Press "Enter" to skip to content

Книга – Aləmdə səsim var mənim

Üz ilə zülfüvü dərk etmədim lətafətdən, Seçə qəradən ağı qüvveyi-təmiz istər.

Aləmdə səsim var mənim

Bu kitab həmçinin kitabxanalarında mövcuddur. Eyni anda bir neçə kitabxanada qeydiyyatdan keçin və kitabları daha sürətli əldə edin.

399 AZN qarşılığında bu va daha 2 kitab

Abunə olmaqla siz hər ay kataloqdan AZN-ə qədər bir kitab və şəxsi seçimdən iki kitab götürə bilərsiniz. Ətraflı

Abunəlik üçün ödəniş etməklə, təklifdə göstərilən ödəniş şərtlərini və onun avtomatik yenilənməsini qəbul edirəm

Ödəmək Ləğv etmək
Kitabın təsviri

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca – iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir. Kitabımıza Seyid Əzim Şirvani yaradıcılığının bir hissəsini daxil etmişik: qəzəllər, rübailər, qoşabeytlər, təkbeytlər, qitələr, tərkibbəndlər, müxəmməslər, müsəddəs, müstəzadlar, satiralar, müxtəlif şeirlər. Şairin əsərlərində doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.

Книга – Aləmdə səsim var mənim

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca – iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.

Kitabımıza Seyid Əzim Şirvani yaradıcılığının bir hissəsini daxil etmişik: qəzəllər, rübailər, qoşabeytlər, təkbeytlər, qitələr, tərkibbəndlər, müxəmməslər, müsəddəs, müstəzadlar, satiralar, müxtəlif şeirlər.

Şairin əsərlərində doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.

SEYİD ƏZİM ŞİRVANİ

Aləmdə səsim var mənim

Kitab Klubu – 2015

Seyid Əzim Şirvani.

Aləmdə səsim var mənim. /Seçilmiş əsərləri/

Kitab Klubu, 2015, 472 səh.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə

qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca – iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.

Kitabımıza Seyid Əzim Şirvani yaradıcılığının bir hissəsini daxil etmişik: qəzəllər, rübailər, qoşabeytlər, təkbeytlər, qitələr, tərkibbəndlər, müxəmməslər, müsəddəs, müstəzadlar, satiralar, müxtəlif şeirlər.

Şairin əsərlərində doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.

© “Kitab Klubu”, 2015

Kitabı bu nömrələrə zəng etməklə əldə edə bilərsiniz

 www.kitabklubu.org (012) 4921238, (050) 4049113

 Zəka Kitab Evi (012) 5990154, (050) 5190454

Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib, Alıbdı səbrü qərarimi aşikarə, gedib.

Gedib şikarə bu gün ol qəzali-mişkinmu, Aparmayıb itini bilmirəm nə karə gedib.

Gəlir mənə bu qəmin hər dəqiqəsi bir ay, Bu gün o mah ki, bu şəhrdən kənarə gedib.

O şəh fərağı mənə rüx veribdi mat oldum, Vəziri-əql düşüb dərdə, ol səvarə gedib.

Bu gün mənim gözümə afitab tar gəlir,

O zülfi qarə günümü edibdi qarə, gedib.

Gedib o qaşı kaman qeyrilə şikarə bu gün, Xədəngi-hicri vurub xatirimə yarə, gedib.

Olubdu qaib o mahın behişt rüxsarı,

Salıbdı Seyyidini aşikarə narə, gedib.

Oldu sünbüllər xəcil zülfı-pərişanın görüb, Qönçələr qan oldular ləli-dürəfşanın görüb.

Yusifə zindan təmənna oldu mehrindən sənin, Aləmi-zərratdə çahi-zənəxdanın görüb.

Bağban hər gündə bir sərvin qopardır bağdən, Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanın görüb.

Guylər tək əşki-gülgunum olur hər yan rəvan, Əldə çövkan, ərsədə Rəxş üzrə cövlanın görüb.

Qoy ölüm, axır nəfəsdir, gəlmə nəşim üstə, ta Qeyrlər mərg etməsin xahiş, bu ehsanın görüb.

Zəxminə mərhəm təsəvvür etdi tiri-Rüstəmi, Əşkəbus, ey qaşı yay, sinəmdə peykanın görüb.

Qönçə tək yüz pirəhən çak etdi, ey gül, rəşkdən Seyyidi-xunincigər çaki-giribanın görüb.

Nə qədər gər ola bu çərxi-cəfacudə bəla, Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla.

Nə bəlalər gətirir başıma çeşmin, ya rəb, Nə qədər var imiş ol nərgisi-cadudə bəla.

Xətü xalü səri-zülfändən olub qan könlüm, Kim görübdür bu qədər ləşkəri-hindudə bəla.

Mərdümi-didələrim rəncədi əşk içrə müdam, Rəsmdir, kim ki qəriq olsa çəkər sudə bəla.

Ey könül, zülf ilə əbrusuna meyl etmə ki, var Çini-zülfündə xəta, ol xəmi-əbrudə bəla.

Tapacaqdır məni hər yerdə kim, olsam guya, Olmasam mən, qalacaqdır qəmü qayqudə bəla.

Görməmək yarı bəla, görməgi qeyr ilə bəla, Seyyida, düş, yıxıl öl, o da bəla, bu da bəla!

Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?

Qəhri o təbibin dili-bimarım üçündür?

Şadəm ki, salır qeyr məni yaduva hərdəm, Hərçənd ki, yad etməgi azarım üçündür.

Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar,

Tərki-vətən etdimsə əgər, yarım üçündür.

Hər gecə fəğanım yetişir gögdə hilalə,

Bu nalələr ol əxtəri-səyyarım üçündür.

Sən də gedibən ağla öz əhvaluva, Seyyid, Fəryadü fəğanım mənim öz yarım üçündür.

Zahida, ol sənəmin zülfi-çəlipasına bax,

Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax.

Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır,

Tutduğu felini gör, verdigi mənasına bax.

Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin, İrsinə dik gözüvü, külçəvü həlvasına bax.

İstəyir cənnəti zahid bu qədər hiylə ilə, Əbləhin fikrini gör, dildə təmənnasına bax.

Dili-divanə sevən can tək o zülfi-siyəhi, Başının şurini gör, eşqdə sövdasına bax.

Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz, Neyləyirsən əməlin, dildə təmənnasına bax.

Vermənəm könlümü bir dilbərə bundan sonra, Olmanam aşiq o siminbərə bundan sonra.

Aldı iymanımı əldən, məni bidin elədi,

Aşina olmanam ol kafərə bundan sonra.

Oxşayır mahi-fələk çünki üzari-yarə,

Baxmanam mən bu məhi-ənvərə bundan sonra.

Badənin ləli-ləbi-dilbərə çün nisbəti var, Tökmənəm badəni mən sağərə bundan sonra.

Ənbərin zülfüvün ol qədr ziyanın deyərəm, Kimsə rəğbət eləməz ənbərə bundan sonra.

Dəxi ol sərvqədin kuyinə cənnət deyibən Gəzmənəm küçələri heyvərə bundan sonra.

Etmənəm zülfüvün ovsafını, şair deməsin O pəri Seyyidi-qəmpərvərə bundan sonra.

Görəsən kim nə imiş hörməti-səhbayə səbəb Ki, həram etdi bu can cövhərini Şahi-Ərəb.

Məstlikdir səbəbi-hürməti gər səhbanın, Qeyri-səhba dəxi bu məstligə çoxdu səbəb.

Var ümidim ki, nəsibi ola abi-kövsər,

Rəznişanlıqda ki, dehqan bu qədər çəkdi təəb.

Meyvəsi oxşamasaydı ləbinə dildarın,

Bağban əkməz idi bağdə bir nəxli-rütəb.

Ürəgim qan, sirişkim meyi-gülgunə dönər, Ləbi-innabinə hərdəm ki, dəgə mai-ənəb.

Udü səndəl nə gərək, nəkhəti-zülfän xoşdur, Gülrüxüm mən degiləm dəhrdə həmmali-hətəb.

Seyyida, qoymaz idi şaxi-gül üstə qədəmin, Bülbüli-məstdə olsaydı əgər rəsmi-ədəb.

Qəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləb, Bisəbəb qan tökmək istərsən, nədir axır səbəb?

Vaiza, meykəşlərə daim qəzəbdir adətin, Qorx o gündən kim, sənə piri-müğan eylər qəzəb.

Eşqdə bidərdlər eylər təəccüb halıma,

Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, büləcəb.

Gözlərin, ey səngdil, sındırdı könlüm şişəsin, Məstlər bəzmində olmazmış müraati-ədəb.

Dəhr ara bir gül yetirdim, dərdi gülçin aqibət, Kamə yetdi bitəəb-əğyar, mən çəkdim təəb.

Gahü gər dil istəyir busə üzündən, vəchi var, Öz fəqirindir ki, quti-layəmut eylər tələb.

Mütriba, ləhni-hicaz ilə sürudun saz qıl, Ta Məhəmməd eşqinə Seyyid bu şəb etsin tərəb.

Gecə gördüm səni, ey afəti-dövran, yuxuda –

Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.

Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım, Etibar olmaz əgərçi görələr qan yuxuda.

Zahirən abi-bəqayə yetəcək xəstə könül

Kim, bilibdir dəhənin sirrini pinhan yuxuda.

Nola ləlin görübən zövq ilə xəndan olsam, Rəsmdir şad olu hər kim ola giryan yuxuda.

Var ümidim ola cəmiyyəti-vəslin məqdur

Ki, qara zülfüvi göz gördü pərişan yuxuda.

Gecə gördükdə səfayi-rüxün, ey kəbeyi-hüsn.

Kaş olaydım, dolanıb başuva, qurban yuxuda.

Seyyidi-zar görüb vəslüvi bidar olmuş,

Bir gədadır ki, görüb özünü sultan yuxuda.

Bu naməni ki, yari-dilaram göndərib,

Canə sürur, könlümə aram göndərib.

Kafurə sehr ilə eləyib müşkdən rəqəm,

Sübh üzrə ya ki, nəqş qılıb şam göndərib.

Bu namə ilə canə verib sərfərazlıq,

Nakamü zar könlümə bir kam göndərib.

Öz aşiqi-şikəstədilü biqərarma,

Ol namə ilə bir neçə peyğam göndərib.

Bilmiş günüm fəraqı ilə qarə olduğun,

Dərdü qəmü fəraqə sərəncam göndərib.

Etmiş visalə Seyyidi-zarın ümidvar,

Öz mübtəlası könlünə aram göndərib.

Bu gələn kimdi ki, yüz vəlvələ Şirvanə salıb, Qülğülə, hüsnü onun, aləmi-imkanə salıb.

Qızarıb arizi-ali güli-tər tək meydən,

Açıban ruyini eşq əhlini yüz qanə salıb.

Kimdi bu arizi xurşidi-dirəxşan ki, bu gün Xunlər ləli-ləbi kuhi-Bədəxşanə salıb.

Bu əzizə neçə Yusiflər olub zarü əsir,

Hansının könlünü ol çahi-zənəxdanə salıb?

Dövri-ruyini tutub ləşkəri-xətti-siyəhi, Mürlər rəxnə, məgər, mülki-Süleymanə salıb!

Buna Mahmud deyim, bilməyirəm ya ki,

Əyaz Cəzbeyi-eşqini bu xatiri-sultanə salıb.

Görməmiş Seyyidi-sərgəştə o şəmi-hüsnü, Bu əcəbdir ki, özün atəşi-suzanə salıb.

Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib, Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.

Həmdlər xaliqi-bimislə ki, Şirvanı genə, Salmağa tazədən ol müğbəçə samanə gəlib.

Meydə yox ləli-ləbində olan asari-səfa, Sanma ki, gərdişə hərgiz belə peymanə gəlib.

Vərəqi-arizi-alm görüb ol lalə rüxün,

Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib.

Demərəm admı mən, bax səri-hər beytə bu gün, Bilisən Seyyid özün kimdi ki, Şirvanə gəlib.

Nə tutmuşsan, könül, qürbət diyarın, əzmi-Şirvan et, Tamaşayi-rüxi-yar ilə seyri-kuyi-canan et.

Nə olmuşsan giriftari-qəfəs, ey tayiri-qüdsi, Çıxıb bu damdən pərvaz qıl, seyri-gülüstan et.

Təəllüq aləmindən əl götür, təcrid qıl hasil, Məsiha tək məqamın xaneyi-xurşidi-rəxşan et.

Könül ver bir nigarə, fariq ol dünyavü üqbadən, Pərişanlıq binasın eylə viran, fikri-saman et.

Əgərçi çoxdu Şirvan içrə ziba şuxlər, Seyyid, Vəli sən canuvi şövq ilə İsmailə qurban et.

Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut.

Tutma əldə zahidin təsbihini, peymanə tut.

Zahidü məscid təmənnasın çox etmə, ey könül, Zahidi bir cüğd bil, həm məscidi viranə tut.

Xublər zülfındə görsən bu pərişan könlümü, Boynu bağlanmış onu, zəncirə bir divanə tut.

Ol məhi-namehriban istər ki, zülfün darasın, Sən götür ayinə ey gün, ey qəmər, sən şanə tut.

Can verib cananə, yan şəmi-rüxündən dilbərin, Gər kəmal istərsən ey dil, şiveyi-pərvanə tut.

Xublər eşqində gör imdi mənim rüsvalığım, Qisseyi-Fərhad ilə Məcnunu bir əfsanə tut.

Girmə sən məscidlərə namərd zahidlər kimi, Seyyida, meyxanədə peymanəni mərdanə tut.

Könül olubdu fərağında biqərar, ey dust, Neçin məni elədin zarü dilfikar, ey dust!

Ümid əlim üzülüb daməni-visalından,

Sənə bu növ degildim ümidvar, ey dust!

Binayi-taqətimi seyli-ğəm xərab etdi,

Bu qədr gözlərimi etmə əşkbar, ey dust!

Visaldə neçə gün xoş keçirdi əyyamım,

Həsəd apardı bizə çərxi-kəcmədar, ey dust!

Nə sən fəraqə səbəb olmusan, nə mən bais, Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust!

Səni vəfalı bilib eşqinə könül verdim,

Pəriliqalərə olmazmış etibar, ey dust!

Olar nə lütf idi, ey gülüzar, bu nə cəfa, Tərəhhüm et, məni öldürdü xar-xar, ey dust!

Səni qəsəm verirəm ol kərimi-zişənə,

Bəyan qıl mənə könlündə hər nə var, ey dust!

Fəda olum sənə, Seyyid sənin qulamındır, Bu qədr zillətə etmə onu düçar, ey dust!

Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb!

Görüb rüxsarını təslim edim bu canımı, ya rəb!

Görüb rüxsarını nəzr etmişəm kim, can edim qurban, Yetir yarı, qəbul eylə mənim qurbanımı, ya rəb!

Təni-zarımdan al ya, ey xuda, bu cani-naşadı, Mübəddəl qıl visali-yarə ya hicranımı, ya rəb!

Tənuri-pirəzəndən bədtər oldu çəşmi-xunpaşım, Cahan qərq oldu, sakit eylə bu tufanımı, ya rəb!

Tökəydi qanımı, azad olaydım dərdi-hicrandan, Gətir bir rəhmə ol bidadgər sultanımı, ya rəb!

Ümidim var kim, görsə fəğanım rəhm edə dilbər, Yetir ol mahi-bimehrə mənim əfğanımı, ya rəb!

Tutub xət ruyin, oldu fıtneyi-dövri-qəmər peyda, Xətadən hifz qıl bu Seyyidi-nalanımı, ya rəb!

Ey xəstə könül, əzmi-səri-kuyi-nigar et, Ol kuydə can nəqdini cananə nisar et.

Mahi-rüxi-canan xət ilə oldu siyəhgun,

Gün keçdi, könül, gəl dəxi fikri-şəbi-tar et.

Peymanəni smdırmaya ta səngi-həvadis,

Mey şişələrin dövrənə, ey dust, həsar et.

Cəhd et olasan vəsvəseyi-əqldən azad,

Məcnun kimi seyr etməgə səhrayə güzar et.

Məsciddə həsiri eləmə aləti-təzvir,

Mərdanə qədəh tut, bu riyadən dəxi ar et.

Mənzurun əgər aləm ara kəsbi-ziyadır,

Bir mahrüxün tut ətəgin, busi-kənar et.

Ey Seyyid, əgər həşt-behişt isə muradın Aləmdə, yeri, peyrəviyi-həştü çəhar et.

Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüst, Kimdir ol kəs ki, bilə məniyi-Quranı dürüst.

Sünbüli-zülfün o gül etsə şikəstə üzünə, Qalmaz əhli-vərəin din ilə iymanı dürüst.

Bülbül övsafi-rüxün qıldı məgər gülşəndə, Qalmadı bağdə bir qönçə giribanı dürüst.

Qönçənin könlü bütün, leyk yox əhdində vəfa, Bülbülün qəlbi smıq, etdigi əlhanı dürüst.

Dura bilməz üzüvə mah müqabil bir gün,

Ayda yüz dəfə əgər kim, ola nöqsanı dürüst.

Bir gecə hüsnüvə oxşatdı özün Ay, odu kim, Elə bir yanı şikəstə olu, bir yanı dürüst.

Demə, Seyyid, ki şikəst eylədi peymanını yar, Hiç bir yar olurmu ola peymanı dürüst?!

Yar eyləsə üşşaqi-diləfkarə ədavət,

Mümkün degil aşiq eləsin yarə ədavət.

Gər qanımı içsə mənim ol dilbəri-xunxar, Mən kafir olum, etsəm o xunxarə ədavət.

Xar etmə məni hicrin ilə, ey güli-bixar, Gülşəndə hacan gül eləyib xarə ədavət?!

Səlmanınam, ey Əhmədi-Muxtari-zəmanə,

Səlman eləməz Əhmədi-Muxtarə ədavət.

Bir kərrə ədavət eləsəm mən sənə, ey gül, Yüz kərrə edim Heydəri-Kərrarə ədavət.

Bülbül gülə eylər gilə, ey novgüli-rəna, Hərgiz eləməz gülşənü gülzarə ədavət.

Yandırdı gecə şəmi-şəbistan pərü balın, Pərvanə haçan etmiş idi narə ədavət?

Könlümə dolub mehrin, ədavət yeri yoxdur, Tək sən eləmə Seyyidi-biyarə ədavət.

Müjdə, ey dil, gələcək bu gecə canan xəlvət, Verəcək qalibi-biruhumuza can xəlvət.

Mərdümi-didə xəyal ilə həmağuş olmuş,

Sanki Bülqeysə edib sərh Süleyman xəlvət.

Sinəmin dağlərin mən necə pinhan qılım, Olumu, padşəhim, hiç çırağan xəlvət.

Xət gəlibmiş demə rüxsarına ol sim-tənin, Gətiribmiş, nə bilim, kafəri iyman xəlvət?

Vadiyi-vəhdətə gəl, ey dili-divanə, dəxi Ola bilməz bu sifət hiç biyaban xəlvət.

Çıxdı pirahəni-çakilə gülüstandan gül,

San, Züleyxa ilə etmiş məhi-Kənan xəlvət.

Gah peyğami-cəfa, gah bəlayi-hicran,

Seyyidə yar qılır gündə bir ehsan xəlvət.

Olmasaydı qəmi-eşqin dili-viranımda,

Saxlamazdım onu bu izzət ilə yanımda.

O qara xalı mənə versələr qanın içərəm, Nə üçün mənzil edib arizi-cananımda.

Tutanı müshəfi-rüxsarüvi ol kafər xət,

Görünür gör nə xələllər mənim iymanımda.

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb, Bu nə rəftardır ol sərvi-xuramanımda?

Düşəni xublərin könlümə fikri, Seyyid,

Əlli Yusif tapılır külbeyi-əhzanımda.

Can nə lazımdır, əgər mənzuri-canan olmasa, Bəsdi cananın xəyalı, qəm degil, can olmasa.

Nəfsi-əmmarə edər tərğib xəlqi zillətə, Meyli-üsyan etməz idi kimsə şeytan olmasa.

Ey könül, daim elə şeytani-insidən həzər, Küfrdə Fironi gör, qalmazdı Haman olmasa.

Məcməi-əhli-dil olmazdı pərişan dəhrdə, Gər səbadən türreyi-tarın pərişan olmasa.

Sureyi-Vəlleyl zülfündür, yüzün Vəşşəmsdir, Qəm degil aləmdə bundan qeyri quran olmasa.

Seyyida, iyman gətir rüxsari-yarə, bil yəqin, Hər əməl etsən qəbul olmaz gər iyman olmasa.

Xoşa ol aşiqə kim məclisində yarı ola,

Visali-yardə fərxəndə ruzigarı ola.

Neçə rəfiqi-müvafiqlə əgləşib içə mey,

Nə kəsri məclisi-meydən, nə intizarı ola.

Şərabə olmasa da gərçi nəqd simü zəri,

Şərabxanədə bari bir etibarı ola.

Bu gunə qoymaz idim, zülfüvə əsir olsun, Əgər əlimdə dili-zarın ixtiyarı ola.

İlahi, bülbülə olsun həmişə gül həmdəm!

Müdam o xəstədilin gülşəni, baharı ola.

Mənim tək olmaya məhrum gülüzarmdan,

Nə qüssədən ürəgi qan, nə xar xarı ola.

Behiştə meyl eləməz, Seyyidin əgər, ey gül, Yanında sən kimi bir yari-gülüzarı ola.

Güzərin düşsə dəri-dilbərə, ey badi-səba, Yetir ərzim o güli-əhmərə, ey badi-səba!

Güli-cəfər kimi rəngim saralıb firqətdən, De bu halı o güli-cəfərə, ey badi səba!

Təlxkam olduğumu zəhri-qəmi-hicrindən,

Ərzi-hal et o ləbi-şəkkərə, ey badi-səba!

Tabdən saldı kətan tək bu dili-bitabı,

Neyləmişdim o məhi-ənvərə, ey badi-səba?!

Peykərim peykəri-Cövza kimi, gör, oldu dü nim, Ver xəbər ol büti-məhpeykərə, ey badi-səba!

Bu qara gün ki, mənim başıma hicrində gəlib, Həq nəsib eyləməsin kafərə, ey badi-səba!

Lalə tək daği-dili-sineyi-suzanımı gör, Ver xəbər sünbülü susənbərə, ey badi-səba!

Bu Məhəmməd elədi Seyyidi-biyarı həlak, Ərz qıl rövzeyi-peyğəmbərə, ey badi-səba!

İkram edər o gül mənə əğyar yanında,

Ta etsin özün sevgili hər xar yanında.

Məqsud bu kim, mən olam azürdə, rəqibi

Əgləşdirə ol yari-dilazar, yanında.

Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux, Güldü, dedi: gül daim olur xar yanında.

Şadəm ki, gözün fikridi peyvəstə könüldə, Xoşdur ki, təbibi ola bimar yanında.

Hər xar nə versin ərəqi-ruyüvə qiymət

Kim, qədri gülabm olur əttar yanında.

Haşa ki, güli-tər ola rüxsarüvə nisbət, Gül xarə dönər ol rüxi-gülnar yanında.

Gər ol sənəmin zülfi qəmindən ölə Seyyid, Dəfn eylədin ol sahibi-zünnar yanında.

Əğyarı ki, gördüm eləyir yarə məhəbbət, Minbəd gərək mən edim əğyarə məhəbbət.

Gər yar üçün əğyarı tutum dust, nə eybi, Gül xatirinə eyləmişəm xarə məhəbbət.

Zülfi-siyəhi-yarə şəbih olduğu yüzdən

Daim qılıram rişteyi-zünnarə məhəbbət.

Gər meylim ola şəmi-rüxi-yarə, nə nəqsi, Adətdi ki, pərvanə edər narə məhəbbət.

Qurbandı dilü can səgi-kuyinə o mahın,

Möminlər edər, rəsmdi, zəvvarə məhəbbət.

Xət gəldi ruxi-yarə, füzun oldu məlalım, Axır günümü eylədi gör qarə, məhəbbət.

Seyyid, o siyəh zülf mənim oldu tənabım, Mənsur kimi çəkdi məni darə məhəbbət.

Gül qönçəlikdə gərçi olur xarə aşina,

Açsa niqabını olur əğyarə aşina.

Biganələrlə çünki olur aşina, könül,

Kaş olmayaydım ol güli-bixarə aşina.

Guya başında bir güli-alın həvası var,

Bülbül səbəbsiz olmadı gülzarə aşina.

Tökdü, dağıtdı arizə zülfi-siyahım,

Etdi zəmanədə günümü qarə aşina.

Gördüm rəqibə mail olan iltifatını,

Sandım rəqib kim, olacaq yarə aşina.

Cənnət həramım olsun əgər şəkvə eyləsəm, Öz xahişimlə yaxsa məni narə aşina.

Lakin rəqib pəndin alıb, Seyyida, mənim Etdi dili-həzinimi sədparə aşina.

Kim ki, ağzm qönçeyi-xəndan güman eylər, qələt, Ləli-nabın çeşmeyi-heyvan güman eylər, qələt.

Hansı gündən vaqifi-əsrari-qeyb oldu həkim, Gər dəhanın nöqteyi-pinhan güman eylər, qələt.

Handa görmüş, ya eşitmiş bağbani-ruzigar, Kakilin gər sünbülü reyhan güman eylər, qələt.

Yusifi bir zərrə hüsnün qıldı məşhuri-cahan, El səni gər Yusifi-Kənan güman eylər, qələt.

Hər mərəzdə var təbibin şöhrəti, amma əgər Dərdi-eşqi qabili-dərman güman eylər, qələt.

Talibi-dünya olan dünyadə qalmaz müttəsil, Aləmi gər mülki-cavidan güman eylər, qələt.

Hiç söz yox şeyxi-şəhrin qüvveyi-təşxisinə, Seyyidi gər qabili-ürfan güman eylər, qələt.

Münqəlib oldu həvadislə məni-zarə mizac, Ey Məsihanəfəsim, qıl məni-bimarə əlac!

Rövşən et xanəmizi bir gecə təşrifinlə, Ey cəmalı fələki-hüsnə siraci-vəhhac.

Abi-Kövsər ləbi-şirininə nisbət, guya

Biridir əzbi-Fəratü biridir milhi-Ücac.

Tutmusan dəhrdə sən hiç müsəlmanın əlin?

Etməsin tarı sənə kafəri, ya rəb, möhtac!

Şəm pərvanəni yandırmaz idi, amma sən

Yandırıb aşiqi, etdin bunu aləmdə rəvac.

Ləşkəri-Zəngü həbəş tutdular ətrafi-rüxün, Dəxi müşgüldü bu gün Kəbəyə getsin hüccac.

Daneyi-gəndümi-xalinə təmə eyləmə kim,

Seyyida, cənnəti-kuyindən edərlər ixrac.

Vəfa rəsmin tutub gəl, ey pəri, cövrü cəfadən keç, Əgər adəmsən, insaf et, bu vəzi-narəvadən keç.

Gözüm yaşmdan, ey sərvi-rəvan, rəncidə olmuşsan, Bu təsiri-sitarəmdir, gəlib ol macəradən keç.

Pərişanlıqdan ol zülfü dedim dün nafeyi-Çindir, Çevir öz başına, ey gül, məni, sən ol xətadən keç.

Dəhani-yardən bir söz təmənnasindəsən çoxdan, Nə çıxsm yoxdan, ey dil, bir usan, bu müddəadən keç.

Həsiri aləti-təzvir edib əgləşmə məsciddə, Gəl, allahı sevərsən, zahida, son bu riyadən keç.

Səfayi-xatir olmaz aşiqə meyxanəsiz, ey dil, Əgər bu Kəbədən çəkdinsə əl, bəs get Səfadən keç.

Cahan mülkündə, Seyyid, yoxdu bir ehsani-biminnət, Şikəstə xatirə səbr eyləyib, ol mumiyadən keç.

Sənsiz fəzayi-cənnəti-məvadə yox fərəh, Ətrindən olmasa güli-rənadə, yox fərəh.

Eylə mərizi-eşqə ləbin çarə, ey həkim,

Məcuni-ləli-nabi-müsəffadə yox fərəh!

Derlərdi zəfəranı müfərreh, nədəndi bəs, Rəngim saraldı, yarə bu mənadə yox fərəh!

Busə nə qədr çox ola xoş, laəqəl iki,

Məşhurdur ki, buseyi-tənhadə yox fərəh.

Meydən murad buseyi-sağərdir, ey könül, Məşrutu olmayan meyi-səhbadə yox fərəh.

Meracın ilə oldu fərəhnak ərşiyan,

Sənsiz, həbibim, ərşi-müəlladə yox fərəh.

Nadan tapar həmişə fərəh vəsli-yardən,

Seyyid, cahanda xatiri-danadə yox fərəh.

Dedilər xəlq ki, var badeyi-həmradə fərəh, Yarsız görmədim ol cami-qəməfzadə fərəh.

Yarsız neyləyirəm seyri-gülü gülzarı,

Olmasa yar, olumu cənnəti-məvadə fərəh?

Şəbi-meraci-visalın məni zar etdi rəqib, Görmədim, seyr elədim çərxi-müəlladə fərəh.

Çeşmi bimarma mərbutdur, ey gül, fərəhim, Baxmışam yüz kərə, yox nərgisi-şəhladə fərəh.

Dağım olduqca füzun şad olur aşüftə könül, Tifl üçün eyddə var ziynəti-kaladə fərəh.

Yarımın admı bildikdə fərəh hasil olur, Onu təshif eləsən var bu müəmmadə fərəh.

Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini, Çünki beş günlük olur bülbüli-şeydadə fərəh.

Ol lalərüxün işvəvü nazı çox imiş, çox, Üşşaqə onun suzü güdazı çox imiş, çox.

Mehrabi-dü əbrudə könül xeyli zamandır

Qalmış, bilirəm, razü niyazı çox imiş, çox.

Bir Kəbə degilmiş bu Səfa əhlinə qiblə, Məhbubi-həqin mülki-Hicazı çox imiş, çox.

Müddətdi ki, qıllam qədəmin daşına səcdə, Eşqin bu məqam içrə nəmazı çox imiş, çox.

Mən az bilirdim mənə ənamını yarın,

Bu cövrü cəfanın, dəxi, azı çox imiş, çox.

Bu səltənəti-eşqdə Məhmud tapılmaz,

Hər guşədə afaqın Əyazı çox imiş, çox.

Yox dəhrdə bir kəs ki, ola arifı-həqbin, Seyyid, aradım eşqi-məcazi çox imiş, çox.

Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.

Meydani-məhəbbət tərəfə bir güzərin yox.

Mehrabdə əgləş ki, cigərdar degilsən,

Bu nari-qəmə yanmağa əsla cigərin yox.

Ta müxbiri-eşq oldu könul, bixəbərəm mən, Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox.

Sən eylə pəri, hur xəyalilə ibadət,

Bəzmində ələnnəqd büti-simbərin yox.

Ey zahidi-xüşk, eyləmə üşşaqə təfaxür,

Ahi-səhərin, suzi-dilin, çeşmi-tərin yox.

Nə vəslü nə ağuşü nə bir busü kənarın,

Ey nəxli-məlahət, bizə əsla səmərin yox.

Ey dil, elədin cənnəti-kuyini təmənna,

Uçmağa hanı, heyf, sənin balü pərin yox.

Bəsdir sənə rüxsari-zərü əşk çü simin,

Seyyid, nə qəmin, gərçi sənin simü zərin yox.

Eylədi vəsf könül arizi-cananı qələt,

Oxudu tifl bu məktəbdə “Gülüstan”ı qələt.

Sandı güldə tapılır nəfxeyi-zülfi-siyəhin, Etdi hər fəsldə dil seyr bu bustanı qələt.

Səfheyi-arizinə katibi-qüdrət o gülün,

Biməqam etdi rəqəm ol xəti-reyhanı qələt.

Sandılar kim düri-dəndanına həmtay olur, Saldılar məğlətəyə gövhəri-qəltanı qələt.

Bağdə açdı yüzündən o güli-tazə niqab,

Çaşdırıb bülbül özün, eylədi əlhanı qələt.

Qaşlarm “nuni-qələm”, zülfünü “Vəlleyl” dedim, Dedilər kim, oxudun ayeyi-quranı qələt.

“Qab-qovseyn” oxudum əbruyi-yarı, Seyyid, Vay o gündən ki, müfəssir verə mənanı qələt.

Ta ki, gəldi əbr tək rüxsari-mahi-yarə xət, Ruzgarım eylədi ol zülflər tək qarə xət.

Atəşin rüxsarə xəttin gəldi könlüm almağa, Rəsmdir əhli-əzaim kim, salırlar narə xət.

Gülsitani-kuyi-dilbər vəsfınin inşasına, Katibi-qüdrət yazıb reyhan ilə gülzarə xət.

Gəldi xət rüxsarına, üşşaqə dəgdi yarələr, Görməmişdim kim, bu sirri qəlbə vursun yarə xət.

Əşki-gülgundur midadım, xameyi-müjgan ilə

Yazdım, ey gül, şami-hicrində dərü divarə xət.

Xətti gəlcək qətli-amə açdı əl ol gül, məgər Hüsn sultanı yazıbdır qətl üçün sərdarə xət.

Qarə olsun ruzigarı xətti-yarm mən kimi, Tirə etdi ruzigarım, Seyyida, ol qarə xət.

Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox, Nöqsanı var ki, eşqinin əsla kəmalı yox.

Yüz xətt ilə küsuf edə xurşidi-tələtin, Mehrin dilimdə zərrə qədər bir zəvalı yox.

Ey bəxtimin sitarəsi, xətt içrə ruyüvi

Gər ay tutuldu dersə görənlər, vəbalı yox.

Yüz vədeyi-visal eləsin ol pəricəmal,

Hərgiz gəlib görünməsinin ehtimalı yox.

Seyyid, qayıt, bu mərhələdən kəs ayağını, Axır bu rahi-meykədənin bir məalı yox.

Dolanım başuva, ey nazlıca yarım, bəri bax, İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax İşvə ağaz qılıb səbrimi tarac eləmə,

Getdi dildən dəxi aramü qərarım, bəri bax.

Xəm yemiş qamətim əbrulərivün qurbanı,

Zülfi-pürtabuva qurban təni-zarım, bəri bax.

Bu cəfadidə dil ol kakili-mişkinə fəda, Gözlərin sədqəsi bu cismi-fikarım, bəri bax.

Can nisar etməgə amadədi Seyyid, gözəlim, Gər desən lütf ilə: ey aşiqi-zarım bəri bax!

Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yox, Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.

Sən, ey bülbül, fəğan et güldən ötrü səhni-gülşəndə, Mənim nitqim tutulmuşdur ki, yari-gülüzarım yox.

Sənin döndü xəzanın, vəsli-güldən novbahar oldu, Mənim fəsli-xəzanımdır kim, ol rəşki-baharım yox.

Açıldı qönçə, bülbül vəsli-güldən yetdi didarə, Edib çaki-giriban ölməzəm mən, hiç arım yox.

Nə nəqdim var meyi-nabə, nə rəhni-camə dəstarım, Bətər ondan bu kim, meyxanələrdə etibarım yox.

Nə tərğib eyləyirsən cənnətə hərdəm məni, vaiz, Mənim baği-behiştim yardır, cənnətdə karım yox.

Həzər qıl, yaxma dildə ah odilə navəkin, Seyyid, Mənim ol qaşı yaydan bundan özgə yadigarım yox.

Mən tək bahardə hər o şəxsin ki, yarı yox, Bir bülbüli-fələkzədədir kim, baharı yox.

Ol kəs ki, yarını görə əğyarə yar olub, Öldürməsə əgər özünü, hiç arı yox.

Çox kimsənin əgərçi kəsibdir qərarını,

Əmma mənim təki o gülün biqərarı yox.

Bənzər o nəxlə kim, ola bisayəvü səmər, Hər dilbərin ki, aşiqə busü kənarı yox.

Seyyid, hanı şərabın, ötür fəsli-novbahar, Bir də baharə çıxmağının etibarı yox.

Eşqdir eyləyən aləmdə bəlalər iycad,

Eşqdəndir bu qədər aləmi-kovn içrə fəsad.

Eşqdir mürşidi-kamil, ona afaq mürid,

Eşqə şagird cahan əhli, o kamil ustad.

Eşqdir aləm ara darə çəkən Mənsuri,

Eşqdir Qeysi qılan Leyli qəmindən naşad.

Dağdə surəti-Şirinini nəqş eylər ikən,

Başına vurdu külüngün niyə axır, Fərhad?

Seyyida, eşq sözün söyləmə nafəhmlərə,

Çəkmə zəhmət, nə bilir rütbeyi-insanı cəmad.

Ta şanə olub ülfəti-zülfündən olam şad, Şadəm ki, dönəm xakə, qubarım ola şimşad.

Şadəm ki, məni eşqdə qəmgin görüb ol şux, Gül tək açılır xatiri, halımdan olur şad.

Mərgim mənim asandı, vəli müşkil odur kim, Məndən sora eylər kimə cövr ol büti-naşad.

Aləmdə mənəm Leyliyi-əsrari-həqiqət,

Məcnunu mənəm məst qılan, eyləyən irşad.

Cəzb eyləməsəydi onu şuri-ləbi-Şirin,

Dağlarda külung çalmaz idi başına Fərhad.

Saqi, elə məxmurü xərab et məni meydən

Kim, olmaya məqdur dəxi eyləmək abad.

Seyyid, yetişib aləmə fəryadü fəğanım,

Fəryad ki, təsir eləməz ol gülə fəryad!

Qurtardı nisfi-şamdə, saqi, şərabımız,

Etdi qürub, heyf, bizim afitabımız.

Baxma kitabi-hikmətə, mey tök kitabiyə, Çoxdan itibdi, ey ləbi meygun, kitabımız.

Derlər behişt əhlinə cənnətdə yox əzab, Bəs kuyi-yardə niyə-artdı əzabımız?

Ağzın açıb xitabıma verməz cavab o gül, Pinhan nə söyləyim ki, verildi cavabımız.

Zahid sözilə eyləmədik bir səvabə meyl, Bəsdir cəza günündə bizə bu səvabımız.

Bülbül pərində başını gizlətdi şərmdən, Əskik degil o qönçeyi-tərdən hicabımız.

Seyyid, həmişə talibi-meyxanəyik məgər

Bu xakdən siriştə olubdur türabımız?!

Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz, Dili-sədpareyi-aşiqdə cərahət qalmaz.

Zövq verməz dəxi eşq əhlinə şirin dəhənin, Təlx olur sözlərin, asari-məlahət qalmaz.

Sübhi-rüxsaruvü, ey mah, tutar zülməti-xət, Sibqəti-leyl ola sübh üzrə səbahət qalmaz.

Xət basar arizüvi hüsnüvü eylər bərhəm, Dəxi ol nəqşi-dilaradə təravət qalmaz.

Ləblərin möciz ilə mürdələr etməz ehya, Nəfəsi-paki-Məsihadə fəsahət qalmaz.

Gözlərin yadı ilə sinədə asayiş yox,

Tki bimar olan xanədə rahət qalmaz.

Ləbi-yar ilə mükərrər ola gər qafiyələr, Seyyida, qəndi-mükərrərdi, qəbahət qalmaz.

Novbahar əyyamıdır, mən zar qaldım yarsız, Hiç bülbül olmasın bu fəsldə gülzarsız.

Ol güli-alə dedim bir yanıma gəl birəqib, Güldü ki, ey aşiqi-şeyda, gül olmaz xarsız.

Getsə şami-tirə rövşən sübh olur, lakin mənim Ruzgarım tar olur ol türreyi-tərrarsız.

Çox edən bimarə xidmət, aqibət bimar olur, Leyk könlüm xəstədir ol nərgisi-bimarsız.

Seyrdə əğyarə bax, ol mahə oldu müştəri, Mən vəbala düşmüşəm ol kövkəbi-səyyarsız.

Nükteyi-pinhanı sor ləli-ləbi-dildardən, Ey könül, olmaz dəhani-yar hiç əsrarsız.

Zülfünü daim basar bağrına çeşmi, vəchi var, Seyyida, kəc getmə kim, əfsungər olmaz marsız.

Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz, Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz.

Aləm oldu şad, bülbül vəsli-güldən kamyab, Məndədir bir gül fərağından qəmi-aləm hənuz.

Kuhkən dağ üzrə oldu tişeyi-qəmdən həlak, Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz.

Afitabım, ləlini bir gecə görmüş xabdə, Şövqdən dürlər tökər bu dideyi-püməm hənuz.

Mehri ol mahın siriştə oldu ol gün könlümə

Kim, müxəmmər olmamışdı tiynəti-Adəm hənuz.

Ey Məsihadən ləbin canbəxş, ləlin dilrüba, Görməyib sən kimi bir ruhi-rəvan Məryəm hənuz.

Görmüşəm xab içrə bir müddətdi qaşın tağmı, Qəddim ol mehrab şövqindən qalıbdır xəm hənuz.

Xal məhrəm, sürmə həmdəmdir o mahə, Seyyida, Mən qərabəxtü qəragün olmazam məhrəm hənuz.

Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz, Etibarı yox onun, ağı qəradən seçməz.

Nə hünərdir ki, tanır xublər içrə səni dil Hansı bir kəsdir o kim, şahı gədadən seçməz Ey ləbin aşiqə külqənd, gözün bimarı

Mövtə müşrifdi, dəxi dərdi dəvadən seçməz.

Bəski dil aşiqi-göftari-şəkərbarındır,

Tstəyir nitqüvi, düşnamı duadən seçməz.

Dili divanəni zəncirə çəkərsən yeri var, Ətri-zülfün nə üçün müşki-Xətadən seçməz.

Sən nə bütsən ki, əya Kəbeyi-ərbabi-səfa, Mərveyi-kuyüvi hüccac Səfadən seçməz.

Demə Seyyid, ki vəfa tərkin edib qıldı cəfa, Tifldir yar, hələ zülmu vəfadən seçməz.

Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz, Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz.

Nola keçməz yüzündən ol nigari-azərinin dil.

Birəhmən bütdən əl çəkməz, səməndər nardən keçməz.

Şitab ilə keçər çox xatiri-əğyar üçün məndən, Vəli bir məndən ötrü xatiri-əğyardən keçməz.

Keçər piri-müğan hər bir günahı, kani-rəhmətdir, Vəlakin cami-mey tərkin qılan, huşyardən keçməz.

Şərabi-“əlbəlaü lilvila” ən məst olan aşiq Keçər Mənsur tək candan, bəlayi-dardən keçməz.

Gözün gər içsə qanım nazuvi çəkmək münasibdir, Pərəstarı olan kəs xatiri-bimardən keçməz.

O tari-zülfə, Seyyid, qılmaz iyman, məhz kafərdir, Çəkər təsbihdən əl, rişteyi-zünnardən keçməz.

Tiğ etsə xətin pak sənə bir zərər olmaz, Ayinədə seyqəl ola hərgiz kədər olmaz.

Gəl bəzmi-Züleyxayə sən, ey Yusifi-sani, Bu hüsnü lətafətdə desinlər bəşər olmaz.

Ağuşə çəkib arizi-zibanı şəbü ruz,

Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz.

Sorma bu gecə silsileyi-zülfi-siyahm

Tulani olan qissədi, bu müxtəsər olmaz.

Yoxdan açıb ağzın verir axırda cavabım, Pinhani olan nalələrim biəsər olmaz.

Baği-dilə ol nəxli-məhəbbət ki, mən əkdim, Ondan bilirəm qeyri-bəla, bir səmər olmaz.

At qəmzən oxun Seyyidə, ey qaşı hilalım, Ruintənə yüz ox atasan kargər olmaz.

Aləmi-eşq içrə cananın sevən can istəməz, Bak edən canü dilindən vəsli-canan istəməz.

Zülməti-zülfündə dil xurşidə etməz iltifat, Maili-ləlin olan kəs abi-heyvan istəməz.

Mülki-dünya aqibət bərbad olur, ey huşyar!

Murcə əqli olan mülki-Süleyman istəməz.

Guşeyi-vəhdətdə gülzari-həqə vasil olan, Xardən eylər həzər, seyri-gülüstan istəməz.

Gözlərin rövşən edən şəmi-rüxündən, ey pəri, Sübhə meyl etməz, ziyayi-mehri-rəxşan istəməz.

İstəməz aşiq ki, xət tutsun üzari-dilbəri, Eşqdə kamil olan, ol mahə nöqsan istəməz.

Sinədən peykanlarm çəkmə, dili etmə xərab, Padşahi-adil öz mülkünü viran istəməz.

Ey təbib, əl çək əlacımdan, məni incitmə çox, Aşiqi-sadiq olan dərdinə dərman istəməz.

Bəs nədən rüxsarına zülfün pərişan etdi yar, Gər bu qarəgünləri zarü pərişan istəməz.

Seyyida, sən eylə daim şahi-mərdan vəsfıni, Şahi-mərdan çeşmüvi məhşərdə giryan istəməz.

Hansı bar aşiqə kim, sən kimi canan olmaz, Bu müşəxxəsdi ki, cismində onun can olmaz.

Hansı bir şəhrdə kim, sən kimi qarətgər ola, Şahidəm, şəhrdə billah ki, iyman olmaz.

Nə qədər küfri-səri-zülfävə dinin verməz, Zahidi-tirənişin hiç müsəlman olmaz.

Ruxi-gülgunə əbəs gəldi bu xətti-siyəhin, Yox davamı, gülə səbt ayeyi-quran olmaz.

Səni görsəm özüm ilə, həsədimdən ölərəm, Bu səbəbdən dəxi vəslin mənə imkan olmaz.

Məni bir yerdə o mah ilə deyib xəlqə rəqib Tarı şahiddi ki, beylə quru böhtan olmaz.

Səfheyi-xatirə nəqş oldu cəmalm əksi,

Şükrlillah, mənimçün dəxi hicran olmaz.

Verdi Seyyid o bütün zülfı-pərişanına dil, Cəmdir xatiri, minbəd pərişan olmaz.

Ey Xızır, zülməti-zülfü sənə asan olmaz, Dəhəni-yar kimi çeşmeyi-heyvan olmaz.

Hüsnə mövquf degil, yar gərək hal əhli, Çox olur yar, vəli yari-zəbandan olmaz.

Seyd qılmaz dili-üşşaqı, könül, kakilü zülf, Hüdhüdün tacı əgər olsa, Süleyman olmaz.

Qan edibdir, dili-üşşaqı xəyali-dəhənin, Afitabım, ləbüvi ləl desəm qan olmaz.

Xəlq edə aşiq üçün xaliq əgər yüz firdovs, Bu yəqinimdi ki, əcri-şəbi-hicran olmaz.

Zahida, etmə mənim könlümə iyman təlqin, Kafəri-eşqdi bu, hiç müsəlman olmaz.

Sənə hədsiz olur, ey şux, mənim tək aşiq, Mənə bu aləm ara sən kimi canan olmaz.

Zülməti-şəbdən usandım, ey əlin qurbanı, Sinəni açmayasan, sübh nümayan olmaz.

Hüsn sultanı sənin kimi tapılmaz hərgiz, Sənə Seyyid kimi bir bəndeyi-fərman olmaz.

Aləmə fitnə salan mədəni-şərdir vaiz,

Haşəlillah demənəm mən ki, bəşərdir vaiz.

Anası daməni-mehrabə atıb qundağın,

Eyləmə cəhl ki, məchul-pədərdir vaiz.

Gətirib tazə genə şəhrə cəhənnəm xəbərin, Sifətindən deyəsən əhli səqərdir vaiz.

“Rətbü Yabisdən” açıb bab, salıb məbhəsələr, Quru sözdən nə bitər, mədəni-şərdir vaiz.

Özü layəqilü sərməsti-meyi-qəflətdir,

Söyləyir badəni kim, əqlə zərərdir, vaiz.

Yox yəqin olmayan işdən sözünü nəql eylər, Seyyida, var xəbərim, əhli-xəbərdir vaiz.

Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz, Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz.

Ey ləli şəkər, çox yemişəm Misr nəbatı, Hərgiz ləbi-şirinüvə bənzər şəkər olmaz.

Qəddindi sənin sərvi-xuraman, zəqənin sib, Amma nə deyim, sərvdə hərgiz səmər olmaz.

Gögdən yerə sən enmisən, ey ayeyi-rəhmət!

Rüxsari-lətifin kimi gülbərgi-tər olmaz.

Müjgan oxun atsan əgər, ey qaşı kamanım, Ol kimdi ki, bu tiri-bəlayə sipər olmaz.

Saradır adın, ikki saçm ənbəri-sara,

Saçın kimi aləmdə sənin müşki-tər olmaz.

Saçında əyandir mənə tulani bəlalər,

Yüz gecə desəm dərdi-dilim, müxtəsər olmaz.

Seyyid, genə oldun həvəsi-eşq ilə dürpaş, Əşari-lətifın kimi dürrü gühər olmaz.

Hanı bir cövhər ola badeyi-səhbadən əvəz?

Mürdələr zində qılan kimdi Məsihadən əvəz?

Gər mürəkkəb edəsən aləmin əczalarını,

Ola bilməz meyi-gülfami-müsəffadən əvəz.

Xublərdən necə sənsiz eləyim könlümü şad, Aləmi-surəti kim eylədi mənadən əvəz.

Görəsən zati-həq isbatına, ey İbrahim,

Məhü xurşid olumi sağərü minadən əvəz?

Sanma kim, qeyr sənə mən kimi olsun, ey gül, Olumi zağü zəğən bülbüli-şeydadən əvəz?!

Hər məkanda eləyib çünki təcəlla rüxi-yar, Eybi yox məscid əgər olsa kəlisadən əvəz.

Seyyida, etmə rəha piri-müğan. damənini, Kimdir ol kəs ki, ola həzrəti-mövladən əvəz.

Halımı bil, ey səba, etməgə cananə ərz.

Bülbüli-bidil qəmin eylə gülüstanə ərz.

Zülfü-xəyalı məni qıldı pərişan, səba,

Eylə bu əhvalı ol zülfı-pərişanə ərz.

Şanəyə ərz etmişəm çaki-dərunum, vəli

Eyləyə bilməz gedib kakilüvə şanə ərz.

Cənnəti-kuyində bir adəm idim mən, vəli, İndi görüb zillətim, qıl o pəri şanə ərz.

Bijəni-könlüm qalıb çahi-bəladə əsir,

Eylə bu halı səba, Rüstəmi-dəstanə ərz.

Qoy məni ərz eyləyim ol gülümə halımı,

Etsə gəda, eybi yox, halmı sultanə ərz.

Kimsənədən olmadı dərdinə, Seyyid, əlac, Eyləmə hər nakəsə haluvi əfsanə ərz.

Gəldi bahar, gəlmədi ol gülüzarımız,

Ya rəb, görüm xəzanə dönə novbaharımız.

Saldı arayə təfriqə gülçini-ruzigar,

Ol gül yanında qalmadı bir etibarımız.

Gül-gül dəyib sirişki-tərim, çeşmi-xunfəşan, Ey sərv, laləzarə dönübdür kənarımız.

Zənnim budur ki, həşrdə şahini sındıra, Səncidə olsa əcri-şəbi-intizarımız.

Biz bir qətar naqələrik dəşti-eşqdə,

Lakin düşübdü nakəs əlinə məharımız.

Derlər ki, vermə ol məhi-bimehrə ixtiyar, Eylə bilillər əldə qalıb ixtiyarımız.

Gördü o tari-türreyi-pürpiçü pürxəmi,

Seyyid, kəməndə düşdü dili-biqərarımız.

Baği-aləmdə mənə bir güli-rənadı qərəz, Bir qədi sərv, üzü laleyi-həmradı qərəz.

Əhədü Əhmədü Məhmudü Əbülqasimdən,

Zahirən ismdi, amma ki, müsəmmadı qərəz.

Ey könül, cilvəgəhi-dustdü səcdəgəhimiz, Kəbəvü deyrü nə məscid, nə kəlisadı qərəz.

Surəti-zahirə hərçənd ki, var rəğbətimiz, Leyk əlfaz oxumaqdan bizə mənadı qərəz.

Bülbül istər gülü, pərvanə sevər şəmi, vəli Bizə nə şəm, nə ey dil, güli-rənadı qərəz.

Xəlqi-insanda nə surət, nə həyula, Seyyid, Nükteyi-müxtəfiyi-sirri-süveydadı qərəz.

İstərəm bir gülü nə bağü nə bostan gülüdür, Bülbüləm bir gülə kim, rövzeyi-rizvan gülüdür.

Eşqimi eyləmə nisbət özüvə, ey bülbül,

O sənin istədigin fəsli-gülüstan gülüdür.

Cümleyi-rövzeyi-rizvanda tapılmaz belə gül, Güli-xoşrayihədir, çünki bu Qazyan gülüdür.

Bu güli-xilqəti-xaliqdə lətafət çoxdur, Sanma kim, bu güli-xoşrayihə Səlyan gülüdür.

Ey xuda, kim çəkər axırda gülabm bu gülün, Dərdi-sər dəfınə aləmdə bu, dərman gülüdür.

Ərəqi-ruyi-Məhəmməddən olub gül zahir,

Bu güli-tazə məgər, ol şəhi-dövran gülüdür.

Ya Məhəmməd özüdür, gül ərəqi-pakı onun, Rüxi-zibayi-dilarası bunun can gülüdür.

Sələvat eylə görüb surəti-pakın, Seyyid, Rüxi-həmrası bunun xaliqi-sübhan gülüdür.

Bu günkü bəzmdə cami-şərabımız yoxdur,

Qara olub günümüz, afitabımız yoxdur.

Hədisi-hüsnü məhəbbətdi dərsimiz ki, bizim Cəmali-yardən özgə kitabımız yoxdur.

Əcəbmi nameyi-əmalımız qalırsa səfid

Ki, səbt olunmalı cürmü səvabımız yoxdur Həmişə şer deyib, mey içib, cavan sevərik, Ziyadə felə bizim irtikabımız yoxdur.

Əli məhəbbətidir qəlbimizdə nöqteyi-eşq, Təğəyyür eyləmənik inqilabımız yoxdur.

Nə qəm mühasibeyi-ruzi-həşrdən, Seyyid, Sualə layiq olan bir cavabımız yoxdur.

Məni gədalığa ol yari-pürsitiz istər,

Həzar şükr ki, yarım məni əziz istər.

Gəlibdi cilvəyə ol sərv qəddü qamətlə,

Müşəxxəs oldu ki, aləmdə rəstəxiz istər.

Tökər sirişk gözüm, su verir o, müjganə

Ki, qətli-am üçün ol tiği-tündü tiz istər.

Səba dəgib dağıdır tellərin üzə hərdəm, Məgər o, tari-səri-zülfü müşkbiz istər?

Dedim: bu qədr məni, ey həbibi, ağlatma, Dedi ki, aşiqini yar əşkriz istər.

Üz ilə zülfüvü dərk etmədim lətafətdən, Seçə qəradən ağı qüvveyi-təmiz istər.

Конец ознакомительного фрагмента. Получить полную версию книги.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386540) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

  • Жанр: Зарубежная поэзия, Стихи и поэзия
  • Язык: Книги на азербайджанском языке
  • Объём: 230 стр.
  • Возрастные ограничения: 16+
  • ISBN: 978-9952-8276-9-9
  • Дата выхода книги: 29 октября 2022
  • Версия: �� Электронная книга Правообладатель: голосуйте за понравившиеся. Отзывы Сначала популярные Сначала популярные, JekaPrintОглавлениеКнига нарушает законодательство?Пожаловаться на книгу«Aləmdə səsim var mənim» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы –> Художник(и): 91 ₽ Отзывы Сначала популярные Сначала популярные, epub, pdf или читать онлайн. Оставляйте комментарии и отзывы, txt, Виктория Хон, Виолетта Храмова, голосуйте за понравившиеся.Книга входит в серию«Мой первый стих»-15%Купить серию за 1024 ₽ 870, Дарья ЗагумëноваПравообладатель:АвторОглавлениеКнига нарушает законодательство?Пожаловаться на книгуЖанр: современная русская литература, Лариса КостенкоПравообладатель:Продюсерский центр ротации и продвиженияОглавлениеКнига Ольги Хон «Музыкальный лес» — скачать в fb2 –>

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca – iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.

Kitabımıza Seyid Əzim Şirvani yaradıcılığının bir hissəsini daxil etmişik: qəzəllər, rübailər, qoşabeytlər, təkbeytlər, qitələr, tərkibbəndlər, müxəmməslər, müsəddəs, müstəzadlar, satiralar, müxtəlif şeirlər.

Şairin əsərlərində doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.

Как скачать книгу – “Aləmdə səsim var mənim” в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку “полная версия” справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота

  • FB2 – Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
  • EPUB – подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения
  • TXT – можно открыть на любом компьютере в текстовом редакторе
  • RTF – также можно открыть на любом ПК
  • A4 PDF – открывается в программе Adobe Reader
  • MOBI – подходит для электронных книг Kindle и Android-приложений
  • IOS.EPUB – идеально подойдет для iPhone и iPad
  • A6 PDF – оптимизирован и подойдет для смартфонов
  • FB3 – более развитый формат FB2

Comments are closed, but trackbacks and pingbacks are open.