Press "Enter" to skip to content

Kənd təsərrüfatı məhsullarının bazarlarda satışı zamanı hansı vergi öhdəlikləri yaranır

Kənd təsərrüfatının inkişafı, bu sahədə investisiya qoyuluşlarına əlverişli imkanların yaradılması üçün hansı gğzəştlər mövcuddur?

Alınan kənd təsərrüfatı vəsaitlərinə necə baxa bilərəm

Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-11-2005, Nəşr nömrəsi: 271), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2005, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 992)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Ailə kəndli təsərrüfatı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında ailə kəndli təsərrüfatı fəaliyyəti nin hüquqi və təşkilati əsaslarmı müəyyən edir.

ÜMUMİ MÜDDƏALAR

M a d d ə 1. Ailə kəndli təsərrüfatı anlayışı

1.1. Ailə kəndli təsərrüfatı-ailə üzvlərinin və onlarla birgə fəaliyyət gös tərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.

1.2. Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər.

1.3. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olun mayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.

1.4. Ailə kəndli təsərrüfatının statusu onların uçotunu aparan orqan tərə findən ailə üzvlərinə təqdim edilən sənədlə rəsmiləşdirilir. [1]

1.5. Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında dəyişdirilir. [2]

1.6. Ailə kəndli təsərrüfatı bu Qanunla müəyyən edilmiş qaydada uçota alındığı gündən fəaliyyətə başlamış hesab olunur.

1.7. Ailə kəndli təsərrüfatı onun üzvlərinin seçdiyi təsərrüfat başçısı tə rəfindən idarə edilir.

M a d d ə 2. Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikası nın qanunvericiliyi

Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsin dən, Azərbaycan Respublikasının başqa qanunlarından, bu Qanundan, habelə bunlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

M a d d ə 3. Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin məq sədi

Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin məqsədi kənd yerlərin də ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünü- məşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətlən-dirilməsidir.

M a d d ə 4. Qanunun əhatə dairəsi

4.1. Bu Qanun mülkiyyətində və icarəsində olan torpaq və əmlakdan is tifadə etməklə bu Qanunla müəyyən edilmiş qaydada və şərtlərlə kənd yerlərində fəaliyyət göstərən fiziki şəxslərə şamil edilir.

4.2. Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məş ğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir.

M a d d ə 5. Ailə kəndli təsərrüfatının uçotu

5.1. Ailə kəndli təsərrüfatının uçotunun aparılması qaydaları müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

5.2. Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyə lər aparır. Bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən, məzmunu və təqdim edilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən və siqə verilir. Vəsiqənin təqdim edilməsi üçün haqq ödənilmir. [3]

5.3. Ailə kəndli təsərrüfatının dövlət qeydiyyatına alınması tələb olunmur.

AİLƏ KƏNDLİ TƏSƏRRÜFATININ TƏŞKİLİ

M a d d ə 6. Ailə kəndli təsərrüfatının əmlakı

6.1. Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün ailə kəndli təsərrüfatı nın əmlakı onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri, tikili lər, qurğular və digər istehsal və qeyri-istehsal vasitələri, mal-material qalıq ları, pul vəsaiti və başqalarından ibarətdir.

6.2. Ailə kəndli təsərrüfatının istifadə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq təsərrüfat üzvlərindən birinin mülkiyyətində, üzvlərin ümumi paylı və ümumi birgə mülkiyyətində və ya icarəsində ola bilər.

6.3. Müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi qulluqçular dövlət və bələdiyyə torpaqlarından qanunvericiliyə uyğun qaydada istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istədikdə torpağı icarəyə gö türməkdə və ya satın almaqda üstünlük hüququna malikdirlər.

6.4. Ailə kəndli təsərrüfatının əmlakının və torpaq sahəsinin dövriyyəsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

6.5. Ailə kəndli təsərrüfatında əmlakın istifadəsindən əldə edilən fayda (gəlir, artım, bəhər və başqa formalarda) təsərrüfat üzvlərinin ümumi birgə mülkiyyətidir və qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan qayda da təsərrüfat başçısı tərəfindən bölünür.

M a d d ə 7. Ailə kəndli təsərrüfatının hüquqları

7.1. Ailə kəndli təsərrüfatının aşağıdakı hüquqlar vardır:

7.1.1. torpağı və digər əmlakı əsasında qanunvericiliyə uyğun olaraq müs təqil fəaliyyət göstərmək, əmlakının və əldə etdiyi faydanın istifadəsinə müs təqil sərəncam vermək;

7.1.2. bank və digər kredit təşkilatlarında hesablar açmaq, kredit ittifaqla rının üzvü olmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada onların xid mətlərindən istifadə etmək;

7.1.3. qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilərdən tor paq və əmlakı satin almaq və ya icarəyə götürmək;

7.1.4. müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlardan və fondlardan müvafiq yardımlar almaq;

7.1.5. müvafiq qanunvericiliyə uyğun birliklər yaratmaq və kooperasiya əlaqələri qurmaq:

7.1.6. qanunvericiliklə müəyyən edilən əmək pensiyası ilə təmin olunmaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət sosial yardımlar almaq;

7.1.7. qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmlakını sığorta etdirmək, dəymiş ziyanın və itkilərin əvəzini almaq və qanunvericiliklə müəyyən edilmiş digər hüquqları.

7.2. Ailə kəndli təsərrüfatı üzvlərinin hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müdafiə olunur.

M a d d ə 8 Ailə kəndli təsərrüfatının vəzifələri

8.1. Ailə kəndli təsərrüfatının vəzifələri aşağıdakılardır:

8.1.1. torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə uyğun ola raq səmərəli istifadə olunmasını təmin etmək:

8.1.2. torpaqların münbitliyini təmin edən müvafiq aqrotexniki, iqtisadi və təşkilati tədbirləri həyata keçirmək;

8.1.3. torpaq, su, meşə və ətraf mühitin mühafizəsi haqqında qanunvericilik aktlarının tələblərinə riayət etmək;

8.1.4. qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqlarını və digər ödənişləri vaxtında ödəmək;

8.1.5. istehsal etdiyi məhsulların, gördüyü iş və xidmətlərin keyfiyyətinə dair sanitariya, ekoloji və digər tələblərə, standartlara əməl etmək:

8.1.6. fəaliyyət göstərdiyi yaşayış məntəqəsinin müvafiq bələdiyyəsində uçota durmaq;

8.1.7. müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin öz səlahiyyətləri daxilində onların fəaliyyətinə aid qanunvericiliyə uyğun tələblərini ye rinə yetirmək; [4]

8.1.8. öz fəaliyyəti haqqında qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə hesabatlar təqdim etmək;

8.1.9. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

8.2. Ailə kəndli təsərrüfatının üzvləri bu maddədə göstərilən vəzifələri ye rinə yetirmədikdə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

M a d d ə 9. Ailə kəndli təsərrüfatı ilə dövlət orqanları və bələdiyyə lərin qarşılıqlı münasibətləri

9.1. Ailə kəndli təsərrüfatı ərazinin iqtisadi və sosial inkişafını təmin edən sahəvi və regional proqramların hazırlanması və həyata keçirilməsində dövlət orqanları və bələdiyyələr ilə könüllü olaraq qarşılıqlı fəaliyyət göstə rə bilər.

9.2. Dövlət orqanlarının və bələdiyyələrin qanunvericilikdə nəzərdə tutul muş hallar istisna olmaqla ailə kəndli təsərrüfatının fəaliyyətinə müdaxilə et mələrinə yol verilmir.

9.3. Müvafiq dövlət orqanlarının və bələdiyyələrin öz səlahiyyətləri da xilində ailə kəndli təsərrüfatından qanunvericiliyə əməl etməsini tələb etmək hüququ vardır.

9.4. Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq ic ra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarı keçdikdə o, sahibkarlıq fəa liyyətinin subyekti kimi fəaliyyət göstərir.

M a d d ə 10. Ailə kəndli təsərrüfatına dövlət orqanlarının və bələ diyyələrin himayəsi

10.1. Ailə kəndli təsərrüfatına dövlət himayəsi digər təsərrüfatçılıq sub yektləri üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada şamil edilir.

10.2. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr müvafiq proq ramlar çərçivəsində ailə kəndli təsərrüfatının dəstəklənməsinə maliyyə vəsai ti nəzərdə tuta bilərlər və öz səlahiyyətləri daxilində ailə kəndli təsərrüfatı nın inkişafı üçün aşağıdakı istiqamətlərdə kömək göstərə bilərlər:

10.2.1. istehsal və sosial infrastrukturunun formalaşması və yerlərdə ailə kəndli təsərrüfatına xidmət edən tədarük, emal, ticarət və təchizat təşkilatla rı şəbəkəsinin təşkili və inkişaf etdirilməsinin stimullaşdırılması;

10.2.2. aqroservis, aqrokimyəvi, zoobaytarlıq və digər xidmətlərin təşkilinin, həmçinin toxum, əkin materialı, cins mal-qara və quş, avadanlıq və lə vazimat ilə təminatın, mütərəqqi texnika və texnologiyaların tətbiqinin dəstəklənməsi, ekoloji təmiz istehsalın təşviqi;

10.2.3. ailə kəndli təsərrüfatına güzəştli kreditlərin verilməsinin və lizinq xidməti göstərilməsinin dəstəklənməsi;

10.2.4. ailə kəndli təsərrüfatında məşğulluğun artırılmasını təmin edən xalq sənətkarlığının, yaşıl turizmin, ənənəvi və qeyri-kənd təsərrüfatı fəaliy yət sahələrinin inkişaf etdirilməsinin dəstəklənməsi;

10.2.5. ailə kəndli təsərrüfatı üzvlərinə elmi və informasiya-məsləhət xidməti göstərilməsinin, onların peşə hazırlığı və yenidən hazırlığının təşkili;

10.2.6. nailiyyətlərin nümayişi, öyrənilməsi və tətbiqinin genişləndirilməsi məqsədilə müsabiqələrin, sərgilərin, seminarların və təcrübə mübadiləsinin təşkil edilməsi;

10.2.7. ailə kəndli təsərrüfatına istehsal etdiyi məhsulları şəhər və rayon mərkəzlərində maneəsiz satmaq üçün ödənişsiz əsasda daimi satış yerlərinin ayrılması, həftəlik və mövsümi sərgi-yarmarkaların təşkil edilməsi;

10.2.8. ailə kəndli təsərrüfatının kooperasiya əlaqələrinin təşviqi;

10.2.9. daxili bazarın monitorinqinin aparılması və haqsız rəqabətin qar şısının alınması və digər istiqamətlərdə.

M a d d ə 11. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək münasibətləri, məcburi dövlət sosial sığortası və pensiya təminatı

Ailə kəndli təsərrüfatının üzvləri arasında əmək münasibətləri, onların so sial sığortası və pensiya təminatı Azərbaycan Respublikasının əmək, sosial sı ğorta və pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənir.

M a d d ə 12. Ailə kəndli təsərrüfatının statusunun itirilməsi və ləğv edilməsi

12.1. Ailə kəndli təsərrüfatı aşağıdakı hallarda statusunu itirir:

12.1.1. ailə kəndli təsərrüfatının illik dövriyyəsi müvafiq icra hakimiyyə ti orqanı tərəfindən müəyyən edilən həddən çox olduqda;

12.1.2. ailə kəndli təsərrüfatı üzvləri bu təsərrüfatçılıq formasından kö nüllü imtina etdikdə;

12.1.3. sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda.

12.2. Ailə kəndli təsərrüfatı aşağıdakı hallarda ləğv edilir:

12.2.1. ailə kəndli təsərrüfatının üzvlərindən və ya onların varislərindən heç kim qalmadıqda;

12.2.2. ailə kəndli təsərrüfatının istifadə etdiyi torpaq sahəsinə və digər əmlaka mülkiyyət və ya icarə hüququna xitam verildikdə.

12.3. Ailə kəndli təsərrüfatı ləğv edildikdə əmlak münasibətləri Azərbaycan Respublikasının ailə, mülki və torpaq qanunvericiliyinə uyğun həyata ke çirilir.

AİLƏ KƏNDLİ TƏSƏRRÜFATI HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

M a d d ə 13. Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin po zulmasına görə məsuliyyət

Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [5]

M a d d ə 14. Mübahisələrin həlli

Ailə kəndli təsərrüfatının fəaliyyəti ilə bağlı mübahisəli məsələlər inzibati və məhkəmə qaydasında həll olunur. [6]

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2005-ci il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 29 noyabr 2016-cı il tarixli 424-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 98 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 12 )

2. 22 iyun 2021-ci il tarixli 353-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 707 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 22 iyun 2021-ci il tarixli 353-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 707 ) ilə 1.4-cü maddədə “verilən” sözü “təqdim edilən” sözləri ilə əvəz edilmişdir.

[2] 29 noyabr 2016-cı il tarixli 424-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 12 ) ilə 1.5-ci maddədə “vaxtaşırı” sözü “müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında” sözləri ilə əvəz edilmişdir.

[3] 22 iyun 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146) ilə 5.2-ci maddənin ikinci cümləsində “forması və verilmə” sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə və üçüncü cümləsində “verilməsi” sözü “təqdim edilməsi” sözləri ilə əvəz edilmişdir.

[4] 29 noyabr 2016-cı il tarixli 424-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 12 ) ilə 8.1.7-ci və 9.3-cü maddələrdən, 10.2-ci maddənin birinci abzasından “öz səlahiyyətləri daxilində” sözləri çıxarılmışdır.

[5] 29 noyabr 2016-cı il tarixli 424-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 12 ) ilə 13-cü maddədə “qanunvericiliyində” sözü “qanunlarında” sözü ilə əvəz edilmişdir.

[6] 29 noyabr 2016-cı il tarixli 424-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2017-ci il, № 9 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 12 ) ilə 14-cü maddədə “öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən və ya” sözləri “inzibati və” sözləri ilə əvəz edilmişdir.

Kənd təsərrüfatı məhsullarının bazarlarda satışı zamanı hansı vergi öhdəlikləri yaranır?

Qeyri-neft sektorunun prioritet sahəsi hesab edilən kənd tə­sər­rü­fatının inkişafı, məhsul istehsalının və satışının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Müşahidələr göstərir ki, aqrar sektorun vergiyə cəlb olunması ilə bağlı vergi ödəyiciləri tərəfindən bir sıra suallar yaranır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov bu suallara cavab verir.

Söhbətimizə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə müəyyənləşdirilmiş anlayışlardan başlayaq: kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışları özündə hansı vacib şərtləri birləşdirir?

– Kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilmişdir və bu güzəştlər kənd təsərrüfatı məhsullarının birbaşa istehsalı ilə məşğul olan şəxslərə tətbiq edilir. Həmin şəxslər həm də istehsal etdikləri kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olurlar. Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan şəxslər tərəfindən istehsalçılardan tədarük edilərək digər şəxslərə satılması, habelə hər hansı formada emal edilməklə satılması ümumi qaydada vergiyə cəlb edilir. Bu sahələrdə yaranan fikir ayrılığı və mübahisələrin aradan qaldırılması üçün kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsinə zərurət yaranmış və ötən ilin sonunda Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilərək Vergi Məcəlləsinə kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışı əlavə edilmişdir.

Vergi Məcəlləsinin 13.2.60-cı və 13.2.61-ci maddələrinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı anlayışı özündə sənaye üsulu da daxil olmaqla heyvanların və quşların yetişdirilməsini, bəslənməsini, diri şəkildə olarkən onlardan məhsulların ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən əldə edilməsini, kənd təsərrüfatı məhsullarının satışı sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə istehsal olunan canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsini nəzərdə tutur.

Vergi ödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən vergi öhdəliklərini necə yerinə yetirməlidir?

– Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir.

Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məh­sulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.

Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alqı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilmir.

Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı zamanı hansı vergi öhdəlikləri yaranır?

– Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışından əldə edilən gəlirlər sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda təqdim edilmiş mallara görə hasilatın həcmindən (xərclər çıxılmadan) Bakı şəhərində 4 faiz dərəcə ilə hesablanır. Gəlir vergisi metodu tətbiq edildiyi halda isə təqdim edilmiş mallara görə əldə olunan gəlirdən təqdim olunan malların alınmasına çəkilən xərclər, habelə qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Bununla yanaşı, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır.

Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması necə aparılır?

– Məlum olduğu kimi, kiçik və orta sahibkarlığın inkişafı, istehlakçıların üzərindəki vergi yükünün azaldılması məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən tədarük qaydasında kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsulları əhaliyə satılarkən ƏDV həmin məhsulların tam dəyərindən deyil, onların alış və satış qiyməti arasındakı fərq olan ticarət əlavəsindən hesablanılır. Yəni sahibkar 100 manatlıq kənd təsərrüfatı malını istehlakçıya ƏDV-siz 120 manata satdıqda ƏDV-ni 20 manatdan hesablayır. Lakin qanunvericilik bu qaydada ƏDV-nin hesablanması üçün sahibkar tərəfindən həmin malların uçotunun ayrılıqda aparılmasını şərtləndirir. Belə ki, sahibkar həm kənd təsərrüfatı məhsullarının istehsalçısından birbaşa malı alaraq müştəriyə sata bilər, həm də belə malları idxal edərək və ya digər tədarükçü topdansatış fəaliyyəti ilə məşğul olan şəxslərdən alaraq müştərilərə sata bilər. Bu mallar üzrə uçot ayrılıqda aparılmadığı halda bütün məhsulların ümumi dəyərindən ƏDV hesablanmış olacaqdır.

Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları necə müəyyənləşdirilir? Bu cür torpaqlar üzrə torpaq vergisinin dərəcəsi necə müəyyən olunur və bu sahədə vəziyyət necədir?

– Təyinatı üzrə istifadə edilən və ya istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən arayışa əsasən müəyyən edilir. Həmin arayışda torpaqların üzrlü və ya üzrsüz səbəbdən istifadə edilməməsi göstərilir. Bu arayışlardakı məlumatlar əsasında həmin torpaqlar üzrə vergilər təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat, qeyd olunan torpaqlar istisna olmaqla təyinatı üzrə istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların hər 100 kvadratmetrinə görə 2 manat məbləğində müəyyən edilməklə hesablanır.

Məlumat üçün bildirim ki, ölkə başçısının 1 iyun 2016-cı il tarixli 928 nömrəli Fərmanında təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarlarının və qaydasının dəqiqləşdirilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və qaydasının təsdiq edilməsi haqqında” Qərar layihəsinə Vergilər Nazirliyi tərəfindən təkliflər verilmiş, görüşlər keçirilmiş və qarşılıqlı müzakirələr aparılmışdır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə aktual elektron məlumat bazasının formalaşdırılması yekunlaşdıqdan, torpaqlar və onların mülkiyyətçiləri (və ya istifadəçiləri) barədə məlumatlar həmin elektron məlumat bazasına daxil edildikdən sonra vergilərin düzgün hesablanması məqsədilə Vergilər Nazirliyi və bələdiyyələr real vaxt rejimində, məhdudiyyətsiz və fasiləsiz çıxış əldə etmiş olacaqlar.

Kənd təsərrüfatının inkişafı, bu sahədə investisiya qoyuluşlarına əlverişli imkanların yaradılması üçün hansı gğzəştlər mövcuddur?

– Məlum olduğu kimi, Vergilər Nazirliyi Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına müvafiq vergi güzəştlərinin verilməsi kənd təsərrüfatının əsaslı şəkildə inkişafını və bu sahəyə investisiya qoyuluşlarının artırılmasını təşviq etmişdir. Deyildiyi kimi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına 1999-cu ildən müvafiq vergilər üzrə güzəştlər tətbiq edilir: vergi qanunvericiliyinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla 2019-cu ilin 1 yanvar tarixinədək Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, gəlir vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilmişdir.

Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların dövriyyə vəsaitlərinə qənaət edilməsi məqsədilə bəzi malların idxalda ƏDV-dən azad edilməsini nəzərdə tutan maddələr Vergi Məcəlləsinə əlavə edilmişdir. Lakin Məcəllənin 159.10-cu maddəsinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi ümumi qaydada ƏDV-yə cəlb edilir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara bu sahədə güzəştlərin verilməsi məqsədilə bəzi malların idxalının ƏDV-dən azad edilməsi ilə yanaşı, onların ölkə daxilində satışı da ƏDV-dən azad edilmişdir. Buraya aiddir: damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı.

Bunlardan əlavə, mövcud qanunvericilik kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslərin də bilavasitə əlaqəli olan fəaliyyət sahəsinə uyğun investisiya təşviqi sənədini almasına və həmin sənəd əsasında müvafiq vergi güzəştlərindən istifadə etməsinə imkan yaratmışdır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq verilən investisiya təşviqi sənədi əsasında əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azaddır.

Kənd təsərrüfatı məhsullarının satışı prosesində hüquqi şəxslər və fərdi sahibkarlar arasında bağlanmış konsessiya müqaviləsi üzrə yaranan vergi öhdəlikləri necə müəyyən edilir?

– Son zamanlar qanunvericiliyin tətbiqi barədə daxil olan sorğuların əksəriyyətinin təhlili zamanı məlum olmuşdur ki, fərdi sahibkarların hüquqi şəxslərin istehsal etdiyi malları konsessiya müqaviləsi üzrə təqdim etməsi əməliyyatı malların agent tərəfindən təqdim edilməsi əməliyyatı ilə qarışıq salınır.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 808.1-ci maddəsinə əsasən komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür.

Vergi qanunvericiliyinə əsasən komissiyaya qəbul edilmiş mallar “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alınırlar. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır. Elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Malların komissiyaya verilməsi malların təqdim edilməsi hesab edilmədiyindən komitent tərəfindən komisyonçuya verilmiş mallara görə elektron qaimə-faktura təqdim edilmir.

Vergi Məcəlləsinin 172.4.4-cü maddəsində göstərilmişdir ki, agent üçün vergitutma bazası onun digər şəxslərə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə göstərdiyi xidmətlərin dəyəri, vergi tutulan əməliyyatların vaxtı bu xidmətlərin faktiki göstərildiyi vaxt, vergi tutulan əməliyyatların dəyəri isə onun digər şəxsdən almalı olduğu (aldığı) haqdır (mükafatdır).

Mülki Məcəllənin 800-cü maddəsinin müddəalarına əsasən konsessiya müqaviləsi üzrə konsessioner kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmağı öhdəsinə götürür. Mallar barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.

Göründüyü kimi, tərəflər arasında qanunvericiliklə müəyyən olunmuş qaydada bağlanmış komissiya müqavilələri əsasında malların təqdim edilməsi agent vasitəsilə həyata keçirilə bilər. Bu zaman malların satışını komissiya müqaviləsi əsasında həyata keçirən agent üçün vergi tutulan əməliyyatın dəyəri satış üzrə xidmətlərin göstərilməsinə görə ona ödənilən haqdır (mükafatdır).

Konsessiya müqaviləsi əsasında alınmış malların satışından əldə olunan gəlirlər isə tam məbləğdə fərdi sahibkarın vergi tutulan gəlirlərinə (ümumi hasilata) aid edilməli və müvafiq vergilərin hesablanıb dövlət büdcəsinə ödənilməsi təmin edilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Comments are closed, but trackbacks and pingbacks are open.