Almanyanın qədim tarixi
Hörmətli nazir QHT-lərə faizlə layihələr satırdı. Həmin QHT-lərə ki, guya tarixi abidələrimizi qoruyurlar
Qarayev alman mütəxəssisin layihəsini harda itirdi? – Qaxda tarixi abidələr məhv edilir + VİDEO
Aidiyyəti qurumların diqqətsizliyi, məsuliyyətsizliyi ucbatından Azərbaycan tarixinin daşla hörülmüş səhifələri cırılıb atılır.
İlisunu gəzmək üçün çox az vaxtımız var idi. Buna görə də tarixi abidələrin cəmi bir neçəsinə baş çəkə bildik. Amma hansı abidəyə yaxınlaşdıqsa, qanımız qaraldı, içimizi təəssüf hissi bürüdü. Düşündük ki, bu qısa gəzintimizə virtual olaraq sizləri də qoşaq. Qoşaq ki, yüz illərin sınağından çıxmış abidələrin biganəlik, işbilməzlik, sevgisizlik üzündən üz qaraldan yoxoluşuna şahidlik edəsiniz.
Şeyx Şamilin viran edilən sığınacağı
Baxın, bura Şamil qalasıdır. Qəhrəman Şeyx Şamil qalası. İnşaa tarixi XIX əsrin ortalarına aid edilir. İlisunu əhatə edən dağlardan birinin – Yezlidağın üstündə tikilib. Qalaçadan İlisuya gələn bütün yolları müşahidə etmək, nəzarətdə saxlamaq mümkündür. Qalaça tam dağılmaq üzrədir. Guya, maraqlı tarixi-memarlıq abidəsi dövlət tərəfindən qorunur. Amma bu yalnız sözdədi. Söz demişkən, heç söz ə yoxdur. Nazirlik tərəfindən abidələrin üzərinə vurulan hər-hansı lövhəyə, sözə, yazıya da rast gəlinmir. Bilmək olmur, bu lövhəni Mədəniyyət və Turizm Nazirliyi əziyyət çəkib, gətirib vurmayıb, yoxsa, həmin lövhə qalanın uçan divarları ilə birgə tarixə qovuşub.
Yoxa çıxan QALA
Bu isə Dağıstan yolunun üstündəki qaladır. Adı yoxdur, amma sənədlərdə “Qala kompleksi” adlanır. Adının gurultusuna fikir verməyin. Özü illərin biganəliyi altında inildəyir – uçub-dağılıb. İndi bu kompleksdən bircə divar qalıb. Onun da yarısı yarıcan. Vaxtilə geniş ərazini əhatə edən bu qalanın divarları üzərində bir neçə ev tikilib. “Qala məhəlləsi”ndə yürüyərkən bunu aydın şəkildə görmək olur. Elə qalanın uçuq divarlarına yol da bu evlərdən birinin dəhlizindən keçib gedir.
Sakinlər deyir ki, iki il öncə bura sabiq Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev baş çəkib. Qalanın təmir məsələsini nəzarətdə saxlayacağını deyib. Həmin vaxt qalanın iki divarı ayaq üstəymiş. Nazirin ayağı dəyəndən iki ay sonra divarın biri uçub.
“Bürc Qala” – Alman mütəxəssisinin itirilən layihəsi
Ömrünün qürub çağını yaşayan digər abidə isə “Bürc Qala”dır. “Bürc Qala” ərazidə inşa olunmuş müdafiə kompleksinə aid bürclərdən biridir. Yaxşı baxın, çünki yaxın gələcəkdə izi-tozu qalmayacaq.
İlusu sakini Rafael Məmmədov qalanın bərpası üçün öz hesabına Almaniyadan mütəxəssis dəvət edib, layihə hazırlatdırıb və Əbülfəs Qarayev kəndə gələndə ona təqdim edib. Dediyinə görə, layihə Nazirin marağına səbəb olub. Hətta buna görə kənd sakininə minnətdarlıq da edib. Ancaq hər şey bununla da bitib. Qalanın tökülən, sökülən daşlarından səs çıxıb, nazirlikdən yox.
Bu yaxınlarda Rəfael Məmmədov layihənin taleyi ilə maraqlanmaq üçün Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə gedib. Məlum olub ki, xeyli əziyyət və maliyyə hesabına başa gələn layihə ümumiyyətlə nazirliyə təqdim olunmayıb. Əbülfəs Qarayev o layihəni cibinə qoyub harada, necə istifadə edib, heç kimə məlum deyil.
Əsaslı şəkildə şikəst edilən tarixi məscid
Biganəlik, sevgisizlik nəinki qalaları, Allahın evini də dağıdırmış. İnanmırsınızsa, İlusu məscidinə tamaşa edin. Bu, kəndin ən qədim tarixi abidələrindən biridir. Elə ona görə də “Ulu Məscid” adlanır. Giriş qapısının üstündə – sağ və sol tərəfdə daş kitabələr həkk olunub.
Deyilənə görə, məscidin ortasında minarə varmış. Sonradan bir hissəsi uçub. Məscid dövlət tərəfindən “əsaslı” təmir olunanda isə minarə yerli-dibli ləğv olunub. Bununla da ürəkləri söyumayıb, minarənin olduğu yeri betonlayıb, kirəmitlə örtüblər. Məhz minarənin yerinə görə bütün məscidlərdən fərqlənin bu tarixi abidə əslində, əsaslı təmirlə şikəst edilib. İndi minarənin yerindən məscidin içinə daimi su axır.
Ayıbını örtmək üçün nazirliyin tökdüyü beton da bu “çapığı” örtə bilməyib. İndi sakinlərin məscidlə bağlı iki arzusu var: minarənin bərpası və məscidə qaz çəkilməsi. Qaz çəkilmədiyinə görə, məsciddən həm istifadə etmək olmur, həm də nəmişlik divarları dağıdır.
Arzuladığımız şallaq
Bu qədər köhnəlmiş, uçmuş tarixi abidələrin fonunda məscidin həyətindəki, böyük, sağlam, təptəzə, heç vaxt göyərməyəcək qara daş diqqət çəkir. Öyrənirik ki, bu şallaq daşıdır. Abidələr köhnəldikcə, yerlə yeksan edildikcə bu daş təzələnir, sanki istifadəyə hazırlanır. Amma kim üçün? Şallaq kimlərə vurulacaq? İnanırıq ki, Tanrı bizə buna şahidlik etmək şansı verəcək. Ən azından “Ulu Məscid” və babalarımızı min cür bəladan qoruyan qalaların urvatına bunu bizdən əsirgəmiyəcək.
Elçin
BakuPost
Şərhlər
milli 2020-08-12 07:33:33
Hörmətli nazir QHT-lərə faizlə layihələr satırdı. Həmin QHT-lərə ki, guya tarixi abidələrimizi qoruyurlar
Müəllifə 2020-08-12 07:16:26
Niyə Qarayev vəzifədə olanda yazmırdız bunları?niyə tələb etmirdiz. hansısı vəzifədən gedir ondan sonra araşdırma aparırsız..
Pasha 2020-08-12 03:22:00
kilsa olsaydi pulsuz qaz verardik
Mirzə AĞ 2020-08-11 23:00:37
Ay, camaat, İlhamə Quliyevanı şəhid”” adlandıran bir avaradan (Qarayevdən) nə gözləyirdiniz?!
Almanyanın qədim tarixi
Qədim Alman-Skandinav mifologiyası və etiqadları haqqında bir sıra mənbələr mövcuddur. Roma tarixçisi Tatsitin (b.e I əsr) əsərinin “Almaniya” bölməsində, qotların tarixinə dair İordanın (b.e VI əsr) əsərində, Pavel Diakonun “Lanqobardların tarixi” əsərində (VIII əsr), Möhtərəm Bedin (VIII əsr) “Anql xalqlarının kilsə tarixi” və s. əsərlərdə Alman-Skandinav mifologiyası haqqında məlumatlar mövcuddur. Bunlardan əlavə “Böyük Edda”, “Kiçik Edda”, “Nibelunqlar haqqında nəğmə” və s. əsərlər yalnız Skandinav xalqlarının deyil, ümumiyyətlə, alman dilində danışan bütün xalqların qiymətli tarixi-mədəni irsi kimi tanınır.
A.Xosler, M.İ.Steblin, A.Y.Qureviç və başqa görkəmli alimlər Alman-Skandinav mifologiyasının tarınımış tədqiqatçılarıdır. Alman-Skandinav mifologiyasının allahlar panteonunda baş və köməkçi, xeyri və şəri təmsil edən allahlar olmuşdur. Onların arasında on iki allah və onlarla eyni qüdrətə malik olan arvadları xüsusilə seçilir. Onların ən qüdrətlisi Odindir. Skandinav miflərində Odin dünyanın başçısı, qədim qəbilə-tayfa hakiminin başlıca xüsusiyyətlərini özündə birləşdirən kralları təmsil edir. Odin arvadı Friqq ilə insanların taleyini həll edir. Skandinav mifologiyasında ali, baş allah Odin alman allahı Bodenlə (Botanla) uyğunluq təşkil edir. Botan sehrbaz qüvvələrin funksiyasını yerinə yetirir. Bir çox alman tayfaları ona etiqad etmişlər. Odinin baş səma allahına çevrilməsi həm hərbi ittifaqların möhkəmləndirilməsi (allah hərbi hami rolunda), həm də axirət dünyası haqqında təsəvvürlərin dağılması, cəsur qəhrəmanlar üçün səmada ölülər səltənətinin yaradılması təsəvvürləri ilə bağlıdır. AlmanSkandinav mifologiyasında baş allah Odin (Vodan) çoxsaylı ad və ləqəblərlə (Alfyodr-“hamının atası”, Xar- “yüksək”, Xeryan- “döyüşçü, İqq-“qorxunc” və s.) tanınmışdır. Qədim Alman-Skandinav mifoloji sistemində Asqard allahların məskəni kimi verilir. Odindən sonra allahlar panteonunda Tor ikinci yerdə durur. O, məhsuldarlıq, tufan, şimşək allahı kimi məşhurdur. Alman-skandinav allahları içərisində Tyur, Braqi, Xed, Loki, Vali və s. müxtəlif funksiyalar daşıyırlar.
Skandinav allahlar panteonunda ilahələr də xüsusi yer tutur. Baş ilahə Friqq ilə birlikdə onların sayı on dörddür. Saqa, Geeyon, Eyr, Bar, Lovn, Syun, Xlin və s. bu panteona daxildir. Bu adlar ayrı-ayrı anlamı ifadə edir. Məsələn: Bar- “and”, Syun-“təkzib edən”, Lovn-“icazə” və s.
Alman-Skandinav mifoloji görüşlərində qəhrəmanlar haqqında mifik mətnlər də geniş yayılmışdır. Bu mifologiyanın əsas cəhətlərindən biri allahların da ölməsi hadisəsidir. Mifik qəhrəman Siqurd Ziqfrid obrazı mifoloji və nağıl motivlərini özündə birləşdirir. “Nibelunqlar haqqında nəğmə”də Siqurda aid çoxlu mifoloji motivlər mövcuddur. Alman-Skandinav mifologiyasında Xaddinq, Starkad və digər qəhrəmanların da özünəməxsus yeri vardır.
Alman-Skandinav xalqlarının qəhrəmanlıq eposunda hun (türk) hökmdarı Atilla obrazı mühüm yer tutur. V əsrdən Avropada geniş yayılan qəhrəmanlıq nəğmələrində Atilla əsas qəhrəmanlardan biridir. “Tanrının qırmancı” ləqəbli Atilla haqqında Alman-Skandinav eposunda başlıca olaraq iki sujet geniş yayılmışdır:
1) Hunların Atillanın sərkərdəliyi ilə Reyn çayı yaxınlığında Birqund krallığını darmadağın etməsi;
2) Atillanın ölümü.
Hər iki gerçək hadisə eposda birtərəfli və tanınmaz şəkildə öz əksini tapsa da, Alman-Skandinav xalqları, macarlar Atilla haqqında əsrlər boyu nəğmələr, saqalar, dastanlar yaratmışlar.
Comments are closed, but trackbacks and pingbacks are open.