Press "Enter" to skip to content

Azərbaycandan Almaniyaya viza almaq asanlaşdı

İnandırım Sizləri ki, Almaniyaya hər gələn cənnət içində yaşamır. Bu cənnət yalnız alman vətəndaşlarına və eyni hüquqa malik olan şəxslərə şamil edilir. Qaçqın kimi gəlib alman cəmiyyətinə inteqrasiya olunmaq şansı minimal olduğundan burada ikinci və daha aşağı dərəcəli insanlar kimi yaşamaq qaçqınları normal insan qüruruna sığmayan hisslərə sürükləyir. Nəticədə bədəni burada olan azərbaycanlıların ruhları Bakıda dolanır. Alman dövlətindən qopardıqları pullar hesabına Bakıda ev və bağ alaraq vaxtilə onları didərgin salanların ciblərinə xeyir vermiş olurlar.

Almaniya azrbaycan laqlri

Mənim bloqumda Almaniyada yaşayan azərbaycanlı qaçqınlar haqqında yazdığım məlumatı görüb, məni “Almaniya qaçqınkomun sədri” kimi qəbul edən və son zamanlar zəhləmi yersiz suallarla tökən milli xanımlar və bəylərə müraciət!

Bilin və agah olun ki, mən buraya qaçqın kimi gəlməmişəm. Təhsil almaq üçün gəlmişəm, təhsilimi başa vurduqdan sonra qalıb mühəndis kimi çalışıram. Yəni mənim nə “siyasi”, nə də “humanitar” baxımdan Almaniyaya gəlib, məskunlaşmış qaçqınlarla heç bir əlaqəm yoxdur, onun olmasına da marağım yoxdur. Çünki onlardan qorxuram.
Azərbaycanla məni yalnız müəyyən emosional hisslər bağlayır, mənim orada heç kimim və heç nəyim yoxdur. Vaxtaşarı inernet mediası üzərindən Azərbaycanla bağlı bu və ya digər məsələlər haqqında fikrimi bölüşməyim isə məndə olan “azərbaycançılıq kompleksi”nin” əlamətləridir. Həyatımı Almaniyaya bağlasam da Azərbaycanda gedən proseslərə biganə qala bilmirəm, Azərbaycanın və onun xalqının sivil səviyyəsizliyi həmişə məni narahat edir, onlar təhqir olunanda əvvəldə qeyd etdiyim o kompleks məni sıxır, sanki məndə təhqir olunuram. Ona görə də, Azərbaycanın sivil ölkəyə çevrilməsi üçün önəmli olan demokratik islahatların həyata keçirilməsini arzulayıram.

Qaçqın statusunun kimlərə verilib, verilməməsi haqqında məncə kifayət qədərə ətraflı yazmışam. Sizlərə çatdırmaq istədyim odur ki, gözəl vətəninizi qoyub Almaniyaya qaçıb, qaçqın düşərgələrində aşağılanmanızı istəməzdim. Sizin vətəninizdə almanlardan da yaxşı yaşamaq üçün hər cürə şərait yaratmaq mümkündür. Onlar da bizim kimi insandırlar. Almanlar haqqında yazdığım yazılarda da çatdırmaq istədyim mesaj budur. Ancaq Azərbaycandakı mühit burdakı kimi deyil. Əgər Azərbyacanın ucqar bir kəndində böyümüş, orada orta təhsil almış birisi gəlib burada 60 min işçisi olan böyük şirkətdə aparıcı mühəndis işləyə bilirsə, deməli azərbaycanlı gənclər eyni mühitdə dünyanın hər yerində bu qabliyyəti nümayiş etdirə bilərlər.

Almaniyaya qaçmaq əvəzinə Azərbyacanda belə bir mühitin formalaşmasına mane olan, təhsili sisteminizi bərbad edənlərə qarşı mübarizə aparsaydınz ən azından gələck nəsilləri bu qaçqınlıq xəstəliyindən xilas etmiş olardınız. Onlar nə aylıq azuqə üçün, nə də ki, “böyrəklərini pulsuz dəyişdirmək” üçün xaricə üz turarlar. Qurtarın bu dilənçiliyi! Elə var dövləti olan ölkənin vətəndaşları dilənməli deyillər. Gedin sizn çörəyinizi, normal yaşamaq və sərbəst düşünmək haqqınızı əlinizdən alanlarla davanızı edin.

İnandırım Sizləri ki, Almaniyaya hər gələn cənnət içində yaşamır. Bu cənnət yalnız alman vətəndaşlarına və eyni hüquqa malik olan şəxslərə şamil edilir. Qaçqın kimi gəlib alman cəmiyyətinə inteqrasiya olunmaq şansı minimal olduğundan burada ikinci və daha aşağı dərəcəli insanlar kimi yaşamaq qaçqınları normal insan qüruruna sığmayan hisslərə sürükləyir. Nəticədə bədəni burada olan azərbaycanlıların ruhları Bakıda dolanır. Alman dövlətindən qopardıqları pullar hesabına Bakıda ev və bağ alaraq vaxtilə onları didərgin salanların ciblərinə xeyir vermiş olurlar.

Sonda Sizlərə bir məsləhət. Görünür Sizlər AzTV-yə baxmırsınız. Əgər belədirsə, onda Siz yaxşı vətəndaş deyilsiniz. AzTV-nin qədrini də buraya gələn qaçqınlar Sizlərdən daha yaxşı bilirlər. AzTV və digər milli telekanallar onlar üçün Almaniyada mənəviyyat mənbəyinə çevrilir. Sizlər AzTV-yə baxsaydınız yəqin ki, Almaniyada vəziyyətin elə də yaxşı olmadığnı görərdiniz: iqtisadiyyat tənəzzül edir, xaricilərin uşaqlarını əllərindən alıb homoseksuallara adoptivliyə verirlər, türkləri döyüb öldürülər, qaçqınların hüquqları tapdalanr və s. Lazımdırmı bütün bunlar Sizlərə? İnanmırsınızsa onda Almaniyanın dağılması üzrə ekspert-ekstrasens Eynulla Fətullayevə müraciət edə bilərsiniz.

Azərbaycandan Almaniyaya viza almaq asanlaşdı

Sabahdan başlayaraq „VisaMetric“ şirkəti Almaniya Səfirliyinin tapşırığı ilə səfər məqsədi Almaniya olan şengen vizaları üçün sənəd qəbulunu həyata keçirəcək.

Trend-i buradan izləyin

Sabahdan başlayaraq “VisaMetric“ şirkəti Almaniya Səfirliyinin tapşırığı ilə səfər məqsədi Almaniya olan şengen vizaları üçün sənəd qəbulunu həyata keçirəcək.

Almaniyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, viza sənədlərinin qəbulu mərkəzi Nəsimi rayonu, Rəsul Rza küçəsi 75 ünvanında, Qış Parkı binasında yerləşir.

Mərkəz həftənin 1-5-ci günləri saat 08:30-dan 16:00-dək açıq olacaq.

Məlumata görə, qəbul saatlarının artırılması və görüş vaxtı təyin etmək üçün gözləmə vaxtlarının qısaldılması nəticəsində Almaniya səfirliyində şengen vizasına müraciət prosesi asanlaşdırılır. Ərizəçilər həmçinin yeni viza qəbulu mərkəzinin digər xidmətlərindən – biometrik şəkillərin çəkilişi və pasportların kuryer vasitəsilə göndərilməsindən yararlanmaq imkanı əldə edəcəklər. Şengen vizasına müraciət edən ərizəçilər ilk həftələrdə görüş vaxtı təyin etməli olacaqlar. Görüş vaxtını telefonla və ya “VisaMetric” şirkətinin internet səhifəsindən təyin etmək mümkündür.

May ayının ortasından müraciət üçün görüş vaxtı təyin etməyə ehtiyac qalmayacaq. Şengen vizaya müraciətə edilən dəyişiklik milli vizaya – ailə birləşməsi, təhsil və s. şamil olunmur.

Səfirlikdən bildirilib ki, suallar olduğu təqdirdə həftənin 1-5-ci günləri saat 08:30-dan 12:30-dək, eləcə də 13:30-dan 17:00-dək “VisaMetric” şirkətinin telefon mərkəzinə (012) 599 88 12 zəng etmək mümkündür.

Ələvə məlumatı “VisaMetric”in internet səhifəsindən https://www.visametric.com/Azerbaijan/Germany/az eləcə də Almaniya səfirliyinin internet səhifəsindən www.baku.diplo.de əldə etmək mümkündür.

  • Almaniya
  • vizaların sadələşdirilməsi

Comments are closed, but trackbacks and pingbacks are open.