Press "Enter" to skip to content

Sl Azərbaycan və türk sözlərinin tapılması

Təməli Mahmud Kaşğari tərəfindən qoyulmuş, Ə. Dəmirçizadə, A. Qurbanov kimi tanınmış dilçi alimlər tərəfindən inkişaf etdirilmiş dilçilik elmi bu gün fərqli bir yanaşma, fərqli bir münasibət tələb edir – dəqiqləşdirilmək, təkmilləşdirilmək istəyir. Çünki dilçilik elmimiz, mənim fikrimcə, hələ çox araşdırılmalı, ayrı-ayrı bölmələr və mövzular daha dərindən tədqiq olunmalıdır.

Dilimizdəki alınma və milli sözləri fərqləndirmək üçün YENİ TƏSNİFAT

Elmin, texnikanın, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda müxtəlif elm sahələrindən fərqli olaraq, dilçilik elmində bir durğunluq hiss olunmaqdadır.

Təməli Mahmud Kaşğari tərəfindən qoyulmuş, Ə. Dəmirçizadə, A. Qurbanov kimi tanınmış dilçi alimlər tərəfindən inkişaf etdirilmiş dilçilik elmi bu gün fərqli bir yanaşma, fərqli bir münasibət tələb edir – dəqiqləşdirilmək, təkmilləşdirilmək istəyir. Çünki dilçilik elmimiz, mənim fikrimcə, hələ çox araşdırılmalı, ayrı-ayrı bölmələr və mövzular daha dərindən tədqiq olunmalıdır.

Uzun illər boyu müxtəlif səbəblərdən dilimizə daxil olmuş alınma sözlər xüsusən də Ərəb-fars mənşəli sözlər dilimizin lüğət fonduna elə daxil olublar, dilimizin qrammatik xüsusiyyətlərinə elə uyğunlaşıblar ki, həmin sözlərin milli mənşəli, yoxsa alınma olduğunu təyin etmək xeyli çətindir.

Həm ayrı-ayrı dilçi alimlərimizin elmi əsərlərində, həm Dövlət İmtahan Mərkəzinin (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası), “Hədəf” hazırlıq kurslarının və digər kursların dərs vəsaitlərində həm milli mənşəli, həm də alınma sözləri fərqləndirmək üçün bir sıra qaydalar verilsə də, həmin qaydalar pərakəndə şəkildə tərtib olunub, təsnifat düzgün aparılmamışdır.

Elə bu səbəbdən də dilçilik elmini öyrənənlər, xüsusən də, ali məktəblərə hazırlaşan abituriyenlər həmin qaydalarla tanış olarkən ətraflı və dolğun məlumat əldə etməkdə çətinlik çəkirlər. Ona görə də uzun illərin dil-ədəbiyyat müəllimi kimi həmin qaydaları bir qədər dəqiqləşdirərək oxucu kütləsinə təqdim etmək qərarına gəldim.

Əvvəla onu qeyd etmək istəyirəm ki, vəsaitlərdə həm Azərbaycan mənşəli, həm də alınma sözləri təyin etmək üçün qaydalar bir başlıq altında, qarışıq şəkildə verilmişdir.

Əslində milli mənşəli sözləri təyin etmək üçün qaydalarla, alınma sözləri təyin etmək üçün qaydaları ayrı-ayrı başlıqlar altında qruplaşdıraraq, aşağıdakı şəkildə vermək daha doğru olardı.

Azərbaycan mənşəli sözləri təyin etmək üçün qaydalar:

  1. Azərbaycan mənşəli sözlər ahəng qanununa tabe olurlar.
  1. a) [ İ ] səsi ilə başlayan işıq, ilan, ildırım, inam, işartı, islanmaq kimi sözlər.
  2. b) İki sözün birləşməsindən əmələ gələn sadə adlar: Ayşən, Aytən, Aybəniz, Eldar, Gülnar və s.
  3. c) Bibioğlu, əmiqızı, xalanəvəsi, əmioğlu, dayınəvəsi kimi qohumluq bildirən mürəkkəb sözlər.
  4. d) Tikan, elat, gedişat, quzey kimi sözlər.
  5. Vurğunun sözün sonunda olması Azərbaycan mənşəli sözlərə xas olan xüsusiyyətdir.
  1. a) Zaman zərfləri: dünən, bildir, srağagün, inişil və s.
  2. b) Bir sıra bağlayıcılar: ancaq, çünki, madam ki, əgər ki və s.
  3. c) Sanki, yalnız kimi modal sözlər və ədatlar.
  4. Saylar

İstisnalar: sıfır, həştad, milyon, milyard, trilyon və s.

  1. Əvəzliklər – sən, o, onlar, elə, belə və s.
  2. Sadə feillər və kökü feil olan düzəltmə fellər: gülmək, güldürmək, köçürmək, qalmaq və s.
  3. Feldən yaranmış digər nitq hissələri: solğun, əzgin və s.
  4. Təqlidi sözlər: taqqıltı, gurultu, şaqqıltı və s.
  5. Bədən üzvləri: əl, ayaq, baş, diş və s.
  6. Qohumluq bildirən sözlər: xala, bibi, dayı və s.

İstisna: Əmi sözü alınmadır.

  1. Fəsil adları: yay, yaz, qış.

İstisna: bahar və payız sözləri alınmadır.

  1. Sonu “q” ilə qurtarıb [x]səsi ilə tələffüz olunan sözlər: bulaq, otaq, oynamaq, yaratmaq və s.

İstisna: uşaq sözü.

  1. Sonu “k” ilə qurtarıb [x’] kimi tələffüz olunan sözlər: kəpənək, yemək, inək və s.

İstisnalar: mələk və fələk sözləri alınma sözlərdir.

Ərəb-fars və Rus-Avropa mənşəli sözləri təyin etmək üçün qaydalar.

  1. Ahəng qanununa tabe olmamaq, həm Ərəb-fars, həm də Rus-Avropa mənşəli sözlərə xas olan xüsusiyyətdir: tarix, alim, kimya, laboratoriya.
  2. Vurğusu sözün əvvəlində və ortasında olan sözlər mənşəyinə görə alınmadır: traktor, opera, kompas, kosmos və s.
  3. Tərkibində uzanan saitin olması alınma sözlərə aiddir: [ a:lim], [e:lan], [ Füzu:li] və s.

İstisnalar: [ do:ğa], [ qo:urma] və s.

  1. Tərkibində eynicinsli qoşa saitlərin olması Ərəb-fars mənşəli sözlərə aid xüsusiyyətdir: maaş, təəccüb, camaat və s.
  2. Qoşa saitlə başlayan sözlər həm Ərəb-fars, həm də Rus-Avropa mənşəli sözlərdir: auksion, ailə, aid, auditoriya.
  3. Sonu qoşa saitlə bitən sözlər həm Ərəb-fars, həm də Rus-Avropa mənşəlidir: əmtəə, audio, bədii və sünii.
  4. Tərkibində müxtəlifcinsli qoşa sait səs olan sözlər həm Ərəb-fars, həm də Rus-Avropa mənşəlidir: fauna, radio, faciə, Nailə.

İstisnalar: dayıoğlu, xalaoğlu, bibioğlu, əliaçıq kimi mürəkkəb sözlər Azərbaycan mənşəlidir.

  1. Müxtəlif cinsli qoşa samitlə başlayan sözlər Rus-Avropa mənşəlidir: stol, plaş, kran və s.

İstisna: srağagün sözü Azərbaycan mənşəlidir.

  1. Tərkibində “k” ilə yazılıb [k’] kimi tələffüz olunan sözlər Rus-Avropa mənşəlidir: kolbasa, kosmos, mexanik, texnik və s.
  2. Tərkibində “Q” ilə yazılıb [k’] kimi tələffüz olunan sözlər Ərəb-fars mənşəlidir: şəfəq, məntiq, məqsəd, hüquq və s.
  3. [R] səsi ilə başlayan sözlər: Ramiz, Raul, Rəcəb və s.
  4. [Z] səsi ilə başlayan sözlər: zabit, zəfər, zəhm və s.

İstisna: zoğ və zoğal sözləri Azərbaycan mənşəlidir.

  1. [F] səsi ilə başlayan sözlər: fərasət, fəlakət, fələk və s.

İstisna: fındıq və fıstıq sözləri Azərbaycan mənşəlidir.

  1. Tərkibində [j]səsi olan sözlər: jurnal, jalə, müjdə, masaj və s.
  2. Tərkibində eynicinsli qoşa samit səslər olan sözlər: mürəbbə, şiddət, qissə əsasən alınma sözlərdir.

İstisna: doqquz, səkkiz, yeddi kimi sözlər, hoppanmaq, tullanmaq kimi saylar və feillər Azərbaycan mənşəlidir.

  1. Eyni və müxtəlif qoşa samitlə bitən tək hecalı sözlər həm Ərəb-fars, həm də Rus-Avropa mənşəlidir: fənn, xətt, dərd, cəld, stend, sirr və s.

İstisna: türk, yurd, qırx, dinc və s. sözlər Azərbaycan mənşəlidir.

  1. Fleksiyaya uğrayan sözlər həm Ərəb-fars, həm də Rus-Avropa mənşəlidir: nəzm- Nazim-nizam, hökm-hakim-həkim.

İstisna: alçaq-alçal, uzun-uzat-uzanmaq, dağıntı-dağınıq və s. sözlər Azərbaycan mənşəlidir.

  1. “At”, “ət” hissəciyi ilə qurtaran sözlər Ərəb-fars mənşəlidir: müxalifət, xurafat, camaat, müntəxəbat.

İstisna: gedişat sözü Azərbaycan mənşəlidir.

  1. Sözönü şəkilçi qəbul edən sözlər həm Rus, həm də Avropa mənşəlidir: bisavad, bivəfa, laməkan, antimüharibə, anormal və s.

İstisna: natəmiz, nakişi, nadinc sözləri Azərbaycan mənşəlidir.

  1. Sözün sonunda ö, o, e saitlərinin işlənməsi Ərəb-fars, həm də Rus-Avropa mənşəli sözlərə xas olan xüsusiyyətdir: mane, tale, metro, piano, retro.

İstisna: oxlov, uzunsov, güney kimi sözlər Azərbaycan mənşəlidir.

  1. Mə, mö, mo, mü, qü, tə hissəcikləri ilə başlayan sözlər Ərəb-fars, Rus-Avropa mənşəlidir: mötəbər, mömün, motor, motosiklet, qüssə, qissə, təəccüb və s.
  2. Tərkibində əng, ənc hissəcikləri olan sözlər Ərəb-fars mənşəlidir: qəşəng, pəncərə.
  3. Sonu [h]səsi ilə bitən sözlər Ərəb-fars mənşəlidir: günah, şah, padşah və s.
  4. İyyə, iyyət, iyyat şəkilçiləri ilə bitən sözlər Ərəb-fars mənşəlidir: Fəxriyyə, ədəbiyyat, cəfəngiyyat və s.
  5. Dinə aid olan sözlər Ərəb-fars mənşəlidir: Allah, mələk.

İstisna: Tanrı, inanc kimi sözlər Azərbaycan mənşəlidir.

  1. Tədrisə aid olan sözlər alınmadır: məktəb, kitab, şagird və s.
  2. Ober, vitse, super kimi sözlərlə başlayan mürəkkəb sözlər Rus-Avropa mənşəlidir: ober-leytenant, vitse-prezident.
  3. İst hissəciyi ilə qurtaran sözlər Rus-Avropa mənşəlidir: jurnalist, maşinist, traktorist və s.
  4. Sonu ski hissəciyi ilə bitən sözlər Rus-Avropa mənşəlidir: Moskovski, Aleksandrovski, İvanovski.
  5. Beynəlmiləl sözlər kimi tanıdığımız bir çox dünya xalqlarının dillərində işlənən sözlər alınma sözlərdir: parlament, spiker, kafedra, futbol, həndbol və s.
  6. Ölçü vahidləri: qram, kiloqram, ton, metr və s. kimi sözlər alınma sözlərdir.

Qeyd etmək lazımdır ki, genişləndirərək tərtib etdiyimiz bu qaydalar belə dilimizdə işlənən bir çox alınma sözləri təyin etmək üçün kifayət etmirlər. Ona görə də istənilən alınma sözü təyin etmək üçün müəllim və şagirdlərimiz diqqətli olmalı, yeri gəldikcə mənbə dillərin də orfoqrafiya lüğətlərindən istifadə etməlidirlər.

İntiqam İsmayılov,
Zərdab rayonu, M. Rahim adına Pərvanlı kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi

Müəllifin əlaqə telefonu: 051 725 33 07

Əsl Azərbaycan və türk sözlərinin tapılması

Zaman keçdikcə bütün dillərdə olduğu kimi Azərbaycan (türk) dilinə də yeni terminlər əlavə olunmuşdur. Bunu üçün səbəb siyası, iqtisadi, mədəni, ticarət əlaqələri, elm və texnikanın inkişafı olub.

Alınma sözlər iki qrupa bölünür: ərəb-fars dillərindən alınma və rus, avropa dillərindən alınma sözlər.

Bu sözləri aşkar etmək üçün bir sıra qaydalar var. Bunların bəzilər bizə 100% dəqiq cavab verir, bəzilərində isə müəyyən istisnalar var. Ona gərə hər bir qaydanın yanında onun dəqiqliyini faiz ilə göstərəcəyik:

  • Tərkibində yanaşı eynicinsli və müxtəlifcinsli saitlər olan sözlər(100%): saat, maaş, müalicə, ailə, təəccüb
  • R samiti ilə başlayan sözlər(100%): rahat, rəhmət, rezin, real, relyef
  • Tərkibində j samiti olan sözlər(100%): jalə, masaj, mesaj, müjdə, əjdaha
  • Sonu o, ö, e saitləri ilə bitən sözlər. Daha dəqiq desək, əgər bu üç sait birinci hecadan sonra rast gəlinirsə bu Azərbaycan sözü deyil (100%): kino, forte, metro, piano, təvazö
  • Sonu qoşa samitlə bitən birhecalı sözlər(100%): hədd, sədd, fənn, həll, şəkk
  • Sonu qoşa samitlə bitən birdən çox hecası olan sözlərin də əksəriyyəti alınmadır: nəhəng, ahəng, sentyabr, qonokokk. Bununla belə Azərbaycan sözləri də rast gəlinir: pələng, çərpələng. Ona gərə bu sözləri 60% dəqiqliklə alınma söz sayacağıq.
  • Sözün əvvəli ak- və ya af- ilə başlayırsa bu alınma sözdür(80%): Akif, Afaq, Afət, akvarium, afərin, affekt
  • Söz əvvəlində əsaitindən sonra b, f, v, q, d, hsamitlərinin işləndiyi sözlər alınmadır(80%): əbəs, əfsun, əvəz, ədəd, əhsən, və s.
  • iü ilə başlayan əksər sözlər alınmadır(80%): izah, inşa, üfüq, ünvan, iblis, ibrət. İstisna olaraq üç sözünü göstərmək olar.
  • Söz əvvəlində q samitindən sonra iü saitlərinin işləndiyi sözlər alınmadır(90%): qismət, qüssə, qüvvə, qibtə, qida, qişa, qitə, qübbə, qürur, qüdrət, və s.
  • Söz əvvəlində msamitindən sonra öüsaitlərinin işləndiyi sözlər alınmadır(90%): mömin, mülk, müəllim, müsbət, müxtəsər, müstəntiq, müsyö, möcüzə, möhkəm, və s.
  • -dar, -kar, -baz, -pərvaz, -keş, -saz, -xana, -şünas, -pərəst, -stan, -xor şəkilçiləri adətən alınma sözlərə qoşulur (55%). Amma şəkilçi olduqları üçün böyük ehtimalla təxmin etmək olmaz.
  • var, ver, vur sözləri və onlardan törəyənlərdən başqa dilimizdə v ilə başlayan milli söz yoxdur. Bu o demək deyil ki, bu üç söz ilə başlayanların hamısı Azərbaycan sözləridir, məsələn: vergül sözü fars sözüdür, vuruq, vurnux isə Azərbaycan sözləridir. Ona görə əgər söz v samıtı ilə başlayıb, lakin var, ver, vur ilə başlamırsa bunu da 100% dəqiqliklə qeyri-milli söz saymaq olar. Amma bu üç sözdən biri ilə başlayarsa, onda 70% dəqiqliklə Azərbaycan sözü sayacağıq.
  • Ahəng qanununu pozan sözlər: dahı, məharət, cəza, buldozer, memar. Burada da istisnalar var: ilxı, işıq, ilğım, ilan, inam, quzey, inanmaq, işarmaq, iraq. Ona gərə bu sözləri 75% dəqiqliklə alınma sayacağıq.
  • Əvvəlində iki yanaşı samit gələn sözlər: kran, briqada, start, plaş, brezent, ssenari. Burada da istisna var: srağagün milli sözdür. Ona gərə bu sözləri 70% dəqiqliklə alınma sayacağıq.
  • Tərkibində eyni qoşa samit olan sözlər: təyyarə, mürəbbə, hiddət, amma, rəssam, müddət. Bu şərt daxilində milli sözlər də var: səkkiz, doqquz, addım, əlli, tullan, hoppan. Ona gərə bu sözləri 70% dəqiqliklə alınma sayacağıq.
  • Ön şəkilçili sözlər, yəni əvvəlində a-, ba-, bi-, la-, na- ön şəkilçiləri işlədilən sözlər: anormal, amorf, baməzə, bivəfa, bikef, laməkan, nacins, naümid, nataraz. Burada başqa bir problem çıxır. Ön şəkilçini kökdən ayırmaq o qədər də asan olmadığı üçün, bütün bu hərflərlə başlayan sözlərə baxarkən kiçik dəqiqliklə bu sözləri alınma saymaq olar. Biz a saiti ilə başlayan sözləri 10% dəqiqliklə (çünki bura alma, ata, ana), ba, bi, la, na hərfləri ilə başlayanları isə 25% dəqiqliklə (bura baba, bibi, laçın, narın kimi Azərbaycan sözləri də daxil olacaq) alınma sayacağıq.

İndi isə Azərbaycan sözləri olmasına əsas verən şərtləri yazaq

  • Sonu -aq, -ək, -q ilə bitən sözlər öz sözlərimizdir: daraq, ələk, ipək və s.
  • Sonu -ar, -ər ilə bitən sözlər öz sözlərimizdir: qatar, cəpər, capar v. s.
  • Sonu -ır ilə bitən sözlər öz sözlərimizdir: cadır, qatır v. s.
  • Sonu -ma, -mə ilə bitən sözlər öz sözlərimizdir: düymə, qiymə v. s.
  • Sonu -nc ilə bitən təkhecalı sözlər Azərbaycan sözləridir: dinc, tunc, künc v. s.

Amma bu qaydaları nəzərə ala bilməyəcəyik. Çünki biz burada təkcə sözün başlanğıc formasını yoxlamırıq. Yuxarıdakı sonluqlar isə şəkilçi də ola bilər.

Bu qaydalardan kənara çıxan Azərbaycan və alınma sözləri lüğət kimi saxlayıb yoxlayacağıq. Yoxlama zamanı ilk olaraq verilən sözün lüğətdəki sözlərlə başlaması müəyyənləşdirilir. Tapılarsa 100% alınma və ya Azərbaycan sözü sayılır. Sonra istisnası olmayan qaydalarla yoxlanır. Uyğunluq olarsa 100% alınma sayılır. Sonra isə dəqiqliyi 100%-dən az olan qaydalar yoxlanır. Hər bir növbəti qayda yoxlanarkən dəqiqlikdən kənarda qalan hissənin faizi hesablanıb əvvəlkini üzərinə gəlinir. Bunu misal ilə izah edək.

Sentyabr sözü ahəng qanununa tabe deyil. Deməli 75% dəqiqliklə alınma sözdür.
Sonunda qoşa samit var. Deməli 100-75=25 və 25-in 60%-i edir 25*0.6=15%.
Bunu da 75-in üzərinə gəlirik. 75+15=90%
Deməli sentyabr sözü 19% dəqiqliklə alınma sözdür.

Qonokokk sözü qoşa samitlə bitir. 60% dəqiqliklə alınmadır. Yerdə qalır şübhəli 40%.
Tərkibində eyni qoşa samit var, deməli 40-in da 70%-ni tapıb 60%-in üzərinə gəlirik. 40*0.7=28%. Deməli, 60+28=88%. Bu dəqiqliklə qonokokk sözü alınma sözdür.

Əgər sözün alınma olması dəqiqliyi 50%-dən az olarsa, onda 100%-dən həmin dəqiqliyi çixib sözün (100-dəqiqlik)% ilə Azərbaycan sözü olmasını iddia edirik.

Azərbaycan sözləri üçün bir qayda da var ki, sonu k hərfi ilə bitən Azərbaycan sözlərı saitlə başlayan şəkilçi qəbil edərkən k hərfi y-ya keçir (dəstək – dəstəyi, dəstəyə). Alınma sözlərdə isə olduğu kimi qalır (mühərrik – mühərrikin, mühərrikə, Babək – Babəkə). Amma bu qayda şəkilçi ilə əlaqəli olduğu üçün bunu istifadə edə bilməyəcəyik.

Deyilənləri parktik olaraq burada yoxlaya bilərsiniz.

Digər məqalələr

Omonimlik problemi

Omonim sözlərin yazılışı, hətta deyilişi eyni olsa da onlar müxtəlif leksik məna ifadə edir. Bu cür sözlər təbii dilin analizində böyük problemlər yaradır.

Hecalama

Azərbaycan mətnini hecalara ayırmaq üçün müəyyən qaydalar var. Ən birinci qayda odur ki, Əvvəlcə onu deyək ki, sözlərdə olan saitlərin sayı qədər heca var. Samit səs özündən sonrakı saitin yaratdiği hecaya daxil olur..

Stop-sözlərin müəyyən edilməsi

Stop sözlər (doldurucu sözlər, nida, qoşma, ədat, modal) əslində təhlil baxımından mənasız sözlərdir. Bunların bəziləri danışarkən şəxsə fikirləşmək üçün vaxt qazanmaq imkanı yaradır, bəziləri isə emosional təsiri artırmaq üçün işlənir. Yazıda tək-tək də olsa rast gəlinir.

Fellərin şəkildəyişməsi

Bu məqalədə felin başlanğıc formasını götürüb ona qrammatik şəkilçilər əlavə etməklə bütün mümkün söz formalarını alacağıq. Hər bir hal üçün istisnalar mövcuddur.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.

© Copyright Jsoft

Comments are closed, but trackbacks and pingbacks are open.