hazırlıq iclasında təsdiq etmişdir.
- 11 sentyabr 2008-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi 11 avqust 2008-ci il tarixli qərarı qüvvədə saxlamışdır.
- 19 mart 2009-cu il tarixində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçini bir qrup şəxslə adam oğurluğunda təqsirli hesab etmiş və onu iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
- MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
- Cinayət-Prosessual Məcəllə (CPM)
- Cinayət-Prosessual Məcəllənin məhkəməyəqədər həbs və həbs qətimkan
- Qərarın müvafiq hissəsində deyilir:
- Bu qərarın müvafiq hissəsində deyilir:
- ƏRİZƏNİN HÖKUMƏTİN MÜRACİƏTİ ƏSASINDA KONVENSİYANIN 37-Cİ MADDƏSİNƏ UYĞUN OLARAQ SİYAHIDAN ÇIXARILMASI
33. 30 sentyabr 2011-ci il tarixli məktubu ilə Hökumət Məhkəməni bəhs olunan ərizə ilə bağlı məsələlərin həll olunması məqsədilə birtərəfli bəyannamə vermək istədiyi barədə məlumatlandırmışdır. Birtərəfli bəyannamədə Hökumət qeyd etmişdir ki, işin halları Məhkəmənin nəzərdən keçirdiyi Fərhad Əliyev Azərbaycana qarşı (№ 37138/9 noyabr 2010) işindəki hallarla oxşardır və o, ərizəçiyə ex gratia 4000 avro ödəməyə hazırdır. Bunun əsasında, Hökumət Məhkəməyə ərizəni Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinə uyğun olaraq işlərin siyahısından çıxartmağı təklif etmişdir.
34. 1 noyabr 2011-ci il tarixli məktubunda ərizəçi Hökumətin birtərəfli bəyannaməsindəki şərtlərlə razılaşmayaraq qeyd etmişdir ki, Hökumət Konvensiyanın 5-ci maddəsinin heç bir pozuntusunu tanımamışdır. O, həmçinin, Hökumətin birtərəfli bəyannaməsində təklif olunan kompensasiyanın miqdarının çox aşağı olduğunu qeyd etmişdir.
35. Məhkəmə təkrarən qeyd edir ki, bəzi hallarda ərizəçinin işə baxılmasının davam etdirilməsini istədiyi halda belə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinə uyğun olaraq Məhkəmə cavabdeh Hökumətin birtərəfli bəyannaməsi əsasında ərizəni işlərin siyahısıdan çıxara bilər. Lakin hər bir halda, bu, birtərəfli bəyannamənin Konvensiyada göstərilən insan hüquqlarının Məhkəmənin işə baxılmasını davam etdirməyə ehtiyac qalmayacaq dərəcədə təmin etməsi üçün kifayət qədər əsaslara malik olub-olmamasından asılı olacaqdır (bax: Tahsin Acar Türkiyəyə qarşı (ilkin məsələ) [BP], № 26307/95, § 75, AİHM 2003-VI və Angelov və başqaları Bolqarıstana qarşı № 43586/04, § 12, 4 noyabr 2010-cu il).
36. Bununla əlaqədar Məhkəmə müəyyən etmişdir ki, Hökumət öz birtərəfli bəyannaməsində Konvensiyanın pozuntusunu tanımamışdır. Məhkəmənin fikrincə, hazırki işin hallarının onun təhlil etdiyi əvvəlki işlərlə oxşarlığının qeyd olunması Konvensiyanın pozulmasının tanınması kimi qəbul edilə bilməz. Bundan əlavə, birtərəfli bəyannamədə göstərilən ex gratia kompensasiya təklifi də Konvensiyanın pozuntusunun tanınması anlayışına uyğun gəlmir.
37. Beləliklə, Hökumətin birtərəfli bəyannaməsinin məzmununa münasibətdə Məhkəmə müəyyən etmişdir ki, Hökumət Konvensiyada və ona əlavə Protokollarda göstərilən insan hüquqlarını Məhkəmənin işə baxılmasının davam etdirilməsinə zərurət qalmayacaq dərəcədə təmin etmək üçün kifayət qədər əsas göstərə bilməyə müvəffəq olmamışdır (bax: Kessler İsveçrəyə qarşı , № 10577/04, § 24, 26 iyul 2007-ci il; Hakimi Belçikaya qarşı , № 665/08, § 29, 29 iyun 2010-cu il; və Pirəli Orucov Azərbaycana qarşı , № 846/07, § 31, 3 fevral 2011-ci il).
38. Buna görə də, Məhkəmə Hökumətin ərizənin Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq işlərin siyahısından çıxarılması haqqında tələbini rədd edir və müvafiq olaraq işin qəbuledilənliyinə və mahiyyətinə baxmaqla davam edir.
- KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
39. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bildirmişdir ki, onun 2008-ci il 19 iyul tarixindən 29 iyul tarixinə qədər olan həbsi qanunsuz olmuşdur. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin müvafiq hissəsində deyilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz. ”
- Qəbuledilənlik
- Mahiyyət
- Tərəflərin arqumentləri
42. Ərizəçi təkrarən qeyd etmişdir ki, onun 2008-ci il 19 iyul tarixindən 29 iyul tarixinə qədər olan həbsi, həmin müddət üçün məhkəmə qərarı olmadığından qanunsuzdur.
- Məhkəmənin qiymətləndirməsi
44. Bununla əlaqədar olaraq, Məhkəmə bir daha qeyd edir ki, o, bir sıra işlərdə ittiham aktının birinci instansiya məhkəməsinə təqdim olunması faktı əsasında təqsirləndirilən şəxslərin həbsdə saxlanması hallarında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən etmişdir. Məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxslərin xüsusi hüquqi əsas və ya onların vəziyyətini tənzimləyən aydın normalar olmadan həbsdə saxlanılması, bu hal onların qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan qeyri-müəyyən müddətə azadlıqdan məhrum edilməsinə səbəb olacaqsa, bütövlükdə Konvensiyanın əsasını təşkil edən hüquqi müəyyənlik və qanunsuzluqdan müdafiə prinsipləri, həmçinin qanunun aliliyi prinsipinə ziddir (digər işlər arasında bax: Baranovski Polşaya qarşı , № 28358/95, §§ 53-57, AİHM 2000-III; Jecius Litvaya qarşı , № 34578/97, §§ 60-63, AİHM 2000-IX; və Gigolaşvili Gürcüstana qarşı , № 18145/05, §§ 33-36, 8 iyul 2008-ci il).
45. Məhkəmə daha sonra qeyd edir ki, o, Azərbaycana qarşı eyni ərizəni nəzərdən keçirmişdir və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən etmişdir, belə ki, ərizəçinin həbsi məhkəmə qərarına əsaslanmamışdır və beləliklə, göstərilən maddəyə uyğun olaraq qanunsuz olmuşdur (bax: yuxarıda qeyd olunan Fərhad Əliyev , §§ 174-179). Məhkəmə hazırki işdə fərqli nəticəyə gəlməyə heç bir əsas görmür və qərara gəlir ki, ərizəçinin məhkəmənin qərarı olmadan 2008-ci il 19 iyul tarixindən 29 iyul tarixinə qədər olan həbsi 5-ci maddənin 1-ci bəndinə əsasən qanunsuz olmuşdur.
46. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmuşdur.
- KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 3-CÜ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
“ 3 . Bu maddənin I bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsilə şərtləndirilə bilər.”
- Qəbuledilənlik
- Mahiyyət
- Tərəflərin arqumentləri
50. Ərizəçi öz şikayətini təkrarlamışdır. O, bununla əlaqədar olaraq qeyd etmişdir ki, onun həbsi və həbsinin uzadılması barədə məhkəmə qərarları ağlabatan əsaslara malik olmamışdır və yerli məhkəmələr onun davamlı həbsinə müvafiq və yetərli səbəblər göstərə bilməmişlər.
- Məhkəmənin qiymətləndirməsi
52. Tutulan şəxsin cinayət əməlini törətməsinə əsaslı şübhənin olması həbsin davam etdirilməsinin qanuniliyi üçün sine qua non -dur (zəruri şərtdir), lakin müəyyən müddət keçdikdən sonra bu, artıq kifayət etmir və bu halda Məhkəmə müəyyən etməlidir ki, məhkəmə orqanları tərəfindən təqdim olunan digər hallar azadlıqdan məhrumetməyə əsas verməkdə davam edir. Belə əsasların “müvafiq” və “yetərli” olduğu halda, Məhkəmə həmçinin qane olmalıdır ki, yerli orqanlar icraatın gedişində “xüsusi səy” göstərmişdir (bax: Labita İtaliyaya qarşı [BP], № 26772/95, § 153, AİHM 2000-IV).
53. Yerli məhkəmələr təqsirsizlik prezumpsiyası prinsipinə münasibətdə, şəxsi azadlığa hörmət prinsipindən kənara çıxmağa haqq qazandıran ictimai maraq tələblərinin mövcudluğunun lehinə və əleyhinə dəlalət edən bütün faktları araşdırmalı və azad edilmək barədə vəsatətlərə dair qərarlarında onları göstərməlidirlər (bax: Letelye Fransaya qarşı, 26 iyun 1991-ci il, § 35, A Seriyaları, № 207). Azad edilmənin lehinə və əleyhinə olan arqumentlər ümumi və ya mücərrəd olmamalıdır (bax: Klot Belçikaya qarşı, 12 dekabr 1991-ci il, § 44, A Seriyaları, № 225).
54. Konvensiyanın presedent hüququ şəxs cinayət əməlində təqsirli bilindiyi halda qərar verilməzdən əvvəl onun həbsi üçün dörd əsas qəbul edilən səbəb göstərir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməmə riski (Stöqmüller Avstriyaya qarşı, 10 noyabr 1969-cu il, § 15, A Seriyaları, № 9); təqsirləndirilən şəxsin azad olunduğu təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törədəcəyi riski (bax: Vemhoff Almaniyaya qarşı, 27 iyun 1968-ci il, § 14, A Seriyaları, № 7), digər cinayət əməlləri törədəcəyi riski (bax: Matznetter Avstriyaya qarşı, 10 noyabr 1969, § 9, A Seriyaları, № 10) və ya ictimai qaydanı pozması riski (bax: yuxarıda qeyd olunan Letelye, § 51).
55. Bununla bağlı olaraq, Məhkəmə bir daha qeyd edir ki, nəzərdə tutulan cəzanın ağırlığı ədalət mühakiməsindən yayınma riskinin qiymətləndirilməsində əhəmiyyətli element olsa da, ittihamların ağırlığı özlüyündə həbs qətimkan tədbirinin uzun müddət qüvvədə saxlanılmasına haqq qazandıra bilməz (bax: İliykov Bolqarıstana qarşı, № 33977 /96, §§ 80-81, 26 iyul 2001). Bundan əlavə, həbsdə saxlanılmağa haqq qazandıra bilən ədalət mühakiməsindən yayınma riski yalnız nəzərdə tutulan cəzanın ağırlığı əsasında qiymətləndirilə bilməz. Ədalət mühakiməsindən yayınma riski onun mövcudluğunu ya təsdiq edən, ya da həmin riski məhkəməyəqədərki həbsə haqq qazandırılmasını mümkünsüz edən dərəcədə minimuma endirən bir sıra digər müvafiq amillərə istinad olunmaqla qiymətləndirilməlidir (bax: Pançenko Rusiyaya qarşı, № 45100 /98, § 105, 8 fevral 2005-ci il və yuxarıda qeyd olunan Letelye, § 43).
56. Hazırki işin hallarına nəzər saldıqda Məhkəmə artıq daha əvvəl müəyyən etmişdir ki, ərizəçinin həbsdə olmasının müəyyən müddətləri Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olmuşdur (bax: yuxarıda § 45). 5-ci maddənin 3-cü bəndinin məqsədlərinə müvafiq nəzərə alınmalı müddətə gəldikdə isə, bu müddət təqsirləndirilən şəxsin həbsə alındığı gün başlayır və “yalnız birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunduğu halda belə təqsirin müəyyən olunduğu gün” bitir (bax: Kalaşnikov Rusiyaya qarşı , № 47095 /99, § 110, AİHM 2002-VI və yuxarıda qeyd olunan Labita , § 147). Bu işdə həmin müddət ərizəçinin həbs olunduğu tarixdə, yəni 19 mart 2008-ci il tarixində başlamış və Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin onun məhkum olunması barədə qərar verdiyi tarixdə, 19 mart 2009-cu ildə bitmişdir. Beləliklə, ərizəçinin məhkəməyəqədərki həbsi tam olaraq cəmi bir il təşkil etmişdir.
57. Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin həbs olunması barədə qərar ilk olaraq Nərimanov Rayon Məhkəməsinin hakimi tərəfindən 21 mart 2008-ci il tarixində verilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən 3 aprel 2008-ci il tarixində qüvvədə saxlanılmışdır. Ərizəçinin həbsdə olma müddəti daha sonra Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2008-ci il tarixli qərarı ilə bir ay müddətinə uzadılmışdır. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2008-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır.
58. Ərizəçi barəsində həbs qətimkan tədbirinin tətbiq olunmasını tələb edən qərarlara gəldikdə Məhkəmə müəyyən etmişdir ki, həm Nərimanov Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi ərizəçinin həbsi barədə müvafiq olaraq 21 mart 2008-ci il və 3 aprel 2008-ci il tarixində qərar qəbul edərkən standart şablon formadan istifadə etmişdir. Məhkəmə bununla bağlı olaraq qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi həbs üçün bir sıra əsasları, onların ərizəçi barəsində nəyə görə uyğun hesab olunduğunu əsaslandırmadan, mücərrəd və stereotipləşdirilmiş qaydada təkrarlamışdır (bax: yuxarıda § 13 və §15). Bundan başqa, onların qərarları ərizəçi tərəfindən həbs qətimkan tədbirinin tətbiq olunmasına qarşı irəli sürdüyü arqumentlərin heç birini cavablandırmamışdır.
59. Ərizəçinin həbsdə olma müddətinin uzadılması barədə qərarlara gəldikdə isə, Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi yenidən ərizəçiyə təqsirli bilindiyi əməlin ağırlığı və onun ədalət mühakiməsindən yayınması və ədalət mühakiməsinin həyata keçirilməsinə mane ola bilməsi riskinə əsaslanmışlar. Onlar həmçinin öz qərarlarını müxtəlif istintaq hərəkətlərinin aparılmasının zəruriliyi ilə əsaslandırmışlar (bax: yuxarıda § 17 və § 19).
60. Bununla bağlı olaraq Məhkəmə ilk öncə qeyd edir ki, digər istintaq tədbirlərinin həyata keçirilməsinə ehtiyac olması və ya prosesin hələ tamamlanmaması faktı Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən şəxsin məhkəməyə qədər həbs olunması üçün qəbul edilə bilən səbəblərdən heç birinə uyğun gəlmir ( Piruzyan Ermənistana qarşı , № 33376/07, § 98, 26 iyun 2012-ci il). Yerli məhkəməmin əsaslandığı digər səbəblərə gəldikdə isə Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin məhkəməyəqədər həbsi barədə verilən ilkin qərarlar kimi sonrakı məhkəmə qərarları da CPM-də göstərilən şərtləri standart formulalarla ifadə etməklə, cinayət əməlinin ağırlığı və ədalət mühakiməsindən yayınma və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma riski də daxil olmaqla yuxarıda göstərilən əsasları sadalamaqdan başqa bir şey etməmişdir (müqayisə et: Giorgi Nikolaişvili Gürcüstana qarşı , № 37048/04, §§ 76-79, 13 yanvar 2009-cu il və Sefilyan Ermənistana qarşı , № 22491/08, § 89, 2 oktyabr 2012-ci il). Onlar həmin əsaslara uyğun olaraq işə aid olan hər hansı xüsusi faktları göstərməmiş və onları müvafiq və yetərli səbəblərlə əsaslandıra bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin həbsdə saxlanılma müddətini uzadarkən məhkəmələr eyni stereotip ifadələrdən təkrar olaraq istifadə etmişlər və onların gətirdiyi əsaslar zaman keçdikcə dəyişən vəziyyətin gedişini əks etdirməyib və prosesin sonrakı mərhələlərində həmin əsasların öz qüvvəsini saxlayıb-saxlamadığı yoxlanılmamışdır (bax: yuxarıda qeyd olunan Fərhad Əliyev, § 191 və Rafiq Əliyev Azərbaycana qarşı, № 45875/06, § 92, 6 dekabr 2011-ci il).
61. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin ərizəçinin 19 mart 2009-cu il tarixinə qədər olan həbsinin hüquqi əsasını təşkil edən 29 iyul 2008-ci il tarixli qərarına gəldikdə isə Məhkəmə qeyd edir ki, ərizəçinin məhkəməyə qədər həbs olunması və həbsin uzadılması barədə yuxarıda nəzərdən keçirilən məhkəmə qərarları kimi bu qərar da ərizəçinin davamlı həbsi üçün müvafiq və yetərli səbəblər göstərə bilməmişdir. Xüsusilə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçinin həbsi üçün heç bir konkret əsas gətirmədən onun barəsində həbs qətimkan tədbirinin “dəyişdirilmədən” saxlanılması barədə qərar verməklə kifayətlənmişdir. Məhkəmə bununla bağlı olaraq bir daha qeyd edir ki, heç bir əsas olmadan həbsin uzadılması barədə məhkəmə qərarları Konvensiyanın 5-ci maddəsinə ziddir (müqayisə et: Çumakov Rusiyaya qarşı, № 41794/04, § 130, 24 aprel 2012-ci il və Xudoyorov Rusiyaya qarşı, № 6847/02, § 142, AİHM 2005-X (çıxarışlar)).
62. Müvafiq olaraq Məhkəmə qeyd edir ki, yerli məhkəmələr həm ərizəçinin həbs olunması barədə, həm də onun həbs müddətinin uzadılması barədə qərar qəbul edərkən eyni standart formuladan istifadə etmişlər. Onlar, ümumiyyətlə, ərizəçi tərəfindən onun azad olmasının xeyrinə irəli sürülən arqumentləri təkzib etməyə cəhd göstərməmişlər.
63. Yuxarıda göstərilənləri nəzərə alaraq Məhkəmə bu nəticəyə gəlir ki, ərizəçinin işinə dair xüsusi faktları nəzərə almadan həbs olunma üçün əsasları standart formuladan istifadə etməklə sadalamaqla, həmçinin, işə uyğun olmayan əsaslara əsaslanmaqla, məhkəmə orqanları ərizəçinin məhkəməyə qədər həbs olunmasının əsaslandırılması üçün “müvafiq” və “yetərli” səbəblər göstərə bilməmişlər.
64. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmuşdur.
- KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
65. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin
qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
- Ziyan
67. Hökumət iddia etmişdir ki, ərizəçinin tələbi əsassızdır və tələb olunan məbləğ həddindən artıq çoxdur. Hökumət hesab edir ki, hər bir halda, 2000 avro məbləğində ödəniş ədalətli kompensasiya üçün kifayət edir.
68. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və bu ziyan təkcə pozuntuların müəyyən edilməsi ilə kompensasiya oluna bilməz, buna görə də, ona kompensasiya təyin olunmalıdır. Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi, Məhkəmə qiymətləndirməni ədalətli əsasda həyata keçirərək ərizəçiyə bu bənd üzrə 13 000 avro və bu məbləğdən tutula bilən vergi məbləğinin ödənilməsini təyin edir.
- Məhkəmə xərcləri və digər məsrəflər
70. Hökumət bildirmişdir ki, tələb əsassız və məbləğ həddindən artıq çoxdur. Xüsusilə, Hökumət müqavilələrdə tərəflərin bank hesablarının və ya vergi ödəyicilərinin eyniləşdirmə nömrələri barədə məlumatların olmaması səbəbindən onların hüquqi qüvvəsini mübahisələndirmişdir. Həmçinin, Hökumət bildirmişdir ki, buna baxmayaraq ərizəçinin məhkəmə xərcləri və digər məsrəflər üçün tələbini qəbul etməyə hazırdır və o, ümumilikdə bütün xərclər üçün 2000 avro məbləğində kompensasiya təyin etməyi məqsədəmüvafiq hesab edir.
71. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna yalnız о halda malik olur ki, həmin xərclərin həqiqətən və zəruri olaraq çəkildiyi sübut edilsin və onlar miqdarca ağlabatan olsun. Hazırki işdə Məhkəmə müəyyən edir ki, ərizəçi öz tələbini təsdiq etmək üçün müvafiq müqavilələri təqdim etmişdir və Məhkəmə Hökumətin müqavilələrin, tərəflərin bank hesabları və vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi barədə məlumatları əks etdirmədiyindən hüquqi qüvvələrinin olmaması barədə arqumentlərini qəbul etmir. Həmçinin, Məhkəmə müəyyən etmişdir ki, tərcümə haqqında müqavilə ərizənin ingilis dilində tərtib edilmiş orijinal variantının və digər müvafiq sənədlərin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini əhatə edir. Bununla bağlı Məhkəmə müəyyən edir ki, ərizəçi Məhkəməyə heç bir tərcümə olunmuş sənəd təqdim etməmişdir. Bundan başqa, Məhkəmə, Məhkəmədəki icraat üçün ərizənin ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmasını zəruri hesab etmir. Beləliklə, təqdim olunmuş sənədlərə və yuxarıda qeyd olunan kriteriyaya uyğun olaraq Məhkəmə çəkilən bütün xərclərə görə 3919 avro məbləğində kompensasiya təyin etməyi ağlabatan hesab edir.
- İcranın gecikdirilməsinə görə faiz
- Ərizəni qəbuledilən elan edir;
- Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub;
- Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulub;
- Qərara alır ki,
- cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Azərbaycan manatına çevrilməklə ödəməlidir:
- mənəvi ziyana görə 13 000 (on üç min) avro və bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
- məhkəmə xərcləri və digər məsrəflərə görə 3919 (üç min doqquz yüz on doqquz) avro və bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;
- yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır.
- Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.